Məhkəmə qərarları › İş №2(102)-3472/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3472/2024

29.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3472/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iş üzrə (Abşeron rayon İcra və Probasiya şöbəsi və "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmaqla) Q Ə R A R D A Dİ (Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiya sının 2(103)-3073/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin kassasiya şikayətinə 29 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli hərracın nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Abşeron rayon İcra və Probasiya şöbəsi və "xxxx" ASC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(004)448/2024 saylı qətnam əsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Fariz Əlizadə) b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3073/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilmiş, “Bentley Continental” markalı, 2007-ci il buraxılışlı,** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin 28300 (iyirmi səkkiz min üç yüz) manata satılması barədə Cavabdeh1 MMC tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli, 238/23 saylı hərracın nəticəsi haqqında protokol etibarsız hesab olunmuş, Cavabdeh2 tərəfindən ödənilmiş 28300 (iyirmi səkkiz min, üç yüz) manat pulun "xxxx" ASC-dən alınaraq Cavabdeh2 qaytarılması qət edilmişdir. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev, Fərrux Qasımov) c) Kassasiya şikayətinin dəlilləri

6. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. d) Kassasiya şikayətinə qarşı etiraz

7. Kassasiya şikayətinə iddiaçının etirazı daxil olmamışdır.

8. Lakin iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, mübahisənin cavabdehlə razılaşma ilə həll edildiyini, bu səbəbdən iddiadan imtina etdiyini, iddiadan imtinanın mahiyyəti və hüquqi nəticəsinin aydın olduğunu bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokolu na yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin normalarına (MPM, 52.1, 52.5, 191.1) əsasən hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyi və onun iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı, eləcə də işdəki etibarnaməyə (i.v.4) əsasən nümayəndənin (vəkilin) müvafiq səlahiyyəti olduğu üçün qəbul edilməlidir.

10. İddiaçının iddiadan imtina etməsi barədə ərizəsinə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata MPM-in 261.0.4-cü maddəsinə uyğun olaraq xitam verilməlidir.

11. Məhkəmə kollegi yası iş üzrə icraata xitam verilməsi ilə yanaşı, onu da izah edir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

12. Yuxarıda göstərilənləri və MPM-in 417.1.5-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı iddiadan imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3073/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “hərracın nəticələrinin etibarsız sayılması” barədə iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar