Məhkəmə qərarları › İş №2(102)-3463/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3463/2023

05.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3463/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X3 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2023-cü il tarixli, 2(103)- 2519/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikas ı Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 48 nömrəli binada yerləşən 47 nömrəli mənzil 21 avqust 2002-ci il tarixdə X1 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

2. İddiaçı və Cavabdeh2 X1 övladlarıdırlar.

3. Cavabdeh1 və Cavabdeh2 2008-ci ilə nikaha daxil olmuş, Cavabdeh1 həmin vaxtdan yuxarıda qeyd olunan mənzildə yaşayır.

4. X4 mülkiyyətində olan qeyd olunan mənzili 07 aprel 2015-ci il tarixli müqavilə ilə İddiaçı bağışlamış və sonuncunun mülkiyyət hüququ 09 aprel 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehl ər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və onların üç azyaşlı övladlarının mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, mülkiyyətçinin dəyişməsinə baxmayaraq cavabdehlər yaşayış yeri üzrə mənzildə qeydiyyatda qalmış və övladları ilə birlikdə yaşamağa davam etmişlər. Son illərdə iddiaçı ilə cavabdehlərin münasibətləri pozulmuş, cavabdehlər iddiaçının özünə məxsus mənzildən istifadə etməsinə maneələr yaratmağa başlamışlar (mənzilin giriş qapısının kilidinin dəyişdirmiş və s.).

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2022 -ci il tarixli, 2(007)2903/2022 nömrəli qətnaməsi ilə (hakim Ü.B.Yusifova) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı doğma bacısı, keçmiş mülkiyyətçi X2 doğma qızıdır və sonuncunun ailə üzvü kimi 13 noyabr 1994-cü il tarixdən qeydiyyatda olaraq, həmin tarixdən mübahisəli mənzildə yaşamaqla qeyd olunan mənzildən onunla bərabər istifadə etmək hüququ var.

9. Eyni zamanda, digər Cavabdeh1 Cavabdeh2 ilə nikaha daxil olduqdan sonra, yəni 2008-ci ildən mübahisəli mənzildə yaşamaqla, həmin mənzildən istifadə hüququ əldə etmişdir. Belə olan halda, mülkiyyətçinin dəyişməsi qanunvericiliyin tələbləri baxımından cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsinə səbəb olmur. 1

0. Cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi yalnız Mülki Məcəllənin 228.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müvafiq kompensasiya verilməsi ilə mümkündür. Lakin iddiaçı iddia tələbində cavabdehlərə mənzildən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsini xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci, 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü, Mülki Prosessual Məcəllənin 13.7, 14.2, 77.1, 88, 217.2, 217.4-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2001-ci il 27 iyul tarixli qərarı ilə ə saslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(007)-2903/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2023-cü il tarixli, 2(103)-2519/2023 nömrəli qətnaməsi ilə (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər C.C.Musayevadan və R.M.Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(007)-2903/2022 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh1 yönəlmiş iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yen i qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı mülkiyyətində olan və Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, bina 48-də yerləşən 47 nömrəli mənzildən çıxarılması, iddia tələbinin Cavabdeh1 yönəlmiş qalan hissəsinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 mənzil bağışlanmazdan əvvəl mənzilin əvvəlki mülkiyyətçisinin övladı kimi mübahisəli mənzildə 13 noyabr 1994-cü il tarixdən qeydiyyatda olmaqla yaşaması nəzərə alındıqda, birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh2 aid hissəsini rədd edərkən Azərbaycan Respublikasında həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin və 01 sentyabr 2000ci il tari xdən sonra qüvvəyə minmiş və hazırda da qüvvədə olan Mülki Məcəllənin tələbləri baxımından həll etməkdə haqlı olmuşdur. Çünki MPM-in 217.2-ci maddəsinin tələbinə görə, məhkəmə qətnaməsi mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilən Mənzil Məcəlləsinin 123 və 53-cü maddələrinin tələblərindən iddianın Cavabdeh2 aid hissəsinə yanaşdıqda müəyyən edilir ki, onun mənzilə dair istifadə hüququ yaranmış və 01 sentyabr 2000-ci il tarixədək itməmiş, yeni Mülki Məcəllənin 01 sentyabr 2000-ci ildə qüvvəyə minməsindən sonra da mübahisəli mənzildə yaşamaqda davam etmişdir.

15. Məhkəmə, iddiaçının Cavabdeh2 kompensasiya verilmədən sonuncunun mənzilə dair istifadə hüquq una xitam verilməsinə dair mövqeyini əsaslı saymamış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 qarşı yönəlmiş iddia tələbini yuxarıda qeyd edilən əsasla təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsassızdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Cavabdeh1 münasibətdə iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə iki əsasa görə razılaşmamışdır: birincisi, Cavabdeh1 ilə mənzilin mülkiyyətçisi olan iddiaçı, həmçinin mənzilin əvvəlki mülkiyyətçisi olmuş hazırki iş üzrə tərəf olmayan Məhəmməd Gülbabayev arasında etibarlı ailə münasibətləri yoxdur; ikincisi, Cavabdeh1 mənzilin hazırki mülkiyyətçisi olan iddiaçı ilə, həmçinin mənzilin əvvəlki mülkiyyətçisi olmuş Məhəmməd Gü lbabayev ilə həmin mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün notariat qaydasında təsdiqlənmiş yazılı razılaşması yoxdur. Göstərilənlərə əsasən müəyyən edilir ki, Cavabdeh1 mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Lakin işə baxmış birinci instansiya məhkəməsi səhv nəticəyə gələrək hesab etmişdir ki, Cavabdeh1 mübahisəli mənzilə dair istifadə hüququ yaranmış və hazırda da mövcuddur, buna görə də onun bu hüququna iddiaçı tərəfindən müvafiq kompensasiya verilməklə xitam verilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 qarşı yönəlmiş iddia tələbi onun mübahisəli mənzildən çıxarılması hissəsində əsaslıdır.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, mövcud olmayan hüquqa xitam verilməsi mümkün deyil. Bu baxımdan, Cavabdeh1 qarşı yönəlmiş iddia tələbi onun mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi hissəsində əsassızdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin cavabdehlərin övladlarına qarşı yönəlmiş iddia tələbini rədd etməsi ilə bağlı qeyd etmişdir ki, məhkəmənin hazırki işi üzrə artıq gəldiyi nəticəyə görə, uşaqların valideynlərindən biri olan Cavabdeh1 mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə etmək hüququ olmasa da, uşaqların valideynlərindən digəri olan Cavabdeh2 bu kimi hüquq var, yəni Cavabdeh2 həmin mənzildə yaşaya bilər. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə təmin etməməklə, haqlı olmuşdur.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 27.2 və 228.2-ci, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

20. Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2023-cü il tarixli, 2(103)-2519/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü, Mülki Məcəllənin 11, 27, 228.5-ci, Ailə Məcəlləsinin 5, 7, 49-cu, Mülki Prosessual Məcəllənin 9, 76, 88, 218.1, 357.2, 385.2-ci maddələrinin pozulması ilə qəbul edilmişdir. Belə ki, k assator 2008-ci ildə mübahisəli mənzilin mülkiyyətçisi olmuş qayınatasının və onun ailə üzvlərinin razılığı ilə mübahisəli mənzilə köçüb, birgə təsərrüfat aparmışdır. Bu səbəbdən onun həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına görə mənzildən istifadə hüququ yaranmışdır. Kassator mübahisəli mənzildə 1994-cü ildən fasiləsiz yaşayan Cavabdeh2 həyat yoldaşıdır və həmin mənzildə doğulmuş üç azyaşlının atasıdır. Kassatorun mübahisəli mənzilə istifadə hüququnun mövcud olmasını təkcə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları yox, Mülki Məcəllənin 228.5-ci maddəsi də təsdiq edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin kassatorun ailəsinin həyatına, yaşamına mənfi mənada təsir etməsini, faktiki ailəsindən ayrı düşməsini nəzərə almamışdır.

22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

23. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymət ləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız Cavabdeh1 tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun həmin hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət in heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyət çisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 28. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına d air” 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bildirmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 29. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci mad dəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığ ı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidləri n ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müb ahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına hüquqi qiymət verilmiş və məhkəmə gəlinən nəticə ilə tam razılaşır.

34. Məhkəmə kollegiyası izah edir ki, kassatorun mübahisəli yaşayış sahəsinə 2008-ci ildə köçməsi nəzərə alınmaqla, mübahisənin ona aid hissəsinə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiq edilməli olmasına dair apellyasiya məhkəməsinin mövqeyi Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tari xli qərarına uyğun olmuşdur.

35. Belə olan halda isə, apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh1 yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün ya Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən şərtlər: mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud olmalı və ya o, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən mülkiyyətçinin ailə üzvü olmalıdır.

36. Hazırki işdə isə kassatorun yaşayış sahəsinin nə indiki, nə də ki, əvvəlki mülkiyyətçisinin ailə üzvü olması, habelə onlarla qanunda nəzərdə tutulmuş qaydada yazılı razılaşmanın bağlanması müəyyən olunmur.

37. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, kassatorun yaşayış sahəsindən istifadə hüququ yoxdur və o, mülkiyyətçi olan iddiaçının tə ləbi ilə həmin sahədən çıxarılmalıdır.

38. Kassatorun yaşayış sahəsindən istifadə hüququ müəyyən edilmədiyindən, onun belə hüquqa malik olan ailə üzvlərindən ayrılmasına dair kassasiya şikayətinin dəlili əsassızdır. Belə ki, mülki qanunvericiliklə istifadə hüququ konkret şəxslər üçün müəyyən edilmiş, həmin hüququn belə hüquqa malik olan şəxslərin digər ailə üzvlərinə də şamil edilməsi nəzərdə tutulmamışdır.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasi ya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2023-cü il tarixli, 2(103)-2519/2023 nömrəli qətnaməsi iddianın Cavabdeh1 münasibətdə təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar