Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3473/2024 11.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə - Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti) qarşı iş üzrə QƏRARİ Açar sözləri: əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti cəlb edilməklə “əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarı lma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 3192/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2009-cu il tarixli, ******* nömrəli çıxarışı ilə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində istifadədə olan 0,027562 ha torpaq sahəsində yerləşən 14 a nömrəli, 2 mərtəbəli binada 35,5 kv.m ümumi, 26,6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 10 nömrəli mənzil tam mülkiyyət hüqu qu üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat İdarəsinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən, "xxxx" MMC xx.xx.2021-ci il tarixdən qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə çıxarış verilmişdir.
3. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli, 161 nömrəli Sərəncamı ilə, Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquluşu planında göstərilən koordinatlar daxilində yerləşən 10858 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razıl ıq əsasında "xxxx" MMC tərəfindən həll edilməsi şərti ilə çoxmənzilli yaşayış kompleksinin tikintisi üçün icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir.
4. EL-744/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Lisenziyasına əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tikintisinə icazə tələb olunan bina və qurğuların tikintiquraşdırma işlərini "xxxx" MMC-yə həyata keçirməyə icazə vermişdir.
5. EL-744/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Lisenziyanın əlavəsinə əsasən, "xxxx" MMC-yə bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti üzrə görülməsinə icazə verilən işlərin siyahısına xüsusi torpaq işləri, ankerlərin torpağa bərkidilməsi, enmə quyularının və kessonların qurulması, Beton və dəmir-beton konstruksiyaların quraşdırılması, metal konstruksiyaların quraşdırılması, ağac konstruksiyaların quraşdırılması, fasad işləri, svay işləri, mühəndis-kommunikasiya və şəbəkələrinin qurulma işləri, hidrotexnik işləri, sualtı texniki işlər, dambaların tikintisi, limanların tikintisi, pirslərin tikintisi, sahilbərkitmə işləri, su anbarları, xüsusi qurğuların tikintisi və quraşdırılması, rezervuarlar və qazholderlər, elektrik ötürücü xəttlər, sənaye və mülki obyektlərin tikintisi: aşırımı 24 metrədək, aşırımı 24 metr və daha çox, hündürlüyü 65 metrədək, hündürlüyü 65 metr və daha çox, tutumu 5000 nəfərədək, tutumu 5000 nəfər və daha çox işlər daxil edilmişdir.
6. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X5 Layihə Azərbaycan Dövlət Baş Layihə İnstitutunun 15187 nömrəli, xx.xx.2021-ci il tarixli rəyi ilə, Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblins ki, Aşqı Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə rəydən görünür ki, Muxtar Fətəliyev küçəsində yerləşən 45 saylı yaşayış binası 1959-cu ildə inşa olunmuşdur. 2 mərtəbəli, 2 girişli, 12 mənzilli, zirzəmisizdir. Planda düzbucaqlı formadadır, uzunluğu 37,0 metr, eni 9,0 metrdir. Mərtəbə hündürlüyü 3,2 metr, kürsü hündürlüyü 1,0 metrdir. Binanın yükdaşıyan divarları mişarlanmış əhəngdaşından 40 sm qalınlığında yerinə yetirilmişdir. Örtüklər ağac tirlərdən quraşdırılmışdır. Pilləkən konstruksiyası metal kosourlar üzərində yığma dəmir-beton pillələrdən yerinə yetirilmişdir. Balkonlar dəmirbetondan quraşdırılmışdır. Dam çardaq tiplidir, ağac elementlərdən quraşdırılmış və şiferlə örtülmüşdür. Fasadlar suvaqsızdır. Vizual texniki baxış zamanı 2 mərtəbəli yaşayış binalarının yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi, ağac elementlərində əyinti, bioloji zədələnmələr müşahidə olunduğu, ağac materialından quraşdırılmış döşəmə və örtük elementlərində müxtəlif deformasiyalar yarandığı, pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyayalar mövcudluğu, dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qaldığı, dam örtükləri yararsız vəziyyətdə olduğu, şiferlər sınmış, müəyyən sahələrdə yerdəyişmələr çardağın ağac elementlərində çatlar, əyintilər, zədələr yarandığı, atmosfer sularının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olunduğu, sakinlər tərəfindən yaşayış binalarına bitişik və söykənmiş primitiv tikilil ər inşa edildiyi, tikililər əsasən balkonların üstündə yerləşdiyindən binalar əlavə yüklənmələr olduğu, yaşayış binalarının balkon və dəhlizlərin əksər sahələri müxtəlif təyinatlı otaqlara uyğunlaşdırıldığı, bu sahələrdə yükdaşıyan və qoruyucu elementlərin odadavamlılığı yetərli olmadığı, mühəndis-kommunikasiya təminatı sistemi (elektrik xətləri, su və kanalizasiya xətləri) fərdi qaydada quraşdırılmadığı, texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlığı yolverilmədiyi, xüsusən, əlavə tikililər olan sahələrdə yanğın təhlükəsizliyi və təxliyyə tələblərinə əməl olunmadığı müəyyən edilmişdir. Yaşayış binalarının istismarı müddətində yükdaşıyan inşaat konstruksiyalarının yenilənməsi, əsaslı təmir işlərinin aparılması müşahidə olunmadığı, binaların istismar k eyfiyyəti aşağı səviyyədə olması, yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binaların dayanıqlığına mənfi təsir göstərməsi, tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. Qeyd olunan ərazidə qeyriyaşayış tikililərinin (ticarət, qaraj və s.) tikintisi primitiv şəkildə aparıldığını, tikililər əsaslandırılmamış şəkildə inşa edildiyi, divar və örtük elementləri müxtəlif cinsli materiallardan yerinə yetirildiyi, elementlərin, nəticədə bütöv tikilinin dayanıqlığı təmin edilmədiyi müəyyən edilmişdir. İstər yaşayış binalarına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törətməsi, yaşayış binala rı və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdə olduğu göstərilmişdir.
7. Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatı Mənzil Kommunal Təsərüffatı Birliyinin 147 saylı Mənzil Kammunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli 735 nömrəli arayışına əsasən, Memarlıq Şəhərciyi 2021 MMC-nin sorğusuna əsasən bildirilir ki, Muxtar Fətəliyev 45-Aşıq Alı küçəsi ev 14 A-dır.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Kadastrı və Yerquruluşu Layihə-X2 X4 və Geodeziya Şöbəsinin xx.xx.2021-ci il tarixli ********** nömrəli məktubuna əsasən, Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidən, çoxmənzilli yaşayış komleksinin tikintisi məqəsədi ilə "xxxx" MMC-yə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu planı təqdim edilmişdir.
9. MŞ İnşaat MMC-nin 44/2023 nömrəli, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubuna əsasən X3 ərazidə qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yeni yaşayış binalarının tikilməsi və köçürülmüş sakinlərin bu binalarda mənzillərlə təmin olunması ilə əlaqədar "xxxx" MMC-nin Hüseyn Ərəblinski küçəsi 12 ünvanında yerləşən ofisinə dəvət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan ünvan 3, 10 saylı mənzilə dair mül kiyyət hüquqlarına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin mənzildən çıxarılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan B1 saylı binasının 2-ci mərtəbəsində cavabdehin mülkiyyətinə 35,5 kv.m və onun 20% hissəsi olan 7,1 kv.m, əlavə edilməklə 42,6 kv.m olan mənzillə təmin olunması və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçının üzərinə qoyulmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırmışdır ki, yuxarıda göstərilən sərəncama əsasən, ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan binanın sökülməsi işləmləri b aşladığından, artıq mülkiyyətçilərlə razılaşdırılıb müqavilə imzalamaqla onların oradan köçürülməsi prosesinə start verilmişdir. Lakin, hazırkı iddianın mahiyyəti olan məsələ, həmin sakinlərdən biri olan və iş üzrə cavabdeh şirkətin irəli sürdüyü təkliflə razı olmadığı üçün məhkəmə müstəvisində qaldırılmışdır. Belə ki, iş üzrə cavabdeh ünvan 2 ünvanının mülkiyyətçisidir. Onun mülkiyyətində olan əmlak xx.xx.2009-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 35,5 kv.m təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il tarixli 7 dekabr tarixli 506 İli QD nömrəli Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007 -ci il tarixli, 689 №-li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Bu sərəncamı nəzərə alaraq, cavabdehin mülkiyyətində olan əmlakın kv.m. uyğun olaraq onun 20% əlavəsi verilməklə təklif olunmuş, cavabdeh ofisin fəaliyyət göstərdiyi yerə rəsmi olaraq 28 avqust 2023-cü il tarixdə 44/2023 saylı məktubla dəvət edilmiş və o məktubu rəsmi olaraq qəbul etmişdir. Cavabdeh tərəfindən qeyri-qanuni yolla tikilmiş özbaşına tikiliyə də (mülkiyyətinə artırma) yeni tikiləcək binadan verilməsi planlaşdırılan mənzilin sahəsinə artırmaya daxil olan bütün kvadrat metr sahənin əlavə edilməsi təkid edilsə də, şirkət tərəfindən bu təkid rədd edilmiş və buna görə də mülkiyyətçi ilə razılaşma əldə oluna bilməmişdir. Hazırda da, cavabdeh həmin mülkiyyətdən çıxmaq istəmir və onun istəyi nəzərə alındığı təqdirdə çıxacağına israrlıdır. Tərəflər arasında razılaşma olmadığından, hesab edir ki, bu məsələ məhkəmə müstəvisində həll olunmalı və qanunvericiliyin tələbləri hansı istiqamətdə tövsif edilirsə, o qaydada məhkəmə qərarı çıxarılmalıdır. İddiaçı sakinləri onlara məxsus olduğu əmlaka uyğun olaraq əmlakla yeni tikiləcək binada təmin etməli və bina tikilənədək onlara müvafiq kirayə haqları ödəməlidir və iddiaçı da bütün digər sakinlərlə artıq razılıq əldə edib, müqavilə imzalayıb və onların hər birinin mənzillərinə müvafiq olaraq aylıq kirayə haqqı ödəməyə başlayıb. İddiaçı tərəfindən sərəncamda müəy yən olunmuş öhdəliklər tam şəkildə icra edilsə də, cavabdehin sərəncamına uyğun müqavilə bağlamaqdan imtina etməsi hazırda bir sıra çətinliklər yaradır. Söküləcək bina qəzalı vəziyyətdədir və oradan köçürüləcək bütün sakinlər vaxtında köçürülməlidir ki, vaxtında da binanın inşasına başlanılmalı və müəyyən edilmiş vaxt ərzində şirkət sakinləri yeni tikiləcək bina ilə təmin etməlidir. Lakin, cavabdehin bu cür qanunsuz hərəkətləri və əsassız varlanmaq istəyi, digər sakinlərin hüquqularına xələl gətirir, sərəncamın icrasını gecikdirir və binanın sakinlərinin yaşayışla təmin olunmaq aqibətini sual altına qoyur. Onlar üçün də qəbuledilməzdir ki, bir vətəndaşın inadkarlığı, barışmaz mövqeyi və sayğısız, pozucu yanaşması respublikası rəhbərliyinə və yerli icra hakimiyyəti strukturlarına qarşı olan təxribatçı, qanunazidd əməlləri ümumi ictimai mənafeyinə xələl gətirir. Onlar hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və məhkəmədən istəyi odur ki, cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi, onun və onunla birgə yaşayan şəxslərin həmin mənzildən çıxarılması və onun əvəzində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan B1 saylı binasının 2-ci mərtəbəsində cavabdehin mülkiyyətinə 35.5 kv.m və onun 20% hissəsi olan 7.1 kv.m, əlavə edilməklə 42.6 kv.m olan mənzillə təmin olunması və həmçinin iddiaçı tərəfindən ona aylıq olaraq müəyyən miqdarda kirayə haqqının ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
12. İddiaçın ın nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin mülkiyyətində olan ünvan 3, mənzil 10 mənzilə dair mülkiyyət hüquqlarına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin mənzildən çıxarılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan B1 saylı binasının 2-ci mərtəbəsində cavabdehin mülkiyyətinə 4 saylı 54 kv.m olan mənzilin verilməsi və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunana günədək aylıq kirayə haqqı 400 manat iləı təmin olunması öhdəliyin iddiaçının üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
13. Məhkəmə iclasında iştirak edən cava bdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, iddiaçının ümumiyyətlə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmamasını bildirmişdir. Bundan başqa məhkəmənin diqqətinə çatdıraraq qeyd etmişdir ki, mülki iş matriallarına ələvə edilmiş Azərdövlət Layihə Azərbaycan Dövlət Baş Layihə İnstitutunun 15187 nömrəli Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşqı Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə rəy formal xarakter daşıyır. Belə ki, həmin rəy verilən zaman rəy verən orqan ümumiyyətlə cavabdehə məxsus olan mənzilə baxış keçirməmişdir və həmin orqanın binaların yarasızlığı ilə bağlı rəy vermək hüququnun mövcud olmadığını məhkəmənin diqqətinə çatdırmışdır. Əlavə olaraq bildirmişd ir ki, iddiaçı cavabdehin mənzilini 54 kv.m mənzillə əvəzləşdirilməsini məhkəmədən xahiş etsə də, hazırda cavabdehin istifadəsindəki olan mənzilin faktiki ölçüləri 100 kv.m-ə yaxındır. Belə olan halda həmin mənzilin əvəzində cavabdehə verilməsi nəzərdə tutulan mənzil ədaləti hesab edilə bilməz.
14. Cavabdeh X3 tərəfindən təqdim edilən Yeni dövr Qiymətləndirmə Mərkəzinin YDQM 099-130/2023 nömrəli, xx.xx.2024-cü il tarixli rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən faktiki olaraq 85.1 kv.m sahədən ibarət 3 otaqlı 10 nömrəli mənzilin qiymətləndirilməsi tarixinə olan orta bazar dəyəri: 158.000 manat təşkil etməsi və ünvan 3 ünvanında yerləşən yaşayış binası hal-hazırda qəzalı vəziyyətdə deyil və yaşayış üçün tam yararlı olması göstərilmişdir.
15. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan s onra- birinci instansiya məhkəməsi) 1 fevral 2024-cü il tarixli, e-2(008)-676/2024 nömrəli qətnaməsi ilə (hakim: Nilufər Cəfərli) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 35.50 kv.m. mənzilə dair mülkiyyət hüquqular iddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək B1 saylı binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 54 kv.m olan 8 saylı mənzillə əvəz edilməsi, ünvan 1 ünvanında yerləşən 35.50 kv.m. mənzil Cavabdeh və onunla birgə yaşayan ailə üzvüləri tərəfindən boşaldılması, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 35.50 kv.m. mənzildən çıxarıldığı gündən yeni mənzillə təmin edild iyi günədək aylıq 400 manat kirayə haqqı ilə təmin olunması öhdəliyi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi iddia tələbinə hüquqi qiymət verərək ilk növbədə qeyd etmişdir ki, iddiaçının nümayəndəsinin və vəkilinin iddia ərizəsindən və məhkəmə iclasında verdiyi izahatından göründüyü kimi, iddiaçı cavabdehə onun sənəd üzrə 35.5 kv metr təşkil edən 10 saylı mənzilinin sökülərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan B1 saylı binasının 2-ci mərtəbəsində 54 kv.m olan mənzil verməklə, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə hər ay 400 manat kirayə haqqı ödənilməklə, cavabdehin 10 saylı mənzilindən çıxarılmasını tələb etməklə cavabdehi mülkiyyətdən məhrum etmir, bu reallıqda cavabdehin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasıdır. İddiaçı cavabdehin mülkiyyətində olan mənzilini satın almaq deyil, sadəcə həmin mənzilin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Alı küçəsi, 14A saylı yaşayış binasını söküb yerində yeni yüksək mərtəbəli yaşayış binası tikmək, tikiləcək binada isə cavabdehə müvafiq yeni, əvvəlki mənzilin sahəsindən də artıq sahəsi olan mənzil vermək niyyətindədir. Cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Alı küçəsi, 14A saylı yaşayış binasındakı mənzilə olan mülkiyyət hüququ, həmin yaşayış binası söküldükdən sonra yerində tikiləcək binadan verilən yeni mənzilə şamil olunacaqdı r, sadəcə olaraq tikinti işlərinin aparıldığı müddət ərzində cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Alı küçəsi, 14A saylı evin, 10 saylı mənzilinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ, yəni mülkiyyət hüququ müvəqqəti olaraq məhdudlaşacaqdır.
17. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehin mülkiyyətində olan mənzilin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Alı küçəsi, 14A yaşayış binasının qanunvericilikdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə deyil, m ənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ərazilərin və yaşayış məntəqələrinin sosialiqtisadi inkişafının təmin edilməsi məqsədilə sökülməlidir.
18. Birinci instansiya məhkəməsi onu da qeyd etməyi zərurui hesab etmişdir ki, cavabdeh onun mülkiyyətində olan evin faktiki sahəsinin 85.1 kv.m olmasını və dəyərinin 185.000 manat müəyyən edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir cavabdehin mülkiyyətində olan evin sahəsinin sənədlər ilə 35.5 kv.m olduğu müəyyən edilmişdir, işin hallarından görünür ki, cavabdeh mülkiyyətində olan mənzilə 50 kv.m əlavələr etmişdir, lakin bu sözügedən artırma barədə qanunla nəzərdə tutulan qaydada icazə almamış, gələcəkdə bu əlavələrin sənədləşdirilə bilməsinə əsas ola biləcək halları məhkəməyə təqdim etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mülkiyyətində olan ümumi sahəsi 35.5 kv.m mənzilə münasibətdə iddiaçının əvəzləşdirilməsi üçün təklif edilmiş 54 kv.m mənzil ədalət hesab edilməlidir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13, 16.1, 29, 43cü; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 11.1, 152.1, 152.5, 157.8-ci; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2, 4.2.1-ci; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.7, 85-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayətini onunl a əsaslandırmışdır ki, hakim iddia tələbinin qismən təmin olunmasını əsaslandıra bilməmiş iddiaçının mənafeyinə uyğun ümumi sözlərlə qətnaməni hüquqi cəhətdən əsaslandırmağa çalışmış, lakin buna nail ola bilməmişdir. Qətnamədə əks olunmayan hallardan biri də odur ki, tərəfindən hakimə etiraz verilib və bu barədə qətnamədə heç nə yazılmamışdır. Hansı ki, etirazda göstərilən əsaslar etirazın təmin olunması üçün kifayət edirdi. Bundan başqa iddiaçının nümayəndəsinə sual verəndə ki, iddiaçının mübahisəli ünvanda hündürmərtəbəli bina inşa etməyə kifayət qədər maddi imkanının olması ilə bağlı sübut təqdim edə bilərsiniz cavab vermişdir ki, bu sualın bizə aidiyyatı yoxdur, həmin sualı Bakı şəhər İcra Hakimiyyətinə verin. Bununla bağlı məhkəmədən Bakı şəhər İcra Hakimiyyətinin iş üzrə üçüncü şəxs qismində cəlb olunması və nümayəndəsinin iştirakının təmin olunması ilə bağlı vəsatət verərək məhkəmə baxışını ağlabatan müddətə təxirə salmasını xahiş etsə də, məhkəmə bunu da nəzərə almadı. Bundan başqa məhkəmə baxışında izahat verərkən FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mübahisəli binanın yaşayış üçün təhlükəli olub-olmaması ilə bağlı rəy vermək səlahiyyətinin olmamasını bildirərək həmin rəyi əsas kimi qəbul etməməyi xahiş etsəm də, məhkəmə bunu da nəzərə almamış, hətta əvvəlcədən məhkəmənin bu rəyi sübut kimi qəbul edəcəyini daha çox ehtimal etdiyi üçün qeyd olunan idarənin rəyi vermiş əməkdaşının şahid qismində dindirilməsi ilə bağlı şifahi vəsatət versə də, hakim bu vəsatətini də təmin etməmişdir. FHN-nin rəsmi sayt ına nəzər salanda da aydın olur ki, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun binanın yaşayış üçün təhlükəli olub-olmaması ilə bağlı rəy vermək səlahiyəti yoxdur. Bundan başqa qətnamənin hüquqi cəhətdən əsassız olmasından əlavə həmçinin ədalətsiz olmasını təsdiq edən hallardan biri də odur ki, mübahisəli mənzilin yerləşdiyi bina qəzalı vəziyyətdə olsaydı belə (hansı ki, biz bunu qəbul etmirik) binanın ikinci mərtəbəsində mənzil təklif olunması və bunun hakim tərəfindən qəbul olunması heç cür ədalətli hesab oluna bilməz. Çünki, mübahisəli məhkəmə qətnaməsi mülkiyyətçinin seçim hüququnu məhdudlaşdıran, öz xeyrini güdərək milyonlarla manat pul vəsaiti qazanmaq istəyən "xxxx" MMC-nin rəhbərinin maraqlarına məcburən (mülkiyyətçinin hansı mərtəbəyə üstünlük verdiyi soruşulmadan) uyğunlaşdırılır. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bu o deməkdir ki, mülkiyyət hüququ mütləq hüquqdur. Bu baxımdan bütün üçüncü şəxslər mülkiyyət hüququna qanunsuz müdaxilə edə bilməzlər. Lakin hazırki vəziyyətdə dövlətin adından çıxarılan mübahisəli qətnamə ilə cavabdehin mülkiyyət hüququna kobud şəkildə müdaxilə olunmuşdur. Diqqətə çatdırılası məqamlardan biri də odur ki, binalar iddia ərizəsində iddia edildiyi kimi dövlət ehtiyacı üçün söküntüyə məruz qalan sahələr deyil, burada söhbət nəyin bahasına olur-olsun MMC tərəfindən milyonlarla manat məbləğində külli miqdarda pul vəsaitinin qazanılmasından gedir. Dövlət ehtiyaclarından söhbət getmədi yi halda kimlərinsə külli miqdarda pul qazanmaq məqsədinə nail olmaq üçün hakimin qanunu görməzlikdən gəlməsi heç başa düşülən deyildir. Hakim qətnamənin əsaslandırıcı hissəsində “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı Şəhəri Sabunçu Rayonunun Sosial-İqtisadi İnkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli, 322 nömrəli “Bakı Şəhəri Binəqədi Və Qaradağ Rayonlarının Sosial-İqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı Şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər Rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2019-cu il tarixli, 482 saylı qərarının 4-cü bəndinə əsaslanaraq 2018-ci ilin avqustun 1-nə dək tikintiyə icazə icraatı başlanılmış və layihələndirilməsi barədə sərəncam qəbul edilmiş tikinti lahiyələrinə münasibətdə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilii yaşayış binaları üçün söküləcək tikililərin ərazilərindən istifadə edilərək həmin ərazilərdə yeni tikiləcək yaşayış binalarında mülkiyyətçilərə müvafiq mənzillərin ayrılmasının həyata keçirilməsini qeyd etmişdir. Lakin iddaçının istər tikintiyə icazə sənədləri, istərsə də torpaq sahəsinin ayrılması ilə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı 2018-ci ilin avqustun birindən sonradır. Məhkəmə maddi hüquq normasını da pozmuşdur.
22. İddiaçı tərəf apel yasiya instansiya məhkəməsinə ərizə təqdim edərək, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi ev 14A, mənzil 10-a dair mülkiyyət hüquqlarına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin mənzildən çıxarılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək A2 saylı binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74 kv.m olan 2 otaqlı təmirli 2 saylı mənzil cavabdehin mülkiyyətinə verilməsi və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 450 manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsin i xahiş etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 12 iyun 2024-cü il tarixli, 2(103)-3192/2024 nömrəli qətnaməsi ilə (hakimlər: Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində istifadədə olan 0,027562ha torpaq sahəsində yerləşən 14A saylı, 2 mərtəbəli binada 35,5 kv.m ümumi, 26,6 kv.m yaşayış sahəsindən (əlavə tikili nəzərə alınmaqla) 2 otaqlı, 10 saylı mənzilin əvəzinə "xxxx" MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək A2 saylı binasının yaşayışın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74 kv.m olan 2 otaqlı, təmirli 2 saylı mənzil təhvil verilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində yerləşən 14A saylı evin, 10 saylı mənzilindən Cavabdeh çıxarılması, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində yerləşən 14A saylı evin, 10 saylı mənzilindən çıxarıldığı gündən yeni təmirli mənzil verilən günədək aylıq 450 (dörd yüz əlli) manat kirayə haqqı ilə təmin olunması öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
24. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, i ddiaçının cavabdehə qarşı hazırkı iddianı irəli sürməsi üçün subyektiv hüquqa malikdir. Lakin buna baxmayaraq, mübahisənin yekun həlli məqsədi ilə cavabdehin mülkiyyət hüququna müdaxilə ilə mülki hüquq münasibətlərinin digər iştirakçılarının, o cümlədən iddiaçının hüququ və mənafeləri, habelə sökülməsi nəzərdə tutulan ərazidə yaşamış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması arasında ağlabatan tarazlıq müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, iddiaçı cavabdehi mübahisəli əmlaka olan mülkiyyət və digər hüquqlarından məhrum etmək, habelə həmin əmlakı əvəzsiz şəkildə özgəninkiləşdirmək məqsədini daşımır. İddiaçı həmin əmlakın yerləşdiyi yaşayış binasını söküb boşaldılmış sahəni yeni yüksək mərtəbəli çoxmənzilli yaşayış binasının inşası ilə bağlı istifadə etmək və ona yeni binad an sökülmüş əmlakın sahəsindən də artıq sahəsi olan, tam təmirli yaşayış sahəsi vermək niyyətindədir. Hüquqi nəticə etibarı ilə cavabdehin mübahisəli əmlaka olan mülkiyyət hüququ onun yeni inşa edilmiş binadan verilən yaşayış sahəsinə də mülkiyyət hüququnun yaranması üçün əsas olacaqdır. Bu baxımdan həmin müddət ərzində baş verənlər (əmlakdan çıxması, əmlakın sökülməsi, yeni sahənin təhvil verilməsi) onun mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.
25. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Hazırki halda, iddiaçı tərəfindən binanın əksəriyyətini təşkil edən10 mənzilinin mülkiyyətçisi ilə razılıq əldə olunmuş, cavabdeh, onun atası və digər bir qonşu ilə qazılıq əldə olunmamışdır. Bununla belə, cavabdehin mülkiyyətində və istifadəsində olan sahələrə görə müvafiq kompensasiya tələb etməsi qanunidir və başa düşüləndir. Lakin həmin k ompensasiya da onun məhrum olduğu (məhdudlaşdırıldığı) hüququna mütənasib olmalıdır. Başqa sözlə kompensasiya təklif olunarkən mülkiyyətçinin mülkiyyətində və istifadəsində olan sahələrin ölçüləri, yararlıq və təmir vəziyyəti, sahələrin təyinatı və digər bu kimi hallar nəzərə alınmalı, təklif konkret olmalı (nəticə etibarı ilə mülkiyyətçi verilmiş kompensasiyaya uyğun əldə edəcəyi barədə tam məlumatlı olmalı), gələcəkdə əlavə mübahisələrin yaranmasına səbəb olmamalıdır.
26. Apellyasiya instansiya məhkəməsi təklif və tələb edilən kompensasiya məbləğlərini nəzərə alıb, bu məsələdə tərəflər arasında razılığın əldə edilməsi üçün müzakirələr aparmış, buna görə onlara vaxt vermişdir. İddiaçı tərəf təklif etdiyi kompensasiya məbləğində dəyişiklik aparmışdır. İddiaçının hazırki mərhələdə irəli sür düyü kompensasiya təklifi məbləğ etibarı ilə əvvəlki təkliflərindən fərqlənir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tətqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. İddiaçı tərəf hazırkı halda təklif etmişdir ki, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi ev 14A, mənzil 10-a dair mülkiyyət hüquqlarına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin mənzildən çıxarılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək A2 saylı binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74 kv.m olan 2 otaqlı təmirli 2 saylı mənzil cavabdehin mülkiyyətinə verilməsi və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 450 manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən kompensasiya məbləğinin artırılmasını mümkün hesab edərək qəbul etmiş və mübahi səyə məhz təklif olunan qaydada hüquqi qiymət verərək, qeyd etmişdir ki, cavabdehə məxsus olan mübahisəli əmlakın ümumi sahəsi 35,5 kv.m təşkil edir. 20% əlavə nəzərə alınmaqla, həmin sahə 42,6 kv.m təşkil edir. Əlavə sənədsiz sahə isə 49,6 kv.m təşkil edir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, həmin özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına səbəb olar.
27. Apellyasiya instansiya məhkəməsi iddiaçının hazırda təklif etdiyi kompensiyanın növünü və ümumi dəyərini, habelə kirayə haqqı olaraq hər ay üçün təklif edilən 450 manat pul məbləğini məqbul hesab etmiş və belə qənaətə gəlmişdir ki, iddiaçının təklif etdiyi kompensasiya məbləği ağlabatandır və cavabdehin mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar üzləşəcəyi məhdudiyyətlərə tam şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymuş olmur.
28. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mövcud vəziyyətdə cavabdeh öz davranışı ilə iddiaçı tərəfin digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla yanaşı, onun qeyd edilən sərəncamdan irəli gələn hüquqlarını həyata keçirməsinin qarşısını almaqla əmlaka olan hüquqlarından sui-istifadə edir.
29. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 11.1, 152.1, 152.5, 157.8-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 4.1, 4.2, 4.2.1-ci, Mənzil Məcəlləsinin 3.1, 28.7, 85-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazı n dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim məhkəmə qarşısında bərabərliyi təmin etməmiş, iddiaçının bütün tələb, vəsatət və fikirlərinə dərhal reaksiya vermiş və yalnız və yalnız onları nəzərə almış, bizim heç bir mövqeyi, vəsatət, fikir və etirazları nəzərə almamışdır. Məhkəmə qətnaməsi tamamilə iş üzrə müəyyən edilmiş hallara zidd olaraq əsaslandırılmışdır
32. Apellyasiya instansiya məhkəməsi maddi hüquq normasını səhv tövsif edərək, hazırkı işə daha çox uyğun olan Mənzil Məcəlləsinin 31-ci maddəsini tətbiq etmək əvəzinə, 85-ci maddəni tətbiq etmişdir. Halbuk i, 85-ci maddə qəzalı vəziyyətdə olan binalarda "Sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsi"ndə yaşayan şəxslərin köçürülməsini, bu köçürülmə zamanı tətbiq edilməli olan maddənin tətbiq edilməsini ehtiva etdiyi halda (göründüyü kimi də, hazırkı işdəki cavabdeh kirayə müqaviləsi əsasında yaşamır bu mənzildə), 31-ci maddə sırf mənzil mülkiyyətçisi olan mülkiyyətçilərə münasibətdə olan münasibətləri tənzimləyir.
33. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə istinad etməyi zəruri hesab etmiş və öz qətnaməsində belə bir ifadə işlədmişdir: "Lakin kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tətqiq olunmuş sübutlar əsasında müəyyən edilir.". Ancaq cavabdehin təqdim etdiyi və hakimin də qətnaməsində dəfələrlə əsaslanaraq sitat gətirdiyi “Yeni dövr Qiymətləndirmə Mərkəzinin” YDQM 099- 130/2023 nömrəli, xx.xx.2024-cü il tarixli rəyində həmin mənzilin bazar qiyməti göstərilsə də, hakim yuxarıda tətbiq edilməli olduğu 4№-li bənddə əsaslandırıldığı kimi, Mülki Məcəllənin 31-ci maddəsini tətbiq etməklə və hazırkı məhkəmə təcrübəsində tez-tez tətbiq edilən 40% üzərinə əlavə etməklə mənzillə əvəzlədirmə ilə deyil, real pul vahidi ilə kompensasiya təyin etmək əvəzinə, idd iaçının maraqlarına xidmət edən və onun tələbləri ilə tamailə uzlaşan kompensasiya təyini ilə nəticələnən qətnamə çıxarılmışdır ki, bu da ədalətli məhkəmə icraatı anlayışı ilə tamamilə ziddiyyət təşkil edir
34. Hakim öz qətnaməsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Fortis-Bayıl” Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarına istinad etməkdə və onu səhv tövsif etməklə növbəti dəfə işdə iddiaçı tərəfindən maraqlı və qərəzli olduğunu növbəti dəfə nümayiş etdirmişdir. Belə ki, tətbiq etməyə və yanlış olaraq öz qərəzli məqsədinə çatmaq üçün y ararlanmağa cəhd etdiyi həmin qərarın bu hazırki işə heç bir aidiyyatı yoxdur və bu işə şamil edilə bilməz. Çünki, burada cavabdeh tərəfindən öz əmlak hüquqlarında suiistifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi (həmin qərardan və hakimin qətnaməsindən sitatın sonu) faktının mövcudluğu nə birinci instansiyası dövründə, nə də apellyasiya məhkəməsi icraatı zamanı aşkar və müəyyən olunmamış və sübuta yetirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin 12 iyun 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq e dilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
36. Maddə
12. Bənd
1. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
37. Maddə
13. Bənd
1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
38. Maddə 16.1. Bənd
1. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
39. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
40. Maddə
43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
41. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
42. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiy i kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
43. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
44. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası nın Şəhərsalma və Tikinti Məcəlləsi
45. Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
46. Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər.
47. Maddə 28.7. Qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 31-ci və ya 85-ci maddəsinin müddəaları tətbiq edilir.
48. Maddə
85. Sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şi kayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına y ol verməmişdir.
63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2024-cü il tarixli 2(103)3192/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.