Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3406/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qızının cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3406/21 (Açar sözlər: əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması) Bakı şəhəri, 25 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı qızının, vəkili Rnun, cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2 və onların vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2173/2020 nömrəli iş üzrə 26 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, X7 və Cavabdeh2 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə 25 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı qızı cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 qarşı “əsassız varlanma nəticəsində əldə etdikləri pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən qanunsuz mənimsədikləri 20000 ABŞ dollarının və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər X7, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Ağamov İbrahim Aleksandr oğlu məhkəməyə iddia müddətinin tətəbi qi barədə ərizə ünvanlayaraq, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, həyat yoldaşı Pin müalicəsi ilə əlaqədar uzun müddət Almaniya Federativ Respublikasında yaşamışdır. Həyat yoldaşının müalicəsi nəticə verməmiş və o, 2013-cü ilin oktyabr ayının 21-də orada vəfat etmişdir. Həyat yoldaşının artıq sağalmayacağını bildikdən sonra Quba şəhərində yaşayan Dadaşbalanın əmisi oğlanları Cavabdeh1 Sabir oğlu, Cavabdeh2 Sabir oğlu və onların anası Cavabdeh3 ilə skayp vasitəsilə danışarkən həmin şəxslər onlara bildirmişlər ki, Quba şəhərində özlərinin evinin arxasında ev satılır və həmin evi 20000 (iyirmi min) ABŞ dollarına a lmaq mümkündür. Onlar məsləhət bilmişlər ki, qeyd edilən evi alsınlar. Çünki Azərbaycan Respublikasına qayıdandan sonra heç olmasa yaşayış evləri olsun. O da bildirmişdir ki, X1 20000 ABŞ dolları məbləğində pulumuz var, həmin pulu götürüb evi alsınlar. Bundan sonra Pəri, həmin məbləği Zenfiranın evində onlara vermişdir. Sonradan məlum olmuşdur ki, onlar üçün heç bir ev alınmamışdır. Ev alınmamısının səbəbini soruşduqda, Cavabdeh1 Sabir oğlu, Cavabdeh2 Sabir oğlu və onların anası Cavabdeh3 ona bildirmişlər ki, ehtiyaclarına xərcləyiblər, ona görə də evi ala bilməyiblər. O, cavabdehlərə dəfələrlə pulu almaq üçün müraciət etsə də, müxtəlif bəhanələrlə pulu ona verməkdən imtina etmişlər və müxtəlif bəhanələr göstərməklə pulu ona qaytarmamışlar. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyə tində qalmışdır. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 avqust 2019cu il tarixli, 2(027)-1745/2019 saylı qətnaməsi ilə (hakim Rahim Həsənov) iddianın qismən təmin edilməsi, cavabdehlər X7, Cavabdeh1 və Cavabdeh2 19550 ABŞ dolları məbləğində pulun (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla manat ekvivalenti ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun alınaraq İddiaçı qızına verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, hazırkı məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı qızı qohumları olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Quba şəhərində ev almaları üçün qohumu X vasitəsi ilə 20000 ABŞ dolları məbləğində pul vermiş, lakin cavabdehlər Quba RPŞ-də verdikləri izahatlarında iddiaçıdan aldıqları məbləğin 19550 ABŞ dolları olduğunu etiraf emişlər. Cavabdehlər həmin pulu əsassız olaraq xərcləyərək iddiaçı ilə aralarında olan öhdəliyə əməl etməmişlər. Bununla da cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qızının 19550 ABŞ dolları məbləğində pulunu qaytarmamışlar. Beləliklə də, cavabdehlər tərəfindən öhdəliyin icra edilməməsi və tapşırıq müqaviləsinin mahiyyətinə zidd olaraq qəbul olunan pul məbləğlərini qaytarmaması onların əsassız varlanmasına, habelə iddia tələbinin əsaslı olmasına dəlalət edir. Ona görə də iddia tələbi qismən əsaslı hesab edilməli və qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 439.4, 777.1, 777.2, 785.1, 1091.1, 1091.2, 1092.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamə qəbul edildikdən sonra cavabdehlər X7, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Ağamov İbrahim Aleksandr oğlu məhkəməyə iddia müddətinin tətəbiqi barədə ərizə ünvanlayaraq, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan cavabdehlər apelyasiya şikayəti verərək, iddia tələbinə iddia müddəti tətbiq olunmaqla rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Lətifə Məmmədova- sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Elman Rəhi mov) 2(105)-589/2020 saylı, 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Quba Rayon Məhkəməsinin 14.08.2019-cu il tarixli, 2(027)-1745/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, iddiaçının tələb etdiyi pul iddiaçının cinayət işinin rədd edilməsi barədə qərarda qeyd edilən izahatına əsasən 2011-ci ildə cavabdehlərə verilmişdir. İddiaçı isə 28 iyun 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni iddiaçı qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Bundan başqa iş materiallarından görünür ki, cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışlar. Müəyyən olunmu şdur ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamış, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. Qətnamədən narazı qalan İddiaçı qızı kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Zaur Əliyev sədrlik edən və məruzəçi, Gündüz Quliyev, İlqar Xələfov) 02 iyun 2020-ci il tarixli, 2(102)3168/2020 saylı qərarı ilə kasasi ya şikayəti təmin olunaraq, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.02.2020-ci il tarixli, 2(105)-589/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yen apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, məhkəmə konkret mübahisədə iddia müddətinin tətbiqi haqqında ərizəyə baxarkən tərəflərin hansı hüquq münasibətlərində olmasını, yəni cavabdehin iddiaçı qarşısındakı öhdəliyinin müqavilədən, yoxsa qanundan irəli gəldiyini və belə öhdəlik üçün xüsusi iddia müddətinin nəzərdə tutulub-tutulmadığını, iddia müddətinin başlandığı tarixi və digər bu kimi əhəmiyyətli halları aydınlaşdırmalıdır. Nəzərə alınmalıdır ki, müqavilənin bir tərəfi digərini aldatmaqla və ya iradəsini başqa cür zədələməklə əmlakını ələ ke çirdiyi (maddi zərər vurduğu) hallarda həm də təqsirli şəkildə hüquqazidd əməl törətmiş olur. Bu isə mülki hüquq pozuntusudur (deliktdir). Hazırkı işdə apelyasiya instansiyası məhkəməsi tərəflərin hansı hüquq münasibətlərində olmalarını araşdırmadan iddiaçının qanunla müəyyən edilmiş iddia müddətini ötürməsi nəticəsinə gəlmişdir. Qətnamədə cavabdehlərin öhdəliklərinin müqavilədən, yaxud qanundan irəli gəlməsinə dair işin faktiki halları ilə iddia müddətinə dair tətbiq edilən konkret normanın dispozisiya şərtləri arasındakı uyğunluq əsaslandırılmamış, müxtəlif iddia müddətləri barədə Mülki Məcəllənin 373.2-ci və 373.3-cü maddələri ümumi şəkildə qeyd edilmişdir. Başqa sözlə, iddiaçının tələbinə hansı iddia müddətinin tətbiq edildiyi aydın deyil. Baxılan işin yuxarıda qeyd edilmiş faktiki hal larından açıqca görünür ki, cavabdehlərin iddiaçının ailəsinə ev almaq adı ilə sonuncuya aid ən azı 19.550 ABŞ dolları götürmələri, buna baxmayaraq evi almadıqları, həmin vəsaiti qaytarmayaraq bir hissəsini iddiaçının ərinin dəfn və yas məsrəflərinə xərclədikləri, qalan hissəsini isə şəxsi ehtiyaclarına sərf etdikləri polis orqanında verilmiş izahatda etiraf edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi bu məlumatlar fonunda cavabdehlərin pul vəsaitini iddiaçıdan hansı məqsədlə və məbləğdə götürdüklərini, onlar arasında etibarlı bir tapşırıq müqaviləsinin bağlandığını, yoxsa iddiaçının vəsaitinin hüquqazidd əməllə (aldatma ilə) ələ keçirilərək mənimsənildiyini, iddiaçının əqdi nə vaxt və hansı qaydada mübahisələndirdiyini, bunlardan asılı olaraq cavabdehlərin iddiaçı qarşısında m üqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə, yaxud mülki hüquq pozuntusu (delikt) normaları çərçivəsində və hansı həcmdə maddi məsuliyyət daşıdıqlarını, müqavilə tələbləri üzrə iddia müddətlərinin, yoxsa əməlin delikt olmasına görə on illik ümumi iddia müddətinin tətbiq edilməli olduğunu, iddia müddətinin başladığı anı, yəni iddiaçının öz hüququnun pozulduğunu nə vaxt bilməsini və ya bilməli olmasını, habelə işin həlli üçün əhəmiyyət kəsb edən digər faktiki halları konkret göstərərək və həmin hallara hansı maddi hüquq normasını tətbiq etdiyini əsaslandırmaqla mübahisəni həll etməlidir. Bunun üçün qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – T elman Məmmədov sədrlik edən və məruzəçi, Şəmsəddin Abasov, Telman Quliyev) 2(105)-2173/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(027)-1745/2019 saylı qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 14550 ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı qızına verilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, məhkəmə iclasının vaxtı və yeri barəd ə məhkəmə bildirişinin cavabdehlərin rəsmi qaydada almasına dair iş materiallarına heç bir sənəd əlavə olunmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri kobud surətdə pozulmuş, işə cavabdehlərin iştirakı təmin edilmədən baxılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinə hüquqi qiymət verilməklə yeni qətnamə qəbul edilməldir. Hazırki iş üzrə cavabdehlər ərizə ilə müraciət edərək tərəflər arasındakı münasibətlərdən 8 ildən artıq vaxt keçdiyinə görə iddiaçının iddia müddətini buraxdığını bildirmiş, mübahisəyə iddia müddətini tətbiq etməklə, iddianın rədd olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyası cavabdehlərin irəli sürdüyü bu dəlillə razılaşmır. Bel ə ki, müqavilənin bağlanması üçün iki tərəfin raşılaşdırlmış iradə ifadəsi (ikitərəfli əqd) zəruridir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Tərəflərin biri razılaşma adı altında digərini aldatmaqla (onun qənaətində qəsdən yanıltmaqla) əqd bağladıqda sonuncunun iradəsini zədələdiyi üçün müqavilə qanunla müəyyən edilmiş müddətdə mübahisələndirildikdə etibarsız hesab edilir. Bu baxımdam nəzərə alınmalıdır ki, müqavilənın bir tərəfi digərini aldatmaqla və ya iradəsini başqa cür zədələməklə, əmlakını ələ keçirdiyi (maddi zərər vurduğu) hallarda, həm də təqsirli şəkildə hüquqa zidd əməl törətmiş olur. Bu isə mülki hüquq pozuntusudur (deliktdir). İşdən görünür ki, 2013-cü ilin mayında iddiaçının ərinin tapşırığı ilə ailəsinə ev almaq adı ilə cavabdehlər 19550 ABŞ dolları pulu almış, lakin altı aya yaxın müddətdə ev almamış, 2013-cü ilin oktyabrında iddiaçının əri vəfat etmişdir. İşdən görünür ki, tərəflər tapşırıq müqaviləsinin şərtləri, yəni hansı evin, neçəyə alınması barədə razılığa gəlinməmiş, evin alınması üçün cavabdehlərin heç birinə iddiaçı və ya mərhum əri tərəfindən vəkalətnamə verilməmişdir. Belə olan halda, qanunun tələbinə görə tapşırıq müqaviləsi qüvvəyə minməmiş hesab edilir. İşin faktiki hallarından görünür ki, cavabdehlər ev almaq adı altında iddiaçının ailəsinə məxsus ən azı 19550 ABŞ dolları almış, buna baxmayaraq ev almamış, həmin vəsaiti qaytarmayaraq bir hissəsini iddiaçının ərinin dəfn və yas mərasiminə xərcləmiş, qalan hissəsini isə şəxsi ehtiyaclarına sərf etmişlər. Bu hal ları cavabdehlər Quba rayon Polis şöbəsində və məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarında da etiraf etmişlər. Qeyd edilən hallar cavabdehlərin iddiaçının vəsaitinin bir hissəsini hüquqa zidd əməllə ələ keçirmələrini və iddiaçıya ziyan vurmasını təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər mülki hüquq pozuntusu (delikt) törətdiklərindən, hazırki mübahisə üzrə iddia müddəti on il təşkil edir və iddiaçı həmin müddəti ötürməmişdir. Məhkəmə kollegiyası onu da edir ki, Quba rayon Polis şöbəsində verdikləri izahatlarında cavabdehlər iddiaçının onlarda qalan 11800 ABŞ dollarını evini satıb ödəyəcəyini göstəmişdilər. Həmçinin məhkəmə kollegiyasının iclasında da cavabdehlər 11800 ABŞ dollarıı pulu götürdükləri vaxt olan məzənnə ilə hissə-hissə qaytarmağa razı olduqların ı bildirmişlər. Azərbaycan Respublikası MM-nin 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Qeyd olunan maddənin mənasına görə borclu şəxs iddia müddəti ərzində iddia müddətinin kəsilməsinə səbəb olan borcunu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Borcun etiraf edilməsini təsdiq edən hərəkətlərə borcun etirafına dair müxtəlif sənədlər və məktublar, o cümlədən borclunun borc götürdüyü məbləğin müəyyən hissəsini kreditora qaytarması, borcu qaytarması üçün ona əlavə vaxt verilməsini xahiş etməsi və bu kimi digər hərəkətlər ai ddir. Eləcə də borclu şəxsin başqa şəxslərin yanında, kreditora yaxud üçüncü şəxsə kreditora borcunun olmasını şifahi formada etiraf etməsi də borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlərə aiddir. Əgər iddia müddəti keçənədək borclunun kreditora borcunu etiraf etməsi faktı müəyyən edilərsə, belə halda borcun etiraf edildiyi gün iddia müddətinin axımı kəsilir. İddia müddəti keçənədək borclu yenidən iddianı etiraf edilməsini təsdiq edən hərəkətlər etsə, iddia müddətinin axımı yenidən kəsilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər borclarını etiraf etdiklərindən iddiaçı tərəfindən iddia müddəti bu əsasla da ötürülmüş sayıla bilməz. Cavabdehlər ev almaq üçün onlara verilən məbləğin 19550 ABŞ dolları olduğunu, həmin məbləğin iddiaçının ərinin xahişi əsasında 400 ABŞ dollar ını iddiaçının qardaşı qızının toyuna, 300 ABŞ dollarını isə Sumqayıt şəhərində yaşayan Əzizənin və oğlu İslamın vəfatı ilə əlaqədar verdiklərini, 7000 ABŞ dollarını isə Pin dəfninə, baş daşına və yas mərasimlərinin keçirilməsinə xərclədiklərini, onlarda 11800 ABŞ dolları qaldığını göstərmişlər. Lakin cavabdehlər 400 ABŞ dollarını İddiaçı qardaşı qızının toyuna, 300 ABŞ dollarını isə Sumqayıt şəhərində yaşayan Əzizənin və oğlu İslamın vəfatı ilə əlaqədar verdiklərini, Pin vəfatı ilə əlaqədar 7000 ABŞ dolları xərc çəkdiklərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Cavabdehlərin məhkəmə kollegiyasına təqdim etdikləri Pin vəfatı ilə əlaqədar xərclərə dair qeydlərdə göstərilən rəqəmlər heç də inandırıcı deyildir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ərinin vəfatı ilə ə laqədar xərclərin maksimum 5000 ABŞ dolları civarında ola biləcəyini göstərmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 iddiaçının xeyrinə 14550 ABŞ dolları (19550 ABŞ dolları - 5000 ABŞ dolları) tutulmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1, X7 və Cavabdeh2 (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə isə onların hazırki iddia tələbi üzrə cavabdeh olmayan şəxslər olmalarına görə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlə r. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman cavabdehlər kuriyev Rəcəb Abdulla oğlu və Cavabdeh2 iddiaçının mərhum A Pin qarşısında heç bir öhdəliklərinin olmamasına, mübahisələndirilən pul məbləğinin P tərəfindən əvvəlcə ev alınması, sonradan Almaniya Respublikasında ağır xəstəliyə tutulduqda həmin pulla özünün doğulduğu Quba şəhərində el-adəti üzrə dəfninin, yas və ehsan mərasimlərinin keçirilməsi və qara mərmərdən 3 pilləli qəbrüstü abidəsinin düzəldilməsi barədə tapşırıqlarını pulu göndərdiyi və pulun xərclənməsinə sərəncam verməkdə səlahiyyətləndirdiyi şəxsin yaxın qohumu X3 olmasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddia tələbinin cavabdehlərin hər üçünə münasibətdə qismən təmin olunması barədə i şin həqiqi halları ilə uzlaşmayan qətnamə qəbul edilmişdir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi mərhum Pin 2011-ci ildə cavabdeh X4 həvalə etdiyi ABŞ dollarında ifadə olunan pul vəsaitinin Azərbaycan manatının məzənnəsi ilə 1.0 ABŞ dollarının 0,77-0,78 manat təşkil etməsinə, həmçinin həmin pul vəsaitinin 10.000 manatının Pin tapşırığı ilə dəfn, yas və ehsan mərasimlərinin keçirilməsinə, məzarüstü abidəsinin qara mərmərdən düzəldilməsinə sərf olunmasına və belə olduğu halda sərf olunmuş 10.000 manat vəsaitin ABŞ dolları ilə 2013-cü ildə 12820 ABŞ dollarına mütənasib məbləğdə olmasına və qalıq məbləğinin məhz 12.820 ABŞ dolları çıxıldıqdan sonra hesablanmalı olmasına dair işin hallarına da düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini cavabdeh X5 münasibətdə müqavilə öhdəlikləri üzrə olan 3 illik iddia müddətini tətbiq etməklə rədd edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə isə onların hazırki iddia tələbi üzrə cavabdeh olmayan şəxslər olmaları əsası ilə rədd edilməsi barədə qərar qəbul etməli idi. İş materiallarında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının mərhum əri Pin qarşısında hər hansı bir öhdəliklərinin mövcudluğunu təsdiq edən heç bir sübut yoxdur. Apeyasiya instansiyası məhkəməsi işin bu halına ümumiyyətlə əhəmiyyət verməmiş, iddia tələbini Nizami və Cavabdeh1lərə aid hissədə də təmin olunması barədə səhv nəticəyə gəlmişdir. Bundan başqa apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman iş materiallarında cavabdeh X3 iddiaçıya m ünasibətdə hər hansı hüquqazidd (mülki hüquq pozuntusu-delikt) hərəkətə yol verilməsini təsdiq edən sübutların olmamasına da düzgün hüquqi qiymət verilməmiş, mübahisənin tapşırıq müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı olduğunu nəzərə alıb iddia müddətini tətbiq etməli olduğu halda, 3 illik iddia müddətinin tətbiq olunmaması kimi səhv nəticəyə gəlinmiş və gəldiyi nəticəni işin həqiqi halları ilə uzlaşan sübutlarla əsaslandırmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, X7 və Cavabdeh2 və onların vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə ic lasında iştirak edən iddiaçı X6 və vəkili R kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əl dən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edi ldiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlkin olaraq kasasiya şikayətinin Cavabdeh1 və Cavabdeh2 iddia tələbi üzrə cavabdeh olmayan şəxslər olması əsası ilə iddia tələbinin onlara münasibətdə rədd edilməli olması ilə bağlı dəlili üzrə qeyd edilməlidir ki, kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, cavabdehlər tə rəfindən ilkin olaraq apelyasiya şikayəti verilməsi ilə əlaqədar apelyasiya araşdırması həyata keçirilərkən adıçəkilən cavabdehlər 13.01.2020-ci il və 04.02.2020-ci il tarixlərində keçirilmiş məhkəmə iclaslarında iştirak etmişlər və tələb edilən pul məbləği üzrə onların öhdəlik daşımamaları barədə hər hansı fikir bildirməmişlər və yalnız məhkəmədən mübahisəyə iddia müddətini tətbiq edilməsini xahiş etmişlər. Həmçinin cavabdehlər barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında material apelyasiya kollegiyası tərəfindən tələb edilərək öyrənilmiş və həmin material üzrə də adıçəkilən cavabdehlərin mübahisəyə hər hansı aidiyyətlərinin olmadığı müəyyən edilməmişdir. Əksinə işə təkrarən apelyasiya instansiyası məhkəməsində cavabdehlər iddiaçıdan pul vəsaitini almalarını, öz tələbatl arına həmin pulu sərf etmələrini, pulun bir qismi ilə isə iddiaçının mərhum ərinin yas mərasimi ilə əlaqədar xərcləri qarşıladıqlarını etiraf etmişlər. Odur ki, kasasiya şikayətinin göstərilən dəlili apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Bundan başqa, cavabdehlərin iddia müddətinin tətbiq edilməli olduğu halda, tətbiq edilməməsi barədə dəlili üzrə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında tapşırıq müqaviləsinin bağlanmasını şərtləndirən mülki qanunvericilikdə müəyyən edilmiş hallar tərəflər arasında mövcud olmuş münasibətlər üzrə müəyyən edilməmiş, əksinə müəyyən edilmişdir ki, cavabdehlər iddiaçının vəsaitinin bir hissəsini hüquqazidd əməllə ələ keçirməklə ona ziyan vurmuşlar. Bununl a da onlar mülki hüquq pozuntusu (delikt) törəmişlər. Cavabdehlər mülki hüquq pozuntusu (delikt) törətdiklərindən, hazırki mübahisə üzrə iddia müddəti on il təşkil edir və iddiaçı həmin müddəti ötürməmişdir. Odur ki, kasasiya şikayətinin qeyd edilən dəlilləri də apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, X7 və Cavabdeh2 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1 05)-2173/2020 nömrəli iş üzrə 26 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.