Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3403/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və Mehdiyeva Sürəyyə Nadir qızının cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat ofisinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Nəsibova Vəfa Vidadi qızına qarşı “qanun üzrə birinci növbə vərəsələrin və onlara miras əmlakdan çatası payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mirasda payların müəyyən edilməsi, qətnamənin mübahisələndirilməyən hissəsinin qüvvəyə minməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq q ızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2022-ci il i tarixli, 2(105)-216/2022 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçılar İddiaçı1 və Mehdiyeva Sürəyyə Nadir qızının övladı X6 və Nəsibova Vəfa Vidadi qızı arasında 01 oktyabr 2011-ci ildə rəsmi nikah bağlanmış, onların ailə münasibətlərindən 09 aprel 2010-cu il tarixdə X7 anadan olmuşdur.
2. Qazax Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli qətnaməsi ilə X3 ilk iddiası təmin edilərək, X6 və Nəsibova Vəfa Vidadi qızı arasında 01 oktyabr 2011-ci ildə bağlanmış nikahın pozulması, tər əflərin birgə nikahlarından 09 aprel 2010-cu ildə doğulmuş X4 Nəsibova Vəfa Vidadi qızının himayəsində saxlanılması, həmçinin Nəsibova Vəfa Vidadi qızının qarşılıqlı iddiası təmin edilərək, X2 1000 manat dəyərində bir ədəd 750 əyarlı, çəkisi 6,5 qram olan brilyant qaşlı nişan üzüyünün, 840 manat dəyərində 583 əyarlı, çəkisi 14 qram olan sadə qaşlı sırğa-üzük dəstinin, 1900 manat dəyərində 583 əyarlı, çəkisi 32 qram olan kale-boyunbağının, 720 manat dəyərində 583 əyarlı, çəkisi 12 qram olan qaşlı kale qolbağının, 270 manat dəyərində bir ədəd 583 əyarlı, çəkisi 4,5 qram olan sadə qaşlı üzüyün, 300 manat dəyərində bir ədəd 583 əyarlı, çəkisi 5 qram olan sadə qaşlı üzüyün, 300 manat dəyərində bir ədəd 583 əyarlı, çəkisi 4 qram olan sadə qaşlı üzüyün, əşyaların özləri olmadıqda isə onların dəyə ri olan 5270 manat pulun alınıb Nəsibova Vəfa Vidadi qızına verilməsi qət edilmişdir.
3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2020-ci il tarixli qətnaməsi ilə X3 apellyasiya şikayəti qismən təmin edilərək, Qazax Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli qətnaməsi X2 alınmalı olan 840 manat dəyərində 583 əyarlı, çəkisi 14 qram olan sadə qaşlı sırğa-üzük dəstinin çəkisi və dəyəri, buna müvafiq olaraq da qızıl-zinət əşyalarının ümumi dəyəri hissəsində dəyişdirilərək, sırğa-üzük dəstinin çəkisi 9,1 qram, dəyəri 540 manat, qızıl-zinət əşyalarının ümumi dəyəri isə 4970 manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. İddiaçı X1 Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir.
5. İşə kassasiya məhkəməsində baxıldığı zaman, 12 oktyabr 2020-ci il tarixdə X6 şəhid olmuşdur.
6. İddiaçı1 və Mehdiyeva Sürəyyə Nadir qızı kassasiya icraatında iddiaçı X3 hüquqi varisləri qismində tanınmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 fevral 2021-ci il tarixli qərarı ilə sonuncuların Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2020-ci il tarixli qətnaməsinin qızıl-zinət əşyalarının və ya onların dəyərinin tutulmasına dair hissələrindən verilmiş kassasiya şikayətindən imtina ərizəsi qəbul edilməklə, iddiaçının hüquqi varisləri İddiaçı2 və İddiaçı1 münasibətdə iş üzrə kassasiya icraatına xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar İddiaçı1 və Mehd iyeva Sürəyyə Nadir qızı cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin X3 vəfatı ilə bağlı açılmış vərəsəlik işi üzrə iddiaçıların və nəvələri X4 mərhumun birinci növbə qanun üzrə vərəsələri kimi tanınması və miras əmlak olan 11000 manat sığorta haqqı üzərində hər birinin payının 1/3 hissədə müəyyən olunması, bu qaydada qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
8. İddia onunla əsaslandırılmışdır ki, X6 hərbiçi olmaqla Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət etmiş və 12 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Nəsibova Vəfa Vidadi qızı Sumqayıt şəhər 1 saylı notar iat ofisinə müraciət edərək qızı X9 vərəsəsi olmasının və bu səbəbdən də dövlət tərəfindən veriləcək 11000 manat sığorta məbləği ilə bağlı vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. 16 mart 2021-ci ildə Sumqayıt şəhər 1 saylı Notariat ofisinin notariusu İddiaçı1 dəvət edərək bildirmişdir ki, keçmiş gəlini Vəfa Nəsibova öz adından ərizə verməklə, X3 vərəsəsi olduğunu bəyan etmiş və onun da adının birinci növbədə qanun üzrə vərəsələr siyahısına daxil edilməli olduğunu demişdir. İddiaçı1, cavabdehə 17 mart 2021-ci il tarixdə ərizə verməklə vərəsəlik işinin dayandırılmasını, bununla bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir. X13 Nəsibovun keçmiş həyat yoldaşıdır. 2017-ci ildə onların münasibətləri pisləşmiş, Qazax Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli qətnaməsi ilə X3 Nəsibova Vəfa Vidadi qızına qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, qarşı tərəfin iddiası da təmin olunmaqda, Elmardan ümumi dəyəri 5270 manat dəyərində olan qızıl-zinət əşyalarının tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş və qətnaməyə qızıl tələbi hissəsində dəyişiklik edilmiş və qətnamə qalan hissədə - nikahın pozulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Elmar Nəsibov bu dəfə qətnamənin qızıl-zinət əşyalarının tələbi hissəsindən kassasiya şikayəti vermiş, həmin məhkəmə prosesi pandemiya səbəbindən dəfələrlə təxirə salınmış və bu müddətdə Elmar şəhid olmuşdur. Kassasiya şikayətindən imtina edildiyi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 fevral 2021 -ci il tarixli qərarı ilə kassasiya icraatına xitam verilmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(060)-3859/2021 nömrəli qətnaməsi ilə (hakim Ə.Q.Ələkbərov) iddia qismən təmin edilmiş, İddiaçı1 və Mehdiyeva Sürəyyə Nadir qızının miras əmlakda, yəni 11000 manat birdəfəlik ödəmə üzərində hər birinin payı 1/3 hissədə müəyyən olunmuş, iddia qalan hissədə təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Qazax Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli qətnaməsindən aydın olur ki, Nəsibova Vəfa Vidadi qızı ilkin iddianı qəbul etmiş, nikahın pozulmasına razılığını bildirmişdir. Həmin qətnamənin nikahın pozulması hissəsi deyil, əmlak tələbi hissəsi ilkin iddia üzrə iddiaçı X6 tərəfindən apellyasiya və kassasiya qa ydasında mübahisələndirilmişdir. Qazax Rayon Məhkəməsinin qətnaməsi nikahın pozulması hissəsində 29 iyul 2019-cu ildə qanuni qüvvəsini almış və Qazax rayon qeydiyyat şöbəsinə icraya yönəldilmişdir.
11. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, Elmar Nəsibovla nikahı ləğv edildiyindən Vəfa Nəsibova onun vərəsəsi ola bilməz. Miras əmlak üzərində vəfat etmiş şəxsin birinci növbə vərəsələri, övladı X7, atası İddiaçı1 və anası Mehdiyeva Sürəyyə Nadir qızının bərabər payı müəyyən olunmalıdır.
12. Məhkəmə, hesab etmişdir ki, iddia iddiaçıların və onların nəvələrinin birinci növbə vərəsələr kimi tanınmaları, eləcə də vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində təmin olunmamalıdır. Belə ki, mülki qanunvericilikdə birinci növbədə olan vərəsələrin dairəsi müəyyən olunmuş və iddiaçıların, habelə nəvələrinin bu kateqoriyaya aid olmaları Mülki Məcəllənin müvafiq normasında nəzərdə tutulmuşdur. Eyni zamanda iddiaçıların birinci növ vərəsə olmaları hazırki mülki işdə mübahisə predmeti deyildir.
13. Vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə münasibətdə də məhkəmə hesab etmişdir ki, məsələ iş üzrə araşdırma predmeti deyildir. Belə ki, notariat ofisi şəhadətnamə verilməsindən imtina etməmiş, eyni zamanda bu hərəkətin edilməsi həmin orqanın qanunvericiliklə ona həvalə olunmuş vəzifəsidir.
14. Bundan başqa iddiaçılar yetkinlik yaşına çatmayan nəvələrinin miras payının müəyyən edilməsinə dair iddia irəli sürməyə subyektiv hüquqa malik deyildirlər. Belə ki, 09 aprel 2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatmamış və məhkəmə qətnaməsi ilə yetkinlik yaşına çatanadək anası Nəsibova Vəfa Vidadi qızının yanında saxlanılmışdır. Belə bir iddia qaldırmaq üçün Aylin Nəsibovanın anası, onun qanuni nümayəndəsi Vəfa Nəsibovanın subyektiv hüququ vardır
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28, 49.4, 72.1, 72.4, 1159.1.1, 1163, 1164-cü, Ailə Məcəlləsinin 23.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 49.1, 77.1, 88, 217.4, 233.1, 419.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 may 2019-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Mübahisə predmeti barəsində müstəq il tələb irəli sürməyən üçüncü şəxs Nəsibova Vəfa Vidadi qızı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(060)-3859/2021 nömrəli qətnaməsinin dəyişdirilməsi, miras əmlak, yəni 11000 manat birdəfəlik ödəmə üzərində onun və azyaşlı qızı X4 miras payının müəyyən edilməsi, həmçinin onun və X4 X3 birinci növbə qanun üzrə vərəsələri kimi tanınmaqları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 2(105)-216/2022 nömrəli qətnaməsi ilə (hakim Ş.R.Abasovun sədrliyi və məruzəsi ilə, hakimlər S.A.Qafaridən və T.Q.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(060)-3859/2021 nömrəli qətnaməsi lə ğv edilmiş, yeni qətnamə qəbul edilməklə, iddianın qismən təmin edilməsi, mərhum X5 ölümünə görə müəyyən edilmiş 11000 manat birdəfəlik sığorta ödənişi üzərində vərəsələri İddiaçı1, Mehdiyeva Sürəyyə Nadir qızının, Nəsibova Vəfa Vidadi qızının və X4 hər birinin payının 1/4 hissədə müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi müəyyən etmişdir ki, Nəsibova Vəfa Vidadi qızı ilə mərhum X6 arasında ər-arvad münasibətləri faktiki olaraq 2018-ci ilin ortalarında pozulmuş, mərhum X14 Nəsibova ilə olan nikahının pozulması barədə məhkəmədə iddia qaldırmış, bu hissədə iddia təmin edilmiş, lakin həmin məhkəmə aktı qanuni qüvvəsini almadan Elmar Nəsibov hərbi əməliyyatlar gedişində şəh id olmuşdur. Məhkəmə hesab etmişdir ki, miras açılan zaman Vəfa Nəsibova ilə Elmar Nəsibov arasındakı nikahın pozulması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olmamış, eyni zamanda miras açılan zaman onlar arasında nikah münasibətlərinin faktiki pozulmasından 3 il müddət keçməmişdir. Belə olan təqdirdə isə, Vəfa Nəsibova da ərinin birinci növbə vərəsəsidir. X10 görə ayrılmış 11000 manat sığorta ödənişindən ibarət miras üzrə onun birinci növbə vərəsələri - atası İddiaçı1, anası İddiaçı2, qızı Aylin Nəsibova və arvadı Vəfa Nəsibova vardır. Ona görə də bu ödəniş onlar arasında bərabər qaydada bölünməli, yəni hər birinin payı ¼ hissədə müəyyən edilməlidir.
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi, Mülk i Məcəllənin 1159.1.1, 1246-cı maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 may 2019-cu il tarixli Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
20. İddiaçılar İddiaçı1 və Mehdiyeva Sürəyyə Nadir qızı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2022-ci il i tarixli, 2(105)-216/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti iddia ərizəsində göstərilən işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməs i tərəfindən Mülki Məcəllənin 1159.1.1, 1163-cü maddələri, Mülki Prosessual Məcəllənin 8.1, 9.1, 77, 88, 372-ci maddələri pozulmuşdur.
22. Belə ki, Elmar Nəsibovun iddiası üzrə işdə yuxarı instansiya məhkəmələrdə mübahisə predmetini nikahın pozulması deyil, qətnamənin əmlakla bağlı hissəsi təşkil etmişdir. Elmar Nəsibov və Vəfa Nəsibova arasında olan nikah pozulduğundan, üçüncü şəxs onun vərəsəsi ola bilməz.
23. Həmçinin apellyasiya instansiyası məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 may 2019-cu il tarixli Qərarını düzgün tətbiq etməmişdir. Belə ki, həmin qərar yalnız tərəflər arasında nikahın pozulması ilə bağlı iddia tələbinin mübahisələndirildiyi hala ş amil edilmiş, hazırki halda isə apellyasiya və kassasiya qaydasında yalnız əmlakla bağlı qarşılıqlı iddia tələbi mübahisə predmeti olmuş və sonda mübahisələndirilən əmlakla bağlı hissəyə də kassasiya qaydasında baxılmasından imtina edilmiş və nikahın pozulması barədə iddia üzrə icraata xitam verilməmiş, əksinə qətnamə bu hissədə qanun qüvvəsini almış, icra edilmiş və nikahın pozulması barədə şəhadətnamə verilmişdir.
24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
25. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Nəsibova Vəfa Vidadi qızı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnamə sinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
26. Etiraz hər hansı hüquq norması ilə əsaslandırılmamışdır. Kassasiya baxışının hədləri:
27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərin ə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
28. İddia birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilsə də, iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya məhkəməsi üçüncü şəxsin apellyasiya şikayəti əsasında işə baxaraq yeni qətnamə qəbul etmişdir. Hazırda iddiaçılar həmin qətnaməni mübahisələndirdiklərindən kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin həmin məhkəmə tərəfindən təmin olunmamış (tərəflərin paylarının müəyyən edilməsi) hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyy ət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla ke çir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər.
31. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. 32. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən sığortaolunan on bir min manat məbləğində sığorta edilir.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilmə sinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və d əlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası ilk olaraq kassasiya şikayətinin mümkünlüyünə hüquqi qiymət verilməsini zəruri bilir. Belə ki, mübahisələndirilən qətnamə ilə mərhum X3 şəhid olması ilə bağlı verilən 11000 manat məbləğində birdəfəlik ödəmədə tərəflərin paylarının müəyyən edilsə də, son nəticədə bununla tərəflərin vərəsəlik hüquqlarının mövcudluğu məsələsinə hüquqi qiymət verilir. Həmçinin nəzərə alınmalıdır ki, iddia tələbində iddiaçılar onların və nəvələri X4 mərhumun birinci növbə qanun üzrə vərəsələri kimi tanınmasını xahiş etmişlər. Yəni iddianın mübahisələndirilən hissəsi yalnız məbləğlə bağlı deyildir. Bu səbəbdən məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən kassasiya şikayətini icraata qəbul etmişdir.
35. Kassasiya şikayətinin mahiyyəti üzrə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.
36. Belə ki, apellyasiya məhkəməsinin qətnaməsindən görünür ki, həmin məhkəmə iddiaçıların mərhum oğlu ilə üçüncü şəxs Nəsibova Vəfa Vidadi qızı bağlanmış nikahın pozulmasına dair məhkəmə qətnaməsindən apellyasiya və sonradan kassasiya şikayəti verilməsi əsası ilə sonuncunun da birinci növbə vərəsə olması nəticəsinə gəlmiş və bu zaman “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ifadə olunmuş hüquqi mövqeyə istinad etmişdir.
37. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmənin Konstitusiya Məhkəməsinin həmin qərarına istinadı əsassız olmuşdur.
38. Belə ki, qeyd olunan qərara əsasən nikahın pozul ması haqqında məhkəməyə ərizə ilə müraciət edərək iradə ifadəsini bildirmiş, lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ölmüş şəxsin arvadı (əri) vərəsəlik hüququndan yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinə uyğun olaraq, məhkəmə tərəfindən miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edildiyi halda məhrum edilə bilər.
39. Hazırki işdə isə fərqli faktiki vəziyyət müəyyən olunur. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Qazax Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli qətnaməsi ilə X6 və Nəsibova Vəfa Vidadi qızı arasında 01 oktyabr 2011-ci ildə bağlanmış nikah pozulmuş, qətnamənin həmin hissəsindən nə iddiaçı olmuş Elmar Nəsibov, nə də ki, cavabdeh Vəfa Nəsibova a pellyasiya şikayəti verməmiş, qətnamə yalnız qızıl-zinət əşyalarının tutulmasına dair qarşılıqlı iddianın təmin edilməsi hissəsində X6 tərəfindən yuxarı instansiya məhkəmələrində mübahisələndirilmiş və son nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 fevral 2021-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2020-ci il tarixli qətnaməsinin qızıl-zinət əşyalarının və ya onların dəyərinin tutulmasına dair hissələrindən iddiaçının hüquqi varisləri tərəfindən verilmiş kassasiya şikayətindən imtina ərizəsi qəbul edilməklə, iş üzrə kassasiya icraatına xitam verilmişdir.
40. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi nikahın pozulması hissəsində apellyasiya və kassasiya baxışının predmeti olmamışdır. 41. “Azərbayc an Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlili göstərir ki, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü büruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələnd irildikdə isə məhz həmin hissənin əsassızlığı ilə bağlı olmalıdır. Məhz bu dəlillər şikayətin obyektini müəyyən edir. O da qeyd edilməlidir ki, çəkişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərinin təmin edilməsi baxımından apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.
42. Göründüyü kimi, Qərarda qətnamənin tərəflərin mübahisələndirmədiyi və beləliklə də onun əsaslılığı şübhə altına alınmayan hissədə ləğv edilməsi, dəyişdirilməsi və ya qüvvədə saxlanılması dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilmişdir. 43. “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli Qərardadına görə apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
44. Məhkəmə kollegiyasının qənaətinə görə Qazax Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli qətnaməsi nikahın pozulması hissəsində tərəflərlə mübahisələndirilmədiyindən qətnamə həmin hissədə Mülki Prosessual Məcəllənin 233.1-ci maddəsində müəyyən edilən müddətdə qanuni qüvvəyə minmiş və Ailə Məcəlləsinin 23.1-ci maddəsinə əsasən mərhum X6 ilə Nəsibova Vəfa Vidadi qızının nikahlarına xitam verilmişdir.
45. Odur ki, bu baxımdan X3 ölümündən sonra Nəsibova Vəfa Vidadi qızı Mülki Məcəllənin 1163-cü maddəsinə əsasən onun vərəsəsi ola bilməz.
46. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi Qazax Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli qətnaməsinin nikahın pozulması hissəsində qanuni qüvvəyə minməsini nəzərə almamış, nəticə olaraq Mülki Məcəllənin 1163-cü maddəsini tətbiq etməli olduğu halda, həmin Məcəllənin 1159.1.1 və 1164-cü maddələrini tətbiq etmiş, əsassız olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 may 2019-cu il tarixli Qərarına istinad etmişdir. Bu səbəbdən də, məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir.
47. Odur ki, MPM-in 417.1.4-cü maddəsinə əsasən həmin məhkəmənin qətnaməsi ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yen i qərar qəbul edilməli, iddia kassasiya baxışının predmeti olan hissədə təmin olunmalı, iddiaçıların birinci növbədə vərəsələr kimi X3 Azərbaycan Respublikası bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olması ilə əlaqədar verilən 11000 manat məbləğində birdəfəlik ödəmədə hər birinin 1/3 hissədə payları müəyyən edilməlidir.
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və Mehdiyeva Sürəyyə Nadir qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2022-ci il i tarixli, 2(105)-216/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar q əbul edilsin. İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və Mehdiyeva Sürəyyə Nadir qızının birinci növbədə vərəsələr kimi X3 Azərbaycan Respublikası bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olması ilə əlaqədar verilən 11000 (on bir min) manat məbləğində birdəfəlik ödəmədə hər birinin 1/3 (üçdə bir) hissədə payları müəyyən edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.