Məhkəmə qərarları › İş №2(102)-3405/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3405/2021

31.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3405/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: etibarlı beh müqaviləsinin bağlanması, əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-564/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları ünvan 1 ünvanında yerləşən ev Cavabdeh mülkiyyətindədir. 29 oktyabr 2014-cü il tarixli beh müqaviləsinə əsasən Cavabdeh və İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 29.11.2015-ci il tarixədək notariat qaydasında rəsmiləşdirməklə 14000 manata satışı barədə razılaşmışlar və ilkin olaraq iddiaçı cavabdehə 6000 manat məbləğində pul ödəmişdir. Xaçmaz Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi iddiaçı Cavabdeh İddiaçı və qeyrilərinə qarşı evdən çıxarılma tələbinə dair iddiasının qismən təmin edilməsi, X8, İddiaçı, X7, X6, X4 və X2 ünvan 1 №-li evdən çıxarılması, İddiaçı Cavabdeh qarşı əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınması tələbi nə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Səyyad Qafari sədrlik edən və məruzəçi, Elman Rəhimov, Lətifə Məmmədova) 02 may 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək ilkin iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər X8, İddiaçı, X7, X6, X4 və X2 ünvan 3 evdən çıxarılmaları qət edilmiş, ilkin iddia tələbi qalan hissədə və ünvan 3 ünvanda yerləşən yaşayış evinin İddiaçı adına dövlət qeydiyyatına alınması barədə qarşılıqlı iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2018-ci il tarixli qərarı ilə c avabdeh İddiaçı kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1295/2018 nömrəli iş üzrə 02 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 dekabr 2018-ci il tarixli, 2(105)-4251/2018-saylı qətnaməsi ilə iddiaçı Cavabdeh və cavabdeh İddiaçı apellyasiya şikayətləri qismən təmin edilərək Xaçmaz Rayon Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli 2(067)-4272/2017 saylı qətnaməsi ləğv edilmiş, ilkin iddia qismən təmin edilərək cavabdehlər X8, İddiaçı, X7, X6, X4 və X1 şəhəri, ünvan küçəsi, 37 saylı evdən çıxarılmış, qalan hissədə ilkin iddia təmin edilməmiş, İddiaçı Cavabdeh qarşı əqddən əmələ gələn hüququn dövlət qeydi yyatına alınması barədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 yanvar 2020-ci il tarixli, 2(105)-191/2020 saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək ilk iddia tələbi qismən təmin edilmiş, X8, İddiaçı, X7, X6, X4 və X2 Cavabdeh məxsus olan Xaçmaz şəhəri, ünvan küçəsi 37 saylı evdən çıxarı lması qət edilmiş ilk iddia tələbi qalan hissədə və qarşılıqlı iddia tələbi rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra – cavabdeh) 20440 manat məbləğində əsas borcun, 10000 manat məbləğində mənəvi ziyana görə təzminatın və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ildə cavabdeh ünvan 1 ünvanında yerləşən evini (bundan sonra – mübahisəli ev) satmaq istəmiş, o, 2014-cü ilin oktyabr ayında həmin evə baxaraq bəyənmiş və cavabdehlə aralarında evin 14000 manata alğı-satqısı barədə razılıq əldə etmişlər. 29 dekabr 2014-cü il tarixdə onunla cavabdeh arasında beh müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 6000 manat məbləğində nağd qaydada pulu beh olaraq ödəmişdir. Həmin müqaviləyə əsasən cavabdeh 29.11.2015-ci il tarixədək mənzili onun adına sənədləşdirməyi öhdəsinə götürmüşdür. Aralarında olan razılaşmaya görə qalan 8000 manat məbləğində pulu alğısatqı müqaviləsi bağlanan vaxt cavabdehə ödəməli idi. Lakin behi alıb evə ailə üzvlərini köçürdükdən sonra cavabdeh “xxxx” ASC-yə kredit borcu olduğunu bildirmiş, həmin borcu bağladıqdan sonra evi onun adına keçirə biləcəyini, lakin krediti bağlamağa maddi imkanının olmadığını bildirmişdir. Ona görə də, həmin krediti qalan borc qədərində ödəməyi xahiş etmiş, borcu ödədikdən sonra evi onun adına rəsmiləşdirəcəyini bildirmişdir. O, etiraz etməmiş və 20142016-cı illər ərzində cavabdehin banka yaranmış borclarından ümumilikdə, 7840 manat məbləğində pulu Banka köçürmüşdür. Bu ödənişlərdən sonra da cavabdeh müxtəlif bəhanələrlə onun iş yerinə gələrək, evin sənədlərinə görə dövlət rüsumları ödəmək adı ilə ondan 120, 70, 200, 20 və s. manat məbləğində pul vəsaiti almış, nəticədə o, 14000 manata razılaşdırılmış evə görə artıqlaması ilə pul ödəmiş, lakin cavabdeh evi onun adına rəsmiləşdirməmiş, əksinə evin pulunu tam olaraq ondan almasına baxmayaraq onun ailə üzvləri ilə birlikdə evdən çıxarılması barədə iddia qaldırmışdır. Xaçmaz Rayon Məhkəməsinin 27.11.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin edilmiş, onun əqdin etibarlı hesab olunmasına dair iddiası isə rədd edilmişdir. Cavabdeh 6000 manat pulu ondan evi adına keçirəc əyi adı ilə beh şəklində almış, lakin evi adına sənədləşdirməmiş, aralarındakı razılaşmanın şərtlərini pozmuşdur. Buna görə də, cavabdeh behin 2 mislini, yəni 12000 manat məbləğində pulu ona qaytarmalıdır. O, cavabdehin banka olan borcuna görə 7840 manat məbləğində pulu banka köçürdüyü üçün həmin pulu, həmçinin ayrı-ayrı vaxtlarda ondan aldığı 500 manat pulu, cəmi 20440 manat məbləğində pulu da cavabdeh ona qaytarmalı, 10000 manat məbləğində mənəvi ziyanı da ona ödəməlidir. Xaçmaz Rayon Məhkəməsinin (hakim İlkin Xəlilov) 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 yanvar 2020-ci il tarixli, 2(105)-191/2020 saylı qətnaməsinə əsasən tərəflər arasında evi n alğı-satqısı barədə ilkin razılaşma əldə olunduğu və buna görə cavabdehin iddiaçıdan beh alaraq evi iddiaçının istifadəsinə verməsi, lakin beh müqaviləsində nəzərdə tutulmuş tarixə, yəni 29.11.2015-ci il tarixədək iddiaçı tərəfindən ödənişlərin tam həyata keçirilmədiyi, buna görə də cavabdehin iddiaçıdan evdən çıxmasını tələb etməsi halı müəyyən edilmişdir. Beh müqaviləsi üzrə müqavilənin icra edilməməsi üçün məhz iddiaçının məsuliyyət daşıdığı, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş müddətdə ödənişlərin tam həyata keçirilmədiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən iddia tələbi 12000 manat məbləğində beh məbləğinin qaytarılmasına dair hissədə əsaslı hesab edilə bilməz. Qeyd edilənlərlə yanaşı iddiaçı tərəfindən cavabdehin banka olan borcuna görə 7840 m anat məbləğində pulu banka köçürməsi, həmçinin ayrı-ayrı vaxtlarda ondan 500 manat məbləğində pul alması və mənəvi zərərə məruz qalmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.6, 1096, 1097.1, 936.2, 491 və 492.2-ci, MPM-nin 14.1, 77.1, 88, 218.1 və 82.3-cü maddələrinə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Lətifə Məmmdədova, Telman Quliyev) 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırki qətnamədə göstərmişdir ki, guya o, cəvabdehə evin behini ödədikdən sonra onun “xxxx” ASC-də olan kreditinə görə pul v əsaiti ödədiyini məhkəmədə sübut edə bilməmişdir. Halbuki həmin ödəmələr onun tərəfdən aparıldığı üçün bu barədə qəbzlər də onda olmuş və həmin qəbzləri məhkəməyə təqdim etmişdir. Bundən başqa beh müqaviləsinin şərtləri onun tərəfdən pozulmamışdır. O, behi verməklə evə köçmüş və cavabdehin təklif etdiyi qaydada onun banka olan kredit borcunu ödəmişdir. Əgər aralarında belə bir razılaşma olmasaydı nə üçün onun yerinə banka kredit ödəməli idi. Bundan əvvəlki məhkəmə araşdırması zamanı Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən tərəfindən banka ödənilmiş pulun məbləği ilə bağlı dəqiqləşmənin aparılması məqsədi ilə ekspertiza təyin etmiş və həmin ekspertizanın vermiş olduğu rəylə də onun cavabdehin əvəzinə banka pul vəsaitlərini ödədiyi öz təsdiqini tapmışdır. Lakin məhkəmə həmin məhkəmə qətnam əsi ilə müəyyən edilmiş hallara da göz yumaraq qarşı tərəfin ondan 6000 manat məbləğində pul almasına dair iltizamını və məhkəmə tərəfindən təyin edilmiş mühasibatlıq ekspertizasının vermiş olduğu rəyi nəzərə almayaraq əsaslı iddia tələbini rədd etmişdir. Digər tərəfdən məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh ondan 6000 manat satdığı evə görə beh alarkən onu aldatmış, həmin ev 2014-cü ildə onun mülkiyyətində olmamış, cavabdeh faktiki olaraq özünün olmayan bir evə görə ondan pul almışdır, yəni o beh alarkən də onu aldatmış və hətta o, bank vasitəsi ilə onun kredit ödənişlərini həyata keçirdiyi ərəfədə də o həmin ev üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almamışdır. Artıq ödənişlər başa çatdıqdan sonra cavabdeh 2017-ci ildə bu evə dair çıxarış almış və çıxarı şı əldə etməklə onun ailə üzvləri ilə evdən çıxarılmağı barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə Sumqayıt Apellyasiya Məhkəməsinin 09.01.2020-ci il tarixli qətnaməsinə istinad etmiş və göstərmişdir ki, həmin qətnamə ilə də onun cavabdehə beh verdiyi, lakin evə görə razılaşdırılmış məbləğin tam olaraq ödənilməməsi sübuta yetir. Qətnamədən aydın olur ki, onun tərəfidən həqiqətən də ödənişlər aparılmış, lakin bu ödənişlər tam həyata keçirilməmişdir. Əslində onun vəzifəsi cavabdehin kredit borcunu tam olaraq həyata keçirmək olmamışdır. O, razılaşdırılmış 14000 manat məbləğində pulun 6000 manatını beh olaraq verdiyi üçün 8000 manatını da onun kredit borcuna ödəməli idi. Qalan krediti isə cavabdeh özü ödəməli idi. Yəni cavabdehin kreditinin tam ödənilməməsi onunla bağlanan beh müqaviləsinin mötəbərliliyini şübhə altına almır və beh müqaviləsi üzrə ödəmiş olduğu 6000 manat pulun 2 qat məbləğdə ona geri qaytarılmalıdır. Çünki bu müqaviləni bağlayan cavabdeh onu aldatmışdır. Onun banka ödəmiş olduğu pullarla bağlı məhkəmə tərəfindən təyin edilmiş mühasibatlıq ekspertizası rəy vermiş və hətta əvvəlki məhkəmə araşdırması zamanı qarşı tərəfin nümayəndəsi onun tərəfindən banka ödənilmiş pulların bir hissəsini etiraf etmişdir. Lakin heç bir araşdırma aparmayan hakim həmin işin hazırki mülki işlə bağlılığını və həmin mülki işdə tədqiq edilmiş sübutların bu iddianın araşdırılmasında əhəmiyyətini nəzərə almayaraq Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə iddia tələbinin rədd edilməsini əsas tutaraq hazırki iddia tələbinin də rədd edilməsi qənaətinə gəlmişdir. Halbuki həmin iddiada irəli sürdüyü tələb dəyərini ödəməklə aldığı mənzilə dair əqdin etibarlı hesab edilməsi olmuşdur, bu isə həmin evə görə pul ödəməməyi anlamına gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilə n hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

491. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Maddə 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Maddə 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşin aşağı instansiya məhkəmələri tərəfindən mübahisələndirilməyən hallarına görə, iddiaçı ilə cavabdeh arasında 29 oktyabr 2014-cü il tarixli beh müqaviləsi bağlanmış, müqaviləyə əsasən tərəflər cavabdehə məxsus olan mübahisəli e vin 29.11.2015-ci il tarixədək notariat qaydasında rəsmiləşdirməklə 14000 manata satışı barədə razılaşmışlar və ilkin olaraq iddiaçı cavabdehə 6000 manat məbləğində pul ödəmişdir. İşin digər mübahisələndirilməyən halına görə tərəflər arasında mübahisəli evin alğısatıqı baş tutmamış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırki iş üzə cavabdehin iddiaçıya və digər şəxslərə qarşı mübahisəli evdən çıxarılması barədə iddia tələbi təmin edilmiş, hazırki iş üzrə iddiaçının cavabdehə qarşı isə əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınması tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. İddiaçı hazırki tələbində cavabdehdən həmin beh müqaviləsi üzrə verdiyi pulu ikiqat, həmçinin beh müqaviləsindən sonra mübahisəli evin alğı-satqısı ilə bağlı cavabdehə verdiyi və banka c avabdehin kredit borcu ilə bağlı ödədiyi digər pulları və mənəvi ziyanın ödənilməsini tələb edir. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi beh müqaviləsi üzzə iddiaçının ödədiyi pulun qaytarılması hissədə qeyd etmişdir ki, müqavilə şərtləri iddiaçı tərəfindən pozulmuş, o evin dəyərini ödəmədiyindən alğı-satqı baş tutmamışdır. Digər hissələrdə isə məhkəmə iddiaçının tələbini sübuta yetirməməsi əsası ilə rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası məhkəmələrin bu qənaətini qanuni və əsaslı hesab etməyərək aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, Mülki Məcəllənin 491-ci maddəsinə görə, beh müqavi lənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 492.1-ci maddəsinə görə öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə görə, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər m üqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, ödənilmiş behin qaytarılması ilə bağlı hissədə iddia tələbinin həlli üçün müqavilənin icra edilməməsi üçün məsuliyyətin kimin üzərində olması müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış 29 oktyabr 2014-cü il tarixli müqavilənin şərtlərinə əsasən tərəflər mübahisəli evin 29 noyabr 2015-ci il tarixdə alğı-satqı barədə razılığa gəlmişlər. İşə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(105)191/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış evinin alğı-satqısının 29.11.2015-ci il tarixədək başa çatdırılmamasında İddiaçı təqsirli olması, onun tərəfindən evin dəyərinin satıcıya tam ödənilməməsi, müqavil ə şərtlərinin yerinə yetirilməməsində İddiaçı təqsirli olması müəyyən edilmiş, ona görə və tərəflər arasında evə dair alqı-satqı müqaviləsi mövcud olmadığından İddiaçı qarşılıqlı iddiası rədd edilmişdir. Lakin işə apellyasiya instansiyasında baxan məhkəmə beh müqaviləsi ilə şərtləşdirilmiş vaxtda, yəni 29.11.2015-ci il tarixədək evin alqı-satqısı barədə müqavilənin bağlanmasının başa çatdırılmamasında təkcə alıcı İddiaçı hərəkətlərini (hərəkətsizliyini) tədqiq edərək onu təqsirli olması qənaətinə gəlmiş, bu məsələdə satıcı Cavabdeh nə dərəcədə təqsirli olub-olmadığına hüquqi qiymət verməmişdir. İşdən görünür ki, nə müqavilə bağlanan zaman, nədə ki alğı-satqı müqaviləsinin icrasının nəzərdə tutulduğu tarixdə mübahisəli ev Cavabdeh mülkiyyətində olmamış, evin mülkiyyət hüququ əsasında öz adı na dövlət qeydiyyatına alınması üçün 29.11.2015-ci il tarixədək hər hansı hərəkət etməmişdir. Tərəflər arasında olan digər məhkəmə mübahisəsi üzrə işə əlavə edilmiş məhkəmə aktlarından mübahisəli evə cavabdehin mülkiyyət hüquqlarının dövlət reyestrində rəsmiləşdirilməsinin 05.09.2017-ci il tarixdə həyata keçirilməsi müəyyən edilir. Göründüyü kimi, nə müqavilə bağlanan zaman, nədə ki mübahisəli evin alğısatqısının nəzərdə tutulduğu tarixdə mübahisəli ev cavabdehin mülkiyyətində olmamışdır. Belə olan halda işə baxan məhkəmələr alğı-satqının icra edilməməsinin məsuliyyətinin təkcə iddiaçının üzərində olmasına dair qənaəti işdə olan sübutlara uyğun olmamış, cavabdehin həmin məsələdə təqsirli olmaması məsələsinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmələr nəzərə almamışdır ki, Cavabdeh mülki yyət hüququ üzrə adına dövlət qeydiyyatına alınmamış yaşayış evi üzərində sərəncam vermək hüququ, müvafiq olaraq həmin evi gələcəkdə iddiaçının mülkiyyətinə vermək səlahiyyəti olmamışdır. Belə olan beh müqaviləsi ilə şərtləndirilmiş yaşayış evinin alğı-satqısı da qeyri-mümkün olmuş, işə baxan məhkəmələr verilmiş behlə bağlı mübahisənin həllinə Mülki Məcəllənin 492.1-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı münasibətləri təkcə Mülki Məcəllənin 492.1-ci maddəsinin tələbləri baxımından tədqiq etməklə kifayətlənməməli, cavabdehin mülkiyyətində olmayan evə görə iddiaçı ilə bağladığı beh müqaviləsinin etibarlılığına diqqət yetirməli, həmin əqdin etibarsızl ığı (əhəmiyyətsizliyi) müəyyən edildiyi halda pulun avans kimi verilməsi və ya əsassız varlanma qaydalarının tətbiqi müzakirə olunmalıdır. Mülki Məcəllənin 491.3-cü maddəsinə görə, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqav ilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə kollegiyası iddiaçının iddia ərizəsində əsassız varlanma və avansla bağlı normalara istinad etməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, işə baxan məhkəmə iddia tələbinin hüquqi əsasının müəyyən edilməsi zamanı iddiaçının ərizəsində göstərilənlərlə bağlı deyildir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.08.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...iddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil”. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, işə baxan məhkəmələr tərəflər arasında olan əvvəlki məhkəmə mübahisəli üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halları hazırki iş üzrə üstün hüquqi qüvvəyə malik hal kimi tətbiq edən zamanı MPM-nin 82.3-cü maddəsinin tələblərinə düzgün riayət etməmişdir. Belə ki, qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(105)-191/2020 saylı qətnaməsi ilə həmin iş üzrə cavabdeh İddiaçı əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınması barədə qarşılıqlı iddiasını məhkəmələr o əsasla rədd etmişlər ki, İddiaçı mübahisəli evin onun adına qeydə alınmasını xahiş etsə də, tərəflər arasında evə dair alqı-satqı müqaviləsi mövcud deyildir. Belə olan halda, yaşayış evinin qarşılıqlı iddia üzrə iddiaçını n adına dövlət qeydiyyatına alınması üçün qanunla nəzərdə tutulan əsaslar olmadığından qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Göründüyü kimi məhkəmələr həmin tələbi tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmaması əsası ilə rədd etmişlər. Lakin həmin iş üzrə beh müqaviləsinin şərtlərinin kim tərəfindən pozulması, müqavilə bağlanan zaman və müqavilədə şərtləşdirilmiş alğı-satqı müqaviləsinin bağlanması üçün nəzərdə tutulmuş vaxtda mübahisəli evin cavabdehin mülkiyyətində olmaması halları, ümumiyyətlə tərəflər arasında etibarlı beh müqaviləsinin olub-olmaması həmin məhkəmə baxışının predmeti olmamışdır. Tələbin mübahisəli evə görə müqavilədən sonra ödənilmiş pulun qaytarılması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr bu hissədə düzgün nəticəyə gəlməmi ş, iş materiallarında olan sübutları tam, hərətərəfli və obyektiv tətdiq etməyərək MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, birinci instansiya məhkəməsi bu hissədə iddiaçının məhkəməyə hər hansı bir sübut təqdim etmədiyini qeyd etmişdir. Lakin məhkəmə bu nəticəyə gələrkən işə əlavə edilmiş qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(105)-191/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş hallara düzgün qiymət verməyərk həm MPM-nin 88-ci maddəsinin tələbələrini pozmuş, həm də MPM-nin 82.3-cü maddəs inin tələblərinə riayət edilməmişdir. MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, qanuni qüvvəsini almış göstərilən qətnamədə qeyd edilmişdir ki, “...qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində Cavabdeh kredit borcuna görə “Kapital Bank” açıq səhmdar cəmiyyətinə ödənişləri terminal vasitəsi ilə ödədiyini göstərmiş və bu barədə olan qəbzləri məhkəməyə təqdim etmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 26807 saylı, 09 dekabr 2019-cu il tarixli rəyindən görünür ki, 29 mart 2014-cü il tarixli, 166GNUM140880002 saylı kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən 07 noyabr 2018-ci il tarixədək banka 11490,51 manat ödənilmişdir, hazırda qeyd olunan müqavilələr üzrə öhdəlik yoxdur. Rəyin təsviri hissəsindən görünür ki, Cavabdeh tərəfindən “Kapital Bank” açıq səhmdar cəmiyyətinə ödənilmiş 9916,78 manatın 4658,06 manatı kart hesabından, 1989,72 manatı nağd şəkildə “Kapital Bank” açıq səhmdar cəmiyyətinə, 3269 manatı nağd şəkildə Milli Ön vasitəsi ilə ödənilmişdir.” Həmin iş üzrə məhkəmə qarşılıqlı iddia tələbini başqa əsasla (tərəflər arasında notarial qaydada alğı-satqı müüqaviləsinin bağlanmaması əsası ilə) rədd etmiş, lakin İddiaçı tərəfindən ödənişlər edilməsi, həmin ödənişlərlə bağlı qəbzlər təqdim olunması, o cümlədən həmin ödənişlərlə bağlı məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi halları müəyyən edilməsinə baxmayara q birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən həmin hallarla bağlı hər hansı bir sübutun təqdim edilməməsi barədə gəldiyi qənaət əsassız olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən hallarla bağlı birinci instansiya məhkəməsinin gəldiyi səhvləri təkrarlamış, göstərilən xüsusatlara dair apellyasiya şikayətinin dəlillərinə heç bir hüquqi qiymət verməyərək prosessuaıl pozuntuya yol vermişdir. Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011- ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 22.01.2013-cü il tarixli qərarında göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlə nilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).” Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, tələbin mənəvi ziyanla bağlı hissəsi tələbin digər hissələri ilə bağlıdrı və qərarın əsaslandırıcı hissəsində qeyd edilən hallara apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət veriləndən sonra baxılıb hüquqi qiymət verilməlidir. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəmə sinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-564/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar