Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3422/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçı, nümayəndəsi Nümayəndə, vəkili Vəkil, İddiaçı1 vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə, vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı1, vəkili Vəkil və İddiaçı2, vəkil Vəkil kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 de kabr 2017-ci il tarixli, 2(006)8328/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Tibb Universitetinin 05.09.2017-ci il tarixli, ***/* nömrəli əmri iddiaçılar İddiaçı4 və İddiaçı3 aid hissədə ləğv edilmiş, İddiaçı4 və İddiaçı3 Azərbaycan Tibb Universitetinə tələbə kimi bərpa edilməsi, iddia ərizəsiinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Kazımov, hakimlər T.Səmədov və İ.Şirinov, İş № 2(103)-4535/2018) İddiaçı1 və X5 tərəfindən ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməyərək hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2(006)-8328/2018 nömrəli qətnaməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya ş ikayətlərinə münasibətdə mübahisələndirdikləri hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Tibb Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Tibb Universitetinin 05.09.2017-ci il tarixli, ***/* nömrəli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi və həmin universitetə bərpa edilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı1 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, iş üzrə tam, obyektiv, hərtərəfli araşdırılma aparılmadan qətnamə qəbul edilmişdir. MPM-nin 217.1 217.3 və 218.1-ci maddələrinin t ələbləri, Ali MƏhkəmənin Plenumunun 24.11.2005-ci il tarixli 4 saylı “Məhkəmə qətnaməsi haqqında” Qərarının 2.2. və 2.4-cü bəndlərinin də tələbləri pozulmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MKnın 28 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilib, yeni qərar qəbul edilməsini xahiş edirlər. İddiaçı2 və vəkil Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, mübahisə predmeti olan münasibətlər mülki hüquq xarakterli münasibət olmaqla Mülki Məcəllə ilə yox Təhsil haqqında qanun ilə tənzimlənir. Hazırki mübahisə inzibati məhkəmə icraatı qayfasında baxılmalı idi. Maddi və prosessual hüquq normaları pozulduğundan Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilib, edilib, yeni qərar qəbul edilməsini xahiş edirlər. Mə hkəmə kollegiyasının iclasında iddiaçı2, nümayəndəsi Nümayəndə və vəkili Vəkil kassasiya şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, İddiaçı1 vəkili Vəkil kassasiya şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 sentyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 sentyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, İddiaçı2 30.10.1993-cü ildə Bakı şəhərində doğulmaqla Türkiyə Respublikası vətəndaşlığına, İddiaçı1 03.11.1992-ci il təvəllüdlü olmaqla İran İslam Respublikası vətə ndaşlığına malikdirlər. Türkiyə Respublikasının vətəndaşı kimi 2014-cü ildə İddiaçı1 isə İran İslam Respublikasının vətəndaşı kimi 2015-ci ildə Azərbaycan Tibb Universiteti ilə birbaşa müqavilə bağlayaraq təhsil almaq üçün qəbul edilmişlər. Azərbaycan Tibb Univertsiteti üzrə 05.09.2017-ciil tarixli ***/* nömrəli əmrinə əsasən həmçinin Azərbaycan Tibb Universitetinin İ müalicə-profilaktika fakültəsinin 4-cü kurs tələbəsi İddiaçı2, stomatologiya fakültəsinin 3-cü kurs tələbəsi İddiaçı1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edildiyinə görə universitetdən xaric edilmişlər. İş materiallarında olan Dövlət Miqrasiya Xidmətinin 02.03.2017-ci il tarixli məktubuna əsasən 30.10.1993-cü il təvəllüdlü İddiaçı2 və 03.11.1992-ci il təvəllüdlü İddiaçı1 «Azərbaycan Respublikası v ətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduqları müəyyən edilmişdir. Həmçinin, iş materiallarında olan İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinin ****/*** saylı arayışından görünür ki, İddiaçı1 21.07.2011-ci il tarixdə İİR vətəndaşı X13 ilə nikaha daxil olmuş və İİR Mülki qanunlarına əsasən ona (İran) şəxsiyyətini təsdiq edən şəhadətnamə və pasport verilmişdir. Qeyd etmək lazımdır ki, İİR Mülki qanunlarına əsasən İranlı oğlanlarla nikaha daxil olan əcnəbi xanımlar, nikahları qeydə alındıqdan sonra İran vətəndaşı sayılırlar. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə həmçinin müəyyən etmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Azərbaycan Tibb Univertsiteti üzrə 05.09.2017cii l tarixli 436/t nömrəli əmrini onlara münasibətdə qanunsuzluğunu mübahisələndirərək əmrdə onların universitetdən hansı səbəbə görə xaric edilmələrinin göstərilməməsini, heç bir qanuni əsas olmadan onların təhsil aldıqları universitetdən xaric edilmələrini göstərmişlər. Cavabdeh tərəf isə iddiaya etirazının əsası kimi Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyətinin müəyyən edilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24.02.2017-ci il tarixli 02-12-1207/17 nömrəli məktubu əsasında Azərbaycan Tibb Universitetinin Xarici tələbələr üzrə dekanlığında aparılaq yoxlamanın nəticəsində iddiaçıların müqavilə bağlayaraq əcnəbi vətəndəş kimi təhsil almaq üçün qəbulundan sonra onların əcnəbi deyil, Azərbaycan Respublikasının vətəndaşları və Gəncə şəhərində daimi qeydiyyatlarının olmalarını n məlum olmasına istinad edərək iddiaların əsassız olmasını göstərmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsinə əsasən Azərbaycan Dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Həmin Qanunun 26.2-ci maddəs inə əsasən Ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 11.04.2016-cı il tarixli Fərmanına əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu həyata keçirilməsi məqsədi ilə hüquqi və fiziki şəxslər üçün imtahanları Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi təşkil edir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alm ası və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.01.2011-ci il tarixli 9 №li qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi»nin 2.2 bəndinə əsasən ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura səviyyələinə və elmiş təşkilatların doktoratularma əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu şəxslərin qəbul Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, habelə ali təhsil müəssisəi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs ara sında bağlanan müaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir. «Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən əcnəbilər Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxslərdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığ ı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə düzgün olaraq bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş iddiaçıların iddia tələblərinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Belə ki, İddiaçı1 19 iyul 2011-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı X17 ilə ailə quraraq könüllü surətdə İran İslam Respublikasının vətəndaşlığını əldə etsə də və İddiaçı2 2012-ci ildə Türkiyə Respublikasının vətəndaşlılığın qəbul etsə də onların Azərbaycan Respublikasının vətəndaşlığını da itirməməsi həm iddiaçıların vətəndaşlıqdan çıxma barədə 2018-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə etdikləri müraciətlə bağlı izahatları (İddiaçı2 16.03.2018-ci il tarixdə, İddiaçı1 isə 18.07.2018-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşlığından çıxma ilə bağlı vəsatətlə müraciət etmişlər) və təqdim etdikləri sənədlərlə, həmçinin Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin 08 iyun və 1 avqust 2018-cu il tarixli Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab məktubları ilə təsdiqlənir. Həmin Baş İdarənin araşdırması ilə də iddiaçıların eyni zamanda həm Azərbaycan Respublikasının, həm də vətəndaşlığını qəbul etdikləri ölkələrin vətəndaşları olduqları təsdiqlənir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi və iş materiallarında olan Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin qeyd edilən tarixli cavab məktublarından görünür ki, “Azərbaycan Respublikasının vətəndaşlı ğı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq İcra Hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmu qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 18-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşının “digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973İVQD nömrəli Qanununun İİ maddəsinə əsas ən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsi və 18-ci maddəsinin İ hissəsinin İ bəndi ilə müəyyən olunmuş müddəalar bu qanun qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilir ki, 30.10.1993-cü il təvəllüdlü İddiaçı2 02.04.2012-ci il tarixdə Türkiyə Respublikasının və 03.11.1992-ci il təvəllüdlü İddiaçı1 isə 2011-ci il tarixdə İran İslam Respublikasının vətəndaşlığını qəbul etmişlər. Odur ki, onlar qeyd olunan dəyişikliyin qüvvəyə mindiyi 2014-cü ilin 1 iyul tarixinqən əvvəl digər ölkənin vətəndaşlağını əldə etdiklərini nəzərə alaraq Azərbaycan Respublikasının vətəndaşlığını itirmə ilə bağlı müddəalar həmin şəxslərə münasibətdə tətbiq edil ə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçıların xarici dövlətin pasportlarına əsasən Azərbaycan Tibb Universitetinə müqavilə əsasında qəbul edilsələr də, onların nəinki həmin vaxt, həmçinin hazırda da Azərbaycan vətəndaşı olaraq qalmalarına dair də nəticəsi işin araşdırılmış hallarına uyğundur. Belə ki, iddiaçılar Azərbaycan Tibb Universitetinə qəbul edilən zaman yuxarıda qeyd edilən qanun normasının tələblərinə əsasən eyni zamanda Azərbaycan Respublikasının vətəndaşı idilər və belə vəziyyətdə, iddiaçılar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən ali təhsil müəssisələrinə müsabiqə yolu ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin müəyyən e tdiyi qaydada həyata keçirilən imtahanda əldə etdiklərə nəticələrə əsasən daxil ola bilərdilər. Həmçinin də, iddiaçılar “Təhsil haqqında” Azərbaycan Respuvlikası Qanunun 44.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.01.2011-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.2ci bəndinə əsasən Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması dövlət tərəfindən müəyyən edilmiş kvota və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilməsi yalnız əcnəbi olduqları halda mümkün ola bilərdi. Məhkəmə kollegiyası əcnəbi olmağın həm də Azərbaycan Respublikası vətəndaşı olmaq demək olmaması kimi apellyasiya instansiyası məhkəm əsinin qənaəti ilə razılaşır və kassator L.T.Mehmetbeylinin cavabdehin onun iki dövlətin vətəndaşı olmasını bildiyi halda onunla əcnəbi vətəndaş kimi müqavilə bağlamaqdan əlavə, onun Tibb universitenin hazırlıq kursunu bitirib imtahanları müsbət verəndən sonra tələbə kimi universitetə qəbul edilməsi barədə kassasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək əsassız sayır. Belə ki, işin materiallarından görünür ki, o, yalnız əcnəbi vətəndaş kimi Universitetə müqavilə əsasında təhsil almaq üçün qəbul edilmişdir. Kollegiya iddiaçılarla Azərbaycan Tibb Universitetiarasında bağlanmış müqavilələrin mahiyyət etibarı ilə mülki hüquqi xarakterli olsa da, təhsil almaq hüququ ilə bağlı olduğundan xüsusi sahəvi hüquq sahəsinə aid olmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə də razı lar. Belə ki, yuxarıda qeyd olunduğu kimi, bu münasibətlər Mülki Məcəllə ilə deyil “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.01.2011-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinin” 2.2-ci bəndi ilə tənzimlənir. Ona görə də, Azərbaycan Tibb Universitetinin 05.09.2017-ci il tarixli, 436/T nömrəli əmri ilə Mülki Məcəllənin 421 və 423-cü maddələrinin tələbləri pozula bilməzdi. Başqa sözlə, Azərbaycan Tibb Universiteti təhsil müqaviləsindən irəli gələn hər hansı bir şərti pozmamışdır. İddiaçılar Azərbaycan Respublikası vətəndaşı olduqlarından müqavilə bağlandığı andan ümumiyyətlə əhəmiyyətsiz olmuşdur. Ona görə də, Azərbaycan Tibb Universitetinin iddiaçılar qarşıs ında əhəmiyyətsiz müqavilədən irəli gələn hər hansı bir öhdəliyi də ola bilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin nəticələri işin araşdırılmış hallarına tam uyğundur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, Azərbaycan Tibb Universitetinin 05.09.2017-ci il tarixli, ***/* nömrəli əmrinin inzibati akt hesab edilə bilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə də kollegiya razılaşır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İn zibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifaının V bəndinə əsasən, qanunvericiliyə uyğun olaraq inzibati akt qəbul etmək səlahiyyəti verilmiş digər orqanlar da inzibati orqanlar hesab edilir. Göründüyü kimi, qanunverici fiziki və ya hüquqi şəxsləri də, əgər qanunla onlara inzibati akt qəbul etmək səlahiyyəti verilmişdirsə, inzibati orqan hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt orqan tərəfindən ümumi (publik) hüquqi sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Kollegiya mübahisələndirilən əmrin universitetdən xaric edilməsinə dair məsələni həll etməsi, iddiaçılar üçün hüquqi nəticələr yaratmasının mübahisəsiz olmasına dair apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılışar və eyni zamanda əmrlə həll edilən məsələnin ümumi (publik) sahəsinə aid olması və həmin qərarın hakimiyyət tədbiri kimi çıxış etməsi əlamətlərinin isə mübahisənin üçüncü əlaməti olan hüquq münasibətin in xarakteri üzrə aydınlaşdırılması ilə bağlı mövqeyini də qanuni sayaraq hesab edir ki, tərəflər arasındakı münasibət mülki hüquq xarakterli olmaqla həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələrin mülki hüquqi xarakterə malik olduğu üçün hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməzdi. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyə n sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə də, iddiaçıların irəli sürdüyü faktiki hallar ilə onların iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaması məhkəmə kollegiyasına onların tələbləri, eləcə də apellyasiya şikayətlərinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrinin qanuni və əsaslı hesab etməsinə kifayət qədər hüquqi əsas yaradır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün h üquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, iddiaçılar apellyasiya şikayətlərinin dəlillərini təsdiq edən sübutları apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmiş, məhkəmə instansiyası tərəfindən onların apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri əsassız olduğundan təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 və İdiaçı2 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 28 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3422/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3422/2019
27.05.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver