Məhkəmə qərarları › İş №2(102)-3397/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3397/2023

27.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3397/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğvi, kirayəçinin xərclərinin əvəzinin ödənilməsi, maddi və mənəvi zərər tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı kirayəçinin xərclərinin əvəzinin ödənilməsi, maddi və mənəvi zərər tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3202/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin in zibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 117.7 kv.m olan fərdi yaşayış evi (bundan sonra – mübahisəli fərdi yaşayış evi) xüsusi mülkiyyət hüququ ilə Cavabdeh (budan sonra – cavabdeh) məxsusdur.

2. Tərəflər arasında mübahisəli fərdi yaşayış evinin İddiaçı (bundan sonra – iddiaçı) kirayəyə verilməsinə dair münasibətlər mövcud olmuşdur. İlk notarial kirayə müqaviləsi xx.xx.2017-ci il tarixdə, ikinci müqavilə xx.xx.2018-ci il tarixdə, üçüncü və sonuncu müqavilə isə xx.xx.2020-ci il tarixdə bağlanmışdır.

3. Sonuncu müqavilənin şərtlərinə əsasən, kirayə müddəti xx.xx.2023-cü il tarixədək müəyyən olunmuş və onun bitməsinə 1 ay qalmış tərəflər müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, kirayə müddəti daha bir il müddətinə uzadılmış hesab olunur (3-cü bənd). Fors major hadisəsindən sığortalanma kirayəçinin vəzifəsidir (5-ci bənd). Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir (7-ci bənd). Kirayəçi kirayə verənin razılığı olmadan kirayəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz (8-ci bənd). Kirayəyə verən kirayəyə verilmiş əmlakın saxlanılması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə və ya kirayə haqqı hesabına əvəzləşdirməyə borcludur (12ci bənd). Kirayə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu həmçinin bu münasibətlərin davam etməsi nəticəsində kirayəyə verənin iqtisadi cəhətdən xeyli zərər çəkməsi halında əsaslı sayılır (13-cü bənd, “c” yarımbəndi).

4. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə pretenziya məktubu ünvanlayaraq, bildirmişdir ki, xx.xx.2020-ci il tarixli müqavilədən irəli gələn hüquqlara əsasən, tərəfindən restoran biznesi üçün əlavə tikililərin, qurğuların inşası və abadlaşdırma işləri aparılmış, həmçinin, qanunvericiliyin tələblərinə uyğun olaraq, qeyd olunan evi maddi texniki təminatla, xüsusən də restoran, iaşə xidmətləri üçün zəruri olan avadanlıqlarla təmin etmişdir. Bundan əlavə. 2018-ci ildə təbii fəlakət nəticəsində Badamdar qəsəbəsində qeydə alınan sürüşmənin fəsadlarını öz hesabına bağlamış, 2021-ci ildə qeydə alınan sürüşmə nəticəsində isə, sklad və mətbəx torpağın altında qalmışdır. Cavabdeh tərəfindən qeyri qanuni şəkildə, əsaslı səbəbli və yazılı xəbərdarlıq proseduruna əməl etmədən qeyd olunan ünvandan çı xarılması, onun konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. Həmin ünvanda dəyəri 32.000 manat olan 6x4 ölçülü 2 panorama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otağı, təndir manqal otağı və sklad; restoran biznesi üçün xərclənmiş, maddi texniki təminat əşyaları ilə birgə 18.000 manat; 10.000 manat mənəvi zərər, 5.000 manat itirilmiş fayda olmaqla, ümumilikdə 65.000 manatın ona ödənilməsi 7 iş günü ərzində təmin edilmədiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət edəcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən tikilmiş 6x4 ölçülü 2 panorama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qon aq otağı, təndir manqal otağı və anbar (sklad) üçün 32.000 manat, 56 adda maddi texniki təminat əşyaları üçün 18.000 manat, mənəvi zərərə görə 10.000 manat, itirilmiş faydaya görə 5.000 manat olmaqla, ümumilikdə 65.000 manat tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı pretenziya məktubunda qeyd olunan əsaslardan çıxış edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdehin müqavilənin şərtlərinə zidd olaraq aralarındakı müqaviləni pozması (onu mübahisə predeti olan ünvandan çıxarması) nəticəsinə ona ümumilikdə 65.000 manat məbləğində ziyan dəymişdir. Dəymiş maddi zərərin ödənilməsi üçün müstəqil qiymətləndirmə təşkilatı ilə xx.xx.2021-ci il tarixli müqavilə bağlamış, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatına (iddia ərizəsinə əlavə edil mişdir) əsasən, sözügedən ünvanda (Reyhan Restoranı) yerləşən iaşə xidmətləri üçün qurğuların, tikililərin orta bazar dəyəri 32.000 manat məbləğində müəyyən olunmuşdur. Digər tərəfdən, restoran biznesin inkişafı üçün xeyli şəkildə maddi və texniki avadanlıqlar və əşyalarla təmin etmişdir. Həmin avadanlıqlara aiddir: qonaqlar üçün hər növdə qab-qacaq dəstləri, zal üçün dekor, bar avadanlıqları, peşəkar mətbəx əşyaları, oturacaqlar, masalar, işıqlandırma sistemləri, televizor, soyuducu, kondisionerlər, kassa sistemi, mühasibatlıq avadanlıqları, təhlükəsizlik qurğuları və s. Tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli pretenziya məktubu göndərilməsinə baxmayaraq, cavabdeh mübahisənin həlli üçün heç bir addım atmamışdır.

7. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatı nda iddiaya etiraz edərək bildirmişdir ki, torpaq sürüşməsindən sonra ərazi təmizlənib, artıq obyekt təmir edilib və hazırda fəaliyyət göstərir. Torpaq sürüşməsi baş verəndən sonra FHN-nin nümayəndələri gəlib baxış keçirib, həmin ərazidə təmir işlərinin aparılmasına qadağa qoyublar. Sürüşmələrdən sonra qeyd edilən ünvanda müəyyən təmir-bərpa işləri mülkiyyətçinin özü tərəfindən görülüb, iddiaçı tərəfindən görülən işlərə heç bir dəstək verilmədiyi üçün onun həmin ünvandan çıxmasını tələb etmişdir. Ümumiyyətlə, əmlak kirayə verilən zaman cavabdeh tərəfindən iddiaçıya orada tikinti və təmir işləri üçün razılıq verilməyib. Müqavilənin 5-ci bəndinə əsasən isə, fors major hadisəsindən əmlakların sığortalanması kirayəçinin vəzifəsidir. Cavabdeh tənasübsüz surətdə zərər vurmadan ərazidən ayrılaraq götürülməsi mümkün olan əmlaklarının götürülməsinə etiraz etmir və istənilən vaxt buna şərait yaradıla bilər.

8. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 19 aprel 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Səbail rayonu ərazisində Badamdar-20-ci sahə avtomobil yoluna bitişik yamacda baş vermiş sürüşməyə təkan verən amillər, fəsadlarının əhatə dairəsi və ilkin tədbirlərə dair “Azerinşaatlayihə" DBLKT İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 10 fevral 2021-ci il tarixli aktdan görünür ki, Badamdar yaylasının şərq yamacının geoloji strukturu, süxurlannın litoloji tərkibi, təmsil olunan layların yatma bucaqlarının xüsusiyyətləri yerin təkində gedən qabarma və çökmə kimi tektonik proseslər, dəniz ab raziyası, eroziya və aşınma prosesləri təsiri altında iri və xırda çatlarla örtülərək, sıldırım yamaclar yaratmışdır. Zaman-zaman bu 40-45° maillikdə olan yamacın ayrı-ayrı hissələrinin xırda bir seysmik təkan və yaxud sululuğun artması nəticəsində tarazlığı pozulur və onlar qravitasiya gücü altında sürüşərək, aşağıya doğru hərəkət edirlər. Tarixən şərq yamacda sürüşmə və uçqunlar müşahidə olunmaqdadır. Lakin onların tez-tez təkrarlanması Badamdar platosunun, eləcə də yamacın aşağı dərə hissəsində kanalizasiya şəbəkəsinin yaradılmaması fonunda geniş miqyasda fərdi yaşayış evlərinin tikilməsi ilə bağlıdır. 2018-ci ildə baş vermiş sürüşmənin fəsadlarının aradan qaldırılması və yamacın dayanıqlığının artırılması məqsədilə Yaponiyanın “Shinei Kaisha' “OYO Corporation' şirkətləri cəlb edilmiş v ə əks tədbirlər layihəsi işlənilmişdir. Layihədə yamacın dayanıqlığını təmin etmək üçün aşağıdakı tədbirlər nəzərdə tutulmuşdur. Qrunt sularının yamaca daxil olmasının məhdudlaşdırılması üçün ilkin mərhələdə yamacın üst hissəsində mövcud 11 fərdi yaşayış evlərinin arxasında, məhəllədaxili yolun kənarında 3 ədəd diametri 3.5 m, dərinliyi 30 m dan şaquli drenaj quyularının qazılması; ikinci mərhələdə evlərin qarşısında, həyətlərdən sonra yuxan hissədən başlayaraq yamacda 4 ədəd dəmirbeton örtüklü, ankerlərlə bərkidilmiş terrasların yaradılması; üçüncü mərhələdə Badamdar20-ci sahə avtomobil yolunun sağ tərəfində (yamacın aşağı dil hissəsində) dəmir-beton svalyar üzərində istinad divarının inşa edilməsi. Birinci mərhələ üzrə işlər keçən ilin oktyabr ayından başlayaraq eni 3.5 m, dərinliyi 30 m olan 3 ədəd quyunun qazılması tam başa çatdırılıb. Quyuların bütün daxili konstruksiya və avadanlıqları Yaponiyadan gətirilmişdir. Bütün quyuların aşağı hissəsində 2 səviyyədən ibarət olmaqla, uzunluğu 50 m olan 54 ədəd üfüqi drenaj boruları quraşdırılmalıdır. Quyular dib səviyyədə bir-biri ilə boru vəsiləsilə birləşdirilməli və 1-ci quyuda toplanan sular sahədən kənarlaşdırılmalıdır. Hazırda 1-d quyunun dib səviyyəsində 9 ədəd 50 m-lik drenaj və diametri 100 mm olan 132 m uzunluğunda suyu sahədən kənarlaşdıran boru inşa edilmiş və quyuya toplanan sular kənarlaşdırılaraq aşağıda avtomobil yolunun kənarında mövcud kanalizasiya kollektoruna ötürülür. İkinci mərhələdə nəzərdə tutulan 4 terrasın birincisi üzrə torpaq qazma işləri başa çatdırılmış, qazılan torpaq ərazidən kənarlaşdırılmış, t erras layihədə tələb olunan parametrlərə uyğun formalaşdırılmış anker boltları ilə bərkidilmiş və terrasın səthi metal torlar üzrə torkret betonla örtülmüşdür. İkinci terrasın formalaşdırılması üzrə işlərə başlanmış və sürüşmə ilə əlaqədar işlər dayandırılmışdır. Üçüncü mərhələdə işlərə yalnız 1 və 2 mərhələdəki işlər başa çatdıqdan sonra başlanması nəzərdə tutulmuşdur. Ərazidə görülən bütün işlər Yaponiya mütəxəssislərinin nəzarəti altında aparılır. 28 yanvar 2021-ci il saat 21.06 radələrində baş vermiş sürüşmə qeyd olunan amillərin, yəni eyni vaxtda Xəzər dənizində baş vermiş Rixter cədvəli Hə 4.5 balla qiymətləndirilən zəlzələnin nəticəsində altı su ilə doymuş horizontların nisbi tarazlığının pozulmuş və 2.6 ha lokal sahədə 8-10 min kub metr qruntun 45-50 m aşağıda yerləşən dərəyə doğru hərəkət etmişdir. Sürüşmə nəticəsində Badamdar-20 sahə avtomobil yolunun sol tərəfində “Reyhan” restoranının mətbəxi uçmuş, aşağıda 2 fərdi yaşayış evinin divarına torpaq kütləsi söykənmişdir. Yaşayış evlərində hər hansı deformasiya müşahidə edilməmişdir. Hazırda sürüşmə sahəsində nisbi stabilləşmə müşahidə olunur, lakin proses dinamikada olduğundan sahədə lokal uçqunlar baş verə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq hazırlanmış layihədə ciddi dəyişiklərin edilməsi zəruridir. Bu məqsədlə ərazidə aşağıdakı işlərin həyata keçirilməsi tələb olunur:

1. Uçqundan sonra yaranmış relyefin CİS ölçmələrlə dəqiq topoqrafik xəritəsinin hazırlanması;

2. Ərazinin PUA (dron) vasitəsilə 3D modelinin və ortofotoplanın hazırlanması;

3. Torpaq kütləsinin bir hissəsinin yaşayış evlərindən kənarlaşdırı lması;

4. Yamacın yuxarı hissəsində yerləşən evlərin kanalizasiya xətlərinin tikintisinin yekunlaşması və ərazidə yeraltı hidrosfer anı formalaşdıran şamboların ləğv edilməsi barədə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə, eləcə də "xxxx" ASC-yə xəbərdarlıq edilib. Hazırda ərazidə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə yuxarıda göstərilən bəndlər üzrə işlər davam edir və sürüşmə sahəsində prosesin nəzarət altında saxlanılması üçün monitorinqlər aparılmışdır.

9. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatının 16 may 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş Badamdar Qəsəbə Nümayəndəliyinin 27 aprel 2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixində saat 21:00 radələrində Badamdar qəs əbəsi, Badamdar şossesindən 20-ci sahəyə düşən yolun sağ tərəfində baş vermiş torpaq sürüşməsi nəticəsində Neftçilər küçəsi, 101 ünvanında yerləşən Reyhan restoranının mətbəx hissəsi torpaq altında qalaraq yararsız hala düşmüşdür.

10. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/34179/3862 saylı, 29 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, mübahisəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin torpaq sahəsində - Reyhan restoranında quraşdırılmış 6x4m ölçülü 2 panorama qonaq otağı və 10x4m ölçülü 3 otaqlı qonaq otağının vaqon tipli (konteyner) tikililərinin üzərində konstruksiyanın qaldırılması və endirməsi (yerinin dəyişdirilməsi) üçün nəzərdə tutulmuş qarmaqların mövcud olduğunu nəzərə alaraq həmin əmlaka tənasübsüz sürətdə zərər vurmadan (təkrar quraşdırmaq şərti ilə) ərazidən ayrılıb götürülməsi mümkün olduğu müəyyən edilmişdir. Həmin ünvanında yerləşən qeyri-yaşayış sahəsinin torpaq sahəsində - Reyhan restoranında quraşdırılmış 6x4m ölçülü 2 panorama qonaq otağı və 10x4m ölçülü 3 otaqlı qonaq otağının həmin əmlaka tənasübsüz sürətdə zərər vurmadan (təkrar quraşdırmaq şərti ilə) ərazidən ayrılıb götürülməsi mümkün olduğundan qərardadın sualı üzrə tədqiqat aparılmamışdır.

11. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsini müdafiə edərək, ekspert rəyinə münasibətdə göstərmişdir ki, ekspertiza rəyindən görünür ki, panorama qonaq otaqlarının əmlaka tənasübsüz surətdə zərər vurmadan ərazidən ayrılaraq götürülməsi mümkündür. Əmlakı götürmək mümkün olsa da, başqa yerdə həmin konteynerlərdən istifadə edə bilməyəcək, konteynerləri məhz həmin restoranı işlətmək üçün alıb quraşdırmışdır. Reklam lövhəsi də sürüşmə zamanı torpağın altında qalmışdır.

12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-122/2022 nömrəli, 01 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia rədd olunmuşdur.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, kirayə predmeti olan ev sürüşmə zonasında yerləşməklə 2018-ci ildə təbii fəlakət nəticəsində Badamdar qəsəbəsində qeydə alınan sürüşmə zamanı kirayə evdə müəyyən fəsadlar əmələ gəlmişdir. 2021-ci ildə baş vermiş təkrar sürüşmə nəticəsində isə qeyd olunan ünvanda anbar və mətbəx torpağın altında qalmışdır. Sonuncu sürüşmə nəti cəsində mübahisəli ünvanda quraşdırılmış 6x4m ölçülü 2 panorama qonaq otağı və 10x4m ölçülü 3 otaqlı qonaq otağına zərər vurulmamışdır. Başqa sözlə, restoranın anbar və mətbəxi torpaq altında qalsa da, sözügedən qonaq otaqları yerindədir. İddiaçı həmin qeyd olunan ünvanda 6x4 ölçülü 2 panorama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otaqlarının cavabdehdə qalması şərti ilə onların və təndir manqal otağı və anbar üçün sərf etdiyini iddia etdiyi 32.000 manat pulun ödənilməsini tələb edir. İddiaçı qeyd edilən qonaq otaqlarının dəyərini tələb etməsini onların restorandan götürülməsinin mümkün olmaması ilə deyil, başqa yerdə həmin konteynerlərdən istifadə edə bilməyəcəyi ilə əsaslandırmışdır.

14. Məhkəmə tərəfindən sürüşmə nəticəsində zərər görməmiş 6x4 ölçülü 2 panorama qonaq otağı, 10x4 ölçül ü 3 otaqlı qonaq otağı həmin ərazidə əmlaka tənasübsüz surətdə zərər vurmadan təkrar quraşdırmaq şərti ilə ayrıla, götürülə bilməsinin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilmiş, ekspertiza rəyinə əsasən həmin əmlaka tənasübsüz surətdə zərər vurmadan (təkrar quraşdırmaq şərti ilə) ərazidən ayrılaraq götürülməsi mümkün olduğu müəyyən edilmişdir. Araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən həmin rəy iş üzrə mötəbər sübut növü kimi qəbul edilmişdir.

15. Beləliklə, qeyd olunan ünvanda 6x4 ölçülü 2 panorama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otağı daxili və xarici konstruksiyalar taxta material ilə, damı isə dəmir materialdan şifer ilə üzlənmiş, dəmir konstruksiyaları vaqon tipli (konteyner) o lduğu və onun tənasübsüz surətdə zərər vurmadan (təkrar quraşdırmaq şərti ilə) ərazidən ayrılaraq götürülməsi mümkün olduğu üçün, iddiaçı özünə məxsus olan bu əmlakları məcburi qaydada cavabdehin istifadəsində saxlamaqla onların dəyərini zərər qismində tələb etməkdə haqlı olmamaqla, bu tələbinin hüquqi əsası mövcud deyildir. Cavabdeh tərəf iddiaçıya tənasübsüz surətdə zərər vurmadan ərazidən ayrılaraq götürülməsi mümkün olan əmlaklarının götürülməsinə etiraz etmir və buna istənilən vaxt şəraitin olmasını qeyd edir.

16. Həmçinin, işin materiallarından görünür ki, anbar və mətbəx sürüşmə nəticəsində torpağın altında qalmışdır. Belə olan halda, əvvəla, iddiaçı həmin anbar və mətbəxin onun tərəfindən inşa edilməsi ilə əlaqədar müqavilənin 8-ci bəndinə əsasən cavabdehin razılığının olub-olmamas ını sübut etməmişdir. İkincisi, belə razılığın olub-olmamasından asılı olmayaraq, iddiaçı həmin əmlakların tikilməsinə (və ya quraşdırılmasına) nə qədər vəsait sərf etməsinə dair sübutlar təqdim edilməmişdir. Cavabdeh tərəf iddiaçıya tikinti və təmir işləri üçün razılıq verməməsini, sürüşmələrdən sonra müəyyən işlərin özü tərəfindən görülməsini, iddiaçı tərəfindən görülən işlərə heç bir dəstək verilmədiyi üçün onun həmin ünvandan çıxmasını tələb etdiyini bildirmişdir.

17. Göstərilənlərə əsasən, Məhkəmə hesab etmişdir ki, qeyd olunan ünvanda 6x4 ölçülü 2 panorama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otağı, təndir manqal otağı və anbar (sklad) üçün 32.000 manat tələbi əsassız olduğu üçün təmin edilə bilməz.

18. Məhkəmə 56 adda əmlak və işlərin görülməsi üçün 18000 manat tələbi üzrə qeyd e tmişdir ki, əvvəla işlərin (55-ci həyətin işıqlanması, 56-cı reklam lövhəsi) görülməsinə çəkilən xərclərə dair tələb birbaşa sübutetmə ilə bağlıdır və iddiaçı bu işlərin görülməsinə vəsait xərcləməsinə dair mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə iclasında reklam lövhəsinin torpaq altında qaldığını təsdiq etmişdir.

19. Lakin iddianın qalan 54 adda əmlakla bağlı tələbi birbaşa belə bir sübutetməyə bağlı olmamışdır. İddiaçı hazırda dəyərini tələb etdiyi həmin əmlakların sürüşmə nəticəsində torpaq altında qalmasını bildiyi halda, onlara görə dəymiş zərəri tələb edərkən nəzərə almamışdır ki, tərəflər aralarında bağlanmış müqavilədə fors major halları da şərtləşdirmişlər. Belə ki, müqavilənin 5-ci bəndinə əsasən, fors major hadisəsindən sığortalanma kirayəçinin vəzifəsi olaraq nəzərdə tut ulmuşdur. Torpaq sürüşməsi fors-major hallarına aiddir və işin materiallarına əsasən baş vermiş torpaq sürüşməsi nəticəsində anbar və mətbəx, eləcə də iddiaçının dəyərini tələb etdiyi 54 adda əmlakların, həmçinin reklam lövhəsinin də torpağın altında qalması işin mübahisəsiz halıdır. Odur ki, iddiaçıya məxsus əmlaklar mübahisəli ünvanında mövcud olmuş olsa idi belə, iddiaçının onları götürə bilməməsində, başqa sözlə iddiaçıya maddi zərər vurulmasında cavabdehin heç bir təqsiri olmadığından onun üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

20. Məhkəmə hesab etmişdir ki, iddiaçıya cavabdehin təqsirli hərəkətləri nəticəsində zərər dəyməsi faktı sübut olunmadığından iddiaçının təqdim etdiyi qaimə sənədlər və "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatı artıq sübut əhəmiyyəti kəsb etm ir. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz.

21. Göründüyü kimi, iddiaçının maddi zərərlə bağlı irəli sürdüyü faktiki hallar onun bu hissədə iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Bu mənada Məhkəmənin qənaətinə görə, əlavə irəli sürülən mənəvi zərərə görə 10.000 manat, itirilmiş faydaya görə 5.000 manat tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Belə ki, bu tələblər əvvəlki 32.000 və 18.000 manat maddi zərərlə bağlı tələbdən törəmədir.

22. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21, 1096, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 80, 88, 106.1, 101.7, 206.1, 217.4-cü madd ələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, cavabdehin müqaviləyə xitam verilmə qaydasını pozması nəticəsində iddiaçıya ziyan vurmuş, iddiaçı ümid etməyə haqqı çatandan məhrum olmuşdur. Lakin məhkəmə müqavilənin pozulması ilə bağlı halları tədqiq etməmişdir. Cavabdeh müqavilədə müəyyən olunmuş xitam etmə qaydasını pozmuş, qabaqcadan xəbər vermədən, heç bir əsas olmadan müqaviləyə xitam vermişdir. Mülki Məcəllənin 685.2-ci maddəsində kirayə verənin xəbərdarlıq müddətini gözləmədə n kirayə müqaviləsini ləğv etməsi əsasları göstərilmiş, hazırkı işdə həmin halların heç biri mövcud olmadığından, kirayəyə verənin vaxtından əvvəl kirayə müqaviləsinə xitam verməsi qanunsuzdur və bu, kirayəçinin konstitusion hüququnu pozulmasına səbəb olmuşdur. Mülki Məcəllənin 424.5ci maddəsinə əsasən, cavabdeh müqaviləyə xitam vermə qaydasını pozduğundan iddiaçı dəyən ziyanın ödənilməlidir. Məhkəmə işin hallarını hərtərəfli, tam, obyektiv araşdırmamış, iddiaçının əldə edə biləcəyi, lakin əldə etmədiyi, əldən çıxmış faydanı qiymətləndirməmişdir. Aralarında bağlanmış kirayə müqaviləsinin 12-ci maddəsinə əsasən kirayəyə verən kirayəyə verilmiş əmlakın saxlanılması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə və ya kirayə haqqı hesabına əvəzləşdirməyə borcludur. 2018-ci ildə təbii fəlakət nəticəsində Badamdar qəsəbəsində qeydə alınan sürüşmənin fəsadlarını iddiaçı öz hesabına bağlamış, çəkdiyi xərclər ödənilməmiş, bu barədə məhkəmə işin hallarını hərtərəfli qiymətləndirməmiş, eyni zamanda qərar qəbul edərkən iddiaçıya dəymiş mənəvi zərəri ümumiyyətlə nəzərə almamış, mənəvi zərərlə bağlı irəli sürülmüş halları araşdırmağa borclu olduğu halda araşdırmamışdır.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-3202/2023 nömrəli, 14 iyun 2023-cü il il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), F.Talışinski və M.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Həmçinin müəyyən edilmişdi r ki, kirayə predmeti olan ev sürüşmə zonasında yerləşməklə 2018-ci ildə təbii fəlakət nəticəsində Badamdar qəsəbəsində qeydə alınan sürüşmə zamanı kirayə evdə müəyyən fəsadlar əmələ gəlmişdir. 2021-ci ildə baş vermiş təkrar sürüşmə nəticəsində isə qeyd olunan ünvanda anbar və mətbəx torpağın altında qalmışdır.

27. İşin bu halı tərəflərin izahatları, işdə olan fotoşəkillər və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2022- ci il tarixli məktubu ilə təqdim edilmiş “Azerinşaatlayihə" DBLKT İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 10 fevral 2021-ci il tarixli aktın məzmunu ilə təsdiq edilir.

28. Hazırda tərəflər arasında kirayə hüquq münasibətləri mövcud deyildir. Belə ki, cavabdeh iddiaçının mülkiyyətindən çıxmasını tələb etmişdir.

29. İd diaçı isə cavabdehin müqavilə müddəti bitməmiş və müqavilə şərtlərinə əsasən 1 ay qabaqcadan məlumat vermədən müqaviləni pozmasını, qanunvericiliyin tələblərini, həmçinin müqavilədən irəli gələn öhdəlikləri kobud şəkildə pozmasını göstərməklə yanaşı, kirayə müddətində qanunvericiliyin tələblərinə uyğun olaraq, qeyd olunan evi maddi texniki təminatla, xüsusən də restoran, iaşə xidmətləri üçün zəruri olan avadanlıqlarla təmin etməsini qeyd etməklə hazırda 56 adda əmlak və işlərin görülməsi üçün cavabdehin ona 18000 (on səkkiz min) manat ödəməli olmasını iddia edir və tələbinin bu hissəsi üzrə maddi əsası kimi Azərbaycan Respublikasının 21.1, 21.2, 21.3, 675, 676.0, 680.2, 1096.1, 1097.1-ci maddələrinə istinad edir.

30. Göründüyü kimi, iddiaçının tələbi zərərin ödənilməsi ilə bağlı pul tələbi dir və o, cavabdeh tərəfindən kirayə müqaviləsini vaxtından əvvəl pozmasını göstərsə də, bu hərəkətin qanuniliyini mübahisələndirmədiyi üçün məhkəmə yalnız zərərin ödənilməsi ilə bağlı pul tələbinin əsaslı olub-olmamasına hüquqi qiymət verir.

31. İddiaçı tərəf iddia tələbinin əsası kimi kirayə müddətində restoran biznesi üçün almasını qeyd etdiyi 56 əşya və əmlakların qaimə sənədlərini, ünvan 2 ünvanında yerləşən iaşə xidmətləri üçün qurğuların, tikililərin orta bazar dəyəri 32.000 (otuz iki min) AZN məbləğində müəyyən olunmasına dair Premium Qiymətləndirmə MMC-nin 20 sentyabr 2021-ci il tarixli hesabatını təqdim etmişdir.

32. Müəyyən edilmişdir ki, sonuncu sürüşmə nəticəsində mübahisəli ünvanda quraşdırılmış 6x4m ölçülü 2 panorama qonaq otağı və 10x4m ölçülü 3 otaqlı qonaq otağına zərər v urulmamışdır. Başqa sözlə, restoranın ambar və mətbəxi torpaq altında qalsa da, sözügedən qonaq otaqları yerindədir. İddiaçı həmin qeyd olunan ünvanda 6x4 ölçülü 2 panorama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otaqlarının cavabdehdə qalması şərti ilə onların və təndir manqal otağı və anbar üçün sərf etdiyini iddia etdiyi 32.000 (otuz iki min) manat pulun ödənilməsini tələb edir. İddiaçı qeyd edilən qonaq otaqlarının dəyərini tələb etməsini onların restorandan götürülməsinin mümkün olmaması ilə deyil, başqa yerdə həmin konteynerlərdən istifadə edə bilməyəcəyi ilə əsaslandırmışdır.

33. Birinci instansiyası məhkəməsi tərəfindən ünvan 2 ünvanında yerləşən sürüşmə nəticəsində zərər görməmiş 6x4 ölçülü 2 panorama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otağı həmin ərazidə əmlaka tənasübsüz su rətdə zərər vurmadan təkrar quraşdırmaq şərti ilə ayrıla, götürülə bilməsinin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin etmişdir.

34. Ekspertiza rəyindən görünür ki, tədqiqat (baxış) zamanı müəyyən edilmişdir ki, panorama qonaq otaqları dəmir konstruksiyaları vaqon tipli (konteyner) quraşdırılmış daxili və xarici konstruksiyalar taxta material ilə, damı isə dəmir materialdan şifer ilə üzlənmişdir. Sözügedən tikililərin üzərində konstruksiyanın qaldırılması və endirməsi (yerinin dəyişdirilməsi) üçün nəzərdə tutulmuş qarmaqların mövcud olduğu müəyyən edilmişdir. Qeyd edilən qarmaqların mövcud olması nəzərə alınaraq həmin əmlaka tənasübsüz surətdə zərər vurmadan (təkrar quraşdırmaq şərti ilə) ərazidən ayrılaraq götürülməsi mümkün olduğu müəyyən edilmişdir.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki iş üzrə araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən məhkəmə haqlı olaraq hesab etmişdir ki, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

36. Həmçinin iddiaçı tərəf bu halı vermiş olduğu izahatında və apellyasiya şikayətində qəbul etmiş, lakin həmin yaxşılaşdırmanın məhz cavabdehə məxsus əmlak üçün nəzərdə tutulduğunu, cavabdehin həmin yaxşılaşdırmadan istifadə edərək mənfəət qazandığını, hazırda isə yaxşılaşdırma üçün nəzərdə tutlmuş əmlak ın götürülərək başqa yerə köçürülməsi onun imkanı xaricindədir. Belə ki, həmin əmlakın yerləşdirilməsi üçün ona məxsus yer mövcud deyildir.

37. Qeyd olunan ünvanda 6x4 ölçülü 2 panorama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otağı daxili və xarici konstruksiyalar taxta material ilə, damı isə dəmir materialdan şifer ilə üzlənmiş, dəmir konstruksiyaları vaqon tipli (konteyner) olduğu və onun tənasübsüz surətdə zərər vurmadan (təkrar quraşdırmaq şərti ilə) ərazidən ayrılaraq götürülməsi mümkün oldüğü üçün, iddiaçı özünə məxsus olan bu əmlakları məcburi qaydada cavabdehin istifadəsində saxlamaqla onların dəyərini zərər qismində tələb etməkdə haqlı olmamaqla, bu tələbinin hüquqi əsası mövcud deyildir. Cavabdeh tərəf iddiaçıya tənasübsüz surətdə zərər vurmadan ərazidən ayrılaraq götürülməsi müm kün olan əmlaklarının götürülməsinə etiraz etmir və buna istənilən vaxt şəraitin olmasını qeyd edir.

38. Həmçinin işin materiallarından görünür ki, anbar və mətbəx sürüşmə nəticəsində torpağın altında qalmışdır. Belə olan halda əvvəla iddiaçının həmin anbar və mətbəxin onun tərəfindən inşa edilməsi ilə əlaqədar müqavilənin 8-ci bəndinə əsasən cavabdehin razılığının olub-olmamasını sübut etməmişdir. İkincisi də, belə razılığın olubolmamasından asılı olmayaq iddiaçı həmin əmlakların tikilməsinə (və ya quraşdırılmasına) nə qədər vəsait sərf etməsinə dair sübutlar da təqdim edilməmişdir.

39. Cavabdeh tərəf iddiaçıya tikinti və təmir işləri üçün razılıq verməməsini, sürüşmələrdən sonra qeyd edilən ünvanda müəyyən işlərin özü tərəfindən görülməsini, iddiaçı tərəfindən görülən işlərə heç bir dəst ək verilmədiyi üçün onun həmin ünvandan çıxmasını tələb etdiyini bildirmişdir.

40. Göstərilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddianın qeyd olunan ünvanda 6x4 ölçülü 2 panorama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otağı, təndir manqal otağı və anbar (sklad) üçün 32.000 (otuz iki min) manat tələbi əsassız olduğu üçün təmin edilə bilməz.

41. Məhkəmə kollegiyası iddia tələbinin 56 adda əmlak və işlərin görülməsi üçün cavabdehin iddiaçıya 18000 (on səkkiz min) manat ödənilməsi hissəsi üzrə bu qənaətə gəlir ki, əvvəla işlərin (55.Həyətin işıqlanması, 56.Reklam löhvəsi) görülməsinə çəkilən xərclərə dair tələb birbaşa sübutetmə ilə bağlıdır və iddiaçı bu işlərin görülməsinə vəsait xərcləməsinə dair mötəbər sübutlar təqdim etməmişdir.

42. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı məhkəmə iclasında reklam löhvəsinin torpaq altında qaldığını təsdiq etmişdir. Lakin, iddianın qalan 54 adda əmlakla bağlı tələbi birbaşa belə bir sübutetməyə bağlı olmamışdır.

43. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı hal-hazırda dəyərini tələb etdiyi həmin əmlakların sürüşmə nəticəsində torpaq altında qalmasını bildiyi halda, onlara görə dəymiş zərəri tələb edərkən nəzərə almamışdır ki, tərəflər aralarında bağlanmış müqavilədə forsmajor hallarını da şərtləndirmişlər. Belə ki, müqavilənin 5-ci bəndinə əsasən, fors major hadisəsindən sığortalanma kirayəçinin vəzifəsi olaraq nəzərdə tutulmuşdur.

44. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sürüşməsi fors-major hallarına aiddir və işin materiallarına əsasən baş vermiş torpaq sürüşm əsi nəticəsində anbar və mətbəx, eləcə də iddiaçının dəyərini tələb etdiyi 54 adda əmlakların, həmçinin reklam löhvəsinin də torpağın altında qalması işin mübahisəsiz halıdır.

45. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiçıya məxsus əmlaklar Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi ev 101 ünvanında mövcud olmuş olsa idi belə, iddiaçının onları götürə bilməməsində, başqa sözlə iddiaçıya maddi zərər vurulmasında cavabdehin heç bir təqsiri olmadığından onun üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.İddiaçıya cavabdehin təqsirli hərəkətləri nəticəsində zərər dəyməsi faktı sübut olunmadığından iddiaçının təqdim etdiyi qaimə sənədlər və Premium Qiymətləndirmə MMC-nin 20 sentyabr 2021-ci il tarixli hesabatı artıq sübut əh əmiyyəti kəsb etmir.

46. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, işin sadalanan hallarına əsasən iddiaçının istinad etdiyi digər maddi hüquq normalarının hazırki mübahisənin həlli baxımından tətbiq edilərək iddiaya qiymət verilməsinə zərurət yoxdur.

47. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayəti özüözlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

48. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə eyni zamanda haqlı olaraq hesab etmişdir ki, iddianın 18000 (on səkkiz min) manat tələb hissəsi də əsassız old uğundan təmin edilə bilməz.

49. Göründüyü kimi iddiaçının maddi zərərlə bağlı irəli sürdüyü faktiki hallar onun bu hissədə iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır və məhkəmə hesab edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə əlavə irəli sürülən mənəvi zərərə görə 10000 (on min) manat, itirilmiş faydaya görə 5000 (beş min) manat tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Belə ki, bu tələblər əvvəlki 32000 və 18000 manat maddi zərərlə bağlı tələbdən törəmədir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

50. İddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

51. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə olunmuş sübutlara, qiymətləndirmə MMC-nin verdiyi ekspert rəyinə baxmayaraq İ instansiya məhkəməsi qərar qəbul edərkən dəymiş zərərin tam məbləğini hərtərəfli, tam, obyektiv araşdırmamışdır.

52. Cavabdeh müqaviləyə xitam verilmə qaydasını pozması nəticəsində İddiaçı ziyan vurmuşdur. İddiaçı ümid etməyə haqqı çatandan məhrum olmuşdur. Lakin Məhkəmə müqavilənin pozulmasıyla b ağlı halları tədqiq etməmişdir.

53. Cavabdeh müqavilədə müəyyən olunmuş xitam etmə qaydasını pozmuş, qabqcadan xəbər vermədən, heç bir əsas olmadan müqaviləyə xitam vermişdir.Cavabdeh müqaviləyə xitam vermə qaydasını pozduğundan iddiaçıya dəyən ziyan ödənilməlidir

54. Cavabdeh Mülki Məcəllənin sözü gedən maddəsinə əsasən nəinki vicdanlı davranmamış, tərəflər arasında bağlanan Kirayə Müqaviləsinin şərtlərini pozmaqla müqaviləyə əsassız xitam vermişdir

55. Məhkəmə işin hallarını hərtərəfli, tam, obyektiv araşdırmamış, iddiaçının əldə edə biləcəyi, lakin əldə etmədiyi,əldən çıxmış faydanı qiymətləndirməmişdir.

56. İddiaçı və cavabdeh arasında bağlanan kirayə müqaviləsinin 12-ci maddəsinə əsasən “Kirayəyə verən” kirayəyə verilmiş əmlakın saxlanılması və ya bərpası üçün kirayəçinin çəkdiyi z əruri xərclərin əvəzini ona ödəməyə və ya kirayə haqqı hesabına əvəzləşdirməyə borcludur. 2018-ci ildə təbii fəlakət nəticəsində Badamdar qəsəbəsində qeydə alınan sürüşmənin fəsadlarını İddiaçı ioğlu öz hesabına bağlamışdır. İddiaçının çəkdiyi xərclər ödənilməmiş, bu barədə məhkəmə işin hallarını hərtərəfli qiymətləndirməmişdir.

57. Kirayəyə verənin vaxtından əvvəl kirayə müqaviləsinə xitam verməsi qanunsuzdur, və bu, kirayəçinin konstitusion hüququnu pozulmasına səbəb olmuşdur.

58. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edərkən cavabdeh tərəfindən iddiaçıya dəymiş mənəvi zərəri ümumiyyətlə nəzərə almamışdır.

59. Məhkəmə mənəvi zərərlə bağlı irəli sürülmüş halları araşdırmağa borclu olduğu halda araşdırmamış, qətnamədə bildirmişdir ki, “Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün əhəmiyyəti yoxdur”.

60. Məhkəmə sübutları obyektiv araşdırmayaraq iddiaçının sübutlarını tam, hərtərəfli qiymətləndirilməmişdir.

61. İşin hallarından və işə əlavə olunmuş sübutlardan da görünür ki, İ instansiya məhkəməsi qərar qəbul edərkən sübutları tam şəkildə araşdırmamışdır. Belə ki, Kirayə müqaviləsi ilə bağlı öhdəliklərin icrası, həmin öhdəliklərin icra edilib-edilməməsi barədə mövcud olan hallar məhkəmə tərəfindən araşdırılmamış, hüquqi qiymət verilməmişdir.O cümlədən, "xxxx" MMC tərəfindən dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı sözügedən sahəyə baxış keçirilmiş, qiymətləndirilməsinin nəticələri iş materiallarına əlavə edilmiş, lakin məhkəmə tərəfindən qərar qəbul olunarkən qiymətləndirmənin nəticəsinə hərtərəfli tam və obyektiv qiymət verməmişdir.

62. Kassator kassasiya şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 421.2, 424.5, 425.1, 443.4, 448.2, 685.2, 687, 1111.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Qərarına, Mülki Prosessual Məcəllənin 14, 88 və 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

63. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

64. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələ b etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

65. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

66. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

67. Maddə 421.2. Tərəflərdən birinin t ələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

68. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

69. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərə cədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

70. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

71. Maddə

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

72. Maddə 680.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: 680.1.1. binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında istismar, qulluq və təmizləmə xərcləri;

73. Maddə 680.2. Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir.

74. Maddə 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq, müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi ist ifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər.

75. Maddə 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə.

76. Maddə 690.1. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir.

77. Maddə 690.2. Əmlak kirayəsi müqav iləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir.

78. Maddə 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarı

79. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

80. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

81. Mad də 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

82. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

83. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

84. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab ed ilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

85. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

86. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. K assasiya instansiyası məhkəməsinin mövqeyi

87. Məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin mənəvi zərərə görə 10000 (on min) manat, itirilmiş faydaya görə 5000 (beş min) manat tələbinə dair hissəsi üzrə səhv nəticəyə gəlmişdir.Belə ki,iddiaçı iddiasında cavabdehin müqavilə müddəti bitməmiş və müqavilə şərtlərinə əsasən 1 ay qabaqcadan məlumat vermədən müqaviləni pozmasını, qanunvericiliyin tələblərini, həmçinin müqavilədən irəli gələn öhdəlikləri kobud şəkildə pozmasını göstərməklə digər tələblərlə yanaşı mənəvi zərərə görə 10000 (on min) manat, itirilmiş faydaya görə 5000 (beş min) manat tələbini irəli sürmüşdür. Əslində bu tələblər iddia tələbinin rədd edilən hissəsi üzrə tələblərdən törəmə tələb deyil.İddiaçı bu tələbləri cavabdeh tərəfin dən kirayə müqaviləsini qanunvericiliyin tələblərinə uyğun olmayan şəkildə pozması ilə əlaqələndirmişdir.Yəni həmin tələbinin əsası cavabdeh tərəfindən müqavilənin qanunsuz ləğv edilməsi, buna görə də iddiaçının zərərə düşməsi ilə bağlıdır. Məhkəmələr isə müqavilənin ləğvi ilə bağlı Mülki Məcəllənin müvafiq normaları və tərəflər arasında bağlanmış kirayə müqaviləsinin bununla bağlı şərtləri baxımından heç bir hüquqi qiymətləndirmə aparmamışlar.

88. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

89. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

90. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

91. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı)

92. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbinin “cavabdehdən tikilmiş 6x4 öl çülü 2 panorama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otağı, təndir manqal otağı və anbar (sklad) üçün 32.000 manat, 56 adda maddi texniki təminat əşyaları üçün 18.000 manat tələbinə dair hissəsi üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki,həmin hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş və düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

93. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tə rəfindən iddia tələbinin cavabdehdən tikilmiş 6x4 ölçülü 2 panorama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otağı, təndir manqal otağı və anbar (sklad) üçün 32.000 manat, 56 adda maddi texniki təminat əşyaları üçün 18.000 manat tələbinə dair hissəsi üzrə işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi iddia tələbinin həmin hissəsinə aid hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

94. Yuxarıda şərh edilənlərə görə də İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2023cü il tarixli 2(103)-3202/2023 nömrəli qətnaməsi iddia tələbinin mənəvi zərərə görə 10000 (on min) manat, itirilmiş faydaya görə 5000 (beş min) manat hissəsinin rədd edilməsi hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin cavabdehdən tikilmiş 6x4 ölçülü 2 panorama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otağı, təndir manqal otağı və anbar (sklad) üçün 32.000 manat, 56 adda maddi texniki təminat əşyaları üçün 18.000 manat tələbinə dair hissələrində dəyişdirilmədən saxlanılmalıdır.

95. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin mənəvi zərərə görə 10000 (on min) manat, itirilmiş faydaya görə 5000 (beş min) manat hissəsi üzrə işə yenidən baxarkən sübutlara Azərbay can Respublikasının 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, iş üzrə müəyyən edilmiş hallara tərəflər arasındakı hüquq münasibətinin xarakterinə uyğun maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı məhkəmə aktı qəbul etməlidir.

96. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2023-cü il tarixli 2(103)3202/2023 nömrəli qətnaməsi iddia tələbinin mənəvi zərərə görə 10000 (on min) manat, itirilmiş faydaya görə 5000 (beş min) manat hissəsinin rədd edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2023-cü il tarixli 2(103)3202/2023 nömrəli qətnaməsi iddia tələbinin cavabdehdən tikilmiş 6x4 ölçülü 2 panorama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otağı, təndir manqal otağı və anbar (sklad) üçün 32.000 manat, 56 adda maddi texniki təminat əşyaları üçün 18.000 manat tələbinə dair hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar