Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3426/2024 04.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı şəhəri Yasamal rayon icra şöbəsinə və Cavabdeh3 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: icraata xitam, işə məhkəmədə baxılmalı deyildirsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" MMC-yə, Bakı şəhəri Yasamal rayon icra şöbəsinə və Cavabdeh3 qarşı Başı şəhəri Yasamal rayon İcra şöbəsinin 17/72 1218xx/xx22481 saylı xx.xx.2021-ci il tarixli sifariş mə ktubunun və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 469/22 saylı hərrac bildirişinin qanunsuz və etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-938/2024 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən 210.50 kv. metr sahəsi olan mənzil 3/5 hissədə Cavabdeh2 adına xx.xx.2005-ci il tarixdə, 2/5 hissədə Cavabdeh3 adına xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır.
2. DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyes trindən çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 106 kv.metr olan mənzil 3/5 hissədə Cavabdeh2 adına xx.xx.2002-ci il tarixdə, 2/5 hissədə Cavabdeh3 adına xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır.
3. DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayon, Bilgəh qəsəbəsi, bağ evi 863 ünvanında yerləşən ümumi sahəsi 232.52 kv.metr sahəsi olan mənzil 3/5 hissədə Cavabdeh2 adına xx.xx.2019-cu il tarixdə, 2/5 hissədə Cavabdeh3 adına xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır.
4. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-983/2021 saylı qətnaməsinə əsasən cavabdeh X1 ödəniləcək günə manatla məzənnədə 300000 ABŞ dolları tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur.
5. Kürdəmir Rayon Məhkəm əsinin xx.xx.2021-ci il tarixli 2(041)-983/2021 saylı qərardadının surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 birlikdə paylı mülkiyyətlərində olan ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 106 kv. m olan mənzildən Cavabdeh2 3/5 hissədə, Bakı şəhəri Sabunçu rayon Bilgəh qəsəbəsi bağ evi 863 ünvanda 0,0010 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 232.52 kv.m olan Bağ evindən Cavabdeh2 3/5 hissədə və ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 210.50 kv.m olan mənzildən Cavabdeh2 3/5 hissədə olan paylarının üzərinə məhkəmənin icraatında olan mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək həbs qoyulmuşdur.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən 2/5 hissədə Cavabdeh3, 3/5 hissədə Cavabdeh2 paylı mülkiyyətlərində ol an Bakı şəhəri, ünvan 8 ünvanda yerləşən mənzilə görə 96000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə görə 164000 manat, cəmi 260000 manat qətnamə qanuni qüvvəyə mindiyi gündən 30 gün ərzində kompensasiya şəkilində iddiaçıya ödənilməklə eyni anda iddiaçı Cavabdeh3 həmin əmlaklarda olan 2/5 hissədə payına dair mülkiyyət hüquqlarına xitam verilməsi, cavabdeh tərəfindən iddiaçı Cavabdeh3 kompensasiya ödənilmədiyi təqdirdə: Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin 410000 manata və Bakı şəhəri, ünvan 8 ünvanda yerləşən mənzilin 240000 manata açıq hərracda satılması və əldə olunan pul vəsaitinin daşınmaz əmlakda paya mütənasib qaydada mülkiyyətçilərə öd ənilməsi, ünvan 1 ünvanda yerləşən mənzilin ilkin satış qiyməti 570000 manat olmaqla, açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaitinin paylarına mütənasib qaydada Cavabdeh3 və Cavabdeh2 ödənilməsi qət edilmişdir.
7. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-534/2022 saylı qətnaməsini ilə Cavabdeh2 cavabdeh "xxxx" MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3) qarşı hərracın nəticələrinə dair iddia tələbi təmin edilmiş, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli Y-393/21 saylı hərracın nəticələri haqqında yekun protokolu etibarsız hesab edilmişdir.
8. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-624/2022 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 918/2021 saylı xx.xx.2021-ci il tarixli i cra vərəqəsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə borclu Cavabdeh3 ərizəsi təmin edilməmişdir. 9. "xxxx" MMC-nin Cavabdeh2 və Cavabdeh3 ünvanladığı xx.xx.2021-ci il tarixli 393/21 saylı hərrac bildirişində hərracın keçirilməsi xx.xx.2021-ci il tarixə təyin edildiyi göstərilmişdir. Ərizəyə, eyni zamanda Cavabdeh2 hərracın baş tutmadığı üçün işin Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinə qaytarılması barədə "xxxx" MMC-nin rəhbərliyinə ünvanladığı ərizələr, "xxxx" MMC-nin hərrac bildirişləri, hərracın baş tutmaması barədə arayışları və digər sənədlər əlavə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx/xx-1218xx/xx-22481 sayl ı, xx.xx.2021-ci il tarixli sifariş məktubunun və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 469/22 saylı hərrac bildirişinin qanunsuz və etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-983/2021 saylı qətnaməsinə əsasən cavabdeh X3 ödəniləcək günə manatla məzənnədə 300000 ABŞ dolları tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə göndərilmiş və hal-hazırda icra mərhələsindədir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-983/2021 saylı qətnaməsinin icrasını təmin etmək məqsədi ilə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-9 83/2021 saylı qərardadı ilə X2 Cavabdeh3 ilə birlikdə paylı mülkiyyətlərində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə, ünvan 12 ünvanda yerləşən mənzilə və ünvan 13rləşən 1 nömrəli mənzilin üzərinə məhkəmənin icraatında olan mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək həbs qoyulmuşdur. Həmin qərardaddan Cavabdeh3 şikayət vermiş, Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-1001/2022 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən 2/5 hissədə Cavabdeh3, 3/5 hissədə Cavabdeh2 paylı mülkiyyətlərində olan ünvan 14 ünvanda yerləşən mənzilə görə 96000 manat, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə görə 164000 manat, cəmi 260000 manat kompensasiya ödənilməklə Cavabdeh3 həmin əmlaklarda olan 2/5 hissədə payına dair mülkiyyət hüquqlarına xitam verilməsi, ünvan 19vanda yerləşən mənzil ilkin satış qiyməti 570000 manat olmaqla, açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaitinin paylarına mütənasib qaydada Cavabdeh3 və Cavabdeh2 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin əsaslandırıcı və qət etdi hissəsində olan yanlışlığın düzəldilməsi, “Cavabdeh2 tərəfindən 2/5 hissədə Cavabdeh3, 3/5 hissədə Cavabdeh2 paylı m ülkiyyətlərində olan ünvan 14 ünvanda yerləşən mənzilə görə 96000 manat, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə görə 164000 manat, cəmi 260000 manat kompensasiya ödənilməklə Cavabdeh3 həmin əmlaklarda olan 2/5 hissədə payına dair mülkiyyət hüquqlarına xitam verilsin”. cümləsinin “Cavabdeh2 tərəfindən 2/5 hissədə Cavabdeh3, 3/5 hissədə Cavabdeh2 paylı mülkiyyətlərində olan ünvan 14 ünvanda yerləşən mənzilə görə 96000 manat, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə görə 164000 manat, cəmi 260000 manat qətnamə qanuni qüvvəyə mindiyi gündən 30 gün ərzində kompensasiya şəkilində iddiaçıya ödənilməklə eyni anda iddiaçı Cavabdeh3 həmin əmlaklarda olan 2/5 hissədə payına dair mülkiyyət hüquqlarına xitam verilsin. Cavabdeh tərəfindən iddiaçı Cavabdeh3 kompensasiya ödənilmədiyi təqdirdə: Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin 410000 manata və ünvan 12 ünvanda yerləşən mənzilin 240000 manata açıq hərracda satılması və əldə olunan pul vəsaitinin daşınmaz əmlakda paya mütənasib qaydada mülkiyyətçilərə ödənilməsi” kimi oxunması qərara alınmışdır. Həmin qətnamə qanuni qüvvəsini almış və qətnamədə qeyd olunan əmlaklar hərraca çıxarılmışdır. Lakin hərrac qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilmədiyinə görə iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3) qarşı “hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi” tə ləbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin 08 oktyabr 2021-ci il tarixli Y-393/21 saylı “hərracın nəticələri haqqında yekun protokol”un etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-534/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" MMC-nin 08 oktyabr 2021-ci il tarixli Y-393\21 saylı “hərracın nəticələri haqqında” yekun protokolu etibarsız hesab edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Cavabdeh3 faktiki olaraq heç bir ödəniş etmədən Cavabdeh2 əmlakda olan payını qanunsuz şəkildə ələ keçirmiş, hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmədiyinə görə onun nəticələri etibarsız hesab edilməlidir. Belə ki, qanunveri ciliyə əsasən hərrac müqavilənin bağlanması üçün və ya əşyanın satışı üçün keçirilə bilər. Hərrac özü-özlüyündə o zaman baş tutmuş hesab edilə bilər ki, auksion formasında keçirilsin və ən yüksək məbləği ödəmiş şəxs hərracı udmuş şəxs hesab olunur. Hazırkı işin hallarından görünür ki, hərracı udmuş Cavabdeh3 tərəfindən hazıradək bağ evinin dəyəri nə "xxxx" MMC-nin, nə də sifarişçi Yasamal rayon İcra şöbəsinin bank hesabına köçürülmüş və tərəflər arasında buna dair hər hansı digər razılaşma əldə olunmamışdır. Dolayısı ilə ödəniş olmadığı halda ödənişin həyata keçirilməsinə dair formal görüntü yaradılaraq hərracın ən təməl qaydası pozulmuşdur. Həmçinin "xxxx" MMC-nin Yasamal Rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 393/21 saylı məktubdan da görünür ki, Bakı şəhəri Yasamal ray onu Sadıx Dadaşov küçəsi ev 83a mənzil 1 və ünvan 14 keçirilmiş hərracda satılmadığına görə iş geri qaytarılmışdır. Bundan sonra, borclu Cavabdeh3 Əfdər oğlu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 ha toıpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin 410000 manat qiymətlə ilkin olaraq hərraca çıxarılması, həmin əmlak açıq hərrac yolu ilə satıldığı halda pulun paylara mütənasib bölünərək digər iki əmlakın da hərraca çıxarılması, satılmadığı halda isə həmin əmlakın ona təklif olunmaqla adına rəsmiləşdirilməsi və onun digər iki əmlakda, yəni ünvan 19vanda yerləşən mənzildə və ünvan 17 ünvanında yerləşən mənzildə olan payına xitam verilməklə onların Cavabdeh2 adına rəsmiləşdirilməsi və ya Cavabdeh2 istəyi ilə həmin iki əmlakın açıq hərrac yolu ilə satılması zamanı ona çatacaq məbləğin Cavabdeh2 verilməsi qaydasında qətnamənin icra üsulunun dəyişdirilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-624/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə borclu Cavabdeh3 Əfdər oğlunun ərizəsi təmin edilməmişdir. Yasamal rayon icra şöbəsinin sifarişi əsasında icra sənədi üzrə artıq iki dəfə hərrac təşkil olunmuş və həmin hərraclar baş tutmamışdır. Belə olan halda isə qanunvericiliyin tələblərinə görə icra sənədi məhkəm əyə qaytarılmalıdır. Lakin, həbsdə olan əmlaklar qanunsuz olaraq yenidən hərraca çıxarılmışdır. Belə ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 469/22 saylı hərrac bildirişindən görünür ki, Yasamal rayon icra şöbəsinin xx/xx-1218xx/xx-22481 saylı xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən birgə mülkiyyətdə olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evi 410000 manata, ünvan 12 ünvanda yerləşən mənzil 240.000 manata "xxxx" MMC tərəfindən yenidən açıq hərraca çıxarılmışdır və hərrac 18 yanvar 2023-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx/xx-1218xx/xx-22481 saylı,xx.xx.2021-ci il tarixli sifariş məktubu və "xxxx" MMC-nin xx.xx.2022- ci il tarixli 469/22 saylı hərrac bildirişi etibarsız hesab edilməlidir. Belə ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 469/22 saylı hərrac bildirişindən görünür ki, hərraca çıxarılan əmlaklar məhz Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-983/2021 saylı qətnaməsinin icrasını təmin etmək məqsədi ilə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-983/2021 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş əmlaklardır və həmin əmlaklar hərracda satıldığı təqdirdə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-983/2021 saylı qətnaməsinin icrası qeyrimümkün hesab olacaqdır. Açıq-aşkardır ki, nə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx/xx-1218xx/xx-22481 saylı xx.xx.2021-ci il tarixli sifariş məktubunda, nə də "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 469/22 saylı hərrac bildirişində Bakı şəhəri Sabu nçu rayonu Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evin və ünvan 12 ünvanda yerləşən mənzilin və ünvan 19vanda yerləşən mənzilin ilkin (başlanğıc) satış qiyməti onların bazar dəyərinə uyğun olaraq müəyyən olunmamış və göstərilməmişdir. Belə olan halda isə, həmin əmlaklar üzrə ümumiyyətlə açıq hərracın keçirilməsi Ali Məhkəmənin “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan saılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 02/2021-ci il tarixli xx.xx.2021-ci tarixli qərardadı ilə ziddiyyət təşkil edir. Həmçinin, “https://e-herrac.com/page/herrac” saytında yerləşdirilmiş “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur qaydaları”nın 1.14.3-cü bəndinə görə hərracın təşki latcısı həmçinin hərracın gedişində mübahisəli vəziyyət yarandıqda mübahisənin səbəbləri aradan qaldırılanadək hərracı dayandırır. "xxxx" MMCyə, Bakı şəhəri Yasamal rayon icra şöbəsinə hərracın dayandırılması ilə bağlı müraciətlər olunsa da, cavabdehlər bunu etməkdən imtina etmişlər.
12. Kürdəmir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 dekabr 2023-cü il tarixli, 2(041)-368/2023 saylı qətnaməsi ilə (hakim Xaliq İmanov) iddia təmin edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə qeyd edilən əmlakların açıq hərracda satılması proseduru 13 avqust 2021-ci il tarixdə başlamış, sonuncu xx.xx.2023-cü ilə təyin edilmiş hərrac baş tutmadığı üçün sənədlər "xxxx" MMC-nin həmin tarixli məktubu ilə qanunvericiliyə uyğun qərar qəbul edilməsi üçün Bakı şəhəri Yasamal r ayon icra şöbəsinə göndərilməsinə baxmayaraq,icra sənədi məhkəməyə qaytarılmamışdır.
14. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş hallar ona dəlalət etmişdir ki, icra məmuru tərəfindən aparılan icra tədbirləri məhz qətnamənin qət edilmiş həddində həyata keçirilməli, yəni Cavabdeh2 tərəfindən iddiaçı Cavabdeh3 qətnamədə qeyd olunan məbləğlər ödənilməsi ilə Hafizin mülkiyyət hüquqlarının xitamı rəsmiləşdirilməlidir. Lakin icra məmuru icra sənədindən kənara çıxaraq qeyd olunan əmlakların qətnamənin qət edilən hissəsində müəyyən edilmiş qiymətlə hərrac keçirmiş, keçirilmiş hərrac etibarsız hesab olunduğundan yenidən hərrac keçirilməsi barədə icra hərəkətləri davam etdirilmiş və müvafiq olaraq hərracın keçirilm əsi ilə xx.xx.2021-ci il tarixli sifariş məktubu göndərilmiş, "xxxx" MMC də, öz növbəsində xx.xx.2021-ci il tarixli, 469/22 saylı hərrac bildirişi göndərilməklə qanunsuzluğa yol vermişdir.
15. Bundan əlavə, icra məmuru “İcra haqqında” Qanunun tələblərini pozaraq ilkin iddiaçının cavabdeh tərəfindən kompensasiya ödəyə bilmədiyi halda əmlakların açıq hərracdan satılaraq ona düşən payın verilməsi tələbinin təmin edilməməsinə baxmayaraq, həmin əmlakları hərrac vasitəsi ilə satılmasına cəhd etməklə sanki qəbul edilmiş qətnamə əsasında verilmiş icra sənədini ilkin iddiaçının iddiasının təmin olunmayan hissədə icra hərəkətləri aparmaqla qanuni qüvvədə olan qətnamənin nəticələrini heçə endirməklə “İcra haqqında” Qanunun 7, 8, 9, 13 və 23.1.5-ci maddələrinin tələblərini pozmuşdur. Hazırkı icra sənə dinə görə borclu icra sənədi üzrə iddiaçı və cavabdeh həm tələbkar, həm də borclu hesab olunur. Çünki qəbul edilmiş qətnamə üzrə verilmiş icra sənədi hər iki tərəf üçün hüquq və vəzifə yaradır. Belə olan halda icra məmuru “İcra haqqında” Qanunun 23.1.5-ci maddəsinə əsas götürərək tələbkarın öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olması əsası ilə icra sənədini geri qaytarmalı olduğu halda bunu etməmişdir.
16. Digər tərəfdən, icra məmuru nəzərə almamışdır ki, ilkin iddiaçı məhz qətnamədə qeyd olunan icra sənədi üzrə aparılmış icra tədbirlərinin nəticə vermədiyini görərək qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etsə də, onun ərizəsinin təmin edilməsi üçün əsasların olmaması qənaətinə gəlinmiş və ərizə təmin edilməmişd ir. Belə olan halda Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi məhz məhkəmənin gəldiyi yekun nəticəyə uyğun icra olunmalıdır. Halbuki, 2/5 hissədə Cavabdeh3, 3/5 hissədə Cavabdeh2 paylı mülkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, Əbdürəhim bəy Haqverdiyev küçəsi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evi, Bakı şəhəri, ünvan 8 ünvanda yerləşən mənzilə görə 96.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar sahəsində yerləşən 863 nömrəli bağ evinə görə 164.000 manat, cəmi 260.000 manat kompensasiya ödənilməklə Cavabdeh3 həmin əmlaklarda olan 2/5 hissədə payına dair mülkiyyət hüquqlarına xitam verilməsi qət edilən qətnamənin nəticəsi ilk baxışda tərəflərin aralarınd a yaranan mübahisənin barışıq sazişi şərti ilə həllinə uyğun gəlsə də, əslində bu barışığın şərtləndirilməsi kimi yekun nəticə yox, məhkəmənin mübahisə üzrə gəldiyi yekun nəticə olmuşdur. Çünki ilkin iddiaçı Cavabdeh3 məhkəmə qarşısında qaldırdığı iddiasının iki alternativ üsulla təmin edilməsini (ilkin iddiaçı iddia tələbində paylı mülkiyyətlərində olan əmlakların ona düşən hissədə Cavabdeh2 tərəfindən ona pul kompensasiyası verilməklə əmlak üzərində mülkiyyət hüquqlarına xitam verilməsi və bu mümkün olmadıqda həmin əmlakların açıq hərracdan satılaraq ona düşən payın verilməsi olmuşdur) arzulasa da, məhkəmə iddianın yalnız kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi hissəni təmin etmiş, iddianın mübahisəli əmlakların açıq hərracdan satılaraq ona düşən payın verilməsi hiss əsini təmin etməmişdir.
17. Mülki prosessual qanunvericiliyin tələblərinə görə qətnamə məhz qət olunan həddə və qaydada icra olunmalı, icra tərəflərin hərəkətləri ucbatından icra olunmadığı halda isə, icra sənədi “İcra haqqında” Qanuna əsasən geri qaytarılmalıdır. Əks yanaşma, yəni qətnamənin mübahisəli əmlakların qətnamədə qiyməti müəyyən olunan məbləğdə satılması üçün hərraca çıxarılması, həm icra sənədi üzrə icradan kənara çıxmaya, həm də, Kürdəmir Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qətnaməsinin (həmin qətnamədə Cavabdeh2t Sədrəddin qızından borca görə ödəniləcək günü bank məzənnəsi ilə manatla 300.000 ABŞ dolları məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir) icrasının mümkün olmayacağına gətirib çıxara bilər. Çünki məhz Kürdəmir Rayon Məhkəməsinin 21 may 2021-ci i l tarixli qətnaməsinin icrasını təmin etmək məqsədilə Kürdəmir Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərardadı ilə, yuxarıda adları qeyd olunan əmlakları Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evi, Bakı şəhəri, ünvan 20 ünvanda yerləşən mənzil, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar sahəsində yerləşən 863 nömrəli bağ evi və Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 83a, mənzil 1 həbs qoyulmuşdur. Əmlakın üzərinə həbs qoyulması “İcra haqqında” Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Göründüyü kimi Yasamal rayon şöb əsinin icra məmuru tərəfindən Kürdəmir Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədilə üzərilərinə həbs qoyulmuş əmlakları Yasamal Rayon Məhkəməsinin qətnaməsinin icra sənədi üzrə (həmin qətnamənin icra sənədində qeyd olunan əmlakların hərracda satılması nəzərdə tutulmayıb) icra sənədindən kənara çıxaraq icra tədbirləri görməklə Kürdəmir Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qətnaməsinin icrasına mümkün olmayacağına şərait yaratmaqla İddiaçı hüquqlarını və qanunla qorunan mənafeyini pozmuşdur.
18. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1, 415.2, 415.3, 415.4, 415.5, 416.1, 416.2-ci maddələrinə, “İcra haqqında” Qanunun 53-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhk əməsindəki icraat
19. Cavabdehlər Cavabdeh3 və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən belə məlum olmuşdur ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli, qanuni qüvvəsini almış qətnaməsi icra edilmədən qalmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-624/2022 saylı, xx.xx.2022ci il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli icra sənədinin hansı qaydada icra olunması, yəni əmlakların hansı ardıcıllıqla hərraca çıxarılmalı olması qeyd olunmuş və həmin qərardad əsasında əmlaklar hərraca çıx arılmışdır. Belə olan halda necə ola bilər ki, şöbənin hərrac sifarişi qanunsuz hesab olunmuşdur. Eyni zamanda Kürdəmir Rayon Məhkəməsi şöbədən icra işinin surətini əldə etmədən, bu barədə rəsmi sorğu göndərmədən, icra məmurunun yazılı və ya şifahi izahatını almadan, digər qanuni qüvvəyə minmiş məhkəmə qərardadı əsasında verilən hərrac sifarişini qanunsuz hesab etmiş, eyni zamanda qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına mane olmuşdur. Eyni zamanda məhkəmə tərəfindən ərazi yurisdiksiyası pozulmuşdur. Belə ki, mübahisə predmeti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə və ya Bakı İnzibati Məhkəməsinə aiddir. Odur ki, məhkəmənin 2(041)368/2023 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi MPM-in 217.2-ci maddəsinin tələbi baxımından qanuni və əsaslı deyil.
21. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2 avqust 2024-cü il tarixli, 2(106)-938/2024 saylı qətnaməsi ilə (hakimlər P.T.Əhmədov (sədrlik edən və məruzəçi), C.F.İmanov və S.İ.Mayılov) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verməli olduğu halda yanlış olaraq iddia ərizəsinə baxaraq təmin etmişdir.
23. İddia tələbi təhlil edildikdə müəyyən edilir ki, hazırkı iddianın əsasını Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-983/2021 saylı icra sənədinin icrası üzrə icra məmurunun hərəkəti ilə bağlıdır. 24. “İcra haqqında” Qanunun 87.1-ci maddəsində göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. 25. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1-ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkə tsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. 26. “İcra haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 16 oktyabr 2012-ci il tarixli Qanununa əsasən həmin Qanunun 87.2-ci maddəsi çıxarılmış, icra sənədlərinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu tərəfindən icra məmurunun olduğu yer ürzə İnzibati-İqtisadi məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 04 aprel 2012-ci il tarixli qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) ir əli gələn mübahisələrə İnzibatiProsessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatiiqtisadi məhkəmələr tərəfindən baxılır.
29. Qeyd edilməlidir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə” 16 sentyabr 2010-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Məhkəməsinin digər – “Vasilesku Rumıniyaya qarşı iş üzrə” 22 may 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan “məhkəmə” anlayışının tələblərinə cavab vermiş olur. 3
0. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh3 vəkili və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(041)-368/2023 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
31. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini “İcra haqqında” Qanunun 87.1ci maddəsinə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddə aları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 04 aprel 2012-ci il tarixli qərarı və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 261.0.1, 391-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını, işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiy a şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 hüquqlarının müdafiəsinə apellyasiya məhkəməsi tərəfindən təminat verilməmiş və qərəzli yanaşılmışdır. Hesab edirlər ki, məhkəmə tərəfindən MPM-nin 261.0.1-ci maddəsi düzgün tətbiq edilməmişdir Belə ki, hazırkı mübahisə üzrə iddia tələbi iki hissədən ibarət olmuşdur. İddia tələbinin birinci hissəsi inzibati orqanın əməkdaşlarının qanunsuz hərəkətlərindən irəli gəlsə də, iddia tələbinin ikinci hissəsinə məhz mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
34. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasın 60, 125, 127 və 129-cu maddələri, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 16.3-cü bəndi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsinə istinadən əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
36. Maddə 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 261.0.1. Hakim iş üzrə icraata iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, xitam verir.
38. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.1. Maddi və prosessual hüquq normalarını n pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfind ən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən qərardad bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Apellyasiya instansiyası mə hkəməsi qeyd etmişdir ki, iddia tələbi təhlil edildikdə müəyyən edilir ki, hazırkı iddianın əsasını Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-983/2021 saylı icra sənədinin icrası üzrə icra məmurunun hərəkəti ilə bağlıdır.
47. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşır və qeyd edir ki, hərrac təşkilatının bildiriş məktubu da icra məmurunun hərəkətinin (sifariş məktubunun) icrasını təmin etmək üçün həyata keçirilmiş fəaliyyətdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 87.1-ci maddəsinə müvafiq olaraq icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verilə bilər.
48. Qanunda bu qaydada şikayət vermək imkanının nəzərdə tutulması mübahisəli məsələyə iddia icraatı qaydasında baxılmasını istisna edir.
49. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
50. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulmuş şərtlərə əməl edilməklə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət edilə bilər.
51. Beləliklə, hazırkı iş üzrə icraata xitam verilməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı olduğundan kassasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 t ərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 avqust 2024-cü il tarixli 2(106)-938/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.