Məhkəmə qərarları › İş №2(102)-3476/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3476/2023

11.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3476/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Birinci iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Saməddin qızına, Cavabdeh6 Saməddin qızına, Cavabdeh7, X7 və Cavabdeh8 qarşı “cavabdehlərin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, onarın əşyaları ilə birlikdə mənzildən çıxarılmaları və mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair, İkinci iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin mövcud olmamasının müəyyən olunması, alğı-satqı müqavilələrinin etibarsız hes ab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatların və həmin qeydiyyatlara dair verilmiş çıxarışların qanunsuz (əsassız) hesab olunaraq, ləğv olunmaları, mənzilin iddiaçının mülkiyyətinə qaytarılması tələbinə dair birləşdirilmiş mülki iş üzrə QƏRARİ ( Açar sözlər: istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və.s) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri X8 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Birinci iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Saməddin qızına, Cavabdeh6 Saməddin qızına, Cavabdeh7, X7 və Cavabdeh8 qarşı “cavabdehlərin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, onarın əşy aları ilə birlikdə mənzildən çıxarılmaları və mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair, ikinci iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin mövcud olmamasının müəyyən olunması, alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatların və həmin qeydiyyatlara dair verilmiş çıxarışların qanunsuz (əsassız) hesab olunaraq, ləğv olunmaları, mənzilin iddiaçının mülkiyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-306/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsindən birinci iş üzrə iddiaçı, ikinci iş üzrə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 5a, 18 saylı mənzil xx.xx.2010-cu il tarixdə İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir. 2. 22 saylı DNK-nın 4Ə/69 reyestr nömrəli xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzil Cavabdeh1 satılmış və onun adına qeydiyyatdan keçmişdir. 3. 34 saylı DNK-nın 4Ə/218 reyestr nömrəli xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən göstərilən mənzil X1 və onun adına qeydiyyatdan keçmişdir. 4. 34 saylı DNK-nın 4Ə/248 reyestr nömrəli xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzil Cavabdeh1 satılmış və hazırda sonuncunun mülkiyyətindədir. İş üzr ə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində birinci iş üzrə icraat

5. Birinci iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Saməddin qızına, Cavabdeh6 Saməddin qızına, Cavabdeh7, X7 və Cavabdeh8 qarşı “cavabdehlərin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, onarın əşyaları ilə birlikdə mənzildən çıxarılmaları və mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini xx.xx.2017-ci il tarixdə notariat qaydasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən İddiaçı almış, həmin vaxtdan mənzilin mülkiyyətçisidir. Lakin Notariat Avtomatlaşdırılmış İnformasiya sistemindən çıxarış al dıqda ona məlum olmuşdur ki, mənzildə qeydiyyatda olan əvvəlki sakinlər ona məxsus olan mənzildə qeydiyyatda qalmışlar. O, mənzilində qeydiyyatda olan şəxslərin heç birini tanımır. Tanımadığı adamların mənzilində qeydiyyatda olmaları əlavə kommunal xərclərə səbəb olur, eyni zamanda, kənar şəxslərin ona məxsus olan mənzildə qeydiyyatda olması və yaşaması onun mülkiyyət hüquqlarını pozur.

7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim: K.Əsədov) 22 fevral 2021-ci il tarixli, 2(002)-56/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Saməddin qızı, Cavabdeh6 Saməddin qızı, Cavabdeh7, X9 və Cavabdeh8 ünvan 2 ünvanda yerləşən yaşayış sahəsindən çıxarılmaları, mənzilin boşaldırılaraq, Cavabdeh1 təhvil verilməsi qət edilmişdir.

8. Məhkəmə göstəri lən nəticəyə gələrkən qeyd etmişdir ki, ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi İddiaçı tərəfindən X2 hər hansı şərt müəyyən edilmədən satılmışdır. Bu baxımdan cavabdeh İddiaçı mülkiyyətində olan yaşayış sahəsini iddiaçıya satmaqla, həm onun həm də mübahisəli mənzildə qeydiyyatda olan digər şəxslərin sahiblik və istifadə hüquqlarına xitam verilmiş, müqavilə üzrə cavabdehlərin yaşayış sahəsindən istifadə qaydaları müəyyən edilməmişdir. Lakin buna baxmayaraq həm iddiaçı həm də mübahisəli mənzildə qeydiyyatda olan digər cavabdehlər həmin yaşayış sahəsindən qeydiyyatdan çıxmamış, yaşayış sahəsini könüllü olaraq tərk etməmişlər. Halbuki, mübahisəli yaşayış sahəsi iddiaçının mülkiyyətinə yüklü vəziyyətdə keçməmiş, daşınmaz əşya üzərində mülkiyyət hüququnun yüklü hala keçməsinə səbəb olan məhdud əşya hüququ ilə bağlı sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında müqavilə bağlanmamış və bu müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

9. Həmçinin nəzərə alınmalıdır ki, mübahisəli yaşayış sahəsi 13 aprel 2017-ci il tarixli, AN-İ № 031580 saylı müqaviləyə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Bu səbəbdən də, iddiaçı tərəfin müqavilənin bağlanmış hesab edilməsi barədə dəlilləri əsaslı sayıla bilməz. 10.Məhkəmə qeyd etmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşa yış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir.

11. Məhkəmə hesab etmişdir ki, iddia qism ən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Saməddin qızı, Cavabdeh6 Saməddin qızı, Cavabdeh7, X9 və Cavabdeh8 ünvan 3 ünvanında yerləşən yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmalı, mənzil iddiaçıya təhvil verilməlidir. 12.Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152.1-ci maddələrinə, “İnsan hüquqlarının və X3 Haqqında Konvensiyanın” 1 saylı protokolunun 1-ci bəndinə, Kontitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 2014-cü il 16 dekabr tarixli qərarına, Konstitusuya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikas ı Qanununun 1-ci, 5-ci və 12ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarına istinad etmişdir. b)Birinci instansiya məhkəməsində ikinci iş üzrə icraat

13. İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin mövcud olmamasının müəyyən olunması, alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatların və həmin qeydiyyatlara dair verilmiş çıxarışların qanunsuz (əsassız) hesab olunaraq, ləğv olunmaları, mənzilin iddiaçının mülkiyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə 22 saylı notariat kontorunda 4Ə-69 reyestr nömrəsi altında ünvan 2-ə dair alqı-satqı müqaviləsi bağlanmamasının, belə bir əqdin mövcud olmamasının müəyyən olunması, eləcə də, bu daşınmaz əmlak üzərində cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2017-ci il tarixli, ********** nömrəli qeydiyyatın qanunsuz (etibarsız) sayılaraq, bu qeydiyyatın və RX seriyalı ******* nömrəli çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia ərizəsi onunla əsaslandırılır ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)- 56/2021 saylı iş üzrə olan xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 Cavabdeh8 və qeyrilərinə qarşı “cavabdehlərin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, onların əşyaları ilə birlikdə mənzil dən çıxarılmaları və mənzilin iddiaçıya təhvil verilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehlərin ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılmaları, mənzilin boşaldılaraq, iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bu iş üzrə iddiaçı tərəf kimi cəlb olunmamışdır. Cavabdeh1 iddiaçıdan başqa evdə qeydiyyatda olan digər şəxslərə qarşı tələb irəli sürsə də, bu tələbi iddiaçıya qarşı verməmişdir. ünvan 2 iddiaçının mülkiyyətindədir və bu ünvan üzrə qeydiyyatdadır. Bu əmlak üzərində mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində tam payda qeydiyyata alınmışdır. Məhkəmə aktından sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 ilə iddiaçı arasında bu əmlaka dair xx.xx.2017-ci il tarixdə 22 saylı notariat kontorunda 4Ə-69 reyestr nömrəsi altında a lqı-satqı müqaviləsi bağlanmış olduğu, iddiaçının mənzili cavabdehə 40.000 manata satdığı qeyd olunmuşdur. Lakin iddiaçı cavabdehi tanımır, onunla belə bir razılaşması olmayıb və onunla hər hansı alqı-satqı müqaviləsi bağlamamışdır. İddia ərizəsinə əlavə etdiyi 43 saylı notariat ofisinin notariusu E.Qurbanovun xx.xx.2021-ci il tarixli 879 saylı məktubundan təsdiq olunur ki, Bakı şəhəri 22 saylı notariat ofisində xx.xx.2017-ci il tarixində 4Ə-69 reyestrlə daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə və onların qeydə alındığı reyestr kitabına baxış keçirilərək, İddiaçı ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi aşkar edilməmişdir. Beləliklə, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə 22 saylı notariat kontorunda 4Ə-69 reyestr nömrəsi altında ünvan 2-ə dair hər ha nsı alqı-satqı müqaviləsi bağlanmamışdır, belə bir müqavilə mövcud deyildir. Buna dair tərtib olunmuş sənəd isə saxtadır.

15. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə 22 saylı notariat kontorunda 4Ə-69 reyestr nömrəsi altında ünvan 2-ə dair alğı-satqı müqaviləsi bağlanmamasının, belə bir əqdin mövcud olmamasının müəyyən olunması, ünvan 2-ə dair olan xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, ünvan 2-ə dair həmin əqdlər üzrə cavabdehlər Cavabdeh1 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatların və həmin qeydiyyatlara dair verilmiş çıxarışlar ın qanunsuz (əsassız) hesab olunaraq, ləğv olunmaları, ünvan 2-in iddiaçının mülkiyyətinə geri qaytarılması barədə qətnamə qəbul etməsini xahiş etmişdir.

16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim: K.Əmirxanova) 30 sentyabr 2021-ci il tarixli, 2(005)- 2606/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2017- ci il tarixdə 22 saylı notariat kontorunda 4Ə-69 reyestr nömrəsi altında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi,Nizami küçəsi, ev 5a, mənzil 18-ə dair alğı-satqı müqaviləsinin mövcud olmamasınınmüəyyən olunması, ünvan 2ə dair olan xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli alğısatqı müqavilələrinin etibarsız hesab edilməsi, ünvan 2-ə dair həmin əqdlər üzrə cavabdehlər Cavabdeh1 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatlar və həmin qeydiyyatlara dair verilmiş çıxarışların ləğv edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.

17. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mülki işin araşdırılmış halları ilə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 5a, 18 saylı mənzilin xx.xx.2010-cu il tarixdə İddiaçı adına ilkin qeydiyyatdan keçməsi, 22 saylı DNK-nın 4Ə/69 reyestr nömrəli xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçməsi, 34 saylı DNK-nın 4Ə/218 reyestr nömrəli xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçməsi, 34 saylı DNK-nın 4Ə/248 reyestr nömrəli xx.xx.20170-ci il tarixli alğı-satqı müqa viləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçməsi və hazırda mülkiyyətində olması, 22 saylı DNK-nın 4Ə/69 reyestr nömrəli xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin notariat ofisində qeydə alınmadığını və müvafiq olaraq reyestr kitabında aşkar edilmədiyi müəyyən edilmişdir.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cin ayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur.

19. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının mənzilinin cavabdehin və digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinin əsası ən əvvəl xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi olmuşdur ki, həmin müqavilə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən müqavilələrə aiddir, lakin məhkəmə araşdırılması zamanı belə qeydiyyat aşkar edilmədi. Dövlət reyestrində qeydiyyatdan keçməyən daşınmaz əmlakın alğı-satqısı barədə müqavilənin hüquqi qüvvəsi olmadığından, onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiy yatların da hüquqi qüvvəsi ola bilməz, həmin qeydiyyatlar və onlara dair verilmiş çıxarışlar da qanuni hesab edilə bilməz. Qeyd edilənlərə əsaslanaraq, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2017- ci il tarixdə 22 saylı notariat kontorunda 4Ə-69 reyestr nömrəsi altında ünvan 2-ə dair alqı-satqı müqaviləsinin mövcud olmamasının müəyyən olunmalı, ünvan 2-ə dair olan xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilməli, ünvan 2-ə dair həmin əqdlər üzrə cavabdehlər Cavabdeh1 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatlar və həmin qeydiyyatlara dair verilmiş çıxarışlar ləğv olunmalıdır.

20. Mübahisəli mənzilin iddiaçının mülkiyyətinə geri qaytarılması barədə idd ia tələbini məhkəmə qeyri müəyyən hesab etmiş və onun təmin edilməsini mümkün hesab etməmişdir, çünki mülkiyyət hüququnun qeydə alınması daşınmaz əmlakın dövlət reyestrinə məxsus olan səlahiyyətdir.

21. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.1, 646.1, 648.1, 139.1, 152, 178, 82.4-cü maddələri, Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2022-ci il tarixli, 2(103)2429/2022 saylı qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir.

23. Birinci iş üzrə Cavabdeh8 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(002)-56/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, iş üzrə Bak ı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(002)- 56/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh və onun ailə üzvləri olan digər cavabdehlər yaşadıqları mənzilin nə iddiaçıya nə də hər hansı şəxsə özgəninləşdirilməsi ilə bağlı razılıq ərizəsi yazmamışdır, o cümlədən bu özgəninkiləşdirmə zamanı mənzil hüququndan istifadə etməmişdir.

25. İkinci iş üzrə Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(005)-2606/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(005)2606/2021 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmi şdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim iddianı icraata götürdükdə AR MPM-in 149-150-cimaddələrinin tələbini pozaraq iddiaçının adı keçən mənzilə mülkiyyət hüququnu təsdiq edən çıxarışın əslinin və ya notarial qaydada təstiqlənmiş surəti olmadığını bilə-bilə icraata götürmüşdür. İddiaçı iddia edir ki, alğı-satqı olmayıb. Belə olan halda mənzilə aid çıxarışın əslini məhkəməyə təqdim edə bilərdi. Mülkiyyət hüququnu təstiq edən sənəd çıxarış yoxdur.

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/330 saylı ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş, İddiaçı adından olan xx.xx.2017-ci il tarixli, AZ-İ 031580 nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsinin sonunda “Satan” hissəsindəki imza - İddiaçı tə rəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-306/2023 nömrəli iş üzrə 24 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), F.V.Abdıyev və F.H.Qasımov) ikinci iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(005)- 2606/2021 saylı qətnaməsi mübahisələndirilən-iddianın qismən təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə təmin edilərək İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə 22 saylı notariat kontorunda 4Ə-69 reyestr nömrəsi altında ünvan 2-ə dair alqı-satqı müqaviləsinin mövcud olmaması müəyyən ol unmuş, ünvan 2-ə dair olan xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli alğı-satqı müqavilələri etibarsız hesab edilmiş, ünvan 2-ə dair həmin əqdlər üzrə cavabdehlər Cavabdeh1 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatlar və həmin qeydiyyatlara dair verilmiş çıxarışlar ləğv edilmiş, birinci iş üzrə Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(002)56/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı ilk öncə qeyd etmişdir ki, ikinci iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi iddianı qismən təmin edərkən Mülki Məcəllənin 339. 1-ci maddəsinə istinad etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.

30. Buna görə də kollegiya hesab etmişdir ki, ikinci iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(005)-2606/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir.

31. İkinci iş üzrə İddiaçı məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə 22 saylı notariat kontorunda 4Ə-69 reyestr nömrəsi altında ünvan 2ə dair alğı-satqı müqaviləsi bağlanmamasının, belə bir əqdin mövcud olmamasının müəyyən olunması, ünvan 2-ə dair olan xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, ünvan 2-ə dair həmin əqdlər üzrə cavabdehlər Cavabdeh1 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatların və həmin qeydiyyatlara dair verilmiş çıxarışların qanunsuz (əsassız) hesab olunaraq, ləğv olunmalarını xahiş etmişdir.

32. Kollegiya qeyd etmişdir ki, mübahisə xx.xx.2017-ci il tarixli, 22 saylı notariat kontorunda 4Ə69 reyestr nömrəsi altında ünvan 2-ə dair alğı-satqı müqaviləsi ilə bağlı yarandığından və müqavilənin etibarlılığı işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etdiyindən, ilk öncə qeyd olunan hala hüquqi qiymət verilməsi zəruridir.

33. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən 15 aprel 2021-ci il ta rixli, 879 saylı müraciətə cavab məktubundan müəyyən olunur ki, Bakı şəhəri 22 saylı notariat ofisində xx.xx.2017-ci il tarixdə 4Ə-69 saylı reyestrlə daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə və onların qeydı alındığı reyestr kitabına baxış keçirərək İddiaçı ilə Cavabdeh1 arasında alğı-satqı müqaviləsi aşkar edilməmişdir.

34. Digər tərəfdən məhkəmə kollegiyasının 01 fevral 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilərək ekspert rəyi alınmışdır.

35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/330 saylı ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş, İddiaçı adından olan xx.xx.2017-ci il tarixli, AZ-İ 031580 nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsinin sonunda “Satan” h issəsindəki imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

36. Kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.

37. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şə həri 34 saylı Notariat Ofisi tərəfindən 21 iyun 2021-ci il tarixli, 52/2021 saylı müraciətə cavab məktubundan müəyyən olunur ki, satıcı X9 ilə alıcı Cavabdeh1 arasında 08 avqust 2017-ci il tarixdə, 4Ə-248 nömrə ilə qeydə alınmış alğı-satqı müqaviləsinə dair məlumatlar elektron notariat informasiya sistemində, həmçinin Bakı şəhəri 34 saylı Notariat Ofisinin jurnallarında aşkar edilməmişdir.

38. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 34 saylı Notariat Ofisi tərəfindən 02 avqust 2021-ci il tarixli, 63/2021 saylı müraciətə cavab məktubundan müəyyən olunur ki, satıcı Cavabdeh1 ilə alıcı X9 arasında 06 iyul 2017-ci il tarixdə, 4Ə-218 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinə dair məlumatlar elektron notariat informasiya sistemində, həmçinin Bakı şəhəri 34 sayl ı Notariat Ofisinin jurnallarında aşkar edilməmişdir.

39. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, mülki qanunvericiliyə görə əqd mülki hüquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və muqavilə şəklində (ikitərəfli və ya coxtərəfli) ola bilər.

40. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

41. Kollegiya qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilm əməsi əqdlərin etibarsızlığına səbəb olur.

42. İşin araşdırlmış hallarından da göründüyü kimi, mübahisələndirilən 22 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixli, 4Ə-69 reyestr nömrəsi altında ünvan 2-ə dair alğı-satqı müqaviləsində “Satan” hissəsindəki imza-İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

43. Həmçinin Bakı şəhəri 22 saylı notariat ofisində xx.xx.2017-ci il tarixində 4Ə-69 saylı reyestrlə daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair X4 ilə Cavabdeh1 arasında alğısatqı müqaviləsi aşkar edilməmişdir.

44. Kollegiya qeyd etmişdir ki, mübahisələndirilən əqd üzrə “tərəf olan” İddiaçı iradə ifadəsi mövcud olmamış, ümumiyyətlə isə Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixində 4Ə-69 saylı reyestrlə daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair notar iat işinin qeydiyyatı aparılmamış, notariat işi mövcud deyildir. Buna görə də, kollegiya hesab edir ki, müqavilə əhəmiyyətsiz əqd olmaqla etibarsızdır.

45. Belə ki, Cavabdeh1 ilə İddiaçı arasında, Cavabdeh1 ilə X9 arasında, həmçinin X9 ilə Cavabdeh1 arasında bağlanmış daşınmaz əmlakın alğı-satqısına dair müqavilələrin mövcudluğu elektron notariat informasiya sistemində və müvafiq Notariat Ofislərinin jurnallarında aşkar edilməmiş, heç bir yerdə rəsmi qeydiyyata alınmamışdır.

46. Qeyd olunanları ümumiləşdirərək, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, ikinci iş üzrə mənzilin Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinin əsası ən əvvəl xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi olmuşdur ki, həmin müqavilə iddiaçı tərəfindən imzalanmamış, notariat qay dasında təsdiq edilməli olan və notariatla bağlı reyestrlərdə qeydə alınması tələb edilən müqavilələrə aid olmaqla, həmin tələblərə əməl edilməsi halları müəyyən olunmamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, həmin alğı-satqı barədə müqavilə əhəmiyyətsiz əqd olmaqla, etibarsız olduğundan, onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların da hüquqi qüvvəsi ola bilməz, həmin qeydiyyatlar və onlara dair verilmiş çıxarışlar da qanuni hesab edilə bilməz.

47. Buna görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə 22 saylı notariat kontorunda 4Ə-69 reyestr nömrəsi altında ünvan 2-ə dair alğı-satqı müqaviləsinin mövcud olmaması müəyyən olunmalı, ünvan 2-ə dair olan xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli alğı-satqı müqavilələri etibarsız hesab edilməli, ünvan 2-ə dair həmin əqdlər üzrə cavabdehlər Cavabdeh1 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatlar və həmin qeydiyyatlara dair verilmiş çıxarışlar ləğv olunmalıdır.

48. Birinci işlə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında mübahisənin mahiyyəti ondan ibarətdir ki, birinci iş üzrə iddiaçı Cavabdeh1 iddia edir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini xx.xx.2017-ci il tarixdə notariat qaydasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən İddiaçı almış, həmin vaxtdan mənzilin mülkiyyətçisidir, buna görə də cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Saməddin qızı və qeyrilərinin mənzilə istifadə hüququna xitam verilməsini, onların həmin mə nzildən çıxarılmasını və mənzilin iddiaçıya təhvil verilməsini xahiş etmişdir.

49. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ-aktlarda müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

50. Qeyd olunanlara əsasən (ikinci iş üzrə məhkəmənin gəldiyi nəticə) məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırki halda iddiaçı subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. Yəni Cavabdeh1 Bakı şəhəri, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 5A saylı evin, 18 saylı mənzili ilə bağlı cavabdehlərə qarşı iddia irəli sürməsi üçün subyektiv hüququ yaranmamışdır.

51. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 139.1, 139.3, 139-1.1, 139-1.1.3 146.1, 146.2, 152, 178.1, 337.1, 337.2, 337.3, 646.1, 648.1-ci maddələrinə, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

52. Cavabdeh1 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-ci il tarixli,2(103)-306/2023 saylı qətnaməsinin tamamilə ləğv edilib, iş materiallarının yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

53. Şikayətdə qeyd olunmuşdur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq ed ilməməsi ilə qəbul edildiyindən ləğv edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş notariat sənədindən də aydın olur ki, ünvan 2 ünvanda yerləşən mənzili qarşılıqlı razılaşma əsasında İddiaçı Cavabdeh1 satmışdır. Bu razılaşma əsasında tərəflər arasında xx.xx.2017-ci il tarixdə 22 saylı notariat kontorunda AN-1№031580 saylı 4Ə-69 reyestr nömrəsi altında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsi əsasında mənzil daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 mülkiyyətinə keçmişdir. İş materiallarında olan sənədlərdən və işin faktiki hallarından görünür ki, görünür ki, ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi alqı-satqımüqaviləsi əsasında alıcı tərəfdən razılaşdırılmış 40000 manat ödənilərək mülkiyyət hüququ əldə edilmişdir və Əmlak Məsələləri Dö vlət Komitəsi yanındaDaşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, yuxarıda qeyd olunan ünvanda yerləşən mənzil Cavabdeh1 adına xx.xx.2017-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Əgər iddiaçı həmin mənzili Cavabdeh1 satmamış olsaydı indiyədək susmazdı. İddiaçı bir müddət Cavabdeh1 mənzildən istifadə etməməyindən sui istifadə edərək mənzili qanunsuz hazırkı iş üzrə şəxslərə satmışdır və mənim xəbərim olmadan qanunsuz mənzilə qeydiyyata aldırmışdır. Məhkəmə tərəfindən işdəki sənədlərə işin faktiki hallarına uyğun düzgün hüquqi qiymət verilməmiş, həmin sənədləri mötəbər sübut kimi qəbul edilmişdir. Belə ki, Nərimanov rayon Məhkəməsinin xx.xx.2 021-ci il tarixli 2(005)-2606/2021 saylı iş üzrə iddiaçının adı keçən mənzilə mülkiyyət hüququnu təsdiq edən çıxarışın əslinin və ya notarial qaydada təsdiqlənməmiş surəti sübut kimi qiymətləndirlə bilməz. Bundan başqa 1-ci instansiya məhkəməsində AR MPM-nin 149-151cimaddəsində qeyd olunan qanunvericilkdə nəzərdə tutulmuş qaydaya riayət edilmədən verilmiş iddia ərizəsini icraata qəbul etmişdir ki, Apellyasiya Məhkəməsində də bu araşdırılmamışdır və məhkəmə buna hüquqi qiymət verməmişdir. Lakin məhkəmə iddiaçının təqdim etdiyi sübutları mötəbər sayıb qəbul etsə də, Cavabdeh1 tərəfindən təqdim olunmuş sübutları mötəbər saymamış, tərəflərin bərabərliyini pozaraq iddiaçının təqdim etdiyi sübutları Cavabdeh1 təqdim etdiyim sübutlardan üstün tutmuşdur. Məhkəmə Cavabdeh1 tərəfimdən təqdim edilmiş sənədləri sübut kimi qəbul edib tədqiq etməmişdir. Hətta məhkəmə Cavabdeh1 həmin mənzilin alınması üçün verdiyi 40000 manata münasibət bildirməmişdir.

54. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə, “Notariat haqqında” Qanunun 46-cı, Mülki Məcəllənin 646, 648-ci, Mülki Prosessual Məcəllənin 88, 217, 80, 217, 4, 6, 416, 417 və 418-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

55. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllə

56. Maddə 139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

57. Maddə 139.3.Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

58. Maddə 139-1.1.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -139-1.1.3.Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;

59. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

60. Maddə 146.2.Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

61. Maddə 152.1-152.4. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İsti fadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

62. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

63. Maddə Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd lər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

64. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

65. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

66. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

67. Maddə 339.1 Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Mə cəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

68. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

69. Maddə 648.1.Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

70. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

71. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

72. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

73. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

74. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

75. Maddə 407.2. Kassasiya şikayə tində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

76. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

77. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş m ateriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

78. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qət naməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

80. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

81. Kassasiya şikayətində göstərilənin əksinə, məhkəmələr tərəfindən Cavabdeh1 həmin mənzilin alınması üçün 40000 manat verdiyi müəyyən olunmamışdır.

82. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tə rəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

83. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

84. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2023-cü il tarixli 2(103)306/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar