Məhkəmə qərarları › İş №2(102)-3462/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3462/2024

29.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3462/2024 29.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Binəqədi rayon İcra Hakimiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının sökülməsi ilə bağlı mübahisələr, mülkiyyətin ədalətli kompensasiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh (Binəqədi rayon İcra Hakimiyyə ti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə) qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3174/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 19 saylı mənzil Cavabdeh xüsusi mülkiyyətində olmuşdur, həmçinin həmin ünvanda onun istifadəsində olan (mülkiyyətində olmayan) 12 m² zirzəmi və əlavə 53,08 kv.m tikili də olmuşdur.

2. Bakı şəhəri Binəqədi RİH Başçısının xx.xx.2016-cı il tarixli sərə ncamına əsasən, Binəqədi rayonu, Azadlıq prospekti 5, 7, 9 saylı yaşayış binalarının sakinləri ilə qarşılıqlı razılaşma əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı ödənilməsi ilə başqa yerə köçürülməsi qərara alınmışdır.

3. Bakı şəhəri Binəqədi RİH Başçısının xx.xx.2016-cı il tarixli sərəncamına əsasən, Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində 1,2179 ha torpaq sahəsi İddiaçı MTKnın daimi istifadəsinə verilmişdir.

4. İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən, Bakı şəhəri Binəqədi RİH Başçısının xx.xx.2021-ci il tarixli, 18 saylı sərəncamı ilə, Bakı şəhəri Bin əqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində, 1.2179 ha torpaq sahəsinin İddiaçı MTK-ya ayrılmasını və Azərbaycan Respublikası FHN Tikintidə X1 Agentliyi “Azərdövləttikintilayihə” DLİ tərəfindən təsdiq olunmuş xx.xx.2018-ci il tarixli rəyini əsas tutaraq bu ərazidə yerləşən, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli və istismar müddəti keçmiş, əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, həmin ərazidə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə uyğun yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış və qeyri-yaşayış binaların tikilməsi nəzərdə tutulmuşdur. Sözügedən ərazidə yaşayan hər bir sakin kimi onunla da müqavilə şərtləri müzakirə edilmiş, lakin tələb etdiyi məbləğin real bazar qiymətinə və evinin f aktiki vəziyyətinə uyğun gəlməməsi səbəbindən razılıq əldə edilməmişdir. Belə olan halda onun evi üçün hər görüş zamanı fərqli qiymətlər tələbinin, mənzilə ixtisaslaşmış təşkilat tərəfindən qiymət təyin edilməklə, qanun çərçivəsində məhkəmə müstəvisində müzakirə edilməsi istisna edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Binəqədi rayon İcra Hakimiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 19 saylı mənzilin əvəzində ona yeni tikiləcək binadan ümumi sahəsi 104.2 m² olan mənzil və 12 m² zirzəmisinin hər kvadratmetri üçün 500 manat kompensasiyanın verilməsi, əlavə artırma 54,5 kv.m sahənin hər kvadratmetri üçün 1000 manat kompensasiya verilməklə mənzilin təhvil verilməsinə qədər olan müddət üçün hər ay 400 manat kirayə pulu verilməklə mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli, 8 saylı qərarının icrasının təmin edilməsi məqsədi ilə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 29 yanvar 2016-cı il tarixli, 18 saylı sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yerləşən 1.2179 ha torpaq sahəsi İddiaçı MMC-nin istifadəsinə verilmişdir və bununla bağlı Binəqədi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında müqavilə imzalanmışdır. İddiaçı MMC təşkilati hüquqi formasını dəyişərək hazırda MTK kimi fəliyyət göstərməkdədir və İddiaçı MTK İddiaçı MMC-nin hüquqi varisidir. İddiaçı MTK Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 29 yanvar 2016-cı il tarixli, 18 saylı sərəncamının və Binəqədi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında imzalanmış müqaviləyə əsasən İddiaçı MTK sözügedən ərazidə yaşayan sakinlərlə danışıqlar aparmaqla qarşılıqlı razılaşmaya əsasən həmin sakinlərə tikiləcək yeni yaşayış binasından ev və ya mənzilinin qarşılığında kompensasiya verməklə ərazidə olan sakinlərin köçürülməsi i şlərinə başlamış və proses etməkdədir. Aparılmış işlər nəticəsində ərazidə yaşayan sakinlərin əksəriyyəti ilə müqavilələr imzalanmış, ilkin razılıqlar əldə olunmuşdur. Lakin bir neçə sakinlər də var ki, ilkin razılıqlar olsa da sonradan yaranmış vəziyyətdən istifadə edərək şirkətdən evinin dəyərinin 2-3 qatını tələb etmək məqsədi ilə qanunsuz zəbt etdikləri əraziləri də əlavə edərək külli miqdarda məbləğ tələb etmişlər. Onlar isə MTK olaraq belə hallarda sakinlərə bu işlərin yalnız MTK-nın maddi maraqlarına xidmət etmədiyini, əsas olaraq şəhərin hazırkı görünüşünə xələl gətirən istismar vəziyyəti keçmiş və əsasən qəzalı vəziyyətdə olan binaların əvəzinə müasir tələblərə cavab verən, müasir və şəhərin görünüşünü müasir tələblərə uyğunlaşdırılmasına yönəldiyi izah etmişlər. Bəzi sakinlər tər əfindən mülkiyyətlərindən sui istifadə kimi hallar isə köçürülmüş digər sakinlərin mənzillə təmin olmasını uzatmaqla yanaşı şirkətə də hər gün külli miqdarda maddi ziyan vurmuşdur, əgər belə davam edərsə, nəzərdə tutulmuş layihəni yekunlaşdırmaq mümkünsüz ola bilər.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçı MTK qabaqcadan bazar qiymətinə uyğun müvafiq məbləğdə kompensasiya və ya yaşayış, qeyri-yaşayış sahəsi təqdim etmədən yaşayış sahəsində söküntü işlərinə başlamışdır. Faktiki olaraq bu qaydada iddiaçı tərəfindən sakinlərin təklif olunan kompensasiya və ya yaşayış sahəsi ilə razılaşmaları üçün təzyiqlər olunmuşdur. Qanunsuz söküntü işlərinin nəticəsi olaraq həyat yoldaşının tənəffüs çatışmazlılığı yaranmış, b oğulma, təngənəfəslik ilə bağlı 7 iyun 2016-cı il tarixdən indiyədək ayrı-ayrı tibbi müəssisələrində müalicə olunmuşdur. Digər tərəfdən söküləcək mənzillərin əvəzində kompensasiya məbləği və ya veriləcək mənzilin sahələri barədə müvafiq qaydada razılaşma olmadan söküntü işlərin aparılması qanuna ziddir, özbaşınalıqdır. Odur ki, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin xx.xx.2018-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçələrinin kəsişməsində yerləşən 7 saylı yaşayış binası texniki cəhətdən yararsız vəziyyətdədir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-701/2024 nömrəli iş üzrə 19 mart 2024-cü il tarix li qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia tələbi təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış evlərinin sökülməsi ilə bağlı iddialara xüsusi həssaslıqla yanaşılmalıdır. Çünki bir çox hallarda insanlar ömür boyu işləyib çalışmaqla yalnız bir yaşayış evinə malik olur, özünün istirahət, ailə, sağlamlıq, yaradıcılıq və sair hüquqlarını həyata keçirmək üçün özünə məxsus olan yaşayış evindən istifadə edirlər. Yaşayış evinin tikintisi, təmiri uzun vaxt və vəsait tələb etdiyinə, ailə üzvlərinin hər birinin əməyindən istifadə olunduğuna, həm də ailə üzvlərinin ömürlərinin əksər hissəsini - şad, firəvan, kədərli günlərini yaşayış evində keçirdiklərinə görə yaşayış evi ailə üzvləri üçün həm də mənəvi bağlılıqla səciyyələnmişdir. İnsanın yaşayış evi ilə bağlı yaratdığı iqtisadi mühit də mülkiyyət kimi dəyərləndirilir. Bununla belə insan üçün onun həyat, yaşamaq, sağlamlıq hüququ daha önəmli hüquqlardır. Həyat, yaşamaq yoxdursa, digər hüquqlar, o cümlədən mülkiyyət hüququ da öz əhəmiyyətini itirir.

11. Məhkəmə hesab etmişdir ki, Cavabdeh Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 19 saylı mənzilin mülkiyyətçisidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, mülkiyyət toxunulmazdır və qanunla müdafiə olunur. Məhkəmə iclaslarında müəyyən olunmuşdur ki, iddiaçı sərəncam ilə istifadəsinə verilmiş torpaq sahəsində yerləşən yaşayış binalarının tikintisinə başlanması zamanı həmin binaların sakinləri ilə qarşılıqlı razılaşma əsasında həyata keçirməlidir. Lakin hazırkı cavabdehlə heç bir razılaşma əldə o lunmamışdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 157.8-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 358, 360, 362-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)701/2024 nömrəli iş üzrə 19 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı tərəf işə apellyasiya qaydasında baxılarkən iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 19 saylı, sahəsi 59,02 kv.m olan mənzilin əvəzində ona yeni tikiləcək 4-cü binanın 12-ci mərtəbəsində ümumi sahəsi 104.35 kv.m ümumi sahəsi olan, net 91,92 kv.m-lik olan (ölçmə qaydası hər iki mənzildə eyni qaydada aparılmaq şərti ilə) 1207 saylı mənzil, 12 m² zirzəmisinin hər kvadratmetri üçün 600 manat olmaqla, 7200 manat, cavabdehin istifadəsində olan 53,08 kv.m sahənin hər kvadratmetri üçün 1200 manat kompensasiya verilməklə, cəmi 63.696 manat, cavabdehin mənzildən köçdüyü gündən təmirli mənzilin təhvil verilməsinə qədər olan müddət üçün hər ay 400 manat (məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi kirayə haqqının aylıq 500 manat müəyyən edilməsinə razı olduğunu bildirmişdir) kirayə pulu verilməklə mənzildən çıxarılma sı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, mübahisəli ünvanda yerləşən mənzil 3 mərtəbəli binada yerləşmişdir ki, həmin binadan artıq 20 nəfər müvafiq müqavilə bağlanaraq köçürülmüşlər və gələcəkdə evlə təmin edilmələrini gözləyirlər. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddənin mənasından da göründüyü kimi cavabdeh hazırda öz hüququndan sui-istifadə etdiyi halda məhkəmə maddəni yanlış tövsif etmişdir. Həmçinin rayon məhkəməsi heç bir araşdırma aparmadan, sözügedən mənzilin qəzalı vəziyyətdə olan binada yerləşməsini, bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyini nəzərə almadan əsassız qətnamə qəbul etmişdir. Cavabdehin hüquqlarından sui-istifadə etməsi gələcəkdə digər sakinlərin də həyatını və təhlükəsizliyini riskə atması, təhlükə altında qoyması deməkdir. Belə ki, sözügedən ünvanda yerləşən 3 mərtəbəli 5, 7, 9 nömrəli binalar 1930-cu ildə inşa edilmişdir. İddiaçı şəhərin müasir tələbinə cavab verməyən qeyd edilən yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparmaq üçün ədalətli və mütənasib təklif irəli sürsə də, cavabdehlə razılıq əldə etmək mümkün olmadığından, yaşayış sahəsini boşaltmadığından ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikintisinin icrasına maneçilik yaranmışdır. Qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması şəxslərin mənafeyinə və ümumi maraqlara xidmət etməklə, mülkiyyət hüquqlarının əsassız və ədalətsiz məhdudlaşdırılması hesab edilə bilməz. Məhkəmə sözügedən maddi hüquq normasını tətbiq edərkən haqlı olmamışdır. Hazırkı qətnamə bütün digər sakinlərin hüquqlarını pozmaqla onların qanuni maraqları ilə ziddiyyət təşkil etmişdir. Cavabdehin reallığı əks etdirməyən, fantastik şər tlər irəli sürməsi, əslində qanunvericiliyin verdiyi hüquqlardan sui-istifadə edilməsidir. Rayon məhkəməsi qətnamədə onların iddiasını tam göstərməmiş, cavabdehə əlavə olaraq 55.000 manat kompensasiya verilməsini qeyd etməmişdir. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilməsi, yeni təklifləri əsasında iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli hesabatına əsasən, Cavabdeh məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 19 saylı mənzilin bazar dəyəri 120.000 manat təşkil etmişdir.

17. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli hesabatına əsasən, Cavabdeh məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 19 saylı mənzilin bazar dəyəri 125.000 manat təşkil edir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3174/2024 nömrəli mülki iş üzrə 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Binəqədi Rayon Məhkəməsinin 2(001)-701/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunması, İddiaçı MTK tərəfindən Cavabdeh ona məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 19 saylı, sahəsi 59,02 kv.m olan mənzilin əvəzində ona yeni tikiləcək 4-cü binanın 12-ci mərtəbəsində ümumi sahəsi 104.35 kv.m ümumi sahəsi olan, net 91,92 kv.m-lik olan (ölçmə qaydası hər iki mənzildə eyni qaydada aparılmaq şərti ilə) 1207 saylı mənzil, mülkiyyətində olmayan 12 m² zirzəmisinin hər kv.m. üçün 600 manat olmaqla, 7200 manat, mülkiyyətində olmayan, lakin cavabdehin istifadəsində olan 53,08 kv.m sahənin hər kvadratmetri üçün 1200 manat olmaqla, cəmi 63.696 manat, ümumən isə 70896 manat pul kompensasiyası verilməklə, eləcə də cavabdehin mənzildən köçdüyü gündən hesablanmaqla təmirli mənzilin ona təhvil verilməsinə qədər olan müddət üçün hər ay 500 manat kirayə pulu verilməklə (mənzil boşaldılmaqla) cavabdehin mənzildən çıxarılması, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun İddiaçı MTK-ya aid edilməsi qət edilmişdir.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə ra zılaşmayaraq qeyd etmişdir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi RİH Başçısının xx.xx.2016-cı il tarixli sərəncamına əsasən Binəqədi rayonu, Azadlıq prospekti 5,7,9 saylı yaşayış binalarının sakinləri ilə qarşılıqlı razılaşma əsasından yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı ödənilməsi ilə başqa yerə köçürülməsi qərara alınmışdır. Həmçinin hazırkı iş üzrə o da müəyyən edilmişdir ki, qeyd edilən ünvanda sökülməli binalarda olan 64 sakindən hazırkı və digər iki sakin istisna olmaqla digərləri ilə razılıq əldə olunmuş, onlar faktiki olaraq köçürülmüş, həmçinin hazırkı işə baxılan ərəfədə digər iki sakinlə də razılıq əldə olunmuş, yalnız cavabdehlə razılıq əldə edilə bilməmiş, hazırkı mübahisə də məhz bu səbəbdən yaranmışdır.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarı ilə tikililərin hər bir halda mülkiyyətçinin razılığı ilə dəyəri ödənilməklə, yaxud yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qaydasında əvəzləşdirilməklə sökülməsi, müvafiq mənzillə təmin edilənə kimi isə müvəqqəti yerləşmiş mülkiyyətçilərə kirayə haqlarının ödənilməsi müəyyən edilmişdir.

21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, əmlakın sökülməsi müqabilində təqdim edilən əvəz mülkiyyətçini əvvəlki vəziyyəti ilə müqayisədə əlverişsiz vəziyyətə salmamalı, mülkiyyət hüquqlarının təmin edilməsinə mane olmamalıdır.

22. Məhkəmə kollegiyası həmçinin, qeyd etməyi zəruri hesab etmişdir ki, yuxarıda qeyd olunduğu kimi, mübahisəli ünvanda istismar müddəti bitmiş yaşayış binalarının (y aşayış və qeyri-yaşayış tikililərinin) sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MTKnın istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MTK-ya həvalə olunmuşdur. Mübahisəli yaşayış sahəsinin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı mübahisə baxımından iddiaçının hazırkı tələblə rlə çıxış etməsi cavabdehin mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Çünki tərəflər arasında cavabdehə məxsus mənzilin sökülməsi ilə bağlı ixtilaf yoxdur, başqa sözlə desək, cavabdeh də istismar müddəti ötmüş mənzilinin sökülməsi və müqabilində yeni inşa ediləcək, müasir tələblərə və standartlara cavab verən çoxmənzilli binada mənzillə təmin edilməsini arzu etmişdir. Bununla belə, tərəflər arasında ixtilaf mövcuddur, lakin bu ixtilaf mənzilin sökülməsi ilə bağlı olmayıb, yalnız və yalnız, həm də bariz şəkildə cavabdehin sökülməli olan mənzilinin müqabilində ona veriləcək əvəzin (istər naturada, istərsə də pul ekvivalenti olaraq) həcmi ilə bağlıdır (bax, cavabdehin geri götürdüyü qarşılıqlı iddia ərizəsi). Belə olan halda isə hazırkı mübahisədə cavabdehə məxsus mülkiyyət hüququna müdaxilənin olub-olmaması, eləcə də onun qanuni əsaslarının yoxlanılmasına zərurət aradan qalxmışdır. Bu halda məhkəmənin müəyyən etməli olduğu yeganə hal çəkişən tərəflər arasında mütənasibliyin qorunmasının, eləcə də ədalətli və ağlabatan əvəzin verilməsinin təmin edilməsindən ibarət olmalıdır.

24. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etmişdir ki, hazırkı işin halları baxımından tərəflər arasında fikir ayrılığı söküləcək mənzillərin yerinə veriləcək kompensasiyanın məbləği ilə bağlı olmuşdur. İddiaçı tərəfindən təqdim edilən iddia tələblərinin dəqiləşdirilməsinə dair ərizədən göründüyü kimi, cavabdehə məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 19 saylı, sahəsi 59,02 kv.m olan mənzilin əvəzində ona yeni tikiləcək 4-cü binanın 12-ci mərtəbəsində ümumi sahəsi 104.35 kv.m ümumi sahəsi olan, net 91,92 kv.m-lik olan (ölçmə qaydası hər iki mənzildə eyni qaydada aparılmaq şərti ilə) 1207 saylı mənzil, 12 m² zirzəmisinin hər kvadratmetri üçün 600 manat olmaqla, 7200 manat, cavabdehin istifadəsində olan 53,08 kv.m sahənin hər kvadratmetri üçün 1200 manat kompensasiya verilməklə, cəmi 63.696 manat, cavabdehin mənzildən köçdüyü gündən təmirli mənzilin təhvil verilməsinə qədər olan müddət üçün hər ay 500 manat kirayə pulu verilməklə mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Məhkəmə kollegiyası nəzərə çatdırmışdır ki, son illərin oturuşmuş təcrübəsi ondan ibarət olmuşdur ki, istismar müddəti bitmiş və yaşayış üçün yararlı olmayan, eləcə də sürətlə inkişaf edən paytaxtın görünüşünə xələl gətirən, sakinlərin daha geniş, rahat və müasir tələblərə cavab verən mənzillərlə təmin edilməsi sahəsində həyata keçirilən layihələr (o cümlədən pilot layihələr) üzrə binaların sökülməsi zamanı sakinlərə mülkiyyətində olan mənzillərin sahələrinə əsasən 20 faiz əlavə etməklə yeni mənzil sahəsi ilə təmin edilməsi və mənzillərdən müvəqqəti kirayə mənzillərə köçürülməsi ilə bağlı konkret təkliflər cavabdehlərə təqdim olunmuşdur. Bu işdə isə iddiaçı MTK cavabdehə məxsus sahəsi 59,02 kv.m olan mənzilin əvəzində, ona yeni tikiləcək 4-cü binanın 12-ci mərtəbəsində ümumi sahəsi 104.35 kv.m ümumi sahəsi olan, net 91,92 kv.m-lik olan (ölçmə qaydası hər iki mənzildə eyni qaydada aparılmaq şərti ilə) 1207 saylı mənzil təklif edir ki, bu isə oxşar işlərdə təklif edilən əlavə mənzil sahəsindən əhəmiyyətli dərəcədə daha çoxdur. Bundan əlavə, iddiaçı mənzilin boşaldılaraq təhvil verilməsi müqabilində cavabdehə mülkiyyətində olmayan 12 m² zirzəmisinin hər kvadratmetri üçün 600 manat olmaqla, 7200 manat, cavabdehin mülkiyyətində olmayan, lakin istifadəsində olan 53,08 kv.m sahənin hər kvadratmetri üçün 1200 manat kompensasiya verilməklə, cəmi 63.696 manat, cavabdehin mənzildən köçdüyü gündən təmirli mənzilin təhvil verilməsinə qədər olan müddət üçün hər ay 500 manat kirayə pulu verilməsini təklif etmişdir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, iddiaçının cavabdehə təklif etdiyi əvəz (kompensasiya) qeyd olunan sahə ilə bağlı mövcud təcrübəyə uyğun olmaqla, kifayət qədər ədalətli və ağlabatandır.

27. Cavabdehin müvafiq razılaşmaya getmədən, mənzil in əvəzində təmirli 116 kv.m, 3 otaqlı bir mənzil, təmirli 84 kv.m 2 otaqlı mənzil, yeni tikiləcək binanın birinci mərtəbəsində təmirli 30 kv.m qeyri-yaşayış sahəsinin verilməsi ilə bərabər yeni mənzillərin təhvil verilənə qədər 800 manat kirayə haqqı ödənilməsini tələb etməsi onun mülkiyyət hüquqlarından sui-istifadə kimi qəbul oluna bilər. Belə ki, cavabdeh öz davranışları ilə iddiaçının digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla yanaşı, onun həmin sərəncamdan irəli gələn hüquqlarının həyata keçirməsinin qarşısını almış, digər çoxsaylı sakinlərin mənzil hüquqlarının vaxtında təmin olunmasına əngəl törətmiş, mənzilinə görə aşkar tənasübsüz əvəz əldə etməyə məcburetməyə çalışmaqla, hüquqlarından sui-istifadə yolunu tutmuşdur.

28. Məhkəmə öz mövqeyini Az ərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 1, 2, 4-cü hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 152.1, 152.6, 560.1, 560.2-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3174/2024 nömrəli mülki iş üzrə 11 iyun 2024cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi RİH-nin 29 yanvar 2016-cı il tarixli 18 saylı sərəncamı əsasında cavabdehin də mənzilinin olduğu çoxmənzilli yaşayış binasının yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi avtomatik olaraq, iddiaçının cavabdehə qarşı mənzildən çıxarılmaya dair tələb irəli sürmək hüququnu yaratmamışdır. Çünki, Binəqədi RİH-nin başqalarının ümumi paylı mülkiyyətində, o cümlədən, xüsusi mülkiyyətində olan daşınmaz əmlaka dair sərəncam vermək, özgəninkiləşdirmək kimi hüququ hər hansı qanunvericilik aktında nəzərdə tutulmamışdır. Həm Nazirlər Kabinetinin ləğv edilmiş 22 yanvar 2016-cı il tarixli 8 saylı qərarında, həm də qüvvədə olan 17 dekabr 2019-cu il № 482 saylı qərarında ilk növbədə mülkiyyətçilərin razılığının əldə edilməsi vurğulanmışdır. Azərbaycan qanunvericiliyində mülkiyyətçinin razılığı olmadan məcbu ri qaydada əmlakın alınmasına yalnız xüsusi müsadirə cinayəthüquqi tədbirinin tətbiqi zamanı və dövlət ehtiyacları olduğu zaman yol verilir. Cavabdehin isə razılığı olmadan onun əmlakının alınması üçün qeyd edilən hər hansı məcburi hal mövcud deyildir. Bu hal, məhkəmənin cavabdehin razılığı olmadan onun əmlakının alınması və əvəz edilməsinə dair qərarı qəbul etməsilə, hüququn tətbiqində səhvə yol verdiyini göstərmişdir. Məhkəmə iddiaçı MTK-nın tələblərini təmin edərkən istinad etdiyi arqumentlərdən biri o olmuşdur ki, iddiaçının cavabdehə qarşı tələblərlə çıxış etməsi cavabdehin mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Çünki tərəflər arasında ixtilaf mənzilin sökülməsi ilə bağlı olmayıb, sadəcə cavabdehin sökülməli olan mənzilinin müqabilində ona veriləcək əvəzin həcmi ilə bağlı olmuşdur. Belə olan halda isə hazırkı mübahisədə cavabdehə məxsus mülkiyyət hüququna müdaxilənin olub-olmaması, eləcə də, onun qanuni əsaslarının yoxlanılmasına zərurət aradan qalxmışdır. Məhkəmənin qeyd edilən arqumentindən belə məlum olmuşdur ki, mülkiyyət hüququna müdaxilə baş verməsi üçün cavabdehin mənzili sökülmüş olmalı idi. Məhkəmənin qeyd edilən arqumenti tamamilə absurddur və hüququn mahiyyətinə ziddir. Belə ki, mülkiyyətin sökülməsi mülkiyyətdən məhrum edilmə növündə mülkiyyət hüququna müdaxiləni yaradır. Lakin Avropa Məhkəməsinin qərarlarında da dəfələrlə bildirildiyi kimi, şəxs mülkiyyətdən müdaxilə edilmədən də, onun mülkiyyət hüququna müdaxilə baş verə bilər. Elə 1 saylı Protokolun 1-ci maddəsində də ifadə edildiyi kimi, şəxsin öz mülkiyyətindən maneəsiz istifadə edə bilməmə si artıq onun mülkiyyət hüququna müdaxilədir. İddiaçının cavabdehə qarşı tələblərində isə həm mülkiyyətdən məhrumetmə, həm də mülkiyyətdən maneəsiz istifadəni məhdudlaşdırma formasında müdaxilələr olmuşdur. Belə ki, iddiaçı MTK cavabdehin qeyri-yaşayış kimi istifadə etdiyi sahənin və zirzəminin əvəzində ona sadəcə bazar dəyərindən xeyli aşağı məbləğdə pul təklif etmişdir. Qeyri-yaşayış kimi istifadə edilən sahənin və zirzəminin cavabdehdən alınması mülkiyyətdən məhrumetmədir. Mənzilin əvəzində isə gələcəkdə tikiləcək binada cavabdehə mənzil verilməsi isə mülkiyyətdən istifadəyə maneədir. Çünki, bina tikilib, mənzil təhvil verilənədək cavabdeh faktiki olaraq mənzilindən istifadə edə bilməyəcək. Məhkəmə iddiaçının tələblərini araşdırarkən cavabdehin mülkiyyətdən məhrum edilməsi üçün və mül kiyyətdən maneəsiz istifadəsini məhdudlaşdırmaq üçün qanuni əsasların olub-olmadığını araşdırmalı olduğu halda, hüququ yanlış təfsir edərək, belə bir müdaxilənin hüququ əsaslarını araşdırmaqdan imtina etmişdir. Məhkəmə cavabdehin öz mülkiyyətindən çıxması üçün iddiaçıdan mənzilin əvəzində təmirli 116 kv.m, 3 otaqlı bir mənzil, təmirli 84 kv.m 2 otaqlı mənzil, yeni tikiləcək binanın birinci mərtəbəsində təmirli 30 kv.m qeyri-yaşayış sahəsinin verilməsi ilə bərabər yeni mənzillərin təhvil verilənə qədər 800 manat kirayə haqqı ödənilməsini tələb etməsini cavabdehin mülkiyyət hüquqlarından sui-istifadəsi kimi qiymətləndirib. Məhkəmə qeyd etmişdir ki, cavabdeh öz davranışları ilə iddiaçının digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla yanaşı, onun həmin sərəncam dan irəli gələn hüquqlarının həyata keçirməsinin qarşısını almış, digər çoxsaylı sakinlərin mənzil hüquqlarının vaxtında təmin olunmasına əngəl törətmiş, mənzilinə görə aşkar tənasübsüz əvəz əldə etməyə məcburetməyə çalışmaqla, hüquqlarından sui-istifadə yolunu tutmuşdur. Məhkəmə cavabdehin hüquqlarından sui-istifadə etdiyini əsaslandırmaq üçün onu mülkiyyətinə görə “aşkar tənasübsüz əvəz əldə etməyə məcburetməyə çalışmaq”da ittiham edib. Bunu yazarkən məhkəmə cavabdehin MTK-ya qarşı tələblərinin aşkar tənasübsüz əvəz olduğunu əsaslandırmaq üçün heç bir sübuta və hüquq normasına istinad etməyib. Digər tərəfdən, məhkəmə cavabdehi aşkar tənasübsüz əvəz əldə etməyə məcburetməyə çalışmaqda ittiham etsə də, bu zaman nəzərə almayıb ki, cavabdehə qarşı məhkəməyə müraciət edərək, onun verdiyi təkl iflə razılaşmağı tələb edən, yəni faktiki olaraq məcbur edən iddiaçı tərəf olmuşdur. Məhkəmə tərəfindən hər hansı əsaslandırma edilmədən, hər hansı sübuta istinad edilmədən, hüquqi qiymətləndirmə aparılmadan iddiaçının təklif etdiyi əvəz ədalətli hesab edilmişdir. Cavabdehin mülkiyyətinin ondan alınması dövlət ehtiyacı üçün olmadığı üçün bu alınma zamanı onun razılığının alınmasına xüsusi diqqət yetirilməli idi. Çünki mülkiyyətinin tez-tələsik ondan alınaraq sökülməsi üçün ortada hər hansı təxirəsalınmaz ictimai tələbat mövcud olmamışdır. Belə olan halda, cavabdehdən alınmış əmlaka görə kompensasiyanın müəyyən edilən məbləğinə xüsusi önəm verilməli idi. Lakin buna dair hər hansı hüquqi qiymətləndirmə aparılmayıb. Bütün qeyd edilənlər nəticəsində isə cavabdehin ədalətli məhkəmə araşdırması və mülkiyyət hüququ pozulmuşdur.

31. Cavabdeh kassasiya şikayətində həmçinin evinin və qeyri-qanuni tikililərinin sahəsinin düzgün ölçülmədiyini, onların əvəzində ona daha artıq sahə verilməsini, əldə etdiyi başqa şəxslərlə bağlanmış müqavilələrə istinad edərək ona artıq sahə verilməli olduğunu göstərmişdir.

32. Kassasiya şikayəti Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli 8 saylı və Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il № 482 saylı qərarlarına, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.6 və 560.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88, 220-ci maddələrinə istinad edilər ək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq cavabdehin şikayətinin tam əsassız olmasını, müddəti uzatmaqla MTK-ya maddi ziyan vurduğunu və bununla da hüquqlardan sui-istifadə etdiyini bildirmişdir. Cavabdehlə razılıq əldə etmək mümkün olmadığından yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun yeni yaşayış binasının tikintisinin icrasına maneçilik yaratmışdır. Qəzalı vəziyyətdə olan evlərin sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması şəxslərin mənafeyinə və ümumi maraqlarına xidmət etməklə hüquqlarının əsassız və ədalətsiz məhdudlaşdırılması hesab edilə bilməz. İddiaçı kassasiya şikayətinin təmin ol unmamasını xahiş etmişdir. c) Prossesual məsələlər

34. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

35. Cavabdeh işə şifahi məhkəmə iclasında baxılmasını istədikləri barədə vəsatət vermiş, lakin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

36. Maddə 13 (hissə 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

37. Maddə 29 (hissə 1). Hər kəsin mülkiyyət hüquq u vardır.

38. Maddə 29 (Hissə 2). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

39. Maddə 29 (Hissə 4). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

40. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

41. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

42. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

43. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

44. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

45. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

46. Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sa həsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

47. Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər.

48. Maddə 28.7. Qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 31-ci və ya 85-ci maddəsinin müddəaları tətbiq edilir.

49. Maddə

85. Sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin s übutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya ins tansiya məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat v ə sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Cavabdehlərin iddiaçının təklif etdiyi ədalətli, mülkiyyət hüquqlarının qorunması baxımından etdiyi təkliflərə münasibətdə hərəkətləri məhz hüquqdan sui-istifadədir. Ərazidən köçürülmüş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözlədikləri halda cavabdehin hüquqdan sui-istifadə etməsi həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur.

60. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

61. Buna görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi ilə razılaşır və hər hansı əlavə şərhə zərurət görmür.

62. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, cavabdeh kassasiya şikayətində evinin və qeyri-qanuni tikililərinin sahəsinin düzgün ölçülmədiyini, onların əvəzində ona daha artıq sahə verilməsini, başqa şəxslərlə bağlanmış müqavilələrə istinad edərək ona artıq sahə verilməsini tələb edir.

63. Məhkə mə kollegiyası bu dəlilləri əsassız sayır və qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyə əsasən məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.

64. Kassasiya şikayətinin işin f aktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

65. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

66. Y uxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 iyun 2024-cü il tarixli 2(103)3174/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar