Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3474/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar Nümayəndə1 və digərlərinin cavabdehlər Cavabdeh1 və ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın ləğv ediməsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı4 və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-181/2020 nömrəli, 04 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Şəki rayonu Sarıca kəndində yaşayırlar. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən verilmiş kod 40402037, JN-112 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçılar yəni, Nümayəndə1, İddiaçı2, X1 və İddiaçı4 və İddiaçı5 Şəki rayonu Sarıca kəndindən 14,59 hektar torpaq sahəsi verilmişdir. İddiaşılar torpaq sahəsinə reyestrdən çıxarışın verilməsi üçün ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişlər. Lakin, DƏDRX-nin 12 saylı Ərazi İdarəsindən iddiaçılara həmin torpaq sahəsinə Cavabdeh1 adına olan MH seriyalı ******* nömrəli və MH seriyalı ******* nömrəli reyestrdən çıxarışların verildiyi bildirilmişdir. İddiaçılar həmin torpaq sahəsinə hansı əsasla Cavabdeh1 çıxarışın verilməsi ilə maraqlandıqda JN-0317 KOD 40402037 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında həmin çıxarışların verildiyi bildirilmişdir. Həmin JN0317 KOD 40402037 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına nəzər yetirdikdə isə həmin dövlət aktının Səbail Rayon Məhkəməsinin 11 iyun 2003-cü il tarixli qətnaməsi əsasında verilməsi müəyyən edilmişdir. Lakin, iddiaçıların Səbail Rayon Məhkəməsində heç bir mülki işləri olmamışdır. Ona görə iddiaçılar hazırkı mübahisəni başladaraq sonradan qəbul edilmiş qərarların etibarsız hesab olunmasını tələb edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-0317, KOD 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının və həmin dövlət aktı əsasında verilmiş MH seriyalı, ******* nömrəli və MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər.
3. İş üzrə Cavabdeh1 vəfat etdiyindən onu vərəsələri olan X6 və X5 iş üzrə cavabdeh qismində cəlb edilmişlər.
4. İddiaçılar tələblərini belə əsaslandırmışlar: İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Şəki rayonu Sarıca kəndində yaşayırlar. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən verilmiş kod 40402037, JN-112 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçılara Şəki rayonu Sarıca kəndindən 14,59 hektar torpaq sahəsi verilmişdir. İddiaçılara həmin torpaq sahəsi verilən vaxtdan hal-hazıradək həmin torpaq sahəsini iddiaçılar əkib becərmişlər. Bu vaxta kimi həmin torpaq sahəsinin vergisini də iddiaçılar ödəmişlər. Heç kim də bu vaxta kimi həmin torpaq sahəsi ilə bağlı iddia etməmişdir. İddiaşılar 2019-cu ildə həmin torpaq sahəsinə reyestrdən çıxarışın verilməsi üçün ƏMDK yanında DƏDRX-nin 12 s aylı Şəki Ərazi İdarəsinə müraciət etmişlər. Lakin, DƏDRX-nin 12 saylı Ərazi İdarəsindən iddiaçılara həmin torpaq sahəsinə Cavabdeh1 adına olan MH seriyalı ******* nömrəli və MH seriyalı ******* nömrəli reyestrdən çıxarışların verildiyi bildirilmişdir. İddiaçılar həmin torpaq sahəsinə hansı əsasla Cavabdeh1 çıxarışın verilməsi ilə maraqlandıqda JN-0317 KOD 40402037 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında həmin çıxarışların verildiyi bildirilmişdir. Həmin JN0317 KOD 40402037 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına nəzər yetirdikdə isə dövlət aktının Səbail Rayon Məhkəməsinin 11 iyun 2003-cü il tarixli qətnaməsi əsasında verilməsi müəyyən edilmişdir. Lakin, iddiaçıların Səbail Rayon Məhkəməsində heç bir mülki işləri olmamışdır. Ona görə iddiaçılar həmin q ətnamənin surətinin verilməsi üçün Səbail Rayon Məhkəməsinə müraciət etmişlər, lakin Səbail Rayon Məhkəməsi tərəfindən 16 sentyabr 2019-cu il tarixli 221 nömrəli məktubla Şəki rayonu Sarıca kəndində yaşayan Nümayəndə1 Səbail Rayon Məhkəməsində iddiaçı və cavabdeh qismində iştirakı ilə bağlı mülki iş aşkar edilmədiyi bildirilmişdir. Həmçinin, əgər borcu var idisə yalnız Nümayəndə1 özünə məxsus torpaq sahəsi özgəninkiləşdirilə bilərdi, digər mülkiyyətçilərin torpaq sahəsi isə özgəninkiləşdirilə bilməzdi. İddiaçıların hazırki iddialarına Şəki Rayon Məhkəməsində baxılarkən məlum olmuşdur ki, Cavabdeh1 17 oktyabr 2009-cu il tarixdə vəfat etmiş və onun qızı X5 məhkəməyə 15 noyabr 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edərək atasından guya miras qalmış əmlaka dair mirası qəbul etdiyini, bundan sonra isə həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət Resyestrində qeydiyyata aldıraraq 12.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış almışdır. Buradan da aydın şəkildə görünür ki, Cavabdeh1 adına verilmiş dövlət aktı və çıxarış saxtadır. Belə ki, 15 noyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin tarixindən görünür ki, Sevinc Rəhimovanın həmin torpaq sahəsindən bugünədək xəbəri olmamışdır. İddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra Sevinc Rəhimova notariat ofisinə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İşin bu halı məhkəmə tərəfindən sorğu verilib alınan Bakı şəhəri 11 saylı notariat ofisindən təqdim edilmiş s ənədlərlə də sübut edilir. Belə ki, Sevinc Rəhimova 24 iyun 2014-cü il tarixdə atasından miras qalmış əmlak olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1456 saylı 0.12 ha torpaq sahəsinə dair vərəsəliyi qəbul etmişdir. Bundan əvvəl də Sevinc Rəhimova 2011-ci il tarixdə atasından miras qlamış digər əmlak barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır.
5. İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 31 avqust 2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin həcminin artırılması barədə ərizələrində JN-0317, KOD 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının və həmin dövlət aktı əsasında verilmiş MH seriyalı, ******* nömrəli və MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr indən çıxarışın ləğv edilməsi, 15 noyabr 2019-cu il tarixli, V-13/2011 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. İddia tələbi belə əsaslandırılmışdır: Sevinc Rəhimovanın ümumiyyətlə qeyd edilən mübahisəli torpaq sahəsindən xəbəri olmamışdır. Belə ki, əgər torpaq sahəsindən xəbəri olsa idi, daha öncə notariat oqranına müraciət edərkən həmin əmlakla bağlı da vərəsəliyi qəbul edərdi. Bu səbəbdən də iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
7. Şəki Rayon məhkəməsinin 10 sentyabr 2020-ci il tаrixli, 2(075)-93/2020 saylı qətnaməsi (hakim. E.Mehdiyev) ilə iddia ərizəsi təmin edilməmiş, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 özlərinə aid edilmişdir.
8. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 144.1, 324.1, 324.2, 324.4, 329.2, 337.1, 337.2, 337.3, 337.4, 389.1, 389.2, 1151, 1159.1.1, 1243.1, 1243.2-cü maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-181/2020 nömrəli, 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- M.Əsədli (sərlik edən və məruzəçi), R.Rəfiyev və A.Mahmudov) İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayət i təmin edilməmiş, iş üzrə Şəki Rayon məhkəməsinin 10 sentyabr 2020-ci il tаrixli, 2(075)-93/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
12. Kassasiya şikayəti belə əsaslandırılmışdır: mübahisəli torpaq sahəsi bütün ailənin mülkiyyətinə verilmişdir. İcra məmuru digər ailə üzvlərinə məxsus torpağı hərraca çıxarıb satması qanunsuzdur. Ən pis halda Nümayəndə1 məxsus hissəni sata bilərdi. Bundan əlavə torpaq sahəsi birgə nikah dövründə alınmışdı və orada həyat yoldaşının payı mövcuddur. Aradan keçən müddət ərzində torpağı daim istifadə etmişlər. Yalnız 2019-cu il tarixdə reyestr xidmətinə müraciət edəndə onlara məlum olmuşdur ki, torpaq sahəsi Cavabdeh1 adına qeydə alınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı4 və onun vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
15. İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qay dada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
16. Maddə.
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. Maddə.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
18. Maddə. 144.1. Daşınmaz əmlakın dövlət rey estri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
19. Maddə. 152.1. Mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə. 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. Maddə. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
22. Maddə. 324.2.Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
23. Maddə. 324.4 Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
24. Maddə. 329.2 Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
25. Maddə. 337.1 Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
26. Maddə. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
27. Maddə. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
28. Maddə. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
29. Maddə. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
30. Maddə. 389.2 Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.
31. Maddə. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
32. Maddə. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
33. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
34. Maddə. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündə n altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
35. Maddə 1248. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
36. Maddə. 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin ( miras passivi) toplusu daxildir.
37. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədəölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) hesab edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiklə ri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Apelyasiya Məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Məhkəmələr müəyyən etmişlər ki, Əmlak Məsələləri Dövlət Xidmətinin 08 sentyabr 2020-ci il tarixli məktubuna əlavə edilmiş 12 mart 2002-ci il tarixli sertifikat, 12 mart 2002-ci il tarixli hərrac razılaşması, 12 mart 2002-ci il tarixli kontrakt, 12 mart 2004-cü il tarixli kassa mədaxil orderi, Səbail Rayon Məhkəməsinin 11 iyun 2003-cü il tarixli qətnaməsi, 12 mart 2004-cü il tarixli hərrac protokolu və JN-112 Kod 40402037 saylı dövlət aktından məlum olmuşdur ki, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 11 iyun 2003-cü il tarixli, 2-272/2003 nömrəli qətnaməsinə əsasən Nü mayəndə1 ********* manat, X2 78000000 manat alınıb X10 Abad Rəşidə verilməsi qərara alınmışdır. Sonradan Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 11 iyun 2003-cü il tarixli, 2272/2003 nömrəli qətnaməsinin icrası ilə bağlı Şəki rayonu, Sarıca kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 13 hektar torpaq sahəsi hərrac yolu ilə Cavabdeh1 adına qeydiyyata alınmış, bununla bağlı Cavabdeh1 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-0317, KOD 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmçinin, qeyd edilən torpaq sahələri ilə bağlı, yəni Şəki rayonu, Sarıca kəndi ərazisində yerləşən 7,8508 hektar və 5,15 hektar torpaq sahələri ilə bağlı Cavabdeh1 adına ƏMDK-nin yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən 02 noyabr 2006-cı il qeydiyyat tarixdə **********88 reyestr nömrəli, ********* qeydiyyat nömrəli və **********87 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlar verilmişdir. Cavabdeh1 17 oktyabr 2009-cu il tarixdə vəfat etmiş və onun vəfatından sonra ondan miras qalmış ƏMDK-nin yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən 02 noyabr 2006-cı il qeydiyyat tarixdə verilmiş **********88 reyestr nömrəli, ********* qeydiyyat nömrəli və **********87 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu, Sarıca kəndi ərazisində yerləşən 7,8508 hektar və 5,15 hektar torpaq sahələri ilə bağlı vərəsəsi X3 adına Bakı şəhər 11 saylı Notariat Kontoru tərəfindən 15 noyabr 2019-cu il tarixli, 2V-158 reyestr nömrəli qanun üzrə vərəs əlik hüququna dair şəhadətnamə verilmişdir. Bakı şəhər 11 saylı Notariat Kontoru tərəfindən verilmiş 15 noyabr 2019-cu il tarixli, 2V-158 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə əsasında X3 adına 12 dekabr 2019-cu il qeydiyyat tarixli, **********88 reyestr nömrəli və 12 dekabr 2019-cu il qeydiyyat tarixli, **********87 reyestr nömrəli dövlət reyestrindən çıxarışlar verilmişdir.
43. Məhkəmə araşdırması zamanı da JN-0317, KOD 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı, həmin dövlət aktı əsasında MH seriyalı, ******* nömrəli və MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, 15 noyabr 2019-cu il tarixli, V-13/2011 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında 12 dekabr 2019cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərəkən qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilməmişdir. Eyni zamanda JN-0317, KOD 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının və həmin dövlət aktı əsasında verilmiş MH seriyalı, ******* nömrəli və MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, 15 noyabr 2019-cu il tarixli, V13/2011 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reye strindən çıxarışın ləğv edilməsi üçün əsaslar mövcud deyildir.
44. Göründüyü kimi, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi mərhum Nümayəndə1 məhkəmə qətnaməsi əsasında tutulmalı olan 156.000.000 manat tələbin təmin olunması üçün məhkəmə qərarı əsasında hərraca çıxarılmış və hərrac vasitəsilə cavabdehin mərhum atasına satılmışdır. Əmlakın hərraca çıxarılması məhkəmə qərarı əsasında baş tutmuşdur. Həmin qərar və eləcə də onun əsasında keçirilmiş hərracın nəticələri vaxtında mübahisələndirilməmişdir. Əmlakı hərracda satın almış mərhum Cavabdeh1 02 noyabr 2006-cı il tarixdə mülkiyyət hüququna dair Çıxarış almış və onun vəfatına qədər (17 oktyabr 2009-cu il tarixədək) həmin hallar mübahisələndirilməmiş, əmlak özəlləşəndən 13 il sonra hazırkı tələb mərhumun vərə səsinə qarşı irəli sürülmüşdür.
45. Qüvvədə olan mülki qanunvericilik və Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq normaları, o cümlədən Azərbaycan dövlətinin qoşulduğu beynəlxalq Konvensiyalar mülkiyyətin müdafiəsinə təminat verir.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir.
47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 kassasiya şikayəti təmin edilməsi n. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-181/2020 nömrəli, 04 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.