Məhkəmə qərarları › İş №2(102)-3421/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3421/2021

02.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3421/2021 02.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X9 və üçüncü şəxs X qarşı ilk, X5 İddiaçı və X19 qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü hesab edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil, qarşılıqlı iddia üzrə cavabdeh X14, cavabdeh X5 və vəkili X6 iştirakı ilə, Şəki Apellya siya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-3039/2019 nömrəli iş üzrə 04 fevral 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 02 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, 18 dekabr 2019-cu ildə hazırki iş üzrə yekun məhkəmə iclası keçirilmiş və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyаsının 18 dekabr 2019-cu il tarixli 2(107)-3039/2019 nömrəli qətnaməsi qəbul edilmişdir. Qətnamənin surəti məlumat üçün proses iştirakçılarına, o cümlədən İddiaçı və X19 göndərilmişdir.

2. Ağsu Rayon İcra Hakimiyyəti başçısının Kalva kənd inzibati ərazi nümayəndəliyindən daxil olmuş 03 fevral 2021-ci il tarixli arayışdan görünür ki, xxx kəndində qe ydiyyatda olan İddiaçı, X24 və ailəz üzvləri 05 yanvar 2020-ci il tarixdən, 31 yanvar 2020-ci il tarixədək xxx kəndində olmamışlar.

3. Ağsu Rayon Mərkəzi poçtunun rəisi tərəfindən məhkəmə kollegiyasına ünvanlanmış 04 fevral 2021-ci il tarixli teleqramdan görünür ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən xxxx, xxxx saylı məktubları xxx kənd sakini İddiaçı və X19 14 yanvar 2020-ci il tarixdə verilmişdir.

4. İş materiallarına Ağsu rayonu üzrə icra və probasiya şöbəsindən daxil olmuş 04 fevral 2021-ci il tarixli məktubdan görünür ki, 2(016)-49/2019 saylı, 01 iyul 2019- cu il tarixli icra sənədi ilə bağlı İddiaçı Ağsu rayonu üzrə icra və probasiya şöbəsinə dəvət olunmuş, icra sənədinin icrası ilə əlaqədar izahatı alınmış və icra sənədinin mahiyyəti izah edilmişdir. Borclu öz izahatında bildirmi şdir ki, qeyd edilən icra sənədi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda 25 sentyabr 2020-ci il borclu Ağsu Rayonu üzrə icra və probasiya şöbəsinə teleqram ilə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmiş və icra prosesinin təxirə salınmasını xahiş etmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. X X1 və X qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına olan xxx, kod-xxx torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. X13 İddiaçı və X21 qarşı mülkiyyət hüququnun həyata keçirilməsinə maneçiliyin aradan qaldır ılması, zəbt olunmuş torpaq sahəsindən, fərdi yaşayış evindən çıxarılma və vurulmuş zərərin əvəzinin ödənilməsi tələblərinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı, onun oğlu X16 və ailə üzvlərinin mülkiyyət hüququnun həyata keçirməsinə maneçiliklərinin aradan qaldırılması, mülkiyyətində olan torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması və cavabdehlərin fərdi yaşayış evini söküb dağıtmaları nəticəsində vurduqları 5000 min manat məbləğində maddi ziyanın və 1000 manat məbləğində mənəvi ziyanın tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

3. Ağsu Rayon Məhkəməsinin 14 may 2019-cu il tаrixli, 2(016)-49/2019 nömrəli (hаkim T.İsmayılov) qətnaməsi ilə İddiaçı Cavabdeh və X qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi nə dair tələbinin təmin edilməməsi, X8 İddiaçı və X21 qarşı mülkiyyət hüququnun həyata keçirilməsinə maneçiliyin aradan qaldırılması, zəbt olunmuş torpaq sahəsindən, fərdi yaşayış evindən çıxarılma və vurulmuş zərərin əvəzinin ödənilməsi tələblərinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı və X X11 xxx kəndində yerləşən və mülkiyyətində olan torpaq sahəsindən və fərdi yaşayış sahəsindən çıxarılmaları, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi, X4 və İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 94.90 manat alınaraq Kapitalbankın 1 saylı Xətai filialı, Kod: 200071, VÖEN(bank) **********, Müxbir hesab: AZ37NABZ**********0000001944, SWİFT: AİİBAZ2X, Kadast və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab:AZ23AİİB******************** hesab ına köçürülməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Qətnamədən İddiaçı və X24 apelyasiya şikayəti vermişlər.

5. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-3039/2019 nömrəli iş üzrə 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Eyvazov (sədrlik edən və məruzəçi), R.Əliyev və İ.Şükürov) Ağsu Rayon Məhkəməsinin 14 may 2019-cu il tаrixli, 2(016)-49/2019 nömrəli qətnaməsi İddiaçı və X19 münasibətdə dəyişdirilmədən, onların apelyasiya şikayətləri isə təmin edilmədən saxlanılmışdır.

6. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyаsının 18 dekabr 2019-cu il tarixli 2(107)- 3039/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra mülki iş Ağsu Rayonu Məhkəməsinə göndərilmişdir. 7. 25 noyabr 2020-ci il tari xdə İddiaçı və 03 fevral 2021-ci il tarixli məhkəmə kollegiyası iclasında X7 Apellyasiya Məhkəməsi Mülki Kollegiyаsının 18 dekabr 2019-cu il tarixli 2(107)-3039/2019 nömrəli qətnaməsindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizələr vermişlər, həmin ərizəyə İddiaçı və X24 və onların vəkili Vəkil kassasiya şikayəti əlavə edilmişdir.

8. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-3039/2019 nömrəli iş üzrə 04 fevral 2021-ci il tarixli qərardadı ilə (hakimlər A.Eyvazov (sədrlik edən və məruzəçi), R.Əliyev və İ.Şükürov) Şəki Apellyasiya Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli 2(107)-3039/2019 nömrəli qətnaməsindən İddiaçı və X24 tərəfindən verilmiş kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizələr təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli 2(107)-3039/2019 nömrəli qətnaməsindən İddiaçı, X24 və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, İddiaçı və X19 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyаsının 18 dekabr 2019-cu il tarixli 2(107)-3039/2019 nömrəli qətnaməsinin təqdim edilməməsi səbəbi barədə dəlillər əsassızdır.

10. Belə ki, məhkəmənin həmin qətnaməsi ərizəçilərə şəxsən çatdırılmışdır.

11. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyаsının 18 dekabr 2019-cu il tarixli iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı şəxsən iş tirak etmişdir. Məhkəmə kollegiyası iclası zamanı hazirki iş üzrə yekun məhkəmə qətnaməsindən çıxarış təqdim edilmiş, həmin çıxarışın məzmunundan da aydın olduğu kimi onlar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və X24 isə həmin qətnamə ilə icra hərəkətləri davam etdiyi müddətdən təxminən 11 (on bir) ay sonra kassasiya şikayəti vermək qərarına gəlmişlər. Ona görə də buraxılmış prosessual müddətin bərpa edilməsi üçün ərizdə qeyd edilən dəlillər üzrlü hal hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv ed ilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdilər.

16. Qarşılıqlı iddia üzrə cavabdeh X24 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.

17. Cavabdeh X15 və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə üçüncü şəxs hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına ist inad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

20. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırkı kassasiya şikayətində İddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

23. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. (maddə 133.1)

24. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şə xslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. (maddə 405.0.1)

25. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

26. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müə yyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2( 107)-3039/2019 nömrəli iş üzrə 04 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar