Məhkəmə qərarları › İş №2(102)-3477/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3477/2024

06.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3477/2024 06.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının idiaçı İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: Məhdud əşya hüquqları ilə bağlı tələblər, saxlanc, saxlanca qoyulmuş qızıl-zinət əşyalarının dəyəri ilə borcun əvəzləşdirilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdan ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X1rşı ( ləğv prosesində olan Cavabdeh1 ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «saxlanca qoyul muş qızıl-zinət əşyalarının açıq hərracda satılması və kredit borcuna yönəldilməsi» tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2210/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsindən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2009-cu il tarixli təhvil-təslim aktına əsasən AC 30070681 saylı bağlama vasitəsi ilə 23 ədəd üzük (PL-BR); 97003 (3.99 gr) 2 ədəd; 97004 (4.31 gr); 97111 (6.97 gr); 97111 (10.01 gr); 97203 (4.38 gr); 97283 (4.91 gr). 97283 (5.04 gr); 97285 (3.60 gr); 97285 (3.08 gr); 97285 (3.17 gr); 97285 (3.51 gr); 97004 (4.17 gr); 97283 (3.79 gr); 97004 (4.12 gr); 97283 (3.68 gr); 97283 (4.46 gr); 97283 (4.79 gr); 97004 (4.02 gr); 97004 (4.27 gr); 97004 (4.11 gr): 15765 (7.78 gr); 15767 (7.41 gr) “Azəriqazbank” X4 saxlanc kimi təhvil verilmişdir. 2. xx.xx.2009-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20076929 saylı bağlama ilə 750 əyarlı, 4 brilyant daşlı və 5.870 gr çəkili bir cüt sırğa, bir ədəd 2.17 karat brilyant daş və bir ədəd 1.18 karat brilyant daş “Azəriqazbank” X4 saxlanc kimi təhvil verilmişdir. 3. xx.xx.2009-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20179047 saylı bağlama ilə 750 əyarlı, 9 brilyant daşlı və 17.4 gr çəkili bir ədəd üzük “Azəriqazbank” X4 saxlanc kimi təhvil verilmişdir. 4. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən bağlama ilə 6 ədəd gümüş badə, bir dəst (6 predmet) gümüş qaşıq “Azəriqazbank” X4 saxlanc kimi təhvil verilmişdir. 5. xx.xx.2010-cu il tarixli təhvil-təs lim aktına əsasən 5 saylı bağlama ilə 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), 1 ədəd gümüş servis, kodu 33072 (22 predmet) “Azəriqazbank” X4 saxlanc kimi təhvil verilmişdir. 6. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən bağlama ilə 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), gümüş kodu 33012 6 dəst “Azəriqazbank” X4 saxlanc kimi təhvil verilmişdir. 7. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 30061877 saylı bağlama ilə 750 əyarlı, 45 brilyant daşlı və 17.5 gr çəkili bir ədəd üzük “Azəriqazbank” X4 saxlanc kimi təhvil verilmişdir. 8. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20062071 saylı bağlama ilə 750 əyarlı, 100 brilyant daşlı və 8.8 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyarlı, 450 brilyant daşlı və 30.4 gr brilyant daşlı sırqa “Azə riqazbank” X4 saxlanc kimi təhvil verilmişdir. 9. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20179038 saylı bağlama ilə 750 əyarlı, 1 brilyant daşlı və 5.5 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyarlı, 56 brilyant daşlı və 10.8 gr brilyant daşlı sırqa və bir ədəd 0.2 karat brilyant daş “Azəriqazbank” X4 saxlanc kimi təhvil verilmişdir. 10. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20179024 saylı bağlama ilə 750 əyarlı, 116 brilyant daşlı və 18.3 gr çəkili bir ədəd kulon “Azəriqazbank” X4 saxlanc kimi təhvil verilmişdir. 11. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20165777 saylı bağlama ilə 750 əyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa və 0.2 karat brilyant daş “Azəriqazb ank” X4 saxlanc kimi təhvil verilmişdir. 12. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20165774 saylı bağlama ilə 750 əyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük, cüt 750 əyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa “Azəriqazbank” X4 saxlanc kimi təhvil verilmişdir. 13. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20175410 saylı bağlama ilə 750 əyarlı, 420 brilyant daşlı və 39.7 gr çəkili bir ədəd üzük sırqa dəsti “Azəriqazbank” X4 saxlanc kimi təhvil verilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 ASC arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, həmin qərardadın nəticə hissəsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)- 751/2016 saylı qərardadı ilə dəyişdirilərək, cavabdeh İddiaçı Binəqədi Rayon məhkəməsinin 5 mart 2015-ci il tarixli, 2(001)-1488/2015 saylı qətnaməsi üzrə 14 yanvar 2010-cu il tarixli K-4605 saylı kredit müqaviləsi üzrə 25 iyul 2014-cü il tarixinə olan 79819 ABŞ dolları əsas borc, 79508,75 ABŞ dolları faiz borcu, 10822 ABŞ dolları artırılmış borcu-cərimə olmaqla, ümumi 170149,75 ABŞ dolları məbləğində borcun, 26 yanvar 2010-cu il tarixli K-4622 saylı kredit müqaviləsi üzrə 25 iyul 2014-cü il tarixinə olan 482,43 ABŞ dolları əsas borc, 3648,27 ABŞ dolları faiz borcu, 416 ABŞ dolları artırılmış faiz borcu cərimə olmaqla, ümumi 4546.7 ABŞ dolları məbləğində borcun, 13 aprel 2010-cu il tarixli K-4685 saylı kredit müqaviləsi üzrə 5 aprel 2013-cü il tarixinə olan 4627,45 ABŞ dolları faiz borcu, 665 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumi 5292.45 ABŞ dolları məbləğində borc, 219 ABŞ dolları məbləğində kredit üzrə komissiya ödənişi, cəmi 179988,9 ABŞ dolları məbləğində tutulması qət olunmuş borc üzrə əsas borc hissəsini 26 noyabr 2019-cu ilə kimi icra edəcəyinə dair öhdəlik götürmüşdür.

15. İddiaçı xx.xx.2022-ci il tarixdə ölmüşdür və onun hüquqi varisi əri - X10 miras payını xx.xx.2022-ci il tarixdə tam olaraq qəbul etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı cavabdehlər Cavabdeh1 ASC (ləğv prosesindədir) və Əmanətlərin Sığortalanması Fonduna qarşı «saxlanca qoyulmuş qızıl-zinət əşyalarının açıq hərracda satılması və 179988.9 ABŞ dolları məbləğində kredit borcuna yönəldilməsi» tələbinə dair idd ia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il tarixli təhvil-təslim aktına əsasən AC 30070681 saylı bağlama vasitəsi ilə 23 ədəd üzük (PL-BR); 97003 (3.99 gr) 2 ədəd; 97004 (4.31 gr); 97111 (6.97 gr); 97111 (10.01 gr); 97203 (4.38 gr); 97283 (4.91 gr). 97283 (5.04 gr); 97285 (3.60 gr); 97285 (3.08 gr); 97285 (3.17 gr); 97285 (3.51 gr); 97004 (4.17 gr); 97283 (3.79 gr); 97004 (4.12 gr); 97283 (3.68 gr); 97283 (4.46 gr); 97283 (4.79 gr); 97004 (4.02 gr); 97004 (4.27 gr); 97004 (4.11 gr): 15765 (7.78 gr); 15767 (7.41 gr); xx.xx.2009-cu il tarixli AC 20076929 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 4 brilyant daşlı və 5.870 gr çəkili bir cüt sırğa, bir ədəd 2.17 karat brilyant daş və bir ədəd 1.18 karat brilyant daş, xx.xx.2009-cu il tarixli AC 20179047 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 9 brilyant daşlı və 17.4 gr çəkili bir ədəd üzük, xx.xx.2010-cu il tarixli bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş badə, bir dəst (6 predmet) gümüş qaşıq, xx.xx.2010-cu il tarixli 5 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), 1 ədəd gümüş servis, kodu 33072 (22 predmet), xx.xx.2010-cu il tarixli bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), gümüş kodu 33012 6 dəst, xx.xx.2010-cu il tarixli AC 30061877 saylı bağlama ilə banka təhvil verilmiş təhviltəslim aktına əsasən 750 əyarlı, 45 brilyant daşlı və 17.5 gr çəkili bir ədəd üzü k, xx.xx.2010-cu il tarixli AC 20062071 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 100 brilyant daşlı və 8.8 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyarlı, 450 brilyant daşlı və 30.4 gr brilyant daşlı sırqa, xx.xx.2010-cu il tarixli AC 20179038 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 1 brilyant daşlı və 5.5 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyarlı, 56 brilyant daşlı və 10.8 gr brilyant daşlı sırqa və bir ədəd 0.2 karat brilyant daş, xx.xx.2010-cu il tarixli AC 20179024 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 116 brilyant daşlı və 18.3 gr çəkili bir ədəd kloun, xx.xx.2010- cu il tarixli AC 20165777 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əya rlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa və 0.2 karat brilyant daş, xx.xx.2010-cu il tarixli AC 20165774 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük, cüt 750 əyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa, xx.xx.2010-cu il tarixli AC 20175410 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 420 brilyant daşlı və 39.7 gr çəkili bir ədəd üzük sırqa dəsti kimi banka saxlanca qoyulmuş qızıl-zinət əşyalarının (bankdan) cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2009-2010-cu illərdə aktiv qızıl ticarəti il ə məşğul olduğundan, o vaxtlar “Azəriqazbank" X8, hazırkı ləğvetmə prosesində olan “AGBank'’ ASC ilə işgüzar əlaqədə olmuşlar. Bunun bariz nümunəsidir ki, İddiaçı müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə bankdan kredit götürmüş və ən qısa zamanda onları geri qaytarmışdır. Daha sonra iddiaçı ölkədə qızıl bazarının zəifləməsi nəticəsində əlində olan qızıl-zinət əşyalarını çoxdan etibar etdiyi Cavabdeh1 ASC-yə saxlanca qoymağa qərar vermişdir. Bunun nəticəsində xx.xx.2009-cu il tarixli təhvil-təslim aktına əsasən AC 30070681 saylı bağlama vasitəsi ilə 23 ədəd üzük (PL-BR); 97003 (3.99 gr) 2 ədəd; 97004 (4.31 gr); 97111 (6.97 gr); 97111 (10.01 gr); 97203 (4.38 gr); 97283 (4.91 gr). 97283 (5.04 gr); 97285 (3.60 gr); 97285 (3.08 gr); 97285 (3.17 gr); 97285 (3.51 gr); 97004 (4.17 gr); 97283 (3.79 gr); 97004 (4.12 gr); 97283 (3.68 gr); 97283 (4.46 gr); 97283 (4.79 gr); 97004 (4.02 gr); 97004 (4.27 gr); 97004 (4.11 gr): 15765 (7.78 gr); 15767 (7.41 gr); xx.xx.2009-cu il tarixli AC 20076929 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 4 brilyant daşlı və 5.870 gr çəkili bir cüt sırğa, bir ədəd 2.17 karat brilyant daş və bir ədəd 1.18 karat brilyant daş, xx.xx.2009-cu il tarixli AC 20179047 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 9 brilyant daşlı və 17.4 gr çəkili bir ədəd üzük, xx.xx.2010-cu il tarixli bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş badə, bir dəst (6 predmet) gümüş qaşıq, xx.xx.2010-cu il tarixli 5 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), 1 ədəd gümüş servis, kodu 33072 (22 predmet), xx.xx.2010-cu il tarixli bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), gümüş kodu 33012 6 dəst, xx.xx.2010-cu il tarixli AC 30061877 saylı bağlama ilə banka təhvil verilmiş təhviltəslim aktına əsasən 750 əyarlı, 45 brilyant daşlı və 17.5 gr çəkili bir ədəd üzük, xx.xx.2010-cu il tarixli AC 20062071 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 100 brilyant daşlı və 8.8 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyarlı, 450 brilyant daşlı və 30.4 gr brilyant daşlı sırqa, xx.xx.2010-cu il tarixli AC 20179038 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 1 brilyant daşlı və 5.5 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyarlı, 56 brilyant daşlı və 10.8 gr brilyant daşlı sırqa və bir ədəd 0.2 karat brilyant daş, xx.xx.2010-cu il tarixli AC 20179024 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 116 brilyant daşlı və 18.3 gr çəkili bir ədəd kloun, xx.xx.2010-cu il tarixli AC 20165777 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa və 0.2 karat brilyant daş, xx.xx.2010-cu il tarixli AC 20165774 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük, cüt 750 əyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa, xx.xx.2010- cu il tarixli AC 20175410 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 420 brilyant daşlı və 39.7 gr çəkili bir ədəd üzük sırqa dəsti kimi dəyərli qızıl-zinət əşyalarını banka saxlanca qoymuşdur. Lakin bir müddətdən sonra iddiaçı bankın saxlancında olan qızılzinət əşyalarını geri istədikdə bank əməkdaşları tərəfindən heç bir əsas və ya akt olmadan, o əşyaların iddiaçıya geri qaytardıqlarını, bəzən isə həmin əşyalarının bankda hansı səbəbdənsə yoxa çıxdığını deyərək, əşyaları mülkiyyətçiyə qaytarmaqdan boyun qaçırmışlar. Bundan sonra hazırda ləğvetmə prosesində olan Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna məktubla müraciət edilmişdir.

18. İddiaçı vəfat etdiyinə görə hüquqi varisi X10 ilə əvəz edilmişdir.

19. Eyni zamanda iddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizə əsasında cavabdehlər Cavabdeh1 ASC (Ləğv prosesindədir) və Əmanətlərin Sığortalanması Fondu əsl cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmiş, LPO Cavabdeh1 ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

20. İddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ekspertə təqdim olunmuş iddiaçıya məxsus AC 20596280 nömrəli paket üzrə 5 ədəd şəffaf qaşları olan (4,11 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,01 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,26 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 9 ədəd şəffaf qaşları olan (3,99 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (3,51 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (6,97 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (10,00 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AC 20596279 nömrəli paket üzrə 5 ədəd şəffaf qaşları olan (4,12 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,30 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dör dkünc cilalı, şəffaf qaşları olan (3,16 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,68 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,38 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,79 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,47 Brilyant), 950 əyar halqa formalı, şəffaf qaşları olan (4,16 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,08 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,15 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,60 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,79 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (5,04 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,90 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AA ******* nömrəli paket üzrə 2 ədəd dairəvi cilalı və 2 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (5,87 Brilyant), 750 əyar sarı rəngli bir cüt sırğa (Qızıl 750), 406 şəffaf, 5 ədəd ayparaya bənzər mavi rəngli və açıq göy rəngli daşlar qaşları (39.50 Brilyant), 750 əyar olan bir dəst sırğa cütü-üzük dəsti (Qızıl 750), 1 ədəd tünd narıncı rəngli, kənarlarında 20 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (7,76 Brilyant), 750 əyar 1 ədəd üzük (Qızıl 750), Mərkəzdə 1 ədəd narıncı rəngli, kənarlarında 24 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (7,42 Brilyant), 750 əyar 18 k damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750), Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü, damla formalı kənarlarında nisbətən kiçik ölçülü 18 ədəd dördkünc cilalı və 105 ədəd dairəvi cilalı şəffaf qaşları olan (8,76 Brilyant), 750 əyar sarı rənglı 1 ədəd üzük (Qızıl 750), 36 rəngli rəngsiz şəffaf qaşlar və çəhrayı rəngli dördkünc cilalı qaşları olan (18.19 Brilyant), 750 əyar asılqan hissəsi ndə k18WG damğası olan 1 ədəd kulon (Qızıl 750), AC 20825153 nömrəli paket üzrə Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü, kənarları boyunca 8 ədəd nisbətən kiçik ölçülü şəffaf qaşları olan (19,53 Brilyant), 750 əyar üzərində Б750 damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750), AC 20825342 nömrəli paket üzrə Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü damla formalı, kənarlarında nisbətən kiçik ölçülü 18 ədəd dördkünc cilalı və 105 ədəd dairəvi cilalı şəffaf qaşları olan (9,22 Brilyant), 750 əyar üzərində 18k damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750) Ekspert tərəfindən 64520 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyalarının iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən cavabdehə saxlanc və girov müqavilələri əsasında təhvil verilmiş, lakin bank tərəfindən ekspertə və ya məhkəm əyə təqdim edilməyən ekspert tərəfindən 535140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş məmulatlarının dəyərindən iddiaçının bankdan götürdüyü kredit müqaviləsinə əsasən tərəflər arasında bağlanmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə təsdiq edilmiş 179988.9 ABŞ dolları (ABŞ dollarının Azərbaycan manatına nisbəti 305981.13) miqdarında yaranmış borcunun bu hissədə əvəzləşdirilərək, yerdə qalan 229158.87 AZN manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

21. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir.

22. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirmişdir ki, 2013-cü ildən 2016-cı ilin aprel ayı na kimi "xxxx" ASC-nin Problemli kreditlər şöbəsində baş direktor vəzifəsində işləmişdir. 2013-cü ildən Lalə xanımı tanıyır. Qızıl və zinət əşyaları banka girov qoyub, əvəzində pul götürürdü. 2013-cü ildə Lalə xanımı banka dəvət etmişlər və köhnə aktlarda qeyd olunan bir neçə zinət əşyaları orada aşkar olunmamışdır. 2016-cı ildə isə yerdə qalan zinət əşyalarını bankın kassasına vermişlər. 2017-ci ildə Lalə xanıma 1 ədəd üzük və 1 ədəd sırğa verildi. Üzüyü daha sonra yenidən banka qaytardı, amma sırğanı isə satmışdır. 2020-ci ildə "xxxx" ASC-dəki vəzifəsindən ayrılmışdır.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/3213 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, zərgərlik məmulatlarından cədvəl 1 üzrə qeyd edilmi ş AC20596280 nömrəli seyf paketdə olan məmulatlardan sıra nömrələri 1-7 olanlar 950 əyarlı platindən hazırlanmışdır. Onlardan sıra nömrələri 6 və 7 olanların üzərlərində 583/585 əyarlı qızıldan hazırlanmış hissələr vardır. Məmulatların üzərlərində olan qaşlar qiymətli qaşlara aiddir – brilyantdır. AC20596279 nömrəli seyf paketdə olan məmulatlardan sıra nömrələri 1-7 olanlar 950 əyarlı platindən hazırlanmışdır. Məmulatların üzərlərində olan qaşlar qiymətli qaşlara aiddir - brilyantdır. AC20596278 nömrəli seyf paketdə olan məmulatlardan sıra nömrələri 1-7 olanlar 950 əyarlı platindən hazırlanmışdır. Məmulatların üzərlərində olan qaşlar qiymətli qaşlara aiddir - brilyantdır. AA2185409 nömrəli seyf paketdə olan məmulatlardan sıra nömrələri 1-6 olanlar 750 əyarlı qızıldan hazırlanmışdır. Məmula tların üzərlərində olan rəngsiz, şəffaf qaşlar qiymətli qaşlara aiddir - brilyantdır. Onlardan sıra nömrəsi 2 və 6 olanların üzərində firuzə və korund qrup qaşlar vardır. AC20825153 nömrəli seyf paketdə olan məmulat 750 əyarlı qızıldan hazırlanmışdır. Məmulatın üzərlərində olan rəngsiz, şəffaf qaşlar qiymətli qaşlara aiddir - brilyantdır. AC20825342 nömrəli seyf paketdə olan məmulat 750 əyarlı qızıldan hazırlanmışdır. Məmulatın üzərlərində olan rəngsiz, şəffaf qaşlar qiymətli qaşlara aiddir - brilyantdır. Təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşlarının təbiəti, damğası, adları və s.) Cədvəl 1-də göstərilmişdir. Ekspert tədqiqatlarının dəyəri 100 manat təşkil etmişdir.

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3989 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən qızıl-zinət əşyalarının hal-hazırda likvid orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 58360,80 müəyyən olunur. Həmin qızıl-zinət əşyalarının əyarı, kütləsi, kefiyyət göstəriciləri və qiymətləri ayrı-ayrılıqda rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspert tədqiqatlarının dəyəri 100 manat təşkil etmişdir. 25. “X9” MMC-nin xx.xx.2023-cü il tarixli, 018/23 nömrəli Qiymətləndirmə hesabatından görünür ki, Bank tərəfindən təqdim olunmuş bağlamalardan çıxan qızıl-zinət əşyalarının hazırki dövrə olan likvid qiyməti 64520 AZN, iş üzrə təqdim edilmiş saxlanc və girov müqavilələri əsasında tərtib edilmiş təhvil-təslim aktlarında olan qızıl-zinət əşyaları və gümüş məmulatlarının hazırki dövrə o lan likvid qiyməti 535140 AZN təşkil edir. Bank tərəfindən təqdim olunan AC 20596280 nömrəli, AC 20596279 nömrəli və AC 20596278 nömrəli bağlama birkaları iş üzrə təqdim edilmiş analoji bağlama birkaları ilə uyğundur. Bank tərəfindən təqdim edilən digər bağlama birkaları (AA ******* nömrəli, AC 20825153 nömrəli və AC 20825342 nömrəli) iş üzrə təqdim edilən materiallar arasında müəyyən edilmədi. Bank tərəfindən təqdim edilmiş bağlamalardan çıxan qızıl-zinət əşyaları orijinaldır. Bank tərəfindən təqdim olunmuş AC 20596280 nömrəli, AC 20596279 nömrəli və AC 20596278 nömrəli bağlamalardan çıxan qızıl-zinət əşyaları iş üzrə təqdim edilmiş saxlanc və girov müqavilələri əsasında tərtib edilmiş təhvil-təslim aktlarında olan analoji qızıl-zinət əşyaları ilə eynidir. Bank tərəfindən təqdim edilən digər bağlama birkaları (AA ******* nömrəli, AC 20825153 nömrəli və AC 20825342 nömrəli) iş üzrə təqdim edilən materiallar arasında olmadığından həmin bağlamalarda olan qızıl-zinət əşyalarının təhviltəslim olunduğu zaman eyni olub-olmadığı müəyyən edilə bilmədi.

26. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (X15) 2(006)-29/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ekspertə təqdim olunmuş İddiaçı məxsus AC 20596280 nömrəli paket üzrə 5 ədəd şəffaf qaşları olan (4,11 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,01 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd ş əffaf qaşları olan (4,26 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 9 ədəd şəffaf qaşları olan (3,99 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (3,51 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (6,97 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (10,00 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AC 20596279 nömrəli paket üzrə 5 ədəd şəffaf qaşları olan (4,12 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,30 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cila lı, şəffaf qaşları olan (3,16 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,68 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,38 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,79 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,47 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AC 20596278 nömrəli paket üzrə 5 ədəd cilalı, şəffaf qaşları olan (4,16 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,0 8 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,15 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,60 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,79 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (5,04 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,90 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AA ******* nömrəli paket üzrə 2 ədəd dairəvi cilalı və 2 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (5,87 Brilyant), 750 əyar sarı rəngli bir cüt sırğa (Qızıl 750), 406 şəffaf, 5 ədəd ayparaya bənzər mavi rəngli və açıq göy rəngli daşlar qaşları (39.50 Brilyant), 750 əyar olan bir dəst sırğa cütü-üzük dəsti (Qızıl 750), 1 ədəd tünd narıncı rəngli, kənarlarında 20 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (7,76 Brilyant), 750 əyar 1 ədəd üzük (Qızıl 750), Mərkəzdə 1 ədəd narıncı rəngli, kənarlarında 24 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (7,42 Brilyant), 750 əyar 18 k damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750), Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü, damla formalı kənarlarında nisbətən kiçik ölçülü 18 ədəd dördkünc cilalı və 105 ədəd dairəvi cilalı şəffaf qaşları olan (8,76 Brilyant), 750 əyar sarı rənglı 1 ədəd üzük (Qızıl 750), 36 rəngli rəngsiz şəffaf qaşlar və çəhrayı rə ngli dördkünc cilalı qaşları olan (18.19 Brilyant), 750 əyar asılqan hissəsində k18WG damğası olan 1 ədəd kulon (Qızıl 750), AC 20825153 nömrəli paket üzrə Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü, kənarları boyunca 8 ədəd nisbətən kiçik ölçülü şəffaf qaşları olan (19,53 Brilyant), 750 əyar üzərində Б750 damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750), AC 20825342 nömrəli paket üzrə mərkəzdə bir ədəd nisbətən böyük ölçülü damla formalı, kənarlarında nisbətən kiçik ölçülü 18 ədəd dördkünc cilalı və 105 ədəd dairəvi cilalı şəffaf qaşları olan (9,22 Brilyant), 750 əyar üzərində 18k damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750) ekspert tərəfindən 64520 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyalarının İddiaçı hüquqi varisi X5 təhvil verilməsi, İddiaçı tərəfindən Cavabdeh1 ASC-yə ( Ləğv prosesindədir) saxlanc və girov müqavilələri əsasında təhvil verilmiş, lakin cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ekspertə və məhkəməyə təqdim edilməyən ekspert tərəfindən 535140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş əşyalarının dəyərindən İddiaçı ilə Cavabdeh1 ASC (Ləğv prosesindədir) arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə təsdiq edilmiş 179988.9 ABŞ dolları məbləğində borcla Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsi miqdarında əvəzləşdirilməsi, qalan məbləğin cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı hüquqi varisi X5 ödənilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərcinin cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulması qət edilmişdir.

27. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə “Azəriqazbank” X8 (hazırda ləğv prosesində olan Cavabdeh1 ASC) arasında 26 yanvar 2010-cu il tarixli, S-4622 saylı Saxlanc müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı 26 yanvar 2010-cu il tarixli, K-4622 saylı kredit müqavilələri və ona edilmiş və ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə İddiaçı əmlakı saxlanca verməyi, eləcə də ona olan hüquq və maraqları girovsaxlayana verməyi öhdəsinə götürmüşdür. İddiaç ı yuxarıda adıçəkilən qızıl-zinət əşyalarını “Azəriqazbank” X4 (hazırda ləğv prosesində olan Cavabdeh1 ASC) saxlanca qoymuşdur. iddiaçı tərəfindən saxlanca verilmiş əşyaların müəyyən hissəsi məhkəməyə təqdim edilməmiş və onların yeri qeyrimüəyyəndir. Tərəflər arasında bağlanmış 26 yanvar 2010-cu il tarixli S-4622 saylı Saxlanc müqaviləsinin 2.3-cü bəndinə əsasən girovsaxlayan bu müqaviləyə əsasən girov qoyulmuş əmlakın qorunub saxlanmasına görə məsuliyyət daşıyır. Belə olan halda Cavabdeh1 ASC göstərilən müqavilənin bəndinə əsasən məsuliyyət daşıdığından təqdim oluna bilinməyən qızıl-zinət əşyaların dəyəri cavabdehdən tutulmalıdır.

28. Məhkəmə onu da qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 iyun 2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadına əsasən İddiaçı Cavabdeh1 ASCyə kredit müqavilələri üzrə ümumilikdə 179988,9 ABŞ dolları məbləğində borcu vardır. İddiaçı cavabdeh tərəfindən təqdim edilməmiş qızıl-zinət əşyalarının bir hissəsinin göstərilən borcla əvəzləşdirilməsini, qalan hissəsinin dəyərinin ödənilməsi, eyni zamanda təqdim olunmuş qızıl-zinət əşyalarının qaytarılmasını məhkəmədən xahiş etmişdir.

29. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsində qeyd olunan qızıllar iddiaçıya məxsus olduğundan və məhz həmin qızıllar Cavabdeh1 ASC-də saxlanca qoyulduğundan iddiaçı hazırki tələbi irəli sürməkdə subyektiv hüquqa malikdir. Tərəflər arasında bağlanmış 26 yanvar 2010-cu il tarixli S-4622 saylı Saxlanc müqaviləsinin 2.3-cü bəndinə əsasən girovsaxlayan bu müqaviləyə əsasən girov qoyulmuş əmlakın qorunub saxlanmasına görə məsuliyyət daşıyır.

30. Qızıl-ziny ət əşyalarının dəyəri ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim oluna bilinməyən qızıl-zinət əşyaları və gümüş məmulatlarının dəyəri “X9” MMC-nin xx.xx.2023-cü il tarixli 018/23 nömrəli Qiymətləndirmə hesabatı ilə 535140 AZN müəyyən edilmişdir.

31. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29; Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 152.1, 157.2, 301, 385.1, 386.1, 442, 540.1, 540.2, 543, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

33. Üçüncü şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-29/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

34. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş “X9” MMC-nin 27 iyul 2023-cü il tarixli 018/23 nömrəli Qiymətləndirmə rəyinə əsasən, Bank tərəfindən təqdim olunan bağlamalardan çıxan qızıl-zinət əşyalarının hazırki dövrə olan likvid qiyməti 64520 AzN təşkil edir. İş üzrə t əqdim edilmiş saxlanc və girov müqavilələri əsasında tərtib edilmiş təhvil-təslim aktlarında olan qızıl-zinət əşyaları və gümüş məmulatlarının hazırki dövrə olan likvid qiyməti 535140 AZN təşkil edir. Bank tərəfindən təqdim olunmuş AC 20596280 nömrəli,AC20596279 nömrəli və AC 20596278 nömrəli bağlamalarından çıxan qızıl-zinət əşyaları iş üzrə təqdim edilmiş saxlanc və girov müqavilələri əsasında tərtib edilmiş təhvil-təslim aktlarında olan analoji qızıl zinət əşyaları ilə eynidir. Bank tərəfindən təqdim edilən digər bağlama birkalarının (AA ******* nömrəli, AC 20825153 nömrəli və AC 20825342 nömrəli) iş üzrə təqdim edilən materiallar arasında müəyyən edilməmişdir. Bank tərəfindən təqdim edilmiş bağlamalardan çıxan qızıl-zinət əşyaları orijinaldır. Ekspert rəyinin məhkəməyə ünvanladığı məkt ubun 5-ci bəndində bank tərəfindən təqdim olunmuş AC 20596280 nömrəli, AC 20596279 nömrəli və AC20596278 nömrəli bağlamalarından çıxan qızıl-zinət əşyalarının iş üzrə təqdim edilmiş saxlanc və girov müqavilələri əsasında tərtib edilmiş təhvil-təslim aktlarında olan analoji qızıl zinət əşyaları ilə eyni olduğu qeyd edilmişdir. Həmçinin, həmin bəndin 2-ci cümləsində, bank tərəfindən təqdim edilən digər bağlama birkalarının (AA ******* nömrəli, AC 20825153 nömrəli vəAC 20825342 nömrəli) iş üzrə təqdim edilən materiallar arasında olmaması əsas gətirilərək, həmin bağlamalarda olan qızıl-zinət əşyalarının təhvil-təslim olunduğu zaman eyni olub-olmamasını müəyyən edə bilməmişdir. Buna baxmayaraq, iddiaçı həmin qızıl-zinət əşyalarının ona məxsus olmasını və ona qaytarılmasının tələb etmişdir. Görü ndüyü kimi, bank tərəfindən təqdim olunmuş AC 20596280 nömrəli,AC 20596279 nömrəli və AC 20596278 nömrəli bağlamalarından çıxan qızıl-zinət əşyaları iş üzrə təqdim edilmiş saxlanc və girov müqavilələri əsasında tərtib edilmiş təhvil-təslim aktlarında olan analoji qızıl zinət əşyaları ilə eynidir. Lakin, məhkəmə bank tərəfindən təqdim olunmuş bağlamalardan çıxan qızıl-zinət əşyalarının dəyərini 64520 manat məbləği nəzərə almamış, iş üzrə təqdim edilmiş saxlanc və girov müqavilələri əsasında tərtib edilmiş təhvil-təslim aktlarında olan ekspert tərəfindən 535.140 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyaları və gümüş məmulatlarının dəyərindən çıxmamışdır.

35. Şikayətdə daha sonra qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsininxx.xx.2016-cı il tarixli, 2(103)- 751/2016 saylı qərarda dı ilə cavabdeh Məmmədzadə (Niyazova) Lalə Zahid qızı tərəfindən 14 yanvar 2010-cu il tarixli K-4605 saylı kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixinə olan 79819 ABŞ dolları əsas borc, 79508.75 ABŞ dolları faiz borcu, 10822 ABŞ dolları artırılmış borc-cərimə olmaqla, cəmi 170149.75 ABŞ dolları məbləğində borcun; 26 yanvar 2010-cu il tarixli K-4622 saylı kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixinə olan 482,43 ABŞ dolları əsas borc, 3648.27 ABŞ dolları faiz borcu, 416 ABŞ dolları artırılmış cərimə olmaqla, cəmi 4546.7 ABŞ dolları məbləğində borcun; 13 aprel 2010-cu il tarixli K4685 saylı kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixinə olan 4627,45 ABŞ dolları əsas borc, 665 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5292.45 ABŞ dolları borcun, 219 ABŞ dolları kredit üzrə komissiya olmaq la, cəmi 179988,9 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi məzənnə ilə 26 noyabr 2019-cu il tarixinədək icra edilməsi öhdəliyi qərara alınmışdır. Məlum olduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-3(103)-132/2020 saylı qərarı ilə Cavabdeh1 ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Qeyd olunan hüquqi faktın baş verməsi “Banklar haqqında” Qanununun 72-ci maddəsinin tələblərinə əsasən banka qarşı bütün tələblərin yalnız iflas prosedurları çərçivəsində həyata keçirilməsi mümkünlüyünü müəyyən etmişdir. Cavabdehin iddiasının təmin edilməsi hazırki iş üzrə kreditor tələblərinə münasibətdə Bankın öhdəliklərinin azalmasına səbəb ola caqdır ki, bu öz növbəsində qanunaziddir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində müflis elan edilmiş banklarla əlaqəli məhkəmə mübahisələrində və digər hüquq tənzimləyici münasibətlərdə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydaları nəzərə alınması qeydləri vardır. Hazırki mübahisə predmetinin yuxarıda qeyd edilən formada icrası faktiki olaraq tələblərin BHQ-nun 78-ci maddəsində nəzərdə tutulmuş formada əvəzləşdirilməsini nəzərdə tutur. Beləliklə, İddiaçı tərəfindən Cavabdeh1 ASC-yə (Ləğv prosesindədir) saxlanc və girov müqavilələri əsasında təhvil verilmiş, lakin cavabdeh tərəfindən ekspertə və məhkəməyə təqdim edilməyən ekspert tərəfindən 535140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş əşyalarının dəyərindən İddiaçı ilə Ca vabdeh1 ASC (Ləğvprosesindədir) arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə təsdiq edilmiş 179988.9 ABŞ dolları məbləğində borc ilə əvəzləşdirilməsi və qalan məbləğin cavabdeh Ləğv prosesində olan Cavabdeh1ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan iddiaçıya ödənilməsi yalnız “Banklar haqqında” Qanununun 78.1-ci maddəsinə əsasən mümkündür. Həmçinin, Nəsimi Rayon Məhkəməsi qətnaməsində qalan borc məbləğinin cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulması qeyd olunmuşdur. Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fondu müxtəlif hüquqi şəxslər olduğundan, qalan borc məbləğinin kimdən tutulması qeyri-müəyyən olaraq qa lır. Bu özlüyündə birinci instansiya məhkəməsi tərəfindən işə səthi yanaşılmanın bariz nümunəsidir. ƏSF bankın öhdəliklərini deyil bankın idarəetmə orqanının səlahiyyətlərini qəbul edir. Əmanətlərin Sığortalanması Fondu iki istiqamətdə yəni, ləğvedici kimi (ləğv prosesində olan bankların ləğvini həyata keçirən) və sığortaçı kimi (qanunla qorunan hesab edilən əmanətlərə görə kompensasiya ödənişi həyata keçirən) fəaliyyət göstərir. Əmanətlərin Sığortalanması Fondu sığortaçı qismində ləğv prosesində olan Bankla heç bir halda eyniləşə bilməz. Halbuki, istər qanunvericilikdə, istərsə də mövcud məhkəmə praktikasında aydın şəkildə Əmanətlərin Sığortalanması Fondu(sığortaçı) və ləğv prosesində olan Bankın ayrı-ayrı hüquqi şəxslər olduğunu qeyd edilmişdir. Sözügedən məhkəmə qərarı üzrə ləğvedici ca vab verməli olduğu üçün “sığortaçı” bununla bağlı hər hansı bir öhdəlik daşımır və beləliklə də, “Banklar haqqında” Qanunun və Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarının tələbləri kobud şəkildə pozulmuş olur. Beləliklə, ləğv prosesində olan Cavabdeh1 ASC-nin və Əmanətlərin Sığortalanması Fondufaktiki ayrı-ayrı hüquqi şəxslərdir, öz əmlaklarına malikdir. Belə ki, hər iki hüquqi şəxs ayrıca vergi ödəyicisidir. Əmanətlərin Sığortalanması Fondunun vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsi **********, ləğv prosesində olan Cavabdeh1 ASC-nin vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsi ********** kimi qeydiyyata alınmışdır. Buradan da görünür ki, hər iki hüquqi şəxs ayrılıqda vergi ödəyiciləridir və onların öhdəliklərini eyniləşdirmək qeyri-mümkündür. Göründüyü kimi, məhk əmə tətbiq etməli olduğu hüquq normasını düzgün tətbiq etməmiş, tərəflərin çəkişmə prinsipinə əməl etməmiş, sübutlara düzgün hüquqi qiymət verməmiş qanunsuz və əsassız qətnamə qəbul etdiyinə görə iddia tələbi rədd edilməlidir.

36. Həmçinin qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin qeyd olunan rəsmi mövqeyi bir daha onu söyləməyə əsas verir ki, ləğv prosessində olan banklara qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin, MPM 261.0.1-ci maddəsinə əsasən xitam verilməsini nəzərdə tutur. Məhkəmə qətnamədə yalnız iddiaçının irəli sürdüyü dəlillərə və izahatlara əsaslanmışdır. Məhkəmə tərəflərin çəkişmə prinsipinə əsaslanmadan qərar qəbul etmişdir. Belə ki, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi dəlillərə, sənədlərə və izahatlarına qətnamədə hüquqi münasi bət bildirməmişdir. İddiaçı tərəfindən təqdim edilən təhvil-təslim aktlarının hansı kredit müqaviləsi üzrə saxlanca qoyulması, həmçinin saxlanc və girov müqaviləsində qeyd edilən qızıl- zinət əşyalarının və gümüş məmulatlarının həqiqətən banka təhvil verilibverilməsinə dair təhvil-təslim aktının olması məhkəmə tərəfindən araşdırılmamışdır. Həmçinin, ekspertin də qeyd etdiyi kimi cavabdeh tərəfindən ekspertə təhvil verilən qızılzinət əşyaları ilə eyniliyi təsdiq olunsa da, hansı kredit müqaviləsi üzrə saxlanca qoyulması müəyyən edilməm, qızıl-zinət əşyaları ekspert tərəfindən ümumilikdə 26500 manat məbləğində təkrar qiymətləndirilmişdir.

37. Eyni zamanda qeyd edilmişdir ki, iş üzrə təqdim edilmiş S-4375 və S3967 saylı saxlanc və girov müqavilələrində qeyd edilən qızıl-zinət əşyalarının və g ümüş məmulatları ümumilikdə 230900 manat məbləğində qiymətləndirilmişdir. Lakin, qeyd olunan qızıl-zinət əşyalarının və gümüş məmulatlarının banka təhvil verilməsinə dair təhvil-təslim aktları təqdim edilməmişdir. Bundan başqa, S-4375 və S-3967 saylı saxlanc və girov müqavilələri İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış K-4605, K-4622 və K-4685 saylı kredit müqaviləsinin təminatı olmadığından, həmin saxlanc və girov müqavilələri üzrə qiymətləndirilən qızıl-zinət əşyalarının və gümüş məmulatlarının ümumilikdə 230900 manat dəyəri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə təsdiq edilmiş 179988.9 ABŞ dolları məbləğində borc ilə əvəzləşdirilə bilməz.

38. Apellyasiya şikayəti “ Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 72, 78; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.1.1-ci maddələrinə istinadən əsaslandırılmışdır.

39. Üçüncü şəxs tərəfindən apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə daxil olmuş və ərizədə “ Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 72, 78; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.1.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-3(103)-132/2020 saylı qərarı ilə Cavabdeh1 ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Qeyd olunan hüquqi faktın baş verməsi “Banklar haqqında” Qanununun 72-ci maddəsinin tələblərinə əsasən banka qarşı bütün tələblərin yalnız iflas prosedurları çərçivəsində həyata keçirilməsi mümkünlüyünü müəyyən etmişdir. Cavabdehin iddiasının təmin edilməsi hazırki iş üzrə kreditor tələblərinə münasibətdə Bankın öhdəliklərinin azalmasına səbəb olacaqdır ki, bu da öz növbəsində qanunaziddir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində müflis elan edilmiş banklarla əlaqəli məhkəmə mübahisələrində və digər hüquq tənzimləyici münasibətlərdə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydaların nəzərə alınması qeydləri vardır. Hazırki mübahisə predmetinin yuxarıda qeyd edilən formada icrası faktiki olaraq tələblərin BHQnun 78-ci maddəsində nəzərdə tutulmuş formada əvəzləşdirilməsini nəzərdə tutur. Beləliklə, İddiaçı tərəfindən Cavabdeh1 ASC-yə (Ləğv prosesindədir) saxlanc və girov müqavilələri əsasında təhvil verilmiş, lakin cavabdeh tərəfindən ekspertə və məh kəməyə təqdim edilməyən ekspert tərəfindən 535140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş əşyalarının dəyərindən İddiaçı ilə Cavabdeh1 ASC (Ləğv prosesindədir) arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə təsdiq edilmiş 179988.9 ABŞ dolları məbləğində borc ilə əvəzləşdirilməsi və qalan məbləğin cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan iddiaçıya ödənilməsi yalnız “Banklar haqqında” Qanununun 78.1-ci maddəsinə əsasən mümkündür. Göründüyü kimi, “məhkəmə tətbiq etməli olduğu hüquq normasını düzgün tətbiq etməmiş, tərəflərin çəkişmə prinsipinə əməl etməmiş, sübutlara düzgün hüquqi qiymət verməmiş” qanunsuz və əsassız qətn amə qəbul etdiyinə görə iddia tələbi rədd edilməlidir. Bundan əlavə, Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarı düzgün tətbiq edilməmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin qeyd olunan rəsmi mövqeyi bir daha onu söyləməyə əsas verir ki, ləğv prosesində olan banklara qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin, Mulki Prossesual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən xitam verilməsini nəzərdə tutur. Dediklərinin nəzərə alınaraq, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-29/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

40. İddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini əsassız hesab etdiyini, həm çinin banka olan borclarının ekspertiza rəyi ilə müəyyən edilmiş bankda saxlanca verdikləri əmlakla əvəzləşdirilərək silinməsini və yerdə qalan 235000 manat pulun da 100000 manatının banka güzəştə gedilməsi ilə bağlı banka barışıq təklif etdiklərini, lakin bankın bu barışığı qəbul etmədiyini bildirmişdir. Belə ki, bankın yalnız onların borcunun silinməsi və qarşılığında da onlardan heç bir şey tələb etməməsi şərti ilə barışığa razı olduqlarını bildirdiklərini, həmçinin hazırkı iş üzrə banka girova, saxlanca qoyulmuş əmlakın özbaşınalıq nəticəsində oğurlandığını, bu gündə həmin qızıl-zinət əşyalarının artıq mövcud olmadığını, qarşı tərəfin bankın müflis olması ilə bağlı məsələni ortalığa qoymasına münasibətdə isə, həmin qanunvericilikdə aktivlərdən söhbət getdiyini və aktivlərin nədən ibarə t olmasının açıq-aydın qanunda qeyd edildiyini, saxlanca qoyulan əmlakın bank aktivləri siyahısına daxil olmadığını, həmin əmlak barəsində sərəncam verməyin yalnız məhkəmə qərarı ilə mümkün olduğunu, həmçinin ekspertə 40 adda qızıl-zinət əşyalarının siyahı üzrə təqdim olunduğunu, lakin faktiki olaraq ekspertiza keçirilən zaman həmin paketlərin tək-tək açıldığı və içərisində 29 adda qızılzinət əşyasının çıxdığını, həmçinin qarşı tərəf ekspertiza keçirilən zaman bəzi qızıl-zinət əşyalarının yalnışlıqla təkrarən qiymətləndirildiyini qeyd etsə də, bu mövqe ilə qəti şəkildə razı olmadıqlarını, belə ki, mərhum iddiaçının qızıl-gümüş ticarəti ilə aktiv şəkildə məşğul olduğunu, bu səbəbdən də bir zinət əşyasından bir neçə ədəd gətirməsinin də çox normal olduğunu, əgər hər hansı əmlak təkrar qoyulu rdusa da öncəki təhvil-təslim aktının ləğv olunmalı olduğunu və ya əvvəlki təhvil-təslim aktının üzərində əlavələr olunmalı olduğunu, ekspertiza keçirilərkən hər hansı qızıl-zinət əşyalarının təkrarən qiymətləndirilməsi kimi bir yanlışlığa yol verilməsinin mümkün olmadığını, dediklərinin nəzərə alınaraq apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

41. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə sorğu edilmiş və Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən sorğuya cavab olaraq qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-751/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi xx.xx.2019-cu il tarixdə Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və İcra Haqqında Azərbaycan Respublikasının Qanununun 7 və 9-cu maddələrinin tələbinə ə sasən icraata qəbul edilmədən məhkəməyə geri qaytarılmışdır.

42. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Fuad Talışinski (sədrliyi və məruzəsi ilə), Azad İmanov və Məmməd Məmmədov) 2(103)-2210/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-29/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

43. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə ap ellyasiya şikayətinin dəlilləri formal mülahizə daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya hesab edir ki, apellyasiya şikayəti hüquqdan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan təfsirin tətbiqinə yönəlmişdir və əsassızdır. Belə ki, LPO "xxxx" ASC şikayətini iki əsasla təqdim etsə də sonadək qəti mövqeyini nümayiş etdirməmiş və sübuta yetirə bilməmişdir. Tərəflər arasında kredit-girov münasibətləri uzun müddət davam etmiş və mübahisə Bankın ləğvetmə prosesinə başlanılmaqdan öncə baş vermiş, məhkəmə qətnaməsi üzrə barışıq əldə edilmiş, sonra icraya yönəlsə də icra qurumu tərəfindən geri qaytarılmışdır. Xüsusi ilə diqqətə çatdırılmalıdır ki, tələbin yönəldiyi cavabdeh şikayət verməmiş, şikayəti yalnız üçüncü şəxs vermişdir. Dem əli cavabdeh ləğvetmədə olan bankın idarəedilməsində kreditor-borclu münasibətlərdən (öhdəliklərdən) irəli gələn vəzifələrin lazımi qaydada yerinə yetirilməməsi ilə razılaşmışdır. Hazırda iddiaçıdan borcun tutulmasını və işin icra qaydasında həll edilməsi mümkünlüyünü müəyyən edən icra işinin olmaması, mübahisənin icra qaydasında həll edilməsini, yəni icra sənədi üzrə mövcud olan tələbin girov predmetinə yönəldilməsini mümkünsüz edir. Bundan əlavə, iş materialları ilə və üçüncü şəxsin öz etirafı ilə saxlanca verilmiş əşyaların hamısının olmaması mübahisənin mövcudluğunu müəyyən edir. İddiaçı təhvil-təslim aktları təqdim etsə də, bank onların hamısının təqdim edilməməsi, əşyaların təkrarlanması və sair dəlillər irəli sürsə də onların sübut etmək yükü və imkanı həddində mötəbər sübutlar təqd im etməmişdir.

44. Beləliklə, münasibətlərin üçüncü şəxsin və sonra da cavabdehin öz vəzifələrinin icra edilməsindən irəli gələn mübahisə üzrə yaranması və məhkəmə araşdırılmasının tələb edilməsi, icra işinin olmaması, o cümlədən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci, habelə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131 və 132-ci maddələrinin hüquqi mahiyyəti baxımından ləğvetmə prosesində olan bankın pozulmuş kredit öhdəliyinə görə kreditorun üçüncü şəxslərə məxsus ipoteka (girov) predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar tələbinə inzibati icraat qaydasında deyil, mülki (iddia) icraat qaydasında baxılmasını müyyən edir.

45. Mahiyyəti üzrə araşdırma cavabdehin vəzifələrinin vaxtında, lazımi qaydada yerinə yetirilməməsini əhatə etsə də, üçüncü şəxsin və cavabdehin vəzifələri üzrə cavabdehin qətnaməni mübahisələndirmədiyi şəraitdə, üçüncü şəxsin isə ləğv prosesində olması öz bankının nümayəndəlik funksiyalarının yerinə yetirilə bilməsi hüquqlarının yalnız ləğvedicinin müəyyən etdiyi hədlər (göstərişlər) yönündə məhdud olduğundan, keçmiş (fəaliyyət dövründə) zamanlara aid münasibətlərə aydınlıq gətirilməsi baxımından qəbul ediləndir, ləğvedicinin vəzifələri üzrə isə ləğv prosesində bankın onu təmsil etmək hüquqları mövcud deyildir. Əşyların təhvil verilməsi və qarşılqılı borcların olması, işdə olan (icra sənədi, ekspert rəyləri və s) sənədlərlə təsdiq edilir, bunları təkzib edən (ekspert, audit və sair ixtisalı mütəxəssis araşdırmasının nəticəsi olan) sübutlar təqdim edilməmişdir. Qeyd edilənlərdən irəli gələrək məhkəmə kollegiyası üçünc ü şəxs kimi cəlb edilən LPO "xxxx" ASC-nin əsassız və sübuta yetirilməyən şikayəti həddində qətnamənin (qismən) ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etmir.

46. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd etmişdir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə onları ödəyən şəxslərə aid edilməlidir.

47. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 269, 300, 301, 305, 306, 385, 420, 448, 435, 527, 540, 543, 544, 545, 963; “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71, 72, 78, 81; MülkiProsessual Məcəlləsinin 76, 77, 80, 82.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

48. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “AGBank" ASC (Ləğv prosesindədir) (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-2210/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar Haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1 maddələri ilə, eləcə də Azərbaycan Respublikası Qanununun 72, 77 və 82 maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, müflis elan olunmuş bankın ləğv prosedurun da bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası...məhz “Banklar haqqında” Qanunun maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin qeyd olunan rəsmi mövqeyi bir daha onu söyləməyə əsas verir ki, ləğv prosessində olan banklara qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin, Mülki Prossesual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən xitam verilməsini nəzərdə tutur. Məlum olduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-3(103)-132/2020 saylı qərarı ilə Cavabdeh1 ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın Ləğvedicisi təyin edilmişdir. Qeyd olunan hüquqi faktın baş verməsi “Banklar haqqında” Qanununun 72-ci maddəsi nin tələblərinə əsasən banka qarşı bütün tələblərin yalnız iflas prosedurları çərçivəsində həyata keçirilməsi mümkünlüyünü müəyyən etmişdir. Bu isə banka qarşı kreditor tələblərin ödənilməsinin həmin qanunun 82.1-ci maddəsinə uyğun olaraq yalnız növbəlilik qaydasında mümkün olmasını müəyyən edir.

50. Apellyasiya məhkəməsinin iş üzrə mövcud olan qiymətləndirmə rəylərini araşdırmadan və təhlil etmədən qətnamə çıxarması cavabdeh Bankın hüquqlarının kobud şəkildə pozulmasına dəlalət edən amildir. Bu həm də, cavabdeh bankın kreditorları qarşısındakı öhdəliklərinin çox gec icra edilməsinə və kreditor hüquqlarının pozulmasına zəmin yaradır. Ekspert rəyi sübut növlərindən biri olmaqla digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olun an məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı hazırki ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Qiymətləndirici ekspert tərəfindən saxlanc-girov müqavilələrinin predmeti olan qızıl-zinət əşyalarının və gümüş məmulatlarının qiymətləndirilməsi zamanı prosessual qaydaya riayət edilməmişdir. Belə ki, qızıl-zinət əşyalarının və gümüş məmulatlarının real likvid dəyərinin müəyyən edilməsi üçün sözügedən ekspertə təqdim edilməyən saxlanc-girov müqavilələrinin predmeti olan qızılzinət əşyalarına və gümüş məmulatlarına predmetlərinə baxış keçirilməmiş yalnız işdə olan təhvil təslim aktlarına və saxlanc və girov müqavilələrinə əsasən qiymətləndirilərək rəylər təqdim edilmişdir. Məhkəmə cavabdehin etiraz və mülahizələrinə, dəlillərinə hüquqi münasibət bildirməmiş, iddiaçının təqdim etdiyi sübutlara fərqli və yanlış hüquqi qiymət verməyə çalışmış, mövcud olan qiymətləndirmə rəyini düzgün təhlil etmədən, iddiaçı tərəfindən sübuta yetirilməyən tələblər üzrə qanunsuz və əsassız olaraq qətnamə qəbul etmişdir. İş materiallarındakı sübutlara münasibət bildirərkən maddi və prosessual baxımdan səhvə yol vermişdir. Apellyasiya instansiya məhkəməsi ekspert rəyini məhkəmədə tədqiq etməyərək və apellyasiya şikayətində qeyd olunan həmin dəlillərə münasibət bildirməyərək prosessual qanunvericiliyin tələblərini kobud şəki ldə pozmuşdur. Məhkəmə yalnız şikayətin dəlillərini əsas gətirmiş, iddianın əsl cavabdehə qaldırılması məsələsinə münasibət bildirməmişdir. Belə ki, məhkəmə qətnamə ilə müəyyən olunmuş 535140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş əşyalarının dəyərindən İddiaçı ilə Cavabdeh1 ASC (Ləğv prosesindədir) arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)751/2016 saylı qərardadı ilə təsdiq edilmiş 179988.9 ABŞ dolları məbləğində borc Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsi miqdarında əvəzləşdirilmiş, qalan məbləğin cavabdeh Ləğv prosesində olanCavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı hüquqi varisi X6 ödənilməsi hissəsin də qətnaməni qüvvədə saxlamaqla, qalan borc məbləğinin kimdən tutulmasını qeyri-müəyyən etmişdir. Əmanətlərin Sığortalanması Fondu bankın öhdəliklərini deyil, bankın idarəetmə orqanının səlahiyyətlərini qəbul edir. Əmanətlərin Sığortalanması Fondu iki istiqamətdə yəni, ləğvedici kimi (ləğv prosesində olan bankların ləğvini həyata keçirən) və sığortaçı kimi (qanunla qorunan hesab edilən əmanətlərə görə kompensasiya ödənişi həyata keçirən) fəaliyyət göstərir. Əmanətlərin Sığortalanması Fondu sığortaçı qismində ləğv prosesində olan Bankla heç bir halda eyniləşə bilməz. Halbuki, istər qanunvericilikdə, istərsə də mövcud məhkəmə praktikasında aydın şəkildə Əmanətlərin Sığortalanması Fondu (sığortaçı) və ləğv prosesində olan Bankın ayrı-ayrı hüquqi şəxslər olduğunu qeyd etmişdir. Göstərilən no rmaların tələbindən göründüyü kimi, məhkəmə şikayətin dəlillərindən asılı olmayaraq, maddi və prosessual hüquq normalarına riayət edilməməsini araşdırmadan qətnaməni qüvvədə saxlamışdır.

51. Həmçinin, yerdə qalan 229158.87 AZN manat borc məbləğinin cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulması qeyd olunmuşdur. Bununla əlaqədar bildiririk ki, Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fondu müxtəlif hüquqi şəxslər olduğundan, qalan borc məbləğinin kimdən tutulması qeyri-müəyyən olaraq qalır. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsi olmuşdur. Lakin istinad edilən normanın düzgün tətbiq edilməməsi iddia tələbimizin rədd edilməsi əsasını müəyyən etmişdir. Qanunun tətbiq edilən normasında ləğvedici fəaliyyəti ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətləri müəyyən edilmişdir. Norma özündə onu ehtiva edir ki,ƏSF bankın öhdəliklərini deyil, bankın idarəetmə orqanının səlahiyyətlərini qəbul edir. Əmanətlərin Sığortalanması Fondu iki istiqamətdə yəni, ləğvedici kimi(ləğv prosesində olan bankların ləğvini həyata keçirən) və sığortaçı kimi (qanunla qorunan hesab edilən əmanətlərə görə kompensasiya ödənişi həyata keçirən) fəaliyyət göstərir. Əmanətlərin Sığortalanması Fondu sığortaçı qismində ləğv prosesində olan Bankla heç bir halda eyniləşə bilməz. Halbuki, istər qanunvericilikdə, istərsə də mövcud məhkəmə praktikasında aydın şəkildə Əmanətlərin Sığortalanması Fondu(sığortaçı) və ləğv prosesində olan Bankın ayrı-ayrı hüquqi şəxslər olduğunu qeyd etmişdir. Sözügedən məhkəmə qə rarı üzrə ləğvedici cavab verməli olduğu üçün “sığortaçı” bununla bağlı hər hansı bir öhdəlik daşımır və beləliklə də, “Banklar haqqında” Qanunun və Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarının tələbləri kobud şəkildə pozulmuş olur.

52. Kassasiya şikayəti “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 72.1.2, 72.1.3, 72, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1, 80, 88, 217-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli qərarına da istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

53. İddiaçının hüquqi varisinin vəkili Vəkil1 kassasiya şikayətinə qarşı etiraz verərək etirazda mülki iş üzrə qəbul edilmiş hər iki qətnamənin qanunve riciliyin tələblərinə riayət olunması ilə qəbul edildiyini, bunun isə verilmiş kassasiya şikayətinin tam şəkildə əsassız olduğunu sübut etdiyini qeyd edərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-2210/2024 saylı qətnaməsi tam qanuni olduğundan dəyişdirilmədən qüvvədə saxlanmasına dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

54. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

55. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola b ilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

56. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

57. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya m ülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.

58. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

59. Maddə 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir.

60. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.

61. Maddə 269.8. Bu Məcəllənin 266.6-cı maddəsində müəyyənləşdirilmiş p rinsipə əsasən, girov saxlayanın (ipoteka saxlayanın) hüququ var ki, girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın itirilməsi və ya zədələnməsi üçün, onun kimin xeyrinə sığortalanmasından asılı olmayaraq, sığorta ödənişindən təminat alsın, bu şərtlə ki, itki və ya zədələnmə girov saxlayanın (ipoteka saxlayanın) cavabdeh olduğu səbəblərdən baş verməsin.

62. Maddə 269.9. Girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar üçün verilir.

63. Maddə 269.10. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir.

64. Maddə 269.11. Girov və ipoteka hüququ həm mövcud, h əm də gələcək tələb üçün verilə bilər. Tələb adlı, orderli və ya adsız ola bilər. O həm girov qoyana (ipoteka qoyana) və ya mülkiyyətçinin özünə qarşı, həm də başqa şəxsə qarşı tələb ola bilər. Girov və ya ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır.

65. Maddə 300.0. Girov aşağıdakı növlərdə ola bilər: 300.0.1. saxlanc; 300.0.2. əşyanın lombardda girovu; 300.0.3. hüquqların girovu; 300.0.4. pul vəsaitinin girovu; 300.0.5. sabit girov; 300.0.6. dövriyyədəki malların girovu.

66. Maddə 301.Saxlanc elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə verilir.

67. Maddə 305.Sabit girov elə girovdur ki, onun predmeti girov saxlayanın qıfılı altında və ya girovu ifadə edən nişanlar vurulmaqla, girov qoyanda saxlanılır.

68. Maddə 306.1. Dövriyyədəki malların girovu za manı girov qoyulan mallar girov qoyanda saxlanılır və girov qoyana girov qoyulmuş əmlakın (əmtəə ehtiyatları, xammal, materiallar, yarımfabrikatlar, hazır məhsul və i.a.) tərkibini və natural formasını dəyişdirmək hüququ verilir.

69. Maddə 306.2. Girov qoyanın özgəninkiləşdirdiyi dövriyyədəki mallar əldə edənin mülkiyyətinə keçdiyi andan girov predmeti olmur, girov qoyanın əldə etdiyi, girov müqaviləsində göstərilən mallar isə girov qoyanın onlara mülkiyyət hüququnun əmələ gəldiyi andan girov predmeti olur.

70. Maddə 306.3. Dövriyyədəki mallar girov qoyulduqda, tərəflər onların ümumi dəyərinin girov müqaviləsində göstərilən dəyərdən aşağı düşməməsini şərtləndirə bilərlər. Bu zaman: 306.3.1. əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyulmuş dövriyyədəki malların dəyərinin azal masına girovla təmin edilmiş öhdəliyin icra edilmiş hissəsinə mütənasib surətdə yol verilir; 306.3.2. girov qoyan girov qoyulmuş malların qeydiyyatı kitabını tərtib etməyə borcludur. Həmin kitaba malların girov qoyulması şərtləri haqqında və girov qoyulmuş malların tərkibinin və ya natural formasının dəyişməsinə səbəb olan bütün əməliyyatlar, o cümlədən onların emalı haqqında sonuncu əməliyyat günü üçün qeydlər daxil edilir.

71. Maddə 306.4. Girov qoyan dövriyyədəki malların girovu şərtlərini pozduqda girov saxlayan girov qoyulmuş mallara öz nişanlarını vurmaq yolu ilə onlarla bağlı əməliyyatları pozuntu aradan qaldırılanadək dayandıra bilər.

72. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

73. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

74. Maddə 420.3.3. müqavilənin tərəfini şübhəsiz və ya məhkəmə qərarı ilə müəyyənləşdirilmiş tələblərin əvəzləşdirilməsi hüququndan məhrum edən müddəalar (qarşılıqlı tələblərin əvəzləşdirilməsinin qadağan edilməsi); Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində etibarsız sayılır.

75. Maddə 453.1. Kreditor bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməlidir.

76. Maddə 453.2. Əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər.

77. Maddə 453.3. Əgər kreditorun əsas borcluya tələbi əsas borclunun qarşılıqlı tələbinin əvəzləşdirilməsi yolu ilə ödənilə bilərsə, kreditor bu tələbin ödənilməsini subsidiar məsuliyyət daşıyan şəxsdən tələb edə bilməz.

78. Maddə 453.4. Subsidiar məsuliyyət daşıyan şəxs kreditorun ona qarşı irəli sürdüyü tələbi ödəyənədək bu barədə əsas borclunu xəbərdar etməlidir, həmin şəxsə qarşı iddia irəli sürüldükdə isə əsas borclunu işdə iştiraka cəlb etməlidir. Əks halda əsas borclu subsidiar məsuliyyət daşıyan şəxsin reqres tələbinə qarşı kreditorun tələblərinə qarşı olan etirazlarını irəli sürmək hüququna malikdir.

79. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

80. Maddə 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər.

81. Maddə 540.2. Tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləş dirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır.

82. Maddə

543. Əgər əvəzləşdirilən tələblər bir-birini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir.

83. Maddə

544. Öhdəliklərin icrası üçün müxtəlif yerlər nəzərdə tutulduqda da onların əvəzləşdirilməsinə yol verilir.

84. Maddə 545.0. Aşağıdakı hallarda öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir: 545.0.1. tələblərin əvəzləşdirilməsi razılaşma yolu ilə əvvəlcədən istisna edilmişsə; 545.0.2. öhdəliyin predmetinə tutmanı yönəltmək olmazsa və ya öhdəliyin predmeti yaşayış vasitəsidirsə; 545.0.3. öhdəlik sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsini nəzərdə tutursa; 545.0.4. digər tərəfin ərizəsi ilə təl əbə iddia müddəti tətbiq edilməli olduqda və bu müddət keçdikdə; 545.0.5. alimentlərin tutulması ilə bağlı olduqda; 545.0.6. bu, Azərbaycan Respublikasının və ya bələdiyyənin tələbidirsə; digər tərəfin qarşılıqlı əvəzləşdirmə tələbi hansı orqanın vəsaitindən ödənilməlidirsə, öhdəliyin də həmin orqanın xeyrinə icra edilməli olduğu hallar istisna təşkil edir. 545.0.7. bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda.

85. Maddə 963.1. Hesabın kreditləşdirilməsi və bank xidmətlərinin haqqının ödənilməsi ilə bağlı bankın müştəriyə qarşı pul tələblərinə, habelə pul vəsaitindən istifadə üçün faizlərin ödənilməsi haqqında müştərinin banka qarşı tələblərinə əvəzləşdirmə yolu ilə xitam verilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı qayda nəzərdə tutulmasın. Göstərilən tələblər bank tərəfindən əvə zləşdirilir.

86. Maddə 963.2. Bank aparılmış əvəzləşdirmə haqqında müştəriyə müqavilədə nəzərdə tutulmuş qaydada və müddətlərdə, əgər tərəflər müvafiq şərtləri razılaşdırmayıblarsa, müvafiq hesabdakı pul vəsaitinin vəziyyəti haqqında müştərilərə məlumat verilməsinin bank praktikası üçün adi olan qaydada və müddətlərdə məlumat verməlidir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu

87. Maddə 71.1. Məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyə tdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği Mərkəzi Bank ilə razılaşdırmaqla müəyyən edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər smetası hər üç aydan bir Fondun təqdimatına əsasən Mərkəzi Bank tərəfindən təsdiq olunur. Fondun müqavilə əsasında cəlb etdiyi ləğvedici bu Qanunla nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidir. Məcburi ləğv edilən banka aidiyyəti olan şəxslər, səhmdarlar, habelə bankın kreditorları və borcluları ləğvedici qismində cəlb edilə bilməzlər. Bu kimi halların mövcudluğu ləğvedici təyin olunduqdan sonra aşkar olunarsa, onların fəaliyyətinə Fondun qərarı ilə xitam verilir və banka yeni ləğvedici təyin edilir.

88. Maddə 71.2. Bankın ləğvi prosesi ilə əlaqədar l əğvedicinin əmək (xidmət) haqqı və çəkdiyi xərclər bankın aktivləri hesabına, çatışmayan hissədə isə Fond (reqres hüququ ilə) tərəfindən ödənilir.

89. Maddə 71.3. Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir.

90. Maddə 71.4. Ləğv edilən bankın sənədlərinin və əmlakının bankın inzibatçılarından ləğvediciyə təhvil verilməsi aktmı məhkəmə təsdiq edir.Ləğvedici bu Qanunun müddəaları ilə tələb edilən hallarda göstəriş almaq üçün istənilən vaxt məhkəməyə müraciət edə bilər.Ləğvedici məhkəmənin nəzarəti altında və Mərkəzi Bank ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir.

91. Maddə 71.

5. Ləğvedici zəruri hallarda müflis elan olmuş banka müstəqil hüquqşünasları, mühasibləri və başqa mütəxəssisləri məhkəmənin təsdiq etdiyi şərtlər əsasında muzdla işə cəlb edə bilər.

92. Maddə 71.6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.12-ci maddəsinə əsasən ləğv prosesində olan bankın ləğvi barədə qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edilənədək ləğvedici bank statistikası hesabatlarını maliyyə bazarlarına nəzarət orqanına və Mərkəzi Banka təqdim etməlidir.

93. Maddə 71.7. Bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici aşağıdakı səlahiyyətləri həyata keçirir: 71.7.1. bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir; 71.7.2. bankın əmlakının və sənədlərinin q orunması üçün tədbirlər görür, aralıq balansını tərtib edir, habelə bankın aktivlərini idarə edir; 71.7.3. bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür; 71.7.4. kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür; 71.7.5. bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür; 71.7.6. istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verir; 71.7.7. bu Qanunun 79-cu maddəsində müəyyən edilmiş qaydada bankın bağlamış olduğu müqavilələrin qüvvəsinə xitam verilməsi üzrə tədbirlər görür; 71.7.8. tədbirlər planında nəzərdə tutulduğu halda, bankın aktiv və öhdəliklərinin satışını və ya köçürülməsini həyata keçirir; 71.7.9. bank tərəfindən ve rilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir; 71.7.10. bankın məcburi ləğvinə gətirib çıxaran halları araşdırır, bu kimi halların baş verməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət edir və bankın adından məhkəmələrdə iddialar qaldırılır.

94. Maddə 71-1.1. Mərkəzi Bank ləğvedici üzərində fəaliyyətinin bütün müddəti ərzində nəzarəti həyata keçirir.

95. Maddə 71-1.2. Mərkəzi Bank: 71-1.2.1. ləğvedicinin fəaliyyəti barəsində məlumatların təqdim edilməsini tələb etməyə; 71-1.2.2. ləğvedicidən hesabat almağa; 71-1.2.3. ləğvedicinin cari fəaliyyətinin həyata keçirilməsi ilə bağlı tövsiyələr və icrası məcburi olan yazılı göstəri şlər verməyə; 71-1.2.4. ləğvedicinin fəaliyyətini yoxlamağa; 71-1.2.5. ləğvedicinin bankın idarəedilməsi ilə bağlı bu Qanun çərçivəsində qəbul etdiyi qərarlarından maraqlı şəxslərin verdiyi şikayətlərə baxmağa səlahiyyətlidir. 71-1.3. Bankın iflası dövründə ləğvedici öz fəaliyyəti haqqında Mərkəzi Banka onun müəyyənləşdirdiyi formada və müddətlərdə hesabat verir, habelə Mərkəzi Bankın tələb etdiyi sənədləri və informasiyanı təqdim edir.

96. Maddə 72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: 72.1.1. bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur; 72.1.2. banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; 72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qar şı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür; 72.1.4. qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir; 72.1.5. girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81-cı maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır; 72.1.6. bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir.

97. Maddə 72.2. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindikdən sonra müflis bankın səhmlərinin ləğvedici tərəfindən digər şəxsə köçürülməsi bu Qanunun 74-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmənin qərarı ilə həyata keçirilir.

98. Maddə 78.1. Bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər.

99. Maddə 78.2. İflas prosedurana başlanılmasına dair məhkəmə qərarı qüvvəyə minənədək qanunsuz yolla bankın qəbul etmiş olduğu borclar ləğvedici tərəfindən aşkara çıxarıldıqda onların və qərar qəbul edildikdən sonra bankın əldə etmiş olduğu tələblərin və yaratdığı öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir.80. Məhkəmənin qabaqcadan razılığını aldıqdan sonra bankın ləğvedicisi tələblərin nizama salınması məqsədilə bankın istənilən kreditoru və ya borclusu ilə danışıqlara başlaya bilər. Bu cür nizamasalmanın nəticələrinə etiraz edilə və ya bunlardan şikayət verilə bilməz.

100. Maddə 81.1. Aşağıdakı hallar istisna olmaqla, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır: 81.1.1. qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və digər aktivlərin həmin aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda ləğvedici tərəfindən satılmasına yol verilir; 81.1.2. bankın borclarının təminatı olan və qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və bankın digər aktivlərinin həmin aktivləri öz sərəncamında saxlayan kreditorlar tərəfindən bu aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda satılmasına yol verilir.

101. Maddə 81.1-1. Bu Qanunun 81.1-ci maddəsində nəzərdə tutulmuş aktivlərin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilir.

102. Maddə 81.2. Ləğvedici bu Qanunun 81.1-ci maddəsində nəzərdə tutulmuş aktivlərin açıq hərracda qənaətbəxş qiymətlə sata bilməyəcəyini müəyyənləşdirərsə, məhkəmə ona aktivləri məhkəmənin təsdiq etdiyi qiymətə digər üsullarla satmağa icazə verə bilər.

103. Maddə 81.3. Bu Qanunun 81.1.2-ci maddəsində göstərilməyən aktivlər ləğvedicinin sorğusundan sonra kreditor tərəfindən dərhal ləğvedicinin sərəncamına verilməlidir.

104. Maddə 81.4. Təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstə rilmiş növbəliliklə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

105. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

106. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

108. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

109. Maddə 407.2. Kassasiya şikayətində işin hall arının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

110. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

111. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

112. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

113. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

114. Hazırkı kassasiya şikayətin əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

115. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-2210/2024 nömrəli qətnaməsi ekspert tərəfindən 535140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş əşyalarının dəyərindən İddiaçı ilə Cavabdeh1 ASC (Ləğv prosesindədir) arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə təsdiq edilmiş 179988.9 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəs i miqdarında əvəzləşdirilməsinə dair hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.Məhkəmə kollegiyası həmin hissədə apellyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşır.

116. Nəzərə alınmalıdır ki, iddiaçı kreditor bankın ona qarşı olan tələbinin girovqoyan qismində saxlanca verdiyi qızıl-zinət əşyalarına yönəldilməsi, yəni kreditor bankın öhdəliyinin deyil, öz öhdəliyinin müqavilə ilə şərtləşdirilmiş təminat üsulu vasitəsilə icrasını tələb edir. Başqa sözlə, iddiaçı bu halda bankın kreditoru kimi deyil, borclusu kimi çıxış edir.

117. Əvəzləşdirmə tələbinə münasibətdə iddiaçı bankın kreditoru deyil, borclusu qismində çıxış etdiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun un 82.1-ci maddəsinin hazırkı mübahisəyə əvəzləşdirmə tələbi üzrə tətbiqi üçün əsaslar olmamışdır. Həmin maddə müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülməsini tənzimləyir.

118. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-2210/2024 nömrəli qətnaməsi cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ekspertə təqdim olunmuş İddiaçı məxsus ekspert tərəfindən 64520 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyalarının İddiaçı hüquqi varisi X5 təhvil verilməsi və 179988.9 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsi miqdarında əvəzləşdirilməsindən sonra qalan məbləğin cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı hüquqi varisi X5 ödənilməsinə dair hissələrdə apellyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşmır.Belə ki, apellyasiya instansiyası məhkəməsi həmin hissələrdə tələblərin kreditor tələblər olubolmadığına, iddiaçının bankın kreditoru qismində çıxış edib-etməməsinə tərəflərlə müzakirə edib hüquqi qiymət verməli olduğu halda bu istiqamətdə araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. 119. ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-c i maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır.

120. Yuxarıda şərh olunanlara görə də kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)2210/2024 nömrəli qətnaməsi cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ekspertə təqdim olunmuş İddiaçı məxsus ekspert tərəfindən 64520 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyalarının İddiaçı hüquqi varisi X5 təhvil verilməsinə və 179988.9 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsi miqdarında əvəzləşdirilməsindən sonra qalan məbləğin cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fo ndundan tutularaq İddiaçı hüquqi varisi X5 ödənilməsinə dair hissələrdə ləğv edilməli və həmin hissələrdə iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməli, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hissələrdə işə yenidən baxılarkən şərh edilən nöqsanlar aradan qaldırılmalı, maddi və prosessual hüquq normalarının tələbinə uyğun qanuni və əsaslı yekun məhkəmə aktı qəbul edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-2210/2024 nömrəli qətnaməsi ekspert tərəfindən 535140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş əşyalarının dəyərindən İddiaçı ilə Cavabdeh1 ASC (Ləğv prosesindədir) arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə təsdiq edilmiş 179988.9 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsi miqdarında əvəzləşdirilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır.

121. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “AGBank" ASC (Ləğv prosesindədir) tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)2210/2024 nömrəli qətnaməsi cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ekspertə təqdim olunmuş İddiaçı məxsus AC 2059628 0 nömrəli paket üzrə 5 ədəd şəffaf qaşları olan (4,11 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,01 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,26 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 9 ədəd şəffaf qaşları olan (3,99 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (3,51 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (6,97 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (10,00 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AC 20596279 n ömrəli paket üzrə 5 ədəd şəffaf qaşları olan (4,12 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,30 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,16 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,68 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,38 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,79 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,47 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AC 20596278 nömrəli paket üzrə 5 ədəd cilalı, şəffaf qaşları olan (4,16 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,08 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,15 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,60 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,79 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (5,04 Brilyant), 950 əyyar halqa forma lı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,90 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AA ******* nömrəli paket üzrə 2 ədəd dairəvi cilalı və 2 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (5,87 Brilyant), 750 əyyar sarı rəngli bir cüt sırğa (Qızıl 750), 406 şəffaf, 5 ədəd ayparaya bənzər mavi rəngli və açıq göy rəngli daşlar qaşları (39.50 Brilyant), 750 əyyar olan bir dəst sırğa cütü-üzük dəsti (Qızıl 750), 1 ədəd tünd narıncı rəngli, kənarlarında 20 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (7,76 Brilyant), 750 əyyar 1 ədəd üzük (Qızıl 750), Mərkəzdə 1 ədəd narıncı rəngli, kənarlarında 24 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (7,42 Brilyant), 750 əyyar 18 k damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750 ), Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü, damla formalı kənarlarında nisbətən kiçik ölçülü 18 ədəd dördkünc cilalı və 105 ədəd dairəvi cilalı şəffaf qaşları olan (8,76 Brilyant), 750 əyyar sarı rənglı 1 ədəd üzük (Qızıl 750), 36 rəngli rəngsiz şəffaf qaşlar və çəhrayı rəngli dördkünc cilalı qaşları olan (18.19 Brilyant), 750 əyyar asılqan hissəsində k18WG damğası olan 1 ədəd kulon (Qızıl 750), AC 20825153 nömrəli paket üzrə Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü, kənarları boyunca 8 ədəd nisbətən kiçik ölçülü şəffaf qaşları olan (19,53 Brilyant), 750 əyyar üzərində Б750 damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750), AC 20825342 nömrəli paket üzrə Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü damla formalı, kənarlarında nisbətən kiçik ölçülü 18 ədəd dördkünc cilalı və 105 ədəd dairəvi cilal ı şəffaf qaşları olan (9,22 Brilyant), 750 əyyar üzərində 18k damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750) Ekspert tərəfindən 64520 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyalarının İddiaçı hüquqi varisi X5 təhvil verilməsinə və 179988.9 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsi miqdarında əvəzləşdirilməsindən sonra qalan məbləğin cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı hüquqi varisi X5 ödənilməsinə dair hissələrdə ləğv edilsin və həmin hissələrdə iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)2210/2024 nömrəli qətnaməsi ekspert tərəfindən 535140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş əşyalarının dəyərindən İddiaçı ilə Cavabdeh1 ASC (Ləğv prosesindədir) arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə təsdiq edilmiş 179988.9 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsi miqdarında əvəzləşdirilməsinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar