Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3406/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: paylı mülkiyyət (payların müəyyənləşdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ümumi əşyanın bölünməsi və payların ayrılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-180/2024 nömrə li, 16 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 12 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 6 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün iddiaçıların, cavabdehlərin, X1, X2, X14 ümumi birgə mülkiyyətinə 4,27 hektar torpaq sahəsi verilmişdir. Mülkiyyətçilərdən X7, X5 və X22 vəfat etmişlər.
2. Şabran Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli, 2(031)-591/2019 nömrəli qətnaməsi ilə Torpağa mülkiyyət hüququna dair JN-0761, kod 30401004 olan dövlət aktına əsasən 4,27 hektar torpaq sahəsinin bölünməsi və hər birinin payının 1/9 hissə olaraq ayrılması barədə iddi anın təmin edilməsi, Torpağa mülkiyyət hüququna dair JN-0761, kod 30401004 olan dövlət aktına əsasən İddiaçı1, X1, Cavabdeh4, İddiaçı2 ümumi birgə mülkiyyətində olan 4,27 ha torpaq sahəsinin bölünməsi və iddiaçılar İddiaçı1, X1, Cavabdeh4, İddiaçı2 hər birinin payının 1/9 hissə olaraq ayrılması qət edilmişdir (hakim Ç.İsgəndərov).
3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-244/2020 nömrəli, 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh X2 apelyasiya şikayəti təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 2(031)-591/2019 saylı 08 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbləri rədd olunmuşdur.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarxli, 2(102)-5103/2020 saylı qərarı ilə Sumqayıt Apellyasiya M əhkəməsi Mülki kollegiyasının 2(105)-244/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli. 2-1(118)-254/2022 nömrəli qərarı ilə Dəvəçi rayon XDS RH-nin 30 aprel 1994-cü il tarixli, 4 nömrəli qərarı 1,89 ha hissədə ləğv olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********04 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 4,27 hektar torpaq sahəsinin bölünməsi və hər birinin payının 1/9 hissə olaraq ayrılması barədə qətnamə çıxarılmasını xahiş et mişlər.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirilməlidir. Torpaq sahəsi bölündükdə hər birinin payı bərabər hissələrlə ayrılmalıdır ki, bu əmlakda hər birinin payı 1/9 hissə olaraq müəyyən edilməlidir. Cavabdehlərlə aralarında həmin torpaq sahəsinə dair mübahisə olduğundan, cavabdehlərin təqsiri ucbatından onlar öz torpaq sahələrindən sərbəst surətdə istifadə edə bilmədiklərindən həmin torpaq sahəsinə paylı mülkiyyətin müəyyənləşdirilməsinə dair razılıq əldə edə bilməmişlər.
8. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 6 saylı qərarı ilə kənd təsərrüfatı mə hsulları istehsalı məqsədi üçün onların mülkiyyətinə 4,27 hektar torpaq sahəsi verilmişdir. Onlara Torpağa mülkiyyət hüququna dair JN-0761, kod 30401004 olan dövlət aktı verilmişdir. 2019-cu ildə iddiaçılar məhkəmədə iddia qaldıraraq torpaq sahəsinin mülkiyyətçilər arasında bölünməsini istəmişlər. Şabran rayon məhkəməsinin 8 iyul 2019-cu il tarixli qətnaməsi ilə Torpağa mülkiyyət hüququna dair JN-0761, kod 30401004 olan dövlət aktına əsasən, İddiaçı1, X1, Cavabdeh4, İddiaçı2 ümumi birgə mülkiyyətində olan 4,27 hektar torpaq sahəsi bölünməsi, iddiaçılar İddiaçı1, X1, Cavabdeh4, İddiaçı2 hər birinin payı 1/9 hissə olaraq ayrılması qət edilmişdir. X7 tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın 16 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən apelyasiya şikayə ti təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 8 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul olunmaqla iddia rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Hazırda məhkəmədə qaldırılan iddianı qəbul etmir, çünki bu barədə məhkəmə qətnaməsi vardır, paylar bölünməsi rədd edilmişdir.
9. Şabran Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(031)-429/2023 nömrəli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov) iddianın təmin edilməsi, **********04 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ümumi mülkiyyətdə olan 4,27 hektar torpaq sahəsinin bölünməsi və İddiaçı1, İddiaçı2 paylarının 1/9 hissə olaraq ayrılması qət edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçıların ümumi müldkiyyətdə olan torpaq sahəsindən özlərinə düşən payın ayrılmasını tələb etmək hüququ vardır, bu hüququn məhdudlaşdırılması torpaq üzərində mülkiyyət hüququnun müdafiəsi barədə qanunvericiliyin tələblərinə ziddd olardı. Ona görə də iddia tələbi təmin edilməklə ümumi mülkiyyətdə olan 4,27 hektar torpaq sahəsi bölünməli və İddiaçı1, İddiaçı2 payları 1/9 hissə olaraq ayrılmalıdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.7, 6.1.8, 6.1.9, 139.1, 152.1, 152.4 və 220.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1, 55, 84.1 və 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edi lməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılardan biri Cavabdeh4 məhkəmədə hazırkı iddia üzrə iş məhkəmənin icraatında olarkən vəfat etmişdir. Belə olan halda barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərsə məhkəmə iş üzrə icraatı dayandırmalı, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verməli idi. Lakin məhkəmədə işə baxılarkən qeyd olunan maddələrin tələblərinə riayət edilmədən qətnamə qəbul edilmişdir. Məhkəmədə işə baxılarkən MPM-nin 254.1.1 və 261.0.7-ci maddələrinin tələbləri tətbiq edilməmiş, bununla da maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdır ılmamış, maddi hüquq normaları pozulmuşdur. Bildirmişdir ki, atası X7 1-ci qrup Qarabağ əlili olmuş, Dəvəçi rayon X20 Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli, 4 nömrəli qərarı ilə atası X2 başçılığı altında “Şəhriyar” Kəndli (Fermer) Təsərrüfatı yaradılmış və N.Nərimanov adına sovxozun 410-cu məhəlləsində yerləşən ərazisindən 10 hektar torpaq sahəsi atasının əlilliyi nəzərə alınaraq “Şəhriyar” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətinə verilmişdir. Sonradan həmin təsərrüfata 005051 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı verilmişdir. Həmin 10 hektar torpaq sahəsi atasına məxsus təsərrüfatın mülkiyyətində olmuş, hazırda da mülkiyyətində olmuşdur. İddiaçılar vaxtı ilə Şabran Rayon Məhkəməsində onlara qarşı “torpaq sahəsinin bölünməsi və payların ayrılması” tələbinə dair iddia qaldırarkən onlar məhkəməyə JN0761 KOD 30401004 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktını təqdim etmişlər və həmin vaxt onlara məlum olmuşdur ki, JN-0761 KOD 30401004 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ciil tarixli, 6 saylı qərarı ilə X4, Cavabdeh1 Şəkaralı qızına, Cavabdeh2, Cavabdeh3, X18, X3, Cavabdeh4, İddiaçı1 və İddiaçı2 cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsal etmək üçün 4,27 ha torpaq sahəsi verilmiş, həmin akt xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmışdır. Hansı ki, atasının, onun, ailələrinin həmin dövlət aktından xəbəri olmamışdır. İddiaçı1 atasının və ailələrinin xəbəri olmadan saxta formada JN-0761 KOD 30401004 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əldə etmiş, həmin dövlət aktına əsasən özünün və digərlərinin adlarını da dövlət aktına qeyd etdirməklə “Şəhriyar” Kəndli (Fermer) Təsərrüfatının ərazisindən qanunsuz olaraq torpaq sahələri əldə etmişlər. Həmin dövlət aktında onun, atasının, anasının və bacısının adları ilə yanaşı X15, X1, Cavabdeh4, İddiaçı1 və İddiaçı2 adları da qeyd olunmuşdur. Qeyd edir ki, iddiaçıların “Şəhriyar” kəndli (fermer) təsərrüfatına heç bir aidiyyatları olmamış, onlar Şabran (əvvəlki Dəvəçi) rayonu ərazisində fəaliyyət göstərən N.Nərimanov adına sovxozda belə işləməmişlər. Atasının adına fermer təsərrüfatı üçün torpaq sahəsi ayrılanda iddiaçılardan İddiaçı1 həyat yoldaşı İddiaçı2 Şabran rayonu, Gəndab kəndində yaşayırdı və onun adına həmin kənddə pay torpağı var idi. İd diaçı2 İddiaçı1 ilə1998-ci ailə həyatı qurmuşdur. Hal-hazırda da İddiaçı2 Şabran rayonu, Gəndab kəndində qeydiyyatdadır. İddiaçı2 2 yerdə neçə pay torpaq sahəsi ola bilər? Dövlət aktında adı qeyd olunan X5 40 il Latviyada yaşamış, 2019-cu ildə Azərbaycan Respublikasına gəlmişdir. Onun adına torpaq sahəsi alına bilməzdi. Adları dövlət aktına salınmış Kübra Məmmədovanın və Cavabdeh4 da onlara məxsus təsərrüfata heç bir aidiyyatları olmamışdır. Onlar iddiaçılardan ayrı yaşamışlar və ayrı təsərrüfat aparmışlar. Necə ola bilər ki, heç bir aidiyyatı olmaya-olmaya atasına məxsus təsərrüfatın tərkibindən iddiaçılar torpaq sahələri əldə etmişlər. Belə ki, torpaq islahatı aparılan dövrdə o, atası, anası və bacısı ünvan 1 ünvanında yaşamış, adları dövlət aktına saxta formada salınmış iddiaçılar isə ü nvan 2 ünvanında yaşamışlar. Həmin saxta aktın əslinin İddiaçı1 tərəfindən məhkəməyə təqdim edilmədiyi də ona bəlli olmuşdur. Hətta həmin dövlət aktına əsasən çıxarış da əldə edilmişdir. Əvvəllər keçirilmiş digər məhkəmə işi üzrə iş apellyasiya məhkəməsinin icraatında olarkən ekspertiza keçirilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyinin nəticəsi ilə müəyyən olunmuşdur ki, ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-X21 LTİ-nin mütəxəssis rəyinə əsasan JN-0761KOD 30401004 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X7, Cavabdeh1 Şəkaralı qızı, Cavabdeh2, Cavabdeh3, X23, X5, Cavabdeh4, İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 4,27 ha torpaq sahəsi bütövlükdə 005051 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi is tifadə hüququna dair Dövlət Aktına əsasən X2 (“Şəhriyar” X24) mülkiyyətində olan 10 ha torpaq sahəsinin (plan və ölçülərinə uyğun olaraq) sərhədləri daxilində yerləşmişdir. Əlavə olaraq qeyd etmişdir ki, ekspertiza keçirilərkən ekspert mübahisəli torpaq sahəsinin ekspertə göstərilməsini İddiaçı1 təklif edən zaman o, ümumi torpağın yerini belə ekspertə göstərə bilməmişdir. Əvvəllər keçirilmiş digər məhkəmə işi üzrə onların xeyrinə qəbul olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-244/2020 nömrəli, 16 iyun 2020-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-5103/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı da mövcud olmuşdur. Ali Məhkəmə bütün sənədləri araşdırıb torpağın bölünməməsi barədə qərar qəbul etmişdir. Ona görə də o, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli, 6 saylı qərarını və həmin qərar əsasında aparılmış saxta sənədləşmə işlərini X18, X3, Cavabdeh4, İddiaçı1 və İddiaçı2 aid hissələrdə müvafiq məhkəmədə mübahisələndirəcəkdir. O, bütün bunları məhkəmənin nəzərinə çatdırsa da, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və onun vəkili X27 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər.
15. Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin təmin olunmamasını, həmçinin hüquqi varisi olduğu digər iddiaçı Cavabdeh4 ona düşən miras payının müəyyən edilməsini də məhkəmə kollegiyasından xahiş etmi şdir.
16. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh4 digər hüquqi varisi X8 nümayəndəsi X10 nümayəndəsi olduğu atasına düşən miras payının Cavabdeh2 verilməsinə razı olduğunu bildirmişdir.
17. Məhkəmə araşdırması zamanı “Elektron məhkəmə” informasiya sistemindən alınan məlumata əsasən iş üzrə iddiaçı Cavabdeh4 xx.xx.2023-cü il tarixdə öldüyü müəyyən edilmişdir. Mərhum Cavabdeh4 yalnız vəfat etmiş atası X6 və anası X22 barədə məlumat aşkar olunmuş, nikah və övladları barədə heç bir məlumat aşkar olunmadığından, apellyasiya məhkəməsi tərəfindən həmin iddiaçının birinci növbə vərəsələri olmadığından məhkəmə prosesi zamanı onun hüquqi varisi kimi ikinci növbə vərəsələrindən digər İddiaçı1, həmçinin digər hüquqi varisi X11 da mülki işə cəlb edilmişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 16 may 2024-cü il tarixli, 2(105)- 180/2024 nömrəli (hakimlər – İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və lalə Rəhimli) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(031)-429/2023 nömrəli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunmuş, **********04 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışda göstərilən 4,27 hektar torpaq sahəsindən İddiaçı2 1/9 hissədə, İddiaçı1 3/18 hissədə, X8 1/18 hissədə mülkiyyət hüququ üzrə payları müəyyən edilməsi, iddia tələbinin digər hissədə təmin edilməməsi qət olunmuşdur.
19. Apellyasi ya məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mülki işə baxılarkən iddiaçı Cavabdeh4 hüquqi varislərini işə cəlb edilmədiyindən ləğv edilməlidir.
20. Məhkəmə qeyd etmişdir ki, **********04 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən həmin çıxarışda göstərilən 4,27 hektar torpaq sahəsi mülkiyyət hüququ əsasında 9 nəfərə məxsus olmuş, hazırkı iddia tələbini 3 nəfər iddiaçı qaldırdığından onların hər birinin yuxarıda qeyd olunan 4,27 hektar torpaq sahəsindən payı 1/9 hissə müəyyən edilməlidir. Bundan əlavə iddiaçılar iddia tələbində ümumi birgə mülkiyyətdə olan 4,27 hektar torpaq sahəsinin bölünməsini xahiş etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 20 22-ci il tarixli, 2-1(118)-254/2022 nömrəli qərarı ilə Dəvəçi rayon XDS RH-nin 30 aprel 1994-cü il tarixli, 04 nömrəli qərarı iddiaçılara məxsus 1,89 ha hissədə ləğv olunmuşdur. Həmin qərardan göründüyü kimi qərar 4 nəfərin iddia tələbi əsasında çıxarılmış, buna görə 4 nəfərə münasibətdə 9 nəfərə aid 4,27 hektar torpaq sahəsindən düşən payın 1,89 hektar olması müəyyən edilmiş, məhz bu cür hesablama əsas götürülməklə Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(118)-254/2022 nömrəli qərarı Dəvəçi rayon XDS RH-nin 30 aprel 1994-cü il tarixli, 4 nömrəli qərarı iddiaçılara məxsus 1,89 ha hissədə ləğv edilmişdir.
21. Məhkəmə bu nəticəyə gəlmişdir ki, iddia tələbi ümumilikdə 4,27 hektar torpaq sahəsinin bölünməsi hissəsində təmin edilməmiş, həmçinin hər bir iddiaçının mübahisə ləndirilən torpaq sahəsindəki payları müəyyən edildikdən sonra onların hər biri öz payının naturada ayrılmasını yenidən iddia icraatı qaydasında tələb edə bilər.
22. İddiaçı Cavabdeh4 iddia qaldırdıqdan sonra, xx.xx.2023-cü il tarixində vəfat etdiyindən onun mübahisələndirilən torpaq sahəsindəki payı 2-ci növbə qanun üzrə vərəsələri olan X9 və digər iddiaçı olan İddiaçı1 keçməlidir.
23. Məhkəmə X8 nümayəndəsinin ona düşən miras payının Cavabdeh2 keçməsinə razı olması ilə əlaqədar verdiyi izahatla bağlı qeyd etmişdir ki, bu, torpaq sahəsinə dair payın ayrılmasından sonra bağışlama müqaviləsi əsasında rəsmiləşdirilə bilər.
24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.1, 157.2, 213.1, 213.2, 214.1, 215.1, 215.2, 220.1, 220.2 və 220.3-cü maddəl ərinə istinadla əsaslandırmışdır. c) Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh2 (Vəkil) qətnamədən kassasiya şikayəti verərək ləğv edilməsi və mülki işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğyn əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
29. Maddə 220.1. Pa ylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
30. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
31. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
32. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
33. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
34. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 407.2. Kassasiya şikayətində i şin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının po zulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qət namə mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Kassasiya şikayətində göstərilən dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya i nstansiyası məhkəməsi tərəfindən həmin dəlillər tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər mülahizə xarakterli olmaqla əsassızdır, apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.
46. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki ha llarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-180/2024 nömrəli iş üzrə 16 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.