Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3421/2022 30.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh3 QSC və Hacıqabul rayon İcra və probasiya şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qiymətləndirmə hesabatının və hərrac nəticələrinin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh3 QSC və Hacıqabul rayon İcra və probasiya şöbəsinə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın və hərracın yekun protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-955/2022 nömrəli, 7 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 QSC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, İddiaçı1 və İddiaçı2 36671,51 ABŞ dolları məbləğində borc pul, 40 manat məbləğində dövlət rüsumu və 21 manat xidmət haqqı tutularaq Cavabdeh3 QSC-yə ödənilməlidir. Hacıqabul rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən qiymətləndirmə işi həyata keçirilmiş, İddiaçı1 mülkiyyətində olan Hacıqabul şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil 36.000 manata qiymətləndirilmiş və bu barədə "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixli, 19-181 nömrəli “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat” tərtib edilmişdir. Hərracın nəticələri haqqında Y-16/9 saylı 06 fevral 2020-ci il tarixli protokola əsasən, Hacıqabul şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil 22.950 manata Cavabdeh3 QSC tərəfindən alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC, Cavabdeh3 QSC, "xxxx" MMC və Hacıqabul rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin 28 noyabr 2019-cu il tarixli, 19-181 nömrəli “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabatın” və "xxxx" MMC tərəfindən keçirilmiş hərracın yekun protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
3. İddiaçılar tələbini belə əsaslandırmışlar ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 498/2017 saylı qətnaməsinə əsasən iddiaçılardan 36671,51 ABŞ dolları məbləğində borc pul və 40 manat məbləğində dövlət rüsumu və 21 manat xidmət haqqı tutulmalıdır. Tələb Hacıqabul şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilə yönəldilməlidir. Sözügedən mənzilə qiymət qoyulması üçün cavabdeh şirkətə müraciət olunmuş, həmin şirkətin mütəxəssisi tərəfindən əmlaka 36.000 manat qiymət qoyulmuşdur. Həmin qiymət isə reallığı əks etdirmir və dəyərindən əksik qiymətləndirilmişdir. Hərrac mərkəzi tərəfindən keçirilmiş hərrac baş tutmadığına görə sözügedən əmlak ilkin satış qiymətindən 40% aşağ ı qiymətə tələbkar banka təklif edilmişdir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2210/2020 nömrəli, 6 noyabr 2020-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin ƏEM/Y 06-006/21 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyi ilə Hacıqabul şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin 2019-cu ilin noyabr ayı üçün orta bazar dəyərinin 50.000 manat, likvid dəyərinin isə 42.000 manat olduğu müəyyən edilmişdir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-217/2021 nömrəli, 5 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddia təmin edilmiş, Hacıqabul şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilin qiymətləndirilməsinə dair "xxxx" MMC tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixli, 19-181 nömrəli «Əmlakın qiymətləndirilməsinin nə ticələri haqqında Hesabat» və Y-16/9 saylı, 06 fevral 2020-ci il tarixli hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi qət edilmişdir.
6. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlmişdir ki, əmlakın xx.xx.2019-cu il tarixdə 36.000 manat məbləğində qiymətləndirilməsi real bazar qiymətini əks etdirmir. Buna görə də məhkəmə hesab etmişdir ki, hərracın keçirilməsinə və əmlakın 36.000 manata hərraca çıxarılmasına səbəb olan "xxxx" MMC tərəfindən tərtib olunmuş qiymətləndirmə barədə hesabat etibarsız hesab edildiyindən, hərracın yekun protokolu da etibarsız hesab edilməlidir.
7. Qətnamədən Cavabdeh3 QSC apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, icra icraatı zamanı aparılmış qiymətləndirmənin nəticəsindən icra vərəqəsi üzrə borclu və y a tələbkar narazıdırsa, bu narazılıq həmin şəxslə qiymətləndirməni aparmış şəxs arasında deyil, onunla icra məmurunun arasında yaranmış mübahisə kimi qəbul olunmalıdır. Qiymətləndirmənin nəticəsindən narazı qalan borclu və tələbkar qiymətləndirmə hesabatının nəzərə alınmaması, yenidən qiymətləndirmə həyata keçirilməsi və s. barədə icra məmurunun qarşısında vəsatət qaldırmaq hüququna malikdir, vəsatətləri təmin edilmədikdə icra məmurunun qərarı, hərəkət və hərəkətsizliyi ilə bağlı inzibati məhkəmədə iddia qaldıra bilər. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-955/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov – sədrlik edən və məruzəçi, X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-217/2021 nömrəli, 5 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyaları tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardadını rəhbər tutaraq qeyd etmişdir ki, baxılan iş üzrə artıq hərrac keçirilmişdir ki, bu halda da qiymət iddia icraatı qaydasında mübahisələndirilməlidir. Göstərilən yanaşma onunla izah olunur ki, qiymətləndirmənin ləğvi və ya etibarsız hesab olunması həmin qiymət əsasında keçirilmiş hərracın da etibarsızlığı ilə nəticələnəcəkdir, icra məmurunun isə hərracın nəticələrini etibarsız hesab etmək səlahiyyəti yoxdur, bu yalnız məhkəmə aktı ilə mümkündür, ona görə də hərrac keçirildikdən sonra qiymətləndirmənin və həmin qiymətlə keçirilmiş hərracın nəticələrinin mübahisələndirilməsi yalnız iddia icraatı çərçivəsində həyata keçirilə bilər.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarına əsaslanaraq, əmlakın real qiymətinin düzgün müəyyən edilməməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri b) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh3 QSC kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul ed ilməsini xahiş etmiş və kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırmışdır ki, mübahisələndirilən qiymətləndirmə icra vərəqəsi üzrə icraat çərçivəsində aparılmış qiymətləndirmə ilə bağlı mübahisələr üzrə cavabdeh – müstəqil qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxs deyil, sifarişçi təşkilat olan icra məmuru olmalıdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
14. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbə b olur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu 15. 8-ci maddənin 1-ci abzası. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. 16. 8-ci maddənin 2-ci abzası. Bu halda, mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyaları tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardadı
17. Bənd
31. Qiymətin mübahisələndirilmə si qaydası ilə bağlı isə qeyd edilməlidir ki, “İcra haqqında” Qanunun 51-ci maddəsindən, habelə yuxarıda qeyd edilən digər müddəalarından belə qənaət hasil olur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti qiymətləndiricilərdən alınan rəylər əsasında icra məmuru tərəfindən müəyyənləşdirilir.
18. Bənd
32. Bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahi sələndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
23. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmə nin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ar aşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Belə ki, apellyasiya şikayətində olduğu kimi, kassasiya şikayətində də cavabdehin dəlili bundan ibarətdir ki, cavabdeh – müstəqil qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxs deyil, sifarişçi təşkilat olan icra məmuru olmalı və iddia tələbi inzibati məhkəmədə irəli sürülməlidir. 31. “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyaları tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardadda göstərilmişdir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakını n ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında ” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir.
32. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı iş üzrə artıq hərrac keçirildiyindən, qiymət iddia icraatı qaydasında mübahisələndirilməlidir.
33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinin apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil etməsini nəzərə alır və şikayətin dəlilləri ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, kassasiya şikayətinin dəlilləri formal mülahizə olmaqla, apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. 34. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-c i bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
35. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlə rə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-955/2022 nömrəli, 7 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.