Məhkəmə qərarları › İş №2(102)-3429/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3429/2023

30.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3429/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-nə və oğluna qarşı (Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Huquqi Şəxsinin N saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) “iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-3429/2023 Açar sözlər: işin məhkəmədə baxılmalı olmamasına görə iş üzrə icraata xitam Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaqubov iç və X1 ibarət tərkibdə, İddiaçı Oqtay oğlunun "xxxx" MMC-nə və xxx oğluna qarşı (Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Huquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) “sənədin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2(103)-3777/2023 nömrəli qərardadından İddiaçı oğlunun kassasiya şikayəti üzrə mülki işə 30 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhə ri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 45a, 8-ci km. qəsəbəsində yerləşən əmlak kompleksi İddiaçı oğlunun adına mülkiyyət hüququ ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. 2. ünvan 1 ünvanında yerləşən, sahəsi 911 kv.m olan torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti və oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1460 nömrəli torpaq icarə müqaviləsi əsasında 49 il müddətində icarə hüququ əsasında Həmidov Cəlal Əli oğlunun adına qeydiyyata alınmış, müqavilə Həmidov Cəlal Əli oğlu adından çıxış edən Qanuni nümayəndə tərəfindən imzalanmışdır.

3. İddiaçı Həmidov Cəlal Əli oğluna və Bakı şəhər İcra Hakimiyyətinə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma” tələbi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, həmin qətnamədən cavabdehlərin verdikləri apellyasiya şikayətləri üzrə apellyasiya icraatı başlanmışdır və hazırda sözügedən mülki iş 2(103)-6679 sayısı ilə Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Oqtay oğlu cavabdehlər "xxxx" MMC-nə və Həmidov Cəlal Əli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, saxta sənədlərin hazırlanması, həmin sənədlərdən istifadə edilməsi və mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması ilə bağlı "xxxx" MMC-nin vəzifəli şəxslərinin, Həmidov Cəlal Əli oğlunun qanuni nümayəndəsi Qanuni nümayəndə (Əli qızının) və digər şəxslərin əməllərində cinayət əlamətləri mövcud olduğundan bu barədə xüsu si qərardad çıxarılaraq prokurora məlumat verilməsini, "xxxx" MMC tərəfindən 2022-ci ildə verilmiş “Geodeziya işləri” adlı sənədin - eskiz layihəsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi işin faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, Həmidov Cəlal Əli oğlunun qanuni nümayəndəsi Qanuni nümayəndə uzun illərdir niyyəti iddiaçının mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə bitişik olan və yüksək təzyiqli magistral su kəmərlərinin üzərində və sanitar-mühafizə zonasında yerləşən torpaq sahəsini, eyni zamanda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini zəbt edərək orada yaşayış evi tikməkdir. Hətta bu qanunsuz əməlinə görə Nizami Rayon Polis İdarəsi tərəfindən Qanuni nümayəndə yüksək təzyiq li magistral su kəmərlərinin üzərində və sanitar-mühafizə zonasında qanunsuz tikinti işləri aparması faktı üzrə 14 avqust 2014- cü ildə Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə cinayət işi başlanmış, sonradan cinayət işi həmin Məcəllənin 222-2.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda cinayət işi üzrə araşdırma davam etdirilir. Qanuni nümayəndə zəbt etdiyi 1200-1400 mmlik yüksək təzyiqli magistral su kəmərlərinin üzərində və sanitar-mühafizə zonasında yerləşən torpaq sahəsinə rəsmi sənəd əldə etmək üçün ruhi xəstəlikdən əziyyət çəkən qardaşı Həmidov Cəlal Əli oğlunun İ qrup əlil olmasından sui-istifadə edərək Bakı şəhər İcra Hakimiyyəti ilə xx.xx.2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən, Bakı şəhəri, Çobanzadə küçəsi 45 saylı binanın qarşısındakı 12 001400 mm-lik yüksək təzyiqli magistral su kəmərlərinin üzərində və sanitar-mühafizə zonasında yerləşən 826,2 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə İ qrup əlil olan cavabdeh Cəlal Həmidova icarəyə verilmişdir. İcarə müqaviləsi Cəlal Həmidovun qanuni nümayəndəsi Qanuni nümayəndə və Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbov tərəfindən imzalanmışdır. Lakin, həmin müqavilə əsasında iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 40 kv.m hissəsi də qanunsuz olaraq Cəlal Həmidovun icarəsinə verilmişdir. Qanuni nümayəndə həmin icarə müqaviləsi əsasında iddiaçıya məxsus hasarı sökərək onun yerində və zəbt etdiyi 1200-1400 mm-lik yüksək təzyiqli magistral su kəmərlərinin üzərində olan sanitar-mühafizə zonasında iki ədəd fərdi yaşayış evinin tikintisinə başlad ığından, onun bu qanunsuz hərəkətləri iddiaçının mülkiyyət hüququnu pozduğundan o, xx.xx.2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının mülkiyyət hüquqlarının müdafiəsinə dair iddiasına baxılarkən Cəlal Həmidovun qanuni nümayəndəsi Qanuni nümayəndə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə 0912 saylı, xx.xx.2010-cu il tarixli icarə müqaviləsinə xitam verilməsi haqqında 20 aprel 2018-ci il tarixli, 7-183/10q saylı bildirişi təqdim edərək bildirmişdir ki, həmin icarə müqaviləsi onun öz ərizəsi əsasında ləğv edilmişdir. Lakin Qanuni nümayəndə eyni tarixdə, yəni, 20 aprel 2018-ci il tarixli 1460 saylı yeni icarə müqaviləsinin bağlandığını məhkəmədən gizlətmişdir. Nəticədə yeni icarə müqaviləsinin bağlanmasından xəbərsiz olan və tərəflər arasında icarə münasibətlərinin mövcud olmadığını hesab edən Bakı şəhəri Nizami Rayon Məhkəməsi icarə müqaviləsinin etibarsız hesab edilməsi hissəsində işin icraatına xitam vermişdir. Lakin sonradan məlum olmuşdur ki, Qanuni nümayəndə 0912 saylı, xx.xx.2010-cu il tarixli icarə müqaviləsinin məhkəmə qaydasında ləğv edilməsindən yayınmaq məqsədilə saxtakarlıq edərək eyni tarixdə, yəni xx.xx.2018-ci il tarixdə həm ləğvetməyə dair bildirişə əsasən 0912 saylı, xx.xx.2010-cu il tarixli icarə müqaviləsinə xitam verilməsinə nail olmuş, həm də Bakı şəhər İcra Hakimiyyəti ilə eyni tərəflər arasında, eyni torpaq sahəsinə dair 1460 saylı, xx.xx.2018-ci il tarixli yeni icarə müqaviləsi bağlamışdır. Belə ki, yeni icarə müqaviləsi bağlanma zdan öncə mübahisəli torpaq sahəsinin ilkin planı və ölçüsü hazırlanmamış, dəqiq koordinatları müəyyən edilməmiş və hüquqları dövlət reyestrində qeydiyyata alınmamışdır. xx.xx.2018-ci il tarixli 1460 saylı yeni icarə müqaviləsində də torpaq sahəsinin planı və ölçüsünün mövcud olması barədə heç bir qeyd öz əksini tapmamışdır. Torpaq sahəsinin planı və ölçüsünün mövcud olub-olmaması barədə dəfələrlə Bakı şəhəri İcra Hakimiyyətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə sorğular təqdim etsələr də bu günə qədər həmin torpaq sahəsinin planı və ölçüsü onlara təqdim edilməmişdir. Hətta xx.xx.2018-ci il tarixli 1460 saylı yeni icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair i ddia tələbi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində araşdırma aparılarkən müvafiq məhkəmə sorğuları ilə həmin sənədin təqdim edilməsi Bakı şəhəri İcra Hakimiyyətindən tələb edilsə də torpaq sahəsinin planı və ölçüsü məhkəməyə təqdim edilməmişdir. Nəticədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(007)-272/2018 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsinin ləğv edilməsi və Cəlal Həmidovun həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Daha sonra Qanuni nümayəndə həmin qətnamədən apellyasiya şikayəti verərək saxta 20 aprel 2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsinə hüquqi don geyindirmək və guya həmin icarə müqaviləsi əsasında icarəyə verilmiş torpaq sahəsinin koordinatlarının mövcud olduğunu göst ərmək üçün növbəti saxtakarlığa əl atmışdır. Belə ki, Qanuni nümayəndə faktiki istifadəsində olan torpaq sahəsinin cizgi-sxeminin çəkilməsini “Kəngərli" MMC adlı şirkətə sifariş vermiş, həmin şirkət isə yerində baxış keçirmədən, icarəyə verilmiş torpaq sahəsinin rəsmi dönmə nöqtələri mövcud olmadığı halda saxta cizgi-sxem tərtib edərək Qanuni nümayəndə təqdim etmişdir. Qanuni nümayəndə isə həmin saxta kağız parçasını müxtəlif məhkəmələrə üstün hüquqi qüvvəli sübut kimi məhkəməyə təqdim edərək özünü guya koordinatları bəlli olan torpaq sahəsinin qanuni istifadəçisi kimi göstərmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin qüvvədə olan normalarına əsasən, cavabdeh Cəlal Həmidovun qanuni nümayəndəsi Qanuni nümayəndə ilə Bakı şəhəri İcra Hakimiyyəti arasında 20 aprel 2018-ci il tarixli 14 60 saylı icarə müqaviləsi bağlanmazdan öncə icarəyə veriləcək torpaq sahəsinin sərhədləri yerində və xəritədə müəyyən edilməli, torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı, onun sərhədləri yerə (naturaya) keçirilməli, yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməli, yalnız bundan sonra icarə müqaviləsi bağlanmalı və ən əsası icarəyə verilən torpaq sahəsinin planı və ölçüsü icarə müqaviləsində göstərilməli idi. Lakin, qanunvericiliyin bu tələblərinə əməl olunmadığı halda, yəni faktiki olaraq Cəlal Həmidovun icarəsinə verilən torpaq sahəsinin hüdudları, koordinatları icarə müqaviləsində, Bakı şəhəri İcra Hakimiyyətinin tərtib etdiyi torpaq sahəsinin ayrıca planı və ölçüsündə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlə t Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin təsdiqləyərək qeydiyyata aldığı torpaq sahəsinin planı və ölçüsündə göstərilmədiyi mövcud olmadığı halda 20 aprel 2018-ci il tarixli 1460 saylı müqavilə əsasında icarəyə verilən torpaq sahəsinin "xxxx" MMC tərəfindən dəqiq koordinatlarını özündə göstərən “Geodeziya işləri” adlı sənəd tərtib etməsi tamamilə qanunsuzdur. Çünki səlahiyyətli dövlət orqanları tərəfindən icarəyə verilmiş torpaq sahəsinin planı və ölçüsü hazırlanmadığı, qeydiyyata alınmadığı və icarə müqaviləsində göstərilmədiyi halda heç bir istinad sənədi olmadan "xxxx" MMC-nin “Geodeziya işləri" adlı sənəd tərtib etməsi absurddur. İddia ərizəsində qeyd edilmişdir ki, ümumiyyətlə, torpaq sahəsinin planı və ölçüsü mövcud olmadığı halda bu tip sənədl ərin verilməsi mənfi praktikanın formalaşmasına səbəb olur. Çünki, belə görüntü yaranır ki, istənilən şəxs müqavilədə dəqiq koordinatları göstərilməyən torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi adı altında "xxxx" MMC kimi şirkətlərə tamamilə başqa şəxslərə məxsus torpaq sahəsini özününkü kimi təqdim edərək həmin torpaq sahəsinə dair öz adına belə koordinatlar ala bilər. "xxxx" MMC kimi şirkətlər də həqiqətən torpaq sahəsinin sifarişçiyə aid olub-olmamasını araşdırmadan və buna əmin olmadan həmin sənədi tərtib edərək təmin edə bilər. Hazırki işdə "xxxx" MMC səlahiyyətli orqanların ona verdiyi lisenziyadan sui-istifadə edərək Cəlal Həmidova ayrılan torpaq sahəsinin planı və ölçüsü mövcud olmadığı halda, həmin torpaq sahəsinin koordinatlarını özündə əks etdirən hər hansı bir rəsmi sə nədə istinad etmədən “Geodeziya işləri” adlı sənəd tərtib etməsi və Qanuni nümayəndə həmin saxta sənədi məhkəmələrə təqdim edərək icarə müqaviləsinin qanuni olmasıyla bağlı iddialar irəli sürməsi, ədalət mühakiməsini aldatması, dövlətin və vətəndaşların qanuni maraqlarının kobud şəkildə pozulması ilə nəticələnir. Belə ki, Qanuni nümayəndə "xxxx" MMC-nin qanunsuz olaraq tərtib etdiyi saxta “Geodeziya işləri” adlı sənədi Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)- 6679/2022 saylı mülki iş üzrə məhkəməyə sübut qismində təqdim edərək torpaq sahəsinin koordinatlarının mövcud olduğunu iddia edir və bununla da məhkəmə qaydasında mübahisələndirdiyi 20 aprel 2018-ci il tarixli 1460 saylı icarə müqaviləsinin qanuni olmasını əsaslandırmağa çalışır.

6. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nüm ayəndə xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə yazılı etiraz verərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə 04 fevral 2016-cı il tarixli, İSN/L-242/2016 qeydiyyat nömrəsi ilə verilmiş lisenziya əsasında tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış fəaliyyəti üzrə işlər görülməsinə (mühəndis-geodeziya və geofiziki) icazə verilmişdir. Qanuni nümayəndə 20 aprel 2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsinə əsasən istifadəsinə verilmiş torpaq sahəsinin cizgi-sxeminin çəkilməsini "xxxx" MMC-yə sifariş etmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi "xxxx" MMC kimi şirkətlər torpaq sahəsinin sifarişçiyə aid olubolmamasını araşdırmadan və buna əmin olmadan həmin sənə di tərtib edərək təqdim edə bilməz” dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh Həmidov Cəlal Əli oğlunun icarəsində olan torpaq sahəsinin cizgi-sxemin çəkilməsi üçün onun qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən sifariş verilən zaman şirkətə 20 aprel 2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsini təqdim edilmişdir. Yəni, həmin torpaq sahəsinin cavabdeh Cəlal Həmidova məxsus olması ilə bağlı heç bir şübhə yaranmamış və bununla bağlı mübahisə olmamışdır. İddia tələbinin "xxxx" MMC tərəfindən torpaq sahəsinə baxış keçirilmədən və istinad sənədi olmadan cizgi-sxeminin çəkilməsi ilə bağlı dəlilinə münasibətdə etirazda qeyd edilmişdir ki, iddia tələbi bu hissədə də tamamilə əsassızdır. Belə ki, Həmidov Cəlal Əli oğluna icarəyə verilən ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin faktiki istifadə olunan hissəsi onun qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən "xxxx" MMC-nin əməkdaşlarına göstərilmiş və məhz Bakı Şəhər İcra Hakimiyyəti ilə Həmidov Cəlal Əli oğlunun qanuni nümayəndəsi Qanuni nümayəndə arasında bağlanmış icarə müqaviləsi əsasında həmin sənəd hazırlanmışdır. Sənəddə qeyd olunur ki, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2018-ci il tarixli 1460 saylı müqaviləyə əsasən torpaq sahəsi 911 kv.m göstərilmişdir. Faktiki olaraq müəyyən edilmişdir ki, X2 istifadəsində olan torpaq sahəsinin yerində bərkidilmiş və dönmə nöqtələrinə əsasən sərhədləri 871 kv.metr təşkil edir. Mübahisə predmeti olan 40 kv.m torpaq sahəsi isə X2 hazırda faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri xaricində olmaqla, qonşu torpaq ərazisi kimi sənəddə qeyd edilmişd ir. İcarə müqaviləsi bağlanılmazdan əvvəl və ya sonra torpaq sahəsinin sərhədlərinin xəritədə müəyyən edilməsi, torpaq sahəsinin planının və ölçüsünün hazırlanması məsələlərinin həlli "xxxx" MMC-yə aidiyyəti yoxdur. Çünki Qanuni nümayəndə icarə müqaviləsi əsasında icarəyə verilən torpaq sahəsinin çizgisxemlərinin tərtib edilməsini "xxxx" MMC-yə sifariş vermişdir. "Kəngərli” MMC isə 04 fevral 2016-cı il tarixli, İSN/L-242/2016 qeydiyyat nömrəsi ilə verilmiş lisenziya əsasında Qanuni nümayəndə tərəfindən naturada göstərilmiş torpaq sahəsinin planını, yerləşmə sxemini və koordinatlarını özündə əks etdirən sənəd tərtib etmişdir. Yəni, qanunvericiliyin heç bir tələbi pozulmadan faktiki olaraq sifarişçi tərəfindən göstərilən torpaq sahəsinin çizgi-sxemi tərtib olunmuşdur. İcarə müqaviləsi bağlan mazdan əvvəl icarəyə verilən torpaq sahəsinin sərhədlərinin yerdə və xəritədə müəyyən edilməsi, torpaq sahəsinin planının və ölçüsünün hazırlanması məsələsi ilə bağlı qeyd edilmişdir ki, "xxxx" MMC-nin məsuliyyətində olan məsələ deyildir və MMC tərəfindən yalnız verilən lisenziya əsasında qanunvericiliyin tələblərini gözləmək şərtilə sənəd tərtib edilmişdir. İddiaçı "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il tarixli “Geodeziya işləri” adlı sənədin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, bunun heç bir hüquqi əsası yoxdur. Ona görə ki, həmin sənəd qanunvericiliyə uyğun olaraq tərtib olunmuş və etibarsız olmasını təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Bundan əlavə, "xxxx" MMC-nin hazırki mübahisə ilə bağlı heç bir marağı yoxdur və yalnız verilən lisenz iyaya uyğun fəaliyyət göstərmişdir. Etirazda göstərilənlər onu deməyə əsas verir ki, "xxxx" MMC hərəkətlərində hər hansı sənədin qanunsuz hazırlanması və saxtalaşdırılması və ya saxta sənədlərdən istifadəsi halı, yəni cinayət əlamətləri mövcud deyildir. "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il tarixli “Geodeziya işləri” adlı sənədin etibarsız hesab edilməsini təsdiqləyən hər hansı sübut yoxdur.

7. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Həmidov Cəlal Əli oğlunun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisə predmeti olan “Geodeziya işləri” adlı sənəddə iddiaçının hüquqlarına toxunan hər hansı bir hal yoxdur. Torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə hüquqlarını təmsil etdiyi cavabdeh arasında 20 aprel 2 018- ci il tarixli, 1460 saylı müqaviləsi bağlanmışdır. Cavabdehin sifarişi əsasında "xxxx" MMC tərəfindən 2022ci ildə “Geodeziya işləri” adlı eskiz layihəsi tərtib edilmişdir. Qeyd olunan sənəd hüquqmüəyyənedici xüsusiyyətə malik olmadığından və hüquqi sənəd olaraq istifadə edilmədiyindən hesab edir ki, iddia əsassız olmaqla rədd edilməlidir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim: Günel Əkbərli) 02 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməsi, "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il tarixli “Geodeziya işləri” adlı sənəd - eskiz layihəsinin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışd ır ki, "xxxx" MMC-yə xx.xx.2016-cı il tarixdə verilmiş 088343 saylı İSN/L242/2016 qeydiyyat nömrəli lisenziyaya əsasən onun artıq aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən tikintisinə icazə verilmiş tikinti obyekti ilə bağlı torpaq sahəsinin səmərəli və təhlükəsiz istifadəsi üçün mühəndis-geodeziya və geofiziki işlərini görmək səlahiyyəti mövcud olmuşdur. Torpaq Məcəlləsinə görə isə torpaq sahəsi ilə bağlı yerquruluşu və kadastr işlərinin görülməsi üçün xüsusi ayrıca lisenziya tələb olunmur. Lakin kartoqrafiya sahəsində xüsusi razılıq tələb olunur. Belə olan halda "Kəngərli” MMC- yə verilmiş mövcud lisenziya torpaq sahəsi ilə bağlı yerquruluşu qaydasında geodeziya işlərinin görülməsi fəaliyyətini də əhatə edir. Lakin torpaq sahəsi ilə bağlı yerquruluşu qaydasında geodeziya işlərinin g örülməsi üçün xüsusi ayrıca lisenziya tələb olunmamasına baxmayaraq bu işləri görmək hüququ olan təşkilatların tərtib etdiyi ölçmə və yerquruluşu işlərinə dair tərtib etdiyi sənəd yerində yoxlanılıb səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildikdən sonra hüquqmüəyyənedici sənəd olaraq torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin tərkib hissəsi ola bilər.

10. Lakin tərəflər arasında mübahisə predmeti olan ünvan 4 ünvanında yerləşən Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən Həmidov Cəlal Əli oğluna icarəyə verilən torpaq sahəsi ilə bağlı "xxxx" MMC tərəfindən 2022-ci ildə tərtib edilmiş, həmin Cəmiyyətin direktoru O.Kəngərli və topoqraf E.Baxşəliyev tərəfindən imzalanaraq təsdiq edilmiş “Geodeziya İşləri” adlı eskiz layihəsi yalnız torpaq sahəsinin ölçülərinin və sər hədlərinin müəyyən edilməsindən ibarətdir. Belə ki, eskiz lahiyəsində qeyd edilmişdir ki, "Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1460 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən torpaq sahəsi 911 kv.m göstərilmişdir. Fakt olaraq Həmidov Cəlal Əli oğlunun istifadəsində olan torpaq sahəsinin sərhədləri, yerində bərkidilmiş və dönmə nöqtələrinə əsasən 871 kv.m təşkil edir. Artıq göstərilmiş 40 kv.m torpaq sahəsi isə Həmidov Cəlal Əli oğlunun hazırda faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri xaricində olmaqla, qonşu torpaq sahəsinin ərazisindədir.

11. Mübahisəli “Geodeziya İşləri” adlı eskiz layihəsinin tərtib edilməsinin məqsədi torpaq sahəsinin ölçülərinin müəyyən edilməsindən ibarət olmuşdur. Məhkəmə iclasında cavabdeh Həmidov Cəlal Əli oğlunun nümayəndəsi və vəkili Vəkil2 torpaq sahəsinin ölçmə işlərinin aparılmasında cavabdehin niyyətinin əkinçilik və bostançılıq fəaliyyəti ilə bağlı olmasını iddia etməsinə baxmayaraq məhkəməyə buna dair sübut təqdim edilməmiş, mübahisəli eskiz layihəsində də bu barədə qeydiyyat aparılmamışdır. Bunun əksinə olaraq işin faktiki hallarından müəyyən edilir ki, tərəflər arasında mülkiyyətində və istifadələrində olan torpaq sahəsinin sərhədlərinin 40 kv.m sahədə üst-üstə düşməsi ilə bağlı aidiyyəti məhkəmələrdə, hüquqmühafizə orqanlarında mübahisələri olmuş və araşdırmalar aparılmışdır. Həmçinin hazırda da torpaq sahəsi ilə bağlı tərəflər arasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-100/2023 saylı mülki iş üzrə məhkəmə araşdırması davam etdirilir. Tərəflərin izahatlarından isə müəyyən edilir ki, qeyd olunan eskiz lahiyəsi cavabdeh Həmidov Cəlal Əli oğlunun qanuni nümayəndəsi tərəfindən sübut olaraq həmin məhkəməyə təqdim edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında ünvan 4 ünvanında yerləşən torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı mübahisə mövcud olduğundan, mübahisəli torpaq sahəsinin eskiz layihəsi həmin torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün tərtib edildiyindən hazırki iş üzrə iddiaçının hüquqlarına bilavasitə toxunur. Hətta lahiyədə mübahisəli 40 kv.m sahənin kimin istifadəsində olması birbaşa göstərilmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı ünvan 4 ünvanında yerləşən Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən Həmidov Cəlal Əli oğluna icarəyə verilən torpaq sahəsi ilə bağlı "xxxx" MMC tərəfindən 2022-ci ildə tərtib edi lmiş, həmin Cəmiyyətin direktoru O.Kəngərli və topoqraf E.Baxşəliyev tərəfindən imzalanaraq təsdiq edilmiş “Geodeziya İşləri” adlı eskiz layihəsinin etibarsızlığını mübahisələndirmək üçün subyektiv hüququ vardır.

12. Məhkəmə "xxxx" MMC tərəfindən tərtib edilmiş ünvan 4 ünvanında yerləşən və Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən Həmidov Cəlal Əli oğluna icarəyə verilən torpaq sahəsinə dair 2022-ci il tarixli geodeziya işləri layihəsinin etibarlılığı ilə bağlı qeyd etmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada lahiyə aidiyyəti icra hakimiyyəti orqanı, yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmədiyindən, eləcə də hər hansı səlahiyyətli orqan tərəfindən tərtib edilmiş torpaq sahəsinin yerquruluşu planına istinad edilmədən tərtib edildiyindən hüquqm üəyyənedici sənəd hesab edilə bilməz, belə olan halda layihə sənədi özü- özlüyündə etibarsızdır.

13. Məhkəmə iddiaçının cavabdehlər barəsində əməllərində cinayət əlamətləri mövcud olduğundan xüsusi qərardadın çıxarılması tələbinə münasibətdə qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC səlahiyyətli orqan hesab edilmədiyindən, onun tərəfindən tərtib edilmiş layihə hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Bu halda "xxxx" MMC digər cavabdeh Həmidov Cəlalın müraciətinə əsasən təşkilat kimi öz lisenziyasında qeyd olunan mühəndis-axtarış və ya geodeziya işlərinin aparılmasına icazə verilmiş səlahiyyətləri çərçivəsində bir növ xüsusi biliyə malik şəxslər tərəfindən hazırlanmış eskizlayihə təqdim etmişdir. Mübahisə predmeti olan lahiyə hüquqmüəyyənedici sənəd olmadığından onun saxtalığı da hər hansı əhəmiyyət kəsb etmir. Eyni zamanda iş materiallarında olan məhkəmə aktlarından və hüquqmühafizə orqanlarına ünvanlanmış müraciətlərdən görünür ki, qeyd olunan faktlar üzrə araşdırma aparılmışdır. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, iddia bu hissədə rədd edilməlidir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci, 62-ci, 63.2-ci, 64-cü, 65.1-ci, 65.3-cü, 65.5-ci, 65.6-cı, “Geodeziya və Kartoqrafiya haqqında” Qanunun 4-cü, 5-ci, 13-cü, Mülki Məcəllənin 324-cü, 337.1-ci maddələrinə, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 4 avqust 1999-cu il tarixli 176 nömrəli Fərmanının 2.2-ci bə ndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 146 saylı Qərarı ilə təsdiq edilmiş “Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları”nın 2.1-ci, 2.2-ci və 2.4-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. Cavabdehlər Həmidov Cəlal Əli oğlun və "xxxx" MMC-nin nümayəndələri ayrıayrılıqda apellyasiya şikayətləri verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

16. Məzmunu eynilik təşkil edən apellyasiya şikayətləri, iddia ərizəsinə etirazların məzmunlarına uyğun əsaslandırılmış, məhkəmənin maddi-prosessual hüquq normalarının tələblərini pozduğu, işin hallarına düzgün qiymət vermədiyi, mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığı, hüq uqmüəyyənedici olmayan sənədin etibarsızlığı barədə müstəqil iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmasının yolverilməz olduğunu nəzərə almadığı irəli sürülmüşdür.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 16 iyun 2023-cü il tarixli, 2(103)-3777/2023 nömrəli qərardadı ilə (hakimlər: Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhramzadə) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə yəni "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il tarixli “Geodeziya işləri” adlı sənəd - eskiz layihəsinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş, İddiaçı "xxxx" MMC tərəfindən 2022-ci ildə verilmiş “Geodeziya işləri” adlı sənədin - eskiz layihəs inin etibarsız hesab edilməsi” tələbi üzrə icraata xitam verilmişdir.

18. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tələbini əsaslandırdığı hal ondan ibarətdir ki, Qanuni nümayəndə "xxxx" MMC-nin qanunsuz olaraq tərtib etdiyi saxta “Geodeziya işləri” adlı sənədi Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-6679/2022 saylı mülki iş üzrə məhkəməyə sübut qismində təqdim edərək torpaq sahəsinin koordinatlarının mövcud olduğunu iddia edir və bununla da 20 aprel 2018-ci il tarixli 1460 saylı icarə müqaviləsinin qanuni olmasını əsaslandırmağa çalışır. Yəni iddiaçı, Həmidov Cəlal Əli oğlu ilə arasında davam edən (hazırda apellyasiya instansiyası məhkəməsinin icraatında olan) başqa mübahisə üzrə Cəlal Həmidov tərəfindən sübut qismində təqdim olunan sənədin eti barsız sayılmasını tələb edir.

19. Halbuki, müvafiq sübutun etibarlı (mötəbər) olub-olmadığına onun təqdim edildiyi məhkəmə tərəfindən qiymət verilə bilər. Sözügedən sənəd hüquqmüəyyənedici sənəd də deyildir – birinci instansiya məhkəməsinin də vurğuladığı kimi, bu sənəd yerində yoxlanılıb səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildikdən sonra hüquqmüəyyənedici sənəd olaraq torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin tərkib hissəsi ola bilər. Həmidov Cəlal Əli oğlunun icarəsinə verilmiş torpaq sahəsi ilə hazırda İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 40 kv.m-nin üst-üstə düşməsi məsələsinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə hüquqi müəyyənlik gətirilmişdir və xx.xx.2018-ci il tarixli 1460 nömrəli torpaq icarə müqa viləsi əsasında Həmidov Cəlal Əli oğlunun icarəsinə verilmiş ünvan 1 ünvanında yerləşən 911 kv.m olan torpaq sahəsinin faktiki yerləşmə ölçülərini və koordinatlarını müəyyən edən “Geodeziya işləri” adlı sənəd – eskiz layihəsi müstəqil hüquqi nəticə yaratmır.

20. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, İddiaçı hazırki apellyasiya baxışının predmeti olan iddia tələbi məhkəmədə baxılmalı tələb kimi qiymətləndirilə bilməz.

21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5, 63.2, 64, 65.3, 65.5 və 65.6-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1, 24.1, 76.1, 76.2, 80, 88, 151.1, 153.2, 261.0.1, 384.0.5, 385, 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4, 387.1, 387.2.8, 387.3, Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək, işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, mülki prosessual qanunvericilikdə bir məhkəmə icraatında təqdim edilmiş sübutun ayrı məhkəmə icraatında mübahisələndirilməsini qadağan edən hər hansı norma yoxdur. Hər hansı sənədin bir iş üzrə sübut kimi qəbul edilməməsi həmin sənədin tam hüquqi qüvvəsini itirməsinə səbəb olmur. Bu səbəbdən mübahisələndirilən sənədin başqa məhkəmə icraatında sübut kimi təqdim edilməsi həmin sübutu ayrıca məhkəmə icraatında mübahisələndirilməsini istisna edə bilməz. İstinad edilən maddi hüquq normalarının tələblərindən də görünür ki, mübahisələndirilən sənəd qanuna ziddir və etibarsızdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyindən belə görünür ki, mübahisələndirilən sənəd başqa icraatda sübut qismində təqdim edildiyindən, həmin məhkəmədə ona hüquqi qiymət verilməlidir. Amma apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, həmin apellyasiya icraatı qaydas ında qəbuledilmiş məhkəmə aktı yalnız həmin iş üzrə tərəflər üçün preyudisial əhəmiyyət daşıyacaq və qanunvericiliyin tələblərinə zidd olan etibarsız sənədin deyure mövcudluğunu istisna etməyəcək. Lakin bundan fərqli olaraq, ayrı məhkəmə icraatı qaydasında həmin sənədin etibarsız hesab edilməsi ümumiyyətlə həmin sənədə verilmiş hüquqi qiymət olacaq və onun istənilən halda tətbiqini istisna edəcək.

24. Həm də, apellyasiya instansiyası məhkəməsinin mövqeyi o əsasla qanunsuzdur ki, apellyasiya instansiyası məhkəməsinin icraatında olan 2(103)-412/2023 saylı mülki iş üzrə “Geodeziya işləri” adlı sənəd mübahisələndirilməmiş bu səbəbdən həmin iş üzrə apellyasiya instansiyası məhkəməsi iddia tələbindən kənara çıxaraq həmin sənədi etibarsız saya bilməz. b)Kassasiya şikayətinə qarşı etirazın dəlillə ri

25. Cavabdeh Həmidov Cəlal Əli oğlu kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

27. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

28. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

30. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara oby ektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

34. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikay ət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilə rək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırki kassasiya şikayətində iddiaçı tərəfindən qərardadın tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiq i üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (5.1). İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (151.1).

42. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmədə mülki işlərə hər hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır. Bu baxımdan şəxs istənilən sənədin deyil, məhz onun hüquqlarına və ya qanunla qorunan mənafeyinə təsir edən, özü-özlüyündə hüquqi nəticələrə səbəb olan sənədin etibarsızlığı barədə iddia qaldırdıqda həmin iddia mümkün hesab edilə və məhkəmədə baxıla bilər.

43. İş üzrə etibarsızlığı tələb edilən "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il tarixli “Geodeziya işləri” adlı sənəd - eskiz layihəsi Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-6679/2022 saylı mülki iş üzrə məhkəməyə sübut qismində təqdim edilmişdir. Həmin sənəd özü-özlüyündə (baxılan iş üzrə məhkəmənin qiymətləndirməsindən kənar) iddiaçı üçün hüquq və vəzifələr doğurmur, onun qanuni mənafelərinə xələl gətirmir.

44. Mülki prosessual qanunvericiliyin sübutlar və sübut etmə qaydaları ilə bağlı normalarına əsasən təqdim olunan sübutlar işə baxan məhkəmə tərəfindən qiymətləndirilməlidir. Bu zaman əks tərəfin həmin sübutlara etiraz etmək, onların mötəbər olmaması barədə dəlillər və əks-sübutlar təqdim etmək hüququ vardır.

45. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, başqa bir iş üzrə tərəflərin öz tələb və etirazlarını təsdiq edən sübutlar qismində istinad etdiyi istənilən sənədin, o cümlədən özü-özlüyündə hüquqi nəticələrə sə bəb olmayan, şəxsin hüquqlarına və ya qanunla qorunan mənafelərinə təsir etməyən (ziyan vurmayan) sənədin etibarsızlığı barədə tələb müstəqil iddianın predmeti ola və məhkəmədə baxılmalı ayrıca tələb kimi qəbul edilə bilməz.

46. Məhkəmə kollegiyas hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2(103)-3777/2023 nömrəli qərardadı də yişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar