Məhkəmə qərarları › İş №2(102)-3414/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3414/2021

01.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3414/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiаçı İddiaçı cаvаbdeh Cavabdeh qаrşı iş üzrə QƏRARİ (Açar sözlər: faktiki nikahda olduğu qadından pul tələbi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Cаvаbdeh Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı pul tələbinə dair Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-217/2021 nömrəli, 28 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfində n verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh 2011-ci ildən faktiki nikah münasibətlərində yaşamışlar. 2012-ci ildə Göyçay şəhəri, H Əliyev prospekti 87 saylı evin, 36 saylı mənzili Cavabdeh adına alqı-satqı müqaviləsi əsasında keçmişdir. İddiaçının deməsinə görə satın alınan mənzilin dəyəri tam olaraq onun tərəfindən ödənilmişdir. 2013-cü ildən tərəflərin münasibəti pozulmağa başlamış və iddiaçının deməsinə görə həmin vaxtdan cavabdeh onu mənzildə yaşamağa buraxmamışdır. Ona görə iddiaçı hazırkı mübahisəni başladaraq mənzilin alınmasına verdiyi pulların hamısının cavabdehdən tutulmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icr aat

2. İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı iddia qaldıraraq Göyçay şəhəri, H.Əliyev prospekti, 87 saylı evin, 36 saylı mənzilinin alınmasına görə onun tərəfindən ödənilmiş 52000 ABŞ dolları pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarımasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 2011-ci ilin may ayından faktiki nikah münasibətlərində olmuşdur. Həmin müddətdə onların uşaqları doğulmamışdır. Cavabdehlə Göyçay şəhərində kirayə götürdüyü evdə yaşamış, 2012-ci ildə isə mənzil almaq qərarına gəlmiş və bununla bağlı yaşayış sahəsi axtarmağa başlamışdır. Göyçay şəhəri H. Əliyev prospekti 87 saylı evin 36 saylı mənzilinin satılması barədə ona məlumat verilmişdir. Cavabdehlə bu ünvana gedərək mənzilin şəraitinə baxmışl ar. Mənzil 3 otaqlı və normal təmirli olmaqla, yaşamaq üçün çox əlverişli şəraitdə idi. Bir həyat yoldaşı olaraq cavabdehin də həmin mənzili bəyənməsini və alınmasını arzu etdiyini görüb, sözügedən mənzili almaq qərarına gəlmişdir. Mənzilin mülkiyyətçisi olan X1 mənzili neçəyə satmasını soruşduqda sonuncu mənzili 52000 ABŞ dollara satdığını bildirmişdir. X2 mənzili almaq niyyətini gördükdən sonra ondan müqavilə bağlananadək borcunu qaytarmaq uçun ona 52000 ABŞ dollarından 32000 ABŞ dolları pulun verilməsini xahiş etmişdir. Qalan məbləği, yəni 20000 dollar pulu isə notariat kontorunun məktubu əsasında «xxxx» ASC-nin Göyçay filialında notariat kontorunun hesabına qoymuşdur. Mənzilin rəsmiləşdirilməsi ərəfəsində səhhətində olan ciddi xəstəliklə əlaqədar yataqdan qalxa biləcək imkanı olmadığın dan, mənzilin cavabdehin adına rəsmiləşdırılməsinə razılıq vermişdir. 05 noyabr 2012-ci il tarixdə Göyçay rayon notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında mənzili cavabdehin adına rəsmiləşdirilməklə almış və mənzil cavabdehin mülkiyyətinə keçmişdir. Cavabdehlə münasibəti əvvəllər normal olsa da, 28 noyabr 2013-cu il tarixdən bu vaxta qədər kəskin surətdə munasibətlər dəyişməyə başlamışdır. Cavabdeh heç bır əsaslı səbəb olmadan onunla münasibətləri kəsmiş, hətta onun vəsaiti hesabına alınmış mənzilə daxıl olmağa belə imkan verməmişdir

4. Göyçay Rayon Məhkəməsinin (hakim Z.Quliyev) 29 yanvar 2020-ci il tarixli 2(046)-24/2020 nömrəli qiyabi qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair iddiası təmin edilərək Cavabdeh 52000 (əlli iki min) ABŞ dolları məbləğində pulu n ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 10 (on) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 135.2, 157.2, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə prosesdə onun iştirakını təmin etməmiş, iddia müdətinin ötürülməsi ilə verilən tələbə müddətin tətbiq olunması barədə ərizə vermək imkanından məhrum edilmişdir. Şahid ifadələrtinə düzgün hüquqi qiymət verilməmişdir. Mənzilin dəyərinin iddiaçı tərəfindən ödənilməsinə dair heç bir sübut yoxdur. Əksinə notariusun depozit hesabına keçirilmiş 15700 manat pul məbləği onun tərəfindən ödənilməsi təsdiq olunur. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat

7. Şəki Apelyasiya Məhkəməsi MK-nın 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- G.Abbasov (sərlik edən və məruzəçi), M.Hüseynov və E.Hüseynov ) Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş; Göyçay Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli 2(046)-24/2020 nömrəli qiyabi qətnaməsi dəyişdirilmiş; Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmiş 52000 (əlli iki min) ABŞ dolları məbləğində pulun məbləği azaldılaraq 32000 (otuz iki min) ABŞ dolları məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya in stansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2, 6.1.5, 14.2.1, 135.1, 135.2, 157.2, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh kasasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir.

10. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Mənzilin dəyəri onun və qohumlarının vəsaiti hesabına ödənilmişdir. İddiaçı mənzilin dəyərinin onun tərəfindən ödənilməsi halını sübuta yetirə bilməmişdir. Məhkəmə şahid ifadələrinə düzgün hüquqi qiymət verməmişdir. Bundan əlavə iddiaçı müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Dörd ildən artıq müd dət keçdikdən sonra iddiaçı hazırkı tələbi irəli sürmüşdür.

11. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cаvаbdeh Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

13. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə

386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəli yin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

23. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

24. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

25. Maddə 668.1.3. daşınar əşyaların b ağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlıdır.

26. Maddə 673.3. bağışlamadan imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 76.1 və 76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yer ində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

31. Maddə 89.1. Yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

32. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

33. Maddə

389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya in stansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçı və cavabdeh 2011-2012ci illərdə rəsmi nikah bağlamadan faktiki ər-arvad münasibətlərində olmuşlar. Həmin müddət ərzində Göyçay şəhəri H. Əliyev prospekti 87 saylı evin 36 saylı mənzili cavabdehin adına rəsmiləşdirilməklə satın alınmışdır. 2013-cü ildən tərəflərin münasibətləri pozulmuşdur. İddiaçı mənzilin dəyərinin onun tərəfindən ödənilməsi əsası ilə hazırkı iddianı irəli sürmüşdür.

39. Apelyasiya Məhkəməsi belə qənaətə gəlmişdir ki, mənzilin alqı-satqısı üçün notariusun depozit hesabına keçirilmiş 15.700 manat pulu cavabdeh ödəmiş, satıcıya verilmiş 32.000 ABŞ dolları pulu isə iddiaçı ödəmişdir. Ona görə iddia tələbinin həmin məbləğdə təmin olunması ilə razılaşmışdır. Məhkəmə tələbin qanuni əsası kimi əsassız varlanmadan irəli gələn maddi hüquq normalarına istinad etmişdir.

40. Hazırkı qərarın 23-25-ci bəndlərində nəzərdə tutulan maddi hüquq normalarına görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

41. Hazırkı işdə cavabdehin mənzil əldə etməsi mülkiyyətçi X2 ilə bağlanmış alqı-satqı müqaviləsi əsasında baş vermişdir. Apelyasiya Məhkəməsi təsdiq etmişdir ki, həmin müqavilə üzrə ödənilmiş rəsmi ödənişi cavabdeh etmişdir. Müqavilə mübahisələndirilməmiş və hazırda da qüvvədədir. Deməli, cavabdehin mənzili əldə etməsi yox, onun dəyəri olaraq pulun (əşyanın) əsassız əldə edilməsindən söhbət gedə bilər. Çünki, bir daha qeyd olunmalıdır ki, əsassız varlanma o halda baş verir ki, bunun üçün müqavilə əsası olmur, mənzilin əldə edilməsi müqavilə əsasında baş vermişdir.

42. Pul vəsaiti də əşya olduğundan (Mülki Məcəllənin 135.1. maddəsi) əsassız varlanmanın obyekti ola bilər.

43. Ona görə hazırkı işdə məhkəmələrin araşdırmalı olduğu məsələ-iddiaçının cavabdehə mənzil almaq üçün 32.000 ABŞ dolları pul verib-verməməsi, vermişdirsə onu hansı əsasla verməsi ilə bağlı məsələlər olmalı idi.

44. Əvvəla, Məhkəmələr pulun kim tərəfi ndən verilib-verilməməsi halını müəyyən edərkən şübhədənkənar sübutlara istinad etməli, tərəflər arasında münasibətlərin uzun illər əvvəl korlanması, hadisədən uzun müddət keçməsi hallarını nəzərə alaraq sübutların mümkünlüyünü digər sübutlarla birlikdə yoxlamalı idilər. Nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-nin 81-ci maddəsi).

45. Bundan başqa, tərəflərin faktiki nikahda yaşadıqları müddət ərzində iddiaçının cavabdehə mənzil almaq üçün pul vəsaiti verməsi halının təsdiq olunduğu təqdirdə həmin vəsaitin cavabdehə bağışlanması ilə bağlı məhkəmələr dəyərləndirmə aparmamışlar. Mənzilin məhz cavabdehin adına alınması halı da buna ehtimal verirdi. Yo x, əgər həmin pul vəsaiti başqa məqsəd üçün verilmişdirsə, bu halı sübutetmə yükü iddiaçının üzərinə düşür. Onda iddiaçı sübut etməlidir ki, pul vəsaitini cavabdehə bağışlamamışdır, onu müəyyən müddətdən sonra qaytarmaq şərti ilə vermişdir. Lakin, iddiaçı tələbində belə bir dəlili irəli sürməmişdir.

38. Hazırkı qərarın 25-ci bəndində nəzərdə tutulan normaya görə daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlıdır.

26. Nəzəri olaraq hesab etsək ki, 32.000 ABŞ dolları pul birgə nikahda yaşadıqları üçün cavabdehə bağışlanmışdır (ounun mənzil alması üçün, və.s. başqa məqsədlər üçün), iddiaçının bağışlamadan imtinası üçün də müddət buraxılmışdır. Qərarın 25-ci bəndindəki normaya görə bağışlamadan imtina yalnız onun əsasının hədiyyə verənə mə lum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. İddiaçı özü etiraf edir ki, onların münasibətləri 2013-cü ildən pozulmuş, cavabdeh onu mənzilə buraxmamışdır.

47. Bundan başqa, 32.000 ABŞ dolları pulun iddiaçı tərəfindən bağışlanmadığı, cavabdehin onu əsassız əldə etməsi təsdiq olunduğu təqdirdə, yenə də məhkəmə cavabdehin bütün şikayətlərində qeyd etdiyi kimi müddətlə bağlı dəlili yoxlamağa borclu idi.

48. Beləki, hazırkı qərarın 25-ci bəndində nəzərdə tutulan normaya görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

49. Məhkəmə kollegiyası yuxarıda qeyd olun anlara əsasən belə qənaətə gəlir ki, Apelyasiya Məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv olunması üçün əsasdır.

50. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

46. Q Ə R A R A A L D İ: Cаvаbdeh Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-217/2021 nömrəli, 28 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar