Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3428/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsindən irəli gələn tələb, vaxtaşırı ödəmələr üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə haqqının və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3695/2025 nömrəli, 4 avqust 2025-ci il tarixli qətnaməsindən iddiaçı t ərəfindən verilmiş kassasiya şikayətinə 02 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1i ünvanda yerləşən 0.08 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixədək İddiaçı mülkiyyətində olmuşdur. O həmin sahəni xx.xx.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən, cavabdeh "xxxx" MMC-yə icarəyə vermişdir.
2. İcarə müddəti xx.xx.2021-ci il tarixədək, icarə haqqı rüblük 3600 manat məbləğində müəyyən edilmişdir.
3. İşin mübahisəsiz halıdır ki, müqavilə müddəti bitdikdən sonra icarəçi icarəyə götürdüyü sahəni boşaldaraq təhvil vermiş və icarə hüquq münasibətləri xitam olunmuşdur.
4. Torpaq sahəsi xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birin ci instansiya məhkəməsində icraat
5. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh "xxxx" MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 43 ay üçün 51.600 manat icarə haqqı borcunun, əlavə 5 faizlə 2.580 manat pulun, 5.000 manat əldən çıxmış faydanın, 5.000 manat mənəvi zərərin və iddia ərizəsinə görə ödənilmiş 282 manat 54 qəpik dövlət rusumunun, ümumilikdə cəmi 64462,54 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh onunla icarə müqaviləsi bağlamazdan əvvəl də xeyli müddət şəxsi mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən istifadə etmişdir. O, bu şirkətdə işlədiyinə görə icarə haqqını tələb etməyə çəkinmişdir. Cavabdeh h ər ödəniş vaxtı ona icarə haqqının ödənişinin onlarda toplanmasını və yaxın zamanda ödənişi həyata keçirəcəklərini demişdir. O, da orada işləyib maaş aldığına görə məcbur cavabdehin vədlərinə hörmətlə yanaşmışdır. Müqavilənin vaxtı bitəndən sonra 2021-ci ilin oktyabr ayında cavabdeh icarə haqqını vermədən onu xx.xx.2021-ci il tarixdə işdən çıxartmışdır. O gündən dəfələrlə icarə haqqının ödənilməsini tələb etsə də, indiyədək cavabdeh ona heç bir ödəniş etməmişdir. Cavabdeh onun maddi ehtiyac içində olmasından istifadə etmiş, onu aldatmış, cavabdehlə müqaviləni bağlayarkən cavabdeh məhz vicdansızlıq nümunəsi göstərərək iddiaçının etibarından sui-istifadə etmişdir. Məhkəmənin diqqətinə çatdırmışdır ki, cavabdeh ona yuxarıda qeyd etdiyi maddi ziyanı vurmuş, əsassız varlanmışdır. İcarə haqqının ödənməsi ilə əlaqədar cavabdehə xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, vəsaitin qaytarılmasından imtina edilmişdir. Bu səbəblərdən məhkəməyə pul tələbi ilə bağlı iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlə onun arasında bağlanılan icarə müqavilələrinə görə ümumilikdə 43 ay, hər ay icarə haqqı 1.200 manat olmaqla ümumilikdə 51.600 manat borcu vardır. Hesab edir ki, cavabdeh, 51.600 manat borca görə əlavə 5% hesablanmaqla 2.580 manat məbləğində vəsaiti, habelə əldən çıxmış faydanı şəxsən ödəməlidir. Çünki, borclunun icranı gecikdirməsi, pul və hesablanmış faizləri qaytarmaması özgənin vəsaitlərindən qanunsuz istifadə halı yaratmışdır. Cavabdeh onu aldadaraq bu günə kimi mü xtəlif bəhanələrlə pulunu qaytarmır. Tərəfindən iddia ərizəsinə görə məhkəmənin hesabına ödənilmiş rüsum, digər xərclər cavabdehin qeyri-qanuni əməli nəticəsində yarandığından bu pulu da cavabdeh ödəməlidir. Dəfələrlə cavabdehlə telefon əlaqəsi saxlamış, hər dəfə onun yalanlarını dinləmişdir. Bundan əlavə cavabdehin qanunazidd hərəkətləri əsəblərinə toxunmuş, onun qanunsuz hərəkətləri nəticəsində əsəb, sarsıntı və iztirab keçirmişdir. Bu səbəbdən hesab etmişdir ki, ona 5.000 manat mənəvi zərər də dəymişdir və cavabdeh bu zərəri qarşılamalıdır. Cavabdehin xeyli müddət əsəbləri ilə oynaması, narahatlıq yaratması, pulu müxtəlif bəhanələrlə qaytarmaması kimi hallar nəzərə alınmalıdır.
7. Cavabdehin iddiaya etirazında qeyd edilmişdir ki, "xxxx" MMC-nin təsisçisi, o cümlədən direktoru Gürcüstan Respublikası vətəndaşı olduğundan, cəmiyyətə məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.08 ha torpaq sahəsi fiziki şəxs olaraq İddiaçı adına rəsmiləşdirilmişdir. Bu rəsmiləşdirmə formal olmuş, torpaq faktiki olaraq cəmiyyətin istifadəsində və sahibliyində qalmışdır. Torpaq sahəsi daima MMC-nin faktiki olaraq cəmiyyətin istifadəsində olduğundan, cəmiyyətlə İddiaçı arasında bağlanmış xx.xx.2018- ci il tarixli icarə müqaviləsi üzrə nə İddiaçı tərəfindən hər hansı icarə haqqı tələb olunmuş, nə də sonuncuya cəmiyyət tərəfindən icarə haqqı ödənilmişdir. Sonradan İddiaçı torpaq sahəsinin onun mülkiyyətində qalmasından istifadə edərək, cəmiyyətdən xəbərsiz, məlumatı olmadan həmin torpaq sahəsini özbaşına satmış və satışdan əldə etdiyi pulu da cəmiyyətə ödəməmişdir. Hal-hazırda iddiaçı x x.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə icarə borcunu tələb etməsi üçün heç bir hüququ və haqqı yoxdur, həmçinin həmin icarə müqaviləsi üzrə pulu tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini iddiaçı ötürmüşdür.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-685/2022 nömrəli, 15 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim - Nail Abbasov) iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin iddiaçıya olan icarə haqqı borcu ödənilmədiyindən tərəflər arasında bağlanmış icarə müqaviləsinin hazırkı məhkəmə iddiası çərçivəsində həmin icarə haqqını tələb etməkdə haqlı olmuşdur. Lakin, cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə verməklə iddianın rədd edilməsini xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Tərəflər arasında xx.xx.2018-ci il tarixli çıxarışla dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlaka dair notariat qaydasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, icarə müddəti xx.xx.2021-ci il tarixinədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilir. İddiaçı öz iddia ərizəsində “müqavilə vaxtı bitəndən sonra 2021-ci ilin oktyabr ayında cavabdeh icarə haqqını vermədən ərazidən çıxdı” qeyd etməklə, müqavilənin 2021-ci ilin sentyabr ayına qüvvədə olmasını təsdiq etmiş, belə ki, cavabdeh həmin ilin oktyabr ayında ərazini boşaltmaqla müqavilənin uzadılması ni yyətində olmadığını bəyan etmişdir. Bunun əksinə iddiaçının məhkəmə iclasında cavabdehin icarə predmeti olan sahədən 2021-ci ilin oktyabr ayından sonrakı dövrdə polisə müraciət etməklə çıxarıldığını bildirməsi halı Abşeron Rayon Polis İdarəsi Mehdiabad polis bölməsinə verilmiş sorğu ilə öz təsdiqini tapmamışdır. Bununla da müəyyən olunmuşdur ki, hazırkı iddia tələbi üzrə 3 illik iddia müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2, 377.2, 376, 700-cü, Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayə ti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbini tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin haqlı olduğunu qeyd etmiş, lakin iddia müddətinin bitməsinə əsaslanaraq iddianı təmin etməmişdir. Buna baxmayaraq məhkəmə iddia müddəti bitməmişdən əvvəl onun Yasamal Rayon Məhkəməsinə təqdim etdiyi iddianı nəzərə almamışdır. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi üzrə 3 illik iddia müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. Lakin icarə müqaviləsinin bitmə tarixi xx.xx.2021-ci il olsa da, bu vaxta kimi müqavilənin ləğvi ilə bağlı heç bir tərəf təklif irəli sürməmişdir. Buna görə də müqavilənin müddəti bir il uzadılmış hesab edilməli idi. Hətta belə hesab edilməsə də, i ddia müddəti yenə də ötürülmüş olmur. Çünki sonuncu öhdəliyin icra müddətinin bitdiyi vaxt-xx.xx.2021-ci il nəzərə alınsa, iddia müddətinin bitmə tarixinin xx.xx.2024-cü il olduğu aydın olur. Bununla belə, məhkəmə iddia müddəti bitməmişdən əvvəl onun Yasamal Rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddianı nəzərə almamışdır. Belə ki, müqavilə üzrə iddia müddəti bitməmişdən öncə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin iddia ərizəsi ərazi aidiyyatı üzrə uyğunsuzluq olduğuna görə, geri qaytarılmışdır. Buna görə də ilk dəfə iddia tələbini məhkəməyə irəli sürdüyü tarix əsas götürülməli, bununla da iddia müddəti həmin tarixdən kəsilmiş olmalı idi.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3695/2025 nömrəli, 4 avqust 2025-ci il tarix li qətnaməsi ilə (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin sadalanan hallarından göründüyü kimi cavabdeh tərəf 2021-ci ilin oktyabr ayında ərazini boşaltmış və müqavilənin uzadılması niyyətində olmadığını bəyan etmişdir ki, belə olan halda da müqavilənin müddəti uzadılmış hesab edilə bilməz. Eyni zamanda iddiaçı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Belə ki, iddia tələbi üzrə 3 illik iddia müddəti xx.xx.2024-cü il tarixində bitmişdir.
16. İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, birinci instansiya məhkəm əsi iddia müddəti bitməmişdən əvvəl onun Yasamal Rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddianı nəzərə almamışdır. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlili ilə də razılaşmamış və qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə müraciət etsə də, iddia ərizəsi ərazi aidiyyatı üzrə uyğunsuzluq olduğuna görə, geri qaytarıldığı və bununla bağlı verilən şikayət üzrə apellyasiya məһkəməsinin qərardadının da xx.xx.2024-cü ildə qəbul edilməsini nəzərə alınmaqla iddiaçı 3 illik müddət ərzində məhkəməyə iddia ilə müraciət etməmişdir. Halbuki, iddiaçının xx.xx.2024-cü il tarixə kimi məhkəməyə iddia ilə müraciət etməyə kifayət qədər vaxtı olmuşdur. Göründüyü kimi iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir.
18. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 377.2, 700-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88, 106.1, 217.1, 217.3, 218. 1, 384.0.1 və 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də ədalətsiz və əsassızdır. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Məhkəmələrin yanaşması qanunvericiliyin i mperativ normalara zidd olduğu kimi, həm də iddiaçının bildirdiyi və qətnamələrdə də öz əksini tapmış “müqavilə vaxtı bitəndən sonra 2021-ci ilin oktyabr ayında cavabdeh icarə haqqını vermədən ərazidən çıxdı” – ifadəsini də araşdırmadan qətnamə qəbul edilmişdir. Belə ki, əgər cavabdeh oktyabr ayının 13-dən sonra həmin ərazidən çıxıbsa iddiaçı demək olar ki, heç 3 illik müddəti də ötürməmişdir. Hesab etmişdir ki, bu iddia tələbi üzrə 3 illik iddia müddəti deyil, 6 illik iddia müddəti şamil olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmənin işi təfsilatlı araşdırmadan, işdə olan sənədlərə, izahatlara düzgün qiymət veril mədən qətnamə qəbul etmiş olması iddiaçının “ədalətli məhkəmə araşdırması” hüququnun pozulmasıdır. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 551.2.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1, 218.3, 418-ci maddələrini pozmuş, onları düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə cavabdeh tərəfindən verilmiş yazılı etirazda qeyd edilmişdir ki, 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə müəyyən olunmuşdur ki, qeyd olunan torpaq sahəsi ilə bağlı 2018-2022-ci illər ərzində daşınmaz əmlakın dövlət reyestrində icarə müqaviləsinin qeydiyyatı aparılmamışdır. Kassasiya şikayətində qeyd edilən cavabdeh MMC- nin müqavilə bitdikdən sonra 2021ci ilin oktyabr ayında ərazidən çıxması dəlili heç bir sübutla öz təsdiqini tapmamışdır. İlk olaraq qeyd etmək istəyirik ki, iddiaçı özü ərizəsində müqavilə müddəti bitdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə çıxdığını təsdiq edir. Məhkəmənin, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin altı il olması barədə Mülki Məcəllənin 373.2-ci maddəsinin ikinci cümləsində göstərilənləri nəzərə almaması və iddia tələbinin əmələ gəldiyi icarə müqaviləsinin daşınmaz əşya olan torpaq sahəsi ilə bağlı bağlanması barədə kassasiya şikayətinin dəlili ilə bağlı bildirilir ki, bu norma (2-ci cümlə) hazırki mübahisəyə tətbiq edilə bilməz. Çünki, maddənin məzmununda birbaşa göstərilmişdir ki, altı illik iddia müddətini nəzərdə tutan müqavilə bilavasitə d aşınmaz əşya ilə bağlı bağlanmalıdır. Bildirmək istəyirik ki, qeyd olunan maddi hüquq normasında müəyyən edilmiş altı il iddia müddəti daşınmaz əşyalarla bağlı istənilən müqavilələrə deyil, predmeti bilavasitə daşınmaz əşya olan müqavilə tələblərinə (məs, daşnmaz əşyaların alqı-satqısı, bağışlanılması) aiddir. Hazırki iddianın mahiyyəti, torpağa dair bağlanmış icarə müqaviləsi üzrə pul tələbidir. Pul tələbi barədə iddiada isə heç bir halda, lap icarə müqaviləsi torpaq sahəsi ilə bağlı bağlansa da belə, mübahisənin predmeti torpaqla bağlı olmadığına görə, məhkəmələr haqlı olaraq müqavilə tələbləri üzrə üç illik iddia müddətini hazırki mübahisəyə tətbiq etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşın maz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
23. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
24. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
25. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
26. Maddə
376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
27. Maddə
700. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müq aviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardad da ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən qətnaməni yoxlayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kassatorun dəlil i bundan ibarətdir ki, məhkəmə tərəfindən iddia tələbi üzrə 3 illik iddia müddətinin keçdiyinə düzgün hüquqi qiymət verməmiş, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin altı il olduğu nəzərə alınmamışdır.
35. Kollegiya kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, hazırkı halda iddiaçı tərəfindən daşınmaz əmlakla bağlı tələb deyil, icarə müqaviləsindən irəli gələn pul tələbi irəli sürüldüyündən MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 6 illik iddia müddəti hazırkı mübahisə üzrə tətbiq edilə bilməz.
36. MM-nin 373.2-ci maddəsində müqavilə tələbləri üzrə iddia müddətinin üç olduğu, o cümlədən MM-nin 373.3-cü maddəsində vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olduğu qeyd edilmişdir. Eyni zamanda MM -nin 551.2.1-ci maddəsinin məzmunundan aydın olur ki, mülki qanunvericilikdə kirayə haqqı, icarə haqqı ödənişləri vaxtaşırı ödənişlər hesab edilir. MM-nin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlandığından vaxtaşırı ödəmələrlə bağlı iddia müddəti hər bir ödəmənin icra vaxtı nəzərə alınmaqla ayrıca hesablanmalıdır.
37. Tərəflər arasında bağlanmış icarə müqaviləsində icarə haqqının rüblük ödənilməli olduğu nəzərdə tutulduğundan müəyyən olunur ki, 2021-ci ilin 3-cü rübü (iyul, avqust, sentyabr ayları) üçün icarə haqqı ya həmin ilin iyul ayında və ya rübün sonunda, yəni sentyabr ayında ödənilməli idi. İddiaçının hazırkı iddia ərizəsi ilə 2024-cü ilin oktyabr ayında məhkəməyə müraciət etdiyi nəzərə alınarsa həm s onuncu rüb, həm də əvvəlki rüblər üzrə icarə haqqı ödənişlərini cavabdehdən məhkəmə qaydasında tələb etmək üçün iddia müddətinin ötürüldüyünə düzgün qiymət verilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində istinad edilmiş pozuntulara yol verilmədiyindən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3695/2025 nömrəli, 4 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə