Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3405/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı hüquqi varisi X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3405/2022 (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi) Bakı şəhəri, 13 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İlk iddia üzrə İddiaçı hüquqi varisi X1 (bundan sonra – iddiaçının hüquqi varisi) ilk iddia üzrə Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin boşaldılması, icarə müqaviləsinin ləğv edilməsi, icarə borcunun tutulması və sa ir” tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh X2 qarşı “icarəsində olan qeyri-yaşayış sahəsindən istifadəyə mülkiyyətçinin törətdiyi maneçiliklərin aradan qaldırılmasının təmin olunması, qeyri-yaşayış sahəsində fəaliyyət göstərməyinə maneçilik törətməsi nəticəsində ona vurduğu maddi zərərin və icarə obyektinin yenidənqurma, bərpa və yaxşılaşdırma işlərinə sərf etdiyi vəsaitin mülkiyyətçidən alınıb ona verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 aprel 2022-ci il tarixli, 2(103)-3462/2022 nömrəli qərardadından verilmiş cavabdehin kassasiya şikayətinə 13 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qə rarı qəbul etdi. İşin halları
1. İddiaçı hüquqi varisi X3 (bundan sonra – iddiaçının hüquqi varisi) qarşı “mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin boşaldılması, icarə müqaviləsinin ləğv edilməsi, icarə borcunun tutulması və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir.
2. Daha sonra iddiaçı Cavabdeh X2 qarşı “icarəsində olan qeyri-yaşayış sahəsindən istifadəyə mülkiyyətçinin törətdiyi maneçiliklərin aradan qaldırılmasının təmin olunması və sair” tələbinə dair qarşılıqlı iddia ərizəsi vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim M.A.Bağırova) 2(009)678/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi (bundan sonra – birinci instansiya məhkəməsinin qətn aməsi) ilə ilkin iddia qismən təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
4. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddiaçının iddia tələbinin rədd olunması, cavabdehin qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – F.F.Babayev (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və R.Ə.Eyvazov) 2(103)-3462/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qərardadı ilə (bundan sonra – apellyasiya məhkəməsinin qərardadı) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır.
6. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilən apellyasiya şikayəti elektron qaydada verilsə də, qanunvericiliyin tələblərinə uyğun yəni, MPM-ə 2 saylı Əlavədə göstərilən formada tərtib olunmadığından geri qaytarılmalıdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 361-ci maddəsinə, eləcə də MPM-ə 2 saylı Əlavəyə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri
8. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil2 tərəfindən tərtib olunmuş) apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti məhz MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun tərtib olunmuş, lakin məhkəmə tərəfindən hansı pozuntularının yol verilməsi düzgün əsaslandırı lmamışdır. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
11. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
12. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
13. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:
14. Maddə 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;
15. Maddə 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;
16. Maddə 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;
17. Maddə 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;
18. Maddə 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;
19. Maddə 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;
20. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:
21. Maddə 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə;
22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
23. Maddə 416.2. Apellyas iya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşd ırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
25. Apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qərardadın qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.
27. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 361.1-ci maddəsinə əs asən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması isə Mülki Prossesual Məcəlləsinə 2 saylı Əlavədə əks olunmuşdur. Cavabdehin apellyasiya şikayətinin forması isə həmin 2 saylı Əlavədə göstərilən formaya uyğun deyildir. Bu isə həmin apellyasiya şikayətinin qaytarılması üçün əsasdır.
28. Buna görə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qərardad qəbul edilərkən mülki prossesual normaların tələbləri pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəra ra aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3462/2022 nömrəli iş üzrə 05 aprel 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.