Məhkəmə qərarları › İş №2(102)-3422/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3422/2023

05.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3422/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) 05.10.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1883/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X9 Rover markalı **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. 2. xx.xx.2019-cu il tarixdə verilmiş nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnaməyə əsasən, X1 Rover Range Rover markalı 99TS435 dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı xx.xx.2026-ci il tarixədək 6 il 6 ay 27 gün müddətinə etibar etmişdir. 3. xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi İddiaçı istifadəsində və sahibliyində olan **-TS-*** dövlət qeydiyyat nişanlı X9 Rover markalı avtomobil ilə Cavabdeh məxsus **-CF-*** dövlət qeydiyyat nişanlı, Volskvagen Tiguan markalı avtomobil ilə toqquşmuşdur 4. xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən, X9 Rover markalı 99TS435 dövlət qeydiyyat nişanlı avtomobilə 22350 manat məbləğində maddi zərər dəymişdir. 5. “X4” MMC-nin xx.xx.2021-ci il tarixli, İEM-44/21 №-li rəyinə əsasən, rəyin “Tədqiqatın təsviri” hissəsində göstərilən hüquqi aktlar üzrə təsbit edilmiş metodlardan istifadə etməklə və baxış zamanı aşkarlanmış xüsusatlar nəzərə alınmaqla, İddiaçı istifadəsində olan “X9 Rover” markalı, qara metallik rəngli, 2015-ci il buraxılışlı, **-TS-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD № 541531) avtomobilin bərpasına (“original”, yəni kontrafakt olmayan detallarla) - detallar üzrə orta bazar qiyməti 19.400 (on doqquz min dörd yüz) manat, işçilik üzrə 2.000 (iki min) manat olmaqla, cəmi çəkiləcək xərcin ümumi dəyəri (ƏDV xaric) -21.400 manat məbləğində müəyyən edilir.

6. Abşeron DYPİ-nin TP seriyalı ******* nömrəli nöm rəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh AR İXM-nin 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xeyrinə cavabdehdən 22.350 (iyirmi iki min üç yüz əlli) manat maddi ziyanın və vurulmuş mənəvi ziyana görə isə 10.000 (on min) manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, N ovxanı kəndi ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, iddiaçının istifadəsində və sahibliyində olan **TS-*** dövlət qeydiyyat nişanlı X9 Rover markalı avtomobil ilə cavabdehə məxsus 10CF025 dövlət qeydiyyat nişanlı, Volskvagen Tiguan markalı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə əlaqədar müvafiq araşdırma başlanılmış və araşdırma müddətində Abşeron RPİ-nin DYPŞ-nin BDAM tərəfindən müvafiq ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 8/2124 nömrəli, 03.09 2021-ci il tarixli Ekspert rəyinə əsasən, baş vermiş hadisədə təqsirli tərəf kimi cavabdeh müəyyən edilmişdir. Belə ki, Ekspert rəyinin tədqiqatın nəticəsi hissəsində göstərilir ki, təqdim olunan məlumatlara əsasən Volskvagen Tiguan markal ı, 10CF025 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkətlərində “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, hadisə nəticəsində iddiaçının istifadəsində və sahibliyində olan X9 Rover markalı 99TS435 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 22.350 (iyirmi iki min üç yüz əlli) manat müəyyənləşdirilmişdir. Belə ki, iddiaçıya məxsus həmin avtomobilin təmiri ilə bağlı çəkilmiş xərlərə dair “Real Avto MMC tərəfindən xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktı verilmişdir. Onu da qeyd edək ki, təmirlə bağlı iddiaçıya məxsus avtomobilin markasının aid olduğu rəsmi servis mərkəzinə müraciət edilsəydi şübhəsiz vurulmuş və çəkilmiş xərclər əhəmiyyətli dərəcədə yüksək olacaqdı. Ziyanın ödənilməsi ilə bağlı qarşı tərəfə bir neçə dəfə müraciətlər olunsa da, bununla bağlı heç bir müsbət nəticə əldə olunmamışdır. Beləliklə cavabdeh tərəfindən iddiaçıya vurulan maddi ziyanın məbləği faktiki olaraq. 22.350 (iyirmi iki min üç yüz əlli) manat təşkil edir.

9. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etməmişdir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-312/2022 nömrəli iş üzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.A.Əsədova) iddia qismən təmin edilmiş, Cavabdeh maddi zərərin əvəzi kimi 18.950 (on səkkiz min doqquz yüz əlli) manatın İddiaçı xeyrinə ödənilməs i, qalan hissədə iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırda iş üzrə iddiaçı məhkəməyə zərərin ödənilməsi tələbi ilə müraciət edərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb edir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilmişdir ki, İddiaçı istifadəsində və sahibliyində olan **-TS-*** dövlət qeydiyyat nişanlı X9 Rover markalı avtomobil ilə cavabdehə məxsus **-CF-*** dövlət qeydiyyat nişanlı, Volskvagen Tiguan markalı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisədə təqsirli tərəf kimi cavabdeh müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının istifadəsində və sah ibliyində olan **-TS-*** dövlət qeydiyyat nişanlı X9 Rover markalı avtomobilə maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsinə dair Abşeron DYPİ-nin TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi cavabdehin təqsirli, hüquqazidd hərəkəti nəticəsində iddiaçının əmlakına zərər dəymişdir. Qeyd edilən zərərin məbləği müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, dəymiş zərər 18950 (on səkkiz min doqquz yüz əlli) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə maddi zərər hissədə iddia ərizəsini ekspert rəyində göstərilən məbləğdə əsaslı hesab etmişdir.

12. Birinci instansiya məhkəməsi 10000 manat məbləğində mənəvi z ərərin ödənilməsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfin əməllərində mülki hüquq pozuntuları, deliktlər nəticəsində, iddiaçı şəxsin mənəvi sarsıntı keçirməsi ilə bağlı səbəbli-əlaqə də aşkar edilməmişdir.

13. Məhkəmə ona görə də işin hallarını nəzərə alaraq, cavabdehdən mənəvi ziyana görə 10000 (on min) manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasını əsassız hesab etmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 21.1, 1096, 1097, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrü bəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 4.1 və 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia tələbinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəfindən 29 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP4511168 nömrəli qərarından məhkəməyə müraciət olunaraq, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən həmin qərar ləğv olunaraq, araşdırılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Bu kimi, hal mübah isəli haldır. Belə ki, Abşeron Rayon Məhkəməsi qərarı ləğv etdiyi halda, onun avtoqəzada heç bir təqsirinin olmadığı yetirir. Belə bir halda da İddiaçı tərəfindən ondan dəymiş ziyanın tələbi əsassızdır. Buna əsasən tərəfindən ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdur ki, Abşeron Rayon Məhkəməsində qətnamənin çıxıb qanuni qüvvəsini almayınca iş üzrə icraatı müvəqqəti dayandırsın. Lakin hakim bu kimi vacib hal nəzərə alınmayaraq qətnamə çıxarmışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1883/2023 nömrəli mülki iş üzrə 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), C.A.Yusifov və F.Ş.Talışinski) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırda iş üzrə İddiaçı məhkəməyə zərərin ödənilməsi tələbi ilə müraciət edərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb edir.Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək qənaətinin onunla əsaslandırmışdır ki, İddiaçı istifadəsində və sahibliyində olan **-TS-*** dövlət qeydiyyat nişanlı X9 Rover markalı avtomobil ilə Cavabdeh məxsus **-CF-*** dövlət qeydiyyat nişanlı, Volskvagen Tiguan markalı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisədə təqsirli tərəf kimi Cavabdeh müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının istifadəsində və sahibliyində olan **-TS-** * dövlət qeydiyyat nişanlı X9 Rover markalı avtomobilə maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsinə dair Abşeron DYPİ-nin TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi Cavabdeh təqsirli, hüquqqazidd hərəkəti nəticəsində iddiaçının əmlakına zərər dəymişdir. Qeyd edilən zərərin məbləği müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazrliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2021-ci il tarixli, 9/81468/2818 nömrəli əmtəəşünaslıq ekspertizası rəyi ilə, 2015-ci il buraxılışlı “X9 Rover” markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmi r-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 18950 (on səkkiz min doqquz yüz əlli) manat məbləğində müəyyən edilmişdir.

19. Apellyasiya instansiyası məhkəmə birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamış və qeyd etmişdir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

20. Hazırkı işin hallarından görünür ki, birinci istansiya məhkəməsinin istinad etdiyi və Cavabdeh təqsirli hesab olunduğu Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Abşeron RP İ-nin DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərarı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilmiş və xx.xx.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın qanunvericiliyə uyğun həyata keçirilməsi üçün materiallar Abşeron Rayon DYPŞ-yə göndərilmişdir. Göründüyü kimi, hazırkı halda ziyanın bilavasitə cavabdeh tərəfindən vurulması sübuta yetirilmədiyindən, iddiaçı dəymiş ziyanın əvəzinin ödənilməsini cavabdehdən tələb etməsi əsassızdır.

21. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin 10000 manat məbləğində mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə hesab etmişdir ki, qeyd edilən tələb iddianın digər hissəsindən (maddi zərərin vurulması) asılı olduğundan və məhkəmənin yuxarıda q eyd olunan mövqeyinə görə maddi zərərin vurulması hissəsində rədd edildiyindən, mənəvi ziyan hissəsində əlavə araşdırmaya lüzum yoxdur. Ona görə də iddia tələbi mənəvi ziyan hissəsinə də əsassızdır və təmin edilə bilməz.

22. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinin araşdırmanın nəticəsindən aslı olaraq cavabdehin təqsiri müəyyən olunacağı halda hazırkı qətnamənin mövcudluğu iddiaçının eyni tələblə məhkəməyə müraciət hüququnu istisna etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar çıxarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsasl andırılmışdır ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxıldıqdan, qətnamə çıxarıldıqdan müəyyən müddət sonra Abşeron RPİ-nin DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərarı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilmiş və xx.xx.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın qanunvericiliyə uyğun həyata keçirilməsi üçün materiallar Abşeron Rayon DYPŞ-yə göndərilmişdir. İşə baxan apellyasiya məhkəməsi sözügedən protokol üzrə aparılan icraatın nəticəsini nəzərə almadan iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir.

25. Hazırkı işin hallarından görünür ki, baş vermiş hadisədə və hadisə nəticəsində iddiaçıya maddi ziyanın vurulmasında təqsirli şəxsin Cavabdeh olması bir daha təkzibolunmaz sübutlarla təqsdiq olunur. Belə ki, Cavabdeh təqsirli hesab olunduğu inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında Abşeron RPİ-nin DYPŞ-nin xx.xx.2021ci il tarixli, TP ******* nömrəli qərarı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilsə də, aparılan araşdırmanın nəticəsi olaraq Abşeron RPİDYPŞ-nin TP4511168 nömrəli, 25 aprel 2022-ci il tarixli Qərarı ilə baş vermiş həmin hadisədə cavabdehin təqsiri bir daha təsdiq edilmişdir. Bundan başqa cavabdehin işin bütün hallarından (yenidən araşdırmanın nəticəsi olaraq cavabdehin bir daha təqsirli olmasını təsdiqedən qərardab) xəbərdar olduğu halda işə baxan apellyasiya məhkəməsinə Abşeron RPİ DYPŞ-nin TP4511168 nömrəli,25aprel 2022-ci il tarixli Qərarını deyil, məhz Abşeron rayon məhkəməsinin sözüged ən qərarını təqdim etməklə, məhkəmənin düzgün olmayan mövqeyinə səbəb olmuşdur. Məlum iddia tələbinin əsasının yaranması cavabdehin təqsirli hərəkətləri nəticəsində zərərin vurulması ilə şərtlənir ki, göstərilən hal iş materialları ilə bir daha öz təsdiqini tapır. Bununla da məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, nəticədə isə əsassız məhkəmə aktının çıxarılması ilə nəticələnmişdir. Apellyasiya instansiyası məhkəməsi sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, cavabdehin təqsirli olmasına dair DYPŞ-nin qərarının ləğv edilməsinə dair Abşeron Rayon Məhkəməsinin sözügedən qərarına əsaslansa da, həmin qərarda DYPŞ tərəfindən yenidən aparılan araşdırmanın nəticəsini nəzərə almamışdır. Halbuki, ən son aparılan araşdırma nəticəsində cavabdehin təqsirli olması bir dah a təsdiq edilmişdir. Cavabdehin təqsirli olmasına dair məhkəməyə təqdim edilən sənəd, yəni Abşeron RPİ DYPŞ-nin TP4511168 nömrəli, 25 aprel 2022-ci il tarixli Qərarı nəzərə alınmamışdır. Həmçinin kassasiya şikayətində göstərilənləri, eləcədə işin faktiki hallarını nəzərə alaraq, demək olar ki, çıxarılmış qətnamə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Bununla da işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuşdur.

26. Kassator şikayətini Azərbaycan Respublikasınmın Mülli Məcəlləsinin21.1,1096, 1097, 115, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21və 23-cü maddələrinin şərh edilməsinədair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsin in 77.1, 88, 217.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

28. Maddə 21.1. hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hər əkət və ya hərəkətsizlikdir).

30. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

32. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı

33. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “Mənəvi zərərin ödənilməs i barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı

34. Bənd

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifa də olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

35. Bənd

10. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqə dar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı t ərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları, habelə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir

48. Belə ki, iş materiallarında (İş v. 11-12)Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 8/2124 nömrəli, 03.09 2021-ci il tarixli ekspert rəyi mövcuddur.Həmin rəyin nəticə hissəsində qeyd edilmişdir ki, təqdim olunan məlumatlara əsasən Volskwagen Tiguan markalı, 10CF025 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin rəyin nəticə hissəsində həmçinin qeyd edilmişdir ki,rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə X9 Rover markalı 99TS435 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün olmamışdır.

49. İddiaçı iddia ərizəsində yuxarıda göstərilən rəyə də istinad etmişdir.

50. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilən sənədi araşdıraraq prosessual hüquq normalarının tələbinə uyğun hüquqi qiymət verməmişdir.

51. Apellyasiya instansiyası məhkəməsi qətnaməs ində göstərmişdir ki, birinci istansiya məhkəməsinin istinad etdiyi və Cavabdeh təqsirli hesab olunduğu Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Abşeron RPİ-nin DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərarı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilmiş və xx.xx.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın qanunvericiliyə uyğun həyata keçirilməsi üçün materiallar Abşeron Rayon DYPŞ-yə göndərilmişdir. Göründüyü kimi, hazırkı halda ziyanın bilavasitə cavabdeh tərəfindən vurulması sübuta yetirilmədiyindən, iddiaçı dəymiş ziyanın əvəzinin ödənilməsini cavabdehdən tələb etməsi əsassızdır.

52. Kassasiya kollegiyası göstərilən əsaslandırma ilə də razılaşmır.Belə ki, Abşeron RPİ-nin DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərarının Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilməsi və xx.xx.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın qanunvericiliyə uyğun həyata keçirilməsi üçün materialların Abşeron Rayon DYPŞ-yə göndərilməsi hələ hazırkı halda ziyanın bilavasitə cavabdeh tərəfindən vurulmasının sübuta yetirilməməsi demək deyil.Apellyasiya instansiyası məhkəməsi Abşeron Rayon DYPŞ tərəfindən inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmasının nəticələrini araşdıraraq bu nəticələrə prosessual hüquq normalarının tələbinə uyğun hüquqi qiymət verməli olduğu halda belə araşdırma aparmamışdır. 5

3. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsində hesab etmişdir ki, qeyd edilən tələb iddianın digər hissəsindən (maddi zərərin vurulması) asılı olduğundan və məhkəmənin yuxarıda qeyd olunan mövqeyinə görə maddi zərərin vurulması hissəsində rədd edildiyindən, mənəvi ziyan hissəsində əlavə araşdırmaya lüzum yoxdur. Ona görə də iddia tələbi mənəvi ziyan hissəsinə də əsassızdır və təmin edilə bilməz.

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia təlbinin maddi zərər hissəsi üzrə nəticəyə gələrkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verdiyinə görə həmin tələbdən asılı olan mənəvi zərər tələbi üzrə də gəldiyi nəticə indiki halda əsaslı deyil.

55. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsa slandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

56. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

57. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

58. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübut ların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir(S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

59. Ona görə də kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən göstərilən nöqsanlar aradan qaldırılmaqla, sübutlara Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə müvafiq olaraq hüquqi qiymət verilməli, bu Qərarın əsaslandırıcı hissəsində sadalanan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli 2(103)1883/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar