Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3461/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və “X2 Sanaye ve Ticaret Anonim Şirkəti”-nə qarşı “yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: zərərin ödənilməsi, yol-nəqliyyat hadisəsi, yüksək təhlükə mənbəyin sahibinin mülki məsuliyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Nümayəndə iştirakı ilə, S umqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-cı il tarixli, 2(105)-193/2020 nömrəli qətnaməsindən iddiaçının etibarnamə əsasında nümayəndəsi, vəkil Nümayəndə tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və “X2 Sanaye ve Ticaret Anonim Şirkəti”-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə dəymiş maddi ziyana görə 9086 manat zərərin, mənəvi ziyana görə 5000 manatın, zərər aktının alınması üçün verilmiş 50 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(026)-25/2019 nömrəli qətnaməsi ilə (hakim M.Q.Quliyev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və “X2 Sanayi ve Ticaret Anonim Şirkəti”-ndən müştərək qaydada 7212 manat məbləğində dəymiş ziyanın, zərər aktının alınması üçün verilmiş 50 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı, 120 manat ekspertiza xərcinin müştərək qaydada alınıb Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-cı il tarixli, 2(105)-193/2020 nömrəli qətnaməsi ilə (hakimlər Ş.R.Abasov - sədrlik edən və məruzəçi, S.A.Qafari və T.Q.Məmmədov) Cavabdeh1 apelyasiya şikayəti qismən, cavabdeh “'X2 Sanaye ve Ticaret Anonim Şirkəti”nin apelyasiya şikayəti i sə tam təmin edilmiş, Qobustan Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(026)-25/2019 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, Cavabdeh1 1984 manat məbləğində dəymiş ziyanın tutularaq İddiaçı ödənilməsi, məhkəmə xərclərinin bölüşdürülməsi qət edilmişdir. İddiaçı etibarnamə əsasında nümayəndəsi, vəkil Nümayəndə vasitəsi ilə kasasiya şikayəti verərək, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-cı il tarixli, 2(105)193/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya i nstansiyası məhkəməsi dəymiş real zərər məbləğini kəskin şəkildə azaldarkən əsaslandığı dəlillər (sığorta şirkətinin qiymətləndiricisinin apardığı xx xxxxxxxx 2018-ci il tarixli qiymətləndirmə barədə hesabatının əsas götürülməsi və iddiaçının sığorta şirkətindən 5000 manat sığorta ödənişini alarkən bu qiymətləndirmə ilə razılaşması) səhv və qanunsuzdur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş iki cür müxtəlif qiymətləndirmənin olması nəzərə alınmaqla, birinci instansiya məhkəməsi iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Ekspert isə obyektiv və qərəzsiz rəy vermişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş təkrar ekspertiza ilə əsaslı araşdırma aparılmamışdır. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi zərərin vurulması ilə nəticələnən hadisənin guya ki, iş vaxtının bitməsindən sonra baş verməsini əsas gətirərək cavabdehlərdən “X2 Sanayi ve Ticaret Anonim Şirkəti”nə qarşı olan hissədə iddianın tam rədd etməsi qanunsuz və əsassızdır. Belə ki, mülki qanunvericiliyinin müddəalarına əsasən yüksək təhlükə mənbəyi olan əşya ilə vurulmuş zərərə görə həmin əşyanın mülkiyyətçisi və hadisəni törətmiş şəxs birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi, vəkil Nümayəndə kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, Cavabdeh1 məhkəməyə gəlməmiş, cavabdeh “X2 Sanaye ve Ticaret Anonim Şirkəti” səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh “X2 Sanayi ve Ticaret Anonim Şirkəti” iddiaçının kasasiya şikayətinə yazılı etiraz verərək göstərmişdir ki, Cavabdeh1 yol-nəqliyyat hadisəsini iş vaxtında törətmədiyindən, hüquqi şəxsin fəaliyyəti ilə bağlı olmadığından, hüquqi şəxs zərərə görə məsuliyyət daşımır. Odur ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh1 kasasiya şikayətinə yazılı etiraz verərək göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq iş üzrə keçirilmiş ekspert rəyini nəzərə almadan, “xxxx” Sığorta Şirkəti ASC tərəfindən tərtib olunmuş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən qətnamə qəbul etmişdir. Bu səbəbdən həmin cavabdeh kasasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçı apelyasiya instansiyası məhkəməsinin qətnaməsini maddi zərər tələbinin təmin olunmayan, habelə zərərin cavabdeh “X2 Sanaye ve Ticaret Anonim Şirkəti”dən tutulmasından imtina olunması hissələrində mübahisələndirmişdir. Cavabdehlər isə qətnamədən kasasiya şikayəti verməmişl ər. Bu səbəbdən hazırki kasasiya baxışının hədlərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçının mübahisələndirdiyi hissələrdə maddi və prosessual hüquq normalarına uyğunluğunun yoxlanılması təşkil edir. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallara əsasən İddiaçı xx xxxxxx 2018-ci il tarixdə idarə etdiyi avtomobillə hərəkətdə olarkən “X2 Sanayi ve Ticaret Anonim Şirkəti”nə məxsus və Cavabdeh1 idarə etdiyi avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermiş, iddiaçıya məxsus avtomobilə zərər dəymişdir. İddiaçının izahatına əsasən “xxxx” Sığorta Şirkəti ASC tərəfindən ona 5000 manat sığorta ödənişi edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddianı qismən təmin edən apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 21.2, 1096.1, 1097. 1, 1099.1, 1099.2, 1108.1 və 1108.2-ci maddələrinə istinad edərək göstərmişdir ki, hər bir şəxs əmlakının kənar təsirlərdən qorunması hüququna malikdir və onun əmlakına dəyən zərərin əvəzini zərərvuranın özündən tələb edə bilər. Həmçinin, hüquqi şəxsin fəaliyyəti ilə bağlı olmayan, onun işçisinin şəxsi iradəvi hərəkətlərindən əmələ gələn öhdəliklərə görə məsuliyyəti hüquqi şəxs yox, işçinin özü daşıyır. Məhkəmə tərəflərin izahatlarına və işin tədqiq olunan faktiki hallarına istinad edərək göstərmişdir ki, zərərvuran Cavabdeh1 “X2 Sanaye ve Ticaret Anonum Şirkəti”nin işçisi olsa da, hadisəni iş vaxtı xaricində şirkətin məqsədləri xaricində idarə etdiyi avtomobillə hərəkətdə olarkən törətmişdir. Başqa sözlə, o, hadisə vaxtı Şirkətin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəz arəti altında fəaliyyət göstərən şəxs olmamışdır. Belə olan halda Cavabdeh1 hərəkəti cavabdeh Şirkətin fəaliyyəti ilə bağlı olmadığından Şirkətin həmin hadisə üzrə dəymiş zərərlə bağlı üçüncü şəxslər qarşısında məsuliyyətindən də söhbət gedə bilməz. Beləliklə, apelyasiya məhkəməsi hesab etmişdir ki, iddia “X2 Sanaye ve Ticaret Anonum Şirkəti”nə dair hissədə əsassızdır və rədd olunmalıdır. Bundan əlavə, həmin məhkəmə göstərmişdir ki, avtonəqliyyat vasitəsinə dəymiş ziyanla bağlı iş üzrə iki qüsur aktı vardır. xx xxxxxx 2018-ci il tarixli, AA037753 saylı akt üzrə ziyan 14086 manat, xx xxxxxxxx 2018-ci il tarixli hesabat üzrə isə 6984 manat müəyyən edilmişdir. “xxxx” Sığorta Şirkəti ASC ikinci rəyi əsas götürüb 5000 manat sığorta ödənişi etmişdir. İşin hallarından göründüyü kimi iş üzrə tərəf lər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün birinci instansiya məhkəməsi ilə yanaşı apelyasiya məhkəməsi tərəfindən iki dəfə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.İddiaçı özünə məxsus olan “X1” markalı, 99EH108 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan məbləğinin “xxxx” Sığorta Şirkəti ASC tərəfindən 6984 nanat həcmində qiymətləndirilməsi ilə razılaşmış, həmin məbləğdən 5000 manat sığorta ödənişi almışdır. Həmçinin, ekspert rəylərindən görünür ki, ekspertlər xx xxxxxxxx 2018-ci il tarixli, AA037753 saylı akt məlumatlarına əsasən, nəzəri hesablama yolu ilə vurulmuş ziyanın məbləğini müəyyən etmişlər. Apelyasiya instansiyası məhkəməsi ekspert rəylərinə məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçıya vurulmuş ziyan m əbləği iddiaçının razılığını ifadə etdiyi xx xxxxxxxx 2018-ci il tarixli hesabat üzrə əsas götürülməklə müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cavabdehlərin mülki məsuliyyətini müəyyən edərkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Belə ki, məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi cavabdeh Şirkətin mülkiyyətində olan yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə məsuliyyət daşımaması nəticəsinə gələrkən tərəflərin izahatlarına istinad etmiş və zərərvuran Cavabdeh1 “X2 Sanaye ve Ticaret Anonum Şirkəti”nin işçisi olsa da, hadisəni iş vaxtı xaricində şirkətin məqsədləri xaricində idarə etdiyi avtomobillə hərəkətdə olarkən törətdiyini göstərmişdir. Azərbay can Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilən Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İş materiallarından müəyyən olunur ki, Cavabdeh1 “X2 Sanaye ve Ticaret Anonum Şirkəti”nin Azərbaycan Respublikası filialına məxsus avtomobili xx xxxx 2018-ci il tarixli etibarnamə əsasında idarə etmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin İB-n in müstəntiqi tərəfindən qəbul olunmuş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2018-ci il tarixli qərarından və işdə olan izahatların surətlərindən həmçinin müəyyən olunur ki, Cavabdeh1 “X2 Sanaye ve Ticaret Anonum Şirkəti”nin Azərbaycan Respublikası filialının əməkdaşı olmaqla, xx xxxxxx 2018-ci il tarixdə 09.35 radələrində işəgötürənə məxsus avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsini törətmiş və iddiaçıya maddi zərər vurmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra işlərdə qeyd etmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində q əbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə kollegiyası hesab edir ki, yüksək təhlükə mənbəyi sahibinin həmin əşyanın fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyətindən azad edilməsi üçün yalnız işçinin hadisəni qeyri-iş vaxtı törətməsinə istinad etməsi kifayət etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1 və 1108.2-ci maddələrinin dispozisiyalarının təhlili göstərir ki, yüksək təhlükə mənbəyinin sahibi əmlakının fəaliyyəti nəticəsində vurulmuş ziyana görə maddi məsuliyyətdən o halda azad oluna bilər ki, mənbənin onun sahibliyindən çıxdığını və bunu n digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində baş verməsini sübut etsin. Lakin hazırki işdə “X2 Sanaye ve Ticaret Anonum Şirkəti”avtomobilin yol-nəqliyyat hadisəsi törədilərkən onun sahibliyindən digər cavabdehin və ya üçüncü şəxslərin qanuna zidd hərəkətləri nəticəsində çıxdığını iddia etməmiş və bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən iş materiallarından müəyyən olunur ki, hazırkı mübahisəyə səbəb olmuş yol-nəqliyyat hadisəsi xx xxxxxx 2018-ci il tarixdə baş vermiş, xx xxxxxx 2018-ci il tarixdə isə iddiaçıya məxsus avtomobil “xxxx” Şirkəti tərəfindən müayinə olunmuş və avtomobilin təmir-bərpa işlərinə çəkilməli olan xərcin məbləği 14086 manat məbləğində müəyyən olunmaqla bu barədə akt tərtib edilmişdir. İşdən həmçinin görünür ki, xx xxxxxxxx 2018-ci il t arixdə “xxxx” Sığorta Şirkəti ASC tərəfindən sığorta aktı tərtib olunmuş və həmin aktla əmlaka dəymiş zərər 6984 manat məbləğində müəyyən olunmuşdur. İşdə müvafiq sənəd olmasa da, apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, sığorta ödənişi qismində iddiaçıya 5000 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə görə sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurul muş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının icbari sığorta müqaviləsi əsasında sığorta məbləğini qəbul etməklə onun əmlakına daha yüksək məbləğində zərərin vurulmamasını etiraf etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, iş materiallarında bununla bağlı hər hansı bir sübut mövcud deyildir. İş materiallarından müəyyən olunur ki, təqdim olunmuş 2 qüsur aktları ilə avtomobilə dəymiş ziyan kəskin fərqləndiyindən apelyasiya instansiyası məhkəməsi tərəfindən təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək keçirilmiş, lakin ekspertin xx xxxxxx 2020-ci il tarixli rəyində yenidən həmin aktlara istinad olunmaqla, ziddiyyətli rəy alınmışdı r. Sonrakı mərhələdə apelyasiya instansiyası məhkəməsi ziddiyyəti aradan qaldırılması üçün tədbirlər görməmiş və Sığorta aktını əsas kimi götürərək mübahisələndirilən qətnaməni qəbul etmişdir Azərbaycan Respublikası MPM-in 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə avtomobilə vurulmuş real ziyanın müəyyən edilməsi üçün iş üzrə əlavə araşdırma aparılmalı, o cümlədən iddiaçıya “İcbari sığortalar haqqında” Qanuna əsasən sığorta ödənişi verilməsi üçün əsas olmuş sənədlərin sürəti a lınmalı, təqdim olunmuş aktlar arasında mövcud olan ziddiyyətlərin səbəbləri araşdırılmalı, zərurət olduğu halda avtomobilin hansı hissələrinin zədələnməsinin müəyyən edilməsi və təqdim olunmuş qüsur aktlarından hansının daha mötəbər olmasının müəyyən edilməsi məqsədi ilə məhkəmə yol-nəqliyyat hadisələri, təkrar məhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilməlidir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini f ormalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi qənaətə gələrkən maddi və prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçü n əsasdır. Həmin Məcəllənin 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən: apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Odur ki, iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdırılması zərurəti olduğundan məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi isə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv t ədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apelyasiya şikayətinin dəlillərinə eləcə də, iddiaçının təqdim etdiyi sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi, vəkil Nümayəndə tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-cı il tarixli, 2(105)-193/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan q üvvəyə minir. Sədrlik edən: Elşad Şamayev Hakimlər: Elşanə Vəliyeva Aqil Abbasov
Məhkəmə qərarları › İş №2(102)-3461/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3461/2020
15.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver