Məhkəmə qərarları › İş №2(102)-3389/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3389/2020

12.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3389/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)42/2020 saylı qətnaməsindən İddiaçı ASC və Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.M.Əliyev, iş № 2(039)-1508/2018) İddiaçı ASC-nin Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka predmetlərinə yönəldilməsi və s. tələbinə dair iddiası qismən təmin edilərək, Cava bdeh1 xx xxxxxx 2014-cü il tarixli “X2” üzrə Banka borclu olduğu 27.748,59 ABŞ dolları məbləğində əsas, 3.435,42 ABŞ dolları məbləğində faiz borcu və 200 ABŞ dollar məbləğində cərimə, cəmi 31.384,01 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat və bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərc 30 manat, cəmi 60 manatın İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin ipoteka qoyulmuş, Cavabdeh1 mülkiyyətindəki ünvan 1 A, ünvanında, 0.0177 ha torpaq sahəsində yerləşən 201.0 kv.m ümumi,106.2 kv.m yaşayış, 94.8 kv.m yardımçı, sahəsindən ibarət 6 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilərək həmin yaşayış evinin açıq hərracdan satılmaqla satış hesabına əldə edilmiş vəsaitdən borcun İddiaçı ASC-yə ödənilməsi, ünvan 1 A, ünvanında, 0. 0177 ha torpaq sahəsində yerləşən 201.0 kv.m ümumi,106.2 kv.m yaşayış, 94.8 kv.m yardımçı sahədən ibarət 6 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 145.000 manat müəyyən edilməsi, ünvan 1 A, ünvanında, 0.0177 ha torpaq sahəsində yerləşən 201.0 kv.m ümumi,106.2 kv.m yaşayış, 94.8 kv.m yardımçı sahədən ibarət 6 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin torpaq sahəsi ilə satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədikləri təqdirdə cavabdehlər Cavabdeh1, Əliyeva İlhamə Böyükkişi qızının və Cavabdeh2 həmin fərdi yaşayış sahəsindən məcburi çıxarılmaları və onlar tərəfindən yaşayış evinin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, M.A.Əsədli, A.A.Mahmudov, iş № 2(107)-43/2020) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilmiş, 117455-NEDVİJ-1734 saylı xx.xx.2013-cü il tarixli “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə uyğun оlаrаq ipоtekа qоyulmuş, Cavabdeh1 məxsus ünvan 1 A, ünvanındakı fərdi yaşayış evinin, yerləşdiyi torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 200.000 (iki yüz min) manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli “X2” nə əsasən sonuncuya 24 ay müddətinə illik 20 faizlə 60.000 ABŞ dolları məbləğində kredit verilmişd ir. Kredit müqaviləsinin təminatı olaraq xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 2 A ünvanda yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. 2017-ci ilin may ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka cəmi 33.313,51 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərərək həmin borcun, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat və ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumlarının tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi və s. dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasas iya şikayətlərinin dəlilləri: İddiaçı ASC qətnamədən kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin Cavabdeh1 kasasiya şikayəti verərək işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas gətirərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qayda da məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azər baycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank, iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin X3 verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi X1 qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas və faiz b orcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müəyyən olunduğu kimi Cavabdeh1 bankla bağladığı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 307.7 və 309.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariatda təsdiq ol unmalı və dövlət qeydiyyatına alınmalıdır. İşdən görünür ki, bankla bağlanmış ipoteka müqaviləsi qanunun yuxarıda göstərilən normalarının tələblərinə müvafiq olaraq notariatda təsdiq olunmuş və ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricininin rəyi əsası nda məhkəmə tərəfindən müəyyən edilir. İş üzrə birinci instansiya məhkəməsi qiymətləndirici təyin etmiş və “xxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli qiymətləndirmə rəyində evin dəyərinin 145.000 manat olması müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi mütəxəssis rəyinə əsaslanmaqla əmlakın ilkin satış qiymətini 145.000 manat məbləğində müəyyən etmişdir. X7 Məhkəməsinə ünvanlanan apelyasiya şikayətində cavabdeh tərəfindən ipoteka predmetinin qiyməti mübahisələndirildiyindən məhkəmə kollegiyası müstəqil qiymətləndirici təyin etmiş və “X5” MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyində evin dəyərinin 200.000 manat olması müəyyən olunmuş, apelyasiya instansiyası məhkəməsi sonuncu rəyi nəzərə alaraq ipoteka predmetinin ilkin satış qiymətini 200.000 manat məbləğində müəyyə n etmişdir. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kasasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar