Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3400/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X5 nömrəli iş üzrə 10 fevral 2020-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən çox saylı məhkəmə proseslərinə cəlb edildiyindən yol, nəqliyyat, hüquqi yardım alma, vəkil xidmətindən istifadə etmə və sair xərclər üçün maddi zərərin əvəzi kimi 1.500 manat və mənəvi zərərə görə 50.000 manat məbləğin alınaraq ona verilməsi və cavabdehin onu cinayətdə günahlandıraraq bu barədə məhkəmə və digər orqanlara rəsmi müraciət etdiyinə, onu həkim olaraq iş və ictimai yerdə hörmətdən salan hərəkət və fikirləri ilə işgüzar nüfuzuna xələl gətirdiyinə görə bu barədə yazdıqlarına təkzib verilməsi və ondan üzr istənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, iddiaçı X5 rayonu Mərkəzi Xəstəxanasında həkim işləyir. Cavabdeh iddiaçı barəsində məhkəmələrə və digər dövlət orqanlarına müraciət edərək şərəf və ləyaqətini ləkələyə n, işgüzar nüfuzuna xələl gətirən ifadələr işlədərək iddiaçını hörmətdən salmış, əsassız olaraq məhkəmə çəkişmələrinə məcbur etmişdir. Belə ki, cavabdeh gözünün tutulmasının səbəbkarı kimi iddiaçını günahkar hesab edərək sağlamlığa zərərvurma, rüşvət tələb etmə, səlahiyyətlərdən sui-istifadə kimi cinayət əməllərini törətməkdə təqsirləndirərək bu barədə Səhiyyə Nazirliyinə və digər qurumlara həqiqətə uyğun olmayan məlumatlar yazmışdır. Daha sonra cavabdeh X5 Rayon Məhkəməsində iddia qaldıraraq gözündə yaranan problemlər ilə bağlı maddi və mənəvi ziyana görə iddiaçıdan ümumilikdə 3.000.000 manatdan çox vəsait ödənilməsini tələb etmişdir. Məhkəmə zamanı aparılan ekspertiza nəticəsində məhkəmə-tibbi və mütəxəssis oftamoloqun müayinələrinə əsasən cavabdehdə hər iki gözün qüzehli qişasının kolob omasının olduğu, bu patoloji prosesin anadangəlmə olması, cavabdehə müalicə məqsədi ilə təyin edilmiş dərman preparatlarının istifadəsi cavabdehin görmə qabiliyyətinin zəifləməsinə səbəb olmaması, cavabdehin hər iki gözündə olan patoloji prosesin anadangəlmə olması, göz almaları fəsadlı olduğu üçün torlu qişanın istənilən vaxt qopa bilməsi və cavabdehin almış olduğu travmanın buna təkanverici amil olması müəyyən edilmişdir. X5 Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehin iddia tələbi rədd edilmişdir. Bundan sonra cavabdeh qətnamədən apelyasiya və kassasiya instansiya məhkəmələrinə şikayət vermiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı əsassız olaraq çoxsaylı məhkəmə proseslərinə cəlb edildiyindən yol-nəqliyyat, hüquqi yardım almaq, vəkil xidmətindən istifadə etmək üçün 1500 manat m əbləğində pul sərf etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı və ailəsi mənəvi sarsıntı keçirmişdir. İddiaçı dəfələrlə məhkəmə proseslərində iştirak etməklə həyəcan keçirmiş, cavabdehin onu sağlamlığa zərər vurmaqda, rüşvət tələb etməkdə, səlahiyyətlərdən sui-istifadə etməkdə təqsirləndirərək yüksək həddə pul tələb etməklə iş fəaliyyətinə mənfi təsir etmiş və xəstələrini uzaqlaşdırmışdır. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi ziyanı 50.000 manat məbləğində qiymətləndirir. İddiaçı çoxsaylı məhkəmə proseslərinə cəlb edildiyindən yol-nəqliyyat, hüquqi yardım alma, vəkil xidmətindən istifadə etmə və sair xərclər üçün maddi zərərin əvəzi kimi 1.500 manat və mənəvi zərərə görə 50.000 manat məbləğin cavabdehdən alınaraq ona verilməsi və cavab dehin iddiaçını cinayətdə günahlandıraraq bu barədə məhkəmə və digər orqanlara rəsmi müraciət etdiyinə, onu həkim olaraq iş və ictimai yerdə hörmətdən salan hərəkət və fikirləri ilə işgüzar nüfuzuna xələl gətirdiyinə görə bu barədə yazdıqlarına təkzib verilməsi və ondan üzr istənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) 06 noyabr 2019-cu il tarixli, X5 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi rədd edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ələddin Məcidov- sədrlik edən və məruzəçi Mahir Əsədli və Ayaz Mahmudov) X5 saylı, 10 fevral 2020-ci il tarixli qətnaməsi ilə iş üzrə İsmayıllı Rayon Məhkəməsi nin 06 noyabr 2019-cu il tarixli, X5 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İddiaçı və vəkili Nümayəndə kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 saylı, 10 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə çıxarmış olduğu qətnamədə tələbin rədd edilməsi əsasını müəyyən etməmişdir. Halbuki iddiaçıya qarşı işlədilən ifadələr insan şərəf və ləyaqəti alçaldan ifadələr olduğundan məhkəmə həmin fikirlərə münasibətdə müvafıq ekspertizanı keçirməmiş, tələbi mahiyyəti üzrə araşdırmamışdır. Cavabdeh məhkəmə prosesində iştirak etməmiş, sözü gedən tələblə bağlı öz mövqeyini re al olaraq ortaya qoymamışdır. İsmayıllı rayon Məhkəməsi tərəfindən tələbi nəinki araşdırılmış, barəsində yayılmış etik normalarından kənar sözlərin şərəf və ləyaqəti alçaldan sözlər olması məhkəmə tərəfindən müvafiq ekspertizanın keçirməklə araşdırılmadı. Şəxs iddiaçıya demiş olduğu onu sağlamlığa zərər vurmada, rüşvət tələb etmədə, səlahiyyətlərdən sui-istifadə etmədə təqsirləndirib, əsassız üzərinə ittiham irəli sürüb, yüksək həddə pul tələb etməklə, şərliyərək bu fikirlərini ərizələrində və məhkəməyə vermiş olduğu iddiasında əks etdirmişdir. Bununla da şərəf və ləyaqətini alçaltmaqla qeyd olunan ifadələri ifadə edib yaymaqla qanunsuzluq etmişdir. Şəki Apellyasiya Məhkəməsi qeyd etdiyi hallara qeyri obyektiv qiymət vermiş, heç bir əsas olmadan apelyasiya şikayətini rədd etmişdir. Məhkəmə qətnaməni qəbul edərkən Azərbaycan Respublikası MPM-nın 537.1. 337.2, 337,5. 1133, 1134.1, 1159.1, 1243.2, 1246-cı maddələrinin tələblərini pozmuşdur. Cavabdeh tərəfindən barəsində də həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini alçaldan ifadələr göz qabağındadır. Heç bir məhkəmə tərəfindən həmin fikirlərin şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuza xələl gətirən fikirlər olduğu, aidiyyətı mütəxəssis tərəfindən müəyyən edilməsi üçün müvafiq ekspertizaya göndərilmədi. Qeyd edilmiş hallar iddiaçının şərəf və ləyaqətini alçaldan, onu hörmət və nüfuzdan salan ifadələrdir ki, cavabdeh bu sözləri iddiaçının barəsində işlədib. Şəki Apellyasiya Məhkəməsi işin faktiki hallarını tam və hərtərəflı araşdırmaq üçün zəruri tədbirlər görməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Proses iştirakçılarına işə baxılması nın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş lakin, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, X5 Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli X5 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Cavabdeh X1 qarşı sağlamlığa ziyan vurmağa görə maddi zərərin ödənilməsi, mənəvi ziyana görə kompensasiya v erilməsi, çəkilən xərclərin əvəzinin ödənilməsinə dair iddia tələbi rədd edilmişdir. Cavabdeh gözünün tutulmasının səbəbkarı kimi Məhəmməd Qoçuzadəni günahkar hesab edərək məhkəmədə iddia qaldırmış, Səhiyyə Nazirliyinə və digər qurumlara müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab edilmişdir ki, cavabdehin məhkəməyə müraciət etməsi, həqiqət hesab etdiyi məlumatları müxtəlif vəzifəli şəxslərə və dövlət orqanlarına ünvanladığı ərizəsində qeyd etməsi onun özünün haqlı saydığı hüquqlarını müdafiə etmək üçün vasitədir. Cavabdehin bu hüququnu realizə etməsi böhtan, şərəf, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi və nəticədə iddiaçıya maddi və mənəvi zərər vurulması kimi qiymətləndirilə bilməz. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razıla şaraq qeyd etmişdir ki, cavabdehin gözünün tutulması kimi ağır hadisədən onun həkimi olmuş iddiaçını günahkar tutması və bununla bağlı müxtəlif qurumlara şikayətlər etməsi, məhkəmədə iddia qaldırması iddiaçının şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin birinci və ikinci hissələrinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər k əsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 23.5-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və t əşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssi sə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Qərarının 4-cü bəndində göstərilir ki, qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülkiprosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəsi kimi baxıla bilər. Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi həyata keçirilərkən fikir, söz azadlığı hüququnu, həmçinin hər bir şəxsin müraciət etmək hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da ria yət edilməli və həmin hüquqlar arasında mütənasiblik təmin olunmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsini tənzimləyən Mülki Məcəllənin 23-cü maddəsində mülki hüquqi müdafiənin obyektləri kimi nəzərdə tutulmuş və şəxsin şəxsiyyəti ilə ayrılmaz əlaqədə olan qeyrimaddi nemətlər sayılan şərəf, ləyaqət və işgüzar nüfuz oxşar keyfiyyətlərə malik olsalar da, biribirindən fərqlənən müxtəlif anlayışlara malikdir. Belə ki, şərəf- şəxsin ictimai və şəxsi davranışı barədə mənəvi və əxlaqi prinsiplər baxımından i ctimai rəydə formalaşmış sosial əhəmiyyətli müsbət qiymətdir. Ləyaqət- şəxsin öz mənəvi, əxlaqi və digər insani keyfiyyətlərinə, ictimai davranışına özünün verdiyi qiymətdir. İşgüzar nüfuz isə-fiziki və ya hüquqi şəxsin peşəkarlıq keyfiyyəti, ictimai, iqtisadi, siyasi fəaliyyəti haqqında formalaşmış ictimai rəydir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin gözünün tutulması kimi ağır hadisədən onun həkimi olmuş iddiaçını günahkar tutması və bununla bağlı müxtəlif qurumlara şikayətlər etməsi, məhkəmədə iddia qaldırması, iddiaçının şərəf və ləyaqəti, işgüzar nüfuzu ilə bağlı qeyrimüəyyən şəxslər dairəsinə ünvanlanmamışdır. Buna görə də, həmin məlumatlar həqiqət olmasa belə, şərəf və ləyaqəti alçaldan məlumatlar hesab oluna və həmin məlumatların yayılması kimi qiymətləndirilə bilməz. Azər baycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.” Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hans ı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında göstərildiyi kimi şərəf və ləyaqətin alçaldılması eyni zamanda zərərçəkən fiziki şəxsin sağlamlığı ilə bağlı mənfi hüquqi nəticələrin baş verməsinə də səbəb olur. Göründüyü kimi iddiaçı qeyd olunan halda da sağlamlığının pozulması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə də hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad et diyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətinin şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qanunvericilik normalarının pozulması barədə dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya icraatı qaydasında işə baxan məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətində məhkəmə tərəfind ən pozulduğu iddia edilən Azərbaycan Respublikası Mülki Məcəllənin (səhvən MPM göstərilmişdir) 537.1. 337.2, 337,5. 1133, 1134.1, 1159.1, 1243.2, 1246-cı maddələrinin isə hazırki mübahisəyə ümumiyyətlə aidiyyəti yoxdur, həmin normalar, əqdlərin etibarsızlığı və vərəsəlik barədə müddəalardır. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X5 nömrəli iş üzrə 10 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3400/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3400/2020
20.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver