Məhkəmə qərarları › İş №2(102)-3407/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3407/2024

01.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3407/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Sumqayıt Regional "ASAN xidmət” mərkəzində notariat ofisi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı işi üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əşyaların alqı-satqısı, yalan əqd ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Sumqayıt Regional "ASAN xidmət” mərkəzində notariat ofisi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı alqı-satqı müqaviləsinin etibarsızlığı, çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*5)-631/2*24 nömrəli, 7 may 2*24-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron Rayon Məhkəməsinin 18.1*.2*19-cu il tarixli, 2(*12)-3724/2*19 saylı qətnaməsi ilə iddiaçı X5 Cavabdeh2 qarşı “birgə nikah dövründə qazanılmış əmlak üzərində paylar ın müəyyən edilərək bölünməsi və paya mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 14.*5.2*14-cü il tarixdə qeydiyyat 1614*14816, 3*8*13*667*2 reyestr nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmış ünvan 1i ərazisində *.*5 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə X5 ½ hissədə payı müəyyən edilmişdir.

2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX senriyalı *397365 saylı 14.*5.2*14-cü il tarixli Çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən *.*5 ha torpaq sahəsi xüsusi mülkiyy ət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 583 nömrəli reyestr kitabının 51 nömrəli vərəqəsində 1614*14816 qeydiyyat nömrəsi, 3*8*13*667*2 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən *.*5 ha torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 853 nömrəli reyestr kitabının 51 nömrəli vərəqəsində 1611*13136 qeydiyyat nömrəsi, 3*8*13*667*2 reyestr nömrəsi ilə 1/2 hissə *8.*5.2*21- ci il tarixdə, X5 adına daşınmaz əmlakın dövlət reyestrində 853 nömrəli reyestr kitabının 51 nömrəli vərəqəsində 162***4787 qeydiyyat nömrəsi, 3*8*13*667*2 reyestr nömrəsi ilə 1/2 hissə 13.*3.2*2*- ci il tarixdə qeydiyyata alınmışdır. 4. 12.*4.2*14-cü il tarixli AN-İ № *4239*1 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ünvan 1i ünvanında yerləşən *.*7*3 ha torpaq sahəsindən *.*5 ha torpaq sahəsini Cavabdeh2 1**** (on min) manata satmışdır. 5. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 17.*4.2*19-cu il tarixli məktubuna əsasən, Abşeron myonu Masazır kəndi ərazisində *.*5 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 14.*5.2*14-cü il tarixdə qeydiyyat 1614*14*1*, 3*3*13*557*2 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh2 12.*4.2*14-cü ıl tarixdə Sumqayıt “ASAN” xidmə t mərkəzinin not. Ə.İ.Bünyadov tərəfindən təsdiq edilmiş 4Ə/1292 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən *.*7*3 ha torpaq sahəsindən *.*5 ha torpaq sahəsini Cavabdeh1 almışdır. Cavabdeh2 adına Bakı şəhəri Sabunçu ra Bakıxanov qəsəbəsi Məhsəti Gəncəvi kuçəsı, ev 2, 2* saylı mənzil *3.11.2*1*cu ıl tarixdə qeydiyyatdan keçmişdir lakin, 1*/1* saylı 13.*2.2*17-ci il tarixli hərracın yekun protokoluna. Sabunçu rayon Məhkəməsinin 2{**8)-4484/2*16 saylı icra vərəqinə, 13.*2.2*17-ci ıl tanxfı Hərracın yekunları uzrə əmlakın atqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirmişdir. Cavabdeh2 adına digər ərazi idarələrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh 1, Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarsızlığı, çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, l2.*4.2**4-cü il tarixində Sumqayıt "Asan” xidmət mərkəzində Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış, ünvan 1i ərazisində yaşayış məntəqləri torpaqları təyinatlı torpaq sahəsində *,*5 ha sahəli torpağın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Cavabdeh2 adına 14.*5.2*14-cü il tarixdə qeydiyyata alınmış, ünvan 1i ərazisində *,*5 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dövlət reyestrindən çıxarışın ləğv edilməsi vəzifəsinin qoyulması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Cavabdeh2 və Cavabdeh3 adına *8.*5.2*2*-ci il və *8.*5.2*21-ci il tarixlərdə qeydiyyata alınmış, ünvan 1i ərazisində bərabər paylarda yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahələrinə dövlət reyestrindən çıxarışların ləğv edilməsi vəzifəsinin qoyulması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə ünvan 1i ərazisində yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində *.*5 ha torpaq sahəsinə iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsas landırmışdır ki, Sumqayıt "ASAN xidmət” mərkəzinin notariusu Ə.İ.Bünyadov tərəfindən təsdiq edilmiş 12.*4.2*14-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 X1 ünvan 1i ərazisində yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində yerləşən *.*5 ha torpaq sahəsini satın almışdır. DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14.*5.2*14-cü il tarixdə ünvan 1i ərazisində *,*5 ha sahəsinə Cavabdeh2 adına reyestrdən Çıxarış verilmişdir. Azərbaycan Respublikasında olarkən, iddiaçı öz valideynləri üçün dayısı Rəşidin yaşadığı Masazır kəndində torpaq sahəsi almaq istəmişdir. Dayısı öz sahəsinin yanında 6** kv.metr ölçüsündə bir torpaq sahəsi tapmışdır. 2*14-cü ildə ölkədən kənara səfərlə bağlı iddiaçı ünvan 1ində sonradan onun vali deynlərinin adına rəsmiləşdirmək şərti ilə torpaq sahəsi almasını cavabdeh Hüseynli (Hüseynov) Abbas Həbib oğlundan xahiş etmişdir. 2*14-cü ildə ölkədən kənara çıxışı ilə əlaqədar ona torpaq sahəsini satan Cavabdeh1 5*** manat beh və 1**** manat məbləğində pul ödəmiş, cavabdeh Hüseynli (Hüseynov) Abbas Həbib oğluna isə mübahisəli torpaq sahəsini onun valideynlərinin adına alınması üçün etibarnamə vermişdir. Etibarnaməni rəsmiləşdirdikdən sonra iddiaçı ABŞ-a getmişdir.Sabunçu Rayon Məhkəməsinin 2(**8)-22*/2*19 saylı, 25.*2.2*19-cu il tarixi qətnaməsi ilə X13 və Cavabdeh2 arasında 22.*6.2**2-ci il tarixdə Binəqədi rayon VVADQ şöbəsində 427 nömrəsi ilə qeydiyyata alinmış nikah pozulmuş və birgə nikahdan doğulmuş 3*.*6.2**3-cü il təvəllüdlü X9, *7.1*.2**4-cü il təvəllüdlü X1* və *7.1*.2**4-cü il təvəllüdlü X11 anası Cavabdeh3 yanında qalması, cavabdehdən Cavabdeh3 xeyrinə hər uşağa görə 2** manat məbləğində cəmi 6** manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sonralar Cavabdeh3 nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Abşeron rayon məhkəməsinin 2(*12)-3724/2*19 saylı, 18.1*.2*19-cu il tarixi qətnaməsi ilə AR ƏMDK yaninda DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 14.*5.2*14-cü il tarixdə 1614*14816 qeydiyyat, 3*8*13*667*2 reyestr nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmış ünvan 1i ərazisində *,*5 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə Cavabdeh3 1/2 hissədə payı müəyyən olunması qət edilmişdir. Cavabdeh3 mübahisəli torpağı Cavabdeh2, sonralar onu n valideynlərinin adına rəsmiləşdirmək şərti ilə, iddiaçının puluna aldığı məlum olmuşdur. Abşeron rayon məhkəməsinin 2(*12)- 3724/2*19 saylı, 18.1*.2*19-cu il tarixi qətnaməsindən görünmüşdür ki, Cavabdeh2 məhkəmə iclasında göstərmişdir ki, *,*5 ha torpaq sahəsi onun adına olsa da, torpağın alınması üçün pulu dostu vermişdir. Odur, ki, həmin torpaq sahəsi onun yox, dostunundur. X13 tərəfindən bu xüsusat üzrə heç bir etiraz və irad edilməmişdir, çünki ona mübahisəli torpaq sahəsinin Cavabdeh2 adına alınması şərtləri məlum idi. Mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsi Cavabdeh2 tərəfindən müvafiq hüquqi nəticə yaratmaq niyyəti olmadan bağlanmışdır. 8. 1 saylı Sumqayıt Regional "ASAN xidmət” mərkəzində notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daş ınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə tərəfindən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşlar.

9. Cavabdeh Hüseynli (Hüseynova) İradə Adil qızının vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmiş,iddia müddətinin tətbiqi barədə verdiyi ərizəni müdafiə etmişdir.

10. Abşeron rayon Məhkəməsinin (X23) 2(*12)-4283/2*23 nömrəli iş üzrə 21 noyabr 2*23-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əq ddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Lakin iş materiallarına əsasən, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 12 aprel 2**4-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu təsdiq edilməmişdir. İddiaçı qeyd edilən müqavilənin formal olaraq bağlanmasını qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə iş materiallarına əsasən müəyyən edilmişdir ki, mənzil C avabdeh2 mülkiyyətinə keçmiş, Cavabdeh2 torpağın dəyəri olan 1**** manatı ödəməklə torpağa yiyələnmişdir. Bundan başqa, həmin torpaq sahəsinin Cavabdeh2 ilə Cavabdeh3 birgə nikah dövründə qazanılmış əmlak üzərində paylarının müəyyən edilməsinə dair Abşeron Rayon Məhkəməsi tərəfindən 18.1*.2*19-cu il tarixdə qətnamə qəbul edilərkən, iddiaçı maraqlarına toxunan şəxs kimi həmin qətnaməyə dair narazılığını bildirməmiş, qətnamədən apellyasiya şikayəti verməmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilərək, tərəflərin həmin əmlak üzərində 1/2 pay hüquqları təmin olunmaqla adlarına müvafiq olaraq çıxarışlar verilmişdir. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas olan hallar məhkəmə araşdırması zamanı öz tə sdiqini tapmamışdır.

12. Mülki qanunvericiliyin əsas prinsiplərindən biri olan müqavilə azadlığı prinsipindən çıxış edərək məhkəmə qeyd etmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Hazırki mülki iş üzrə də mülki iş materiallarına əlavə olunmuş 12.*4.2*14-cü il tarixli AN-İ № *4239*1 nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin tərəfləri Cavabdeh1 və Cavabdeh2 çıxış etməklə, həmin müqavilə Sumqayıt şəhər “ASAN xidmət” mərkəzinin notariusu Ə.İ.Bünyadov tərəfindən 4Ə/1292 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla təsdiq edilmişdir. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri, müqavilənin doğuracağı hüquqi nəticələr izah edilməklə informasiya sisteminə daxil edilmişdir. Göründüyü kimi, hazırki müqavilə qa nunvericiliyin tələblərinə uyğun olaraq, tərəflərin qarşılıqlı iradə ifadəsi nəticəsi kimi bağlanmışdır.

13. Məhkəmə qeyd etmişdir ki, tərəflərin qarşılıqlı iradə ifadələrinə uyğun olaraq bağlanmış 12.*4.2*14-cü il tarixli AN-İ № *4239*1 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas olan faktlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı cavabdehlə alqı-satqı müqaviləsi bağlayarkan onun aldadılmasını, iddia tələbində mübahisəli torpaq sahəsinin onun valideynlərinin deyil, cavabdehin öz adına bağlanmasını iddia etməklə cavabdehin bağladığı müqavilənin etibarsız hesab edilməsini xahiş etsə də, torpaq sahəsi barəsində aldadıldığını təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Başqa sözlə, məhkəmə araşdırması zamanı əqdin etibarsız hesab edilməsinə əsas olan hallar, yəni, iddiaçının iradə ifadəsinin zədələndiyi hallar öz təsdiqini tapmamışdır.

14. Cavabdeh Hüseynli (Hüseynova) İradə Adil qızının vəkili-nümayəndəsi Nümayəndə kəsici müddətin tətbiqi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, «B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2*19-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.*3.2*2*-ci il tarixli Qərarında göstərilir ki, “... Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəli r. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur...”.Kəsici müddətin başlanma anı qanunvericiliklə dəqiq müəyyən edilmişdir ki, bu şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən etibarən bir il ərzində həyata keçirilə bilər. Hazırkı halda, İddiaçı bu halı hansı müddətdə müəyyən etdiyi məhkəmə araşdırması zamanı aşkara çıxarılmamış, Hüseynli (Hüseynova) İradə Adil qızının vəkili-nümayəndəsi Nümayəndə kəsici müddətin tətbiqi barədə ərizəsinə hər hansı bir sübutlarını əlavə etməmişdir. Belə olan halda, hazırki iddia tələbinə bir illik kəsici müddətin tətbiq edilməsinə lüzum yoxdur.

15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1, 6.1.5, 152.1-152.4, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 337.3, 337.4, 339.2, 339.3, 354.2, 39*.1; Mülki Prosessual Məcəlləsinin 76.1, 77.1, 88-ci maddələrinə də istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı Abşeron Rayon Məhkəməsinin 2(*12)-4283/2*23 nömrəli, 21 noyabr 2*23cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə digər Cavabdeh1 arasında ünvan 1ində yerləşən *.*5 ha torpaq sahəsinin alqı-satqısı barədə müqavilə alqısatqı münasibətləri faktiki olaraq Cavabdeh1 ilə İddiaç ı arasında baş verdiyindən əhəmiyyətsiz əqddir. Məhkəmə iclasında Cavabdeh2 iddianı tam qəbul etmişdir. Cavabdeh1 isə suallara natamam cavab verərək, cavab verməkdən yayınaraq məhkəməyə həqiqəti bildirməmişdir. Məhkəmə tərəfindən bəzi şəxslərin şahid qismində dindirilməsi barədə vəsatəti də təmin edilməmişdir. Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi də yalan əqd olmuşdur. Çünki faktiki olaraq Cavabdeh1 ilə İddiaçı arasındakı əqdi pərdələmək üçün bağlanmışdır. Cavabdeh2 məhkəmə iclasında iştirak edərək iddianı tam qəbul etsə də, məhkəmə öz qətnaməsində həmin cavabdehin ümumiyyətlə iştirak etmədiyini qeyd etmişdir. Cavabdeh1 isə iddianı qəbul etməsə də, verilən heç bir suala dəqiq cavab verməməsi, sualla aydınlaşdırılması istənilən məsələdən kənar cavab verməsi və bə zi suallara aqressiv cavab verməsi onu göstərmişdir ki, həmin cavabdehin məhkəmə iclasında bildirdikləri həqiqəti əks etdirmir. İddiaçının iddia tələbi hər hansı əmlakın cavabdehlərin geri alınması olmamışdır. Çünki cavabdehlərin heç biri həmin torpaq sahəsinə faktiki sahibliyi həyata keçirmirlər. Cavabdehlərin heç birinin həmin torpaq sahəsinin yerindən belə xəbəri yoxdur. Belə olan halda MM-in 354.1-ci maddəsinin tətbiq edilməsi və bu əsasla iddianın rədd edilməsi barədə məhkəmənin mövqeyi qanuni və əsaslı olmamışdır. Lakin iş üzrə müəyyən edilən hallar nəzərə alınmadan qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları araşdırmamış, tərəflərin arasında olan həqiqi münasibətləri ortaya çıxarmaq üçün zəruri olan bütün hərəkətləri etmədən qanunsuz və əsas sız qətnamə qəbul etmişdir.

18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) (hakimlər X12 (sədrlik edən və məruzəçi), X15 və X6) 2(1*5)-631/2*24 nömrəli, 7 may 2*24-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 21 noyabr 2*23-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər Hüseynli (Hüseynov) Abbas Həbib oğluna, Cavabdeh1, Hüseynli (Hüseynova) İradə Adil qızına, üçüncü şəxslər 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsızlığı, 14.*5.2* 14-cü il tarixli, *8.*5.2*2*-ci il və *8.*5.2*21-ci il tarixli çıxarışların ləğv edilməsi və onun adına daşınmaz əmlakın dövlət reyestrdən müvafiq çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə iddia tələbi rədd edilmişdir.

19. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini mübahisə predmeti olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas olan halların məhkəmə araşdırması zamanı öz təsdiqini tapmaması ilə əsaslandırmış və gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 152.4, 324.1, 324.2, 324.5, 339.2, 339.3-cü maddələrinə istinad etmişdir.

20. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək bu nəticə ni mübahisələndirmişdir.

21. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia tələbini rədd edən birinci instansiya məhkəməsi iddia tələbinə maddi hüquqi normalarını düzgün tətbiq etməmişdir.

22. İddia tələbinin predmetini alqı-satqı müqaviləsinin etibarsızlığı və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi təşkil edir. Lakin tərəflər arasında yaranmış mübahisəni həll edən birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə Mülki Məcəllənin 339.3cü maddəsinə istinad etmişdir.

23. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etməmişdir.

24. Abşeron rayon Masazır kəndində yerləşən *,*5 ha torpaq sahəsinə 1/2 pay hüquq üzrə Abbas və İradə Abbasovların mülkiy yət hüquqlarının qeydə alınması işin mübahisəsiz halıdır.

25. İddiaçı 2**4-cü ildə ölkədən kənara getməsi ilə bağlı Cavabdeh1 əvvəlcə 5*** manat beh, daha sonra 1**** manat pul verərək aldığı torpaq sahəsini valideynlərinin adına rəsmiləşdirməsini Cavabdeh2 tapşırdığını və bu məqsədlə ona etibarnamə verdiyini, lakin Abbasın həmin torpağı öz adına sənədləşdirdiyini, sonradan da həmin torpağı əmlak bölgüsü nəticəsində arvadı ilə hər birinin ½ hissədə məhkəmə qətnaməsi ilə paylarının müəyyən edildiyini, əslində Cavabdeh2 tapşırığın şərtini pozaraq Cavabdeh1 ilə bağladığı əqdin hüquqi nəticə yaratmaq niyyəti olmadan Mülki Məcəllənin 34*.2-ci maddəsinə görə etibarsız olduğunu əsas gətirərək, müqavilənin etibarsız hesab edilməklə çıxarışların ləğv edilməsi və onun adına dövlət reyestr tərəfindən çıxarışın verilməsi öhdəliyinin qoyulmasını tələb edir.

26. Cavabdeh3 isə torpaq sahəsinin qüvvədə olan məhkəmə aktı əsasən Cavabdeh2 ilə birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə 1/2 hissədə payları müəyyən edildiyindən, iddianı əsassız olduğunu və bu tələb üzrə müddətin ötürüldüyünü də qeyd edərək, iddia tələbinə etiraz edir.

27. Baxılan iş üzrə iddiaçı tələbinin faktiki halları kimi Cavabdeh2 tapşırıq müqaviləsindən irəli gələn öhdəliyi icra etməyərək (müqavilənin iddiaçının valideynlərinin adından bağlamadığını) əqdin hüquqi nəticə yaratmaq niyyəti olmadığını əsas gətirərək, həmin əqdin etibarsızlığını və onun əsasında əldə edilmiş çıxarışların ləğv edilməklə adına çıxarışın verilməsini tələb edir.

28. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə isə qətnaməsində bəzi qanun vericilik normalarını sadalayaraq tələbi rədd etsə də, iddianın qanuni əsası olan maddi hüquq normasının şərtləri ilə iddiaçının bildirdiyi hallar arasındakı uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparmamış, tətbiq edilən maddələr baxımından iddianın rədd olunması səbəblərini lazımı şəkildə əsaslandırmamışdır.

29. İşdən görünür ki, Cavabdeh1 12.*4.2*14-cü il tarixli AN-İ № *4239*1 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1i yerləşən *.*7*3 ha torpaq sahəsinin, *.*5 ha torpaq sahəsini Cavabdeh2 1**** (on min) manata satmış və sonuncu həmin əqdə əsasən mübahisələndirilən torpaq sahəsinə müvafiq çıxarış əldə etmişdir. Həmin əqd üzrə pul vəsaiti də iddiaçı tərəfindən deyil, məhz Cavabdeh2 tərəfindən ödənilməsi satıcı olaraq Cavabdeh1 birinci instansiya məhkəməs ində verdiyi izahatında da bir daha öz təsdiqini tapmışdır.

30. Hazırki işdə mövcud əqdin bağlanması zamanı əqdin tərəflərinin hüquqi nəticələr yaratmaq məqsədi olmadan görünüş üçün bağlanması halları müəyyən edilməmiş, əksinə onların müqavilədəki hüquqi nəticənin yaratmaq niyyətlərinin olmuş, bu hal həmin əqdin tərəfi olmuş Cavabdeh1 birinci instansiya məhkəməsində verdiyi izahatında (torpağın alqısatqısı zamanı pulun Cavabdeh2 tərəfindən ödənilməsi) öz əksini tapmış, o cümlədən torpaq sahəsi əqdin bağlanmasından sonra Cavabdeh2 təhvil verilməklə 14.*5.2*14-cü ildə sonuncunun mülkiyyətinə keçmiş və daha sonra onunla digər Cavabdeh3 arasında birgə nikah dövründə əldə edilmiş əmlak kimi 2*19-cu ildə məhkəmənin qətnaməsi əsasında bölünməklə hər birinin həmin torpaq sahəsinə ½ hissədə payları müəyyən edilərək, *8.*5.2*2* və *8.*5.2*21-ci il tarixli müvafiq çıxarışlarla rəsmiləşdirilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi həmçinin Cavabdeh2 məhkəmə iclasında verdiyi iddia ilə bağlı etirafedici izahatını digər cavabdeh İ.Hüseynovla birgə nikah dövründə əldə edilmiş əmlakın aktivindən çıxarılması kimi qiymətləndirərək, onun bu izahatını inandırıcı hesab etməmişdir.

32. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin müəyyən edilmiş halları iddiaçının mübahisələndirdiyi əqdin etibarsızlığı Mülki Məcəllənin 34*.2-ci maddəsində müəyyən edilmiş yuxarıda sadalanan dispozisiya şərtlərinə uyğun olmadığından, iddia tələbi bu hissədə təmin edilməməlidir.

33. Apellyasiya instansiyası məhkəməsi müddətin tətbiqi barədə cavabdehin ərizəsinə əsasən qeyd etmişdir k i, əhəmiyyətsiz əqdlərin etibarsızlığı ilə bağlı qanunvericilikdə müddət müəyyən edilmədiyindən, o cümlədən iddiaçının hazırki mübahisə üzrə əldə etmək istədiyi (tanınmalı olan) mülkiyyətin müdafiəsi ilə bağlı olduğundan, hazırki mübahisəyə müddətin tətbiqinə zərurət yoxdur.

34. İddia tələbinin mövcud alqı-satqı müqaviləsi əsasında verilmiş 14.*5.2*14-cü il tarixli, *8.*5.2*2*-ci il tarixli və *8.*5.2*21-ci il tarixli çıxarışların ləğvi hissəsinə gəldikdə isə qeyd edir ki, Mülki Məcəllənin 14*-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə dax il edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 1* mart 2*2*-ci il tarixli qərarına əsasən dövlət reyestrinin məzmunun həqiqiliyinin və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrin ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır (N.Hacıyevanın şikayəti üzrə 2*19-cu il *7 avqust tarixli Qərarı).

36. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi 14.*5.2*14-cü il tarixli çıxarış mövcud alqı-satqı müqaviləsi əsasında əldə edildiyindən və həmin əqd məhkəmə tərəfindən etibarsız hesab edilmədiyindən, 14.*5.2*14-cü il tarixli çıxarışın o cümlədən, *8.*5.2*2*-ci il və *8.*5.2*21-ci il tarixlərdə qeydiyyata al ınmış çıxarışların isə qüvvədə olan məhkəmə aktları əsasında əldə edildiyindən, həmin çıxarışların ləğv edilməsi barədə iddia tələbi əsassız olduğundan, təmin edilə bilməz.

37. İddia tələbinin onun adına daşınmaz əmlakın dövlət reyestrdə müvafiq çıxarışın verilməsi öhdəliyinin qoyulması hissəsinə gəldikdə isə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsi üzərində cavabdehlər Abbas və İradə Hüseynlinin adına mülkiyyət hüquqları ləğv edilmədiyindən, iddia tələbi bu hissədə də təmin edilməməlidir.

38. Beləliklə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.

39. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14*, 152.1, 152.4, 324.1, 324.2, 324.5, 337.1, 337.2, 34*.2, 777.1, 777.2-ci, maddələri, Mülki Prosessual Məcəlləsinin 372.1, 372.7, 382, 384.*.2, 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4, 392 və 4*5-ci maddələrinə; Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2**4-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 1* mart 2*2*-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

40. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin *7 may 2*24-cü il tarixli,2(1*5)-631/2*24 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi bar ədə qərar qəbul edilməsini xahiş etmişdir.

41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə digər Cavabdeh1 arasında ünvan 1ində yerləşən *.*5 ha torpaq sahəsinin alqı-satqısı barədə müqavilə alqısatqımünasibətləri faktiki olaraq Cavabdeh1 ilə İddiaçı qızı arasında baş verdiyindən əhəmiyyətsiz əqddir. Məhkəmə iclasında Cavabdeh2 iddianı tam qəbul etmişdir. Cavabdeh1 isə suallara natamam cavab verərək, cavab verməkdən yayınaraq məhkəməyə həqiqəti bildirməmişdir. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi tərəfindən bəzi şəxslərin şahid qismində dindirilməsi barədə vəsatətimiz qanunsuz şəkildə təmin edilməmişdir.

42. Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi də yalan əqd olmuşdur. Çünki faktiki olaraq Cavabdeh1 ilə İddiaçı arasında kı əqdi pərdələmək üçün bağlanmışdır. Cavabdeh2 işə birinci instansiya məhkəməsində baxıldığı zaman məhkəmə iclasında iştirak edərək iddianı tam qəbul etsə də məhkəmə öz qətnaməsində həmin cavabdehin ümumiyyətlə iştirak etmədiyini qeyd etmişdir. Cavabdeh1 isə iddianı qəbul etməsə də verilən heç bir suala dəqiq cavab verməmiş, sualla aydınlaşdırılması istənilən məsələdən kənar cavab vermiş və bəzi suallara isə aqressiv cavab vermişdir. Bundan sonra Cavabdeh2 apellyasiya məhkəməsində iddianı qəbul etdiyini, apellyasiya şikayətinin təmin olunmasına etiraz etmədiyini bildirsə də, məhkəmə bunu Cavabdeh3 ilə birgə nikah dövründə əldə edilmiş əmlakın aktivindən çıxarılması kimi qiymətləndirmişdir. Halbuki, burada sözügedən formal alqı-satqımüqaviləsi X4 ilə Cavabdeh2 arasında bağlanmışdır. Məhkəm ənin Cavabdeh2 etirafedici izahatını bu şəkildə dəyərləndirməsi, eyni zamanda iş üzrə şahidlərin dindirilməməsi bir daha onu təsdiq edir ki, məhkəmə işə obyektiv olaraq baxmamışdır. Bundan əlavə məhkəmənin tərəflərin bərabərliyi prinsipini pozaraq işə baxması iş üzrə həqiqətin ortaya çıxmasına maneə olmuşdur. Hətta məhkəmə Cavabdeh2 etirafedici izahatını“nikah dövründə əldə edilmiş əmlakın aktivindən çıxarılması” kimi qiymətləndirsə də bu qənaətə gəlmək üçün nəyi əsas götürdüyünü qeyd etməmişdir.

43. Mübahisəli torpaq sahəsi üzrə alqı-satqı müqaviləsinin bağlanması üçün Məmmədov X2 Abbas Həbib oğluna Sumqayıt “ASAN” xidmət mərkəzinin notariatında etibarnamə vermişdir. Bu hal məhkəmədə tərəflərindən qeyd olunsa da, həmin hal üzrə ətraflı araşdırılmanın aparılması üçün şahidlərın dindirilm əsinə dair vəsatət təqdim olunsa da məhkəmə buna heç bir münasibət bildirməmişdir. Burada ətraflı və obyektiv araşdırmadan söhbət gedə bilməz. İş üzrə sübutların təqdim olunması tələb olunur. İddiaçı tərəf olaraq sübutların əldə edilməsi üçün vəsatətlər verirlər. Məhkəmə isə heç bir əsas olmadan vəsatətləri rədd edərək iş üzrə halların müəyyən edilməsi üçün heç bir təşəbbüs göstərmir.

44. Məhkəmə tərəflərin qarşılıqlı münasibətinə nəzər yetirməmiş, sadəcə cavabdehlərin mövqeyindən çıxış etmiş, tərəflərindən araşdırılması tələb olunan hallara ümumiyyətlə, nəzər yetirməmişdir. Belə olduğu halda iş üzrə faktiki halların müəyyən edilməsi əlbəttə ki, qeyri-mümkün haldır. Əgər müqavilənin etibarsızlığı tələbinə dair araşdırılma aparılırsa sadəcə əsaslanma kimi həmin müqavilənin bir tərəfinin iza hatını(Cavabdeh1), eyni zamanda sadəcə iş üzrə maraqlı olan, nikah dövründə əldə edilmiş əmlakda payı müəyyən edilən şəxsin izahatının əsas götürülməsi, daşınmaz əmlakdan çıxarışlara istinad edilməsi nə dərəcədə reallığın ortalığa çıxarılması üçün əsas ola bilər. Halbuki, işin ən vacib tərəfi həmin müqavilənin bağlanmasına kimi olan hallardır. Bunlar isə məhkəmə tərəfindən araşdırılmamış, ümumiyyətlə, buna təşəbbüs belə göstərilməmişdir.

45. Burada ətraflı və obyektiv araşdırmadan söhbət gedə bilməz. İş üzrə sübutların təqdim olunması tələb olunur. İddiaçı tərəf olaraq sübutların əldə edilməsi üçün vəsatətlər veririk. Məhkəmə isə heç bir əsas olmadan vəsatətləri rədd edərək iş üzrə halların müəyyən edilməsi üçün heç bir təşəbbüs göstərmi

46. İddiaçı şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3, 34*.2-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3, 38*.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

48. Maddə 14*. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

49. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmla ka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

50. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

51. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

52. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

53. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

54. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

55. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

56. Maddə 34*.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

57. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətlə ri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

58. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişin də əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

62. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

64. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin süb utların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

65. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

67. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardad ını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

68. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

69. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

71. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarını n pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

73. Məhkəmə kollegiyası kassasiya şikayətinin həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi tərəfindən bəzi şəxslərin şahid qismində dindirilməsi barədə vəsatətlərini qanunsuz qanunsuz şəkildə təmin etmədiyi barədə dəlili ilə əlaqədar qeyd edir ki həmin dəlil əsassızdır.Belə ki, iş üzrə birinci instansiya məhkəməsinin 21 noyabr 2*23-cü il tarixli məhkəmə iclas protokolu(İş v.88) və Vəkil1 21.11.2*23-cü il tarixli ərizəsi (iş v. 84) ilə təsdiq edilir ki, bəzi şəxslərin şahid kimi dindirilməsi haqqında vəsatət həmin gün verilmiş və vəsatət məhkəmə tərəfindən müzakirə edilərək məhkəmənin baxış icla sı olduğundan və bütün sübutlar, vəsatətlər məhkəmənin hazırlıq iclası zamanı verilməli olduğundan, baxış iclasının çıxış mərhələsində olduğu nəzərə alınaraq vəsatət təmin edilməmişdir.Həmçinin iş üzrə apellyasiya instansiya məhkəməsinin *7 may 2*24-cü il tarixli məhkəmə iclas protokolu (iş v. 178-179) ilə təsdiq edilir ki, iddiaçının nümayəndəsi Vəkil1 bəzi şəxslərin şahid qismində dindirilməsi barədə vəsatəti müzakirə edilmiş və iddiaçının nümayəndəsi Vəkil1 vəsatəti əsassız olduğundan, birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlar apellyasiya instansiyasında məhkəmə baxışının predmetinə aid olmadığından təmin edilməmişdir.Məhkəmə kollegiyası belə hesab edir ki, məhkəmələr tərəfindən müvafiq vəsatətlər təmin edilməzkən prosessual hüquq normalarının tələbi pozulmamışdır. 7

4. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

76. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 may 2*24-cü il tarixli 2(1*5)-631/2*24 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar