Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-339/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı QƏRARİ (Açar sözlər: “pul tələbi”) 23.01.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" QSC-nə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4941/2023 nömrəli iş üzrə 09 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayətinə 23 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh "xxxx" QSC-nin nizamnaməsinə əsasən (əvvəlki adı "xxxx" QSC), onun əsas fəaliyyəti, həmçinin, Azərbaycan Respublikasında mərc və digər oxşar bəxt oyunlarının təşkili, keçirilməsi, idarə olunması və inkişaf etdirilməsidir.
2. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının xx.xx.2015ci il tarixli S-04 nömrəli qərarı ilə cavabdehin bu sahədə akkreditasiyası 10 il müddətə uzadılmışdır.
3. İddiaçı xx.xx.2022-ci il tarixdə “Topaz” (cavabdeh mərc oyunlarında “Topaz” əmtəə adı ilə iştirak edir) idman mərc oyunlarında hər biri 500 manat olmaqla, 38 dəfə mərc edərək (1. 2660 FK İFK Osteraakers vs İF Kungsangens Alt/Üst 4.5 ÜST - 3.7; 2. 1718 Sassuola Kalço vs Udineze Alt/Üst 1.5 ÜST - 1.11) cavabdeh tərəfindən verilmiş kuponl arı əldə etmiş, qeyd edilən futbol oyunlarının nəticələrinə görə mərclər uduşlu olmuşdur.
4. İddiaçı xx.xx.2022-ci il tarixdə rəsmi qaydada cavabdehə müraciət edərək, vergilər çıxılmaq şərti ilə 76.875 manat uduş məbləğinin verilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir (xəbərdarlıq xx.xx.2022-ci il tarixdə cavabdehə təqdim olunmuşdur).
5. Cavabdehin xx.xx.2022-ci il tarixli 53/22 nömrəli əmrinə əsasən - xx.xx.2022-ci il X1, 2-ci Dəstə, Şimali Svealand turnirində İFK Österaker FK and İF Kungsangens futbol komandaları arasında keçirilmiş futbol oyunu ilə bağlı edilmiş bütün mərclər üzrə uduşlar, həmin oyunun nəticəsinin saxta olması ilə bağlı aşkar şübhələrin olmasına görə təxirə salınmış, oyunla bağlı şübhələrə dair İsveç Futbol Federasiyasına mür aciət edilməsi, təxirə salınmış uduşlara görə uduşlu mərc biletləri təqdim edən iştirakçılara uduşların verilməsindən imtina edilməsi və s. qərara alınmışdır.
6. Cavabdehin xx.xx.2022-ci il tarixli, 65/22 nömrəli əmri ilə xx.xx.2022-ci il X1, 2-ci Dəstə, Şimali Svealand turnirində İFK Österaker FK and İF Kungsangens futbol komandaları arasında keçirilmiş futbol oyunu ilə bağlı edilmiş bütün mərclər üzrə uduşlar, həmin oyunun nəticəsinin saxta olması ilə bağlı aşkar şübhələrin olmasına görə ləğv edilmiş, ləğv edilmiş uduşlara görə uduşlu mərc biletləri təqdim edən iştirakçılara uduşların verilməsindən imtina edilmişdir.
7. Cavabdeh uduşun verilməsindən imtinanın qanuni əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 153 nömrəli qərarı ilə təsdiq edilmiş “İ dman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 5.13-cü maddəsinə əsaslanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 76.875 manat uduş məbləğinin, 3.000 manat maddi ziyanın, 3.000 manat mənəvi ziyanın və 338 manat ödənilmiş dövlət rüsumunun, cəmi 83.213 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müxtəlif saatlarda “Topaz” idman mərc oyununda hər biri 500 manat olmaqla 38 dəfə mərc edərək kupon əldə etmiş, əldə olunmuş kuponlar üzrə həmin mərcləri qazanmışdır. Kuponları nağdlaşdırmaq məqsədilə “Topaz” məntəqələrinə yaxınlaşdıqda kuponların uduşlu olduğunu, lakin baş ofisə yaxınlaşmalı olduğu bildirilmişdir. İddiaçı dəfələrlə qaynar xətt nömrəsi ilə əlaqə saxlamış və "xxxx" QSC-nin baş ofisinə müraciət etmiş, lakin bu günə kimi heç bir nəticə verməmiş və hər dəfəsində müxtəlif bəhanələrlə əliboş yola salınmışdır. Kuponlar üzrə vergilər çıxılmaq şərti ilə 76.875 manat uduş məbləği qazanmışdır. xx.xx.2022-ci il tarixdə rəsmi xəbərdarlıq göndərilmişdir, lakin bu günə kimi uduş məbləği ödənilmir. Bundan əlavə, cavabdeh 25 gündən artıq müddətdə uduş məbləğini ödəməməklə iddiaçıya maddi və mənəvi ziyan vurur. Belə ki, udulmuş məbləğin 19.000 manatı şəxsin şəxsi pullarıdır ki, həmin məbləği şəxs bu müddət ərzində istifadə edərək müəyyən miqdarda gəlir edə bilərdi və əlavə olaraq cavabdehdən pulun alınması üçün 300 manat m iqdarında vəsait hüquqi xidmətlər üçün və 321 manat dövlət rüsumu ödəməlidir. Bundan başqa, 25 gündən artıqdır ki, uduş məbləğini verməməklə iddiaçını stresdə saxlayır.
10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)4221/2022 saylı qətnaməsi ilə (hakim Lalə Rəhimli) iddia təmin olunmamışdır.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının həqiqətən eyni oyun üzrə 38 dəfə mərc edərək uduşlu kupon qazanması şübhəli olduğundan, oyunun nəticəsinin saxta olduğuna və dolayısı ilə belə oyunlara aid qayda və rəsmi normalara riayət olunmamasına dair aşkar şübhələr olduğundan, Kungsangens İf futbol komandası son 2 il ərzində oynadığı 4 matçın hamısında manipulyasiyaya cəlb olunduğundan, “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 5.13-cü ma ddəsinə əsasən cavabdeh tərəfindən iddiaçıya uduşun ləğv edilməsi əsaslı olmuşdur. Odur ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz. Məhkəmə həmçinin iddiaçının 3.000 manat maddi və 3.000 manat mənəvi ziyanın tutulması barədə iddiasına hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin tələblər iddiaçı tərəfindən uduşun verilməsinin 25 gündən artıq gecikdirilməsi nəticəsində ona maddi və mənəvi ziyanın dəyməsi ilə bağlı olmuş, yəni əsas tələbdən törəmə tələblərdir. İddiaçının əsas – uduşun verilməsi barədə tələbi təmin edilmədiyindən, ondan törəmə tələblər olan maddi və mənəvi ziyanın dəyməsi ilə bağlı tələbləri də təmin edilməməlidir.
12. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1083.1, 1084-cü maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx. xx.2010-cu il tarixli 153 nömrəli qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 5.13-cü maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməməsi və s. göstərilmişdir.
15. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etirazda qeyd edilmişdir ki, İsveç Futbol Federasiyasının məktubundan oyunla bağlı şübhənin olmasına görə müraciət edilməsi artıq cavabdehə qanunvericiliyə uyğun olaraq əsas verir ki, uduşun nəticələrini ləğv etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli Qərarı ilə təsdiq olunmuş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 5.13-cü maddəsinə əsasən bir oyunun nəticəsinin saxta olduğuna və dolayısı ilə belə oyunlara aid qayda və rəsmi normalara riayət olunmamasına dair aşkar şübhələr, yaxud bu oyunun etibarlılığın şübhə altına alan sübutlar mövcud olarsa, Operator uduşların ödənilməsini təxirə sala, yaxud ləğv edə bilər. Eyni zamanda, hər hansı digər mərc operatorunda bu oyunun nəticəsində uduşun verilib verilməməsinin iddiaçıya münasibətdə heç bir hüquqi qüvvəsi yoxdur. Onlar mərc ba zarında müstəqil fəaliyyət göstərən subyektlərdir və hər hansı mərc operatorunun istənilən mərclə bağlı gəldiyi nəticələr digər operatorlar üçün heç bir məcburi qüvvəsi yoxdur. Bununla yanaşı, sözügedən məktubun məzmunundan göründüyü kimi, məhz federasiyanın əməkdaşlıq etdiyi və mərc operatorları üçün idman datalarını toplayan və təhlil edən, bu sahədə tanınan Sportradar şirkətinin təhlili nəticəsində şübhələr əsaslı olduğuna görə polis orqanına müraciət edilmişdir. İddiaçının məhkəmə qətnaməsini məhkəmə iclasında tədqiq etdiyi sübutlarla əsaslandırmalıdır hissəsində prosessual normaların pozulmasına gəlincə, iddiaçı apellyasiya şikayətinə əlavə edilmiş UEFA Nizamnaməsinə istinad edir. Halbuki, nizamnamədə istinad etdiyi maddədə milli federasiyanın müstəqil fəaliyyət göstərməsinə xələl gət irən və ümumiyyətlə bu işə təsir edə biləcək heç bir müddəa yoxdur. Həmçinin, UEFA İntizam Qaydalarının (2022-ci il nəşri) 2-ci maddəsində qeyd olunur ki, intizam qaydaları UEFA nizamnaməsi, qaydaları, qərarları pozulduqda tətbiq edilir və bu intizam qaydaları UEFA tərəfindən təşkil edilən oyunlar və yarışlara münasibətdə tətbiq edilir. Digər tərəfdən, iddiaçı nəzərə almır ki, birinci instansiya məhkəməsi məhz həmin məhkəmə baxışında tədqiq edilmiş sübutlara baxıb hüquqi qiymət verir. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bunu nəzərə alaraq, məhkəmənin məhkəmə iclasında tədqiq edilən sübutlara istinad etməsində prosessual normaları pozması ilə bağlı gəldiyi qənaətin heç bir əsası yoxdur.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-498/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və F.F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
17. İddiaçı kassasiya şikayəti verərək həmin qətna mənin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1998/2023 nömrəli qərarı ilə (hakimlər V.M.Məmmədov (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və Z.Ə.Əliyevdən ibarət tərkibdə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-498/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
19. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, həmin məhkəmə iddianın rədd edilməsində yalnız bir əsasa - Azərbaycan Respublikası Nazirl ər Kabinetinin xx.xx.2010-cu il tarixli 153 nömrəli qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 5.13-cü bəndinə istinad etmişdir. Həmin normaya görə, bir oyunun nəticəsinin saxta olduğuna və dolayısı ilə belə oyunlara aid qayda və rəsmi normalara riayət olunmamasına dair aşkar şübhələr, yaxud bu oyunun etibarlılığını şübhə altına alan sübutlar mövcud olarsa, Operator uduşların ödənilməsini təxirə sala, yaxud ləğv edə bilər. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qeyd olunan əsası ilə razılaşmır.
20. İlk olaraq, işin mübahisəsiz halıdır ki, tərəflər arasında idman mərc oyunları ilə bağlı müqavilədən irəli gələn öhdəlik-hüquq münasibətləri yaranmışdır, həmin müqaviləyə əsasən iddiaçının cavabdehə qarşı uduşun ona öd ənilməsini tələb etmək hüququ vardır, cavabdeh iddiaçı qarşısında belə bir öhdəliynin mövcudluğunu mübahisə etmir, sadəcə həmin öhdəliyin icrasını (uduşun ödənilməsini) təxirə salmaq, yaxud ləğv etmək səlahiyyətinin olduğuna və bu hüququnun “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları” adlı normativ-hüquqi aktdan irəli gəldiyinə istinad edərək, uduşun iddiaçıya ödənilməsindən imtina edir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının idman mərc oyunları üzrə cavabdehlə bağladığı mülki hüquqi müqaviləyə əsaslanan uduşun ona ödənilməsini tələb etmək hüququ Mülki Məcəllə ilə qorunan və təminat altına alınan mülki hüquqlara aiddir və Mülki Məcəllənin 6.3-cü maddəsi ilə (bu Qərarın 21-ci bəndi) tənzimlənən mülki qanunvericiliyin prinsiplərindən biri kimi mülki hüquqların yaln ız qanunla məhdudlaşdırıla biləcəyi məzmunlu imperativ qaydası bu hüquqları da özünün qoruma sferasına daxil edir. Başqa ifadə ilə, normativ-hüquqi aktların iyerarxiyasında Konstitusiya və referendumla qəbul edilmiş aktlardan sonra bərqərar olan qanunvericilik aktı kimi qanunun norması (Mülki Məcəllənin 6.3-cü maddəsi) ilə təsbit edilmişdir ki, mülki hüquqların məhdudlaşdırılması yalnız iki şərt biraraya gəldikdə mümkün ola bilər: 1) məhdudlaşdırma dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olmalıdır; 2) hüquqlar qanunla məhdudlaşdırılmalıdır.
22. Lakin işdən məlum olur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə gəlinən nəticə nin qanuni əsası kimi qəbul edilən normativ-hüquqi akt Nazirlər Kabinetinin qərarıdır, yəni qanun deyil, üstəlik, həmin hüquqi aktda mülki hüquqların məhdudlaşdırılmasının dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi zərurətindən irəli gəldiyi göstərilməmişdir.
23. Belə olan halda, mübahisəyə tətbiq olunmalı normativ-hüquqi aktlar arasında ziddiyyətin mövcudluğu şübhəsizdir və bu hal məhkəmələr tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin V hissəsi və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2-ci maddəsində müəyyən edilən qaydada aradan qaldırılmalı idi.
24. Apellyasiya və kassasiya şikayətlərində iddianın 3. 000 manat maddi ziyan və 3.000 manat mənəvi ziyan tələbləri mübahisə edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində birinci instansiya məhkəməsinin yekun məhkəmə aktı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
25. Odur ki, işə apellyasiya instansiyası məhkəməsində 76.875 manat uduş məbləğinin ödənilməsi hissədə yenidən baxılarkən bu Qərarın 30-35-ci bəndlərində müzakirə edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4941/23 nömrəli iş üzrə 09 oktyabr 2023-cü il tarixli qətnaməsi (sədrlik edən və məruzəçi M.Rüstəmli, hakimlər A.İsgəndərov və V.Sadıqov) ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-4221/2022 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilmişdir. Cavabdeh "xxxx" QSC-dən 76.875 manat uduş məbləği, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 313 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 170 manatı tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
27. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
28. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehin “Topaz” əmtəə adı ilə təşkil etdiyi idman mərc oyunlarında hər biri 500 manat olm aqla, 38 dəfə mərc edərək (1. 2660 FK İFK Osteraakers vs İF Kungsangens Alt/Üst 4.5 ÜST - 3.7; 2. 1718 Sassuola Kalço vs Udineze Alt/Üst 1.5 ÜST - 1.11) müvafiq kuponlar əldə etmiş və həmin futbol oyunlarının nəticələrinə görə mərclər uduşlu olmuşdur.
29. Beləliklə, tərəflər arasında idman mərc oyunları ilə bağlı müqavilədən irəli gələn öhdəlik-hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçının cavabdehə qarşı uduşun ona ödənilməsini tələb etmək hüququ yaranmışdır. Cavabdeh iddiaçı qarşısında belə bir öhdəliyinin mövcudluğunu mübahisə etməsə də, həmin öhdəliyin icrasını (uduşun ödənilməsini) təxirə salmaq, yaxud ləğv etmək səlahiyyətinin olduğuna və bu hüququnun “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları” adlı normativ-hüquqi aktdan irəli gəldiyinə istinad ed ərək, uduşun iddiaçıya ödənilməsindən imtina etmişdir.
30. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 153 nömrəli qərarına istinad etməklə iddianı rədd etmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
32. Hazırki mübahisəyə tətbiq olunmalı normativ-hüquqi aktlar arasında ziddiyət mövcuddur və Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin V hissəsi və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2-ci maddəsində müəy yən edilən qaydalara əsasən Nazirlər Kabinetinin qərarı deyil, Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir.
33. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi istinad etdiyi normativhüquqi akt - Nazirlər Kabinetinin qərarı qanun deyil və həmin hüquqi aktda mülki hüquqların məhdudlaşdırılmasının dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi zərurətindən irəli gəldiyi göstərilməmişdir.
34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülki hüquqlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 153 nömrəli qərarı əsasında məhdudlaşdırılması yolverilməzdir.
35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının uduş məbləği 76.876,94 manat olsa da, tələb etdiyi məbləğ 76.875 manatdır. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə iddia tələbindən kənara çıxa bilməz. Bu baxımdan cavabdeh idman mərc oyunları üzrə bağlanmış müqavilə üzrə öhdəliyini icra etməklə tələb olunan uduş məbləğini iddiaçıya ödəməlidir.
36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60, 125, 149, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.5, 2.6, 2.7, Mülki Məcəllənin 5.3, 6.2, 6.3, 14.2.1, 16.1, 385.1, 386.1, 390.1, 399.1, 425.1, 430.1, 560.1, 560.2, 560.3, 560.3.4, 1083.1, 1083.2, 1084, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 153 nömrəli qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlar ının təşkili və keçirilməsi Qaydaları”nın 4.2, 4.4, 4.5, 4.14, 5.1, 5.13, MPM-nin 14.1, 77.1, 88 maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. Cavabdeh "xxxx" QSC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddiaçının apelyasiya baxışının predmeti olan hissədə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 6.3-cü maddəsini tətbiq etməli olmadığı halda tətbiq etmişdir. Belə ki, bu maddə fiziki və hüquqi şəxslərin mülki hüquqlarının publik maraqlar baxımından yalnız qanunla məhdudlaşdırıla biləcəyini müəyyən edir. Bu maddə mülki qanunvericiliyin prins iplərini əks etdirən 6-cı maddədə istisnaedici halları müəyyən edən maddədir və bu maddənin hansı əsaslarla hazırkı işin faktiki hallarına tətbiq edilməli olduğu əsaslandırılmamışdır. Sözügedən maddənin mahiyyəti ondan ibarətdir ki, publik maraqların təmin edilməsi dövlətin üzərindədir və bu maraqların təmin edilməsi üçün məhz dövlət tərəfindən fiziki və hüquqi şəxslərin hüquqları məhdudlaşdırıla bilər. Dövlətin bu sahədə səlahiyyətinin qeyriməhdud olmasının qarşısını almaq üçün dövlətin bu səlahiyyətindən yalnız qanunla müəyyən edildiyi halda istifadə imkanı təsbit edilmişdir. Onların halında məhkəmənin də qeyd etdiyi kimi tərəflər arasındakı münasibətlər mülki hüquqi müqaviləyə əsaslanır. Mülki qanunvericiliyin prinsipləri Mülki Məcəllənin 6.1-ci maddəsində təsbit edilmişdir. Bu prinsipl ərdən istisnanı müəyyən edən hallar dar təfsir edilməli və ictimai və fərdi maraqların balanslaşdırılmasına xidmət edən mütənasiblik prinsipinə uyğun olmalıdır. Onların halında isə bununla bağlı nə Ali Məhkəmədə, nə də ikinci icraat zamanı Apellyasiya Məhkəməsində nəyə görə və hansı çərçivədə istisna müəyyən edən 6.3-cü maddənin tətbiqinin zəruriliyi əsaslandırılmamışdır. Müqavilə anlayışı özlüyündə tərəflərin müqavilə münasibətlərinə daxil olarkən gəldikləri razılığı müəyyən edir və bu razılığa gələrkən bir tərəf digər tərəfin də mənafelərini nəzərə almalı olur, əks halda iki tərəfin də qane olacağı razılaşma mövcud ola bilməz. Müqavilə ilə tərəfə verilmiş hüququn Mülki Məcəllənin 6.3-cü maddəsi ilə etibarsız hesab edilməsi mülki qanunvericiliyin 6.1-ci maddəsi ilə təsbit edilmiş mülki hü quqi prinsiplər ilə yanaşı, hüququn aliliyi prinsipini pozmuş olur. Məhkəmənin mövqeyini əsas götürsək, bu cür nəticəyə gəlmək olar ki, istənilən mülki hüquqi müqavilədə tərəf öz hüququnu məhdudlaşdırdığı hər hansı məsələdə bu məhdudiyyətdən yayınmaq məqsədilə onun bu hüququnun yalnız qanunla dövlət tərəfindən məhdudlaşdırıla biləcəyinə əsaslanar və bu məhdudiyyətə əməl etməz və beləcə müqavilədə razılaşdırılmış şərtlərin heç bir əhəmiyyəti qalmaz. Bu isə son nəticədə mülki dövriyyədə hüquqi müəyyənliyin pozulmasına və qeyri-stabilliyin yaranmasına səbəb olar. Hesab edirik ki, Məhkəmə Mülki Məcəllənin 6.3-cü maddəsini deyil, məhz 6.1-ci maddəsini əsas götürməli idi. Belə ki, hazırkı işin mübahisə edilməyən hallarından biri odur ki, tərəflər arasında yaranmış münasibətlər mülki hüquq münasi bətləridir. Məhkəmə tərəfindən də bu hal öz tsədiqini tapır. Bu baxımdan tərəflər arasındakı münasibətlər Mülki Məcəllənin 6.1-ci maddəsində nəzərdə tutulan prinsiplər çərçivəsində tənzimlənir. Bu maddədə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı kimi prinsiplər təsbit edilmişdir. Bu prinsiplər digər məsələlər ilə yanaşı, hazırkı işə münasibətdə tərəflərin müqavilə münasibətlərinə sərbəst şəkildə daxil olmasını və müqavilə şərtlərinə şəxslərin öz iradəsi əsasında razılıq verməsini də ehtiva edir. Bizim halda tərəflər arasında mövcud olan münasibətlər mülki hüquqi müqavilə əsasında tənzimlənir və hüququn müəyyənliyi prinsipi əsasında bu şərtlər, eləcə də cavabdehin istinad etdiyi şərt açıq-aşkar normativ hüquqi aktda təsbit edilmişdir. Nəzərə almaq lazımdır ki, idm an mərc oyunları xüsusi tənzimlənməli sahə olduğundan, mərc şərtləri və tərəflərin mərcdən irəli gələn hüquq və vəzifələri idman mərc oyunlarının operatoru tərəfindən müstəqil deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010cu il 20 avqust tarixli 153 nömrəli Qərarı ilə təsdiq olunmuş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”na (bundan sonra – Qaydalar) əsasən müəyyən edilmişdir. Cavabdehin fəaliyyət sahəsində müqavilə münasibətləri sərbəst deyil, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şərtlər əsasında müəyyənləşdirilmişdir. Belə olan halda, həm operator olaraq Cavabdehin özü, həm də müştərilər bu şərtləri öncədən bilərək müqavilə münasibətlərinə daxil olur. Bu müqavilə şərtləri çərçivəsində hər bir tərəfin hüquq və öhdəlikləri müəyyən olunur. Həmin Qay dalarda həm mərc iştirakçılarının, həm də opratorların hüquqları və vəzifələri müəyyənləşdirilir, eləcə də müəyyən şərtlər daxilində operatorların haqlı mənafelərinin müdafiəsi üçün tələblər müəyyən edilmişdir. Mərc iştirakçısının mərc edərkən bu Qaydaları bilməsi tələbi mərc oynanılmasının ilk şərti kimi həmin Qaydaların 3.1.1-ci bəndində göstərilmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, tərəflər arasında mərcdən irəli gələn hüquq münasibətləri xüsusi qaydada müəyyən edilmiş müqavilə münasibətlərdən irəli gəlir və mərc iştirakçıları mərc oynamaqla bu şərtləri qəbul edirlər. Hazırkı işin həllində tətbiq edilməli olan maddi hüquq norması məhz Qaydaların 5.13-cü maddəsidir. Həmin maddə Cavabdehə əsas verir ki, oyunun etibarlılığını şübhə altına alan sübutlar mövcud olarsa, uduşun ödən ilməsi təxirə salına və ya ləğv edilə bilər. Hazırkı iş üzrə şübhəni təşkil edən sübutlar məhkəməyə təqdim edilmiş və həm birinci instansiya, həm də apellyasiya intansiyasında ilk icraatda araşdırılmış və iş üzrə əhəmiyyət kəsb edən sübutlar kimi təsdiq edilmişdir. Bu maddə idman mərc oyunları sahəsində operatorların haqlı mənafelərini qorumaq üçün təsbit edilmiş hüquqlardan biridir. Bu maddə Qaydaların mərc sahəsində tərəflərin hüquq və vəzifələrini müəyyən edən bütün digər müddəaları kimi tərəflər arasında mövcud müqavilə münasibətinin ayrılmaz tərkib hissəsidir və hər bir iştirakçı mərc edərkən operatorun bu cür hüquqa malik olmasını qəbul edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırki kassasiya şikayəti mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
42. Maddə 60.İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;
43. Maddə 125.Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir;
44. Maddə 149.V. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
45. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
46. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəy yənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər;
47. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər;
48. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər;
49. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquq dan digər formalarda suiistifadə edilməsinə yol verilmir;
50. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
51. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
52. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilə lər də bağlaya bilərlər;
53. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur;
54. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir;
55. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir;
56. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə ed ilməsi yolverilməzdir;
57. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır;
58. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 59. 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
60. Maddə 1083.1. Oyunlar və mərclər hər hansı təsərrüfat məqsədi daşımayan müqavilələrdir, onlara əsasən iştirakçılar qismən də olsa, qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan mənfəət götürür və ya zərər çəkirlər. Bu fəslin müddəaları törəmə maliyyə alətlərinə şamil edilmir.
61. Maddə 1083.2. Oyun və ya mərc üçün şüurlu surətdə borc və avans verilməsi, habelə oyun və ya mərc xarakteri daşıyan əmtəə əqdləri və ya qiymətli kağızlarla əməliyyatlar oyun və mərc kimi qiymətləndirilir.
62. Maddə 1084. Lotereyalar və idman mərc oyunları istisna olmaqla, oyun və mərc üzrə heç bir tələb əmələ gəlmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 153 nömrəli qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”:
63. Bənd 4.2. Satıcı uduşlu mərc biletlərini mərc oyunlarının şərtlərində göstərilmiş qəbul müddəti ərzində, mərc oyunu iştirakçılarının ilk tələbi əsasında qəbul etməlidir;
64. Bənd 4.4. Uduş mərc biletinin uduşa düşdüyü tarixdən etibarən ən geci 10 (on) bank günü ərzində iştirakçıya ödənilir;
65. Bənd 4.5. Uduşlar bir il müddətində qüvvədə olur və tərtib tarixindən etibarən bir il ərzində təqdim edilməyən biletlərin uduşları köhnəlmiş hesab edilir. Bu biletlərə uduş məbləği ödənilmir. İstifad ə müddəti keçən uduşlar Operatorun gəliri kimi qeydə alınır. Uduş üzrə son müraciət tarixi qeyri-iş gününə təsadüf etdiyi halda, ondan sonrakı ilk iş günü, iş saatı bitənə qədər uduş ödənilir. Uduşu ödənilən biletlər 12 (on iki) ay ərzində saxlanılır;
66. Bənd 4.14. Bir biletdə maksimum 2500 (iki min beş yüz) sütun oynanıla bilər. Bir sütunun qiyməti 1 (bir) manatdır. İştirakçıya bir bilet üzrə ödəniləcək maksimum uduş məbləği 250000 (iki yüz əlli min) manat olaraq müəyyənləşdirilir və uduş bu məbləğlə məhdudlaşdırılır. Bir bilet üzrə uduş məbləği 250000 (iki yüz əlli min) manatdan artıq olarsa, iştirakçıya bu məbləğdən artıq olan hissə ödənilməyəcəkdir;
67. Bənd 5.1. Mərc oyunları Operatorunun mərc oyunlarının təşkili və oynanılması ilə bağlı aşağıdakı hüquq və vəzifələri vardır: 68. 5.1. 3. mərc biletləri ilə bağlı uduşların ödənilməsini təmin etmək;
69. Bənd 5.13. Bir oyunun nəticəsinin saxta olduğuna və dolayısı ilə belə oyunlara aid qayda və rəsmi normalara riayət olunmamasına dair aşkar şübhələr, yaxud bu oyunun etibarlılığını şübhə altına alan sübutlar mövcud olarsa, Operator uduşların ödənilməsini təxirə sala, yaxud ləğv edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
70. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
71. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
72. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
73. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
74. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
75. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
76. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
78. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.
79. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, işin mübahisəsiz halına görə tərəflər arasında idman mərc oyunları ilə bağlı müqavilədən irəli gələn öhdəlik-hüquq münasibətləri yaranmışdır, həmin müqaviləyə əsasən iddiaçının cavabdehə qarşı uduşun ona ödənilməsini tələb etmək hüququ vardır, cavabdeh iddiaçı qarşısında belə bir öhdəliynin mövcudluğunu mübahisə etmir, sadəcə həmin öhdəliyin icrasını (uduşun ödənilməsini) təxirə salmaq, yaxud ləğv etmək səlahiyyətinin olduğuna və bu hüququnun “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları” adlı normativhüquqi aktdan irəli gəldiyinə istinad edərək, uduşun iddiaçıya ödənilməsindən imtina edir.
80. Nəzərə alınmalıdır ki, iddiaçının idman mərc oyunları üzrə cavabdehlə bağladığı mülki hüquqi müqaviləyə əsaslanan uduşun ona ödənilməsini tələb etmək hüququ Mülki Məcəllə ilə qorunan və təminat altına alınan mülki hüquqlara aiddir və Mülki Məcəllənin 6.3-cü maddəsi ilə (bu Qərarın 21-ci bəndi) tənzimlənən mülki qanunvericiliyin prinsiplərindən biri kimi mülki hüquqların yalnız qanunla məhdudlaşdırıla biləcəyi məzmunlu imperativ qaydası bu hüquqları da özünün qoruma sferasına daxil edir. Başqa ifadə ilə, normativ-hüquqi aktların iyerarxiyasında Konstitusiya və referendumla qəbul edilmiş aktlardan sonra bərqərar olan qanunvericilik aktı kimi qanunun norması (Mülki Məcəllənin 6.3-cü maddəsi) ilə təsbit edilmişdir ki, mülki hüquqların məhdudlaşdırılması yalnız iki şərt biraraya gəldikdə mümkün ola bilər: 1) məhdudlaşdırma dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olmalıdır; 2) hüquqlar qanunla məhdudlaşdırılmalıdır.
81. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə gəlinən nəticənin qanuni əsası kimi qəbul edilən normativ-hüquqi akt Nazirlər Kabinetinin qərarıdır, yəni qanun deyil, üstəlik, həmin hüquqi aktda mülki hüquqların m əhdudlaşdırılmasının dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi zərurətindən irəli gəldiyi göstərilməmişdir. Belə olan halda, mübahisəyə tətbiq olunmalı normativ-hüquqi aktlar arasında ziddiyyətin mövcudluğu şübhəsizdir və bu hal məhkəmələr tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin V hissəsi və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2-ci maddəsində müəyyən edilən qaydada aradan qaldırılmalı idi.
82. Apellyasiya instansiyası məhkməsi baxılan iş üzrə mübahisəyə istinad etdiyi qanunun tətbiqini təmin etmiş və cavabdehin iddiaçı qarşısında tələb etdiyi həddə mülki məsuliyyət daşımasını müəyyən etmişdir.
83. Bu səbəbdən məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
84. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 oktyabr 2023-cü il tarixli, 2(103)-4941/ 2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.