Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3388/2022 12.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu(məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)- 10776/2021 nömrəli iş üzrə 24 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 12 sentyabr 2022-ci il ta rixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 18 iyun 2007-ci il tarixli 389a saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayon Zabrat Bələdiyyəsi tərəfindən İddiaçı Z.Bünyadov prospekti ev 13b, mənzil 29 ünvanında yerləşən torpaq sahəsi müvəqqəti istifadəyə verilmişdir.
2. Vergilər Nazirliyinin vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınması haqqında **********2 saylı arayışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Babək ev 1 ünvanında yerləşən “Kafe-Klub” 12 oktyabr 2011-ci il tarixdə uçota alınmışdır.
3. Sabunçu RPİ-nin İstintaq şöbəsində araşdırması aparılmış 202/19 №-li material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 mart 2019-cu il tarixli qərar rayon prokuroru tərəfindən ləğv edilmiş və İddiaçı əməllərində Azərbaycan Respublikası CM-nin 322-ci maddəsində nəzərdə tutulan özbaşınalıq cinayətinin əlamətləri olduğundan həmin maddə ilə ********* nömrəli cinayət işinin başlanılıb ibtidai istintaq aparılması üçün Sabunçu RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. 4. "xxxx" MMC-nin fiziki və hüquqi şəxsə əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat və ona əlavə edilmiş tikinti və torpaq sahəsinin baş planına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 3 ünvanda yerləşən tikililər “Say qəzeti redaksiyası” Kiçik müəssisəsinin adına 27 may 2014-cü il tarixdə inventarlaşdırılmışdır.
5. İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Dep artamenti tərəfindən verilmiş “Mülkiyyət hüququ haqqında” şəhadətnaməsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 3 ünvanında yerləşən 3022,0 kv metr qeyri-yaşayış sahəsi “Say qəzeti redaksiyası” Kiçik müəssisəsinin adına rəsmiləşdirilmişdir. 6. 30 iyul 1995-ci il tarixli birgə fəaliyyət haqqında Müqaviləyə, eləcə də "Əsas vəsaitlərin ötürülməsinə dair" "Babək" fərdi kiçik müəssisəsinin 16 avqust 1995-ci il tarixli və "Say qəzeti redaksiyası” kiçik müəssisəsinin 16 avqust 1995-ci il tarixli əmrlərinə əsasən "Babək" fərdi kiçik müəssisəsi tərəfdən Eyvaz İsmayıl oğlu, B.Kazımov, R.Babayev və "Say" qəzeti redaksiyası kiçik müəssisəsi tərəfindən A.İsgəndərov, A.Abdullayevdən ibarət komissiya üzvləri 25 avqust 1995-ci il tarixli akt tərtib etmiqş, həmin akta əsasən Bak ı şəhəri, Zabrat qəsəbəsi, Babək küçəsi, 3 ünvanında yerləşən "1 may" Mədəniyyət Sarayının ********** (üç milyard altı yüz səksən altı milyon iki yüz min) manat qalıq dəyərində olan, ümumi sahəsi 3022 kv metr olan binası və həmin binaya aid 1,5 hektar torpaq sahəsi "Babək" fərdi kiçik müəssisəsinin balansından əvəzsiz olaraq "Say qəzeti redaksiyası” kiçik müəssisəsinin balansına verilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçıya dəymiş maddi ziyanına görə 63000 (altmış üç min) manat, mənəvi zərərə görə 10000 (on min) manat, dövlət rüsumunun ödənilməsinə görə 30 (otuz) manat, vəkilə ödənilmiş 110 (yüz on) manat, cəmi 73140 (yetmiş uç min yuz qırx) manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbləri onunla əsaslandırılmışdır ki, 2003-cü il tarixdən Bakı şəhəri, Sabunçu rayonu 1-ci Zabrat qəsəbəsi ərazisində yerləşən “1 May” Mədəniyyət evinin Şimal-Şərq hissəsi ünvanda yerləşən, ümumi sahəsi 481 kv metr torpaq sahəsini Zabrat Bələdiyyəsi ilə uzun müddətli icarə müqaviləsi bağlayıb, icra orqanları ilə razılaşdırılmış şəkildə müvafiq sənədlər əldə etdikdən sonra xırda sahibkarlıq fəaliyyət növü olan çayxana açmışdır. Fəaliyyət göstərdiyi dövrdə vergi orqanlarında qeydiyyatdan keçərək sadələşdirilmiş vergi ödəyicisi kimi adına VOEN açılmış, identifıkasiya kodu ilə fəaliyyət göstərdiyi obyekt iaşə obyekti olan «Kafe klub» kimi qeydiyyata alınmışdır. Bundan başqa iaşə «Kafe klub» "xxxx" ASC, "xxxx" ASC ilə müqavilələr bağlamış, sayğaclarla təmin olunaraq işıq və su ilə təchiz edilmişdir. ”Azərişıq” ASC-nə 16400 manat pul vəsaiti ödəyərək obyekt yeni standartlara uyğun naqillərlə, yarımötürücü qurğu, sayğac və digər avadanlıqlarla təmin olunmuş, enerji haqqını daim vaxtında ödəmiş, bundan başqa "xxxx" ASC ilə müqavilə bağlayıb, dövlət rüsumu ödəyərək içməli su ilə təmin olunmuş, çirkab suların axıdılması üçün kanalizasiya xəttinə qoşularaq baş kollektora çirkab suların axıdılması üçün "xxxx" ASC-nə göstərilmiş xidmətə görə külli miqdarda rüsumlar ödəmişdir. Bundan başqa 2003-cü ildən başlayaraq 2018-ci il tarixədək fəaliyyət göstərdiyi dövrdə “Kafe klub”-a külli miqdarda - 63000 manat sərmayə yatırmışdır. Ən yeni avadanlıqdan tutmuş bahalı və qiymət li ləvazimat və aksesuarlarla təmin olunmuş çayxana “Kafe-klub” kimi ictimaiyyətə xidmət göstərmişdir. Xüsusilə qeyd edir ki, uzun müddət normal qonşuluq münasibətində olduğu, özünü 1-ci Zabrat qəsəbəsində yerləşən “1 May” Mədəniyyət evinin və mini bazarın sahibi kimi təqdim edən Dövlət Gömrük Komitəsinin gömrük xidməti polkovnik leytenantı Cavabdeh2 18 dekabr 2018-ci il tarixdə ona xəbərdarlıq edərək öz maddi vəsaiti hesabına yaratdığı obyektindən getməyini tələb etmiş və obyekti boşaltmaq üçün ona 20 gün vaxt vermişdir. Daha sonra vəzifə səlahiyyətlərini aşan, rütbəsindən, tutduğu mövqeyindən, statusundan istifadə edən Gömrük Komitəsinin yüksək çinli məmuru Cavabdeh2 ona təzyiqlər göstərmiş, obyektin su təchizatını dayandırmış, elektrik enerjisini kəsmiş, şər və böhtan xarakterli süni it tiham sübutları yaymış, nəticədə 08 yanvar 2019-cu il tarixdə saat 15 radələrində 5 (beş) nəfər polis əməkdaşları ilə birlikdə obyektə soxularaq əşyaları sındırmış, əmlakı dağıdıb məhv etmiş, fəaliyyətini iflic vəziyyətə salmışdır. Bundan başqa Cavabdeh2 1-ci Zabrat qəsəbəsində yerləşən “1 May” Mədəniyyət evini (klub) ******* manata sataraq 500000 manat beh almışdır. Klubun qabağındakı iddiaçıya məxsus obyekt Cavabdeh2 mane olduğu üçün iddiaçıya qarşı qanunsuz hərəkətlərə yol vermiş, nəticədə obyekti dağıtmış və ona külli miqdarda ziyan vurmuşdur. İddiaçı dəfələrlə cavabdehlərə bildirmişdir ki, əgər torpaq sahəsi və fəaliyyət göstərdiyi ərazi onların mülkiyyətindədirsə, nə üçün 2003-cü ildən 2018-ci il tarixədək hərəkətsizlik edib mübahisəli torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi və çə kişməsi yaratmayıblar və ya əksinə Cavabdeh2 onun atası məhkəmə qətnaməsi olmadan, külli miqdarda ziyan vurmaqla özbaşına “Kafe klub”-da olan: 1)Mişar daşı ilə inşa edilmiş, bahalı arqumentlərlə işlənmiş qiyməti plastik qapı-pəncərə, stol-stul, televizor, qızdırıcı radiator, naturmort yağlı boya ilə çəkilmiş divardan asılmış təbiət şəkili olmaqla 6 (altı) kabinet, 2) şənlik və digər tədbirlərin keçirilməsi üçün 40 nəfər tutumu olan banket zalı və onun aksesuarları olan 2 ədəd “Samsung” markalı televizor 82 diaqonal, stol-stul, qab-qaşıq, 3 ədəd qızdırıcı radiatorlar, divardan asılmış 4 ədəd təbiət şəkilləri, 5 ədəd uerə döşəmək üçün xalçalar; 3) 40 kv metr sahəsi olan mətbəx və mətbəx ləvazimatları, aksesuarlar, 2 ədəd iri həcmli soyuducular, 2 ədəd xarici istehsal olan “Hitachi” soyuducus u, 1 (bir) ədəd buz şkaf soyuducu, 100 litr su həcmini qızdırılması uçun “Ariston”, 2 ədəd xarici istehsal olan “Soni Bravia” markalı televizor, 2 ədəd antena “Krosny” tarelkaları, 8 ədəd kabineti qış mövsümündə isitmək uçun qızdırıcı radiatorlar, stol-stullar, 4 ədəd kabablıq manqallar, ət məhsullarının doğranması uçun 2 ədəd fərqli ölçüdə olan palıd kötüklər, 140 ədəd kabab şişləri, paslanmayan, düraliminium materialından olan 2 ədəd 6 kv metr stol, irili-xırdalı, böyük-balaca ölçülərinə görə fərqlənən xrustal stəkanlar, “bahema” və cini qab-qaşıqlar, servizlər, meyvə qabları, fujerlər, blud boşqablar, plastik qablar, “Kafe klub”un həyətyani sahəsinə və yer örtüyünə vurulmuş 300 kv metrlik daş tamet, reklam sitləri, “Kafe klub”un həyətyani sahəsinə gözəllik vermək üçün salınmış gül kolla n, dekorativ ağaclar və digər aksesuarlar sonuncular tərəfindən dağıdılaraq məhv edilmiş, ona 63000 manat dəyərində ziyan dəymişdir. İddiaçı eyni zamanda göstərmişdir ki, 2003-cü il tarixdən istifadə və sahibliyində olan çayxanada 4 (dörd) ailə işləyir, 4 (dörd) insan evinə çörək aparırdı. O, bu obyektə 63000 manat sərmayə yatırmışdır. Özü 3-cü qrup əlildir. Həyat yoldaşı xroniki şəkərli diabetin ağır formasından əziyyət çəkir, həm şəkərli diabet, həm də xroniki dəmir defisiti anemiya diaqnozu ilə dispanser qeydiyyatındadır. Banklara olan borcu onu çıxılmaz və acınacaqlı vəziyyətə salmışdır. Borc yiyələri gecə-gündüz öz pullarını tələb edirlər. O, cavabdehlərin qanunsuz hərəkətləri ilə bağlı prokurorluq orqanlarına şikayət ərizəsi ilə müraciət etmiş və ona hüquqlarının müdafiəsi üçün qan unla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Belə ki, müraciət etdiyi şikayətlərlə bağlı cavabdehlər izahat verilməsi üçün hüquq-mühafizə orqanlarına dəvət olunmuş və onlar öz izahatlarında iddiaçıya məxsus “Kafe klub”un onlar tərəfindən dağıdılması faktı etiraf edilsə də, nədənsə cavabdehlər törətdikləri əmələ görə məsuliyyətdən kənarda qalmışlar.Cavabdehlərin günahı üzündən ona vurulmuş zərərin məbləği ümumilikdə 73140 manat təşkil edir. Bura dəymiş maddi ziyana görə 63000 manat, cavabdehlərin qanunsuz hərəkətlərindən sonra keçirdiyi mənəvi sarsıntı şuuruna mənfi təsir, əsəb gərginliyi mənəvi və fiziki iztirablar keçirdiyi üçün - mənəvi ziyana görə 10000 manat, iddia ərizəsinə məhkəmədə baxılması üçün qabaqcadan ödənilmiş 30 manat, məhkəmədə hüquqlarını mü dafiə etmək üçün vəkilə ödənilmiş 110 manat pul vəsaiti daxildir. Bilavasitə ona maddi zərər və mənəvi ziyan vuran cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının şüuruna mənfi təsir göstərmiş və səhhəti ilə bağlı müalicəyə ehtiyac yaranmışdır. Dəfələrlə cavabdehlərə bu barədə şifahi müraciətlər etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Bu səbəbdən cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, cavabdehlərin təqsiri səbəbindən dəymiş ziyanın ödənilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2499/2019 nömrəli 03 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim K.F.Əmirxanova) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Zabrat bələdiy yəsi ilə bağlanmış 18 iyun 2007-ci il tarixli, 389 “a” saylı icarə müqaviləsinə əsasən Zabrat qəsəbəsi, 1 Мay klubunun şimal-şərq hissəsində yerləşən, ümumi sahəsi 481 kv metr olan torpaq sahəsi iddiaçının icarəsinə verilmiş və iddiaçı orada “Kafe-klub” kimi fəaliyyət göstərən iaşə obyektini təşkil etmişdir. Eyni zamanda, Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 22 avqust 2005-ci il tarixli, 005824 saylı qeydiyyat Şəhadətnaməsinə əsasən, Zabrat qəsəbəsi, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 3022 kv metr olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə “Say qəzeti redaksiyası” kiçik müəssisəsənin adına qeydə alınmış və sonuncunun ərizəsinə əsasən "xxxx" MMC tərəfindən verilmiş 27 may 2014-cü il tarixli hesabat cədvəli nəzərə alınmaqla sözügedən o byektin faktiki torpaq sahəsinin 2328,6 kv metr olması göstərilmişdir. Həmçinin mülki iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının sahibliyində olan “Kafe-klub” iaşə obyektinin yerləşdiyi torpaq sahəsi “Say qəzeti redaksiyası” kiçik müəssisəsinin ərazisinə, yəni Bakı şəhəri, Sabunçu rayonu, Zabrat STQ, ünvan 2 ünvanda yerləşən 3022,0 kv metr qeyri-yaşayış sahəsinə aiddir. İddiaçı cavabdehlərin təqsiri üzündən ona hər hansı maddi zərər dəyməsini sübuta yetirə bilməmişdir. İddiaçı tərəfdən şahid qismində dindirilmiş Kötəl Əliyev də “Kafe klub” sökülərkən içərisindəki əşyaların səliqə ilə bir kənara yığıldığını və əşyalara heç bir ziyan vurulmadığını göstərsmişdir. Eyni zamanda cavabdehlərin hər hansı hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərərin yetirilməsi sübuta yetirilməmişdir. Ona görə də iddia rədd olunmalıdır.
11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21, 1096 və 1097.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-511/2020 nömrəli 10 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov sədrlik edən və məruzəçi, X.Ə.Sarıyev və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd edilməsini əsaslı sayarkən iddiaçı tərəfindən mübahisə predmeti olan obyektin cavabdehlər tərəfindən və yaxud onların göstərişi əsasında sökülməsi barədə heç bir sübut təqdim edilməməsini, obyektin cavabdehlər tərəfindən sökülməsini iddiaçının şəxsən görməməsini, söküntünün polis işçiləri tərəfindən aparılmasını gördüklərini təsdiq edən şahidlər X2 və X1 ifadələrinin isə söküntünün cavabdehlərin göstərişi ilə aparılmasını təsdiq etməmələrini, sökülmüş taxta konstruksiyalı tikiliyə aid materialların, dam örtüyünün plastik qapı-pəncərələrin səliqə ilə əraziyə yığılmasını, kafedə istifadə olunan əşyaların, yəni soyuducu, qab-qacaq, masa və oturacaqların qeyri-yaşayış sahəsinə yığılıb saxlanılmasını, cavabdehlərin hüquq-mühafizə orqanları nda verdikləri izahatlarında söküntü faktını etiraf etmələri barədə iddiaçının göstərdiklərinin araşdırma zamanı təsdiq olunmamasını əsas göstərmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.2, 1096, 1097-ci digər maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1 və 8-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
16. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.R.Xələfov sədrlik edən və məruzəçi, G.A.Quliyev və Z.Ə.Əliyev) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını qərara almışdır.
18. Kassasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, torpaq sahəsinin göstərilən vəziyyətdə Bələdiyyəyə deyil, cavabdehə məxsus olması vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar mübahisənin həlli üçün heç bir əhəmiyyət kəsb etmir. İddiaçıya məxsus “Kafe-klub” heç bir məhkəmə qərarı olmadan söküldüyündən söküntünü həyata keçirmiş şəxs bunun üçün maddi və mənəvi məsuliyyət daşımalıdır. Həmin hərəkət mülki hüquq pozuntusu olduğundan mübahisə Mülki Məcəllənin 1096 və 1097-ci maddələrin tələbləri baxımından həll edilməli idi. İşdən gör ündüyü kimi obyektdən istifadə ilə bağlı təxminən 15 il ərzində iddiaçıilə cavabdehlər arasında heç bir mübahisə və münaqişə olmamışdır. Yalnız cavabdehlərin ondan obyekti boşaltmasını tələb etdikdən və bunun üçün verilmiş vaxt bitdikdən sonra obyektin sökülməsi və söküntünün cavabdehlər tərəfindən fotoaparatla çəkilməsi, orada olan material və avadanlıqların həmin ərazidə cavabdehlər tərəfindən yığılması baş vermişdir. Həmin hallar sübut əhəmiyyəti daşımasına baxmayaraq apellyasiya məhkəməsi tərəfindən onlara lazımınca qiymət verilməmişdir. Belə ki, işin 101-105-ci səhifələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli məhkəmə iclasının protokolunda əks olunmuş izahatında Cavabdeh1 iddiaçıya öz xoşu ilə tikilini sökməsini təklif etməsini, onun isə həmin təkl ifə məhəl qoymamasını, bir ay gözlədikdən sonra polis işçilərinin söküntünü həyata keçirmələrinə ona razılıq vermələrini göstərmişdir.
19. Məhkəmə öz mövqeyin Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə əsaslandırmışdır. c) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
20. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və Z.A.Şirinov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.
21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir, onun tikintiyə dair sərəncam vermək onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hazırki, iddia üzrə iddia edilənlər, habelə kassas iya instansiya məhkəməsinin qərarında təsbit edilən (sübut əhəmiyyəti daşımasına baxmayaraq şəkillərdə əks olunan şəxslərin kimliyini müəyyən etmək və həmin sübuta da müvafiq hüquqi qiymət vermə barədə) göstərişlər hüquqazidd olan əməllərin müəyyən edilməsi çərçivəsində cinayət və ya inzibati xəta təqibi qaydasında aparılan araşdırmanın predmeti ola bilər. Mülki icraatda hüquqa zidd hərəkətlərin müəyyən edilməsi üçün istintaq səlahiyyətləri mövcud deyil, tərəflər isə əlavə sübutlar (və ya vəsatətlər) təqdim etməyiblər. Beləliklə, iş üzrə iddia edilənlər hüquqa zidd hərəkət (hərəkətsizlik) meyarları ilə hüquq mühafizə orqanları tərəfindən araşdırmanın nəticəsi olaraq təqsirkar şəxslərin müəyyən edildiyi təqdirdə maddi zərərin həmin cinayət və ya inzibati xəta haqqında iş üzrə, habelə mülki mühakimə icraatı qaydasında mötəbər sübutlar əsasında yenidən tədqiq edilə bilər. Apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri isə formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
22. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 139158, 180, 1096 və 1097-ci maddələrinin və digər maddi hüquq normalarının və Mülki Prosessual Məcəllənin 77.1 və 88-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. d)Kassasiya instansiyası məhkəməsində ikinci icraat
23. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yeyidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxa rılmasını xahiş etmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 avqust 2021-ci il tarixli qərarı ilə (hakimlər: məruzəçi Ə.Əhmədov, V.Həsənov və İ.Şəfiyev və ) İddiaçı kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 22 fevral 2021-ci il tarixli, 2(103)2587/2021 saylı qətnaməsi ləğv olunaraq mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
25. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, torpaq sahəsinin göstərilən vəziyyətdə bələdiyyəyə deyil, cavabdehlərə məxsus olması iddiaçıya vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar hazırki mübahisənin həlli üçün heç bir əhəmiyyət kəsb etmir və iddiaçıya məxsus “Kafe-klub” heç bir məhkəmə qərarı olmadan söküldüyündən söküntünü həyata keçirmi ş şəxslər mülki hüquqi məsuliyyət daşımalıdırlar. İşdə olan və apellyasiya instansiyası məhkəməsi tərəfindən ümumiyyətlə qiymətləndirilməmiş sübutlar göstərilən nəticəyə gəlməyə əsas verir. Belə ki, iddiaçının izahatlarından və şikayətlərindən görünür ki, cavabdehlər əvvəlcə ondan obyekti boşaltmağı tələb ediblər və bunun üçün ona 20 gün vaxt veriblər, sonra isə ona qarşı təzyiqlər göstərib, su təchizatını dayandırıb, elektrik enerjisini kəsmişlər. 08 yanvar 2019-cu il tarixdə isə sözügedən obyekti söküb dağıtmışlar. İşdən göründüyü kimi iddiaçı obyektdən istifadə etdiyi təxminən 15 il müddət ərzində obyektlə bağlı heç bir münaqişə olmamışdır. Yalnız cavabdehlərin ondan obyekti boşaltmasını tələb etdikdən və bunun üçün verilmiş vaxt bitdikdən sonra obyektin sökülməsi və söküntünün cavabdeh lər tərəfindən fotoaparatla çəkilməsi, orada olan material və avadanlıqların həmin ərazidə cavabdehlərə məxsus olan anbara yığılması baş verib. Həmin hallar sübut əhəmiyyəti daşımasına baxmayaraq məhkəmə kollegiyası tərəfindən onlara lazımınca qiymət verilməmişdir. İşin 101-105-ci səhifələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli məhkəmə iclasının protokolunda əks olunmuş izahatında Cavabdeh1 iddiaçıya öz xoşu ilə tikilini sökməsini təklif etməsini, onun isə həmin təklifə məhəl qoymamasını və bir ay gözlədikdən sonra isə polis işçilərinin söküntünü həyata keçirmələrinə razılıq verməsini göstərmişdir. Həmin protokolda olan digər Cavabdeh2 izahatından isə görünür ki, onlar tərəfindən söküntü zamanı fotoşəkillər çəkilib və iddiaçıya gəlib əşyalarını aparm ası təklif olunub. Apellyasiya məhkəməsində verdikləri izahatlarında isə cavabdehlər obyektin onlar tərəfindən deyil, iddiaçının özü tərəfindən sökülməsini bildirməklə birinci instansiya məhkəməsində verdikləri izahatlarını danmışlar. Lakin işə baxan apelyasiya məhkəməsi izahatlardakı bu ziddiyyətin səbəblərini ümumiyyətlə araşdırmamış və işin həmin hallarına heç bir hüquqi qiymət verməmişdir. Halbuki cavabdehlər birinci instansiya məhkəməsində verdikləri izahatlarında obyektin onlar tərəfindən söküldüyünü etiraf etmişlər. İş materiallarına əlavə edilmiş fotoşəkillər söküntü işləri aparılan zaman çəkilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi şəkillərdə əks olunan şəxslərin kimliyini müəyyən etməitş və həmin sübuta da müvafiq hüquqi qiymət verməmişdir. Söküntü işləri aparılarkə n obyektdə olmuş şahidlər Arif Abbasov və Kötəl Əliyevin ifadələrinə isə ümumiyyətlə qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, obyekt sökülərkən orada iddiaçı deyil, həmin şahidlər iştirak etmişlər. X4 izahatına görə Cavabdeh1 obyektin söküləcəyini demiş və o da söküntü barədə iddiaçıya məlumat verməsinə baxmayaraq sonuncu obyektə gəlməmişdir. Bundan başqa, işdən görünür ki, iddiaçı ona dəymiş maddi zərərə görə cavabdehlərdən 63000 manat pul tələb edir və ona məxsus əşyaların bir qismi cavabdehlərə aid anbarda saxlanılır. Apellyasiya məhkəməsi, bu hal üzrə heç bir araşdırma aparmadan, maddi zərərin tərkibini, dəyəri iddia olunan əşyaların naturada mövcud olub-olmadığını, onların təyinatı üzrə yararlılığını, iddiaçının həmin əşyaları naturada qəbul etmək istəyib-istəmədiyini və sair işin hallarını araşdırmadan, iddianın bütövlükdə əsassız olması nəticəsinə gəlmişdir.
26. Məhkəmə öz mövqeyin Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri ilə əsaslandırmışdır. e) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
27. Təkrar apellyasiya baxışı zamanı iş üzrə mütəxəssis cəlb edilərək, qeyd edilən qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində qeyri-yaşayış sahəsinin içində olan əşyalarla birlikdə hansı məbləğə ziyan dəyməsi müəyyən edilmişdir.
28. Mütəxəssis qeyd olunan suallara dair müətəxxəsis rəyi təqdim etməklə yanaşı izahatında göstərmişdir ki, əşyaların yeni və ya işlənmiş olması eləcə də aşınma halları nəzərə alınmaqla, sökülən tikililərin 2019-cu il yanvar ayına dəyəri 4315 manat, qeyriyaşayış sahəsində olan daşınar əmlakların dəyəri cəmi 390 manat, tamet sahəsinin dəyəri isə qeyd olunan tarixə 108 manat təşkil etmişdir.
29. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10776/2021 nömrəli iş üzrə 24 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova sədrlik edən və məruzəçi, M.A.Məmmədov və R.M.Həsənov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2499/2020 saylı 03 iyul 2020-ci il tarixli qətnaməsi maddi ziyanın tam təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddianın qismən təmin olunması, rəylərdə nəzərdə tutulmuş tametin dəyəri – 108 (bir yüz səkkiz) manat, əşyaların dəyəri 390 (üç yüz doxsan) manat, tikililərin dəyəri 4315 (dörd min üç yüz on beş) manat, cəmi 4813 (dörd min səkkiz yüz on üç) manat pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı verilməsi, iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməməsi, mütəxəssis xərci – 200 (iki yüz) manat vəsaitin 100 (bir yüz) manat hissəsi Cavabdeh1 Məlik oğlundan, 100 (bir yüz) manat hissəsi isə İddiaçı tutularaq "xxxx" MMC-nin verilməsi qət olunmuşdur. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 tərəfindən sökülməsi nəticəsində iddiaçıya qeyriyaşayış sahəsində olan daşınar əmlaklar da daxil olmaqla maddi ziyan dəyməsi öz təsdiqini tapmış, həmçinin qeyri-yaşayış sahəsində olan əşyaların anbarda saxlanması bildirilsə də, təqdim edilmiş fotoşəkillərdən həmin ə şyaların yararsız halda olması müəyyən edilmişdir. Beləliklə, iddia tələbi maddi ziyanın tutulması hissəsində Cavabdeh1 münasibətdə qismən, yəni 4813 manat vəsaitin tutulması hissəsində əsaslıdır. Lakin iddia tələbinin qalan hissələrdə, yəni mənəvi ziyanın ödənilməsi hissəsində təmin edilməməsi barədə qeyd etmişdir ki, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərərin yetirilməsi sübut olunmadığından həmin hissədə də birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.
31. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı na istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və vurulmuş ziyana görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 63000(altmış üç manat) maddi ziyan və 10000 (on min) manat mənəvi, cəmi 73000 (yetmiş üç manat) zərərin tutulub ona ödənilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
33. İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci və MPM-nin 14.2,416 və 418-ci maddələrinə istinad edərək, məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmiş, göstərmişdir ki, məhkəmə Vüqar Quliyevə qarşı iddianı rədd etməkdə haqlı olmamış, vurulmuş maddi zərərin hesablanmasında səhvə yol vermiş, mənəvi zərərin rədd olunmasını əsaslandırmamış, əlavə olaraq kafeni işlədəndə ayda təxminən 2000 manat gəlir əldə etdiyini¸ cavabdehlərin qanunsuz əməllərinə görə 3 il işsiz qalmasını və 72000 manat həmin gəlirdən məhrum olmasını hesab almamışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Cavabdeh2 kasasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin olunmaması və Bakı Apelyasiya Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, göstərmişdir ki, iddiaçı ərazidən çıxıb gedəndən sonra hazırkı əsassız tələblərlə iddia etməkdə məqsədi əlavə vəsait əldə etməklə əsasssız varlanmaqdır ki, bu da qanunla yol verilməzdir. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallar ını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə qismən, yəni iddia tələblərinin təmin olunmadığı hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının
37. Maddə 60.1 Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsi nə təminat verilir.
38. Maddə
62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
39. Maddə 71.2. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
40. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzin in daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
41. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
42. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunver iciliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
43. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
44. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 45. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki,...məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını mü əyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayda da əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
48. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdiril məsi üçün əsas yoxdur.
54. İşdən görünür ki, iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 tərəfindən sökülməsi nəticəsində, o cümlədən qeyri-yaşayış sahəsində olan əşyaların yararsız hala düşməsi ilə iddiaçıya maddi ziyan dəyməsi, cavabdeh tərəfindən mülki hüquq pozuntusunun törədilməsi öz təsdiqini tapmış, iddiaçıya dəymiş maddi ziyanın miqdarı isə apellyasiya məhkəməsi tərəfindən cəlb edilmiş mütəxəssis tərəfindən iş materiallarına əsasən müəyyən edilmişdir. Mütəxəssis rəyinə görə cavabdehin Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəyən zərər əşyaların yeni və ya işlənmiş olması, eləcə də aşınma halları nəzərə alınmaqla, sökülən tikililərin 2019-cu il yanvar ayına dəyəri 4315 manat, qeyri-yaşayış sahəsində olan daşınar əmlakların dəyəri cəmi 390 manat, tam et sahəsinin dəyəri isə qeyd olunan tarixə 108 manat təşkil etmişdir. 2019cu il yanvar ayına dəyəri 4315 manat, qeyri-yaşayış sahəsində olan daşınar əmlakların dəyəri cəmi 390 manat, tamet sahəsinin dəyəri isə qeyd olunan tarixə 108 manat təşkil etmişdir.
55. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin qalan hissələrdə, maddi zərərin qalan hissəsi və mənəvi ziyanın ödənilməsi hissələrdə iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilməmiş, birinci instansiya məhkəməsi həmin hissələrdə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.
56. İddiaçı kassasiya şikayətində göstərilən dəlillərlə, yəni cavabdeh Vüqar Quliyevə qarşı iddianın rədd edilməsinin əsassız olması, vurulmuş maddi zərərin düzgün hesablanmaması, mənəvi zərərin rədd olunmasını əsaslandırma ması, əlavə olaraq 72000 manat əldən çıxmış fayda kimi ziyan çəkməsi barədə məhkəmə kollegiyası qeyd edir ki, sonuncu dəlil ümumiyyətlə iddia tələbində irəli sürülməmiş, məhkəmə baxışının predmeti olmamış, iddiaçı iddia ərizəsində real zərəri tələb etmişdir. Digər dəlillər isə ididaçı təərfindən işə apellyasiya instansiyası məhkəməsinə baxılarkən irəli sürülmüş, apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
57. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, h abelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 24 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-10776/2021 nömrəli iş üzrə 24 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.