Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3410/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X5 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X3 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-745/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Sabit Bəhrəmzadə) xx xxxxxx 2019-cu il tarixli, 2(003)-1912/2019 saylı qətnaməsi ilə iddia qismən təmi n edilmiş, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Türkan Üzümçülük sovxozu ünvanında yerləşən torpaq sahəsində olan iki otaqlı (41,58 kvadrat metr olan) və mətbəx kimi (30,07 kvadrat metr) nəzərdə tutulmuş tikililərdən Cavabdeh1 çıxarılması və İddiaçı Hüseynalı qızının həmin tikililərə köçürülməsi, Cavabdeh2 Hüseynalı oğlu tərəfindən sökülmüş daş hasarın (uzunluğu 9 metr, hündürlüyü 11 mişar daşı olan) onun öz vəsaiti hesabına bərpa olunması qət olunmuş, iddia qalan hissələrdə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Zaur Əliyev, Fuad Talışinski) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləiş üzrə cavabdehlər tərəfindən birgə verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsin in xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən – «Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Türkan Üzümçülük sovxozu ünvanında yerləşən torpaq sahəsində olan iki otaqlı (41,58 kvadrat metr) və mətbəx kimi (30,07 kvadrat metr) nəzərdə tutulmuş tikililərdən Cavabdeh1 çıxarılması» hissədə ləğv edilmiş, iddia həmin tələblə bağlı hissədə rədd edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «sahiblik hüququnun tanınması, tikililərdən və torpaq sahəsindən çıxarılma, həmin tikililərə və torpaq sahəsinə köçürülmə, müdaxilə edilməsinə qadağan olunması, dəymiş ziyan və pul» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda xüsusi mülkiyyət hesa b olunan həyət evində yerləşən ümumi sahəsi 41,58 kvadrat metr olan 2 otaqlı fərdi evə və 30 kvadrat metr olan 1 otaqlı mətbəxə iddiaçının mülkiyyət hüququ, o cümlədən miras pay qalmış həmin tikililərin altında olan və onlara bitişik 2 sot həyətyanı torpaq sahəsinə iddiaçının faktiki sahiblik hüququnun tanınması, cavabdehlərin həmin tikililərdən və 2 sot torpaq sahəsindən çıxarılması, iddiaçının həmin yerə köçürülməsi və cavabdehlərin həmin yerə hər hansı müdaxilə etmələrinin qadağan edilməsi, 2017-ci ilin sentyabr ayından hazırki günədək həmin əmlaklar cavadehlər tərəfindən özbaşına zəbt edildiyindən və miras əmlak yaşayış sahəsi 48,1 kvadrat metr və köməkçi sahəsi 23,5 kvadrat metr olan ümumilikdə 7,16 kvadrat metr olan 2 otaqdan ibarət yaşayış evi özbaşına özgəninkiləşdirildiyindən ca vabdehlərdən müştərək qaydada daşınmaz əmlaklara görə mülkiyyət, sahiblik və istifadə hüquqlarının itirilməsinə görə kirayəçi kimi yaşamağa görə ödənilmiş 3000 manat pul, bankdan götürülən kredit görə 2600 manat borc, hüquqi yardım üçün 300 manat pul, məhkəməyə müraciət üçün 60 manat dövlət rüsumu, dağıdılmış daş hasarın bərpa olunması və ya onun bərpası üçün 1500 manat və miras əmlakdan itirilmiş miras pay üçün 2000 manat, cəmi 9460 manat maddi ziyana görə, mənəvi zərərə görə 10000 manat olmaqla, ümumilikdə 19460 manat kompensasiyanın cavabdehlərdən tam tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən faktiki sahəsi 71,6 kvadrat metrdən ibarət ümumi həyətdə, iddiaçıya məxsus olan ümumi sahəsi 41,58 kvadrat metr olan 2 otaqlı fərdi ev və 1 otaqlı mətbəx cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Cavabdehlər iddiaçını özünün yaşayış yerindən qanunsuz olaraq özbaşınalıqla zorla çıxarmışlar. Ev əşyalarını darmadağın etmişlər. Belə zorakı, özbaşına hərəkətlər nəticəsində iddiaçı 2017-ci ilin sentyabr ayının əvvəlindən öz əmlakından tamamilə məhrum olmuşdur. Cavabdehlər əməllərinə qanuni don geyindirmək üçün aidiyyatı qurumlara və ətrafda yaşayan sakinlərə bildirmişlər ki, guya iddiaçı psixi pozuntudan əziyyət çəkir. Əxlaqsız həyat tərzi yaşayır. Ona görə o, mütəmadi olaraq ailədə dava-dalaş salır, münaqişə yaradır. Cavabdehlərin belə özbaşına əməlləri nəticəsində iddiaçı həm özünə məxsus əmlaklardan məhrum olub yaşadığı yerdən qovulmuşdur, həm də ona maddi və mənəvi zərər vurulmuşdur. Bununla əlaqədar ilk dəfə Xəzər Rayon Məhkəməsinə müraciət edilmiş, müəyyən olunmuşdur ki, iddiaçının evi və 1 otaqlı mətbəxi onun mərhum anası X8 məxsus həyət evində sağlığında tikilmişdir. xx.xx.2018ci il tarixdə ekspertiza keçirilərək həmin daşınmaz əmlakların qiyməti müəyyən olunmuşdur. Lakin, Cavabdeh2 barışıq yolu ilə mübahisənin həll edilməsini məhkəmədən xahiş etmiş, bu səbəbdən də iş baxılmamış saxlanılmışdır. Lakin, məhkəmədən sonra cavabdehlər özlərində saxladıqları mərhuma məxsus miras əmlakın sənədlərin əsillərini və mərhuma aid sənədlərin əsillərini verməkdən imtina etmişlər. İddaçı anasından qalan 2 sot ərazi üçün mirasın açılması və qəbulu üçün məcbur olub müvafiq zəruri sənədlərin dublikatlarını almışdır. B u sənədlər əsasında anasına məxsus yerə dair verilmiş qeydiyyat vəsiqəsinin əslini əldə etmişdir və bu əsaslarla xx.xx.2019-cu il tarixli çıxarış əldə etmişdir. 2018-ci ilin dekabr ayında vərəsəlik qanunla açılmışdır. İddiaçı Hüseynova Ailə varis kimi vərəsəlik şəhadətnaməsi almışdır. Lakin, mərhum anasına məxsus mülkiyyətə dair plan (texniki pasportu) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsindən ala bilməmişdir. xx xxxxxx 2018-ci il tarixdə iddiaçının qeydiyyatda olduğu ünvana baxış keçirilmişdir. Məlum olmuşdur ki, cavabdehlər həyətyanı sahənin bir hissəsini və qeydiyyat vəsiqəsində qeyd edilən 2 otaqlı evi özbaşına qonşuya satmışlar. Cavabdeh1 iddiaçının zəbt etdiyi 2 otaqlı evində yaşayır. Digər cavabdeh ərazidə qalmış digər tikilini icarəyə vermişdir. Cavabd ehlər özbaşına hərəkətləri ilə iddiaçının əmlaklarını ələ keçirməklə əsassız olaraq zənginləşmişlər. Nəticədə bəlli olmuşdur ki, cavabdehlər əslində ədalətli kompensasiyanın verilməsi ilə bağlı məhkəmənin qəbul etməli olduğu məhkəmə qətnaməsinin qəbul edilməməsi üçün barışığı bəhanə edərək məsuliyyətdən yayınmışlar. Cavabdehlər barışığa nail olmaq üçün heç bir tədbir görməyiblər, iddiaçını və məhkəməni aldatmışlar. Vədlərinə əməl etməmişlər. Heç bir kompensasiya ödəməmişlər. Zorakılıqla özbaşına zəbt etdikləri fərdi yaşayış evini boşaltmamışlar. İddiaçı isə öz oğlu ilə birgə köməksiz vəziyyətdə qalmışdır. Öz əmlakından məhrum olduğundan 2017-ci ilin sentyabr ayından hazırki günədək kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Hazırda da Hövsan qəsəbəsində kirayəçi kimi yaşayır. Evdə olan bı r sıra məişət avadanlıqları(paltar yuyan, televizor, ütü, tozsoran, yataq dəsti və s.) yararsız hala salınmış və yataq dəstləri (yorğan döşək və s.) əşyaları və özünün bır sıra pal-paltarı yararsız hala salındığından, bankdan 17010-0488/016225 saylı xx xxxxxxx 2017-ci il tarixində 24 ay müddətində illik 30% olmaqla 2000 manat kredit götürmək məcburiyyətindən qalmışdır. 2600 manatı o, banka geri qaytarmalıdır. Hazırda da ödənişlər edir. İddia tələbində maddi zərərlə bağlı tələblər qeyd edilsə də, bankdan götürülmüş kreditin qaytarılması ilə bağlı tələb qeyd edilməmişdir. İddiaçı cavabdehlərin özbaşına hərəkətlərindən zərər çəkdiyindən həmin maddi ziyanın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair tələb də məhkəmə tərəfindən təmin edilməlidir. Həmçinin, tələb ondan ibarətdir ki, ca vabdehlər həm iddiaçının 2 otaqlı fərdi yaşayış evini və 1 otaqlı mətbəxi ələ keçirtmişlər, həm də iddiaçının varis olduğu yaşayış sahəsi 48,1 kvadrat metr və köməkçi sahəsi 23,5 kvadrat metr olan ümumilikdə 71,6 kvadrat metr olan 2 otaqdan ibarət yaşayış evi, yan həddində həyət kiçildilmiş, qonşu tərəfindən hasara alınmışdır. Yəni miras əmlak yoxdur. İddiaçı həmin ünvanda rəsmi qeydiyyatda olsa da, onun miras payı ələ keçirilərək mənimsənilmişdir. Öncəki məhkəmə prosesində mübahisələrindirilən iddiaçıya məxsus 2 otaqlı fərdi yaşayış sahəsi və 1 otaqlı mətbəxin dəyəri ilə bağlı xx.xx.2018ci il tarixində məhkəmə əmtəəşunaslıq ekspertizası keçirilmişdir. Mübahisə edilən 41,58 kvadrat metr olan 2 otaqlı fərdi ev və 30 kvadrat metr 1 otaqlı mətbəxin dəyəri 29500 manat müəyyən edilmişdir. Cav abdehlər qabaqcadan əlbir olub həm iddiaçıya məxsus daşınmaz əmlakları ələ keçirtmişlər, həm də miras əmlakı mənimsəyib satmışlar. Odur ki, iddia tələbində iddiaçı daşınmaz əmlaklarına və miras əmlaka olan mülkiyyət, sahiblik və istifadə hüququnu itirdiyinə görə 29500 manat maddi ziyanı tələb edilməsi hüquqa uyğundur. Baş verən hadisədən isə keçirdiyi mənəvi sarsıntılar nəticəsində travmatik stres pozuntusundan psixi sağlamlığı pozulmuşdur, çünki onun hüquqlarını kobud şəkildə pozan atası və qardaşıdır. Emosionallığı yüksək dərəcədə olduğundan nitqində azacıq qüsurlar yaranmış, fikrini asanlıqla ifadə edə bilmir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: İddiaçı kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.Apelyasiya məhkəməsi biləbilə tikililəri özbaşına tikili kimi qeyd edib, cavabdehlərin vərəsəliyi rəsmi qəbul etməməsini və bu səbəbdən payların müəyyən edilməməsini əsas gətirərək cavabdehin həmin evdən çıxarılmasının rədd edilməsi haqda qətnamə qəbul edib. Cavabdehlərin belə istifadəyə hər hansı qanuni müdaxiləsi üçün əsasları olmayıb, hazırda da yoxdur. Məhkəmənin mövqeyi üzrə cavabdehlərin qərəzli şəkildə miras payı uzun müddət üzrsüz səbəblə rəsmi şəkildə almaması, miras payların rəsmi müəyyən edilməməsi, bu əsasla cavabdehin mirasa daxil olmayan iddiaçıya məxsus əmlakından istifadə hüququnun olması və ondan istifadə etməsi ədalətlidir. Lakin, belə yanaşma iddiaçının ona məxsus miras payından və mirasa daxil olmayan özünə məxsus əmlakından sərbəst, maneə olmadan istifadəsinin məhdudlaşdırılması hesab edilməklə aşkar hüquqdan sui-istifadə etmə hesab olunur. İddiaçı daimi şəkildə hər hansı maneə olmadan iddia etdiyi 2 sot torpaq sahəsinə istifadə hüququnu mülkiyyətçinin sağlığında əldə edib 7 il müddətində üzərində fərdi ev və mətbəxi tikdirməklə mülkiyyətçinin ölümündən sonra torpağ sahəsini faktiki vərəsə kimi qəbul edib təsərrüfatı idarə edib, daimi şəkildə yaşayıb. Ona görə hesab olunur ki, sənədsiz tikililərin olduğu ümumi həyət 18 ildən artıq müddətdə mülkiyyətçi miras qoyanın və əvvəlki mülkiyyətçinin daimi istifadəsində olduğundan dövlət hakimiyyəti orqanları faktiki olaraq vətəndaşların həmin torpaq sahəsinə sahiblik hüququnu tanıyıb. Apelyasiya instansiyası məhkəməsi prosessual hüquq pozuntusuna yol vermişdir. Belə ki, işə kollegial tərkibdə baxılmasına baxmayaraq qətnamə bir hakim tərəfindən imzalanmışdır. Bu isə kobud prosessual pozuntu kimi qəbul edilməlidir. Tərəflərin izahatları: İddiaçı vəkili X6 məhkəmə kolegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kolegiyası Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktl ara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbini qismən təmin edilən hissədə birinci instansiya məhkəməsinin qətanaməsinin apelyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmasını cavabdehlər mübahisələndirmirlər. Ona görə də qətnamənin həmin hissəsi hazırki kasasiya baışının həddlərini təşkil etmir. Əsaslandırma: Məhkəmə kolegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddiaçının kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, x1 yerləşən ev 1999-cu il tarixdə X1 adına ilkin olaraq qeydiyyatdan keçmişdir. X4 (sənəddə olduğu kimi) Abşeron rayon 2 saylı DNK-nın xx.xx.2004-cü il tarixli 4Ə-9-1079 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən əmlakı X8 (arxiv əsaslarında təvəllüdü qeyd edilməmişdir) satmışdır və mülkiyyətindədir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi, Türkan üzümçülük sovxozunda yerləşən yaşayış sahəsi 48,1 kvadrat metr, kömək çi sahəsi 23,5 kvadrat metr ibarət olan yaşayış sahəsi 2004-cü ildə X7 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Türkan üzümçülük sovxozunda yerləşən ev X7 adına qeydiyyat keçmişdir. Daşınmaz əmlakın ümumi sahəsi 71.6 kvadrat metr, torpaq sahəsi isə 0.00888 hektar olmaqla dövlət mülkiyyətindədir. Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarix də Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh1 Hüseynəli oğlu, anası X9r. Xəzər Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 972592 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində ölmüşdür. İşdə olan Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə ölmüş X7 vərəsəsi qızı İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Türkan Üzümçülük sovxozu miras əmlakdan ¼ hissədə pay almalıdır. Həmin ünvana aid ¾ hissə pay açıq qalır. Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi, Türkan üzümçülük sovxozunda yerləşən mübahisəli yaşayış sahəsinin X7 (iddiaçının anası, Cavabdeh2 anası, digər Cavabdeh1 arvadı) adına mülkiyyət hüquq u üzrə qeydə alınması, sonuncunun xx.xx.2014-cü ildə vəfat etməsi işin mübahisə olunmayan hallarıdır. Birinci instansiya məhkəməsi işdə olan sübutlara və şahid ifadələrinə əsaslanaraq iddianı qismən təmin etmiş, mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan tikililər iddiaçı tərəfindən inşa edildiyindən, iddiaçı həmin tikililərə köçürülməli, eyni zamanda iş üzrə Cavabdeh1 həmin tikililəri (iki otaq və mətbəxdən ibarət) zəbt etməklə orada yaşadığından, oradan çıxarılmalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə (Cavabdeh1 mübahisəli sahədən çıxarılması hissədə) razılaşmayaraq qeyd etmişdir ki, işin mübahisələndirilməyən faktiki hallarına əsasən tərəflərin istifadəsində olan torpaq sahəsində miras qalmış evlə yanaşı, həmçinin hazırki iş üzrə mübahisə predmeti olan tikililər (özbaşına tikililər) mövcuddur. Eyni zamanda, işin faktiki hallarından və tədqiq olunmuş sübutlardan göründüyü kimi, istər iddiaçı, istərsə də Cavabdeh1 mübahisəli tikililərdə yaşamaqla müəyyən müddət ərzində oradan istifadə etmişlər (Cavabdeh1 hazırda da oradan istifadə edir). Birinci instansiya məhkəməsi şahid ifadələrinə əsaslanaraq tikililərin məhz iddiaçı tərəfindən inşa olunmasını və sonuncuya məxsus olması nəticəsinə gəlmiş, bu səbəbdən də Cavabdeh1 həmin sahədən istifadəsinin qanunsuz olmasını müəyyən etmişdir. Halbuki, Mülki Məcəllənin 180-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış e vi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Göründüyü kimi, qanunverici özbaşına tikililərə münasibətdə əmlak hüquqlarının hansı halda yaranmasını dəqiq tənzimləmişdir. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə t ərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. İşin hallarından isə görünür ki, mübahisəli ünvanda yerləşən daşınmaz əmlaklara dair tərəflərin (qanun üzrə vərəsələrin) hamısının vərəsəlik üzrə alacaqları paylar tam müəyyən olunmamış, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. İşdə yalnız iddiaçının miras əmlakdan ¼ hissədə pay almalı olmasına dair qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə vardır ki, həmin pay da ümumi olaraq əmlak üzrə müəyyən olunmuşdur. Yəni, hazırki vaxtda miras əmlakın vərəsələr arasında bölüşdürülməsi prosesi başa çatmamış, daşınmaz əmlakın hansı hissəsinin kimin mülkiyyətinə keçməsi (payların müəyyən olunması, naturada bölünməsi və s.) müəyyən olunmamışdır. Eyni zamanda, mübahisəli tikililərin yerləş diyi torpaq sahəsindən istifadə ilə bağlı məsələlər də öz həllini tapmamışdır (mübahisəli ünvan üzrə 1999-ci ildə tərtib edilmiş texniki pasportda faktiki torpaq sahəsinin 710 kvadrat metr olması qeyd edilmişdir). Belə olan halda apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki vəziyyətdə tərəflər həm vərəsələr, həm də ailə üzvlərikimi ən azından uzun müddət ərzində istifadə etdikləri əmlakdanbərabər istifadə etmək hüquqlarına malikdirlər. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ai lə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayışsahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Göründüyü kimi, işin faktiki halları və araşdırılmış sübutlarla cavabdehin hazırki vəziyyətdə mübahisəli əmlakdan faktiki istifadəsinin qanunsuz olması müəyyən edilmir. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibli yində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Qeyd edilən şərtlərin mövcud olmaması (iddiaçı tərəfindən sübuta yetirilməməsi) iddia tələbinin rədd olunması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və on lardan istifadə etməlidir. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, gələcəkdə tərəflərin daşınmaz əmlaklar üzərində mülkiyyət payları müəyyən olunaraq konkretləşdikdən (naturada bölgü və s.) sonra, onlar mülkiyyətlərinə düşən əmlakla bağlı hissələrdə qanunvericiliyin tələblərinə uyğun müvafiq tələb hüquqlarını tam həcmdə həyata keçirməyə (həmçinin, mülkiyyətin başqasının qanunsuz sahibliyindən alınması və s.) haqlıdırlar. Yuxarıda qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Türkan Üzümçülük sovxozu ünvanında yerləşən torpaq sahəsində olan iki otaqlı (41,58 kvadrat metr olan) və mətbəx kimi (30,07 kvadrat metr) nəzərdə tutulm uş tikililərdən Cavabdeh1 çıxarılması hissədə ləğv edilməli, həmin iddia tələbi rədd olunmalı, qətnamə apelyasiya şikayətinə əsasən qalan hissədə (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin mübahisələndirilən hissələrind ə apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissələrdə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kasasiya şikayətində iş üzrə çıxarılmış məhkəmə qətnaməsinin bir hakim tərəfindən imzalanmasını qeyd etmişdir. Lakin işdən görünür ki, iddiaçının bu dəlili formal mülahizədən ibarətdir. Məhkəmə qətnaməsi məhkəmə tərkibinə daxil olan hər bir hakim tərəfindən imzalanmışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən həmin dəlillərə qiymət verilmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddiaçının kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolegiyası Qərara alır: İddiaçı kasasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-745/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi id diaçının kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3410/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3410/2020
22.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver