Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3448/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının vəkili Vəkil, maraqlı şəxsin vəkili X2 iştirakı ilə, İddiaçı İddiaçı X qarşı özəlləşdirmənin etibarsız hesab olunması və qeydiyyat vəsiqəsinin ləğv edilməsitələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MKnın 23 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Sadıqov) İddiaçı X qarşı özəlləşdirmənin etibarsız hesab olunması və qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbi təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 24 saylı evin 38 saylı mənzilinin X1 adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, X1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsində qeydə alınmış mülkiyyət hüququna dair qeydiyyatın və həmin qeydiyyatla bağlı tərtib edilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Həsənov, hakimlər X.Mərdanova və F.Babayev) Nizami rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli qətnaməsi lə ğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı X qarşı “özəlləşdirmənin etibarsız hesab olunması və qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələblərinə dair iddiası təmin edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 noyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı X qa rşı (X üçüncü şəxs qismində göstərilməklə) iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 24 saylı evin 38 saylı mənzilinin mərhum anası X1 adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, X1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsində qeydə alınmış mülkiyyət hüququna dair qeydiyyatın və həmin qeydiyyatla bağlı tərtib edilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiy a instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 24-də yerləşən 38 nömrəli mənzil Bakı şəhəri X6 tərəfindən verilmiş 27 oktyabr 1970-ci il tarixli 018957 nömrəli dəyişmə orderinə əsasən X3 məxsus olmuş, onun ölümündən sonra həmin mənzildə yaşayan qızı X7 Rayon İcra Hakimiyyətinə müraciət edərək mənzilin kirayə müqaviləsinin özü ilə bağlanmasını xahiş etmiş, icra hakimiyyətinin 09 iyun 1998-ci il tarixli 621 nömrəli sərəncamına əsasən, X ilə birlikdə sözügedən ünvanda yaşayan və yaşayış sahəsinə hüququ olan həddi-buluğa çatmış ailə üzvünün (X) razılığı nəzərə alınmaqla sözügedən mənzilin kirayə müqaviləsi dəyişdirilərək X ilə bağlanılmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, mənzil X adına özəlləşdirilərək 26 avqust 1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış, bu zaman X (X) adından mənzilin X adına özəlləşdirilməsinə etiraz etməməsini özündə əks etdirən razılıq ərizəsi təqdim edilmişdir. Özəlləşdirildikdən sonra mənzil üç dəfə alqı-satqının predmeti olmuşdur. Belə ki, həmin mənzillə bağlı birinci müqavilə 08.06.1999-cu il tarixdə X (iddiaçının anası) ilə X arasında, ikinci müqavilə 15.01.2014-cü il tarixdə X ilə X arasında, üçüncü müqavilə isə 12.02.2014-cü il tarixdə sonuncu ilə Maraqlı şəxs1 arasında bağlanmışdır.. Bundan sonra İddiaçı Maraqlı şəxs1 və X yanaşı digərlərinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək hər üç müqavilənin etibarsız hesab edilməsini, dövlət reyestrində həmin müqavilələrin əsasın da aparılmış qeydiyyatın və onun əsasında verilmiş reyestr çıxarışlarının ləğv olunmasını, cavabdehlərin əşyaları ilə birlikdə mənzildən çıxarılmasını və mənzilin boşaldılaraq özünün sahibliyinə qaytarılmasına dair iddia vermişdir. Həmin məhkəmənin 24.10.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilsə də, Bakı Apellyasiya Məhkəməsinin 07 fevral 2018-ci il tarixli qanuni qüvvədə olan qətnaməsi ilə apellyasiya şikayətləri (həmçinin hazırkı iş üzrə maraqlı şəxslər qismində çıxış edən Maraqlı şəxs1 və X şikayətləri) təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, İddiaçı iddiası rədd edilmişdir. Hazırkı işdə isə iddiaçı, mənzilin iştirakı olmadan özəlləşdirildiyini və bununla bağlı adından yazılmış razılıq ərizəsinin saxta olduğunu bildirməklə və “Azərbayca n Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci, 5-ci və 9-cu maddələrinə istinad etməklə müvafiq tələbləri irəli sürmüşdür. Mənzilin özəlləşdirilməsi zamanı İddiaçı adından verilmiş razılıq ərizəsinin onun tərəfindən yazılmadığı hazırkı işin mübahisəsiz halıdır. Bu hal birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə müəyyən edilmişdir. Digər tərəfdən, Bakı Apellyasiya Məhkəməsinin 07 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının 1992-ci ildən etibarən Rusiya Federasiyasında yaşadığı və 24 ildən sonra – yəni 10.07.2016-cı il tarixdə verilmiş Qayıdış Şəhadətnaməsi əsasında ölkəyə qayıtdığı müəyyən olunmuşdur və bu o deməkdir ki, sözügedən razılıq ərizəsi iddiaçı tərəfindən imzalana bilməzdi. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, qanunverici mənzillərin (evlərin) özəlləşdirilm əsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərar). Göründüyü kimi, özəlləşdirilmə üçün müraciət edilən anda razılığının alınması tələb olunan şəxslərin sırasına yalnız mənzil kirayə müqaviləsində adı göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri daxildir. Başqa sözlə, özəlləşdirilmə üçün müraciət edilən anda razılığının alınması tələb olunan ailə üzvləri eyni zamanda hər iki tələbə cavab verməlidirlər və bu tələblərdən birinə cavab verməyən (mənzil kirayə müqaviləsində adı göstərilməmiş və müraciət edilən anda kirayəçi ilə birlikdə faktiki yaşamayan) şəxslərin özəlləşdirmə üçün razılığı tələb olunmur. İddiaçının 1992-ci ildən etibarən 24 il ərzində Rusiya Federasiyasında yaşadığı və yalnız 10.07.2016-cı ildə verilmiş Qayıdış Şəhadətnaməsi əsasında Azərbaycan Respublikasına qayıtdığı, başqa sözl ə mübahisəli mənzil özəlləşdirilərkən artıq 6 ilə yaxın müddətdə orada yaşamadığı müəyyən edilmişdir; bu hal isə mübahisəli mənzilin mərhum X (iddiaçının anası) adına özəlləşdirilməsinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlərin mövcudluğunu istisna edir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apel lyasiya Məhkəməsinin MK-nın 23 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3448/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3448/2019
08.05.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver