Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3478/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Pənahova (Qasımova) Sevinc Camal qızının cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, "xxxx" MMC-yə və Cavabdeh5 (X14 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı ilk, Cavabdeh5 Pənahova (Qasımova) Sevinc Camal qızına və Cavabdeh1 MMC-yə qarşı qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: “müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi və s.” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Ya quboviçdən ibarət tərkibdə, İddiaçı Pənahova (Qasımova) Sevinc Camal qızının cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, "xxxx" MMC-yə və Cavabdeh5 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi, mülkiyyət hüquqlarının həyata keçirilməsinə müdaxilənin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi” tələbi barədə ilk, Cavabdeh5 Pənahova (Qasımova) Sevinc Camal qızına və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi” qarşılıqlı tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2676/2024 nömrəli iş üzrə 12 iyun 2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh6 Məmmədcəfər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC-nin rəhbəri X8 (bundan sonra “İcraçı”) və X9 (bundan sonra “Payçı”) arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən icraçı Binəqədi rayonu 9-cu mikrorayon H.Babaşov küçəsi 11də yüksək mərtəbəli yaşayış evinin İİ blok İ mərtəbə ümumi sahəsi 112 kv.m olan 62 nömrəli mənzilə izolə olunmuş 2 otaqdan ibarət payçının istifadəsinə verir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahə üçün 430 AZN təşkil edir. Cəmi 112 kv.m sahə üçün 48.160 AZN təşkil edir. Ödəmə məbləği AZN hesabı ilə həyata keçirilir. Müqavilədə ödəmə xx.xx.2008, 48.160 AZN, dəyəri tam ödənildi qeydi aparılmışdır. 2. "xxxx" MMC-nin direktoru Rüstəmov R.N. tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 1-də yerləşən yaşayış binası Cavabdeh1 MMC-yə məxsusdur. Bu binanın İİ giriş İ mərtəbəsində ümumi sahəsi 112 kv.m olan 2 otaqlı 62 saylı mənzilin pay dəyəri “Payçı” X9 tərəfindən ödənilib. Borcu yoxdur. 3. "xxxx" MMC-nin rəhbəri X8 (bundan sonra “İcraçı”) və Cavabdeh5 (bundan sonra “Payçı”) arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən icraçı Binəqədi rayonu 9-cu mikrorayon H.Babaşov küçəsi 11-də yüksək mərtəbəli yaşayış evinin İİ blok İ mərtəbə ümumi sahəsi 112 kv.m olan 62 nömrəli mənzili izolə olunmuş 2 otaqdan ibarət payçının istifadəsinə verir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahə üçün 480 AZN təşkil edir. Cəmi 112 kv.m sahə üçün 53.760 AZN təşkil edir. Ödəmə məbləği AZN hesabı ilə hə yata keçirilir. Müqavilədə ödəmə xx.xx.2008, 53.760 AZN, dəyəri tam ödənildi qeydi aparılmışdır. 4. www.e-taxes.gov.az saytından çıxarışdan görünür ki, Cavabdeh1 MMC xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, qanuni təmsilçi X5r.
5. Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən, Cavabdeh1 MMC-nin arxiv sənədlərinə əsasən ünvan 1-də yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 2 otaqlı 62 nömrəli mənzilinin satılmasına dair "xxxx" MMC-nin mərhum qanuni təmsilçisi X10 ilə X9 arasında 14 avqust 2008-ci il tarixli müqavilə bağlanmış və həmin mənzil sonuncunun istifadəsində olmuşdur.
6. ƏN-İ seriyalı 131531 nömrəli xx.xx.2008-ci il tarixli etibarnamənin surətindən görünü r ki, X10 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən, bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesa blar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi X11 etibar etmişdir. Etibarnamə 5 il müddətinə verilib və xx.xx.2013-cü il tarix ədək qüvvədədir.
7. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 203 nömrəli xx.xx.2005-ci il tarixli sərəncamının surətindən görünür ki, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 1225/1129 saylı razılıq məktubu, Cavabdeh1 xx.xx.2005-ci il tarixli 017 saylı müraciəti və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2005-ci il tarixli 005407 saylı şəhadətnaməsi nəzərə alınaraq, Binəqədi rayonu 9-cu mikrorayon H.Babaşov küçəsində yerləşən özünə məxsus yarımçıq tikilinin sökülərək tutduğu 3306.3 kv.m torpaq sahəsində yaşayış binasının layihələşdirilməsi və tikintisinə icazə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
8. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) Pənahova (Qa sımova) Sevinc Camal qızı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, "xxxx" MMC-yə və Cavabdeh5 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi, mülkiyyət hüquqlarının həyata keçirilməsinə müdaxilənin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-də yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 2 otaqlı, 62 nömrəli mənzilinin Cavabdeh5 istifadəsinə verilməsinə dair 27 dekabr 2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilin ona təhvil verilməsi, cavabdehlər və digər şəxslər tərəfindən həmin mənzilə olan mülkiyyət hüquqlarına hər hansı müdaxilənin qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. İddia tələbi o nunla əsaslandırılmışdır ki, onunla X10 arasında bağlanmış 14 avqust 2008-ci il tarixli müqaviləyə əsasən ünvan 1-də yerləşən çoxmənzilli yaşayış binasının 2- ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 2 otaqlı, 62 nömrəli mənzili ona 53760 manata satılmışdır. Mənzilin qiymətini tam ödəməsi barədə ona xx.xx.2008-ci il tarixli maliyyə arayışı verilmişdir. Vəkili vasitəsilə apardığı araşdırma zamanı məlum olmuşdur ki, mübahisəli mənzilin yerləşdiyi yaşayış binası Cavabdeh1 (MMC) balansında olmuş, Cəmiyyətin rəhbəri (qanuni təmsilçisi) isə X10 olmuşdur. 2011ci ildə X10 vəfat etdikdən sonra Cəmiyyətin nizamnamə kapitalında olan payı həyat yoldaşı Cavabdeh2, övladları – Cavabdeh3 və Cavabdeh4 keçmiş, hazırda onlar Cəmiyyətin təsisçiləri kimi dövlət qeydiyyatına alınmışdırlar. Uzun müddə tdir ki, o, ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Həmin mənzili əlavə əmlak kimi alıb saxlamışdır ki, gələcəkdə daimi olaraq Azərbaycana qayıdacağı halda, təmir etdirib istifadə etsin. Arada Azərbaycana gəldikdə gedib mənzilinə baş çəkmiş və mənzillə bağlı hər hansı problemlə rastlaşmamışdır. Lakin bu yaxınlarda mənzili ilə maraqlandıqda binanın idarəçiliyini həyata keçirən Cavabdeh1 MMC-nin əsas paya malik təsisçisi Cavabdeh2 aldığı məlumata görə Cavabdeh5 bu yaxınlarda binanın komendantı X12 müqavilənin surətini təqdim edərək, həmin mənzilin ona məxsus olduğunu iddia etmiş, komendant və təsisçi Cavabdeh2 binada ona məxsus hər hansı mənzlin olmadığını bildirdikdə isə, o, onların tələblərinə məhəl qoymadan, özbaşına və qanunsuz olaraq onun mənzilə qoyduğu giriş qapısını sındırıb digər qapı ilə əvəz etmişdir. Bundan sonra isə o, bildirmişdir ki, yaxın günlərdə mənzildə təmir işlərinə başlayacaqdır. Cavabdeh5 binanın komendantına təqdim etdiyi 27 dekabr 2008-ci il tarixli müqavilənin surətindən görünür ki, guya həmin mənzil X10 tərəfindən ona satılmışdır. X15 mənzili ona satdıqdan 4 ay sonra yenidən başqa şəxsə satması inandırıcı deyildir. Bundan başqa, MMC-nin təsisçisi və komendantından aldığı məlumata görə Cavabdeh5 indiyədək bir dəfə olsun həmin mənzillə maraqlanmamış, müqaviləsinin surətini komendanta təqdim edən zaman isə hətta mənzilin yerini belə bilməmişdir. Bununla belə o, mənzilə 2013-cü ildə qapı qoyub kilidini bağlamışdır və mənzil həmişə faktiki olaraq onun sərəncamında olmuşdur. Ona görə də cavabdehin müqaviləsinin saxtalığına kifayət qədə r şübhə vardır və hesab edir ki, həmin müqavilə X3 ölümündən sui-istifadə edilməklə saxtalaşdırılmışdır. Hətta cavabdehin təqdim etdiyi müqavilə saxta olmasa belə, mənzilə dair müqavilə cavabdehdən əvvəl onunla bağlandığından hazırda qüvvədə olan mülki qanunvericliyin tələblərinə görə cavabdehin müqaviləsi etibarsız hesab olunduğu üçün hər hansı hüquqi nəticə doğura bilməz. 10. 20 noyabr 2023-cü il tarixli məhkəmə iclasında X14 cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
11. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Tağıyev X2 (Qasımova) Sevinc Camal qızına və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilinə dair Cavabdeh1 MMC ilə Qasımova (Pənahova) Sevinc Camal qızı arasında bağlanmış 14 avqust 2008-ci il tarixli müqavilənin və həmin müqavilə əsasında verilmiş maliyyə cədvəlinin etibarsız hesab edilməsi; ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilinin ona təhvil verilməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması; ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilinin üzərində hüquqların dövlət qeydiyyatına alınması məqsədilə müvafiq sənədlərin (MTKnin yığıncağının protokolundan çıxarış və s.) veril məsi öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması; tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Pənahova (Qasımova) Sevinc Camal qızı ona və digərlərinə qarşı müqavilənin etibarsız hesab edilməsi və sair tələblər üzrə iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, özü ilə Cavabdeh1 MMC arasında bağlanmış müqaviləni təqdim edərək, onunla Cavabdeh1 MMC arasında bağlanmış müqavilənin etibarlılığını mübahisələndirmişdir. Hesab edir ki, onunla Cavabdeh1 MMC arasında bağlanmış müqavilə etibarlıdır, digər müqavilə isə sonradan köhnə tarixlə tərtib edilmişdir. Bu səbəblə ekspertiz anın təyin edilməsi barədə məhkəməyə vəsatətlə müraciət etmiş və məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi barədə qərardad qəbul edilmişdir. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 4/1510-5/1271 nömrəli 9 oktyabr 2023cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 MMC ilə Cavabdeh5 arasında bağlanmış müqavilədə möhür əksləri üzərində olan imzalar (MTK qrafası nəzərdə tutulur) X10 tərəfindən icra olunmuşdur; Cavabdeh1 MMC ilə X9 arasında bağlanmış müqavilədə möhür əksləri üzərində olan imzalar (MTK qrafası nəzərdə tutulur) X10 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspert rəyindən məlum olur ki, Cavabdeh1 MMC ilə Pənahova (Qasımova) Sevinc Camal qızı arasında güya bağlanmış müqavilə əslində saxtadır və etibarsızdır. Bu səbəblə də, həm in müqavilə etibarsız hesab edilməli, mənzilin ona təhvil verilməsi öhdəliyi MTK-nin üzərinə qoyulmalı, o cümlədən mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə müvafiq sənədlərin ona təhvil verilməsi öhdəliyi MTK-nin üzərinə qoyulmalıdır.
13. Məhkəmə iclasında iddiaçı Pənahova (Qasımova) Sevinc Camal qızının nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə etmiş, qarşılıqlı iddia tələbini etiraf etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, tərəfindən aparılan müstəqil araşdırma zamanı məlum olmuşdur ki, Rövşən Rüstəmovun sahibkarlıq fəaliyyəti dövründə onun bir çox səlahiyyətləri etibarnamə əsasında X14 tərəfindən həyata keçirilmiş, o cümlədən, mübahisəli mənzilin yerləşdiyi yaşayış binasını n demək olar ki, əksər mənzillərinin alğı-satqı müqaviləsi, eləcə də hazırkı iş üzrə mübahisə predmetinə aid olan 14 avqust 2008-ci il tarixli müqavilə Rövşən Rüstəmovun verdiyi etibarnamə əsasında məhz Rövşən Kazımov tərəfindən imzalanmışdır. Göründüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri fiziki şəxs X8 və X4 adlarından olan 14 avqust 2008-ci il tarixli müqavilənin (i.v.58) arxa tərəfində 3 ədəd möhür əksləri üzərindəki imzalar X10 tərəfindən icra olunmasa da, onun etibarnamə üzrə səlahiyyət verdiyi nümayəndəsi X14 tərəfindən icra olunduğundan müqavilə mülki qununvericilikdə nəzərdə tutulmuş təmsilçilik qaydalarına uyğun bağlanmış və həmin müqavilənin etibarsızlığına səbəb olan hər hansı hal mövcud olmamışdır. Qeyd olunanlara əsasən ilkin iddia tələbinin təmin, qarşılıqlı i ddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
14. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 ilkin iddianı qəbul etmiş, qarşılıqlı iddianı isə qəbul etməyərək, izahatında qeyd etmişdir ki, iddiaçı "xxxx" MMC-dən tam məbləği ödəyərək mənzil almışdır. Hazırda MTK iddiaçını tanıyır və mənzil ona təhvil verilmişdir. Cavabdehin həmin mənzili sonradan alınması heç inandırıcı deyil. Belə ki, cavabdeh bu günə qədər mənzillə maraqlanmamış, mənzilin yerini belə bilmir. Ona görə də, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
15. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 izahatında bildirmişdir ki, X10 onun mərhum qaynıdır. Rövşən Rüstəmov xx.xx.2008-ci il tarixdə ona etibarnamə vermişdir. O, həmin etibarnamə əsasında bir çox müqavilələri imzalamışdır. Cavabdeh1 MMC ilə Pənahova (Qasımova) Sevinc Camal qızı arasında bağlanmış müqaviləni də Rövşən Rüstəmovun əvəzinə o imzalamışdır. O, müqavilələri yalnız Rövşən dediyi zaman imzalayırdı. Bəzən Rövşən Azərbaycan Respublikasının hüdudlarından kənarda olmayanda da, ona müqavilələri imzalanmasını bildirirdi, o da imza edirdi.
16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1510-5/1271 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, Cavabdeh1 rəhbəri fiziki şəxs X8 və Cavabdeh5 adlarından olan 27 dekabr 2008-ci il tarixli müqavilənin (i.v.59) arxa tərəfində 2 ədəd mö hür əksləri üzərindəki imzalar – X10 tərəfindən icra olunmuşdur. 17. -Ekspertizaya təqdim olunmuş, Cavabdeh1 rəhbəri fiziki şəxs X8 və X4 adlarından olan 14 avqust 2008-ci il tarixli müqavilənin (i.v.58) arxa tərəfində 3 ədəd möhür əksləri üzərindəki imzalar – X10 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 18. -Tədqiqata təqdim edilmiş X9 və X10 arasında bağlanmış 14 avqust 2008-ci il tarixli; Cavabdeh6 Məmmədcəfər və X10 arasında bağlanmış 27 dekabr 2008-ci il tarixli müqavilələrin üzərlərində olan möhür əksləri relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. 19. -Təqdim edilmiş X9 və X10 arasında bağlanmış 14 avqust 2008-ci il tarixli; Cavabdeh6 Məmmədcəfər və X10 arasında bağlanmış 27 dekabr 2008-ci il tarixli müqavilələrin üzərlərindəki “AZƏRBAYCAN RESPUBLİKAS İ X10” məzmunlu möhür əksləri ilə təqdim edilmiş xx.xx.2011-ci il tarixli, xx.xx.2009-cu il tarixli, xx.xx.2011-ci il tarixli, xx.xx.2011-ci il tarixli müqavilələrin və maliyyə arayışlarının üzərlərində olan möhür əkslərinin, xx.xx.2009-cu il tarixli müqaviləyə(156 saylı mənzilə dair) aid maliyyə arayışının aşağı hissəsində Cavabdeh1 şirkətinin müdiri çap mətnli yazının üzərinə vurulmuş möhür əksinin sərbəst nümunələri eynilik təşkil edirlər.
20. Təqdim edilmiş X9 və X10 arasında bağlanmış 14 avqust 2008-ci il tarixli; Cavabdeh6 Məmmədcəfər və X10 arasında bağlanmış 27 dekabr 2008-ci il tarixli müqavilələrin üzərlərindəki “AZƏRBAYCAN RESPUBLİKASİ X10” məzmunlu möhür əksləri təqdim edilmiş xx.xx.2009-cu il tarixli müqavilədəki (156 saylı mənzilə dair) və həmin müqaviləyə əlavə edilmiş mal iyyə arayışının əsas mətninin üzərinə vurulmuş möhür əkslərinin sərbəst əks nümunələri ilə eynilik təşkil etmirlər.
21. Təqdim edilmiş X9 və X10 arasında bağlanmış 14 avqust 2008-ci il tarixli; Cavabdeh6 Məmmədcəfər və X10 arasında bağlanmış 27 dekabr 2008-ci il tarixli müqavilələrdə əvvəl mətin çap edilmiş, sonra isə möhür əksləri vurulmuşdurlar.
22. Təqdim edilmiş X9 və X10 arasında bağlanmış 14 avqust 2008-ci il tarixli; Cavabdeh6 Məmmədcəfər və X10 arasında bağlanmış 27 dekabr 2008-ci il tarixli müqavilələrin üzərlərində Cavabdeh1”nə məxsus möhür əksləri olmadığı üçün ekspert qarşısında qoyulmuş 2, 3-cü bəndlərindəki sualları üzrə tədqiqat aparılmadı.
23. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 31 yanvar 2024-cü il tarixli, 2(001)-268/2024 saylı qətnaməsi ilə (sə drlik edən-Rəşad Qoşqarlı) ilkin iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun Pənahova (Qasımova) Sevinc Camal qızına aid edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok, 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilə dair Cavabdeh1 MMC ilə Qasımova (Pənahova) Sevinc Camal qızı arasında bağlanmış 14 avqust 2008-ci il tarixli müqavilə etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilin Cavabdeh5 təhvil verilməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli m ənzilə dair Cavabdeh1 MMC ilə Qasımova (Pənahova) Sevinc Camal qızı arasında bağlanmış 14 avqust 2008-ci il tarixli müqavilə üzrə ödənilmiş 48.160 manat məbləğində pul vəsaitinin Cavabdeh1 MMC-dən tutularaq Pənahova (Qasımova) Sevinc Camal qızına ödənilməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun Pənahova (Qasımova) Sevinc Camal qızından və "xxxx" MMC-dən müştərək qaydada tutularaq Cavabdeh5 ödənilməsi, Məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizaları tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun Cavabdeh5 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
24. Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, ünvan 1-də yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümu mi sahəsi 112 kv.metr olan 2 otaqlı, 62 nömrəli mənzilinin satışına dair Cavabdeh1 MMC ilə X9 arasında xx.xx.2008-ci il tarixdə, Cavabdeh5 ilə isə xx.xx.2008-ci il tarixdə müqavilələr imzalanmış və hər iki müqavilədə bu mənzilin dəyərinin tam ödənilməsi barədə müvafiq qeydlər aparılmışdır. Hazırda Pənahova (Qasımova) Sevinc Camal qızı həmin mənzili daha əvvəl aldığını və dəyərini tam ödədiyini, mənzilə 2013-cü ildə qapı qoyub kilidini bağladığını və mənzilin həmişə faktiki olaraq onun sərəncamında olduğunu, Cavabdeh5 ilə bağlanmış müqavilənin saxta olduğunu, sonuncunun mənzilin harada yerləşməsini belə bilmədiyini iddia edir və xx.xx.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini, ona qarşı qaldırılmış iddianın isə rədd edilməsini tələb edir.
25. Məhkəmə hesab etmişdir ki, ilkin olaraq ünvan 1-də yerləşən çoxmənzilli yaşayış binasının 2- ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 2 otaqlı, 62 nömrəli mənzilinin satışına dair Cavabdeh1 MMC ilə X9 arasında xx.xx.2008-ci il tarixdə, Cavabdeh5 ilə isə xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilələrin etibarlı olubolmamasına hüquqi qiymət verilməlidir.
26. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qanunvericiliyin tələbindən göründüyü kimi hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mübahisəli mənzilə dair Cavabdeh1 MMC ilə X9 arasında bağlanmış xx.xx.2008ci il tarixli müqavilə MMC-nin r əhbəri X10 tərəfindən deyil, başqa şəxs, yəni X14 tərəfindən imzalanmışdır. Bu hal ekspert rəyi və X7 məhkəmə iclasında vermiş olduğu izahatla təsdiq olunur.
27. Pənahova (Qasımova) Sevinc Camal qızı MMC adından bəzi müqavilələrin, o cümlədən, özü ilə bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin Rövşən Rüstəmov tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli etibarnamə əsasında (təmsilçilik qaydasında) X7 imzaladığını, sonuncunun müqaviləni imzalayarkən səlahiyyətli şəxs olduğunu və həmin müqavilənin etibarsızlığına səbəb olan hər hansı hal mövcud olmadığını iddia etsə də, məhkəmə, Pənahova (Qasımova) Sevinc Camal qızının bu arqumentini əsassız hesab etmişdir.
28. Belə ki, iş materiallarında olan və X10 tərəfindən X11 verilmiş xx.xx.2008-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, R.N.Rüstəmov həmin etibarnaməni Cavabdeh1 MMC-nin adından və MMC-nin təmsil edilməsi üçün deyil, fiziki şəxs olaraq öz hüquq və mənafelərinin təmsil edilməsi üçün vermişdir. Belə olan halda, X7 adıçəkilən etibarnamə əsasında Cavabdeh1 MMC-nin adından müqavilə bağlamaq səlahiyyəti olmamışdır.
29. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh1 MMC ilə Pənahova (Qasımova) Sevinc Camal qızı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanmadığından etibarsız əqddir.
30. Pənahova (Qasımova) Sevinc Camal qızının mübahisəli mənzilə dair Cavabdeh1 MMC ilə Cavabdeh5 arasında bağlanmış müqavilənin onunla müqavilə bağlandıqdan sonra bağlanması səbəbindən etibarsız olması dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, mülki-hüquq münasibətlər ində fərdi-müəyyən əşyanı mülkiyyətə və ya istifadəyə vermək barədə əmlak (hüquq) sahibinin bir neçə şəxslə razılığa gəlməsi istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil.
31. Müddət etibarı ilə Cavabdeh1 MMC ilə ilə Pənahova (Qasımova) Sevinc Camal qızı arasında müqavilə daha əvvəl, yəni xx.xx.2008-ci il tarixdə bağlanmasına baxmayaraq, bu hal Cavabdeh1 MMC-nin mübahisəli mənzilin Cavabdeh5 deyil, məhz Pənahova (Qasımova) Sevinc Camal qızına təhvil verilməsi barədə öhdəliyinin yaranması kimi qəbul edilə bilməz.
32. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair müqavilə bağlanan zaman binada tikinti işləri aparılmış, binanın tikintisi başa çatdıqdan sonra mübahisəli mənzild ə heç bir təmir işləri aparılmamış və yaşayış olmamışdır. Cavabdeh5 binanın tikintisinin başa çatdığını bildikdən sonra aldığı mənzili təmirsiz şəkildə qəbul etmiş, mənzilə qapı qoydurmuşdur. Bu hərəkətləri ilə də Cavabdeh5 mənzili təhvil aldığını nümayiş etdirmişdir. Daha sonra Pənahova (Qasımova) Sevinc Camal qızı mübahisəli mənzilə gələrək, Cavabdeh5 tərəfindən qoyulmuş qapını sındırmış və yeni qapı qoymuşdur. Eyni zamanda, məhkəmə araşdırması zamanı mübahisəli mənzildə Pənahova (Qasımova) Sevinc Camal qızına məxsus hər hansı əmlakın olması müəyyən edilməmişdir.
33. Eyni zamanda, ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 rəhbəri fiziki şəxs X8 və Cavabdeh5 adlarından olan 27 dekabr 2008-ci il tarixli müqavilənin (i.v.59) arxa tərəfində 2 ədəd möhür əksləri üzərindəki imzalar – X 10 tərəfindən icra olunmuşdur.
34. Məhkəmə, qeyd olunanları nəzərə alıb belə qənaətə gəlmişdir ki, xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən mübahisəli mənzilə ilk olaraq məhz Cavabdeh5 sahiblik etməyə başlamışdır. Buna uyğun olaraq, Cavabdeh1 MMCnin mübahisəli mənzilin Pənahova (Qasımova) Sevinc Camal qızına deyil, məhz Cavabdeh5 təhvil verilməsi barədə öhdəliyi yaranmışdır. Həm bu, həm də yuxarıda qeyd edilən səbəblərdən Cavabdeh5 "xxxx" MMC ilə bağladığı xx.xx.2008-ci il tarixli müqavilə tam etibarlı müqavilədir. Bu da öz növbəsində Pənahova (Qasımova) Sevinc Camal qızının iddiasının rədd edilməsini, Cavabdeh5 isə iddiasının qismən, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilə dair "xxxx" MMC ilə Qasımova (Pənahova ) Sevinc Camal qızı arasında bağlanmış 14 avqust 2008-ci il tarixli müqavilənin və həmin müqavilə əsasında verilmiş maliyyə cədvəlinin etibarsız hesab edilməsi; mənzilin Cavabdeh5 təhvil verilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması hissəsində təmin edilməsini şərtləndirir.
35. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilə dair Cavabdeh1 MMC ilə Qasımova (Pənahova) Sevinc Camal qızı arasında bağlanmış 14 avqust 2008-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən, müqavilə üzrə ödənilmiş 48.160 manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-dən tutularaq Pənahova (Qasımova) Sevinc Camal qızına ödənilməlidir.
36. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia ünvan 1 ün vanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilin üzərində hüquqların dövlət qeydiyyatına alınması məqsədilə müvafiq sənədlərin (MTKnin yığıncağının protokolundançıxarış və s.) verilməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması hissəsində əsassız olduğundan rədd edilməlidir.
37. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, mənzilin yerləşdiyi binanın təhviltəslim prosesi həyata keçirilməmiş, bu səbəbdən də mənzilin üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas olan çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı qəbul edilməmişdir.
38. Qarşılıqlı iddia tələbinin ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilə dair Cav abdeh1 MMC ilə Qasımova (Pənahova) Sevinc Camal qızı arasında bağlanmış 14 avqust 2008-ci il tarixli müqavilə əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, maliyyə arayışı hər hansı hüquqi nəticə yaratmayan bəyanat xarakterli sənəd növüdür. Başqa ifadə ilə, maliyyə arayışı hər hansı hüquq münasibətini yaradan, dəyişdirən və ya xitam edən əqd deyildir. Belə olan halda, maliyyə arayışının etibarsız hesab edilməsi tələbi təmin edilə bilməz.
39. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.2, 152.2, 152.3, 157.2, 157.8, 158.2, 324.1, 324.4, 337.1, 337.3, 337.4, 337.5, 385.1, 389.1, 425.1, 442, 452.1, 752.1, 762.1-ci; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
40. Qətnamədən iddiaçı Pənahova (Qasımova) Sevinc Camal qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın təmin olunması və qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
41. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi olduqca qeyrimüəyyən olmuş, bir sıra hallarda yalnız şəxsi mövqeyindən çıxmış, işdə olan sübutların mahiyyətini təhrif etmişdir. Əvvəla məhkəmə çıxardığı qətnaməni əsaslandırarkən qeyd etmişdir ki, mübahisəli mənzilə dair Cavabdeh1 MMC ilə X9 arasında bağlanmış xx.xx.2008ci il tarixli müqavilə MMC-nin rəhbəri X10 tərəfindən deyil, başqa şəxs, yəni X14 tərəfindən imzalanmışdır. Bu hal ekspert rəyi və X7 məhkəmə iclasında vermiş olduğu izahatla təsdiq olunur. Pənahova (Qasımova) Sevinc Camal qızı MMC adından bəzi müqavilələrin, o cümlədən, özü ilə bağlanmış xx.xx.2008-ci il tarixli etibarnamə əsasında (təmsilçilik qaydasında) X7 imzalandığını, sonuncunun müqaviləni imzalayarkən səlahiyyətli şəxs olduğunu və həmin müqavilənin etibarsızlığına səbəb olan hər hansı hal mövcud olmadığını iddia etsə də, məhkəmə, Pənahova (Qasımova) Sevinc Camal qızının bu arqumentini əsassız hesab edir. Belə ki, iş materiallarında olan və X10 tərəfindən X11 verilmiş xx.xx.2008-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, R.N.Rüstəmov həmin etibarnaməni Cavabdeh1 MMC adından və MMC-nin təmsil edilməsi üçün deyil, fiz iki şəxsolaraq öz hüquq və mənafelərinin təmsil edilməsi üçün vermişdir. Belə olan halda, X7 adıçəkilən etibarnamə əsasında Cavabdeh1 MMC-nin adından müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, "xxxx" MMC ilə Pənahova (Qasımova) Sevinc Camal qızı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanmadığından etibarsız əqddir. Lakin məhkəmə bu nəticəyə gələrkən Pənahova (Qasımova) Sevinc Camal qızına münasibətdə onun mənzili əldə edərkən Azərbaycan Respublikası MM-nin 182.1-ci maddəsinin müddəaları baxımından vicdanlı əldə edən olub-olmaması məsələsinə aydınlıq gətirməmişdir. Məhkəmə nəzərə almamışdır ki, Cavabdeh1 MMC-nin qanuni təmsilçisi olmuş mərhum X10 Respublikanın bir çox yerlərində fərdi sahibkar qismində və hüquqi şəxs (MTK, MMC) yaratmaqla çoxmənzilli yaşayış binalarının tikintisini və həmin binalarda yerləşən mənzilllərin satışını həyata keçirmiş, bu fəaliyyətində onu etibarnamə əsasında X14 təmsil etmiş və demək olar ki, əksər mənzillərin alğı-satqı müqaviləsi məhz məhkəmənin istinad etdiyi etibarnamə əsasında sonuncu tərəfindən imzalanmışdır. Rövşən Kazımov bu işləri Rövşən Rüstəmova məxsus ofisdə əyləşib tək və Rövşən Rüstəmovla birlikdə gördüyü halda, təbii ki, alğısatqı müqaviləsi əsasında mənzil əldə edən şəxslərdə, o cümlədən də Pənahova (Qasımova) Sevinc Camal qızında Rövşən Kazımovun səlahiyyətlərinin legtimsizliyi barədə hər hansı şübhə yarana bilməzdi. Ona görə də göstərilən hallara əsasən məhkəmə nəzərə almalı idi ki, mübahisəli mənzili X9 mülki qanunvericli kdə təsbit edilmiş vicdanlı əldə edən qismində aldığından onun bağladığı müqavilə ona münasibətdə etibarsız hesab edilə bilməzdi. Bundan başqa, məhkəmə, hər hansı sübuta əsaslanmayan, həqiqətə uyğun olmayan məlumatları qətnamənin əsaslandırıcı hissəsində işin müəyyən olunmuş halı kimi qeyd edərək bildirmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair müqavilə bağlanan zaman binada tikinti işləri aparılmış, binanın tikintisi başa çatdıqdan sonra mübahisəli mənzildə heç bir təmir işləri aparılmamış və yaşayış olmamışdır. Cavabdeh5 binanın tikintisinin başa çatdığını bildikdən sonra aldığı mənzili təmirsiz şəkildə qəbul etmiş, mənzilə qapı qoydurmuşdur. Bu hərəkətləri ilə də Cavabdeh5 mənzili təhvil aldığını nümayiş etdirmişdir. Daha sonra Pənahova (Qasımov a) Sevinc Camal qızı mübahisəli mənzilə gələrək, Cavabdeh5 tərəfindən qoyulmuş qapını sındırmış və yeni qapı qoymuşdur. Eyni zamanda məhkəmə araşdırması zamanı mübahisəli mənzildə Pənahova (Qasımova) Sevinc Camal qızına məxsus hər hansı əmlakın olması müəyyən edilməmişdir. Məhkəmə öz mülahizələrilə göstərdiyi yalan məlumatlar əsasında belə bir qənaətə gəlmişdir ki, xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən mübahisəli mənzilə ilk olaraq məhz Cavabdeh5 sahiblik etməyə başlamışdır. Halbuki Cavabdeh5 mənzili nə Rövşən Rüstəmovdan, nə etibarnamə üzrə onun nümayəndəsi Rövşən Kazımovdan, nə də mərhum Rövşən Rüstəmovun vərəsələrindən təhvil almış, eləcədə o, heç zaman mənzilə faktiki sahiblik etməmişdir. Pənahova (Qasımova) Sevinc Camal qızı tərəfindən isə mübahisəli mənzilin qapısı sındırılmamış dır. Məhkəmənin göstərdiklərini iş materiallarında təsdiq edən hər hansı sübut olmamışdır. Həmin mənzilin qapısı müqavilə imzalandıqdan sonra məhz (Qasımova) Sevinc Camal qızı tərəfindən qoyulmuşdur. Bunu məhkəmə iclasında iştirak edən Rövşən Rüstəmovun vərəsəsi, eyni zamanda Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh3 nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 məhkəməyə verdiyi izahatlarda təsdiq etmişdir. Çox maraqlıdır ki, məhkəmə yerində baxış keçirmədən yalan olaraq qeyd etmişdir ki, guya məhkəmə araşdırması zamanı mübahisəli mənzildə Pənahova (Qasımova) Sevinc Camal qızına məxsus hər hansı əmlakın olması müəyyən edilməmişdir. Halbuki, həmin mənzildə İddiaçı (Qasımovaya) məxsus əşyalar mövcuddur. Çox maraqlıdır ki, məhkəmə yerində baxış keçirmədən yalan olaraq qeyd etmişdi r ki, guya məhkəmə araşdırması zamanı mübahisəli mənzildə Pənahova (Qasımova) Sevinc Camal qızına məxsus hər hansı əmlakın olması müəyyən edilməmişdir. Halbuki, həmin mənzildə İddiaçı (Qasımovaya) məxsus əşyalar mövcuddur.
42. Qətnamədən həmçinin ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək onun ləğv edilməsini ilkin iddia tələblərinin təmin, qarşılıqlı iddia tələblərinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
43. Cavabdehlərin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qənaətinə görə mübahisəli mənzilin yerləşdiyi yaşayış binasına aid mənzillərin üzərində sərəncam vermək hüququ, yəni onları satmaq hüququ Cavabdeh1 MMC-yə məxsus olduğundan həmin mənzillərə dair Rövşən Kazımova əqdlərin bağlanması səlahiyyət ini verən etibarnamə Rövşən Rüstəmovun adından deyil, Cavabdeh1 MMC-nin adından verilə bilərdi. Lakin məhkəmə X9 ilə bağlanmış müqavilənin, Rövşən Kazımova verilmiş etibarnamənin həqiqi məzmununu Azərbaycan Respublikası MM-nin 324.5-ci maddəsinə uyğun olaraq ağlabatan mühakimə əsasında deyil, yalnız onun formal, hərfi mənasına əsasən qiymətləndirərək tərəflərin iradə ifadəsini düzgün təfsir etməmiş, işin diqqətəlayiq hallarından çıxış edərək S.C.Qasımovanın mənzili əldə edərkən Azərbaycan Respublikası MM-nin 182.1-ci maddəsinə əsasən vicdanlı əldə edən olmasını nəzərə almamışdır. Məhkəmə nəzərə almalı idi ki, mərhum X1 Respublikanın bir çox yerlərində Gəncə və Bakı şəhərində fərdi sahibkar qismində və ya təsisçisi və qanuni təmsilçisi olduğu hüquqi şəxslərin (MTK, MMC) adından çoxmənzilli yaşayış binalarının tikintisini və həmin binalarda yerləşən mənzilllərin satışını həyata keçirmiş, bu fəaliyyətində onu etibarnamə əsasında X14 təmsil etmiş, istər mübahisəli mənzilin yerləşdiyi binada, istərsə də digər binalarda olan əksər mənzillərin alqı-satqı müqaviləsi məhz məhkəmənin istinad etdiyi etibarnamə əsasında sonuncu tərəfindən imzalanmışdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən şəxs qismində iştirak etmiş X7 və mərhum X3 ailə üzvləri olan, hazırda Cavabdeh1 MMC-nin təsisçiləri bildirmişlər ki, etibarnamə əsasında Rövşən Rüstəmovu təmsil edən Rövşən Kazımov öz səlahiyyətlərinə uyğun bütün işləri mübahisəli mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində olan Rövşən Rüstəmova məxsus ofisdə görmüş, hətta Rüstəmovla birlikdə olanda belə müqavilələ ri Rövşən Rüstəmov deyil, onun tapşırığı ilə Rövşən Kazımov imzalamışdır. Ona görə də mənzil sahibləri, eləcə də mənzillərlə maraqlanan hər kəs X16 Rüstəmovun səlahiyyətli nümayəndəsi kimi tanıyıb qəbul etmişdirlər. Belə olduğu halda təbii ki, Pənahova (Qasımova) Sevinc Camal qızında və ya hər hansı mənzil alıcısında Rövşən Kazımovun səlahiyyətlərinin legitimsizliyi barədə hər hansı şübhə yarana bilməzdi. Ona görə də göstərilən hallara əsasən məhkəmə nəzərə almalı idi ki, mübahisəli mənzili X9 mülki qanunvericlikdə təsbit edilmiş vicdanlı əldə edən qismində aldığından onun bağladığı müqavilə ona münasibətdə etibarsız hesab edilə bilməzdi. Qeyd etdiyimiz kimi Rövşən Rüstəmov müxtəlif statuslarda müstəqil və ya şərikli formada bir çox yaşayış binasının tikintisi və satışı ilə məşğul olmuşdur. O əsasən müstəqil şəkildə fiziki şəxs qismində Gəncə şəhərində yerləşən çoxmənzilli yaşayış binasını, qanuni təmsilçisi olduğu Cavabdeh1 MMC-nin adından mübahisəli mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasını, qanuni təmsilçisi olduğu "xxxx" MTK-nın adından ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasını inşa etmişdir. Diqqət edilməsi vacib olan haldır ki, Rövşən Rüstəmov hüquqi şəxs adından inşa etdiyi binalarda olan mənzillərə dair müqavilələri təmsil etdiyi hüquqi şəxsin adından deyil, öz adından bağlayıb imzalayaraq həmin müqavilələri hüquqi şəxsə məxsus möhürlə deyil, fiziki şəxs – fərdi sahibkar qismində özünə məxsus möhürlə təsdiq etmişdir. Təsadüfi deyildir ki, hazırkı iş üzrə təqdim edilmiş müqavilələrdə, eləcə də məhkəmənin etibarlı saydığı ilkin iddia üzrə cavabdeh ə məxsus müqavilədə müqavilə tərəfi kimi hüquqi şəxs – Cavabdeh1 MMC deyil, Rövşən Rüstəmovun şəxsən özü göstərilmiş, yəni onun təmsilçi statusuna istinad edilməmiş, müqavilənin bağlanması isə Cavabdeh1 MMC-nin möhürü ilə deyil, fiziki şəxs qismində Rövşən Rüstəmova məxsus möhürlə təsdiq edilmişdir. Məhkəmə əslində məhz göstərilən halları nəzərə almaqla tərəflərin əsl iradə ifadəsini təfsir etməli və X6 vicdanlı əldə edən kmi tanımalı idi. Məhkəmənin sübutetmə zamanı yol verdiyi nöqsanlardan biri də o olmuşdur ki, hər hansı sübuta əsaslanmayan və həqiqətə uyğun olmayan məlumatları qətnamənin əsaslandırıcı hissəsində işin müəyyən olunmuş halı kimi göstərmişdir. Belə ki, məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair müqavilə bağlanan zama n binada tikinti işləri aparılmış, binanın tikintisi başa çatdıqdan sonra mübahisəli mənzildə heç bir təmir işləri aparılmamış və yaşayış olmamışdır. Cavabdeh5 binanın tikintisinin başa çatdığını bildikdən sonra aldığı mənzili təmirsiz şəkildə qəbul etmiş, mənzilə qapı qoydurmuşdur. Bu hərəkətləri ilə də Cavabdeh5 mənzili təhvil aldığını nümayiş etdirmişdir. Daha sonra Pənahova (Qasımova) Sevinc Camal qızı mübahisəli mənzilə gələrək, Cavabdeh5 tərəfindən qoyulmuş qapını sındırmış və yeni qapı qoymuşdur. Eyni zamanda məhkəmə araşdırması zamanı mübahisəli mənzildə Pənahova (Qasımova) Sevinc Camal qızına məxsus hər hansı əmlakın olması müəyyən edilməmişdir. Məhkəmə öz əsassız mülahizələrindən çıxış edərək sonda belə bir qənaətə gəlmişdir ki, xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən mübahi səli mənzilə ilk olaraq məhz Cavabdeh5 sahiblik etməyə başlamışdır. Halbuki Cavabdeh5 ümumiyyətlə mənzili istər rəsmi, istərsə də faktiki təhvil almamış, o, heç zaman mənzilə hər hansı formada sahiblik etməmişdir. Pənahova (Qasımova) Sevinc Camal qızı tərəfindən isə mənzilin qapısı sındırılmamışdır. Mənzilin qapısı müqavilə imzalandıqdan sonra bilavasitə (Qasımova) Sevinc Camal qızının özü tərəfindən qoyulmuşdur. İşin bu halını məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 və Pənahova (Qasımova) Sevinc Camal qızının nümayəndəsi məhkəməyə verdiyi izahatlarda bir daha təsdiq etmişdirlər. Məhkəmə hər hansı sübut olmadan açıq-aşkar həqiqətə uyğun olmayan ifadələri qətnaməsinin məzmununa daxil edərək qeyd etmişdir ki, guya məhkəmə araşdırması zamanı mübahisəli mən zildə Pənahova (Qasımova) Sevinc Camal qızına məxsus hər hansı əmlakın olması müəyyən edilməmişdir. Halbuki işin bu halının təsdiqi üçün ən mötəbər sübut qismində yalnız yerində baxışın nəticələri çıxış edə bilərdi ki, məhkəmə tərəfindən də belə bir hərəkət həyata keçirilməmişdir. Hər bir halda yerində baxış keçirilsəydi, təbii ki, məhkəmə tamam göstərdiklərinə əks bir mənzərənin, yəni mübahisəli mənzildə İddiaçı (Qasımovaya) məxsus əşyaların mövcudluğunun şahidi olardı. Beləliklə də şərh olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi qismində işə baxmış Bakı şəhəri, Binəqədi rayon məhkəməsi iş üzrə əqd (etibarnamə, müqavilə) tərəflərinin münasibətlərinə əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası MM-nin 182.1 və 324.5-ci maddələrini tətbiq etməyib ayrı-ayrı mənzil sahibl əri ilə eyni formada bağlanmış çoxsaylı müqavilələrin etibarlılığını şübhə altına almaqla həmin mənzillərlə bağlı gələcək mübahisələrə və sui-istifadə hallarına rəvac vermişdir ki, bu da Cavabdeh1 MMCnin və onun təsisçilərinin, eləcə də çoxsaylı mənzil sahiblərinin mənafeyini ciddi şəkildə pozmuşdur.
44. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2676/2024 nömrəli iş üzrə 12 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), F.Abdıyev və F.Qasımov) iddiaçı Pənahova (Qasımova) Sevinc Camal qızı, ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(001)-268/2024 saylı qətnaməsi ilk iddianın rədd olunan və qarşılıqlı iddianın qismən təmin edilən hissələrində ləğv edilmiş, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilmiş,ilk iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsi, 11-də yüksək mərtəbəli yaşayış evinin İİ blok, İ mərtəbə, ümumi sahəsi 112 kv.m olan, 62 saylı izolə edilmiş 2 otaqdan ibarət mənzilə dair "xxxx" MMC ilə Cavabdeh6 Məmmədcəfər oğlu arasında 27 dekabr 2008-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsi, 11-də yüksək mərtəbəli yaşayış evinin İİ blok, İ mərtəbə, ümumi sahəsi 112 kv.m olan, 62 saylı izolə edilmiş 2 otaqdan ibarət mənzilin Pənahova (Qasımova) Sevinc Camal qızına təhvil verilməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulsması, ilk iddia nın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın mübahisələndirilən hissədə təmin edilməməsi, qətnamənin ekspertiza xərcinin tutulması hissəsində dəyişdirilmədən saxlanılması, 27 dekabr 2008-ci il tarixli müqavilə üzrə ödənilmiş 53760 (əlli üç min yeddi yüz altmış) manatın "xxxx" MMC-dən alınaraq Cavabdeh6 Məmmədcəfər oğluna ödənilməsi qət edilmişdir.
45. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 14 avqust 2008-ci il tarixdə icraçı "xxxx" MMC ilə X9 arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsi, 11-də yüksək mərtəbəli yaşayış evinin İİ blok, İ mərtəbə, ümumi sahəsi 112 kv.m olan, 62 saylı izolə edilmiş 2 otaqdan ibarət mənzili payçı X4 istifadəsinə verir. Müqavilə üzrə mənzilin dəyəri 1 kv.m sahə üçün 430 manat təşkil edir. Cəmi 112 kv.m sahə üçün 48160 manat təşkil edir. Bu barədə X4 adına maliyyə arayışı olmaqla, mənzilin tam dəyərinin ödənilməsi barədə müqavilədə qeydiyyat aparılmışdır. 27 dekabr 2008-ci il tarixdə icraçı "xxxx" MMC ilə Cavabdeh6 Məmmədcəfər oğlu arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsi, 11-də yüksək mərtəbəli yaşayış evinin İİ blok, İ mərtəbə, ümumi sahəsi 112 kv.m olan, 62 saylı izolə edilmiş 2 otaqdan ibarət mənzili payçı Cavabdeh6 Məmmədcəfər oğlunun istifadəsinə verir. Müqavilə üzrə mənzilin dəyəri 1 kv.m sahə üçün 480 manat təşkil edir. Cəmi 112 kv.m sahə üçün 53760 manat təşkil edir. Bu barədə Cavabdeh6 Məmmədcəfər oğlunun adına maliyyə arayışı mövcud olmasa da, mənzilin tam dəyərinin ödənilməsi barədə müqavilədə qeydiyyat aparılmışdır. Hər iki müqavilə hüquqi şəxsə məxsus möhürlə deyil, fiziki şəxs – fərdi sahibkar qismində Rövşən Rüstəmova məxsus möhürlə təsdiq olunmuşdur. İddiaçı X9 ilə bağlanmış müqaviləni Rövşən Rüstəmov tərəfindən verilmiş etibarnamə əsasında qaynı Rövşən Kazımov imzalamışdır. Cavabdeh6 Məmmədcəfər oğlu ilə bağlanmış müqaviləni fiziki şəxs Rövşən Rüstəmov imzalamışdır. İddiaçı Pənahova (Qasımova) Sevinc Camal qızı həmin mənzili daha əvvəl aldığını və dəyərini tam ödədiyini, mənzilə 2013-cü ildə qapı qoyub kilidini bağladığını və mənzilin həmişə faktiki olaraq onun sərəncamında olduğunu, Cavabdeh5 ilə bağlanmış müqavilənin saxt a olduğunu, sonuncunun mənzilin harada yerləşməsini belə bilmədiyini iddia edir və xx.xx.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini, ona qarşı qaldırılmış iddianın isə rədd edilməsini tələb edir.
46. Birinci instansiya məhkəməsi iddiaçı ilə bağlanan müqaviləni etibarsız hesab edərkən qeyd etmişdir ki, Pənahova (Qasımova) Sevinc Camal qızı MMC adından bəzi müqavilələrin, o cümlədən, özü ilə bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin Rövşən Rüstəmov tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli etibarnamə əsasında (təmsilçilik qaydasında) X7 imzaladığını, sonuncunun müqaviləni imzalayarkən səlahiyyətli şəxs olduğunu və həmin müqavilənin etibarsızlığına səbəb olan hər hansı hal mövcud olmadığını iddia etsə də, məhkəmə, Pənahova (Qasımova) Sevinc Camal qızının bu arqumentini əsassız hesab edir. Belə ki, iş materiallarında olan və X10 tərəfindən X11 verilmiş xx.xx.2008-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, R.N.Rüstəmov həmin etibarnaməni Cavabdeh1 MMC-nin adından və MMC-nin təmsil edilməsi üçün deyil, fiziki şəxs olaraq öz hüquq və mənafelərinin təmsil edilməsi üçün vermişdir. Belə olan halda, X7 adıçəkilən etibarnamə əsasında Cavabdeh1 MMC-nin adından müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 MMC ilə Pənahova (Qasımova) Sevinc Camal qızı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanmadığından etibarsız əqddir.
47. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq iddia tələblərinin “müqavilələrin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı ilk növbədə q eyd etməyi zəruri hesab etmişdir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllədə əqdin etibarsız sayıla bilməsinin müxtəlif əsasları müəyyən edilmiş və onların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır.
48. Təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqavilələridir. Bu baxımdan "xxxx" MMC ilə X9 arasında 14 avqust 2008-ci il tarixdə və Cavabdeh6 Məmmədcəfər oğlu ilə 27 dekabr 2008-ci il tarixdə eyni mənzilə dair podrat müqaviləsi bağlanmış və həmin müqavilələrin hər biri üzrə "xxxx" MMC eyni mənzili inşa edərək, ayrı-ayrılıqda həmin şəxslərin istifadə və sahibliyinə verilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Halbuki, eyni mənzilə dair belə bir öhdəliyin iki müxtəlif şəxsin xeyrinə icra edilməsi həm f aktiki olaraq, həm də hüquqi baxımından qeyri-mümkündür (təbii ki, onlardan birinin xeyrinə bağlanmış müqavilənin qanuni əsaslarla ləğv olunması və ya etibarsız hesab edilməsi halı istisna olmaqla) və bir belə müqavilənin bağlanması, artıq ikinci müqavilənin bağlanmasını hüquqi nəticə etibarı ilə istisna etmiş olur. Belə ki, müqailə bağlamaqla üzərinə öhdəlik götürmüş "xxxx" MMC növbəlik etibarı ilə sonrakı müqaviləni imzalamaq üçün artıq hər hansı səlahiyyətə malik olmur və həm bu, həm də digər əsaslarla sonradan bağlanmış müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış müqaviləyə çevrilməklə etibarsız olur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.
49. Bu baxımdan həm "xxxx" MMC ilə X9 arasında 14 avqust 2008-ci il ta rixdə, həm də Cavabdeh5 ilə 27 dekabr 2008-ci il tarixdə bağlanmış müqavilə etibarlı ola bilməz və onlardan biri bağlandığı andan etibarsızdır. Bunun müəyyən edilməsi üçün də reallıqda müqavilələrdən hansının daha əvvəl bağlandığı (öhdəliyin əmələ gəldiyi), sifarişçi qismində çıxış edən şəxslərdən hansının mənzilə daha əvvəl sahiblik və ondan istifadə etməyə, o cümlədən bu istiqamətdə hərəkətlərin edilməsinə başlaması və sair bu kimi aidiyyəti hallar araşdırılmalıdır.
50. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mar t 2023-cü il tarixli qərarında qeyd olunanlara əsasən hazırkı iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir:
51. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
52. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər.
53. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasın a xidmət edir.
54. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.
55. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.
56. Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.
57. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüq uqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
58. Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
59. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir.
60. Səla hiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərd ən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir.
61. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan MMC-nin qanuni təmsilçisinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, onun imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.
62. Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
63. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyinə əsaslanan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə bağlanmış müqavilənin etibarsızlığı Mülki Məcəlləinin 5.3-cü və 16.1-ci maddələrində təsbit edilmiş mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifa dənin yolverilməzliyi prinsiplərinə zidd olmaqla, həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən hüquqdan sui-istifadə halını yaradır.
64. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı ilə bağlanmış müqaviləni Rövşən Rüstəmov tərəfindən verilmiş etibarnamə əsasında qaynı Rövşən Kazımov imzalamışdır. Əqdin bağlanmasına zahirən razılığı olmayan "xxxx" MMC-nin qanuni təmsilçisi mərhum Rövşən Rüstəmovun bu əqddən xəbərdar olması və bəyəndiyi göstərən rəftarı işin araşdırılmış halları ilə müəyyən olunur. Buna görə də, bu müqaviləni bağlayan Rövşən Kazımovun əqdi bağlayan zaman səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur.
65. Apellyasiya instansiyası məhkə məsi qeyd etmişdir ki, Rövşən Rüstəmov hüquqi şəxs adından inşa etdiyi binalarda olan mənzillərə dair müqavilələri təmsil etdiyi hüquqi şəxsin adından deyil, öz adından bağlayıb imzalayaraq həmin müqavilələri hüquqi şəxsə məxsus möhürlə deyil, fiziki şəxs – fərdi sahibkar qismində özünə məxsus möhürlə təsdiq etmişdir. Təsadüfi deyildir ki, hazırkı iş üzrə təqdim edilmiş hər iki müqavilədə müqavilə tərəfi kimi hüquqi şəxs – Cavabdeh1 MMC deyil, Rövşən Rüstəmovun şəxsən özü göstərilmiş, yəni onun təmsilçi statusuna istinad edilməmiş, müqavilələrin bağlanması isə Cavabdeh1 MMC-nin möhürü ilə deyil, fiziki şəxs qismində Rövşən Rüstəmova məxsus möhürlə təsdiq edilmişdir.
66. Göründüyü kimi, iddiaçı ilə müqavilə bağlanandan sonra, "xxxx" MMC tərəfindən müqavilənin etibarsızlığı tələbi irəli sü rülməmiş, əksinə "xxxx" MMC mübahisəli mənzili iddiaçının sahiblik və istifadəsinə verilmişdir. Bunu "xxxx" MMC-nin hazırkı təsisçiləri də təsdiq edirlər. Mübahisəli mənzil cavabdehin sahibliyindən və istifadəsində olmamış, şahid qismində ifadə verən binanın komendantı bir neçə il əvvəl cavabdehin ora gəlməsini, mənzillə maraqlanmasını, mənzilin yerini belə dəqiq bilmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası tərəfindən yerli baxış keçirilərkən müəyyən olundu ki, mənzil iddiaçının sahibliyində və istifadəsindədir. Belə ki, iddiaçı tərəf mənzilin qapısını açmış, mənzildə iddiyaçıya aid tikinti materialları müəyyən olunmuşdur.
67. Digər tərəfdən məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid ifadələri və "xxxx" MMC ilə bina sakinləri arasında bağlanmış çoxsaylı müqavilələrdən müəyyən olu nur ki, müqavilələri qanuni təmsilçi Rövşən Rüstəmovun adından onun qaynı Rövşən Kazımov imzalamışdır.
68. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnamədə Cavabdeh5 binanın tikintisinin başa çatdığını bildikdən sonra aldığı mənzili təmirsiz şəkildə qəbul etməsi, mənzilə qapı qoyması, bu hərəkətləri ilə də mənzili təhvil aldığını nümayiş etdirdiyini, daha sonra Pənahova (Qasımova) Sevinc Camal qızı mübahisəli mənzilə gələrək, Cavabdeh5 tərəfindən qoyulmuş qapını sındırması və yeni qapı qoymasını, məhkəmə araşdırması zamanı mübahisəli mənzildə Pənahova (Qasımova) Sevinc Camal qızına məxsus hər hansı əmlakın olmamasını qeyd etsə də, qeyd olunan hallar mülki işdə olan heç bir sübutla öz təsdiqin tapmamış, əksinə apellyasiya mərhələsində aparılmış yer li baxışla bu halların əksi təsdiq olunmuşdur.
69. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, eyni mənzilə dair belə bir öhdəliyin iki müxtəlif şəxsin xeyrinə icra edilməsi həm faktiki olaraq, həm də hüquqi baxımından qeyri-mümkündür və belə bir müqavilənin bağlanması, artıq ikinci müqavilənin bağlanmasını hüquqi nəticə etibarı ilə istisna etmiş olur. Belə ki, müqailə bağlamaqla üzərinə öhdəlik götürmüş "xxxx" MMC növbəlik etibarı ilə sonrakı müqaviləni imzalamaq üçün artıq hər hansı səlahiyyətə malik olmur və həm bu, həm də digər əsaslarla sonradan bağlanmış müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış müqaviləyə çevrilməklə etibarsız olur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.
70. Buna gör ə də, ilk iddia cavabdehlə bağlanmış müqavilənin etibarsızlığı hissəsində əsaslı olmaqla, təmin edilməlidir.
71. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mənzilin iddiaçıya təhvil verilməsi, onun yalnız həmin mənzilə ixtiyari vaxt getməsi və mənzilə daxil olmasını özündə ehtiva etmir. Həmçinin, həmin mənzilə münasibətdə istifadə və sahiblikdən irəli gələn digər hərəkətlərin edilməsini, o cümlədən mənzildə təmir işlərinin aparılmasını, gələcəkdə orada şəxsən və ya mülahizəsinə əsasən müəyyən etdiyi şəxsin yaşamasına imkanın yaradılmasını, habelə mülkiyyət hüququnun əldə edilməsini nəzərdə tutur. Belə ki, bu mənzilə dair 14 avqust 2008-ci il tarixdə bağlanmış müqaviləyə artıq hüquqi qiymət verilmiş və nəticədə məhz iddiaçı ilə bağlanmış müqavilənin etibarlı olması və müddət etiba rı ilə daha əvvəl bağlandığı qənaətinə gəlinmişdir. Həmin mənzilin giriş qapısının açarının məhz iddiaçıda olması, mənzillə bağlı onun müəyyən hərəkətlər etməsi, o cümlədən mənzilin daxilində öz istəyinə uyğun təmizləmə işlərinin aparılması mənzilin məhz ona təhvil verildiyinə dəlalət edir. Belə ki, iddiaçı 14 avqust 2008-ci il tarixli müqavilə üzrə mənzilin dəyərini təşkil edən pul vəsaitini tam ödəməklə müqavilə üzrə üzərinə götürmüş əsas öhdəliyini yerinə yetirmişdir və onun bu mənzilə münasibətdə hüquqları (istifadə, sahiblik və mülkiyyət hüququnun əldə edilməsində üstün hüququ) yaranmışdır. Bu da öz növbəsində müqaviləyə uyğun olaraq "xxxx" MMC-nin həmin mənzilin ona təhvil verilməsi öhdəliyini yaratmışdır. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə də əsaslı hesab edir və belə q ənaətə gəlir ki, mənzil iddiaçıya təhvil verilməlidir.
72. Apellyasiya instansiyası məhkəməsi ilk iddia tələbinin “cavabdehlər və digər şəxslər tərəfindən həmin mənzilə olan mülkiyyət hüquqlarına hər hansı müdaxilənin qadağan edilməsi” hissəsində ilk iddianın yuxarıda qeyd olunan hissələrdə təmin edilməsini nəzərə alaraq, hazırkı hissədə ilk iddianın təmin edilməməsi qənaətinə gəlir.
73. Apellyasiya instansiyası məhkəməsi ilk iddianın qismən təmin edilməsini nəzərə alaraq, qarşılıqlı iddianı mübahisələndirilən hissədə əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlmişir. 74. “Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasın a dair” 05 dekabr 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadə, görülmüş işdə və ya göstərilmiş xidmətdə istifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (MM-nin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin m üddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir.
75. Göründüyü kimi mülki qanunvericilik əqdlərin etibarsızlığının hansı nəticələrə səbəb olduğunu qeyd etmiş, etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödənilməsini özündə ehtiva etmişdir.
76. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh5 ilə "xxxx" MMC arasında xx.xx.2008-cü ildə bağlanmış müqavilə üzrə 53760 manat məbləğində pul vəsaitinin ödənilməsi iş materialları ilə təsdiq edildiyindən və tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edildiyindən, müqavilə üzrə tərəflər əvvəlki vəziyyətə qaytarılmalı, Cavabdeh5 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsi, 11-də yüksək mərtəbəli yaşayış evinin İİ blok, İ mərtəbə, ümumi sahəsi 112 kv.m olan, 62 saylı izolə edilmiş 2 otaqdan ibarət mənzilə görə ödədiyi 53760 manat məbləğində pul vəsaiti ona qaytarılmalıdır.
77. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəllənin 5.3, 6.2, 152.2, 152.3, 157.8, 324.1, 337.1, 337.2, 337.4, 337.5, 385.1, 425.1, 452.1, 752.1, 762.1, Azərbaycan Respublikasının MPM-nin 14.2, 76.1.76.2, 77.1, 88, 217.4-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassa siya şikayətinin dəlilləri
78. İlk iddia üzrə Cavabdeh5 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
79. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi müqavilənin Rövşən Kazımov tərəfindən imzalanmasının sonradan bəyənilməsini əsas gətirərək Sevinc Qasımova ilə bağlanmış müqaviləni etibarlı hesab etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi isə belə olmuşdur ki, imzanın saxta olmasımüqavilənin "xxxx" MMC-nin direktoru mərhum Rövşən Rüstəmov tərəfindən deyil, onun qaynı Rövşən Kazımov tərəfindən imzalanması ilə əlaqədardır. Keçmiş direktor, mərhum Rövşən Rüstəmov sağlığında öz qaynı Rövşə n Kazımova etibarnamə vermiş, bu etibarnamə "xxxx" MMC-ni deyil, fiziki şəxs olan Rövşən Rüstəmovu təmsil etmək üçün verilsə də, Rövşən Kazımov bu etibarnamə əsasında müxtəlif mənzillərə dair, o cümlədən hazırkı iş üzrə mübahisəli mənzilə dair də müqaviləni imzalamışdır. Bu imzalanma əqdi etibarsız etmir, çünki bu müqavilələr Cavabdeh1 MMC tərəfindən mübahisələndirilməmiş və əqd bəyənilmişdir. Bu səbəbdən də, apelyasiya məhkəməsi qeyd etmişdir ki, “müqavilə bağlamaqla üzərinə öhdəlik götürmüş "xxxx" MMC növbəlik etibarı ilə sonrakı müqaviləni imzalamaq üçün artıq hər hansı səlahiyyətə malik olmur və həm bu, həm də digər əsaslarla sonradan bağlanmış müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış müqaviləyə çevrilməklə etibarsız olur və onun etibarsızlığı ilə bağlı n əticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.” Apelyasiya məhkəməsinin mövqeyindən belə aydın olur ki, X19 Qasımova ilə müqaviləni bağladıqdan sonra Rövşən Rüstəmov direktor olaraq bu əqdi bəyənmişdir. Rövşən Rüstəmov vəfat etdiyi üçün bu faktı dəqiqləşdirə bilmirlər. Lakin dərin hüquqi bilik olmadan da, sadə məntiqi mühakimə ilə bunun əksini sübut etmək aşağıdakı qaydada mümkündür: 1) Rövşən Kazımov əqdləri imzalayıbmı? Dediyinə görə bəli. 2) Rövşən Rüstəmov hansı əqdləri bəyənib? Həyatda olmadığı üçün müəyyən etmək mümkün deyil. 3) Rövşən Rüstəmov mübahisəli mənzilə dair Sevinc Qasımova ilə bağlanmış əqdi bəyənibmi? Xeyr! əqdi bəyənsə idi, 27 dekabr 2008- ci ildə mənzilə dair Cavabdeh5 ilə müqavilə bağlamazdı. Demək ki, Sevinc Qasımova ilə Rövşən Kazımovun arasında olan müqavi lə ümumiyyətlə mövcud olmayıb. 4) X13 Tağıyevlə mübahisəli evə dair səlahiyyətli direktor olaraq müqavilə bağlaması apelyasiya məhkəməsinin “bəyənmə” ilə bağlımövqeyini təkzib edir. Əqdin bəyənilməsi əqdin mübahisələndirilməsi ilə ifadə olunduğu kimi, bəyənilməməsi də hazırkı işdə yeni müqavilənin bağlanması ilə ifadə olunur. 5) Məhkəmənin “güman ki, bəyənib” mövqeyi çox qorxuncdur, korporativ sahədə tətbiq olunan təşkilati qaydalara hörmətsizlikdir. Şirkətlər hər il milyonlarla vəsaiti sənədləşmə işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılması üçün sərf edir, hüquqi xidmətlər alır. Məhkəmənin məntiqinə inansaq, bu hüquqi xidmətlərə ehtiyac yoxdur, “hər yoldan ötən” sənədlərə imza çəkə bilər (öz adını belə qeyd etmədən!), ən sonda da sadə prezumpsiyalarla “bəyənmə” ehtimalını rəhbə r tutmaq olar. 6) Apelyasiya məhkəməsinin mövqeyinə inansaq, “bəyənmə” 14 avqust 2008-ci il ilə 27 dekabr 2008-ci il tarixləri arasında baş verib. Bunun sübutu nədir? Heçnə! 7) Yekun olaraq qeyd etmək zəruridir ki, Rövşən Rüstəmov həyatda olmadığı üçün iki ehtimal var: 1) ya Rövşən Kazımovun bağladığı əqddən Rövşən Rüstəmovun ümumiyyətlə xəbəri olmayıb və bu səbəbdən mübahisəli mənzil ilkin olaraq Cavabdeh5 direktorun özü tərəfindən satılıb; 2) ya da Rövşən Kazımovun bağladığı əqddən Rövşən Rüstəmovun xəbəri olub, məhkəmənin qeyd etdiyinin əksinə olaraq əqdi bəyənməyib, həmin mənzilə dair tam səlahiyyət əsasında özü ilk dəfə Cavabdeh5lə müqavilə bağlayıb. Birinci əqd özlüyündə etibarsız əqddir, mənzilə dair “ilkin bağlanmış əqd” kimi qiymətləndirilə bilməz.
80. Kollegiya qeyd etmişdir ki, “mənzilin iddiaçıya təhvil verilməsi, onun yalnız həmin mənzilə ixtiyari vaxt getməsi və mənzilə daxil olmasını özündə ehtiva etmir. Həmçinin, həmin mənzilə münasibətdə istifadə və sahiblikdən irəli gələn digər hərəkətlərin edilməsini, o cümlədən mənzildə təmir işlərinin aparılmasını, gələcəkdə orada şəxsən və ya mülahizəsinə əsasən müəyyən etdiyi şəxsin yaşamasına imkanın yaradılmasını, habelə mülkiyyət hüququnun əldə edilməsini nəzərdə tutur.” Bu məntiqə də inansaq, şəxslər əmlaka qanunvericiliyin yaratdığı imkana uyğun olaraq, yəni öz istədikləri kimi (misal üçün təmirsiz qaydada) sahib ola bilməzlər, yalnız məhkəmənin buyurduğu şəkildə sahib ola bilərlər, yəni aldıqdan sonra təmir etməlidirlər və köçməlidirlər. Halbuki, bütün bu mübahisələr Cavabdeh5 öz mənzilinə daxil olduqdan sonra b aş vermişdir. Sevinc Qasımova FAD Tikinti MMC-yə, digərlərinə, o cümlədən Cavabdeh5 qarşı iddialar qaldırmışdır. FAD Tikinti MMC-nin indiki rəhbərliyinin iddianı etiraf etməsi, iddianın təmin edilməsindən ötrü canfəşanlıq göstərməsinin səbəbini anlamaq isə çətin deyil.
81. Birinci instansiya məhkəməsində araşdırma aparılarkən, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Sevinc Qasımova ilə bağlanmış müqavilə direktor Rövşən Rüstəmov tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır. Apellyasiya instansiya məhkəməsi isə Rövşən Kazımovun dediklərinə inanmış və müqaviləni onun imzaladığını müəyyən etmişdir. Həqiqətən də, Rövşən Kazımovun imzalayıb imzalamamasının heç bir önəmi olmasa da, məhkəmənin sözə inanaraq, müqaviləni onun imzaladığını qəbul etməsi prosessual pozuntudur.
82. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 359.1, 360.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
83. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
84. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
85. Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
86. Maddə 152.2.Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi h əyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır;
87. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər;
88. Maddə 157.8.Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
89. Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə,dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
90. Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bi lər.
91. Maddə 337.2.Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.
92. Maddə 337.4.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
93. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
94. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər g östərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
95. Maddə 425.1.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir;
96. Maddə 452.1.Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiy yət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
97. Maddə 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
98. Maddə 762.1.Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
99. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
100. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
101. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
102. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
103. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
104. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
105. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
106. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
107. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidli yinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
108. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
109. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fa ktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
110. Hazırkı kasasiya şikayətinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilən və qarşılıqlı iddianın təmin edilməyən hissələrində yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
111. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməs i üçün əsas yoxdur.
112. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yoxlanılan hissə üzrə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır və əlavə hüquqi qiymətləndirmə aparılmasına lüzum görmür.
113. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən yoxlanılan hissə üzrə işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
114. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilən və qarşılıqlı iddianın təmin edilməyən hissələrində dəyişdirilmədən saxlanılmalıdır.
115. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh6 Məmmədcəfər oğlu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-2676/2024 nömrəli qətnaməsi ilkin iddianın təmin edilən və qarşılıqlı iddianın təmin edilməyən hissələrində dəyişd irilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.