Məhkəmə qərarları › İş №2(102)-348/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-348/2020

13.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-348/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və vəkili Əliyeva Sevda Rufulla qızının, maraqlarına toxunan şəxs Maraqlı şəxs və vəkili X6iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)1417/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə mü raciət edərək, cavabdeh “X1 Mərkəzi” MMC-nin Sumqayıt şəhəri, 3-cü mikrorayon, 8/6 saylı evin 34-cü mənzilinə dair Y-201 saylı, xx xxx 2018-ci il tarixli hərracın nəticələri haqqında protokolun və həmin protokol əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8672/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs ona qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməklə ondan 54.500 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi və eyni zamanda iddianın təmini tədbiri kimi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)8672/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə Sumqayıt şəhəri, 5-ci mikrorayon, 36/69 saylı evin 42-ci mənzili və Sumqayıt şəhəri, 3-cü mikrorayon, 8/6 saylı evin 34-cü mənzili üzərinə həbs qoyulmuşdur. Sumqayıt şəhəri, 5-ci mikrorayon, 36/69 saylı evin 42-ci mənzili məhkəmə qərarlarından əvvəl özgəninkiləşdirildiyindən, Sumqayıt şəhəri, 3-cü mikrorayon, 8/6 saylı evin 34cü mənzilinə münasibətdə məhkəmə qərarı icraya yönəlmiş, mənzilin ilkin satış qiyməti 40.000 manat müəyyən edilməklə satılmaq üçün açıq hərraca çıxarılmışdır. Sözügedən mənzil onların ailəsinin yeganə yaşayış sahəsi olduğuna və bu mənzildən başqa digər yaşayış sahələri olmadığına görə xx.xx.2018-ci il tarixdə cavabdeh "X1 Mərkəzi" MMC-yə ərizə ilə müraciət etmiş, lakin "X1 Mərkəzi" MMC bu barədə heç bir rəsmi cavab vermədən, hərracın keçirilməsində onun iştirakını təmin etmədən Cavabdeh2 sifariş məktubu əsa sında hərrac keçirmiş və mənzil 40000 manata iddiaçı Maraqlı şəxsna satılmışdır. Bu barədə məlumatı və sənədlərin surətini o, icra məmurundan almışdır. Hesab edir ki, hərracın yekunları barədə protokol qanunsuz və əsassızdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7030/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.M.Mahmudov) iddia tələbi təmin edilmişdir. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)1417/2019 nömrəli qərardadı ilə (hakimlər F.Ə.Məmmədov, S.A.Qafari və L.M.Məmmədova) Maraqlı şəxs apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli 2(102)-3081/2019 saylı qərarı ilə (hakimlər Ə.A.Əhmədov, A.Ə.İsgəndəro v və İ.K.Dəmirov) Maraqlı şəxs kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)1417/2019 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(105)1417/2019 nömrəli qərardadı ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)1417/2019 nömrəli qətnaməsi ilə (hakimlər F.Ə.Məmmədov, S.A.Qafari və L.M.Məmmədova) üçüncü şəxs Maraqlı şəxs apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7030/2018 saylı xx xxxxxx 2018-ci i l tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)1417 /2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Əliyeva Sevda Rufulla qızı kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili Əliyeva Sevda Rufulla qızı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-1417 /2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yendiən apellyasiya baxışına qaytarılmasını məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, mənzil onun və ailə üzvlərinin yeganə yaşayış yeri olduğundan satıla bilməzdi. Bu baxımdan məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. PROSESSUAL MƏSƏLƏL ƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Əliyeva Sevda Rufulla qızı kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlarına toxunan şəxs Maraqlı şəxs və vəkili kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər. Cavabdeh “X1 Mərkəzi” MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayətini təmin edib, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7030/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(060)-8677/2016 saylı icra vərəqəsinə əsasən İddiaçı 54500 ABŞ dolları məbləğində pul vəsaiti alınıb Maraqlı şəxs verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 8(060)-3217/2017 saylı qərardadı ilə Cavabdeh2ndən daxil olmuş 2(060)- 8677/2016 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu İddiaçı məxsus ünvan 2-da yerləşən, 34 saylı mənzilin üzərinə həbs qoyularaq hərracda satılması və əldə olunan məbləğin vəsaitə yönəldilməsi qərara alınmışdır. Cavabdeh2 xx.xx.2018-ci il tarixli məktubuna əsasən, icra idarəsi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8677 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Sumqayıt şəhəri, 3-cü mkr, 8/6 saylı evin 34 saylı mənzilinə dair hərracın keçirilməsi üçün “X1 Mərkəzi” MMC-yə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş “Market” Reklam və Elanlar qəzetinin xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixli buraxılışlarından görünür ki, “X 1 Mərkəzi” MMC ünvan 1 ünvanında yerləşən 24 saylı 2 otaqlı mənzilin açıq hərrac vasitəsilə satılması, mənzilin ilkin satış qiymətinin 40000 manat olduğu barədə elanlar vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin **********08 nömrəli xx xxxx 2018-ci il tarixli məktubuna əsasən, xx xxxx 2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 34 saylı mənzil üzərində xx xxxxxx 2009-cu il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sumqayıt şəhəri 3 saylı notariat kontorunun 4Ə-596 reyestr nömrəli, xx xxxxxx 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanda yerləşən 42 saylı mənzil üzərində xx xxxx xxxx 2008-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sumqayıt şəhəri 1 saylı notariat kontorunun 4Ə-2-282 reyestr nömrəli, xx xxx 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 51/22 Ünvanda yerləşən 27 saylı mənzil üzərində xx xxx 2008-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sumqayıt şəhəri 1 saylı notariat kontorunun 4Ə-440 reyestr nömrəli, xx xxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirmişdir. Sumqayıt şəhəri 1 saylı notariat kontorunun 4Ə-324 reyestr nömrəli, xx xxxxxx 2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 4 ünvanda yerləşən 9 saylı mənzil üzərində xx xxxxxx 2002-ci il tarixli 28760 qeydiyyat nömrə ilə İddiaçı tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sumqayıt şəhəri 1 saylı notariat kontorunun 4Ə-4-880 reyestr nömrəli, xx xxxxxx 2008-ci il tarixli dəyişmə müqaviləsinə əsasən qeyd olunan mənzil X2 mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 41 saylı mənzillə dəyişdirilərək xx xxxxxx 2008-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sumqayıt şəhəri 1 saylı notariat kontorunun 4Ə-367 reyestr nömrəli, xx xxxxxx 2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirmişdir. Sumqayıt şəhəri 1 saylı notariat kontorunun 4Ə-02-380 reyestr nömrəli, xx xxxx 2009-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 6 ünvanda yerləşən 68 saylı mənzil üzərində xx xxxxxx 2009-cu il tar ixdə ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sumqayıt şəhəri 1 saylı notariat kontorunun 4Ə-09 -reyestr nömrəli, xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirmişdir. İş materiallarından görünür ki, İddiaçı Maraqlı şəxs olan 54500 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsini təmin etmək üçün İddiaçı məxsus ünvan 2-da yerləşən 34 saylı mənzilin üzərinə həbs qoyularaq hərracda satılması qərara alınmışdır. Hərracın keçirilməsi üçün Cavabdeh2 sifariş məktubu ilə “X1 Mərkəzi” MMC-yə müraciət etmişdir. “X1 Mərkəzi” MMC mənzilin qiymətini müəyyən etmək üçün qiymətləndirmə işi həyata keçirərək, hərracın keçirilməsi barədə elan vermiş və tərəfləri məlumatlandırmışdır. Hərracın nəticələri haqqında Y201 s aylı, xx xxx 2018-ci il tarixli protokolun surətindən görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 3-cü mikrorayon, 8/6 saylı evin 34 saylı mənzili 40.000 manata Maraqlı şəxs satılmışdır. Hərracın nəticələri haqqında Y-201 saylı, xx xxx 2018-ci il tarixli protokolun surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8677/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-3217/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı, Cavabdeh2 12K-127/25 saylı, xx.xx.2018-ci il tarixli sifariş məktubu əsasında “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş hərracda İddiaçı məxsus Sumqayıt şəhəri, 3-cü mikrorayon, 8/6 saylı evin 34 saylı mənzili 40.000 manata Maraqlı şəxs satılmışdır. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 414.1-ci maddəsinə əsasən, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2-ci maddəsinə əsasən, hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracıudan şəxsə be hi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış q iyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Yuxarıda sadalanan maddi hüquq normalarına istinad edən apellyasiya instansiya məh kəməsi haqqlı olaraq qeyd etmişdir ki, İddiaçı hərracın keçirilməsindən məlumatı olmadığını göstərsə də, iddiaçının hərracın keçirilməsi vaxtı barədə məlumatlı olduğu üçüncü şəxsin məhkəmə kollegiyasının iclasında təqdim etdiyi və hərrac mərkəzi tərəfindən verilmiş sənədlərlə təsdiqini tapır. Belə ki, “X1 Mərkəzi” MMC-nin 1756 nömrəli xx xxxxx 2018- ci il tarixli və 1960 nömrəli xx xxx 2018-ci il tarixli bildirişlərinin surətindən görünür ki, Sumqayıt şəhəri, 3-cü mkr, 8/6 saylı evin 34 saylı mənzilin satılmaq üçün açıq hərraca çıxarılması barədə Cavabdeh2nə, Maraqlı şəxs və İddiaçı məlumat verilmişdir. Sifarişli poçt göndərişinin xəbərnaməsindən görünür ki, bildiriş xx xxxxx 2018-ci il tarixdə “Əliyeva” soyadlı şəxsə təqdim edilmişdir. Hərrac qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun keçirilmişdir. Ona görə də, mövcud iddia tələbi təmin edilməməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, həqiqətən də Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin Siyahısında” yeganə yaşayış sahəsi h esab edilən əmlakların satışı istisna edilmişdir. Bununla yanaşı Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Kassasiya kollegiyası apellyasya instansiya məhkəməsinin işin müəyyən edilmiş halı kimi iddiaçının mülkiyyətində 2 mənzilin olması və hərracın keçirilməsinədək birini könüllü iradə ifadəsinə uyğun olaraq özgəninkiləşdirməsini növbəti mənzilin süni surətdə yeganə yaşayış yeri statusuna keçirməsi qanunla qadağan edilən hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə v ə ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-1417/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar