Məhkəmə qərarları › İş №2(102)-3406/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3406/2023

02.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3406/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X1rşı “ölkəyə idxal olunmuş tibbi avadanlıqları alğı-satqı müqaviləsinin, avadanlıqların texniki sənədlərinin, nəqliyyat, quraşdırma və təhvil-təslim aktlarının, gömrük bəyannaməsinin, invoysun, hesab fakturasının, bank ödəmə tapşırığının, keyfiyyat sertifikatının əsillərinin, Azərbaycan Respublikasında həmin avadanlıqların leqalizasiyasını, apostil və patentləşdirilməsini təsdiq edən digər sənədlərin iddiaçıya təhvil verilməsinin cavabdehlərə məcbur edilməsi, dövlət rüsumu və vəkil xərcinin cavabdehlərdən tutulması” tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayəti vermək hüququnun olmamasına görə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (məruzəçi), Şamayev Elşad Yaquboviç, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X2rşı “ölkəyə idxal olunmuş tibbi avadanlıqları alğı-satqı müqaviləsinin, avadanlıqların texniki sənədlərinin, nəqliyyat, quraşdırma və təhvil-təslim aktlarının, gömrük bəyannaməsinin, invoysun, hesab fakturasının, bank ödəmə tapşırığının, keyfiyyat sertifikatının əsillərinin, Azərbaycan Respublikasında həmin avadanlıqların leqalizasiyasını, apostil və potentləşdirilməsini təsdiq edən digər sənədlərin iddiaçıya təhvil verilməsinin cavabdehlərə məcbur edilməsi, dövlət rüsumu və vəkil xərcinin cavabdehlərdən tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 16 may tarixli, 2(103)2221/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasına idxal olunmuş ümumi dəyəri 148.000 manat olan “Venus İegacy” (P/N, LE24004, S/N 600096), “Zimmer” (D-69231, **********), “Technispa” (SN00186C), “Vip Line” (EV260A) tibbi avadanlıqların (aparatların) ölkəyə idxal olunmuş tibbi avadanlıqların alğı-satqı müqaviləsinin, avadanlıqların texniki sənədlərinin, nəqliyyat, quraşdırma və təhvil- təslim aktlarının, gömrük bəyannaməsinin, invoysun, hesab fakturasının, ödəmə tapşırığının, keyfiyyət sertifikatının əsillərinin, Azərbaycan Respublikasında həmin avadanlıqların leqalizasiyasını, apostil və patentləşdirilməsi təsdiq edən digər sənədlərin iddiaçıya təhvil verilməsinin cavabdehlərə məcbur edilməsi və 100.40 (yüz manat qırx qəpik) manat dövlət rüsumunun, 110 (yüz on) manat vəkil ilə müqavilə üçün ödədiyi 500 (beş yüz) manat pulun cavabdehlərdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3813/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

3. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(103)-2221/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3813/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

5. Bakı Apellyasiya Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(103)-2221/2023 nömrəli qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək qətnaməni ləğv edib iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

5. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

6. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

7. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.

8. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.

9. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

10. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nüm ayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

11. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;

12. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şika yətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri mümükün hesab edilməlidir.Belə ki, kassasiya şikayəti 17 iyul 2023-cü il tarixində vəkil tərəfindən elektron imza ilə imzalanmaqla verilmiş, kassator tərəfindən elektron imza ilə imzalanmamışdır. Kassasiya şikayətinə əlavə olunmuş vəkilə kassator tərəfindən verilmiş etibarnamənin müddəti isə 13 iyul 2023-cü il tarixində tamam olmuşdur.Belə olan təqdirdə vəkilin təkbaşına kassasiya şikayəti vermək hüququ olmamışdır.Göstərilən hallar MPM-in 407.3cü maddəsinin tələblərinə ziddir.

14. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayə ti vermək hüququna malik olmasını, kassasiya şikayətinin imzalanıb-imzalanmadığını, kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

15. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası MPM-nin 408.1-ci maddəsinə əsasə kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu im zalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

16. Göstərilən halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 407-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.

17. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Yuxarıda göstərilən halda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması ü çün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

18. Beləliklə, iddiaçı tərəfindən kassasiya şikayəti verilərkən MPM-nin 407-ci maddəsinə riayət olunmadığından kassasiya şikayəti icraata qəbul edilə bilməz.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

20. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

21. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qayda sında baxmaq üçün prosessual əsaslar olmadığına görə qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

22. Şərh olunanlara əsasən və MPM-in 404-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 16 may tarixli, 2(103)-xxxx/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar