Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3458/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: maddi və mənəvi zərərin ödənilməsi Açar sözlər: sübutetmə yükü 02.06.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə 02 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı q ərarı qəbul etdi. İşin faktiki halları İddiaçı məxsus “X8 Rover” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə saxlandığı ünvanda yerləşən yaşayış binasından atılmış daş parçasının düşməsi nəticəsində zərər dəymişdir. 12 sentyabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar əsasında toplanmış material üzrə cinayət təqibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş, X1 tələbi ilə əlaqədar mülki mübahisələrin həlli üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 25-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Birinci instansiya məhkəməsində icraat 04 dekabr 2019-cu il tarixdə Ağayev X2 İsa Hüseyn oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə “Range Rover” markalı, **-FJ*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi olaraq 2.100 manat maddi zərərin, 3.000 manat mənəvi zərərin əvəzinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-576/2020 saylı iş üzrə 10 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Ş.Quliyev) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanından onun mülkiyyətində olan “Range Rover” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə daş parçası atıldığını iddia etsə də, iddiaçı tərəf zərərin cavabdehin təqsirli hərəkəti nəticəsində vurulduğunu sübut edə bilməmişdir. Belə ki, mülki qanunvericilik tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi nəticəsində vurulmuş zərərə görə məsuliyyət daşıyan subyektin onun mülkiyyətçisi və ya sahibi olduğunu müəyyənləşdirsə də, iddiaçı müvafiq mənzilin kimin mülkiyyətində olması və ya ona qanuni əsasla kimin sahiblik etməsi barədə məhkəməyə əsaslı sübutlar təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bakı Apellyas iya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4700/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova, M.A.Məmmədov, R.M.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçıya dəymiş maddi ziyanın əvəzi olaraq 1800 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin təhqiqatçısı Emin Quliyev tərəfindən qəbul olunmuş 12 sentyabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən 9 saylı mənzil onun anası X4 a dınadır. Son bir neçə gündə ona məlumat verilmişdir ki, 15.08.2019-cu il tarixdə onlara məxsus mənzilin eyvanından həyətdə saxlanılmış “Armoni” şirkətinə məxsus “Range Rover” markalı avtomobilin üzərinə daş parçası atılmışdır. O, qeyd etmişdir ki, həmin ərəfədə mənzilin otaqlarında yalnız kosmetik işlər görülmüşdür. Eyvanda isə heç bir təmir işləri aparılmamışdır. Lakin qeyd olunan tarixdə o, evdə olmamışdır. Göründüyü kimi ünvan 2 ünvanında yerləşən 9 saylı mənzil cavabdehin anasına məxsus olsa da, həmin evdə təmir işləri İsa Hüseynov tərəfindən aparılmış, həmin evə ustaları o gətirmişdir. Buna görə də, iddiaçının avtomobilinə dəyən zərərə görə məhz cavabdeh məsuliyyət daşıyır. 25.08.2019-cu il tarixli qüsur aktından görünür ki, “X8 Rover” minik markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 1.800 manat təşkil edir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının avtomobilinə zərər dəyməsində onun heç bir təqsiri yoxdur, bu hal ümumiyyətlə məhkəmədə təsdiq edilməmişdir, qeyd edilən daş parçasının onun mənzilinin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının fasadından ayrılaraq düşməsi ehtimalı daha çoxdur. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri bar ədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi v ə ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zər ərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci və 1099.2-ci maddələrinə görə isə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mü bahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən
Məhkəmə qərarları › İş №2(102)-3458/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3458/2021
02.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver