Məhkəmə qərarları › İş №2(102)-3415/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3415/2022

13.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3415/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3415/2022 (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi, sübutetmə yükü) Bakı şəhəri, 13 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10313/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ünvan 1 ünvanında yaşayır.

2. İddiaçı 2019-cu ilin iyun ayında evinin təmir işlərinin aparılmasını Cavabdeh (bundan sonra “cavabdeh”) həvalə etmişdir.

3. Mübahisə təmir işləri ilə bağlı zərərin ödənilməsi barədədir. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, vurulmuş maddi və mənəvi ziyana görə 10.000 manat təzminat və ödədiyi rüsumun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçın 2019-cu ilin iyun ayında cavabdehlə telefonla əlaqə saxlamış, evinin təmir işlərinin aparılmasını cavabdehə həvalə etmişdir Cavabdehlə zəhmət haqqı ilə bağlı razılaşmış və evinin açarını cavabdehə təhvil vermişdir.

6. Cavabdeh məqsədli şəkildə yararsız iş görüb, alınan materialları yararsız hala salıb dəfələrlə iddiaçıya onları yenidən aldırmışdır. Cavabdeh müxtəlif bəhanələr gətirərək görəcəyi işin pulunu da əvvəldən almışdır.

7. İddiaçı cavabdehə 650 manat zəhmət haqqı və 10 manatdan yemək pulu vermişdir. Cavabdeh isə iş görməyə saat 12:00-dan sonra gəlib, vaxtın çoxunu telefonla danışıb, yatmış, işini layiqincə görməmişdir, irad bildirəndə də cavabdeh işini yarımçıq qoyub getmişdir. Cavabdeh bir həftəlik işi aylarla uzadaraq eyni mallardan dəfələrlə aldırmaqla həmin malları özü ilə aparmışdır.

8. Birinci instansiya məhkəməsi vurulmuş ziyanının məbləğini müəyyən etmək məqsədilə 18 mart 2021-ci il tarixli qərardadla ekspertiza təyin etmişdir.

9. Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2021-ci il tarixli rəyinə əsasən təmir zamanı görülmüş işlərin əmək haqqı dəyəri sifarişçi ilə podratçı arasında razılaşdırma nəticəsində yarana bilər. Mülki iş materiallarında görülmüş işlərə dair hər hansı razılaşma sənədi və layihə-smeta sənədləri olmadığından, cavabdeh tərəfindən iddiaçıya məxsus mənzildə aparılmış təmir işlərinin dəyərini və həcmini müəyyən etmək mümkün olmadı.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1201/2021 saylı, 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Aygün Həsənova)

11. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən hesab etmişdir ki, iddiaçı cavabdeh tərəfindən ona maddi ziyan vurulmasına istinad etsə də, iddia tələbinin əsasını, istinad etdiyi halları m əhkəmə iclasında sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçının məhkəmə iclasında verdiyi ifadələr hər hansı sənədə, müqaviləyə əsaslanmır. Eyni zamanda, iddiaçı evin təmiri üçün aldığı təmir materiallarının cavabdeh tərəfindən aparıldığını iddia etsə də, həmin əmlakların nədən ibarət olmasını, onların cavabdeh tərəfindən aparılıb geri qaytarılmamasını sübuta yetirə bilməmiş, məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

12. Birinci instansiya məhkəməsi vurulmuş mənəvi ziyana görə 10.000 manat pulun cavabdehdən onun xeyrinə tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə də rədd edilməli dir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.2, 1096.1, 1097.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarı ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandı rılıb.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10313/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1201/2021 nömrəli, 19 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Azad İmanov, Qürbət Əsgərov)

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qənaətini qanuni və əsaslı hesab edərək qeyd edib ki, tərəflər arasında şifahi podrat müqaviləsi bağlanmış və bu müqavilədən irəli gələn münasibətlər yaranmışdır. Cavabdeh evi təmir etməyi, iddiaçı isə zəhmət haqqı olan muzdu ödəməyi öhdəsinə götürmüş, lakin tərəflər arasında yazılı müqavilə olmadığından podratçının (cavabdehin) icra etməli oldu ğu işlər, sifarişçi (iddiaçı) ilə razılaşdırılmış muzdun məbləği və digər halları müəyyən etmək mümkün olmamışdır.

18. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə burada hər iki tərəf öz tələblərini və etirazını əsaslandırmağa borcludur. Cavabdeh tərəf öz hərəkətlərinin qanuniliyini sübuta yetirməli olduğu kimi, iddiaçı da öz tələbini kifayət qədər aydın əsaslandırmalıdır. İddiaçı öz tələbini əsaslandırdığı və sübuta yetirə bildiyi halda onun tələbi keçərlidir. Bunun üçün ilk növbədə şərh olunan faktlar müəyyən edilməlidir. İddiaçı tərəf tələb etdiyi zərərin nəyə əsasən müəyyən edilməsini təsdiq edən dəlilləri təqdim etməmişdir.

19. Mənəvi ziyan tələbi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, vurulmuş mənəvi ziyanın ödənilməsini təmin etmək üçün iddiaçının fi ziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, bu zaman zərərvuran şəxsin təqsirinin müəyyən edilməsi və qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması kimi şərtlər mövcud olmalıdır. Bu hallar isə müəyyən edilmədiyindən iddiaçının tələbi əsassızdır, çünki iddiaçı tərəf öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq Mülki Məcəllənin 752.1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı 23.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşül ür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan ist ifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

25. Kassasiya şikayətində id diaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib və qanuni nəticəyə gəlmişdir. (bax: 15-17-ci bəndlər)

29. İddia tələbi podrat münasibətlərinə əsaslanan öhdəlik üzrə cavabdehdən maddi və mənəvi zərərin tutulması barədədir. İddiaçı tələbinin əsası kimi cavabdehin müqavilə öhdəliklərini pozmasına istinad etmişdir.

30. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə isə cavabdeh evi təmir etməyi, iddiaçı isə zəhmət haqqı olan muzdu ödəməyi öhdəsinə götürsə də, tərəflər arasında yazılı müqavilə olmadığından podratçının (cavabdehin) icra etməli olduğu işlər, sifarişçi (iddiaçı) ilə razılaşdırılmış muzdun məbləği və digər halları müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəf tələb etdiyi zərərin nəyə əsasən müəyyən edilməsini təsdiq edən dəlilləri təqdim etməmişdir.

31. Göründüyü kimi, iddiaçı sübutlara qiymət verməklə işə mahiyyəti üzrə baxan məhkəmələrdə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edəb bilməmişdir. Halbuki qanunvericiliyin tələbinə görə iddiaçının belə bir vəzifəsi vardır.

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməməsinə istinad edərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir.

33. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət k əsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

34. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apelyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir.

35. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirək əsassız hesab edir.

36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rə hbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10313/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar