Məhkəmə qərarları › İş №2(102)-3463/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3463/2024

16.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3463/2024 16.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Mülkiyyətin ədalətli kompensasiyası). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilədə nəzərdə tutulmuş mənzilin ölçüsünün verilməyən hissəsinə dair kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 iyul 2024-cü il tarixli, 2(103)-744/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərb aycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları:

1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdehnə (bundan sonra cavabdeh) arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanda yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə eyni ünvanda yeni, çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 132.8 kv.m tam təmirli mənzili əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi, həmçinin müvəqqəti olaraq başqa ünvanda yaşama ilə bağlı kirayə haqlarını, həmçinin hazırkı mənzildən digər ünvana köçürmə ilə bağlı xərcləri ödəməyi, əmlak mülkiyyətçisi isə mülkiyyətində olan ünvan 1 ünvanda yerlə şən 70 kv.m ibarət yaşayış sahəsi və həyətdə olan dəmir qarajı sökmək üçün tikinti şirkətinə təhvil verməyi öhdəsinə götürmüşdür. 2. 22.04.2019-cu il tarixli əsas müqaviləyə əlavə və dəyişikliklər haqqında sazişdə qeyd edilmişdir ki, cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, giriş 2, mərtəbə 9, sahəsi 132.8 kv.m olan 119 saylı mənzil təmirsiz olaraq mənzil mülkiyyətçisi olan iddiaçıya təhvil verilmişdir. Qeyd olunan mənzil təmirsiz verildiyinə görə mənzil mülkiyyətçisinə 27000 manat kompensasiya ödənilmişdir.

3. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, mənzil 119 (yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, 560, M9, m5) ünvanında yerləşən 127.20 kv.metr sahəli mənzil 10 mart 2021-ci il tarixdə iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdehnə qarşı “müqavilədə nəzərdə tutulmuş mənzilin ölçüsünün verilməyən hissəsinə dair kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilədə nəzərdə tutulmuş mənzilin ölçüsünün verilməyən 13,9 kvadrat metr hissəsinə görə 34000 manat kompensasiya və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilədə iddiaçıya 132,8 kv.m sahəsi olan mənzil verilməsi nəzərdə tutulurdu. Mənzil təhvil verilmişdir və hazırda orada yaşamaqdadır. Lakin, daha sonra mənzilə mülkiyyət hüququ haqqında çıxarış alarkən məlum olm uşdur ki, həmin mənzilin sahəsi 132.8 kv.m yox, 127.2 kv.m-dir. Lakin, bu da düzgün göstərici deyil. Belə ki, mənzilin ölçülməsi ilə bağlı Əmlak Komitəsinə ərizə yazaraq müraciət etmişdir. Əmlak Komitəsinin mütəxəssisləri tərəfindən ölçmə işləri aparılaraq mənzilin 125.1 kv.m olduğu hesablanmış, amma arayışda ölçü göstərməyərək sadəcə göstərilənlərlə uyğunluq təşkil etdiyini bildirmişlər. Müqavilədə və çıxarışda göstərilən ölçülərdə fərq yarandığından iddiaçı yaranmış problemi həll etmək məqsədilə cavabdehə dəfələrlə müraciət etmiş, danışıqlar aparmış, lakin heç bir nəticə əldə etməmişdir. Sonradan qanunla hesablama qaydalarına uyğun aparılmış hesablama nəticəsində ona verilmiş mənzilin 118.9 kv.m olduğu qənaətinə gəlmişdir.

6. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2 55 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində inşa edilmiş 162 saylı evin, 119 saylı mənzilinin ümumi sahəsi 115,5 kv.m olduğu müəyyən edilmişdir.

7. Təkrar ekspertiza üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6914 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində inşa edilmiş 162 saylı evin, 119 saylı mənzilinin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri) habelə eyvanların (lociyaların, şüşəbəndlərin və terrasların) sahəsi də daxil olmaqla mənzilin ümumi sahəsinin 114,62 kv.m olduğu müəyyən edilmişdir.

8. Təkrar ekspertiza üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3 507 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində inşa edilmiş 162 saylı evin, 119 saylı mənzilinin bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmaqla ümumi sahəsinin 133,5 kv.m olduğu müəyyən edilmişdir.

9. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)68/2023 nömrəli qətnaməsi ilə (hakim Günel Abbasova) iddia təmin edilməmişdır.

10. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, iddiaçı mübahisəli hala dair sübut təqdim etməmiş, mənzili təhvil aldıqdan sonra ölçdüyü zaman onun ölçüsünün müqavilədə nəzərdə tutulduğundan az, yəni 118,9 kv.metr olduğunu müəyyənləşdirdiyini göstərmişdir.

11. İddiaçı tələbində mənzilinin ölçüsünün müqavilədə nəzərdə tutulandan az olmasını daşınmaz əmlakın reyestrin dən çıxarış alandan sonra bildiyini göstərmiş və tələbini məhz bununla əsaslanmışdır.

12. Məhkəmə qeyd etmişdir ki, mülkiyyəti təsdiq edən çıxarışda müvafiq normalara uyğun ölçülərin fərqli göstərilməsi isə cavabdeh tərəfindən öhdəliklərinin lazımınca yerinə yetirilməməsini sübuta yetirmir və qanunun tələbi kimi qəbul edilən ölçülərlə faktiki tikinti sahələrinin eyniləşdirilməsi fərqli meyardır. Belə ki, müqavilədə əks edilmiş mənzilin ölçüləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və (ya) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları” nın tələbləri nəzərə alınmaqla göstərilməmiş və belə bir qeyd əks edilməmişdir.

13. Beləliklə, müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 4 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla sahəsi 127.20 kv.m (çıxarışa əsasən) təşkil etmişdir. Divaraltı sahələr, sütunlar şaxtanın sahəsi və balkonların sahəsinə əmsal tətbiq edilmədən mənzilaltı sahənin 133.5 kv.m (ekspert rəyinə əsasən) olduğu müəyyən edilmişdir. Mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışı əsasında sahəsi ilə həmin mənzilin cavabdeh tərəfindən verilmiş layihə-cizgi, mü qavilə əsasında sahəsi (ümumi, yaşayış və qeyri-yaşayış sahələri nəzərə alınmaqla) arasında fərq 5.6 kv.metr (132,8kv.m (müqavilə üzrə verilməli olan)127,20 kv.m= 5,6 kv.m) təşkil etmişdir. Sahələrin fərqli olması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən mənzilin sahəsinin hesablanmasında divaraltı, sütun, şaxta sahələrinin nəzərə alınması və balkonlara 0,3 əmsalının tətbiqi ilə bağlıdır. Göründüyü kimi iddiaçının tələbinin əsası kimi irəli sürdüyü faktiki hallar sübut olunmamışdır.

14. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı mübahisəli hala dair sübut təqdim etməmiş, mənzili təhvil aldıqdan sonra ölçdüyü zaman onun ölçüsünün müqavilədə nəzərdə tutulduğundan az, yəni 118,9 kv.metr olduğunu müəyyənləşdirdiyini göstərmişdir. İdd iaçının tələbinin əsası kimi irəli sürdüyü faktiki hallar sübut olunmamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarış hazırda qüvvədədir və iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.3, 227.1, 227.2, 385.1, 385.2, 425.1, 442, 752.1, 766, 773-cü maddələri, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.3 və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(001)-68/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin sonuncu rəyi məhz AR Şəhərsalma və Tikinti Məcəlləsinin və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə uyğun deyildir. Çünki, məhz sözügedən hüquqi aktlarda ölçü aparılarkən ara divarlarının yerləşdiyi sahələr istisna olunmuşdur. Bu səbəbdən məhz işə baxan məhkəmə tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3507 nömrəli rəyi deyil, xx.xx.2023-cü il tarixli, 10/6914 nömrəli rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Eyni zamanda, sözügedən iş üzrə xx.xx.2023-cü il tarixli, 10/3507 nömrəli ekspert rəyinin düzgün olmadığını təsdiq edən hallardan biri də sonuncu iki ekspert rəyləri – yəni, x x.xx.2023-cü il tarixli, 10/6914 nömrəli və xx.xx.2023-cü il tarixli, 10/3507 nömrəli ekspert rəyləri arasındakı müddət fərqidir. Buradan da belə bir nəticəyə gəlmək olur ki, 1 günlük qısa bir müddət ərzində ekspertin iki fərqli nəticəyə gəlməsi əslində onun düzgün ölçü aparmadığını və özü-özünü təkzib etdiyini göstərir. Analoji iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3058/2023 nömrəli, xx.xx.2023-cü il tarixli anonimləşdirilmiş qətnaməsində qeyd olunmuşdur ki, “Apellyasiya baxışı zamanı əlavə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertin xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmadan hesablanarkən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadəküçəsi 3137-ci məhəllə 27 saylı mənzilin (yeni qaydalarla: Bakışəhəri Yasamalrayonu X3 küçəsi 37, M5, m5) ümumi sahəsi 92,6 kv.metr, həmin qanunvericiliyin tələbləri nəzərə alınaraq hesablandıqda isə 88,1 kv.metr təşkiledir.” Məhkəmənin iş üzrə preyudisial əhəmiyyat daşıyan sözügedən qətnaməsi də bir daha təsdiq edir ki, əgər mənzildə ölçü aparılması Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi və Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əməl edilməklə aparılarsa, bu zaman heç bir halda ara divarların ölçüləri, o cümlədən, birinci instansiya məhkəməsində qeyd olunan divaraltı, sütun, şaxta sahələrinin nəzərə alınması və balkonlara 0,3 əmsalının tətbiqi yolverilməzdir. Eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/6914 nömrəli rəylə mübahisə predmeti olan mənzilin həqiqi ölçüləri təsdiq olunmuşdur. Yəni, iddiaçının sübut etməli olduğu məsələ bununla bitmiş hesab olunur. Bundan sonra sözügedən mənzilin tərəflər arasındakı müqavilədə qeyd olunan ölçüdən az olmadığını sübut etmək öhdəliyi Cavabdeh tikinti şirkətinin öhdəliyidir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-744/2024 nömrəli qətnaməsi ilə (hakim İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhk əməsinin xx.xx.2023-cü il tarixli, 2(001)68/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanda yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə eyni ünvanda yeni, çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 132.8 kv.m tam təmirli mənzili iddiaçıya verməyi, iddiaçı isə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 70 kv.m ibarət yaşayış sahəsi və həyətdə olan dəmir qarajı sökmək üçün tikinti şirkətinə təhvil verməyi öhdəsinə götürmüşdür.

20. Tərəflər öz öhdəliklərini icra etmişlər, yəni iddiaçı mülkiyyətində ol an yaşayış sahəsi və həyətdə olan dəmir qarajı sökmək üçün tikinti şirkətinə təhvil vermiş, cavabdeh isə inşa etdiyi binada müqavilədə göstərilən mənzili iddiaçıya təhvil vermişdir. Mənzil üzərində iddiaçının mülkiyyət hüququ 10 mart 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 127,20 kv.m göstərilmişdir.

21. Tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında podrat münasibətləri mövcud olmuşdur.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəl i hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal veribverməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir.

23. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

24. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir.

25. Birinci instansiya məhkəməsi tərəfindən bu xüsusatı yoxlamaq məqsədilə iş üzrə 3 dəfə tikinti-texniki ekspertizası keçirilmişdir.

26. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/255 nömrəli ekspert rəyinə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində inşa edilmiş 162 saylı evin, 119 saylı mənzilinin ümumi sahəsi 115,5 kv.m olduğu müəyyən edilmişdir.

27. Təkrar ekspertiza üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6914 nömrəli ekspert rəyinə əsasən, mənzilin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri) habelə eyvanların (lociyaların, şüşəbəndlərin və terrasların) sahəsi də daxil olmaqla mənzilin ümumi sahəsinin 114,62 kv.m olduğu müəyyən edilmişdir.

28. Təkrar ekspertiza üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3507 nömrəli ekspert rəyinə əsasən, mənzilin bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmaqla ümumi sahəsinin 133,5 kv.m olduğu müəyyən edilmişdir.

29. Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil.

30. İşin yuxarıda göstərilən hallarından aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya ümumi sahəsi 132.8 kv.m olan mənzili təhvil verməyi öhdəsinə götürmüş və öhdəliyini icra edərək həmin sahəyə malik mənzili iddiaçıya vermişdir. Belə ki, bu fakt birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş sonuncu ekspertizanın rəyi ilə də öz təsdiqini tapmışdır. Bu isə onu de məyə əsas verir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etmiş, yəni podrat tapşırığını kəmiyyətcə tam yerinə yetirmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsinin iddiaçıya müqavilə üzrə müəyyən edilmiş sahəyə uyğun mənzil sahəsi verilməsi ilə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğundur, ona görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu da nəzərə alır ki, ümumi sahəsi 132.8 kv.m olan mənzil iddiaçıya söküntüyə gedən ərazidə yerləşən 70 kvm sahəsi olan mənzilin əvəzi olaraq verilmişdir və verilən mənzilin sahəsi sökülən mənzilin sahəsindən təxminən iki dəfəyə qədər çoxdur. İddiaçı bu sahəyə görə cavabdehə hər hansı məbləğdə pul ödəməmişdir. Əksinə, cavabdeh təmi r xərci kimi iddiaçıya əlavə olaraq 27000 manat kompensasiya ödəmişdir. Cavabdeh eyni zamanda iddiaçının müvəqqəti olaraq başqa ünvanda yaşama ilə bağlı kirayə haqlarını və digər ünvana köçürmə ilə bağlı xərclərini də ödəmişdir.

33. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, sonuncu iki ekspert rəyləri xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə verilmiş, rəylərin verilməsi arasında 6 ay müddət fərqi olmuşdur.

34. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi məhkəməsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mənzilin ümumi sahəsinin az göstərilməsi ilə bağlı iddiaçıya izah etmişdir ki, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hər əkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır.

35. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri maddələrinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə, “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

36. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-744/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia tələbinin təmin edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş et mişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə balkon, teras və bu kimi digər sahələrin ölçülərinin hesablanması “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinə uyğun olaraq aparılmışdır və podratçının mənafeyi pozulmamışdır. Məhkəmə bir tərəfdən hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu qeyd etsə də, digər tərəfdən bayır və ara divarlarının yerləşdiyi sahələri də nəzərə alan xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsaslanmışdır. Bu da qətnamənin tamamilə əsassız olduğunu sübut etmişdir. Bu hal Məhkəmənin sübutlara obtektiv, qərəzsiz yanaşdığına əsaslı şübhələr yaratmışdır. Məhz Məhkəmənin də 3 dəfə tikinti-texniki ekspertiza sının keçirilməsində əsas məqsədi cavabdehin xeyrinə sübut əldə etməkdən ibarətdir. Göründüyü kimi bu hal sübutların qərəzli yanaşıldığını, sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi olduğuna dəlalət etmişdir. Bununla yanaşı, eyni məsələ üzrə məhkəmə 3 dəfə keçirilmiş tikinti-texniki ekpsertiza qərarları arasından niyə məhz xx.xx.2024-cü il tarixli 10/3507 nömrəli ekspert rəyini mötəbər hesab etdiyinə, digərləri ilə niyə razılaşmadığına dair hər hansı əsaslandırma etməmişdir.

38. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.3-cü maddələrinə, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 103.2-ci maddələrinə istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

40. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

41. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

42. Madd ə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

43. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

44. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müə yyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

45. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

46. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

47. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessua l hüquq normalarına uyğun çıxarılmalıdır.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

56. Maddə 418.1. Maddi və proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

58. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

59. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsin in mövqeyi:

60. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir.

61. İddiaçı bağlanmış müqaviləyə müvafiq olaraq ona verilməli olan mənzil 132,8 kvadratmetr olmalı olduğu halda, verilmiş mənzilin faktiki ölçüsünün 118,9 kv.metr olduğunu bildirmişdir.

62. Məhkəmələr tərəfindən işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, bağlanmış müqavilənin şərtinə müvafiq olaraq iş üzrə cavabdeh iddiaçıya ümumi sahəsi 132,8 kvadratmetr olan mənmzil verməyi öhdəsinə götürmüşdür.

63. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin hallarından aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya ümumi sahəsi 132.8 kv.m olan mənzili təhvi l verməyi öhdəsinə götürmüş və öhdəliyini icra edərək həmin sahəyə malik mənzili iddiaçıya vermişdir. Belə ki, bu fakt birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş sonuncu ekspertizanın rəyi ilə də öz təsdiqini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etmiş, yəni podrat tapşırığını kəmiyyətcə tam yerinə yetirmişdir.

64. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmır.Belə ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3507 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində inşa edilmiş 162 saylı evin, 119 saylı mənzilinin bayır və ara diva rlarının yerləşdiyi sahələr nəzərə alınmaqla ümumi sahəsinin 133,5 kv.m olduğu müəyyən edilmişdir.Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

65. Apellyasiya instansiyası məhkəməsi mənzilin sahəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qeyd edilən maddəsinindəki qaydadan fərqli, yəni mənzilinin bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmaqla müəyyənləşdirilməli olmasını kifayət qədər əsaslandıra bilməmişdir.

66. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

67. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

68. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublik asının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

69. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbl əri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

70. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən şərh olunan nöqsanlar aradan qaldırılmaqla və iş üzrə toplanmış sübutlara mülki prosessual hüquq normalarının tələbinə uyğun hüquqi qiymət verilməklə maddi və prosessual hüquq normalarının tələbinə uyğun, qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddəl ərini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-744/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar