Məhkəmə qərarları › İş №2(102)-345/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-345/2021

15.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-345/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12713/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binas ında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-221/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmün surətindən görünür ki, Cavabdeh1 tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmək məqsədi ilə tanışı x8 Bağırovun anası İddiaçı etibarından sui-istifadə etməklə x yaşayış massivində yerləşən - İddiaçı vəsaiti hesabına inşa edilmiş bir mərtəbəli tikiliyə müştəri taparaq satıb İddiaçı 20000 manat pul verəcəyini vəd verməklə aldadaraq həmin tikilini Cavabdeh2 öz evi kimi təqdim edib xx.xx.2016-cı il tarixdə sonuncunun bacısı X3 ilkin ödənişi 10000 manat, qalan 13000 manatı isə 36 ay ərzində aylıq ödənişi 360 manat olmaqla ümumilikdə 23000 manata satmağa dair razılıq əldə edərək əlyazma qəbz yazıb vermiş, İddiaçı bildirmədən ilkin ödəniş kimi 2015-ci ilin dekabr ayının sonlarından hissə-hissə olmaqla sonuncu 4500 manat məbləğində pulu xx.xx.2016-cı il tarixdə x ərazisində qəsəbə bələdiyyəsinin inzibati binasının qarşısında almaqla ümumilikdə 10000 manat məbləğində pul almış, tikilini Cavabdeh2 faktiki istifadəsinə verməklə İddiaçı verməli olduğu ümumilikdə 20000 manat məbləğində pulu ələ keçirərək ona xeyli miqdarda əmlak ziyanı vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Cavabdeh1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edərək ifadəsində göstərmişdir ki, o, 2013-cü ildə “Sədərək” ticarət mərkəzindəki ərzaq dükanlarından birində satıcı kimi işə düzəlmiş, orada X4 ilə tanış olmuş, aralarında münasibət yaranmış, ailəvi dostluq etmişlər. x8lə anası İddiaçı onların evlərində qonaq olduqları günlərdən birində x8gil də, onların evi tərəfdən torpaq sahəsi alıb ev tikdirmək istədiklərini bildirmişlər. Bu səbəbdən oradan özü üçün əvvəllər Hökməli sakinindən aldığı sənədsiz 3 sot torpağı x8gilə satmağı təklif etmiş, həmin torpağın hər bir sotunu 1000 manata öz aralarında nisyə alğı-satqıya razılaşmışlar. x8gil öz köhnə evlərini satıb onun satdığı torpaq üzərində ev tikdirməyə başlamışlar, onun özü də, bu işdə x8gilə köməklik etmişdir. Tikinti vaxtı x8gilin pulu qurtardığından o, onlara əlavə 2000 manat nağd pul da, borc vermişdir və x8gilin ona ümumi borclarının məbləği 5000 manata yüksəlmişdir. O, 20 15-ci ilin ortalarında borcunu geri tələb etdikdə x5 evi nağd və ya kredit yolu ilə 20000 manata və ya bundan artıq qiymətə satmağı, əldə olunmuş puldan 15000 manatı ona verməyi, qalanını isə borcu və gəlir kimi götürməyi təklif etmişdir. x5dən evi kreditlə ilkin ödənişi 10000 manat aylıq da, 300 manat şərti ilə sata biləcəyini də, bildirmişdir. O, 2015-ci ilin sentyabr ayında evi satmaq üçün internet saytlarına elan vermiş, 2015-ci ilin təxminən dekabr ayında elan əsasında ona x7 adlı bir şəxs zəng vuraraq evlə maraqlanmış, təxminən bir iki gündən sonra x7 bir nəfər qadınla gəlib evə baxmış, evi yanındakı qadının Almaniyada yaşayan oğlu x6 adlı dostu üçün almaq istədiklərini bildirərək qiyməti ilə maraqlanmışdır. Evin dəyərini onlara 25000 manat dedikdə x7gil qiyməti 23000 manatadək endir mişlər, 10000 manat ilkin ödəniş kimi, üç il ərzində hər ay 360 manat ödəmək şərti ilə evi almağa razılaşmışlar və ona 500 manat beh vermişlər. Razılaşmaları əsasında 2016-cı ilin aprel ayınadək olan müddət ərzində onlar behi çıxdıqdan sonra ilkin ödənişdən qalan 9500 manat məbləğində pulu hissə-hissə ona tam ödəmişlər. 2016-cı ilin may ayında x6 özü də, Almaniyadan gəlmiş və evdə təmir işlərinə başlamışdır. Bu barədə xəbər tutan İddiaçı xəbərsiz evi satdığı üçün ondan Binəqədi RPİ-nin 40-cı PB-nə şikayət etmişdir. Şikayəti əsasında aparılan araşdırma zamanı razılaşmışlar ki, evin satışından, yəni ilkin ödənişindən əldə etdiyi 10000 manat puldan, x5gilin ona borclu olduqları 5000 manatı və evi x razılaşdığı qiymətdən baha satması nəticəsində qazandığı 3000 manatı çıxmaqla yerdə qalan 2000 manatı o, x5ə ödəsin, evin aylıq kreditlərini isə öz aralarında müqavilə bağlamaqla x6 hər ay x5ə ödəsin. Həmin razılaşmaya əsasən o, həmin vaxt x5ə 1700 manat məbləğində pul ödəmiş, qalan 300 manatını isə yaxın müddətdə ödəməyi vəd versə də, x6 razılaşmanı pozaraq x5ə pul ödəməkdən imtina etdiyinə görə vədini həyata keçirə bilməmişdir. Buna görə də, mübahisələri polisdə araşdırılmağa başlamışdır. Bu müddət ərzində x6 ondan evin təmirinə xərclədiyi 2600 manat pulunu da tələb etməyə başlamış, həmin puldan ona 600 manat ödəmiş, lakin x6 x5gilə vəd verdiyi aylıq ödənişləri ödəməmişdir. Razılaşmışlar ki, o, x6a verəcəyi 2000 manat pulu x5gilə verəcək ki, x6ın onlara 11000 manat borcu qalsın. Bundan başqa o, x5gilin evindən ümumi dəyəri 530 manat olan bir ədəd “Ariston” markalı su qızdırıcısı v ə bir ədəd su nasosunu götürmüşdür, bununla da onun x5gilə ümumi borcu 830 manat təşkil etmişdir. x6a isə ümumilikdə 2000 manat borcu qalıb. Hazırda x5 40-cı PB-də əldə olunmuş razılaşmadan yayınaraq x6ı tanımadığını bildirərək pullarını ondan tələb edir. Evi kreditlə satacağı və qiyməti barədə ev sahibi İddiaçı razılığını əvvəlcədən almış olsa da, evi satan anda və sonradan ona bu barədə heç nə bildirməmişdir. Evin satılmasından x5 özü sonradan xəbər tutmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən 10300 manat məbləğində pul aldığını, 8200 manat məbləğində pulu qaytardığını, 2100 manat məbləğində qalıq pulu isə evi alan şəxs X1 zərərçəkmiş şəxsə ödəməli olduğunu bildirdi. Nəticədə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət ə məlini törətməkdə təqsirli bilinsin və o, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur; Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 20000 manat evinin dəyərinə görə, 9000 manat maddi ziyana görə, Cavabdeh1 əlavə olaraq 5000 manat mənəvi ziyana görə pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 2330 manat, Cavabdeh2 evə görə ödəməli olduğu 13000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildə X5 ilə ailə həyatı qurmuş, 1994-cü ildə x8 adlı o ğulları doğulmuş, 2008-ci ildə ərindən ayrılmışdır. Mənzillərin bölgüsündən sonra ona 30000 ABŞ dolları məbləğində pul qalmışdır. xx.xx.2009-cu il tarixdə ünvanda 3 otaqlı həyət evi almışdır. 2012-2013-cü illərdə oğlu x8 “Sədərək” ticarət mərkəzində işləmiş, orada Cavabdeh1lə tanış olmuş, ailəvi dostluq etməyə başlamışlar. x4gildə qonaq olduqları günlərdən birində evlərinin üst tərəfində boş torpaq sahəsi olduğunu görüb maraqlandıqda x4 torpağın satıldığını bildirmişdir. 2013-cü ilin avqust ayında yaşadıqları Binəqədi şosesindəki həyət evini 22000 manata satıb 3000 manatın x4dan üç sot həmin torpaq sahəsini alıb üzərində ev tikintisinə başlamışlar. Bir müddət sonra pulları qurtarmış, pul əldə etmək məqsədilə x4ın təklifi ilə onun Salyan rayonundakı nisyə qızıl satan tanışından qızıl məmula tlarını nisyə götürüb “Moskva” Univermağında nağd pula satmışlar. Əldə olunan pulun 1100 manatını tikinti materialları alması üçün x4a vermişlər. Bu pul da tikintini başa çatdırmaq üçün kifayət etməmiş, x4 onların razılığı ilə özündən tikintiyə əlavə 3000 manat da sərf etmiş, lakin həmin pulla da tikintini yekunlaşdıra bilmədiklərini görüb tikintini dayandırmışlar. Həmin ərəfədə oğlu x8 hərbi xidmətə getmişdi. O isə çox vaxt işdə olduğundan, evin aqibəti ilə şəxsən maraqlana bilməmişdir. x4a arxayın olaraq evin satılmasını gözləmişdir. 2016-cı ilin may ayında evinə alıcı aparmış tanışı zəng vuraraq bildirmişdir ki, evində kənar şəxslər evi aldıqlarını bildirirərək təmir işləri aparırlar. Özü oraya getdikdə görmüşdür ki, evində təmir işləri gördürən x6 adlı şəxs həmin evi x4dan ilkin ödəniş kimi 10000 manat ödəməklə 36 ay müddətinə aylıq 360 manat kreditlə almışlar. O, x4 tərəfindən aldandığını başa düşərək onun bu hərəkətlərindən ərazi aidiyyəti üzrə Binəqədi RPİ-nin 40-cı PB-nə şikayət etmişdir. Şikayət əsasında PB-də aparılan araşdırma zamanı x4 ona 1700 manat pul ödəməklə əlavə 300 manat ödəyəcəyini və evin aylıq kredit ödənişlərinin x6 tərəfindən ona ödəniləcəyini bildirsə də, sonradan onu aldatmış, nə vəd verdiyi pulu sonadək özü ödəmişdir, nə də ki, evini satdığı x6 adlı şəxs evin dəyərinin qalan hissəsini ona ödəmişdir. Bundan başqa, x4 evin açarlarının onda olmasından istifadə edərək evdə saxlanılan ümumi dəyəri 530 manat olan müxtəlif təmir və tikinti ləvazimatlarını mənimsəmişdir. Evinin satışa çıxarılması barədə x4a razılıq verərkən evi 20000 manata dəyərləndirmi şdir, həmin pulun ilkin ödənişi kimi ən azı 12000 manatının ona çatması şərtini qoymuşdur, lakin x4 onun şərtlərinə riayət etməyərək evi özünə sərf edən şərtlərlə satıb, bu barədə ona bildirməmiş, əldə etdiyi pulların hamısını öz əlinə keçirmişdir. Evini ondan xəbərsiz Cavabdeh2 satıldığını biləndə o, x6a bildirmişdir ki, x4 Dələduzlu yolu ilə ona məxsus evi ona vermişdir və tələb etmişdir ki, evdən çıxsın, buna baxmayaraq, o, evdən çıxmamışdır. Cavabdeh1 həmin işlə əlaqədar cinayət işinə baxılan zaman məhkəmədə aydın olmuşdur ki, Cavabdeh2 da öz növbəsində Cavabdeh1 aldadaraq evin pulunun bir hissəsini verməmişdir. Nəticədə o, evsiz qalmış, məcbur olmuşdur ki, kirayədə yaşasın. Hər ay 250 manat kirayə haqqı ödəyir. Üç ilin ərzində 9000 manatdan çox kirayə haqı ödəmək məcburiyyətində qalmı şdır. Bundan başqa, Cavabdeh1 onu aldadaraq evini və digər əmlakını ələ keçirmiş, onu uzun müddət məhkəmələrə gedib-gəlməyə məcbur etmiş, mənəvi sarsıntı verməklə mənəvi ziyan vurmuşdur. Cavabdeh1 məhkəməyə ünvanladığı ərizə müraciətində iddianı qəbul etmədiyini və onun rədd olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçını oğlu x8 vasitəsilə tanımışdır. Həmin ərəfədə x8 ilə dostluq etmiş, anasının müxtəlif şəxslərə borcu olduğundan Binəqədi rayonu ərazisində yerləşən evlərini sataraq ona məxsus olan 3 sot torpaqda özlərinə ev tikməsi üçün özünə məxsus olan torpağı 3000 manata onlara satmışdır. Lakin pulları olmadığından 3000 manatı tikinti qurtarandan sonra alacağını bildirmişdir. Tikinti gedən zaman çox xərcləri çıxmasın deyə 3 həftə onların evində də işləmişdi r. İşləri yarımçıq qalmışdı deyə, hələ öz cibindən 2000 manat da pul vermişdir. Onların ümumilikdə ona 5000 manat borcları oldu. 3 ilə yaxın olar ki, onlar borcu qaytarmamışlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim İlkin Əliyev) xx xxxx 2019-cu il tarixli 2(008)-5760/19 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Mülki iş materiallarında olan sübutlarla, həmçinin Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan ev iddiaçının şəxsi vəsaiti hesabına inşa edilmişdir. Cavabdeh1 İddiaçı qarşı dələduzluq etmişdir. Cavabdeh1 iddiaçının şəxsi vəsaiti hesabına inşa edilən fərdi yaşayış evini digər Cavabdeh2 satmışdır. Cavabdehlər aralarında alğı-satqının qiymətini 23.000 manata razılaşmışlar. Cavabdeh1 10.000 manat pulu digər Cavabdeh2 nağd şəkildə almış, qalan 13.000 manatı isə hissə-hissə 36 ay müddətinə hər ay 360 manat ödəmək şərti ilə razılaşmışlar. Hissə-hissə ödənişlərə 2016-cı ilin iyul ayından başlanılmasına cavabdehlər öz aralarında razılığa gəlmişlər. Hökmdə sadalanmış iş materiallarında olan maddi ziyanın ödənilməsi haqqında Protokola əsasən Cavabdeh1 İddiaçı 12.330 manat borcu qaldığı müəyyən edilmişdir. İddiaçı ona 12.330 manat veriləsi puldan 10.000 manatını Cavabdeh1lə əvəzləşdirildiyi üçün sonuncudan yalnız 2330 manat qalıq pulunu istəyir. Sözügedən fərdi yaşayış evi hal-hazırda Cavabdeh2 sahibliyindədir, o, evə dair ödəməli olduğu qalıq borcdan hər hansı məbləğ ödəmədiyini etiraf etmişdir. Fərdi yaşayış evini əldə etməyə görə 13.000 manat qalıq borcunu 2016-cı ilin iyul a yından 36 ay müddətə hər ay 360 manat verməyi öhdəsinə götürsə də, həmin müddətdə hər hansı ödəniş etməmiş, iddiaçının şəxsi vəsaiti hesabına tikilmiş fərdi yaşayış evinə yiyələnərək əsassız olaraq varlanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələbi bu hissədə də əsaslıdır və Cavabdeh2 13000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 21, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1, 1091.1, 1091.2, 1092.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə y eni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova və Elşad Şamayev) xx xxxxxxx 2019-cu il tarixli 2(103)12713/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamən in apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-12713/2019 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ev x4ın dediyinə görə heç kimin adına deyil. İddiaçı evi Cavabdeh1 etibar etmiş, o, da evi x4dan almışdır. Ev sahibi kimi yalnız x4ı tanımış, evi təmir etdirib bitirincəyə qədər İddiaçı heç tanımamışdır. Hazırda ev bacısı X2 adınadır. x4 ilə aralarında alğı-satqı müqavil əsi olmasa da, faktiki olaraq x4 evi ona satıb və pul alıbdır. x4, polis bölməsində verdiyi ifadəsində bunu özü də tam şəkildə etiraf etmişdir. x4ın əməlləri nəticəsində iddiaçı qədər, o da ziyan çəkmiş, evi pul ödəyərək almış, təmir işləri gördürərək xeyli xərc çəkmişdır. Evin açarı x4da olduğundan, o, evə daxil olmuş, iddiaçıya məxsus olan 530 (beş yüz) manat müxtəlif təmir-tikinti avadanlıqlarını mənimsəmişdir. Mən evi təmir etdirərkən aylıq 250 (iki yüz əlli) manat olmaqla üç il ərzində kirayədə qalmış, bu illər ərzində 9.000 manatdan çox kirayə haqqı vermək məcburiyyətində qalmışdır. Bundan başqa digər cavabdeh x4 onu aldadaraq evini və digər əmlakını ələ keçirmişdir. Baş vermiş hadisələr onu uzun müddət məhkəmələrə gedib-gəlməyə məcbur etmiş, mənəvi sarsıntı verməklə mənəvi ziyan v urmuşdur. Evin pulunun bir hissəsini ödəmiş, lakin borcu iddiaçıya deyil, x4adır. Pulun digər hissəsini ödəməyə hazır idi, lakin evin x4a deyil, iddiaçıya məxsus olduğunu biləndə aldadıldığını başa düşmüş və evin pulunun qalan hissəsini ödəməmişdir. Evi o, alana qədər iki dəfə satılmışdır. Evin içərisi demək olar ki, onun tərəfindən təmir olunub, hasar çəkilmişdir. Hal-hazırda 33.000 (otuz üç min) manatlıq evdir. İddiaçı ona qarşı iddia verməsi olduqca əsassız və absurddur. x4ın əməllərindən ən azı iddiaçı qədər o da ziyan çəkmişdir. Bakı Apellyasiya Məhkəməsi işə bir tərəfli, qərəzli olaraq yanaşmış, işin hallarını tam aydınlaşdırmamış, işin qanuniliyini və əsaslılığını pozmuşdur Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdaf iə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Cavabdeh1 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görmə li, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnmə si (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu ( delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona q aytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikay ətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə n əticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmama sını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddianın cavabdehdən pul tutulması hissəsində yoxladığından və iş üzrə Cavabdeh2 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləy ən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, Cavabdeh2 fərdi yaşayış evinin alınması üçün digər Cavabdeh1 ilə 23.000 manat pul verilməsi barədə razılığa gəlmiş, həmin məbləğin 10.000 manatını nağd şəkildə, qalan 13.000 manatını isə hissə-hissə ödəmək şərtilə 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlər arasında fərdi yaşayış evinin alqı-satqısı ilə bağlı hər-hansı yazılı müqavilə olmamışdır. Faktiki olaraq iddiaçının vəsaiti hesa bına inşa edilmiş həmin fərdi yaşayış evi Cavabdeh2 istifadəsində və sahibliyindədir. Buna görə də, həmin evə görə R.İsmayılov tərəfindən ödənilməmiş qalan 13000 manat vəsait iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınla şdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin kassasiya şikayətində göstərdikləri iddiaçı ilə bağlı deyil, digər Cavabdeh1 qarşı yönəlmişdir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12713/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar