Məhkəmə qərarları › İş №2(102)-3417/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3417/2023

11.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3417/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3417/23 (Açar sözlər: podrat müqaviləsi üzrə borc tələbi) Bakı şəhəri 11 oktyabr 2023-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarş “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-53/2023 nömrəli iş üzrə xx.xx.2023-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 11 oktyabr 2023-ci il tarixdə Ali Məhkəmən in İnzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı2 və İddiaçı1 (bundan sonra iddiaçılar) Cavabdeh (bundan sonra cavabdeh) məxsus evin tikilməsi və təmiri ilə məşğul olmuşlar. İddiaçı2 iş icraçısı (təşkilatçı), İddiaçı1 Ayaz oğlu evin tikilməsi və təmirində fəhlə olmuşdur. Görüləcək işlərin ümumi dəyəri ilə bağlı aralarında yazılı razılaşma olmamış, işlər görüldükcə dəyərinin ödənilməsi barədə şifahi razılığa gəlmişlər. Ev tikilib cavabdehə təhvil verilmişdir. İddiaçılar işlərin qalıq dəyərinin tam ödənilmədiyini bildirərək cavabdehə qarşı pul tələbi ilə bağlı iddia tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə mürac iət edərək, cavabdehdən İddiaçı2 xeyrinə 6.500 manatın və İddiaçı1 xeyrinə 5.500 manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.

3. İddiaçılar iddia tələbini belə əsaslandırmışdırlar ki, cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yerində yeni ev tikilməsi üçün onlara müraciət etmişdir. Razılığa əsasən onlar tikinti işlərini hissə-hissə icra etməli, görülən işlərin dəyəri də bu şəkildə ödənilməli idi. Evin tikintisi ilə bağlı bütün tikinti materiallarının alınmasına və tikinti işlərinin yerinə yetirilməsi üçün digər xərclərin pulu Cavabdeh tərəfindən verilməli idi. Qeyd edilən ünvanda ümumilikdə 32.000 manatlıq iş görmüşlər. Həmin məbləğin 17.700 manatı cavabdeh tərəfindən ödənilmiş, qalan məbləğin verilməsindən isə imtina edilmişdir. Dəfələrlə cavabdehdən pul un ödənilməsini tələb etsələr də, ödənişdən boyun qaçırmışdır.

4. Cavabdeh iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin tikinti və təmirini İddiaçı2 tapşırmışdır. O, işə nəzarət etdiyinə görə əmək haqqı kimi Mehdiyə 6 ayda 9000 manat məbləğində pul vermişdir. İddiaçı1 isə fəhlə olduğundan ona heç vaxt pul verməmiş, evin tikinti və təmir işləri ilə bağlı onunla danışığı olmamışdır. Belə ki, Mehdi iş icraçısı olduğu üçün fəhlənin və eləcə də materialların pulunu da ona vermişdir. Mehdi ona verilmiş puldan Bağıra verməmişsə, bu onların öz aralarında həll edilməli məsələdir. Təmir başlayandan bir müddət sonra pulu qurtardığı üçün Rusiyaya getmiş, qayıtdıqdan sonra Mehdi ilə görüşüb danışmış, Mehdi ona 8000 man at borcunun qaldığını bildirmişdir. Mehdiyə əvvəlcə 7000 manat, 2 gün sonra isə əlavə olaraq 1000 manat pul verib yekun olaraq hesablaşmışlar. Ümumilikdə isə evin tikinti və təmirinə görə Mehdiyə 34000 manat pul vermişdir. Həmin pulun içərisində mal və materialların pulu da vardır. Onlar arasında ümumi tikintinin qiyməti ilə bağlı hər hansı razılaşma olmamış, gördükləri işin müqabilində hesablanmış pulu onlara vermişdir. Həmçinin bildirir ki, iddiaçılar işi bitirəndən sonra yağan yağışın suyu evin damından içəri axmış, evin təmirində çox saylı digər nöqsanlar da ortaya çıxmışdır. Həmin işləri başqa ustalara gördürərək iddiaçıların keyfiyyətsiz işinə görə əlavə xərc çəkmiş, lakin həmin pulu onlardan tələb etməmişdir. Hesab edir ki, iddiaçılara heç bir borcu olmadığına görə, iddia tələbini r ədd edilməsini xahiş etmişdir.

5. Binəqədi Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)- -2250/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia tələbi təmin edilməmişdir.

6. Məhkəmə mövqeyini MM-nin 752-ci maddəsinə istinad edərək hesab etmişdir ki, tərəflər arasında podrat müqaviləsi bağlanmış və qarşılıqlı öhdəliklər mövcud olmuşdur. Həmin razılaşmaya əsasən iddiaçılar öz üzərilərinə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində cavabdeh tərəfindən sifariş verilmiş təmir-tikinti işlərini aparmaq, cavabdeh isə razılaşdırılmış məbləğdə pul ödəməyi öhdəsinə götürmüşdür. İddiaçılar cavabdehin pulla bağlı öhdəliyini yerinə yetirməməsini iddia etsələr də, bunu təsdiq edən sübutlara malik deyillər ki, bu iddianın təmin olunmasını müm künsüz edir.

7. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki,məhkəməyə təqdim edilmiş sübutlar mübahisə predmetinə aid olmayan sübutlardır. Belə ki, həmin sübutlar evin layihə sənədlərinin hazırlanmasını və mövcudluğunu təsdiqləməyə yönələn sübutlar kimi tərəflər arasında mübahisəli olmayan hallarla bağlıdır.Tərəflər evin tikinti və təmir işlərinin görülməsinin cavabdeh tərəfindən iddiaçılara sifariş edilməsi barədə mübahisə etmirlər. Tərəflər arasındakı mübahisənin mahiyyətini görülmüş işlərə əsasən cavabdehin iddiaçılara pulla bağlı öhdəliyinin qalıb-qalmadığı təşkil edir.

8. Məhkəmə öz mövqeyini AR Mülki Məcəllənin 752.1,753.1 və Mülki Prosessual Məcəllənin 14.2, və 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçılar qətnamədən ape llyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki,birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən tərəflər arasında yaranmış münasibətlərə yanlış qiymət verərək, tətbiq edilməli hüquq normasını tətbiq etməmişdir. Məhkəmə tikinti-texniki ekspertizanın keçirilməsinə dair iddiaçıların vəsatətini əsassız olaraq rədd etmiş, işin faktiki hallarına doğru qiymət verməmişdir. Cavabdeh özü də iddiaçıların onun evində işləməsini və iddia edilən işlərin siyahısını etiraf etmiş, məhkəmə bunu nəzərə almamışdır.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkə məsi) 2(103)-53/23 nömrəli iş üzrə 11 may 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər –Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli və Vahid Sadıqov) iddiaçıların apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, Cavabdeh 4500 (dörd min beş yüz) manat pul tutularaq İddiaçı2 və 3500 (üç min beş yüz) manat pul tutulub İddiaçı1 ödənilməsi qət edilmişdir.

12. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, tərəflər arasında işlərin görülməsi ilə bağlı şifahi podrat müqaviləsi bağlanmış, tikintinin ümumi qiyməti ilə bağlı razılaşma olmamış, işlər icra olunduqca dəyəri hissə-hissə ödənilmişdir. Tikinti-təmir işləri 20162017-ci illərdə aparılmışdır. İddiaçıların gördüyü iş sifarişçi tərəfindən qəbul olunmuşdur. Sifarişçi işin qüsurlu olduğunu bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir.

13. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh 07 aprel 2021-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında görülən işlərə görə pulu İddiaçı2 verdiyini, pul qurtardığı üçün Rusiyaya getdiyini, qayıdanda Mehdinin 8000 manat borc qaldığını dediyini, bu səbəbdən Mehdiyə əvvəlcə 7000 manat, 2 gün sonra isə əlavə 1000 manat olmaqla, cəmi 8000 manat verdiyini bildirmişdir (i.v.66).

14. Cavabdeh apellyasiya baxışı zamanı da eyni məzmunda izahat verərək Rusiyadan qayıtdıqdan sonra təmir-tikinti işlərinə görə qalıq borc məbləğini təşkil edən 8000 manatı İddiaçı2 ödədiyini bildimişdir.

15. İddiaçı tərəf birinci instansiya məhkəməsində izahat verərkən Rusiyadan qayıtdıqdan sonra cavabdeh tə rəfindən onlara hər hansı məbləğdə pul verilmədiyini göstərmişdir (i.v.65).

16. Apellyasiya baxışı zamanı İddiaçı2 izahat verərək göstərmişdir ki, tikinti işləri qurtardıqdan sonra müvafiq güzəştlər edilməklə 11800 manat qalıq borcun ödənilməsi üçün dəfələrlə cavabdehə müraciət etmiş, cavabdeh 8000 manat ödəyə biləcəyini bildirmiş, lakin həmin məbləği də ödəməmişdir. Cavabdeh Rusiyaya gedib avtomobilini satsa da, qayıtdıqdan sonra vədinə əməl etməmiş, onlara olan borcunu ödəməmişdir.

17. Digər İddiaçı1 da izahatında görülən işlərin dəyərinə görə cavabdehin ona 5500 manat borcu qaldığını, lakin həmin borcun bu günədək ödənilmədiyini göstərmişdir. O, həmçinin tikinti işləri qurtardıqdan sonra cavabdeh tərəfindən İddiaçı2 8000 manat pul verilmədiyini bildirmişdir.

18. Apellyasiya instansiya m əhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçıların öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədiklərinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi pulun ödənilib-ödənilməməsi ilə bağlı sübutetmə yükünü iddiaçı tərəfin üzərinə qoymaqda səhvə yol vermişdir.

19. Belə ki, görülmüş işlərin dəyəri olaraq 8000 manat borcun qaldığı cavabdehin özü tərəfindən etiraf olunduğundan iddiaçı həmin halı sübut etmək yükündən azad olur. Belə olan halda həmin məbləğin iddiaçı tərəfə ödənilməsini sübut etmək mülki prosessual qanunvericiliyin tələbinə görə artıq cavabdehin vəzifəsidir. Cavabdeh 8000 manat məbləğində pulu Rusiyadan qayıtdıqdan sonra iddiaçı tərəfə ödədiyini göstərsə də, işə baxan məhkəm əyə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.

20. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin izahatlarına əsasən müəyyən etmişdir ki, həmin 7000 manatın cavabdehin etiraf etdiyi və iddiaçıların ödənilmədiyini bildirdiyi 8000 manata aidiyyəti yoxdur. Belə ki, 7000 manat tikinti işlərinin gedişində görülmüş işlərin dəyəri kimi ödənilmişdir. 8000 manat isə həm tikinti, həm də təmir işləri qurtardıqdan və ev cavabdeh tərəfindən istismara qəbul olunduqdan sonra görülən işlərin qalıq dəyərinin (borcun) cavabdeh tərəfindən ödəməyə razılaşdığı məbləğdir. Cavabdeh bu məbləği Rusiyadan qayıtdıqdan sonra ödədiyini, iddiaçı tərəf isə cavabdehin yalan danışdığını, bu məbləğin ödənilmədiyini bildirmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, fərdi yaşayış evində hansı təmir-tikinti bə rpa işləri aparıldığı, aparılmış təmir-tikinti bərpa işlərinin dəyərinin müəyyən olunması üçün iş üzrə kompleks məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin cavabdeh ekspertizanın keçirilməsinə şərait yaratmadığından ekspertizanın keçirilməsi mümkün olmamışdır.

22. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh 8000 manatın iddiaçı tərəfə ödənilməsini təsdiq edən sübutlar təqdim edə bilmədiyindən və bu baxımdan baxılan iş üzrə iddia tələbi qismən - 8000 manat pul tələbi hissəsində sübuta yetirilmiş sayıldığından həmin hissədə təmin olunmalı,Cavabdeh 3500 manat tutularaq İddiaçı1 Ayaz oğluna, 4500 manat isə İddiaçı2 verilməli, iddia tələbi qalan hissədə sübut olunmadığından rədd edilməlidir.

23. Əlavə olaraq məhkəmə İddiaçı2 xeyrinə 45 00 manat və İddiaçı1 xeyrinə 3500 manat pul tutulması qənaətinə gələrkən cəmi tələb olunan məbləğin 12000 (6500 + 5500) manat olduğunu və cavabdehin bu məbləğdən yalnız 8000 manat ödəməyə razı olduğunu, iddiaçıların isə buna etiraz etmədiklərini nəzərə alır. 12000 manat borcun 8000 manata, yəni 4000 manat az məbləğə razılaşdırılması hər iddiaçıya münasibətdə tələbin 2000 manat azaldılması deməkdir ki, bu da 6500 manata münasibətdə tələbin 4500 manat hissəsində, 5500 manata tələbə münasibətdə isə tələbin 3500 manat hissəsində təmin olunmasına gətirib çıxarır.

24. Məhkəmə öz mövqeyini AR Mülki Məcəllənin 752.1,753.1,769,770,773-ci MPM-in 14.2,77.1,97.5 maddələrinə, istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh kass asiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ümumilikdə onun iddaçı İddiaçı2 ilə arasında konkret olaraq hansı işin görülməsi və görülən işə görə nə qədər pul verilməsi qeyd edilməmişdir. Bütün işləri pul aldıqdan sonra görürdü. Ustalara pul verilməsə onlar iş görmürlər. Belə olduğu halda iddaçılar tərəfindən məhkəmə yalnız tərəflərin təqdim etmiş olduğu sübutları araşdırmalı olduğu halda hər hansı bir sübut araşdırmamışdır. İddiaçılar tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyasının hansı sübutdan istifadə etməsin 2(103)-53/2023 saylı qətnamədə görmək mümkün deyildir. Təqdim etmiş olduğu ksero sənəd olan ordada h eç kəsin imzası olmayan sənəddir.

27. Kassatorun məhkəmə iclasına dəvət olunan anası X2 vermiş olduğu ifadəsini sübut əhəmiyyətli hesab etməmişdir. Sonuncu məhkəmə iclasında İddiaçı2 etiraf etmişdir ki, bütün pul danışıqları kassator ilə Cavabdeh arasında olmuşdur. Digər İddiaçı1 isə bütün bu danışıqlardan xəbəri olmamışdır. Bu hala məhkəmə düzgün hüquqi qiymət verməmiş ümumiyyətlə qəbul etmiş olduğu qətnamədə isə bu hala toxunmamışdır.

28. Kassator əlavə olaraq onuda qeyd etmişdir ki, güya o iddiaçılara 8000 manat borcun qaldığını etiraf etmiş, qətnamənin 44-cü bəndində də qeyd edirki, 8000 manatı iddiaçıya ödənilməsini təsdiq edən sübutları məhkəmədə təsdiq edə bilməmiş, 8000 manatın niyə və hansı əsaslarla yaranması və 11000 manat borcun birdən 8000 manat olması da qeyri-müəyyəndir. b ) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin iddiaçıların xeyrinə qət edilmiş qətnaməsinin qüvvədə qalmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə.752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür..

31. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

32. Maddə

769. Əgər müqavilədə muzdun hissə- hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirild ikdən sonra ödəməlidir.

33. Maddə

770. Əgər müqavilətə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

34. Maddə

773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli v ə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən mübahisələndirildiyindən, iddiaçılar qətnamə ilə razılaşaıb kassasiya şikayəti vermədiyindən, qətnamə yalnız iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətb iq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kassasiya şikayətinin dəlilləri aşağıdakılara əsasən əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

48. Azərbaycan Respublikasının MPM-si etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür.

49. Baxılan iş üzrə cavabdeh iddiaçılara iş görülüb qurtarandan sonra 8000 mana t borcu qaldığını və həmin məbləği də ödədiyini bildirmişdir.

50. Bu izahat faktın və ya iddianın etirafı kimi qəbul oluna bilməsə də, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

51. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımd an məhkəmə iclasında şifahi izahat verən tərəfin işin hallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır.

52. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin məhkəmə iclasında iş görülüb qurtarandan sonra iddiaçılara 8000 manat borclu qalmasını bildirməsi bu halı işin mübahisəsiz halına çevirir, həmin məbləğin artıq ödənildiyini sübutetmə yükü isə artıq cavabdehin üzərinə düşür.

53. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).

54. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfi n üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

55. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, sübutların düzgün qiymətləndirilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məh kəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

56. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir.

57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində mahiyyəti üzrə düzgü n olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 may 2023-cü il tarixli 2(103)53/2023 saylı qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar