Məhkəmə qərarları › İş №2(102)-3435/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3435/2024

12.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3435/2024 12.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyəti, iddiaçının şikayəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlundan (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu və İnzibati Kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq məhkəmə tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı elektrik enerjisinin bərpa edilməsi, elektrik sayğacının yenidən quraşdırılması, mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2135/2024 nöm rəli, 08 avqust 2024-cü il tarixli məhkəmə aidiyyəti ilə bağlı qərardadından İddiaçı şikayətinə 12 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra “iddiaçı” və ya “Bələdiyyə”) iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, **********00194 saylı abonent kodu üzrə Qobustan rayonu, Çalov kəndi ərazisində yerləşən kəndli fermer təsərrüfatına elektrik enerjisinin verilməsinin bərpa edilməsi cavabdeh "xxxx" ASC-nin (bundan sonra “cavabdeh” və ya “ASC”) üzərinə qoyulması və həmin təsərrüfata smart kart tipli elektrik sayğacının cavabdehin şəxsi vəsaiti hesabına quraşdırılması və h əmçinin dəymiş mənəvi ziyana görə cavabdehdən 5000 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qobustan rayonu, Çalov kənd sakini olan iddiaçı uzun illərdir ki, yaşadığı ərazidə kəndli fermer təsərrüfatı ilə məşğul olmuşdur. Həmin fermer təsərrüfatı Qobustan rayonunun Cəyirli Bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqda olmaqla həmin Bələdiyyə ilə aralarında bağlanmış icarə müqaviləsi əsasında fəaliyyət göstərirdi. Bələdiyyə öz mülkiyyətində olan torpaq sahəsindən 0,30 ha hissəsini 90 (doxsan) il müddətinə iddiaçıya icarəyə vermişdir. Vaxtı ilə isə "xxxx" MMC ilə bağlanmış müqavilə əsasında fermer təsərrüfatına elektrik enerjisi (işıq xətti) çəkilmiş, **********00194 saylı ab onent kodu verilrək təsərrüfata elektrik sayğacı quraşdırılmışdır. Lakin (deyilənə görə) ərazidən keçən yüksək gərginlikli xəttin çəkilməsi ilə bağlı fermer təsərrüfatına elektrik enerjisi verilişi qanunsuz və əsassız olaraq dayandırılmış və məhz elə bu səbəbdən də təsərrüfat tam şəkildə məhv olduğundan iddiaçı bir fermer kimi ciddi ziyana düşmüşdür (iri və kiçik buynuzlu heyvanlar tələf olmuşdur).

3. Uzun illərdir ki, iddiaçı tərəfindən aidiyyəti üzrə etdiyi müraciətlər cavabsız qalmışdır. Son olaraq ASAN Xidmət Mərkəzi vasitəsi ilə iddiaçıya şifahi qaydada cavab verilmişdir ki, hansısa texniki şərtləri (ayrıc aktı və s.) təmin edildikdən sonra işığın verilməsi bərpa oluna bilər. Bununla bağlı iddiaçı bildirmişdir ki, o, yeni obyektə yeni işıq xətti çəkdirmək niyyətində və istəyində deyil dir, onun kəndli fermer təsərrüfatının elektrik enerjisi vaxtı ilə olub və bunun üçün tələb olunan rəsmi bütün sənədlər aidiyyəti orqana təqdim edilib. İddiaçı hazırda həmin elektrik xəttinin bərpa edilməsini istəyir. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edir.

4. Cavabdeh bu qanunsuzluğu ilə iddiaçıya külli miqdarda ziyan da vurmuş, təsərrüfatın işığını kəsməklə mal-qarası məhv olmuşdur. Bundan əlavə, hazırkı mübahisə ilə bağlı iddiaçı tərəfindən ilk öncə cavabdehin yerləşdiyi ünvan üzrə ümumi yurisdiksiyalı məhkəməyə, yəni Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin uzun çəkən araşdırmalardan sonra Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)586/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin mülki iş üzrə icraata xitam verilməsi, iddiaçının aidiyyəti üzrə səlahiyyətli olan inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin işdə məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli qərarına istinad etməklə iddiaçının ehtimal etdiyi hüquqlarının pozulmasına inzibati orqan (inzibati akt qəbul edə bilən inzibati qurum) səbəb olduğundan məsələyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması qənaətinə gəlmişdir.

5. Bundan sonra iddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-5158/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı il ə iddianın mümkün sayılmaması barədə qərar qəbul edilmişdir. Səbəb kimi isə cavabdehin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən olunmaması göstərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)5158/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət versə də, qərardad qüvvədə saxlanılmışdır.

6. Həmçinin cavabdehin özbaşınalığı iddiaçıya maddi ziyandan əlavə, mənəvi ziyan da vurub. On ildən artıq müddətdir ki, iddiaçı yollarda qalmış və sözün əsl mənasında məhkəmə orqanlarına olan inamı sarsılmışdır. Hazırda gözü görə-görə əmlakı məhv olur və ona mənəvi iztirablar verir. Bu səbəbdən cavabdeh iddiaçıya dəymiş mənəvi zi yanı da ödəməlidir.

7. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2135/2024 nömrəli, 08 avqust 2024-cü il tarixli qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. (hakim Vüsalə Musayeva)

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı fərdi sahibkar kimi qeydiyyatdan keçmiş fiziki şəxsdir və həmçinin onun hazırki iddia tələbində qeyd etdiyi kimi elektrik enerjisinin verilməsi tələbi onun fermer kimi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Həmçinin qarşı tərəf olan "xxxx" ASC tərəfindən təbii inhisar subyekti kimi fərdi sahibkar statusuna malik olan şəxslərin (həmin şəxslərin şəxsi istehlakı ilə bağlı hallar istisna olmaqla) elektrik enerjisi ilə təchizatı məsələsi kommersiya xarakteri daşıyır. Yəni hazırki mübahisəd ə hər iki tərəf kommersiya mübahisəsinin tərəfləri kimi çıxış etməklə onlar arasında olan mübahisənin mahiyyəti də eyni xarakterlidir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 24.2, 25, 26, 31.1, 32.3, 32.4-cü maddələri və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının müvafiq bəndlərinə istinadla əsaslandırmışdır. Şikayətin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri

10. İddiaçı (Vəkil) şikayət verərək, qərardadın ləğv edilməsi, iddia ərizəsinin aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsində b axılaraq tam təmin edilməsi barədə yekun qərar qəbul edilməsini xahiş etmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2135/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının eyni tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxılması 2 (iki) ay müddətinə uzadılmışdır. Həmçinin hazırki mülki iş ümumən 6 hakimin icraatında olmuş və təxminən 12 ay ayrı-ayrı məhkəmə instansiyalarında aidiyyət məsələsi ilə əlaqədar məhkəmə prosesləri aparılmışdır. Son olaraq isə Sumqayıt Apellyasiya Məhkəməsi qəbul etdiyi 2-1(105)-916/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin mülki xarakterli olduğu üçün aidiyyəti üzrə rayon məhkəməsində baxılmalı olduğu qənaətinə gəlmişdilər. Bu səbəbdən iddia ərizəsinin 5 aya yaxın bir müddətdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində araşdırıldıqdan sonra kommersiya xarakterli olduğu müəyyən olunduğu üçün və həqiqətən də hazırki iddia ərizəsinin mahiyyət etibarı ilə kommersiya xarakterli olduğu üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə aid olmasına baxmayaraq iddia ərizəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılaraq iddia ərizəsinin tam təmin edilməsi barədə qərar qəbul edilməlidir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60 (İ). Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüqu qu vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; Maddə 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövl ət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır; Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

13. Sahibkarlıq fəaliy yəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasib ətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 44. 2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Maddə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inziba ti kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.[576] Maddə 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamami lə ləğv edib, yeni qərar qəbul edə bilər; işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. … Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanunimaraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. … Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin m üvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarı 10-cu bənd. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur; 11-ci bənd. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisəl ərə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; 13-cü bənd. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə v ə yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir; 15-ci bənd. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. 24-cü bənd. Nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarl ıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz f əaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.

14. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı vergi ödəyicisidr. Cavabdeh isə təbii inhisar subyekti olmaqla fəaliyyəti həm də sahibkarlıq elementlərini ehtiva edən "xxxx" ASC-dir. İddia tələbində iddiaçı kəndli fermer təsərrüfatına elektrik enerjisinin verilməsinin bərpa edilməsinin cavabdehin üzərinə qoyulması və həmin təsərrüfata smart kart tipli elektrik sayğacının cavabdehin şəxsi vəsaiti hesabına quraşdırılması, həmçinin dəymiş mənəvi ziyanın cavabdehdən tutulmasını xahiş edir.

15. Başqa sözlə, iddia tələbi elektrik enerjisinin bərpa edilməsi barədədir.

16. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir.

17. Hazırkı iş üzrə həm iddiaçı sahibkar kimi vergi uçotuna alınmışdır, eyni zamanda cavabdeh də hüquqi şəxsdir.

18. Hazırki mübahisənin predmet və hüquq münasibətlərinin xarakteri baxımından kommersiya mübahisəsi olması şübhə doğurmur.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il ta rixli 10 nömrəli Qərarına görə fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji v ə su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır.

20. İddiaçının özü də şikayətində həqiqətən də hazırki iddia ərizəsinin mahiyyət etibarı ilə kommersiya xarakterli olduğunu qeyd etmişdir.

21. Beləliklə, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin işin məhkəmə aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur. Buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.

22. Yuxarıda şərh edilənləri və Mülki Pros essual Məcəllənin 403-1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2135/2024 nömrəli, 08 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar