Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3393/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:pul tələbinə dair 06.09.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 2(103)8497/2021 saylı qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə 06 sentyabr 2022ci il tarixdə Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi, İşin halları: Ağır Cinayətlərə dair İşlər üzrə Azərbayca n Respublikası Məhkəməsinin 10 noyabr 2008-ci il tarixli hökmü ilə Cavabdeh2 Cinayət Məcəlləsinin 178.3.2 və 306.1-ci maddələri; Cavabdeh1 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, müxtəlif cəzalara məhkum ediliblər. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı "xxxx" MMC-nə qarşı iddiası üzrə tərəflər arasında bağlanmış 01 mart 2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa etdiyi çoxmərtəbəli yaşayış evinin 7-ci blokunda 1-ci mərtəbədə yerləşən 70 kev.metr ölçüdə qeyri-yaşayış sahəsi üçün ödənilmiş vəsaitin əvəzi qismində 140.000 manat pul vəsaitinin geri qaytarılması tələbinə dair iddiası təmin edilib. İş üzrə qəbul edilmiş məhk əmə aktları: Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlardan müştərək qaydada 140.000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 140.030 manat pulun tutulub ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edib və tələbini onunla əsaslandırıb ki, o, X3 ilə rəsmi nikahdadır. X2 onların birgə mülkiyyətində olmuş ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 101 kv.metr olan qeyri-yaşayış sahəsini dostları Cavabdeh2 və Cavabdeh1 dostluq və qarşılıqlı etimad münasibətlərinə əsaslanaraq onların xahişi ilə 50.000 ABŞ dolları kredit götürmək üçün Banka ipoteka qoyulmasına yazılı razılıq verib. O, və övladları mülkiyyətlərində olan sözügedən obyektin ipoteka qoyulmasına dəfələrlə etirazlarını bildirsələr də, əri X təkidlə öz dostlarına tam etimad etdiyini bildirib. Sonradan Cavabdeh2 və Cavabdeh1 "xxxx" ASC-dən 50.000 ABŞ dolları deyil, 100.000 manat kredit götürüb və onlara məxsus olan sözügedən qeyri-yaşayış sahəsi Bankın xeyrinə ipoteka qoyulub. Lakin, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 götürülən krediti ödəyə bilməyib və kreditin təminatı qismində həmin qeyri-yaşayış sahəsi satılıb və əsas borc, faizlə birlikdə 140.000 manat borcları ödənilib. Sonradan Cavabdeh2 və Cavabdeh1 barəsində cinayət işi başlanıb və həmin cinayət işi üzrə əri Ovod Əliyev zərər çəkmiş şəxs qismində tanınıb. Cavabdeh1 ondan şikayətçi olmamaq üçün Cavabdeh3 təsisçisi olduğu "xxxx" MMC ilə aralarında müqavilə bağlanmasını təklif edib. Cinayət işi üzrə Cavabdeh2 və Cavabdeh1 Cinayət Məcəllə sinin 178.3.2 və 306.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməmələri və əri X dostluq münasibətlərində olmaları əsas gətirərək onlara qarşı dələduzluq törətməsi, lakin əri X onları bağışlayaraq şikayətçi olmaması Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 noyabr 2008-ci il tarixli hökmündən aydın görünür. Maddi vəziyyətinin ağır, xəstəliyi ilə bağlı çıxılmaz vəziyyətdə olduğunu nəzərə alıb, çıxış yolunu həmin təklifi qəbul etməkdə görüb və əllərindən çıxan ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 101 kv.metr olan qeyri-yaşayış sahəsinin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yaşayış evinin 7-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 70 kv.metr olan qeyri-yaşayış sahəsi ilə əvəz edilməsinə ümid bəsləyərək müqaviləni imza lamalı olub. Yəni, ödənilmiş 140.000 manat pulun müqabilində onunla "xxxx" MMC arasında 01 mart 2008-ci il tarixli müqavilə bağlanıb. Həmin müqaviləyə əsasən tikinti işləri başa çatdıqdan sonra müqavilənin predmeti olan sözügedən qeyri-yaşayış sahəsi onun mülkiyyətinə verilməli idi. Lakin, həmin müqavilə üzrə "xxxx" MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirməyib və onun mülkiyyətinə heç bir obyekt verilməyib. Bu səbəbdən də o, "xxxx" MMC yerləşdiyi yer üzrə Bakı şəhəri, Nizami rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC ilə onun arasında bağlanmış 01 mart 2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və 140.000 manat pulun qaytarılması tələbini irəli sürüb və Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 31 mart 2016-cı il tarixli qətnaməsi ilə iddiası təmin edilib, "xxxx" MMC ilə onun arasında bağlanmış 01 mart 2008-ci il tarixli müqavilə etibarsız hesab edilib və 140.000 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla, cəmi 140.030 manat pulun "xxxx" MMC tutulub ona ödənilməsi qət edilib. Bundan sonra həmin qətnamə icraya yönəldilib və icra hərəkətlərinin həyata keçirilməsi zamanı müvafiq tədbirlər görülüb. İcra qurumunun vergi orqanlarına sorğularına cavablar alınarkən məlum olub ki, "xxxx" MMC öz fəaliyyətini 2016-cı ilin noyabr ayından 2021-ci ilin noyabr ayınadək dayandırıb. Eyni zamanda barəsində məcburi icra tədbirləri görmək üçün borc tələbinin yönələ biləcəyi əmlak müəyyən edilməyib. Həmçinin müəyyən edilib ki, Cavabdeh3 oxşar əməllərə görə 2016-cı ildə cinayət məsuliyyətinə cəlb edilib və hazırda o, Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssis əsində cəza çəkir. Yuxarıda göstərilənlərdən məlum olur ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun ailəsinə 140.000 manat maddi ziyan vurulub. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2019-cu tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlərdən müştərək qaydada 140.000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 140.030 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, Cavabdeh3 qarşı irəli sürülən ittihamın mahiyyəti ondan ibarət olmuşdur ki, o, X direktoru kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qə sdən zidd olaraq istifadə edib ayrı-ayrı şəxslərin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurub. Cavabdehlər tərəfindən iddiaçıya vurulmuş 140.000 manat zərər real olaraq ödənilməyib. Belə ki, iddiaçının şikayətini geri götürməsi üçün onunla cavabdehlərin təşəbbüsü və maraqlarına əsasən "xxxx" MMC ilə müqavilə bağlanıb, iddiaçı şikayətini bu səbəbdən geri götürüb, lakin nəticə etibarı ilə iddiaçıya dəymiş zərər ödənilməmiş qalıb. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 82.4, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh2 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasi ya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, V.T.Həsənov və Ş.A.Məmmədova) Cavabdeh2 apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə heç bir sübut təqdim edə bilməyib və həmin halları sübuta yetirə bilməyib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 82.4 və 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırıb. Kasasiya instans iyası məhkəməsində birinci icraat Cavabdeh2 kasasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, İddiaçı iddiasının rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər M.T.Əhmədova, Ə.G.Nurməmmədov və İ.K.Xəlilov) kasasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Kasasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırıb ki, Cavabdeh2 kasasiya şikayətində onun məhkəmə müdafiəsi hüququnun pozulduğunu bildirsə də, kasasiya icraatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 məhkəmə iclasını n vaxtı və yeri haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilib. Odur ki, ki, qeyd edilən dəlil əsassızdır. Kasasiya şikayətinin digər dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçı ilə hazırki iş üzrə Cavabdeh2 arasında eyni predmet barəsində mübahisə üzrə məhkəmə qətnaməsi mövcud deyil və kasasiya şikayətində iddianın rədd edilməsi üçün əsas gətirilən digər dəlillər də apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. Kasasiya icraatı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməyib. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prossesual Məcəllənin 14.2, 76.1 və 76.2-ci maddələriinin tələbləri ilə əsaslandırıb. Apelly asiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova sədrlik edən, məruzəçi, R.M.Həsənov və V.Ə.İbayev) Cavabdeh1 apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 30 iyul 2019-cu tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı Şərafət Əliyevaya vurulmuş 140.000 manat zərər real olaraq ödənilməyib, iddiaçı şikayətini geri götürməsi üçün onunla cavabdehlərin təşəbbüsü və maraqlarına əsasən "xxxx" MMC ilə müqavilə bağlanıb və iddiaçı şikayətini bu səbəbdən geri götürüb. Lakin nəticə etibarı ilə iddiaçıya dəymiş zərər ödənilməmiş qalıb. Beləliklə, gö ründüyü kimi apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prossesual Məcəllənin 119.1, 217.4, 385.2-ci maddələrinin tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, Mülki Məcəllənin 431, 431.1, 431.2, 546, 547-ci maddələrinin və “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini düzgün tətbiq etməyib. Belə ki, "xxxx" MM C İddiaçı qarşısında öhdəlik götürüb. Sonradan "xxxx" MMC öhdəliyini icra etmədiyi üçün məhkəmə qaydasında həmin öhdəlik onların üzərinə qoyulub. Belə olan halda, o, borcdan və öhdəlikdən azad edilməli idi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Kassasiya baxışının hədləri Mülki prosessual qanunvericiliyin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Cavabdeh1 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 442-ci maddəsinə görə, öhdəliyin icr a edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmi n sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 416.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, qətnamənin kassasiya qaydasında ləğv edilməsi və ya dəyiş dirilməsi üçün əsaslar yoxdur. Cavabdeh1 kassasiya şikayətində apellyasiya şikayətində işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın ona münasibətdə təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 noyabr 2008-ci il tarixli hökmü ilə Cavabdeh2 Cinayət Məcəlləsinin 178.3.2 və 306.1-ci maddələri, Cavabdeh1 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, müxtəlif cəzalara məhkum ediliblər. Həmin şəxslərə qarşı irəli sürülmüş ittihamın bir epizodu onunla əlaqədardır ki, Cavabdeh2 Cavabdeh1la qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək X qohumuna məxsus olan B akı şəhəri, Yasamal rayonu ərazisində özəlləşdirilmiş torpaq sahəsində gələcəkdə ticarət obyekti inşa edib, sonuncu ilə birlikdə şərik işlədəcəklərini vəd edərək, onu aldadandan sonra, həmin obyektin inşası üçün tələb olunan 50.000 ABŞ dolları pulu əldə etmək üçün 04 may 2007-ci il tarixdə X öz adına özəlləşdirdiyi ünvan 4 ünvanda yerləşən daşınmaz əmlakını ələ keçirərək, 19 dekabr 2007-ci il tarixdə "xxxx" ASC ipoteka qoyaraq 100.000 manat krediti ələ keçirərək X külli miqdarda ziyan vurublar. Həmin cinayət işi üzrə X zərər çəkmiş şəxs qismində tanınıb və o, ifadə verərək bildirib ki, ona dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənildiyindən onun Cavabdeh2 və Cavabdeh1 qarşı heç bir şikayəti vətələbi yoxdur və onları bağışlayır. Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 3 1 may 2016-cı il tarixli qətnaməsi ilə də İddiaçı "xxxx" MMC qarşı iddia qaldıraraq, tərəflər arasında bağlanmış 01 mart 2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və iddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa etdiyi çoxmərtəbəli yaşayış evinin 7-ci blokunda 1 -ci mərtəbədə 70 kv.metr ölçüdə qeyri-yaşayış sahəsi üçün ödənilmiş vəsaitin əvəzi qismində 140.000 manat pulun geri qaytarılması barədə iddiası təmin edilib. Həmin mülki işə məhkəmədə baxılarkən Cavabdeh2 şahid qismində dindirilərkən bildirmişdir ki, o, İddiaçı əri X1 Qalimov vasitəsilə tanış olub. O, öz növbəsində Cavabdeh1 və "xxxx" MMC direktoru Cavabdeh3la iş birlikləri olub. Bu səbəbdən də sonuncuların biribirilərinə verəcəkləri olub. Bundan əlavə, Cavabdeh1 və Cavabdeh3 X götürdükləri kredit öhdəliklərinin təminatı qismində X mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsini həmin Banka girov qoyub. Lakin, Cavabdeh3 və Cavabdeh1 Bankdan götürdükləri krediti qaytara bilmədikləri üçün X mülkiyyətində olmuş və kreditin təminatı qismində ipoteka qoyulmuş ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 101 kv.metr olan qeyri-yaşayış sahəsi satılıb, satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh3 və Cavabdeh1 Banka olan borcları ödənilib. Buna görə də İddiaçı və əri X həmin şəxslərdən pullarını geri tələb etməyə başlamışlar. Sonradan isə Cavabdeh3 və Cavabdeh1 barəsində cinayət işi başlanıb, həmin cinayət işi üzrə İddiaçı zərər çəkmiş şəxs qismində tanınıb. Cavabdeh1la iş birlikləri, biri-birilərinə verəcəkləri olduğu, İddiaçı sonuncudan şikayətçi olma ması üçün Cavabdeh3 təsisçisi olduğu "xxxx" MMC ilə İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən çoxmərtəbəli yaşayış evinin qeyri-yaşayış sahəsi barədə müqavilə imzalanıb. Məhz bundan sonra İddiaçı şikayət ərizəsini geri götürüb. Beləliklə, "xxxx" MMC İddiaçı qarşısında öhdəlik götürüb və buna görə də, həmin öhdəlik sonuncu tərəfindən yerinə yetirilməlidir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılışıb qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, "xxxx" MMC iddiaçı qarşısında öhdəliyi sonuncunun şikayət ərizəsini geri götürməsi üçün bağlayıb. Bu səbəbdən də qeyd olunan qətnamə ilə müəyyən edilmiş hallar hazırda mübahisələndirilə bilməz. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli hökmündən görünür ki, Cavabdeh3 Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməklə təqdirli bilinərək, müvafiq cəzaya məhkum edilib və Cavabdeh3 qarşı irəli sürülən ittihamın mahiyyəti ondan ibarət olub ki, o, "xxxx" MMC direktoru kimi vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib ayrı-ayrı şəxslərin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurub və həmin əməli sözügedən şəxslər üçün ağır nəticələrə səbəb olub. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 kas sasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, İddiaçı vurulmuş 140.000 manat zərər real olaraq ödənilməyib. Belə ki, X şikayətini geri götürməsi üçün onunla cavabdehlərin təşəbbüsü və maraqlarına əsasən "xxxx" MMC arasında müqavilə bağlanıb və İddiaçı şikayətini bu səbəbdən geri götürüb, lakin nəticə etibarı ilə sonuncuya dəymiş zərər ödənilməmiş qalıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub- olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, mülkiprosessual qanunveri ciliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılma sına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas tutaraq apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının iddiasını əsaslandırdığı faktiki hallar həmin tələbin qanuni əsası hesab edilə biləcək mülki qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmaqda dır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ilk olaraq "xxxx" MMC qarşı müqavilənin etibarsız hesab edilməsi və 140.000 manat pul vəsaitinin geri qaytarılması barədə tələblə məhkəməyə müraciət edib, hazırki iddia tələbi isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yönəlib. Göründüyü kimi hazırki cavabdehlər arasında eyni predmet barəsində mübahisə üzrə məhkəmə qətnaməsi mövcud deyil. Həmçinin qeyd edilməlidir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 tərəfindən mübahisələndirilib və qətnamə son olaraq ona münasibətdə dəyişdirilmədən saxlanılıb. Bundan baş qa, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı ərizə ilə Nizami rayon İcra və Probasiya şöbəsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC cəmi 140.000 manat tutularaq ona ödənilməlidir, hal-hazırda fiziki şəxslərə qarşı iddia qaldırdığından həmin iddia təmin edildiyindən, qeyd olunan icra sənədi üzrə borcdan imtina edir və həmin icra vərəqəsinin məhkəməyə geri qaytarılmasını xahiş edib və Nizami rayon İcra və Probasiya Şöbəsinin 13 iyul 2020-ci il tarixli qərarı ilə icra sənədi geri qaytarılıb. Həmçinin qanuni qüvvəsini almış hökmlərlə müəyyən edilmişdir ki, Cavabdeh1la "xxxx" MMC-nin direktoru Cavabdeh3 iş birlikləri olub və bu səbəbdən də sonuncuların biri-birilərinə verəcəkləri olub. Bund an əlavə, Cavabdeh1 və Cavabdeh3 "xxxx" ASC götürdükləri kredit öhdəliklərinin təminatı qismində X mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsini həmin Banka girov qoyub. Lakin Cavabdeh3 və Cavabdeh1 Bankdan götürdükləri krediti qaytara bilmədikləri üçün X mülkiyyətində olmuş və kreditin təminatı qismində ipoteka qoyulmuş ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 101 kv.metr olan qeyri-yaşayış sahəsi satılıb və satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh3 və Cavabdeh1 Banka olan borcları ödənilib. Buna görə də İddiaçı və əri X həmin şəxslərdən pulunu geri tələb etməyə başlamışlar. Sonradan isə Cavabdeh3 və Cavabdeh1 barəsində cinayət işi başlanıb və həmin cinayət işi üzrə İddiaçı zərər çəkmiş şəxs qismində tanınıb. Cavabdeh1la iş birlikləri, biri-birilərinə verəcəklə ri olduğu, İddiaçı sonuncudan şikayəti olmaması üçün Cavabdeh3 təsisçisi olduğu "xxxx" MMC ilə İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən çoxmərtəbəli yaşayış evinin qeyri-yaşayış sahəsi barədə müqavilə imzalanıb. Məhz bundan sonra İddiaçı şikayət ərizəsini geri götürüb. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, Cavabdeh1 və digərlərinin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya iddia olunan məbləğdə maddi zərərin dəyəməsi mülki iş materialları ilə istisna edilmədiyindən, iddianı Cavabdeh1 aid hissədə də təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kassasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, iddiaçının cavabdehlərə qarşı 140.000 manat pul tələbi təmin edildiyi üçün, həmin məbləğ eyni zamanda "xxxx" MMC tutula bilməz. Tələbkar İddiaçı bu barədə ərizə ilə Nizami rayon İcra və Probasiya şöbəsinə müraciət etməsi, habelə Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə borcdan imtina etməsi və Nizami rayon İcra və Probasiya Şöbəsinin 13 iyul 2020-ci il tarixli qərarı ilə icra sənədinin məhkəməyə geri qaytarılması da bu nəticəyə gəlməyə əsas verir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar müzakirə etməyə lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şik ayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 2(103)-8497/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3393/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-3393/2022
06.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver