Məhkəmə qərarları › İş №2(102)-3430/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3430/2019

20.05.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3430/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçı və vəkili Xnun, Cavabdeh1 və Vəkil iştirakları ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli 2(103)10844/2018 saylı qətnaməsindən Cavabdeh1 və Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi, son olaraq iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu Balıq zavodunun yaxınlığında (Əmircan qəsəbəsi, Atamoğlan Rzayev, 10 ünvanda yerləşən restoranın yanı) yerləşən qeyri-yaşayış sahəsindən Cavabdeh2 və Cavabdeh1 çıxarılması, onlardan müştərək qaydada etibarnamənin ləğv edildiyi 08.06.2011-ci il tarixdən həmin obyektdən qanunsuz istifadə nəticəsində əldə edilmiş 42000 manat bəhərin, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş uçot faiz dərəcəsi ilə ona hesablanmış 6300 manat və ona dəymiş 10.000 manat mənəvi zərərin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, maddi vəziyyəti ilə əlaqədar olaraq Rayon İcra Hakimiyyətinə müraciət edərək, Suraxanı rayonu Balıq zavodunun yaxınlığında yerləşən köşkün onun adına keçirilməsini xahiş etmişdir ki, bu da onun y aşayış və maddi rifahı üçün lazım idi. Suraxanı rayon İHB-nın 166 saylı sərəncamı ilə 14.02.1997-ci il tarixdə həmin köşkün X3 adından notariat qaydada onun razılığı ilə öz adına keçirilmişdir. Sonradan xeyli xərc çəkərək həmin tikilinin sahəsini mərhum həyat yoldaşı ilə genişləndirmiş və qeyri-yaşayış sahəsini avtomobil təmiri məntəqəsi kimi icarəyə vermişdir. Ərinin xəstə olması və onun da yaşlı evdar xanım olması səbəbi ilə onlar həmin qeyri-yaşayış sahəsinin işlədərək gəlir götürüb dolanmaq məqsədi ilə öz qardaşına həvalə etmişlər və bu səbəbdən də 25.09.2010-cu il tarixdə 7E/11-4099 reyestrdə qeyd edilmiş ümumi etibarnamə vermişdir. Lakin hazırki Cavabdeh1 onların etibarından sui-istifadə edərək bütün gəliri mənimsəmiş, onları da həmişə müxtəlif bəhanə ilə aldadaraq qeyri-yaşayış sahə sindən çıxmamışlar. Ona görə də onlar 1 saylı Notariat Kontoruna müraciət edərək 08.06.2011-ci il tarixdə 5.09.2010-cu il tarixdə 7E/1 reyestrdə qeyd edilmiş ümumi etibarnaməni ləğv etdirmişdir. Əri rəhmətə gedəndəndən sonra onların maddi durumu daha da pisləşmişdir. Himayəsində də xəstə əlil uşaq var. Həm özü tərəfdən, həm də ki, ərinin qohumları tərəfindən bu vəziyyət cavabdehə bildirilərək qeyri-yaşayış sahəsinin istifadəsinin dayandırılması və yaxud gəlirinin onlara verilməsi xahiş olunsa da o, buna heç bir məhəl qoymamışdır. Cavabdeh sözügedən qeyri-yaşayış sahəsini iki ayrı-ayrı icarəçilərə verərək bir tərəfini avtomobil yağ dəyişmə məntəqəsi kimi aylıq 300 manat gəlirlə, digər tərəfi isə çilingər emalatxanası kimi aylıq 200 manat gəlirlə istifadə edilir. Bu icarə haqqı həmin ərazidə olan hazırki orta bazar qiymətinə uyğundur. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin (hakim R.Həsənov) 25 iyul 2018-ci il tarixli, 2(010)-3371/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, keçmiş Balıq zavodunun yaxınlığında (hazırda Əmircan qəsəbəsi, Atamoğlan Rzayev 10 ünvanda yerləşən restoranın yanında) yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Kazımov, T.Səmədov, İ.Şirinov) 02 noyabr 2018-ci il tarixli 2(103)-10844/2018 saylı qətnaməsi ilə İddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə verdiyi apellyasiya şikayətlərinin təmin edilməməsi qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli 2(103)10844/2018 saylı qətnaməsindən yalnız Cavabdeh1 və Vəkil kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçıya hər hansı bağlılığı olmadığı üçün iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli 2(103)-10844/2018 saylı qətnaməsinin ləğv edilməsi, işin təkrar baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh1 və Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı və vəkili X kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Digər tərəfl ərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəllənin 157.1-ci, 157.2-ci, 157.4-cü və 157.8-ci maddələrinə istinad etməklə işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, hazırki iddia tələ binin qeyri-yaşayış sahəsindən çıxarılma hissəsinin qanuni əsası Mülki Məcəllənin 157.8-ci maddəsinin dispozisiya şərtlərində nəzərdə tutulmuşdur. İddia tələbinin faktiki əsası isə (faktiki hallar), onun qanuni əsasının şərtlərinə uyğundur. Çünki, iddianın faktiki halları tələbin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşır. Cavabdehlər köşkün ərazisinin hazırki mübahisələndirilən qeyri-yaşayış sahəsinin ərazisi olmadığını, qeyri-yaşayış sahəsini öz vəsaitləri hesabına inşa etdiklərini bildirsələr də, bu dəlillər əsaslı hesab edilə bilməz. Çünki, cavabdehlər iddia tələbinə etirazının əsası kimi istinad etdiyi hallara, yəni köşkün ərazisinin hazırki mübahisələndirilən qeyri-yaşayış sahəsinin ərazisi olmadığına və qeyri-yaşayış sahəsini öz vəsaitləri hesabına inşa etdiyinə dair məhkəmə yə hər hansı bir mötəbər sübut təqdim etməmişlər və bu halları sübuta yetirə bilməmişlər. Qeyri-yaşayış sahəsinin kommunal xidmətləri ilə bağlı, o cümlədən elektrik enerjisinin təminatı ilə bağlı qeydiyyatının iddiaçının adına olmaması da iddianın əsassızlığına dəlalət edə bilməz. Çünki, həmin qeyri-yaşayış sahəsində cavabdehlər avtomobil təmiri ilə məşğul olursa, bu xidmətlərlə bağlı qeydiyyat da onlarla bağlı olmalıdır. İddiaçının həmin əraziyə bu və ya digər formada birbaşa aidiyyəti olduğu üçün cavabdehlər ona 20000 manat təklifi edirlər. Bu hal da, iddianın qeyri-yaşayış sahəsindən çıxarılma ilə bağlı hissəsinin əsaslı olduğunu daha da inandırıcı və ağalabatan olduğunu təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün əsaslı və qanuni sayıla bilməz. Belə ki, iş materiallarından müəyyən olunur ki, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 909 saylı 04.05.1999-cu il tarixli sərəncamına əsasən Suraxanı Balıq zavodunun yaxınlığında yerləşən köşk X3 adından X2 adına keçirilmişdir. 28.02.2018-ci il tarixli Bakı şəhəri, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsi, ev 24-də qeydiyyatda olan İddiaçı adından Bakı şəhəri, Əmircan qəsəbəsi Z.Əliyev küçəsi, döngə 1 ev 1-də qeydiyyatda olan Cavabdeh2 adına 25.09.2010-cu il tarixdə 7E/11-4099 saylı reyestrlə verilmiş ümumi etibarnamə İddiaçı şəxsi ərizəsi əsasında 08.06.2011-ci il tarixdə ləğv edilmişdir. İddia tələblərinin məzmununa və onun əsaslandırılması ilə bağlı izahatlardan görünür ki, iddiaçı məhrum həyat yoldaşı ilə birlikdə xeyri miqdarda xərc çəkərək qaraj tikilisinin sahəsini genişləndirmiş və qeyri-yaşayış sahəsini avtomobil təmiri məntəqəsinə çevirərək Cavabdeh2 icarəyə vermiş, o isə iddiaçının etibarından sui-istifadə edərək oğlu ilə birlikdə obyekti avtoservis kimi işlədərək bütün gəliri mənimsəmiş və onlara müxtəlif bəhanələr gətirərək qeyri-yaşayış sahəsini tərk etməmişdir. Mülki Məcəllənin 157.1-ci, 157.2-ci, 157.4-cü və 157.8-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb e də bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 909 saylı 04.05.1999-cu il tarixli sərəncamına əsasən Suraxanı Balıq zavodunun yaxınlığında yerləşən köşk X3 13.03.1999-cu il tarixli notarial qaydada təsdiq edilmiş razılıq məktubuna əsasən iddiaçı X2 adına keçirilməsinin işin mübahisəsiz halı olmasını, işin mübahisəli halının isə qeyd olunan sərəncamda köşkün yerləşdiyi ərazinin dəqiq ünvanı göstərilmədiyindən, köşkün ərazisinin hazırki mübahisələnd irilən qeyri-yaşayış sahəsinə aidiyyətinin olub-olmaması ilə bağlı olmasını göstərsə də, hər iki hal mübahisəli olduğu üçün bu hallar üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Belə ki, iş materiallarında olan Suraxanı rayon İcra Hakimiyyətinin 23.07.2018-ci il tarixli 1/1153 saylı məktubundan görünür ki, İddiaçı köşkün qoyulmasına icazə verilməsi haqqında Suraxanı rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 04.05.1999-cu il tarixli 909 saylı sərəncamında qeyd olunan «Balıq zavodu»nun yerində hal-hazırda Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləşən «Nişan Tac» şadlıq evi fəaliyyət göstərir. Mübahisəli köşkün isə Suraxanı Balıq zavodunun yaxınlığında yerləşməsi dedikdə bu anlayışın geniş anlayış olmaqla konkret fikri tamamlamasına, yəni, mübahisəli köşkü n konkret harada yerləşməsinə dair heç bir sübut olmamasına apellyasiya instansiyası məhkəməsi qiymət verməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin iddia tələbinə etirazının əsası kimi istinad etdiyi hallara, yəni köşkün ərazisinin hazırki mübahisələndirilən qeyri- yaşayış sahəsinin ərazisi olmadığına və qeyri-yaşayış sahəsini öz vəsaitləri hesabına inşa etdiyinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmələri və bu halları sübuta yetirə bilməməsi qənaətinə gələrkən nəzərə almamışdır ki, iddiaçının öz iddiasının əsası kimi istinad etdiyi hallara dair sübutlar da kifayət qədər mötəbər olmamışdır. Halbuki, ilk öncə apellyasiya instansiyası məhkəməsinin özünün qeyd etdiyi kimi, qeyd olunan sərəncamda köşkün yerləşdiyi ər azi dəqiq ünvanı göstərilmədiyindən, köşkün ərazisinin hazırki mübahisələndirilən qeyri-yaşayış sahəsinə aidiyyətinin olub-olmaması, hazırki tikilinin məhz iddiaçı tərəfindən inşa edilərək genişləndirilməsi və s. ilə bağlı araşdırma olduğu üçün, bu araşdırmanın da məhz iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallarla birbaşa əlaqədar olmasına diqqət yetirməli idi. Çünki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim o lunması iddiaçının birbaşa vəzifəsidir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas vermə lidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən cavabdehə etibarnamə verilməsi ilə bağlı hər iki tərəfin izahatı və apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparmayaraq bu etibarnamənin verilməsinin və sonradan ləğv edilməsinin əsl məqsədinin nədən ibarət olmasını, etibarnamə iddiaçının bildirdiyi əsaslarla ləğv edildiyi halda, nəyə görə iddianın məhz 2018-ci ildə qaldırılmasının səbəblərini, mübahisə edilən köşkün ha nsı tikinti materialından (mişar daşı, metal konstruksiya və s.) inşa edilməsini, köşkün hazırda mövcud olub-olmamasını, qeyd edilən köşkün 1990-cı ilin axırı, 2000-ci ilin əvvəllərində rayon İcra Hakimiyyəti tərəfindən götürülməsi ilə bağlı hər hansı tədbirin həyata keçirilib-keçirilməməsini, iddiaçının təbirincə köşkün sahəsinin genişləndirilməsi ilə bağlı yerli İcra Hakimiyyəti orqanlarının razılığının olub-olmamasını, oranın avtomobil təmiri məntəqəsi kimi istifadə edilməsinə icazə ilə bağlı hər hansı sənədləşmənin olub-olmamasını, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin 04 may 1999-cu il tarixli, 909 saylı sərəncamı ilə onun adına rəsmiləşdirilmiş köşkün yerləşdiyi torpaq sahəsinin mübahisələndirilən torpaq sahəsi ilə eyni yer olub-olmamasını, sərəncamda köşkün yerləşdiyi əraz inin tam göstərilməməsi ilə yanaşı, onun sahəsinin nə qədər olmasına da diqqət yetirməyərək bu kimi mühüm və diqqətəlayiq halları araşdırmamış, iş üzrə məlum sərəncamı vermiş Suraxanı rayon İcra Hakimiyyətini cəlb edilərək nümayəndəsinin izahatının alınmasının, hər iki tərəfin dəlillərinin əsaslılığını yoxlamaq üçün yerli baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, eləcə də, tərəflərə sübut növü kimi tələblərinin əsası kimi istinad etdiyi hallarla bağlı digər sübutları, həmçinin sözügedən etibarnamənin surətinin və əslinin təqdim edilməsini, şahidlərin dəvət edilib dindirilməsinin mümkünlüyünü də izah etməmişdir. Belə ki iş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbay can Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkəməyə uzun müddət həmin ərazidə yaşamış, mübahisələndirilən qeyri-yaşayış sahəsinin kimin tərəfindən tikilərək istifadə olunması ilə bağlı xüsusatları aydınlaşdırmaqdan ötrü şahid qismində X4 dindirilməsi ilə bağlı mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmənin bu mövqeyi Azərbaycan Respublikasının MPM-nin 372.1 və 372.7-ci maddələrini n tələblərinə zidd olmuşdur. Belə ki, həmin normalara əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında mahiyyəti üzrə baxır. şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya həmçinin qeyd edir ki, qanunvericiliyə görə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Mə hkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. Həmçinin də, Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq ol una bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin sərəncamda köşkün yerləşdiyi ərazinin dəqiq ünvanı göstərilməsə də, həmin köşkün və yerləşdiyi ərazinin mövcudluğunun mübahisələndirilməməsi, yəni, əgər köşk mövcuddursa, deməli onun yerləşdiyi torpaq sahəsinin də mövcud olması və bu torpaq sahəsinin də iddiaçının istifadəsinə verilməsi sərəncamda göstərilməyə bilməsi, eləcə də, həmin köşkün müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin ərazidən götürülməsi dəlilinin də əsası olmayan bir etiraz olmasına dair nəticələri ilə r azılaşmır və hesab edir ki, bu nəticələr qeyd edilən hallar və yuxarıda sadalanan üzrə araşdırma aparmadan gəlinmiş səhv nəticələrdir. Bundan əlavə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin İddiaçı adına rəsmiləşdirilmiş köşkün ərazisinin hazırki mübahisələndirilən qeyri-yaşayış sahəsinə heç bir aidiyyəti olmadığı təqdirdə onda cavabdehlərin bu qeyri-yaşayış sahəsinə görə, həm birinci, həm də apellyasiya baxışı zamanı 20000 (iyirmi min) manatı iddiaçıya təklif etmələrinə dair gəldiyi mövqeyi ilə razılaşmır və hesab edir ki, bu halın mövcudluğu iddiaçının tələbinin qanuni, cavabdehlərin isə iddiaya olan etirazlarının əsassız olması kimi qiymətləndirilə bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, tərəflər qohumdurlar və bu təklif onların öz aral arında yaranan şəxsi münasibətlərlə əlaqədar hazırki mübahisənin uzadılmaması məqsədi ilə də verilməsi mümkündür. Məhkəmə kollegiyası daha sonra cavabdehlər etibarnaməni mübahisələndirilən qeyriyaşayış sahəsindən istifadəyə görə deyil, İddiaçı istifadəsində olan çörək sexinin qaz təminatını sənədləşdirən zaman onu təmsil etmək üçün verildiyini, sənədləşdirilmənin baş tutmadığı üçün iddiaçı tərəfindən verilmiş etibarnamənin ləğv edildiyini bildirsələr də, bu dəlillərə dair də onlar məhkəməyə heç bir sübut təqdim etməmələri ilə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə də razılaşmır və hesab edir ki, məhkəmə həmin etibarnamənin surətini və ya əslinin məzmununu tədqiq etmədən belə bir nəticəyə gəlməsi yol verilməzdir. Həm də kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəmə si bu dəlillə bağlı iddiaçıdan onun istifadəsində çörək sexinin olub-olmamasını, olduğu təqdirdə onun qaz təminatını sənədləşdirməsi ilə kimin məşğul olub-olmamasını, bu barədə cavabdeh tərəfin bildirdiklərinin həqiqət olub-olmamasını araşdırmalı olduğu halda bunları etməmiş, yuxarıda göstərilən halları aydınlaşdırmadan, yalnız iddiaçının formal mülahizələrinə istinad edərək, birtərəfli qaydada, qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prossesual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, iddianın əsasını təşkil edən faktların sübut edilməməsinə baxmayaraq, sübutetmə yükü tamamilə cavabdehin üzərinə qoyularaq yalnız onun öz etirazında istinad etdiyi faktiki halları sübut etməməsinə görə iddia təmin edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə mə hz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edi lməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməli, araşdırılmış hallar əsasında cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasının faktının olub-olmamasını, buna uyğun da sonuncunun hazırki iş üzrə subyektiv hüquqa malik olub-olmamasına hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-4 19-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və Vəkilnun kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli 2(103)10844/2018 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar