Məhkəmə qərarları › İş №2(102)-3454/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3454/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3454/2024 29.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya baxışından çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3539/2024 nömrəli, 2 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair” tələblərinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin xx.xx.2018-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilə dair Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********* qeydiyyat nömrəli çıxarışın və bağlanılmış 22 iyul 2023-cü il tarixli kirayə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəm əsinin 2(011)-1729/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 57, 379 saylı mənzilə dair Bakı şəhəri 53 saylı Notariat notariat kontorunun xüsusi notariusu X1 tərəfindən 4Ə-2020 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı ilə Cavabdeh arasında 02 mart 2018-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, reyestr nömrəsi **********55-05301- 093159, ********** qeydiyyat nömrəsi olan Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 57, mənzil 379 üzərində Cavabdeh adına aparılmış qeyd və onu n adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv olunması, 2 mart 2018-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən ödənilmiş 340000 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı tutularaq, Cavabdeh ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3539/2024 nömrəli mülki iş üzrə 2 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə - iddia tələbinin təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmiş, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi qət edilmişdir.

4. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2024-cü il tarixli, 2(102)-3454/2024 nömrəli qərardadı ilə kassasiya şikayətləri icraata qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

6. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

7. Maddə 417.1.7. Kassasiya məhkəməsi işə b axarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

8. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, cavabdehin kassasiya şikayəti MPM-in tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur.

9. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə - iddia tələbinin təmin edilə n hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmiş, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi qət edilmişdir.

10. MPM-in 403.1-ci maddəsinə əsasən həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

11. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə cavabdehə qarşı hər hansı tələb təmin olunmamışdır. Belə olan halda, MPM-in 403.1-ci maddəsinə əsasən cavabdehin apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya icraatı qaydasında mübahisələndirmək hüququ yoxdur.

12. Kassa siya şikayətindən görünür ki, cavabdeh qətnamənin əsaslandırma hissəsindən narazıdır və göstərmişdir ki, məhkəmə iddianı rədd etsə də, sözügedən alqısatqı müqaviləsinin yalan əqd olması qənaəti səhv olmuş, iddiaçının cavabdehdən aldığı 430.000 ABŞ dollarının evin alqı-satqısına hər hansı aidiyyəti olmamışdır. Hazırkı qətnamə gələcəkdə borc tələbinə dair işə baxılarkən preyudisial qərar olacağından ondan narazıdır və iddianın düzgün əsaslarla rədd edilməsi cavabdeh üçün önəmlidir.

13. Lakin mülki prosessual qanunvericilikdə məhkəmə aktının yalnız əsaslandırma hissəsindən şikayət verilməsi nəzərdə tutulmamışdır.

14. Ona görə də, kassasiya şikayətinin icraata qəbulu barədə qərardad ləğv edilməli və iş kassasiya baxışından çıxarılaraq, kassasiya şikayətinin geri qaytarılması üçün apellyasiya i nstansiyası məhkəməsinə qaytarılmalıdır.

15. MPM-in 417.1.7-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 403.1 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 12 sentyabr 2024-cü il tarixli 2(102)-3454/2024 saylı qərardadı Cavabdeh kassasiya şikayətinin icraata qəbul edilməsi hissəsində l əğv edilsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın. Mülki iş kassasiya şikayətinin geri qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar