Məhkəmə qərarları › İş №2(102)-3399/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3399/2022

12.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3399/2022 12.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı və Cavabdeh İddiaçınə qarşı birləşdirilmiş iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququ, mülkiyyətə qanuni və mütənasib müdaxilə, mülkiyyət hüququnun məhdudlaşdırılması, qəzalı vəziyyətdə olan mənzilin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Guləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın Cavabdeh qarşı qəzalı vəziyyətdə olan mənzildən çıxarılma, mənzilin sökülməsi və Cavabdeh İddiaçı MTK-ya qarşı mülkiyyətə qanunsuz müdaxilələrin qadağan edilməsi və mənəvi ziyan tələblərinə dair birləşdirilmiş mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-809/2022 nömrəli, 09 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 61,6 kv metr olan 9 saylı mənzil xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə X3 (bundan sonra – cavabdeh) adına dövlət qeydiyyatına alınmışdır.

2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin (bundan sonra - FHN-nin TTNDA) ‘‘Azerinşaatlayihə’’ Dövlət Baş Layihə Konstruktor və Texnoloji institutunun Texniki şöbəsi tərəf indən tərtib olunmuş Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarının texniki vəziyyəti haqqında 03 mart 2020-ci il tarixli rəyə əsasən, Həsənoğlu küçəsində yerləşən 14 saylı beşmərtəbəli yaşayış binası (bundan sonra – 14 saylı bina) təqribən 1960-cı illərdə, kürsülü, dördgirişlil inşa olunmuşdur....Bina uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır. Xarici və daxili yükdaşıyan divarların bəzi yerlərində suvaq qatı, pilləkən marş və meydançalarında armaturların beton mühafizə qatları aşınaraq yararsız hala düşmüş, eyvan tavalarının alt hissələrində armaturların mühafizə qatları qopub tökülmüş, armaturlar korroziyaya uğramışdır. Binanın zirzəmisinə məişət tullantılar ı atılmışdır. Binanın xeyli sayda eyvanlarının sahələri artırılmış, pilləkən qəfəsəsində son mərtəbələrdə yan divarlara metal tirlər quraşdırılaraq, üzərinə müxtəlif həcmli su çənlərinin yerləşdirilməsi yükdaşıyan konstruksiyaların əlavə yüklənmələrinə səbəb olmuşdur. Artırılan eyvanlar 3+6 metr uzunluğunda metal borular üzərində inşa edilmişdir. Binanın sol yan fasad divarında binanın xaricinə qapı boşluğu açılmışdır ki, bu da xarici yükdaşıyan divarın yükgötürmə qabliyyətinin azalmasına səbəb olmuşdur. Binanın bəzi girişlərində, pilləkən qəfəsələrində tikinti norma və qaydalarına riayət edilmədən xaotik quraşdırılmış elektirik xətləri sakinlərin həyatı üçün təhlükə mənbəyidir. Dam örtüyündə atmosfer sularını istiqamətləndirən suötürücü xətlərin və suaxıdıcı boruların nasaz vəziyyətdə olm asından və bəzi yerlərdə asbest-sement şiferlərin çatlaması nəticəsində atmosfer yağıntıları zamanı divarların nəmlənməsi nəticəsində suvaq qatının qoparaq tökülməsi müşahidə olundu. Bütün bunlar binanın yükdaşıyan elementlərinin zəifləməsinə və gələcəkdə xoşagəlməz fəsadların baş verməsinə səbəb ola bilər. Binanın mişarlanmış əhəngdaşından olan yükdaşıyan divarlarda hörgü üçün istifadə edilmiş sement-qum məhlulu öz keyfiyyətini itirərək ovulub tökülmələrə məruz qalmışdır. 16A saylı binanın sol yan fasad divarında suvaq qatı olmadığından, binada antiseysmik kəmərdən istifadə edilmədiyi açıq-aşkar görünür. Baxış keçirilmiş binalar eyni illərdə və birtipli layihə əsasında inşa edildiyindən bunu digər binalara da şamil etmək olar.Yuxarıda qeyd edildiyi kimi sakinlər yaşayış sahəsini artırmaq məqsədilə müxtəlif illərdə metal borular, şveller və ikitavrlar üzərində, bəziləri isə birbaşa yer səviyyəsindən başlayaraq əlavə tikililər (binaya artırmalar) inşa etmişlər. Açıq eyvanların əksəriyyəti bağlanmışdır. Yükdaşıyan divarlarda qapı və pəncərə boşluqları açılmışdır. Eyvanların sahəsini artırmaq üçün yer səviyyəsindən ikinci, üçüncü mərtəbə səviyyəsinədək qaldırılmış metal borulardan, şveller və ikitavr profillərdən ibarət üzərində kifayət qədər yük olan sütunlar rabitəsiz quraşdırılmışdır ki, bu da yeraltı və yerüstü təkanlar zamanı təhlükəlidir. Binada nizamsız, layihəsiz, heç bir gücləndirmə aparılmadan eyvanların sahəsinin artırılması, əlavə eyvanların inşa edilməsi, antiseysmik kəmərin quraşdırılmaması, hörgüdə istifadə olunan sementqum məhlulunun keyfiyyətsizliyi, əhəngdaşı ndan olan yükdaşıyan divarlarda qapı və pəncərə boşluqlarının açılması binaya konstruktiv baxımdan xələl gətirmiş və binanın davamlılıq baxımdan möhkəmliyinin zəifləməsinə səbəb olmuşdur. Seysmik baxımdan və binaya edilmiş artırmaları, əlavə yükləmələri nəzərə alaraq binanın texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilir.

3. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 nömrəli, 11 mart 2020-ci il tarixli sərəncamı ilə Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 1/1418 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli, **********94 saylı, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-cı il tarixli, 02/07635 saylı razılıq məktubları və FHN-nin TTNDA-nin "Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji institutunun 03 03.2020-cı il tarixli rəyi nəzərə alınmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2,752 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MTK (bundan sonra – iddiaçı və ya MTK) tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında həmin MTK-nın istifadəsinə verilməsi qərara alınmış və 18 mart 2020-ci il tarixdə İcra hakimiyyəti ilə MTK a rasında torpaq sahəsinin 49 il müddətinə icarəyə verilməsi haqında 1572 saylı icarə müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Birinci iş üzrə iddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həçminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş mübahisəli mənzilin boşaldılaraq MTK-ya təhvil verilməsi və mənzilin MTK tərəfindən sökülməsi, həmin mənzilin əvəzinə yeni tikiləcək binada 90,4 kv metr ölçüdə təmirli mənzilin 2 il müddətinə cavabdehə təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək MTK tərəfindən cavabdehə hər ay 550 man at məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, MTK tərəfindən sakinlərə söküləcək mənzillərin əvəzinə eyni xüsusiyyətlərə malik mənzillərin sahələrinə uyğun təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları ödənilir. Hazırda sökülməsi nəzərdə tutulan binaların 190 sakini ilə mənzillərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə notarial müqavilələr bağlanmışdır. Digər sakinlərlə olduğu kimi, cavabdehə də ona məxsus mübahisəli mənzilin ə vəzinə yeni tikiləcək binada təmirli 90 kv metr yaşayış sahəsi təhvil verilənədək aylıq 500 manat kirayə haqqı təklif olunmuş, lakin sonuncu MTK qarşısında əsassız tələblər irəli sürdüyündən razılıq əldə olunması mümkün olmamışdır. Ona görə ki, digər sakinlərdən fərqli olaraq cavabehlə daha artıq sahənin verilməsi və daha güzəştli şərtlərlə müqavilə bağlanması hüquqdan sui-istifadə olmaqla, əsassız varlanmaya səbəb olur. Cavabdehin əsassız tələblər irəli sürərək yeni binaların tikintisinə mane olması digər sakinlərin də hüquqlarını pozmaqla, qəzalı vəziyyətdə olan binanın söküntüsünün vaxtında həyata keirilməsini qeyri-mümkün edir. Bundan başqa, mənzillərindən köçürülmüş sakinlərə müvəqqəti yaşayış sahəsi ilə təmin olunması üçün nəzərdə tutulmuş müddətdən artıq mütamadi olaraq kompensasiya ödənilməsi MTK-ya külli miqdarda maddi zərər vurur.

6. Cavabdeh MTK-nın üzərinə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində söküntü-tikinti işlərinin həyata keçirilməsini, əmlakının məhv edilməsini, binaya daxil olmasını, gediş-gəlişi çətinləşdirməsini, binaların bünövrələrini zədələməsini, mənzilə dair onun istifadə hüquqlarının həyata keçirilməsinə maneə yaradılmasını, ona məxsus mübahisəli mənzilin sökülməsini, zorla müqavilə bağlamağı tələb edən, hədə-qorxu təşkil edən hərəkətləri qadağan edilməsi öhdəliyinin qoyulması, vurulmuş mənəvi ziyana görə MTK-dan 100000 manat tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, MTK 14 saylı binanını hasara alaraq ərazidə söküntü işlərinə başlamış, tərəfindən xx.xx.2021-ci il tari xdə şirkətə pretenziya qaydasında xəbərdarlıq edilərək, mənzil mülkiyyətçiləri ilə qarşılıqlı razılıq əldə etmədən, əhalini tam köçürmədən söküntü-tikinti işləri aparılmasının qanunsuz olduğu, o cümlədən, bir sırada yerləşən qonşu binaları texniki-təhlükəsizlik və ekoloji normalara, eləcə də tikinti-şəhərsalma normalarına uyğun olmadığı üçün, işlərin dərhal dayandırılması tələb edilmiş, lakin MTK tərəfindən binanın ətrafına dəmir dirəklər basdırılmış, mənzilə girişçıxışa maneələr yaradılmış, həmçinin ona və ailəsinə psixoloji təzyiqlər edilməsinə başlanılmışdır. Belə ki, MTK ona göndərdiyi 20-xx.xx.2021-ci il tarixli bildirişlərdə yaşayış binasının dövrəsinin aktiv şəkildə hasarlanacağını, əraziyə giriş-çıxışın məhdudlaşdırılacağını bildirmiş və ofisə yaxınlaşıb müqavilə bağlanılmasını təl əb etmişdir. Göründüyü kimi qarşı tərəf onu rəsmi qaydada hədələyərək müqavilə bağlamağı tələb etmişdir. Hazırda MTK tərəfindən heç bir texniki təhlükəsizlik qaydalarına əməl edilmədiyindən həyatı ciddi təhlükə qarşısındadır. Hesab edir ki, MTK tərəfindən qeyd olunan qanunsuz hərəkətlər dayandırmalı və pozulmuş hüquqları bərpa edilməlidir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 sentyabr 2021-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir.

9. Birinci instansiya məhkəməsinin e-2(005)-3720/2021 nömrəli, 20 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Gültəkin Əsədova) MTK-nın iddiası təmin, cavabdehin iddiası isə rədd olunmuşdur.

10. Məhkəmə müəyyən etmişdir ki, hazırda 14 saylı binada yaşayan mülkiyyətçilə rin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və binanın təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Həmçinin, sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, mübahisəli mənzilin mülkiyyətçisi olan cavabdehlə də danışıqlar aparılmağa çalışılmış, lakin sonuncu MTK qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır.

11. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehin yaşamağa davam etməsi onun həyat və sağlamlıgına ciddi təhlükə olmaqla yanaşı, MTK-nın təklifini qəbul edərək yaşayış sahəsindən çı xmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə onun üçün həyati vacib məsələdir. Belə ki, mənzili boşaltdığı halda mülkiyyətində olan mənzilə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla MTK-nın üzərinə qoyulmuş vəzifə olmaqla MTK bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və bundan sonra mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmiş, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərə flərin barışması üçün tədbirlər görülmüşdür.

12. O da qeyd olunmuşdur ki, MTK tərəfindən cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməməklə, onun mülkiyyət hüququ tanınır, qorunur və mülkiyyətində olan əmlakın (faktiki vəziyyətə uyğun) dəyərinin ödənilməsi üçün ədalətli təkliflər edilir. Bu isə cavabdehin mülkiyyətində olan yaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının məlum sərəmcamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır.

13. Həmçinin, cavabdehin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış binasından köçürülməsi, yerində isə yüksəkmərtəbəli, m üasir tələblərə cavab verən yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız binalarda yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Bakı şəhərinin abadlaşdırılmasına, ən əsası isə digər şəxslərin mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Cavabdeh isə qeyd edilən hərəkətləri ilə qanunla tanınan və qorunan mülkiyyət hüquqlarından MTK-ya ziyan vuran şəkildə sui-istifadə edir ki, bu da, cavabdehin mənzilə görə MTK-dan əsassız olaraq real olmayan qiymətlər tələb etməsində, yaşayış üçün tam yararsız və qəzalı olan mənzildən təyinatı üzrə istifadə etməməsində ifadə olunur.

14. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə ) 152.1, 152.6, 560.1 və 560.2, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 5.3 və 18-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, MTK-nın iddiasının rədd, özünün iddiasının isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının subyektiv hüququnun olub-olmadığını araşdırmamışdır. Belə ki, əsas hüquq müəyyənedici sənəd kimi istinad olunan sərəncamdan irəli gələn hüquqlar aydın olmamaqla, məhz mübahisəli mənzilin yerləşdiyi binanın sökülməsi ilə bağlı hüquqlar müəyyən edilməmiş, sərəncamda binanın nömrəsi göstərilməmişdir. Ona görə də, həmin binanın sökülməsinin bu sərəncamla əhatə olunub-olunmadığı məsələsi açıq qalmışdır. Eyni zamanda, iddiaçıya tikinti işlərinin görülməsi üçün qanunvericiliyə uyğun olaraq xüsusi nişan verilib-verilmədiyi də araşdırılmamış, məhkəmə tərəfindən bu istiqamətdə iddiaçıdan müvafiq sənədlər tələb edilməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmaqla çəkişmə prinsipi pozulmuş və eyni növlü olmayan işləri bir icraatda birləşdirməklə də prosessual pozuntuya yol vermişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-809/2022 nömrəli, 09 fevral 2022-ci il tarix li qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Babayev və R.Eyvazov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyildirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin iddiaçının tikinti aparmaq üçün subyektiv hüququnun olmaması, mübahisəli ərazinin MTK-ya ayrılmış torpaq sahəsi hüdudlarında yerləşməməsi kimi dəlillərinə münasibətdə qeyd etmişdir ki, məhkəmə sorğusuna cavab olaraq Bakı İnzibati Məhkəməsi 31 yanvar 2022-ci il tarixli məktubla bildirlmişdir ki, həmin məhkəmənin icraatında iddiaçı “X4” MMC-nin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “Bakı Şəhər İcra Hakimiyyəti Başçıs ının 55 nömrəli, 11 mart 2020-ci il tarixli sərəncamın ləğv edilməsi” tələbinə dair 2-1(112)-9106/2021 saylı inzibati iş olmuş və məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardad rəsmi qaydada iş üzrə tərəflərə göndərilmiş və poçt xəbərnamələrinə əsasən çatdırılmışdır. Həmin qərardadla hazırkı iş üzrə cavabdehin mübahisəndirdiyi ərazinin MTK-ya ayrılmış torpaq sahəsi hüdudlarında yerləşməsi müəyyən edilmişdir.

19. Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 nömrəli, 11 mart 2020-ci il tarixli sərəncamına görə iddiaçı MTK-nın uzunmüddətli icarəsinə verilmiş 2,752 ha torpaq sahəsində müasir tipli yeni yaşayış binalarının inşası üçün həmin ərazidə yerləşən texniki vəziyyəti yolverilməz olan binaların, o cümlədən cavabdehin mənzililin olduğu binan ın sökülməsi, bunun müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında aparılması səahiyyətlər verilmişdir.

20. Eyni zamanda, MTK tərəfindən apellyasiya baxışında təqdim olunmuş müqavilələrdən görünür ki, mübahisəli ünvanda yeni yüksək mərtəbəli binanın tikilməsi ilə bağlı digər sakinlərlə razılaşmalar əldə edilərək müqavilələr bağlanmışdır. Həmçinin, nümayəndə tərəfindən təqdim edilən "xxxx"ndən və və tikinti məqsədi ilə MTK-ya ayrılması nəzərdə tutulan 2,7520 hektar “Torpaq sahəsinin yerququluşu Planından müəyyən olunur ki, mübahisəli tikinti MTK-ya hüquqmüəyyənedici sənədlər əsasında ayrılmış torpaq sahəsində aparılır.

21. Qeyd olunanlarla yanaşı, iş materiallarına əlavə olunmuş 197 sakinin müraciətindən görünür ki, işin yubanmasından narazıdırlar. Belə ki, söküntü i şlərinin yubanması və tikintinin dayandırılması onların hüquqlarını pozur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

22. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, apellyasiya məhkəməsi iddiaçının ümumiyyətlə tikinti işləri aparmağa görə tələb olunan xüsusi nişana malik olub-olmadığını və 14 saylı binanın sərəncam ilə əhatə olunub olunmadığını araşdırmadan, yəni, iddiaçının əslində heç bu cür tələbi irəli sürmək üçün subyektiv hüququnun olub-olmadığı faktını müəyyən etmədən qətnamə qəbul etmişdir. b)

24. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (1-ci hissə).

26. Maddə

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəy yən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

30. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata ke çirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

31. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

32. Maddə 3.0.20. Tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir.

33. Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin mə qsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir.

34. Maddə 4.2. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir.

35. Maddə

17. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" MTKnın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsini n Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarı 36.... mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işləri nin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

45. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrin in tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

46. Cavabdeh apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini və məhkəmə kollegiyasının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-809/2022 nömrəli, 09 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar