Məhkəmə qərarları › İş №2(102)-3480/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3480/2022

12.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3480/2022 12.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı mənzil tikinti kooperativinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya və kirayə haqqı ödənilməklə cavabdehin mənzildən çıxarılması, mülkiyyət hüququnu müvəqqəti məhdudlaşdırma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı mənzil tikinti kooperativinin Cavabdeh qarşı kompensasiya və kirayə haqqı ödənilməklə cavabdehin mənzildən çıxarılması və mənzilin MTK-ya təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 2(103)-1406/2022 nömrəli, 8 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 26 ünvanında 1-ci mərtəbədə yerləşən, 70,8 kv metr yaşayış sahəsi və 83,2 kv metr yardımçı sahə olmaqla, ümumilikdə 154,0 kv metr ümumi sahədən ibarət 1 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə tam payda Cavabdeh (bundan sonra cavabdeh) adına 26 dekabr 2013-cü il tarixdə, ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır.

2. Mənzilin yerləşdiyi, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikili lərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın (bundan sonra iddiaçı) istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi iddiaçıya tapşırılmışdır. İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən yaşayış binasının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün binanın əksər mülkiyyətçiləri ilə qarşılıqlı razılıq əldə etsə də, cavabdehlə razılığa gələ bilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində ic raat

3. İddiaçı iddia ərizəsi, sonradan iddia ərizəsinə dəqiqləşdirmə ilə bağlı ərizələr verərək cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 26, 1 saylı mənzilin (154 kv metr sahəli) boşaldılaraq iddiaçıya təhvil verilməsi, mənzilin sökülərək əvəzində iddiaçı tərəfindən həmin ərazidə inşa ediləcək yeni yaşayış binasında cavabdehin mülkiyyətində olan (26 dekabr 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən) mənzilin sahəsi ilə eyni sahəli və əlavə 20 faiz artıq sahəsi olmaqla yeni təmirli mənzilin iddiaçı tərəfindən cavabdehə verilməsi, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 26, 1 saylı mənzilin boşaldılaraq iddiaçıya təhvil verildiyi gündən əvəzinə yeni mənzil təqdim edilənəd ək ona hər ay üçün 500 (beş yüz) manat pulun kirayə haqqı kimi iddiaçı tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyəti başçısının 08 noyabr 2005-ci il tarixli 729 saylı sərəncamı əsasında mənzilin sahəsinin artırılmasını aparmışdır, mənzilə dair çıxarışda həmin sahə nəzərə alınmışdır. Mənzilə dair cavabdehin adına olan 26 dekabr 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən mənzilin sahəsi 154,0 kv metr göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli qərarına əsasən: “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respüblikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarına uyğun olaraq, yerli icra hakimiyyətinin sərəncamı əsasında qəzalı vəziyyətdə olan binanın sökülərək yerində yeni bina tikintisi ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 26 saylı evin sökülməsi qərara alınmışdır. Binanın sokülməsi və yerində yeni binanın tikintisi İddiaçı MTK-ya həvalı olunmuş və MTK tərəfindən həyata keçirilir.

5. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, şirkətin nümayəndələri dəfələrlə cavabdehin yaşadığı ünvana gedərək onunla razılıq əldə etməyə cəhd etmiş, lakin cava bdeh onların etdiyi təkliflə razılaşmamışdır. Cavabdehə mənzilinin resyestrdən çıxarışda göstərilən ümumi sahəsindən əlavə həmin sahənin 20 faizi həddində əlavə sahə verilir, veriləcək mənzilin təmirinin cavabdehin özünün arzuladığı materiallardan istifadə olunmaqla həyata keçirilicəkdir. Bundan əlavə, yeni mənzil təhvil verilənə kimi cavabdehə hər ay 500 manat kirayə haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Söküləcək bina sakinlərinin bəzilərinə evin hər kvadrat metrini ***-**** manata, bəzilərinə isə hazır mənzil təklif etmişlər. Cavabdeh isə əmlakına görə 750000 manat məbləğində pul vəsaitini tələb edir ki, bu da orta bazar qiyməti ilə uyğunluq təşkil etməməklə yanaşı, ağlabatan deyildir, əsassız varlanma məqsədi daşıyır. Hal-hazırda həmin ünvandan köçürülməmiş iki vətəndaş qalmışdır. Ca vabdehin mənzili təhvil verməməsi həm tikintiinin başa çatmasının gecikməsinə, bu da köçürülmüş digər sakinlərin hüquqlarının pozulmasına və MTK-nın külli miqdarda ziyan çəkməsinə səbəb olur.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Q.Y.Əliyeva) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-3769/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının nümayəndəsinin iddia ərizəsindən və məhkəmə iclasında verdiyi izahatından göründüyü kimi, iddiaçı cavabdehə onun 154,0 kv metr təşkil edən 1 saylı mənzilinin sökülərək ünvan 1 ünvanında yerləşən yaşayış binasının yerində inşa edəcəyi yeni yaşayış binasında, 20 faiz əlavə sahəsi olan təmirli mənzil verməklə, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə hər ay 500 manat kirayə haqqı ödənilməklə, cavabdehin 1 saylı mənzilindən çıxarılmasını tələb etməklə cavabdehi mülkiyyətdən məhrum etmir, bu reallıqda cavabdehin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasıdır. İddiaçı cavabdehin mülkiyyətində olan mənzilini satın almaq deyil, sadəcə həmin mənzilin yerləşdiyi ünvan 1 saylı yaşayış binasını söküb yerində yeni yüksək mərtəbəli yaşayış binası tikmək, tikiləcək binada isə cavabdehə müvafiq yeni, əvvəlki mənzilin sahəsindən də artıq sahəsi olan, tam təmirli mənzil vermək niyyətindədir.

8. Cavabdehin ünvan 1 saylı yaşayış binasındakı mənzilə olan mülkiyyət hüququ, həmin yaşayış binası söküldükdən sonra yerində tikiləcək binadan verilən yeni mənzilə şamil olunacaqdır, sadəcə ol araq tikinti işlərinin aparıldığı müddət ərzində cavabdeh ünvan 1 saylı evin 1 saylı mənzilinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ, yəni mülkiyyət hüququ müvəqqəti olaraq məhdudlaşacaqdır.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin mülkiyyətində olan mənzilin yerləşdiyi ünvan 1 saylı yaşayış binasının qanunvericilikdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə deyil, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ərazilərin və yaşayış məntəqələ rinin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə sökülməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci, 13-cü maddəsinin 1-ci, 16-cı maddəsinin 1-ci, 29-cu maddəsinin 1-ci və 4-cü, 5-ci, 6-cı, 43-cü maddəsinin 2-ci bəndləri, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2 və 4.2.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, apellyasiya məhkəməsində aparılacaq araşdırmanın nəticələrinə uyğun iddiaçı tərəfindən ona ədalətli kompensasiyanın ödənilməsinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edilmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mənzillərin təmirinə, şəraitinə, çəkilən xərcə heç bir fərq qoymadan, göstərdiyi faktorların heç birini nəzərə almadan bütün sakinlərin mənzillərinə hər bir kv. metr üçün ***-**** manat təklif edir. Bu isə tam qanunsuzluq və ədalətsizlikdir. Mənzilinin ümumi sahəsi çıxarışda 154 kv metr göstərilsə də, faktiki olaraq 240 kv. metrdir. Təmiri də yüksək səviyyəli təmirdir. Mənzilinin hər bir kv metretrinə görə 3000-3500 ma nat arası olmaqla cəmi 750000 manat məbləğində kompensasiya istəyir. MTK-nın vəzifəli şəxsləri etdikləri qanunsuz hərəkətləri ilə onu mülkiyyət hüququndan məhrum etməyə çalışır. Məhkəmə mənzilin texniki pasportunda “mənzilin texniki göstəriciləri” bölməsində və Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 729 saylı Sərəncamda mənzillə, onun texniki göstəriciləri ilə bağlı yazılanların heç birini əsassız olaraq nəzərə almamışdır. Bundan başqa məhkəmə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etməmiş və mənzilin qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici dəvət etməmişdir. Mənzilinin texniki göstəriciləri, yəni faktiki sahəsi həyətyanı torpaq sahəsi ilə birgə, mənzilinin təmiri və bu işlərin görülməsinə çəkdiyi xərclər müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməli, buna müvafiq olaraq iddiaçı tərəfindən ona ödəniləcək kompensasiyanın məbləği müəyyən edilməlidir. Məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və nəzərə almamış, işin faktiki hallarını düzgün qiymətləndirməmiş, onlara düzgün hüquqi qiymət verməmişdir.

13. Apellyasiya icraatı zamanı cavabdeh tərəfindən "xxxx" MMC-nin cavabdehə məxsus əmlakın bazar qiymətinin müəyyən edilməsinə dair hesabatı məhkəməyə təqdim edilmişdir. Həmin hesabata əsasən, cavabdehə məxsus mənzilin bazar dəyəri 760000 manat müəyyən edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və A.N.İmanov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-9119/2021 saylı mülki i ş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd etmişdir ki, qətnamə qanuni və əsaslıdır.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətində mənzilin real bazar dəyərinin iddiaçı tərəfindən cavabdehə təklif edilən kompensasiyadan yüksək olması barədə göstərdikləri dəlilləri əsassızdır və cavabdeh göstərilən halları sübuta yetirə bilməmişdir. Odur ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlillər məhkəmə kollegiyası tərəfindən sübut kimi qəbul edilə bilməz.

17. Bundan başqa məhkəmə kollegiyası həmçinin iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi və mənzilin qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici dəvət edilməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, həmin dəlillər iddia tələbinin rədd edilməsi üçün əsaslı hesab edilə bilməz. Odur ki, apelyasiya şikayətinin qeyd olunan dəlili ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur.

18. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, sübutların tam və obyektiv qiymətləndirməməsi, maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı qeyd edilənləri təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə icla sında iştirak edərkən bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim еtməmişdir. Apellyasiya şikayətində göstərilən digər dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, məhkəmə kollegiyası həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etməmişdir.

19. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Şikayət onunla əsaslandırılmışdır ki, apellyas iya instansiyası məhkəməsi işə baxıb qətnamə çıxaran zaman maddi hüquq normalarını düzgün tətbiq etməməklə bərabər bir sıra prosessual hüquq normalarının, o cümlədən MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Apellyasiya instansiya məhkəməsi sübutları, faktları, cavabdeh tərəfindən təqdim edilmiş sənədləri, tərəflərin izahatlarını, sübut kimi gətirdikləri və istinad etdiyi halları hərtərəfli, tam, obyektiv, qərəzsiz və müqayisəli şəkildə araşdırıb qiymətləndirmək əvəzinə, cavabdeh tərəfə qarşı tam qərəzli mövqe tutmuşdur. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verməmiş, şikayətdə irəli sürülən dəlilləri və təqdim olumuş sənədləri tədqiq etməmiş, həmin sübutları nəzərə alınmamasının əsaslandırmamış, nəticədə əsassız olaraq birinci instansiya məhkəməsinin qətna məsini dəyişdirmədən saxlamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

23. Maddə 12, 1-ci hissə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

24. Maddə 13, 1-ci hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

25. Maddə 16, 1-ci hissə. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

26. Maddə 60, 1-ci hissə. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 6.1. Mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

28. Maddə 4.1 Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından i barətdir.

29. Maddə 4.2 və 4.2.1: Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarı

30. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir. Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiya da və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi).

31. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanun i məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.

32. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bi lməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarı

33. Mülkiyyət hüququnun məhdudlaşdırılmasının mümkünlüyü və onun xar akteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyy ətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin h allarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təm in edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

44. Məhkəmələr tərəfindən işin müəyyən edilmiş hallarına görə ünvan 2 ünvanda yerləşən mənzil 26 dekabr 2013-cü il tarixdə verilmiş ********** nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh mülkiyyətindədir, çıxarışa görə mənzil 70,8 kv metr yaşayış sahəsi, 83,2 kv metr yardımçı sahə, 154,0 kv metr ümumi sahədən ibarətdir.

45. Cavabdeh mülkiyyətində olan mənzilin yerləşdiyi binanı da əhatə edən, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400cü məhəllədə yerləşən 1,9276 ha torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli 154 nömrəli sərəncamı ilə yüksək mərtəbəli yaşayış binalarının tikilməsi, həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, orada yaşayan sakinlərin köçürülməsi və onlara vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi "xxxx" MTK-ya tapşırılmışdır.

46. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 05 mart 2018-ci il tarixli 104 nömrəli sərəncamı ilə "xxxx" MTK-nın razılıq məktubu və iddiaçı "xxxx" MTK-nın müraciəti nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamı və həmin sərəncama əsasən tərtib edilmiş 12899 saylı inşaat pasportu "xxxx" MTK-nın adına rəsmiləşdirilmişdir.

47. İddiaçı "xxxx" MTK qeyd olunan ərazidə çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin ərazidə yaşa yan əksər mülkiyyətçilərlə onlara məxsus olan tikililərin sökülməsi, onların köçürülməsi və onlara müəyyən vəsaitin ödənilməsi barədə razılıq əld etsə də, Cavabdeh ilə razılığa gələ bilməmişdir.

48. İşə baxan aşağı instansiya məhkəmələri iddianı təmin edərək cavabdehə məxsus Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi-26 ünvanda yerləşən binadakı mənzilin (cəmi 154 kv metr sahə) iddiaçı tərəfindən onun hesabına sökülməsi, əvəzində həmin ünvanda yeni tikiləcək binada 20 faiz əlavə olunmaqla cavabdehə təmirli mənzil verilməsi, yeni mənzil təhvil verilənə kimi müvəqqəti yaşayış sahəsi əldə etmək üçün hər ay 500 manat kirayə haqqı ödənilməsini qət elərkən hesab etmişdir ki, bu fakt cavabdehin mülkiyyətdən məhrum etmə deyil, onun mülkiyyət hüququnun müvəqqəti məhdudlaşdırılmasıdır. Mülkiyy ət hüququnun müvəqqəti məhdudlaşdırılması üçün təklif olunan kompensasiya cavabdehin hüquqlarının məhdudlaşdırılmasına daekvatdır. İddiaçının təklifləri ilə razılaşmayan Cavabdeh hüquqlarından sui-istifadə edir, bununla həm iddiaçının sərəncamdan irəli gələn hüquqlarını həyata keçirməsinin qarşısını alır, həm də iddiaçı MTK-nın digər sakinlər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına maneəçilik törətməklə həmin sakinlərin də hüquqlarını pozur.

49. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 13-cü maddəsi ilə mükiyyət toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Bununla belə, bu toxunulmazlıq mütləq deyildir və məhdudlaşdırıla bilər. Mülkiyyət hüququ məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.

50. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli Qərar).

51. Göstərilən hüquqi mövqelərə əsaslanaraq, habelə Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin sübutlanın qiymətləndirilməsinə dair yuxarıda göstərilən normalarına əsasən qeyd olunmalıdır ki, işə baxan birinci instansiya məhkəməsi iddianı təmin edərkən cavabdeh tərəfin təqdim etdiyi sübutlara tam, hərtərəfli və obyektiv baxmamış, cavabdehə məxsus əmlakın təyinatını, əmlakdan məhrum olmasının onun maddi vəziyyətinə nə dərəcədə təsir edə biləcəyini nəzərə almamış, habelə cavabdehin faktiki istifadəsində olan sahənin də müəyyən edilib əvəzləşdirilməli olmasını diqqətdən qaçırmış, apellyasiya instansiyası məhkəməsi də eyni səhvi təkrarlamışdır.

52. İddiaçının izahatı və onun tərəfindən təqdim edilməklə iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, cavabdeh tərəfindən mülkiyyətində olan mənzildə yenidənqurma və əlavə artırmalar aparılmış, Bakı şəhəri Nizami rayon İcra hakimiyyəti başçısının 08 noyabr 2005-ci il tarixli 729 saylı sərəncamı ilə cavabdehin mülkiyyətində olan mənzildə edilmiş yenidənqurma və əlavələr qanuni hesab olunmuş, mənzilin 69,8 kv metr yaşayış sahəsindən, 37,5 kv metr köməkçi sahədən, 28,6 kv metr eyvandan, 57,5 kv metr zirzəmidən və 40 kv metr həyətyanı sahədən ibarət olması qeyd edilməklə qanuni hesab olunmuşdur.

53. Rayon İcra hakimiyyəti Başçısının sərəncamına əsasən mənzilə dair 18 noyabr 2005-ci il tarixdə işlənmiş Texniki pasportda da mənzilin texniki göstəriciləri 40 kv metr həyətyanı sahə istisna olmaqla sərəncamda olduğu kimi qeyd edilmiş, mənzilin ümumi sahəsinin 181,3 kv metr, o cümlədən yaşayış sahəsinin 70,8 kv metr, köməkçi sahənin 110,5 kv metr olması öz əksini tapmışdır.

54. Göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda göstərilən 154 kv metr sahədən əlavə cavabdehin faktiki istifadəsində əlavə köməkçi sahə də olmuş, həmçinin o, 40 kv metr torpaq sahəsindən həyətyanı kimi istifadə etmişdir. Həmin sahələrə sahiblik və istifadə özbaşına olmamış, Nizami rayon İcra hakimiyyəti başçısının sərəncamına əsasən həyata keçirilmişdir. Lakin işə baxan məhkəmələr cavabdehə mülkiyyətinə olan mənzilin sökülməsinə görə ona veriləcək əvəzi müəyyən edərkən həmin halları əsassız olaraq nəzərə almamışdır.

55. Məhkəmələr tərəfindən Cavabdeh kompensasiya kimi "xxxx" MTK tərəfindən yeni tikiləcək binadan mənzilin verilməsi qət edərkən də, həmin mənzillərin hansı binadan, neçənci mərtəbədən verilməli olması, mənzilin nömrəsi kimi əhəmiyyətli halları göstərilməmiş, bu məsələnin həllindədə qeyri müəyyənliyə yol verilmişdir.

56. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh mülkiyyətində olan mənzilin sökülməsi ilə razıdır, lakin bunun müqabilində iddiaçıdan yeni tikiləcək binadan yaşayış sahəsinin verilməsini deyil, mülkiyyətində olan mənzilin real bazar dəyərinə uyğun kompensasiya ödənilməsini tələb edir. Cavabdehin təşəbbüçü ilə "xxxx" MMC-dən alınmış və apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş hesabatda həmin kompensasiya ******* manat (mənzili bazar dəyəri) qiymətləndirilmişdir.

57. İşə baxan məhkəmələr göstərilən halları diqqətdən qaçırmış, həmin məsələni müzakirə etməmiş, iddiaçı MTK-nın kompensasiya kimi nağd pul ödənilməsinə razı olubolmadığını aydınlaşdırmamış, əgər razıdırsa hansı məbləğdə olmasını müəyyən etməmişdir.

58. Qeyd olunan halları və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

60. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1406/2022 n ömrəli, 8 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar