Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-340/2024 27.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətə qanuni və mütənasib müdaxilə; qəzalı vəziyyətdə olan mənzilin sökülməsi; ədalətli kompensasiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh, X10, X22, X6, XXXna, X13, X4, X14, X15, X7, X45, X25, X23, X16, X26, X8, X9 və X27 qarşı daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilmə si tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-366/2023 nömrəli iş üzrə 25 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin 29 dekabr 2019-cu il tarixli **********46 nömrəli məktubuna görə, Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X43 və Novruzov Qardaşları küçələrinin kəsişməsində yerləşən 4,50 ha torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədi ilə İddiaçı MMC-yə ayrılmasına dair rəy bildirilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin 26 sent yabr 2019cu il tarixli 7-2846/7 nömrəli məktubuna baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən yerquruluşu planı hazırlanarkən ərazidə çox sayda dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin olduğu müəyyən edilmişdir. Həmin obyektlərlə bağlı məsələlərin mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi şərti ilə göstərilən koordinatlar daxilində yerləşən 4,2258 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədi ilə İddiaçı MMC-yə ayrılmasına etiraz etmirlər.
2. Bakı ŞİH başçısının 04 mart 2020-ci il tarixli 51 nömrəli sərəncamına əsasən, Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi əraz idəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə, həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir.
3. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin 19 mart 2020-ci il tarixli XXX nömrəli məktubuna görə, Bakı şəhəri Nəsimi rayonu Ak. H.Əliyev, Y.Çəmənzəminli, C.Məmmədquluzadə və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC-yə Bakı ŞİH-in xx.xx.2020-ci il tarixli 51 nömrəli sərəncamı ilə yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün ayrılan 4.2258 ha torpaq sahəsin in cizgisinin hazırlanması ilə bağlı İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli 11 nömrəli məktubuna Mərkəzdə baxılmışdır. Həmin ünvanda İddiaçı MMC-yə ayrılan 4.2258 ha torpaq sahəsinə dair hazırlanmış 20/18 nömrəli cizgi həmin MMC-yə göndərilmişdir. 1:3000 miqyaslı cizgi məktuba əlavə edilmişdir. 4. 17 aprel 2020-ci il tarixli XXX nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyəverən Bakı ŞİH ilə icarəçi İddiaçı MMC arasında Bakı ŞİH başçısının xx.xx.2020-ci il tarixli 51 nömrəli sərəncamı və xx.xx.2020-ci il tarixli 20/18 nömrəli cizgiyə əsasən, Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən 4.2258 kv.m. torpaq sahəsinə dair 49 il müddətinə torpaq icarəsi müqaviləsi bağlanmışdır.
5. Azərbayca n Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin 25 fevral 2021-ci il tarixli 02/767 nömrəli məktubuna görə, Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim olunmuş tikinti layihəsinin memarlıq planlaşdırma bölməsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli xx/xx-2651 nömrəli məktubuna Mərkəzdə baxılmışdır. Yuxarıda qeyd olunan ünvanda tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim edilmiş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Komitənin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamının 1.4-cü bəndi ilə təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına uyğundur.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinin 31 mart 2022-ci il tarixli **********90 nömrəli məktubuna əsasən, Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi XXX nömrəli binada yerləşən mənzillərin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. 7. "xxxx" MMC-nin 14 mart 2022-ci il tarixli XXX nömrəli daşınmaz əmlakın (yaşayış sahəsinin) qiymətləndirilməsi barədə hesabatına görə, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, ünvan 1 nömrəli yaşayış sahəsinin hazırkı dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində likvid qiyməti aşağıdakı kimidir: 89.191 kv.m. x 1535 manat = 136.908 manat.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2022-ci il tarixli XXX nömrəli ekspert rəyinə əsasən, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iki mərtəbəli olmaqla, birinci mərtəbəsinin otaqlarının, xarici divarları, daxili arakəsmələr və həyətyanı sahə nəzərə alınmaqla ümumi tikintialtı sahə 63,27 kv.m. və ikinci mərtəbənin sahəsi 50,06 kv.m. (daxili arakəsmələr və xarici divarlar nəzərə alınmadan) təşkil edir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2023-cü il tarixli rəyinə görə, Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsində yerləşən XXX saylı mübahisəli evin hal-hazırda mövcud olan real bazar dəyəri təqribən 184.300 manat müəyyən olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a ) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evlərinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi; cavabdehlərin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evlərindən çıxarılmaqla, fərdi yaşayış evlərinin boşaldılması və sökülməsi; "xxxx" MMC tərəfindən ünvan 2 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 136 kv.m. ümumi sahəsi olan yeni təmirli mənzilin Cavabdeh mülkiyyətinə verilməsi; yeni təmirli mənzil təhvil verilənədək "xxxx" MMC tərəfindən Cavabdeh hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi; "xxxx" MMC tərəfindən ünvan 2 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 65 kv.m. ümumi sahəsi olan yeni təmirli mənzilin X11 mülkiyyətinə ve rilməsi; yeni təmirli mənzil təhvil verilənədək "xxxx" MMC tərəfindən X13 hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsi; "xxxx" MMC tərəfindən ünvan 2 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 65 kv.m. ümumi sahəsi olan yeni təmirli mənzilin X5 mülkiyyətinə verilməsi; yeni təmirli mənzil təhvil verilənədək "xxxx" MMC tərəfindən X7 hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-310/2022 nömrəli iş üzrə 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Cəfəov) iddia təmin edilmişdir.
12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərə ncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarının nəzərə alaraq Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsini icarə əsasında iddiaçı "xxxx" MMC-nın istifadəsinə verilməsi qərara alınmış, sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçür ülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. İddiaçı tərəfindən şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-350 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən xeyli sayda ailə köçürülmüş, buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, Nəsimi rayonu Novruzov Qardaşları küçəsi ev XXX ün vandakı fərdi yaşayış evinin istifadəçiləri cavabdehlər Cavabdeh, X24, X33, X17, XXX, X28, X12, X29, X30, X18, X51, X36, X34, X31, X37, X19, X20 və X3 haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişlər. İddia tələblərinə əsasən cavabdehlərin istifadəsində olan fərdi yaşayış evləri Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Cavabdehlərin istifadəsində olan fərdi yaşayış evlərinin yaxınlığındakı mənzillərinin sökülməsi barəsində iddiaçı ilə razılığa gəlmələrinə baxmayaraq, cavabdehlər istismar müddəti bitmiş, şəhərin görkəminə xələl gətirən fərdi yaşayış evlərinə görə tamamilə əsassı z və qeyri-real qiymət tələb etmələri və həmin məbləğ verilmədiyi təqdirdə isə binanın tikintisinə imkan verməyəcəyini bildirməklə və hüquqdan sui-istifadə etməklə, müvafiq sərəncamın həyata keçirilməsinə mane olurlar. Müəyyən edilmişdir ki, sökülməsi tələb edilən Nəsimi rayonu Novruzov Qardaşları küçəsi XXX saylı fərdi yaşayış evi iki mərtəbəli olmaqla, birinci mərtəbəsinin otaqlarının, xarici divarları, daxili arakəsmələr və həyətyanı sahə nəzərə alınmaqla ümumi tikinti altı sahə 63,27 m2 və ikinci mərtəbənin sahəsi 50,06 m2 (daxili arakəsmələr və xarici divarlar nəzərə alınmadan) təşkil edir. Fərdi yaşayış evləri statusuna görə özbaşına tikilidir.... Məhkəmə hesab edir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlam lıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, cavabdeh tərəf fərdi yaşayış evlərini boşaltdıqları halda, əvvəl yaşadıqları mənzillərə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırki iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazır adək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Məhkəmə bu zaman xüsusi qeyd edir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən, eləcə də sərəncamı icra edən MMC tərəfindən cavabdeh tərəfin özbaşına tikili ilə bağlı istifadə və sahiblik hüququ tanınaraq onlar tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzillərin qanuni sahələrində n 20% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmə nzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müə yyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, cavabdehlərin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdehlərin iddiaçının təklif etdiyi ədalətli, mülkiyyət hüquqlarının qorunması baxımınd an etdiyi təkliflərə münasibətdə hərəkətləri məhz hüquqdan sui-istifadədir. Belə ki, onlar konstitusiya ilə tanınan və qorunan mülkiyyət hüquqlarından Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamını icra edən MMC-yə ziyan vuran şəkildə sui-istifadə edirlər, haqsız tələblər irəli sürürlər. Həmçinin ərazidən köçürülmüş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözlədikləri halda cavabdehin hüquqdan sui-istifadə etməsi həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Məhkəmənin qənaətinə görə iddiaçı tərəfindən cavabdeh tərəfin hüquqları pozulmadığı halda, cavabdeh tərəf hüquqdan sui-istifadəyə yol verməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar rəhbər tutulmalıdır. Göstərilə nləri nəzərə alaraq məhkəmə hesab edir ki, qanunvericilikdə istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün "xxxx" MMC-yə ayrıldığından, həmçinin Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanılmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini "xxxx" MMC öz üzərinə götürdüyündən, iddia tələbi əsaslı olduğundan və tələb irəli sürülərkən cavabdehlərin bütün hüquqları qorunduğundan (müqavilə şərtlərinə riayət edilməklə əvəzləşdirilən sahənin həcmi, kirayə haqqı və s. bəndlər üzrə tələblərə riayət olunduğundan) iddia tələbi təmin e dilməlidir.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-366/2023 nömrəli iş üzrə 25 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), N.Cəfərov və İ.Şirinov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni "xxxx" MMC tərəfindən ünvan 2 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 136 kv.m. ümumi sahəsi olan yeni təmirli mənzilin Cavabdeh mülkiyyətinə verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia "xxxx" MMC tərəfindən ünvan 2 ünvanda tikiləcək çoxmənzilli yaşayış binasında 2, birinin 51 kv.metr, digərinin isə 89 kv.metr ümumi sahəsi ol an yeni təmirli mənzillərin Cavabdeh verilməsi hissəsində təmin edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... Cavabdeh evin 1-ci mərtəbəsində bacısı XXXnın öz ailəsi ilə, ikinci mərtəbədə isə digər bacısı Aynurə Məmmədova qızı ilə və özü ailəsi yaşadığını, buna görə də sökülən evin əvəzində ya 3 mənzil yaxud sökülən evin hər kv. metri üçün 4000 manat tələb etdiyini, iddiaçı tərəf isə yekun olaraq yalnız birinin sahəsi 51 kv.metr, digərinin sahəsi isə 89 kv. metr olan 2 təmirli mənzil verməyə hazır olduqlarını yaxud iki illik kirayə haqqından və mənzilin təmir xərcindən imtina ediləcəyi təqdirdə həmin 2 mənzili təmirsiz vəziyyətdə və əlavə 40000(qırx min) manat verə biləcəklərini bəyan etdilər. Göründüyü kimi, məhkəmə tərkibinin israrlı təşəbbüsünə baxmayaraq tərəflər bir-birinin təklifini qəbul etmədilər. Ancaq mübahisə də həll edilməmiş kimi qalmamalıdır. Çünki, tərəflərin bu vəziyyətdə qalması hər iki tərəfin mənafeyinə uyğun olmamaqla yanaşı, yeni təmirli mənzillərini gözləyən yüzlərlə şəxsin maraqlarını da poza bilir. Ona görə də mübahisənin birdəfəlik həlli baxımından hər iki tərəfin mənafeyi nəzərə alınmaqla ədalətli nəticəyə gəlinməlidir. Bu mənada, iddiaçı cavabdehin mübahisəli tikiliyə gözlənilən mülkiyyət hüququnu bu və ya digər formada pozmur və onu bundan məhrum etmir. Əksinə, onun mülkiyyətinin ədalətli qaydada, mütənasib olaraq mənzilinin sahəsindən 20 faizdən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni inşa olunacaq binada təmirli mənzilləri onların mü lkiyyətinə verməyi təklif edir. İddiaçının şəhərin müasir tələbinə cavab verməyən cavabdehə məxsus fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma işləri aparması və 20 faiz artıq sahəyə malik mənzil verməsi söküləcək tikiliyə görə ədalətli və mütənasib təklifdir. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmadığından onların yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış massivinin salınmasının icrasına maneçilik yaradır. Cavabdeh tərəf yeni mənzil(lər)in dəyərinin söküləcək evin dəyərindən az olmasını bəyan etmir, əksinə işdə olan qiymətləndirmə və ekspertiza rəyləri ilə də söküləcək evin real bazar dəyərinin yeni təmirli mənzillərin dəyərindən aşağı olduğu açıq-aşkar görünür. Eyni zamanda yeni mənzil(lər) köhnə evin yerində(yanında, qonşul uğunda), yəni eyni ərazidə veriləcək. Bu cür vəziyyətdə, həm dəyəri, həm digər şəraiti və halları baxımından söküləcək evdən fərqlənən yeni mənzil(lər) əksinə cavabdehin istəyinə və maraqlarına uyğundur, qeyd olunduğu kimi cavabdeh tərəf bunu mübahisələndirmir. Lakin cavabdeh tərəfin daha artıq sayda və ölçüdə mənzil(lər)i əldə etməyə nail olmaq istəyi və arzusu anlaşılan olsa da bu hal digər tərəfin də hüquqlarını pozmamalı və mənafeyinə zidd olmamalıdır.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin onun sahibliyində və istifadəsində olan ünvan 3 ünvanda yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə münasibətdə ləğv edilməsi, həmin hissədə iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayətinin dəlillərinə görə, cavabdehlər artıq uzun müddətdir ki həmin mənzildə yaşamaqla onların mənzil toxunumazlığı hüququ var. Hazırda mübahisələndirilən qərarla onların bu hüququna müdaxilə olunur və bu müdaxilə üçün əsaslardan heç biri ilə uzlaşmır. Məhkəmə ünvan 3 ünvandakı daşınmaz əmlakın ümumi sahəsi 89,191 kv.m. olan fərdi yaşayış evinin sökülməsi barədə qərar qəbul etməklə şəxslərin mülkiyət hüququna qanunda nəzərdə tutulmamış müdaxiləyə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı iddiaçının etirazının dəlilləri birinci və apellyasiya instansiya məhkəmələrinin qətnamələrinin əsaslarına uyğun olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur; Maddə
43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 21. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konve nsiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozması n, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi i cazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
23. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanlar ın həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir; Maddə 4.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: 4.2.1. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; 4.2.2. Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması; Maddə 7.0. Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 7.0.1. sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; 7.0.2. təhlükəsizliyin təmin edilməsi.
24. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər; Maddə
15. Yaşayış sahəsindən istifadə Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır; Maddə 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir; Maddə 28.4. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarıla caq qiyməti müəyyən olunur.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qət namə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etməd ən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərar: “Mülkiyyət hüququnun məhdudlaşdırılma sının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəm iyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər is tisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək mə qsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair” 29 oktyabr 2010-cu il tarixli Qərarında hüquqların təminatının mütənasibliyi ilə əlaqədar qeyd etmişdir ki, Əsas Qanun hüquq və azadlıqlarla yanaşı onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” pr insipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən,... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, §93). "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiya sına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərar: “... yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaş dırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.... Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü v ə tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyun 2021-ci il tarixli Qərar: “O da qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsipləri nin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu pozulmasına gətirib çıxarar.” sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərar: Müvafiq m illi qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar (§64). Həmin Qərarda, həmçinin, müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi f aktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı konteksində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb-yaratmadığını müəyyən etmək qalır (§65). “X32 və X1rşı” 12 fevral 2019-cu il tarixli Qərar: “Müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olmasıdır. Heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayis ədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir (Volçkova və Mironov işi, §125, 126). Onların ifadə etdikləri yeganə uyğunsuzluq mərtəbədə, hər bir otağın sahəsi, balkonların olmaması və divar şkafları ilə bağlı yeni mənzilin köhnə ilə identik olmaması idi. Bununla belə, nə Moskva şəhər hökumətinin qərarı (§36), nə də Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi identik mənzilə köçürülmə və yerləşməyə təminat vermir. Bundan başqa, ərizəçilər həmin binada 2014-cü ilə qədər, yəni bina sökülənə kimi yaşamışlar, onlar bu gecikən sökülmə faktorundan da yararlanmışlar. Nəhayət, 23 aprel 2010-cu il tarixli qərarın icra edilməsi qaydalarına gəlincə, məhkəmə hesab edir ki, bu şikayət təkcə gecikməklə qalmayıb. Çünki ilk dəfə 01 avqust 2017-ci ildə q aldırılıb (§27), həm də və xüsusən qərarın icra qaydası ərizəçilərin mülkiyyət hüququnun güzəşt edilməsindən və onlara bunun əvəzində yeni mənzilin verilməsindən asılı deyil. Yekun olaraq, məhkəmə təsdiq etmişdir ki, ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir. Məhkəmə hesab edir ki, tədbir mütənasib və uyğundur.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edili b, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə d üzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
33. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, mübahisəli özbaşına tikili olan evin sökülməsi tələbi vətəndaşların, o cümlədən onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması tədbirləri ilə əhatə olunur və cavabdehlərə məruz qaldıqları təsirin kompensasiyası olaraq sökülən əmlakın sahəsindən 20 faiz artıq sahəli təmirli mənzillərlə təmin olunması, həmçinin kirayə haqqının ödənilməsi, Konstitusiya Məhkəməsinin qərarlarında (§26) bəhs olunan mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsaslardan biri kimi çıxış edir. Bu kontekstdə, bir şəxsin əmlaka dair hüquqları digərlərinin hüquqlarından üstün sayılmamalı, əmlak hüquqlarının həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalı, daşınmaz əmlak üzərində hüquq müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməli, Şəhərsalma və Tikinti Məcəlləsinin (§23) müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulması hallarında hüquq sahibləri öz hüquqlarından sui-istifadə etməməli, sökülən əmlakın əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməməlidirlər. Belə ki, hüquq sahibləri ilə razılığın əldə olunmasının qeyri-mümkünlüyü digər şəxslərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
34. Şikayətin işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı digər dəlillərinə gəldikdə isə, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlar a yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır (MPM-in 407.2 və 416.1-ci maddələri, §25).
35. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının 2(103)-366/2023 nömrəli iş üzrə 25 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.