Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3464/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı2, İddiaçı1 nümayəndəsi X5, iddiaçıların vəkili X1, cavabdeh LPO “xxxxxxxxxxxxxxx” ASC-nin vəkili X2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinə qarşı sənədlərin surətinin təqdim edilməsi və yazılı məlumatın verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və Məmmədov X4 Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixi, 2 (027)-2119/2016 saylı qətnaməsinin qüvvəsində saxlanılmasını xahiş etmişdirlər. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinə qarşı sənədlərin surətinin təqdim edilməsi və yazılı məlumatın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Quba rayon məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə (hakim F.Yaqubov, iş № 2(027)-2119/ 2016) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinə qarşı sənədlərin surətinin təqdim edilməsi və yazılı məlumatın verilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, cavabdeh “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyəti tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 müraciətlərinə cavab verilməməsinin qanunsuz hesab edilməsi, “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin x xxx 2009-cu il tarixində keçirilmiş İclasın protokolunun, “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin 2010, 2011, 2012, 2013, 2014, 2015-ci illərdə keçirilmiş ümumi yığıncaqlarının protokollarının, “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin 2009-2015-ci illər üzrə illik hesabatlarının və balanslarının, 2009-2015-ci illər ərzində auditor yoxlaması zamanı tərtib edilmiş auditor aktların ın və rəylərinin təsdiq olunmuş surətlərinin, 2009-cu ildən bu günədək son 7 il ərzində bağlanmış icarə müqavilələrinin, “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin nizamnaməsinin təsdiq olunmuş surətinin və “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin balansında olan torpaq sahəsinin özəlləşib-özəlləşməməsi barədə yazılı məlumatın iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsinin cavabdeh “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinə həvalə edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin emissiya prospekti ilə tanış olmalarına cavabdeh “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyəti tərəfindən şərait yaradılması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəç i), Ş.Abasov və A.Abbasov, iş № 2(105)544/2020) cavabdeh ləğvetmə prosesində olan “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin apelyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(027)-2119/2016 saylı qətnaməsi “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin 20092015-ci illər üzrə illik hesabatlarının və balanslarının, 2009-2015-ci illər ərzində auditor yoxlaması zamanı tərtib edilmiş auditor aktlarının və rəylərinin təsdiq olunmuş surətlərinin, 2009-cu ildən son 7 il ərzində bağlanmış icarə müqavilələrinin surətinin iddiaçılara verilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə iddia rədd edilmiş, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətini onu nla əsaslandırmışdılar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020ci il tarixli qətnaməsinin ləğv edilməsini, Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixi, 2 (027)-2119/2016 saylı qətnaməsinin qüvvəsində saxlanılmasını xahiş edirlər. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçıların vəkili X3 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiya sının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdeh LPO “xxxxxxxxxxxxxxx” ASC-nin vəkili X7 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsi nə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması he sab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2001-ci il tarixdə D-3270 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış, yeni redaksiyada nizamnaməsi xx xxxxxx 2009-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı X12 tərəfindən dövlət qeydiyyatına alınmışdır. Milli Depozit Mərkəzi QSC tərəfindən verilmiş 181039 saylı, xx.xx.2014cü il tarixli depozitar haqqında məlumata görə, İddiaçı1 “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin 32 ədəd adi adlı səhminin sahibidir. Milli Depozit Mərkəzi QSC tərəfindən verilmiş 443379 saylı xx.xx.2016-cı il tarixli depozitar haqqında məlumata görə, İddiaçı2 “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin 96 ədəd adi adlı səhminin sahibidir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin xx xxxx 2016-cı il tarixli məktubuna görə, “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin istifadəsində olan 2000,0 kv.metr torpaq sahəsi qanunvericiliyə uyğun olaraq xx xxxx 2009-cu il tarixdə özəlləşdirilmişdir. İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh1 açıq səhmdar cəmiyyətinə ünvanlanmış xx xxxxxx 2016-cı il tarixli məktuba görə, “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinə müraciət edərək x xxx 2009-cu il tarixdə keçirilmiş iclasın protokolunun, “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin 2010, 2011, 2012, 2013, 2014, 2015-ci illərdə keçirilmiş ümumi yığıncaqlarının protokollarının, “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin 2009-2015-ci illər üzrə illik hesabat və balanslarının, 2009-cu ildən son 7 il ərzindəbağlanmış icarə müqavilələrinin, 2009-2015-ci illər ərzində auditor yoxlaması zamanı tərtib edilmiş auditor aktlarının və rəylərinin təsdiq olunmuş surətlərinin, “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin nizamnaməsinin surətinin onlara təqdim edilməsini, “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin balansında olan torpaq sahəsinin özəlləşib-özəlləşməməsi barədə yazılı məlumat verilməsi və “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin emissiya prospekti ilə tanış olmalarına ş ərait yaradılmasını xahiş etmişlər. Poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə görə, İddiaçı1 tərəfindən xx xxxxxx 2016-cı il tarixdə göndərilmiş məktub xx xxxxxx 2016-cı il tarixdə “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinə çatdırılmışdır. Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin 01/04-254 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubuna görə, İddiaçı1 xx xxxxxx 2008-ci il, İddiaçı2 isə xx xxxxxx 2008-ci il tarixdən “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin səhmdarlarıdırlar. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.2, 102.4, 106-1.3-cü maddələrini tətbiq etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. B elə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...İddiaçı1 və İddiaçı2 iddia tələbləri həm də “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin 2009-2015-ci illər üzrə illik hesabatlarının və balanslarının, 2009-2015-ci illər ərzində auditor yoxlaması zamanı tərtib edilmiş auditor aktlarının və rəylərinin təsdiq olunmuş surətlərinin, 2009cu ildən son 7 il ərzində bağlanmış icarə müqavilələrinin surətinin onlara təqdim edilməsi barədə olmuşdur.... qeyd edilən sənədlər səhmdar cəmiyyətinin fəaliyyəti ilə bağlıdır və Azərbaycan Respublikası MM-nin səhmdarların hüquqlarını təsbit edən normalarında qeyd edilən sənədlərin surətlərinin səhmdarlara verilməsi deyil, həmin sənədlərlə tanış olmaq hüquqları nəzərdə tutulmuşdur. Eləcə də “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin nizamnaməsində də səhmdarlara bu sənədlərin surətlərinin verilməsi göstərilməmişdir. İddiaçılar tərəfindən “xxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin 2009-2015-ci illər üzrə illik hesabatlarının və balansları, 2009-2015-ci illər ərzində auditor yoxlaması zamanı tərtib edilmiş auditor aktları və rəyləri, 2009-cu ildən son 7 il ərzində bağlanmış icarə müqavilələri ilə tanış olmaları barədə tələb də irəli sürülməmişdir.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətində apelyasiya instansiya məhkəməsi nin qətnaməsinin ləğv edilməsinin əsası kimi həmçinin ona istinad olunmuşdur ki, “qətnamə də qeyd edilmişdir ki, açıq məhkəmə iclasında cəmiyyətin nümayəndəsi X6 iştirak etmişdir. Lakin, iclasda iştirak edən iddiaçı tərəf İddiaçı1 nümayəndəsi X8, vəkili X3 və İddiaçı2 cavabdehin nümayəndəsinin iştirakının olmasını görməmişlər.” Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində cəmiyyətin nümayəndəsinin iştirakını qeyd etsə də, iş materiallarının 66-cı vərəqində olan məhkəmə iclas protokolundan müəyyən edilir ki, Cavabdeh1 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası bu yanlışlığı texniki səhv kimi qəbul edərək, bunu apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əs as bilmir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətinə münasibətdə dəyi şdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3464/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3464/2020
29.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver