Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3449/2025 25.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (daşınmaz əmlakın təhvil verilməsi və maddi ziyan) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 (Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb etməklə) qarşı “ daşınmaz əmlakın təhvil verilməsi və maddi ziyan” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyul 2025-ci il tarixli, 2(103)-594/2025 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə 25 noyabr 2025ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1998-ci il tarixli, 719 nömrəli sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda yerləşən köhnə tikilidən təmir etmək şərti ilə məişət avadanlıqları təmiri emalatxanası kimi istifadə edilməsi İddiaçı icazə verilmişdir. 2. xx.xx.2013-cü il tarixli notarial qaydada təsdiq edilmiş etib arnamənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1998-ci il tarixli, 719 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda yerləşən köhnə tikilidən istifadə etməyi, müvafiq sənədlər topladıqdan sonra tikinti işləri aparmağı, həmin tikilini özəlləşdirmək üçün bütün dövlət orqanlarında, kooperativ və ictimai təşkilatlarda nümayəndəsi olmağı, sənədləri toplamağı, özəlləşdirməyi, adından imza etməyi, sənədləri aidiyyatı üzrə dövlət orqanlarına verməyi, ona çatası reyestrdən çıxarışı və digər sənədləri almağı, aldığına dair imza etməyi, alqısatqı üçün lazım olan sənədləri topladıqdan sonra üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, buna dair müqavilələr imzalamağı, bu hərəkətlərin yerinə yetirilmə si ilə əlaqədar adından ərizə verməyi, lazım olarsa həmin tikili ilə əlaqədar olaraq bələdiyyə və digər dövlət orqanlarında onun nümayəndəsi olmağı, ona aid olan mülki işləri aparmağı, iddia ərizəsini verməyi, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan olan bütün hərəkətləri etməyi Cavabdeh3 xx.xx.2023-cü il tarixədək etibar etmişdir.
3. İş materiallarında olan xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1998-ci il tarixli, 719 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda yerləşən köhnə tikilidən istifadə etməyi, müvafiq sənədlər topladıqdan sonra tikinti işləri aparmağı, həmin tikilini öz əlləşdirmək üçün bütün dövlət orqanlarında, kooperativ və ictimai təşkilatlarda nümayəndəsi olmağı, sənədləri toplamağı, özəlləşdirməyi, adından imza etməyi, sənədləri aidiyyatı üzrə dövlət orqanlarına verməyi, ona çatası reyestrdan çıxarışı və digər sənədləri almağı, aldığına dair imza etməyi, alqı-satqı üçün lazım olan sənədləri topladıqdan sonra üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, buna dair müqavilələr imzalamağı, bu hərəkətlərin yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi, lazım olarsa həmin tikili ilə əlaqədar olaraq bələdiyyə və digər dövlət orqanlarında onun nümayəndəsi olmağı, ona aid olan mülki işləri aparmağı, iddia ərizəsini verməyi, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan olan bütün hərəkətləri etməyi etibar etdiyi Cava bdeh3 Cavabdeh2 xx.xx.2023-cü il tarixədək etibar etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 (Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1998-ci il tarixli, 719 nömrəli sərəncamına əsasən onun istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda yerləşən daşınmaz əmlakın cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi və istifadə olunmuş müddət ərzində dəymiş ziyana görə 19300 manat pulun, dövlət rüsumuna görə ödənilmiş 147,9 manat pulun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cav abdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan daşınmaz əmlak Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1998-ci il tarixli, 719 nömrəli sərəncamına əsasən onun istifadəsinə verilmişdir. Həmin tarixdən 2005-ci ilə qədər həmin obyekti iddiaçı və övladları istifadə etmiş, 2005-ci ildə obyekti adını xatırlamadığı Tovuz rayon sakini olan bir vətəndaşa icarəyə vermişdir. Həmin vaxt cavabdehlərdən Cavabdeh1 orada saç ustası kimi işləmişdir. 2013-cü ildə Eldəniz dövlət qulluğuna qəbul olunduğunu bildirərək obyekti artıq işlətməyəcəyini, buna görə qardaşı Cavabdeh3 faktiki işlədəcəyini bildirmişdir. Cavabdehlər 2013-cü ilədək həmin daşınmaz əmlaka görə müəyy ən edilmiş icarə haqqını tam şəkildə ödəmişlər. Daha sonra iddiaçı maddi vəziyyəti ilə əlaqədar 2013-cü ildə həmin daşınmaz əmlakı dövlət reyestrində öz şəxsi mülkiyyəti kimi qeydiyyata saldıraraq satmaq qərarına gəlmişdir. Bunu eşidən cavabdehlər iddiaçıya bildirmişlər ki, həmin obyekti satmasın və Cavabdeh3 etibarnamə versin. Həmin etibarnamə əsasında Cavabdeh3 həmin daşınmaz əmlaka dair sənədləşdirmə işlərini aparmaqda iddiaçıya köməklik etsin və bu müddət ərzində iddiaçıya yenə də icarə haqqı ödəsinlər. Həqiqətən də 2020-ci ilə qədər iddiaçıya icarə haqqı ödənilmişdir. Lakin 2020-ci ildən etibarən iddiaçı cavabdehlərdən heç bir icarə haqqı ala bilməmiş, cavabdehlər həmin obyekti aldıqlarını iddia etmişlər. Bu barədə tərəflər arasında dəfələrlə danışıqlar aparılmış, lakin heç bir nəticə yə gəlinə bilməmişlər. 2024-cü ildə iddiaçıya məlum olmuşdur ki, onun 2013-cü ildə Cavabdeh3 verdiyi etibarnamə əsasında Asif iddiaçını etibarından sui-istifadə edərək 2020-ci ildə öz səlahiyyətlərini etibarnamə əsasında atası Cavabdeh2 ötürmüşdür. İcarə haqqı kimi ödənilmiş son məbləğdən sonra cavabdehlər həmin obyektdən tam qanunsuz istifadə etməyə və bununla da iddiaçıya maddi cəhətdən ziyan vurmağa davam edirlər. Nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Cavabdehlər iddianı qəbul etməyərək göstərmişdir ki, uzun müddət obyektdə yaxşılaşdırma işlərini aparmış, obyektin dəyəri kifayət qədər artmışdır. İddiaçı həmin yaxşılaşdarmaların dəyərinin ödəmədən hazırkı iddianı qaldırmaqda məqsədi hüquqdan sui istifadədir. İddianın rədd olunmasını xahiş edirlər.
7. Ray on məhkəməsində şahid kimi dindirilən X2 göstərmişdir ki, obyekt İddiaçıdur. Cavabdeh obyekti icarəyə götürmüşdür. İddiaçı obyekti satmaq istəyirdi. Cavabdeh Asif Ocaqquliyev isə pulunu hissə-hissə ödəmək şərti ilə obyekti almaq istəmiş, iddiaçının 4500 manat lazım olduğundan razılaşmışlar.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4568/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddianın qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1998-ci il tarixli, 719 nömrəli sərəncamına əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda yerləşən daşınmaz əmlakın cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, 100 (yüz) manat dövl ət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəf qeyd olunan sahəni almasını iddia etsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş, bu barədə gətirdiyi yeganə əsas İddiaçı Sirac oğlu tərəfindən onlara verilmiş Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda yerləşən köhnə tikilidən istifadə etməyi, həmin sahə ilə bağlı sənədləşdirmə işləri aparmağı və adından imza etməsi ilə bağlı bütün səlahiyyətlərlərin ötürülməsi barədə 2013-cü il tarixli etibarnamədir ki, bu etibarnamə də alqı-satqı müqaviləsi demək deyildir. Həmçinin cavabdehlər etibarnamə ilə verilmiş səl ahiyyətlərdən 10 il ərzində istifadə etməmişlər. Məhkəmə iddiaçının hal-hazırda irəli sürdüyü ödənilməmiş 19300 manat icarə haqqı və vurulmuş zərərin əvəzi tələbini də əsassız hesab etmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndi, 29-cu maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 152.8, 362.1, 362.2, 363.1, 364.1, 364.2, 365.1, 365.2, 366.1, 366.2, 366.3, 366.4, 685.2, 686, 700 və 705-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın ta m olaraq təmin edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, mübahisələndirilən qətnamədə konkret olaraq öz əksini tapmasa da, məhkəmə iclasları zamanı cavabdehlər və şahid etiraf etmişdir ki, cavabdehlərlə iddiaçı arasında mübahisə predmeti olan daşınmaz əşyaya görə icarə münasibətləri olmuş, tərəflər icarə haqqını şifahi qaydada razılaşdırmış və cavabdeh tərəfindən iddiaçıya bir müddət icarə haqqı ödənilmişdir. MMnin 406.1-ci maddəsində göstərilir ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bu maddədən göründüyü kimi, icarə müqaviləsi şifahi formada da bağlana bilər, belə ki, icarə müqaviləsi üçün Azərbaycan Respublikası Mülki Məcə lləsində müəyyən bir forma təyin edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən də görünür ki, cavabdehlər iddiaçıya müəyyən bir pul məbləği verdiklərini və həmin daşınmaz əşyanı aldıqlarını bildirmişlər, lakin həmin daşınmaz əşyanı alma faktlarını sübut edə bilməmişlərdir. Göründüyü kimi, cavabdehlərin iddiaçıya hansısa bir müəyyən bir pul məbləğini verməsi və hal-hazırda da mübahisə predmeti olan daşınmaz əşyadan istifadə etmələri mülki işin mübahisələndirilməyən halıdır.
13. Həmçinin Cavabdeh3 apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddianın tam olaraq təmin edilməməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında sahəsi 20-25 kv metr olan tikili istifadəs inə Bakı şəhəri Sabunçu rayon İHB-nin xx.xx.1998-ci il tarixli, 719 saylı sərəncamı əsasında verildiyini, Bakı şəhəri Aydınbəyov küçəsinin sonunda yerləşən həmin tikilidən o,bərbərxanakimi 2005-ci ilədək özü istifadə etdiyini, 2005-ci ildə obyekti Tovuz rayon sakininə icarəyə verdiyini, həmin vaxt cavabdehlərdən Eldəniz Ocaquliyev orda saç ustası olaraq işlədiyini, daha sonra Eldəniz Ocaquliyev 2013-cü ilədək, 2013-cü ildən isə axırıncının qardaşı Cavabdeh3 obyekti icarə haqqı ödəyərək işlətdiyini, bu müddət ərzində Asif Ocaqquliyev ona obyekti özəlləşdirməyə köməklik edə biləcəyini vəd etdiyindən, o, axırıncıya 10 il müddətinə bununla əlaqədar etibarnamə verdiyini, Cavabdeh3 2020-ci ilədək ona icarə haqqı ödədiyini, o vaxtdan bu günədək isə icarə haqqı ödəmədiyini göstərmiş, lakin iddianı n əsasını təşkil edən sübutları və dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehlər isə məhkəmə iclasında verdikləri izahatlarında iddiaya etiraz edərək bildirmişlər ki, iddiaçı onlara sahəsi 14 kv metr olan Bakı şəhəri Aydınbəyov küçəsinin sonunda yerləşən mağaza tikilisinin arxasında yerləşən tikilini məişət avadanlıqların təmiri emalatxanası kimi işlətmək üçün Bakı şəhəri Sabunçu rayon İHB-nın xx.xx.1998-ci il tarixli, 719 saylı sərəncamı əsasında verildiyini, iddiaçı həmin əvvəllər tikilidən bərbərxana kimi istifadə etdiyini, onlardan əvvəl tikilini Tovuz rayon sakininə icarəyə verdiyini, cavabdehlərdən Cavabdeh1 həmin tikilidə saç ustası olaraq işlədiyini,xx.xx.2013-cü ildə də iddiaçı həmin tikilini 17000 manat Cavabdeh3 satdığını, iddiaçının tikiliyə dair mülkiyyət hüququ verə n sənədi olmadığından aralarında rəsmi alqı-satqı müqaviləsi bağlanılmadığını, bu səbəbdən də həmin tarixdə iddiaçı Cavabdeh3 sərəncamın əslini təqdim etmiş və Bakı şəhəri 27 saylı notariat kontorunda Cavabdeh3 Bakı şəhəri Sabunçu rayon İHB-nin xx.xx.1998-ci il tarixli, 719 saylı sərəncamına əsasən Bakı şəhəri Sabunçu rayonu Aydınbəyov küçəsinin sonunda yerləşən mağazanın arxa tərəfində yerləşən tikilidən istifadə etməyi, müvafiuq sənədlər topladıqdan sonra tikinti işləri aparmağı, onun adından həmin tikilini özəlləşdirmək üçün bütün dövlət orqanlarına müraciətlər etməyi, ona çatası reyestrdən çıxarışı və digər sənədləri almağı, əmlakı özgəninkiləşdirmək məqsədi ilə onun adından alqı-satqı müqavilələri bağlamağı, pulu almağı və sairə hərəkətləri etməyə etibarnamə vermişdir. İddiaçının ona satdığı tikilinin əvvəllər olduğu kimi hazırda da ayrı giriş-çıxışı, mağaza tikilisinin isə ayrı giriş-çıxışı vardır. Məlum məsələdir ki, Cavabdeh3 iddiaçının ona satdığı qeyri-yaşayış sahəsini sərəncamın verilməsinə əsas olmuş sənədlər aşkarlanmadığından, həmin tikilini özəlləşdirə və öz adına rəsmiləşdirə bilməmişlər. Lakin bu müddət ərzində o, həmin ünvanda yerləşən iddiaçının ona satdığı qeyri-yaşayış sahəsinin qarşısından yerləşən mağaza tikilisini kənar şəxsdən aldıqdan sonra hər iki tikilinin arasında mövcud olan mağaza tikilisinin arxa divarını söküb tikilinin sahəsini genişləndirdiyini, su, qaz, enerji idarələrində və Bələdiyyə orqanlarına həmin obyektin istifadəçi olaraq qeydiyyata alınaraq bu günəcən qanunla nəzərdə tutulmuş ödənişlər etdiyini, iddiaçıya heç bir zaman icarə ha qqı ödəmədiyini göstərmişdir. Hətta mağazanın arxasından əlavə olaraq 4 kv mетр sahəni də qonşudan alıb bərbərxananın tikilisinə əlavə edib istifadə etdiyini bildirmişdir. Çox təəsüf ki, məhkəmə belə bir nəticəyə gələrkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün halları tam və obyektiv araşdırmamış, iddiaçının cavabdehlərin çıxarılmasını tələb etdiyi daşınmaz əmlakın Bakı şəhəri Sabunçu rayon İHB-nin xx.xx.1998-cil tarixli, 719 saylı sərəncamı əsasında istifadəsinə verilmiş əmlak olub-olmamasını, əgər olmuşdursa, həmin əmlakın hansı hissəsinin sərəncamla ona verilmiş hissəsi olmasını müəyyən etməmiş, məhkəmə iclasında iddiaçının sərəncamla istifadəsinə verilmiş həmin ünvanda mağaza tikilinin arxasında yerləşən tikilinin sahəsi 2025 km metr olmasını, cavabdehlər iddiaçının onlara satdığı tik ilinin sərəncamda istinad edilmiş ona aid olmayan mağaza tikilisinin arxasında yerləşdiyini və həmin tikilinin sahəsi 14 kv metr olmasını, hazırda isə məhkəməyə cavabdehlər təqdim edilmiş "xxxx" MMC tərəfindən 2023-cü ildə tərtib edilmiş həmin tikilinin ümümi sahəsi 48,1 kv metr olmasına, tikilinin hansı hissəsinin iddiaçıya aid olması, hansı hissəsinin isə sərəncamda göstərilmiş iddiaçının istifadəsinə verilmiş tikilinin qarşısında mövcud olmuş mağaza tikilisinin sahəsinə aid olmasını müəyyən etmək üçün müvafiq mütəxəssis və ekspert rəylərini almadan cavabdehlərin hazırda istifadəsində olan ümumi sahəsi 48,1 kv metr olan daşınmaz əmlakdan çıxarılmasına dair səhv nəticəyə gəlmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-594/2025 saylı, 23 iyul 2025-ci il tarixli qət naməsi ilə (sədrlik edən F.Babayev, hakimlər C.Musayeva və F.Qasımov) iddiaçı və Cavabdeh3 apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4568/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
17. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1998-ci il tarixli, 719 nömrəli sərəncamına əsasən iddiaçıya verilmiş və onun qanuni gözləntisinə çevrilmişdir. Cavabdeh isə həmin əmlakı xx.xx.2013-cü ildən xx.xx.2023-cü ilədək iddiaçı tərəfindən verilən etibarnamə əsasında idarə etmiş, yəni əmlakdan istifadəsi iddiaçının razılığı əsasında məhz həmin etibarnaməyə söykənərək baş tutmuşdur. Lakin xx.xx.2023cü il tarixdə etiba rnamənin müddətinin bitməsinə və yeni etibarnamə verilməməsinə baxmayaraq cavabdeh həmin əmlakdan iddiaçının razılığı olmadan istifadə etmiş və nəticədə əmlak onun tərəfindən qanunsuz olaraq zəbt edilmişdir.
18. Cavabdeh buna əsas kimi qeyd olunan əmlakın iddiaçı ilə aralarında olan alqı-satqıya əsasən dəyəri bir neçə hissədə ödənilməklə alındığını bildirsə də, nə müqavilənin, nə də, ümumiyyətlə, alqı-satqı münasibətlərinin mövcudluğuna dair heç bir mötəbər dəlil təqdim edə bilməmiş, iddiaçının öz əmlakına sahiblik etməsinə mane törətməsinin faktiki və hüquqi əsaslarını sübut edə bilməmişdir.
19. Həmçinin cavabdeh apellyasiya baxışı daha fərqli mülahizə ilə çıxış edərək tikilinin ön hissəsinin başqa şəxsdən, arxasının isə iddiaçıdan alındığını bildirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, sözügedən dəlil cavabdeh tərəfindən birinci instansiya məhkəməsində bildirilmədiyindən həmin məhkəmə icraatı zamanı araşdırma predmeti olmamışdır. Apellyasiya baxışı zamanı isə mübahisəli tikiliyə yerinə müayinə aparılmış, iddiaçı sərəncamla ona ayrılmış və cavabdehin hazırda istifadəsində olan kafe kimi işlədilən hissəni əhatə etdiyini, cavabdeh isə sərəncamla iddaçıya ayrılmış sahənin iddiaçıdan aldığını və onun önünda olmuş hissənin başqa şəxsdən alındığını və bütövlükdə kafe kimi işlədilən sahənin ona məxsusluğunu bildirmiş, lakin bununla bağlı da hər hansı mötəbər dəlil təqdim etməmişdir.
20. Bundan əlavə iddiaçının da apellyasiya baxışı zamanı təqdim etdiyi xəritə görüntülərindən müəyyən olunur ki, mübahisəli tikili tərəfin iddia etdiyi vaxtdan da bütöv və vahid formada mövcud ol muşdur.
21. Beləliklə, yuxarıda qeyd edilən hallardan da göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya ona məxsus əmlakdan mülkiyyətdən irəli gələn hüquqların həyata keçirilməsinə maneə törədilmiş və bunun üçün heç bir qanuni və hüquqi əsası mövcud olmamışdır. Bu isə iddiaçının qanunla qorunan mənafelərinə toxunmaqla onu hazırki iddia ilə məhkəməyə müraciət etməyə sövq etmişdir.
22. Qeyd olunanlara əsasən iddiaçı ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
23. Apellyasiya məhkəməsi icarə haqqının ödənilməsi ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etsmişdir iddiaçı öz mövqeyini tərəflər arasında icarə münasibə tlərinin olması və cavabdehin də məhz həmin münasibətlər çərçivəsində icarə haqqını ödəməməsi ilə bağlı əsaslandırmış, tərəflər arasında icarə münasibətlərinin olmasını təsdiq edəcək hər hansı mötəbər dəlil təqdim etməmiş, öz mövqeyini yalnız etibarnamənin mövcudluğu ilə əsaslandırmağa çalışmışdır. Lakin etibarnamənin mövcudluğu hələ tərəflər arasında məhz icarə müqaviləsinin olmasını demək üçün kifayət deyildir. Cavabdeh tərəf də bu münasibətləri olduğunu etiraf etməmiş, əkçinə obyekti alqı-satqı əsasında əldə etdiyini bildirmişdir.
24. Bu halda iddiaçının məhz ödənilməyən icarə haqqının tələb edilməsi ilə bağlı iddiası əsassız. Lakin hər bir halda kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyini n qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini ayrıca icraat qaydasında məhz həmin hüquqi əsasa söykənərək tələb edə bilər.
25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 164.1, 164.2, 165.1, 362.1, 363.1, 365.1, 365.1.1, 675, 700.1 və 700.3, MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh3 (vəkil – Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə qə rar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının iddianın əsası olaraq məhkəməyə təqdim etdiyi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 719 saylı sərəncamın surətindən (əslini iddiaçı tikilini cavabdehə 2013-cü ildə satarkən axırıncıya təhvil verilmişdir) görünür ki, həmin sərəncamla iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Aydınbəyov küçəsinin sonunda yerləşən mağazanın arxa tərəfində yerləşən köhnə tikilini təmir etmək şərti ilə məişət avadanlıqları təmiri emalatxanası kimi istifadə edilməsinə icazə verilmişdir. Göründüyü kimi sərəncamda iddiacının istifadəsinə məişət avadanlıqları təmiri emalatxanası kimi istifadə edilməsi üçün verilmiş tikilinin sahəsi, ölçüləri, yerləşmə koordinatları göstərilməmiş, məhkəməyə həmin tikilinin yerləşmə sxemi, təhvil-təslim aktı təqdim edilməmişdir. Həmin sərəncamın Dövlət Arxivindən götürülmüş təsdiq edilmiş surətindən məlum olur ki, sərəncama heç bir sənəd əlavə edilməmişdir. Belə olduğu halda, apellyasiya instansiya məhkəməsinin sərəncamda sahəsi, ölçüləri, yerləşmə koordinatları göstərilməmiş, məhkəməyə həmin tikilinin yerləşmə sxemi, təhvil-təslim aktı təqdim edilməmiş, iddiaçının məhkəmə iclasında tikilinin sahəsi 20-25 kv metr olduğu bəyan etdiyi tikilinin əvəzinə cavabdehin istifadəsindəki sahəsi 48,1 kv metr olan dönərxana kimi istifadə edilən tikilinin Bakı şəhəri Sabunçu rayon İHB-nın xx.xx.1998-ci il tarixli, 719 saylı sərəncamı əsasında iddiaçıya aid olan tikili hesab etməklə cavabdehlərin həmin tikilidən çıxarılması, əmlakın iddiaçıya tə hvil verilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayması heç bir məntiqə və hüquqa uyğun sayıla bilməz.
28. Bununla belə məhkəmə iddiaçının cavabdehə qarşı qaldırdığı iddia ilə bağlı verdiyi izahatı ilə işin həqiqi halları arasında tam bir uyğunsuzluq müəyyən olunmasına əhəmiyyət verməmişdir. Belə ki, iddiaçı bir tərəfdən məhkəməyə verdiyi izahatında o, özünə məxsus ümümi sahəsi 20-25 kv metr tikilini 2013-cü ildən cavabdehə icarə verdiyini və 2020-ci ildən icarə haqqını ödəmədiyi üçün tikilidən çıxarılmasını tələb edir, digər tərəfdən isə o, cavabdehə həmin əmlakı onun adına özəlləşdirilməsi və daha sonra özgəninkiləşdirilməsi üçün xx.xx.2013-cü il tarixdə 10 il müddətinə (alqı-satqı, bağışlanma və s.müqavilələrin bağlanması) cavabdehə etibarnamə verdiyi müəyy ən edilir. Apellyasiya məhkəməsi isə işin qeyd edilmiş hallara hüquqi qiymət verərkən bir tərəfdən iş üzrə birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən cavabdehə tikilini icarəyə verdiyini təstiq edən subutları təqdim edə bilmədiyini əsas götürərək həmin hissədə iddianın təmin etməməsinə dair gəldiyi nəticəni əsaslı sayır, digər tərəfdən isə birinci instansiya məhkəməsinin qətnamənin qüvvədə saxlanılmasına maraqlı olan məhkəmə iddiaçının iddia etdiyi tikiliyə dair cavabdehə tikilini özəlləşdirmək və özgəninkiləşdirmək üçün xx.xx.2013-cü il tarixli etibarnamə və sərəncamın əslinin cavabdehə təhvil verməsi kimi hərəkətlərin tikilini faktiki olaraq tikilini ona satmasına dəlalət edən hərəkətlər olmasına əhəmiyyət və düzgün hüquqi qiymət verməmişdir. Bu hal 2 dəfə məhkəmə iclasında səslə ndirilmiş və dinlənmiş iddiaçının səs yazısı ilə də sübuta yetirilmişdir. Həmin səs yazısında iddiaçı mübahisə edilən tikilini 17000 manata cavabdehə satdığını etiraf edir. Çox təəsüfedici haldır ki, işin nəticəsinin iddiaçının xeyrinə həll edilməsində maraqlı olan hakim iş üzrə qeyd edilmiş sübuta da əhəmiyyət verməmiş, əksinə cavabdeh həmin əmlakı iddiaçıdan 2013-cü ilin may ayında alqı-satqı müqaviləsi əsasında aldığını təstiq edən heç bir möhtəbər sübut məhkəməyə təqdim etmədiyinə dair əsassız nəticəyə gəlir.
29. Məhkəmə qətnamədə məhkəmə araşdırmaları zamanı iddianın əsassızlığını təstiq edən və iş üzrə mühüm əhəmiyyət kəsb edən sübutlara nə istinad etməmiş, nədəki, həmin sübutların iddianın rədd edilməsi üçün yetərli qədər əsaslı olmasına diqqət yetirməmişdir. Həmin sübutlardan biri məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli “Yeni dövr” Qiymətləndirmə Mərkəzinin xx.xx.2024-cü il tarixli, YDQM 099-097/2024 saylı mütəxəssis rəyi olmuşdur. Belə ki, iş üzrə tikiliyə yerində baxış keçirilməklə və peyk görüntülərinə istinad etməklə rəy vermiş mütəxəssis sorğu edilmiş 1-ci sual üzrə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 719 saylı sərəncamına uyğun olaraq ayrılmış sahənin qarşısında 2001-ci il tarixdə tikili (mağaza) mövcud olması müəyyən edildiyi bildirilmiş; 2-ci suala cavab olaraq sərəncam üzrə ayrılmış sahə və onun qarşısında yerləşən tikili (mağaza) hal-hazırda mövcuddur, lakin qeyd edilən tikililərin dam örtüyü əvvəllər ayrı olsa da hazırda bir tikili obyekt kimi dam örtüyü ilə örtülmüşdür. Bundan başqa, sifarişçinin verd iyi məlumata əsasən və baxış zamanı müəyyən olunmuşdur ki, mağazanın sökülmüş arxa divarından yerdə qalan sahəsi Bakı şəhəri Sabunçu RİH-nın xx.xx.1998-ci il tarixli 719 saylı sərəncamı üzrə istifadə olunan tikiliyə aiddir və həmin tikilinin faktiki sahəsi 16,7 kv metr təşkil edir və qeyd edilmiş hissəyə düşən ayrıca giriş-çıxışı mövcuddur bildirilmiş; 3-cü suala cavab olaraq isə eskiz lahiyə sənədləri ilə müəyyən olunur ki, tikilinin ümumi sahəsi – istifadə sahəsi 38,0 kv metr,i/ş-3,90 kv metr və s/q-nın sahəsi 0,60 kv metr təşkil edir bildirilmişdir.
30. İş üzrə mühüm əhəmiyyət kəsb edən sübutlardan biri də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü iltarixli, 2(103)-6587/2024 saylı qərardadı əsasında məhkəmənin ekspert qarşısında qoyulmuş suallara cavab olaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/115/2025 saylı ekspert rəyidir. İstinad edilmiş rəylə ekspert qarşısına qoyulmuş suallara cavab olaraq Bakı şəhəri, Sabunçu rayonu, İHB-nın xx.xx.1998-ci il tarixli, 719 saylı sərəncamında sözügedən tikilinin konkret olaraq texniki göstəriciləri, ölçüləri, sahəsi, planlı yerləşməsi, yerləşmə koordinatları, harada yerləşməsi və digər texniki parametrləri əks olunmadığından, emalatxana kimi istifadə edilməsinə icazə verilmiş tikilinin sahəsini və harada yerləşməsini müəyyən etmək münkün olmamışdır. Bu səbəbdən də həmin tikilinin qarşısında hər hansı bir mağaza tikilisinin mövcud olub-olmaması və sahəsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Cavabdehlərin istifadəsində olan tikilinin (tikililərin) ümümi sahəsinin 42,2 kv metr təşkil etməsi müəyyən edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllləsi
32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
34. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixt iyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
35. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
36. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
37. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsi lçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
38. Maddə 363.1. Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir.
39. Maddə 365.1. Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1.1. etibarnamənin müddətinin bitməsi.
40. Maddə
675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
41. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
42. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Madd ə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
52. Belə ki, iddianın qismən təmin olunması barədə rayon məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisənin predmeti olan qeyriyaşayış sahəsi müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə 23 iyun 1998-ci il tarixdə iddiaçının sahibliyinə və istifadəsinə verilmişdir, həmin əmlak xx.xx.2013-cü ildən xx.xx.2023-cü ilədək etibarnamə əsasında cavabdehlərin qanuni idarəçiliyində olsa da, göstərilən tarixdən sonra cavabdehlərin əmlaka s ahiblənməsi qanunsuz və əsassız olmuş, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətdən irəli gələn əmlak hüquqların həyata keçirilməsinə maneə törədilmişdir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış və sübutlara düzgün hüquqi qiymət verməmişdir ki, bu da düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir.
54. Belə ki, İddiaçı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1998-ci il tarixli, 719 nömrəli sərəncamı ilə onun istifadəsinə verilmiş qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb edir.
55. Həmin sərəncama görə Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda, mağazanın arxa tərəfində yerləşən köhnə tikilidən təmir etmək şərti ilə məişət avadanlıqları təmiri emalatxanası kimi istifadə edilməsi İddiaçı icazə verilmişdir.
56. Lakin sərəncamda İddiaçı istifadəsinə verilmiş tikilinin texniki göstəriciləri, ölçüləri, sahəsi, planlı yerləşməsi, dəqiq harada yerlşəməsi və sair zəruri parametrləri göstərilməmişdir. Apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-tikinti texniki ekspertizasının 16 aprel 2025-ci il tarixli rəyinə görə tikilinin konkret olaraq texniki göstəriciləri, ölçüləri, sahəsi, planlı yerləşməsi, yerləşmə koordinatları və digər texniki parametrləri olmadığındın emalatxana kimi istifadəsinə icazə verilmiş tikilinin sahəsini və harada yerləşməsini, müəyyən etmək mümkün olmamış, bu səbəbdən də həmin tikilinin qarşısında hər hansı bir mağaza tikilisinin mövcud olub-olmamasını və sahəsini müəyyən etimək mümkün olmamışdır. Lakin ekspert rəyi ilə cavabdehlərin faktiki istifadəsində olan tikilinin ümumi sahəsinin 42,2 kv metr olması müəyyən edilmişdir.
57. İddiaçı rayon icra hakimiyyəti tərəfindən məişət avadanlıqları təmiri emalatxanası kimi onun istifadəsinə verilmiş tikilinin ümumi sahəsinin 20-25 kv metr olduğunu, cavabdehlər isə iddiaçının istifadəsiinə verilmiş sahənin 14 kv metr, qalan sahənin, mağaza binası kimi olan sahənin digər şəxslərdən satın alaraq bütün sahələri birldəşdiklərini, sahədə yenidiənqurma və təmir işləri apardıqlarını göstərmişlər.
58. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1998-ci il tarixli, 719 nömrəli sərəncamın özündə də məişət avadanlıqları təmiri emalatxanası kimi iddiaçının istifadəsinə verilmiş tikilinin mağazanın arxa tərəfində yerləşməsi qeyd edilmişdir, yəni həmin sa hədə iddiaçının istifadəsinə verilmiş tikilidən başqa digər tikililərin, o cümlədən mağaza binasının olması öz əksini tapmışdır.
59. Belə olan halda Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1998-ci il tarixli sərəncamı ilə onun istifadəsinə verilmiş qeyri-yaşayış sahəsinin Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonundakı tikilinin bütövlükdə onun istifadəsinə verilməsi, məişət avadanlıqları təmiri emalatxanası kimi verilən tikilinin sahəsinin 42,2 kv metr olması, yaxud verilən sahənin sonradan onun tərəfindən aparılmış yenidənqurma, artırma, təmir işləri ilə 42,2 kv metrə çatdırılması kimi işini nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən halları sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür.
60. Lakin iddiaçı göstərilən halları, yəni Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonundakı tikil inin bütövlükdə ona aid olmasına təsdiq edən sübutları, tikilinin texniki göstəriciləri, ölçüləri, sahəsi, planlı yerləşməsi, yerləşmə koordinatları və digər texniki parametrləri əks etdirən sənədləri təqdim etməmiş, işə baxan məhkəmələr isə həmin sübutların işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətdən qaçıraraq təqdim etməyi iddiaçya təklif etməmişdir.
61. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv ed ilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, bundan sonra toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası ərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-594/2025 nömrəli iş üzrə 23 iyul 2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.