Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3417/2021 16.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3417/20 (Açar sözlər: mülkiyyətdə olan torpaq sahəsinin və üzərindəki qeyri-yaşayış sahəsinin boşaldılması) Bakı şəhəri, 16 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər in torpaq və qeyri yaşayış sahəsindən çıxarılması və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-113/2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinə 16 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Zərdab şəhəri, Heydər Əliyev prospekti, 31 ünvanında 0,0056 ha torpaq sahəsi vardır.
2. İddiaçının iddiasına görə cavabdehlər həmin torpağın üzərindəki qeyri-yaşayış sahəsindən qanunsuz olaraq istifadə edirlər. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi (sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə) ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək c avabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus 56 kv.m torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində tikilmiş qeyriyaşayış binasından çıxarılması, 400 manat itirilmiş gəlirin və 20 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı Zərdab şəhəri, rayonu H.Əliyev prospekti 31 ünvanda yerləşən, 56 kv.metr torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasını 23.01.2020-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən 20.000 manata X1 almışdır. Lakin, həmin obyekti aldıqdan sonra iddiaçı bilmişdir ki, hazırki cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin obyekti qeyri-rəsmi olaraq dərzixana kimi istifadə edirlər. Cavabdehlər ər-arvaddır. İddiaçı dəfələrlə cavabdehlərdən həmin torpaq sah əsini və obyekti boşaltmalarını tələb etsə də, heç bir nəticəsi olmamışdır.
5. İddiaçı həmin obyekti icarəyə vermək istəmiş, lakin cavabdehlər obyekti boşaltmadıqlarına görə iddiaçıya 400 manat məbləğində ziyan dəymişdir.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsinə istinad etmişdir.
7. Cavabdeh1 iddiaya etiraz etmişdir. etiarzın dəlilləri: - sözügedən qeyri-yaşayış sahəsini həmin yerin mülkiyyətçisi olan Anar Mənafovun qardaşı Pərvizdən 18000 manata almağa razılaşıb, amma rəsmi alqı-satqı müqaviləsi bağlamayıb. Razılaşdıqları məbləğin 4300 manatını vermiş, obyekti işlək vəziyyətə gətirmək üçün 200 manat da xərc çəkmidir; - sonradan obyektə verdiyi pulu geri alsa da, obyekti boşaltmamışdır, hazırda oradan dərzixana kimi istifadə edirlər; - sonradan bilib ki, A nar Mənafov həmin qeyri-yaşayış sahəsini torpaq sahəsi ilə birlikdə iddiaçıya satmışdır. Obyektdən çıxmaq fikri yoxdur. İddianı əsassız sayır.
8. Cavabdeh2 də iddiaya eyni məzmunda etiraz etmiş və qeyri-yaşayış sahəsinə görə ödədikləri 4300 manatı və təmirə çəkmiş olduqları 200 manatı, cəmi 4500 manatı geri aldıqlarını bildirmişdir.
9. Şahid qismində dindirilən X3 göstərmişdir ki, sözügedən qeyri-yaşayış sahəsini 2009-cu ildə özü tikmişdir. Pul lazım olduğundan həmin obyekti qardaşı Pərviz Cavabdeh1 20000 manata satdığını demiş, lakin sonuncu ilə 18000 manata razılığa gəlmişlər. Coşqunla aralarında notarial qaydada alqı-satqı müqaviləsi bağlanmamışdır. Coşqun hissə-hissə ona 4300 manat ödəsə də, sonradan heç bir ödəniş etməmişdir. Coşquna pul lazım olduğunu deyərək qalan məbləğin də ödənil məsini istəmişdir. Lakin Coşqun nəinki, qalan məbləği ödəmiş, əksinə, Coşqunun arvadı Xəyalə ödənilmiş 4300 manatı və təmirə görə çəkmiş olduqları 200 manatı, cəmi 4500 pulu 10.10.2019-cü il tarixdə yazılı qəbz verməklə onlardan, daha doğrusu anasından geri almışdır. Coşqungilin pulu geri almasından sonra həmin obyekti, yerləşdiyi 56 kv.metr torpaq sahəsi ilə birlikdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən hazırki İddiaçı 20.000 manata satmışdır. Coşqungil həmin obyekti boşaltmağa söz versə də, buna əməl etməmişlər.
10. Zərdab Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli, 2(035)-228/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus 56 kv.m torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində tikilmiş qeyri -yaşayış sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməsi qət edilmişdir. (hakim Tahir Qubadov)
11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, mübahisəli Zərdab şəhəri, Heydər Əliyev prospekti 31 ünvanda yerləşən 0.0056 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üstündə yerləşən qeyri-yaşayış obyekti X2 məxsus olmuşdur. Torpaq sahəsi daşınmaz əmlak kimi mülkiyyət olaraq A.Mənafovun adına dövlət qeydiyyatından keçmiş olsa da, həmin torpaq sahəsinin üstündə olan qeyri-yaşayış obyekti mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Anar Mənafov sözügedən qeyri-yaşayış obyektini qardaş ı Pərvizin vasitəsi ilə 18.000 manata hazırkı cavabdehlərə satmağa razılaşmış, cavabdehlər qeyri-yaşayış obyektinə görə Anar Mənafova ümumilikdə 4300 manat pul ödəmiş, lakin sonradan ödənişi davam etdirməmişlər. Əksinə, 10.10.2019-cu il tarixdə sözügedən obyektin alınmasına görə ödənilmiş olan 4300 manat və təmirə görə çəkmiş olduqları 200 manat, cəmi 4500 manat pulu geri almışlar. Bundan sonra Anar Mənafov sözügedən 0.0056 ha torpaq sahəsini (üstündə yerləşən qeyriyaşayış obyekti ilə birlikdə) 23.01.2020-ci il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən 20000 manata hazırkı İddiaçı satmışdır. Hazırda sözügedən 0.0056 ha torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir.
12. Həmçini n müəyyən edilib ki, cavabdehlər obyektə görə ödədikləri pulu 10 oktyabr 2019-cu ildə geri alsalar da, obyekti geri qaytarmamış və hazırda oradan faktiki olaraq dərzixana kimi istifadə edirlər. Üstəlik iddiaçının qeyri-yaşayış sahəsini boşaltmaq barədə tələblərinə məhəl qoymurlar.
13. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına və mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik normalarına əsasən belə qənaətə gəlib ki, iddiaçının Zərdab şəhəri, Heydər Əliyev prospekti 31 ünvanda yerləşən 0.0056 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmışdır. Həmin torpaq sahəsinin üstündə olan qeyri-yaşayış sahəsi dövlət qeydiyyatından keçməsə də, faktiki olaraq naturada mövcuddur, yeni yaradılan əşya kimi sahibi Anar Mənafov tərəfindən torpaq sahəsi ilə birlikdə iddiaçıya satılmışdır. Nə torpaq sahəsi, nə də yeni yaradılan əşya kimi qeyriyaşayış sahəsi cavabdehlərə aid olmadığından iddiaçının cavabdehlərin sözügedən torpaq və üzərindəki qeyri-yaşayış sahəsindən çıxarılmaların tələb etməkdə haqqı var. Buna görə də bu hissədə iddia təmin edilməlidir.
14. Bununla belə birinci instansiya məhkəməsi 400 manat zərər tələbi ilə bağlı sübut təqdim edilmədiyi üçün iddianı əsaslı saymamışdır.
15. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 157.2, Torpaq Məcəlləsinin 84, 111, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdehlər apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş edib.
17. Apellyasiya şikayətinin dəlilləri: - ümumiyy ətlə qeyd edilən torpaq sahəsi Anar Mənafova məxsus deyil. Həmin yer Zərdab Bələdiyyəsinin 29 mart 2009-cu il tarixli qərarı ilə başqa şəxsə verilmişdir; - hazırda cavabdehlərin istifadə etdiyi qeyri-yaşayış sahəsi iddiaçının Çıxarışında oaln torpaq sahəsi ilə üst-üstə düşmür; - rayonda hamı bilir ki, həmin yeri cavabdehlər alıblar, oraya xərc çəkiblər.
18. İddiaçı da apellyasya şikayəti verərək, iddianın təmin edilməyən hissəsində qətnamənin ləğv, iddianın 400 manat əldən çıxmış fayda tələbinin də təmin edilməsini xahiş etmişdir.
19. İddiaçının apellyaisya şikayətinin dəlilləri ondan ibarət olub ki, iddianın təmin edilməyən hissəsində məhkəmə tam araşdırma aparmayıb.
20. Apellyasiya instansiyası 13 oktyabr 2020-ci il tarixli qərardadla iş üzrə məhkəmə tikinti ekspertizası təyin edərək, ekspert qarşısında qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus torpaq sahəsində tiklib-tikilməməsi barədə sual qoymuş, ekspertizanı "xxxx" MMC-yə həvalə etmişdir. 21. Müstəqil Məhkəmə Ekspertizası” MMC-nin 20 noyabr 2020-ci il tarixli, 491 nömrəli rəyinə görə ərazinin ümümi xəritəsi və hüquqmüəyyənedici sənədlər əsasən mübahisəli qeyri-yaşayış sahəsi İddiaçı məxsus Zərdab rayonu, Heydər Əliyev prospekti 31 ünvanında yerləşən 0.0056 ha torpaq sahəsi barədə verilmiş “A” seriyalı 487616 nömrəli Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində inşa edilmişdir. Mübahisəli qeyri-yaşayış sahəsinin məkan göstəriciləri Autocad və ArcMap proqramları vasitəsilə tərtib edilən ortofotoplanda aydın şəkildə göstərilmişdir.
22. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2( 107)-113/2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı və cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli, 2(035)-228/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 300 manatın 150 manatının İddiaçı, 150 manatının isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması qət edilmişdir. (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Rövşən Rəfiyev)
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarının işi müəyyən edilmiş hallarına uyğun hesab etmişdir.
24. Apellyasiya instansiyası cavabdehlərin apellyasiya şikayəti üzrə Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunv ericiliyin mülkiyyətin müdafiəsi ilə bağlı normalarını şərh edərək göstərib ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak (torpaq sahəsi tam mülkiyyət hüq uqu ilə, qeyri-yaşayış sahəsi isə istifadə və sahiblik hüququ ilə) iddiaçı tərəfin qanuni mülkiyyətindədir.
25. Apellyasiya məhkəməsi cavabdehlərin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edib, cavabdehlər mübahisəli torpaq sahəsinin və onun üzərində inşa edilmiş tikilinin onlara məxsus olduğunu, iddiaçının həmin torpaq sahəsinə heç bir aidiyyətinin olmadığını bildirsələr də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim edə bilməmiş, əksinə, iş üzrə verilmiş ekspert rəyi onların dəlilini təkzib etmişdir. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olsa da, cavabdehlər tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan müılkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Mübahisəsi g edən torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında baş verməmiş və iddiaçı tərəfin iradəsinə uyğun olmamışdır.
26. Apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayəti üzrə qeyd edib ki, ilk iddiaçı apellyasiya şikayətində əldən çıxmış faydanı mübahisləndirərək cavabdehlərdən həmin gəlirləri tələb etsə də, bununla bağlı nə birinci, nə də apellyasiya instansiya məhkəməsinə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.
27. Apellyasiya instansiyası iddianı qismən təmin birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qətnamənin ləğvi üçün heç bir əsas görməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdehlər Cava bdeh1 və Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
29. Kassasiya şikayətində işin faktiki hallarına, torpaq sahəsinin ilkin qeydiyyatnın düzgün olmamasına, GPS aparatından istifadə edilmədiyi üçün ekspert rəyinin həqiqəti əks etdirmədiyinə istinad edilərək, apellyasiya instansiyası tərəfindən sübutların düzgün qiymətləndirilməməsi, maddi və prosessual hüquq normalarının pozuntusu qeyd edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının əsasları
30. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
32. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləniin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Torpaq Məcəlləsi Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Ö zbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllə Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar eksp ertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apely asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
34. Hazırkı kassasiya şikayətində cavabdehlər apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etsələr də, şikayətin dəlillərinə əsasən iddianın təmin edilən hissəsi mübahisələndirlir. Bu baxımdan, məhkəmə kollegiyası kollegiyası qətnaməni iddianın təmin edilən hissəsində yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
37. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehlər mübahisəsi gedən qeyriyaşayış sahəsinin ilkin mülkiyyətçi Anar Mənafov tərəfindən İddiaçı satılan torpaq sahəsi üzərində inşa edilmədiyini mübahis ələndirmiş, apellyasiya məhkəməsi cavabdehlərin bu dəlilinə aydınlıq gətirmək məqsədilə tikinti-texniki ekspertizası təyin etmiş və ekspert rəyi ilə də bu dəlil təkzib edilmişdir.
38. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.
39. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
40. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı ondan ibarətdir ki, Zərdab şəhəri, Heydər Əliyev prospekti 31 ünvanda yerləşən 0.0056 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə, həmin torpağın üstündəki qeyri-yaşayış sahəsi isə istifadə və sahiblik hüququ ilə iddiaçıya məxsusdur və cavabdehlər iddiaçıya məxsus olan həmin torpaq və üstündəki qeyri-yaşay ış sahəsindən qanunsuz istifadə edirlər. Cavabdehlər mübahisəli torpaq sahəsinin və onun üzərində inşa edilmiş tikilinin onlara məxsus olmasını işə mahiyyəti üzrə baxan məhkəmələrdə sübuta yetirə bilməyiblər.
41. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
42. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.2-ci maddəsini düzgün tətbiq etmişdir.
43. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən ekspert rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
44. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosess ual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
45. Məhkəmə kollegiyası torpaq sahəsinin ilkin qeydiyyatının düzgün olmaması, GPS aparatından istifadə edilmədiyi üçün ekspert rəyinin həqiqəti əks etdirməməsi barədə kassasiya şikayətini dəlillərini qəbul etmir. Belə ki, torpaq sahəsinin ilkin qeydiyyatının düzgün olmaması barədə dəlil hazırki mübahisənin predmeti deyil. Ekspert rəyinə gəldikdə, qeyd edilməlidir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özüözlüyündə ekspert rəyinin şübhə altına alınmasına əsas vermir. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.
46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
47. Yuxarıda göstərilənləri, MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-113/2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.