Məhkəmə qərarları › İş №2(102)-3481/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3481/2022

21.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3481/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması, sübutetmə) 21.06.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1156/2022 nömrəli, 07 fevral 2022-ci il tarixli qətnaməsindən verilmiş cavabdehin kassasiya şikayətinə 21 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin ha lları

1. İddiaçı iddia edir ki, (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qazanc məqsədi ilə 40.000 manat pul vermişdir.

2. İddiaçı ərizəsi əsasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin“ cinayət işi başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Həmin qərarla müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı pulu borc olaraq faizə almışdır.

3. İşin mübahisə olunmayan halına görə cavabdeh alınmış pulun 3000 manat hissəsini iddiaçıya qaytarmışdır.

4. Mübahisə həmin pulun qaytarılmaması ilə bağlı yaranıb. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 37.000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahi ş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, uzun müddət keçsə də, cavabdeh ona pulu qaytarmamışdır. O, cavabdehin bu əməlləri ilə bağlı müvafiq polis idarəsinə müraciət etmiş, ona pul tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur.

7. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz edərək qeyd etmişdir ki, iddiaçını əvvəllər yaşadığı məhəllədən tanımışdır. Uşaqlıqdan tanıdığı Əliqulu Nəsibov adlı şəxs yol çəkilişi işi ilə məşğul olmuş, onun da özünə məxsus yük maşınları olmuşdur. O, həmin yük maşınlarını Əliqulunun işinə cəlb etməklə gəlir əldə etmişdir. İddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, onun özünün rəsmi işi olmadığı halda iddiaçıya onu işə düzəldəcəyinə dai r vəd verməsi inandırıcı deyildir. Əliqulu ilə onun arasında uzun müddət pul haqq-hesabı olmuş, yəni Əliquluya işi ilə əlaqədar bir neçə dəfə böyük həcmdə pul lazım olmuş, o, müxtəlif şəxslərdən, həmçinin də iddiaçıdan aylıq faizi ödənilmək şərti ilə pul götürüb Əliquluya vermiş, Əliqulu isə aldığı pulun həm aylıq faizlərini, həm də əsas məbləği ödəmişdir. Əliqulu üçün İddiaçı 30000 manat pul istəmiş, Xanəli Binəqədi rayonu, Azadlıq prospektində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında onunla görüşmüş, həmin vaxt Əliqulu da onun yanında olmuşdur. O, Əliqulunu Xanəli ilə tanış etmiş, Xanəli Əliquluya ayda 1000 manat faiz ödənilməsi şərti ilə 30000 manat pul vermişdir. Əliqulu sonrakı 15 ay ərzində hər ay 1000 manat pulu faiz kimi Xanəliyə ödəmişdir. Sonradan Əliqulunun iş ləri dayandığından o, pulu ödəyə bilməmişdir. Sonuncu dəfə o, Əliqulunun oğlu ilə birlikdə iddiaçıya 5000 manat pul vermişdir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, həqiqətən də Cavabdehlə işbirliyi, pul haqq-hesabı olmuşdur. Belə ki, o, işi ilə əlaqədar pula ehtiyacı olduğundan Akifdən kömək istəmiş, Akif də hər dəfə ona istədiyi pulu tapıb vermişdir. İndiyədək Akif ona 100000 manatdan çox pul vermişdir. Hazırda onunla Akif arasında pul haqq-hesabı qalmamışdır. Lakin, o, Akifin həmin pulları kimlərdən almasından məlumatlı olmamışdır. O cümlədən, İddiaçı də əvvəllər tanımamış, ondan şəxsən özü pul almamışdır.

9. Şahid qismində dindirilmiş X3 izahatında göstərm işdir ki, atası Əliqulu Nəsibov bir müddət ölkə ərazisində olmamış, həmin vaxt atası ona zəng vuraraq Cavabdehlə görüşməsini və 5000 manat pulu “telefonçu” adlandırdıqları və sonradan bildiyi İddiaçıa verməyi tapşırmışdır. O, hazırki məhkəmə iclasınadək İddiaçı tanımamış, atası ilə Cavabdeh söhbətlərindən belə başa düşmüşdür ki, atası ilə Cavabdeh faizlə geri ödəmək şərti ilə bir sıra şəxsdən, o cümlədən, “telefonçu” adlandırdıqları şəxsdən pul götürmüşlər. O, atasının sözü ilə X5 aldığı avansla 5000 manat məbləğində pulu Akif Mirzəyevlə birlikdə Binəqədi rayonu, Azadlıq prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə getmiş, orada Cavabdeh maşından düşərək bir nəfər şəxslə görüşmüş və pulu həmin şəxsə vermişdir.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5769/2021 saylı işi üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin olunmuş, 27000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, həm iddia ərizəsində, həm də izahatında cavabdehə 40000 manat pul verdiyini göstərsə də, buna dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Lakin, cavabdeh izahatında iddiaçıdan X1 ilə birlikdə 30000 manat pulu faizlə ödəmək şərti ilə borca aldığını bildirmiş, məhkəmə iclasında şahid qismində dindirilmiş Əliqulu Nəsibov isə izahatında İddiaçı ümumiyyətlə tanımadığını, ona borca pulu daim Cavabdeh tapdığını, pulu Cavabdeh aldığını bildirmişdir. Cavabd eh İddiaçı 30000 manat pulu alması Cavabdeh həm məhkəmə iclasındakı, həm də polis idarəsində verdiyi izahatı ilə öz təsdiqini tapır. Cavabdeh izahatında bu pula görə iddiaçıya 15 ay müddətində hər ay 1000 manat olmaqla faiz ödənildiyini bildirsə də, bu hal nə iş materialları, nə də işdə iştirak edən şəxslərin izahatları ilə öz təsdiqini tapmır. Yalnız iddiaçı özü cavabdeh tərəfindən ona 3000 manat pul qaytarıldığını etiraf etmişdir.

12. Birinci instansiya məhkəməsi iddiaçıya 5000 manat pulun qaytarılması ilə bağlı şahid qismində dindirilmiş Rəşad Nəsibovun izahatına münasibətdə qeyd etmişdir ki, R.Nəsibov özü də izahatında əvvəllər İddiaçı tanımadığını, atasının göstərişi ilə 5000 manat pulu Cavabdehlə birlikdə “telefonçu” kimi qiyabi tanıdığı şəxsə vermək üçün yanacaqdoldurma məntəqəsində getdiyini, orada Cavabdeh maşından düşərək bir nəfər şəxslə görüşüb pulu həmin şəxsə verdiyini bildirmişdir. Yəni, R.Nəsibov 5000 manat pulun hansı əsasla və məhz İddiaçı ödənildiyini bilməmişdir.

13. Birinci instansiya məhkəməsi cavabdehin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, Nəsibov Əliqulu iddiaçını tanımadığı halda ondan pul ala bilməsi mümkünsüzdür, digər tərəfdən cavabdehin Ə.Nəsibovun aldığı pulu heç bir bir şərt olmadan vaxtaşırı iddiaçıya qaytarılmasını təmin etmək barədə razılıq verməsi ağlabatan görünmür. Məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh 40000 deyil, 30000 manat məbləğində pul verməsi, habelə, Cavabdeh tərəfindən İddiaçı 3000 manat pul qaytarması öz təsdiqini tapdığından ödənilməmiş 27000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –MM-nin) 385.1, 442, 427.3, Mülki Prossesual Məcəlləsinin (MPM-nin) 14.2, 77.1, 78.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verib qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1156/2022 nömrəli, 07 fevral 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Azad İmanov)

17. Apellyasiya instansiyası mə hkəməsi qeyd etmişdir ki, 02 yanvar 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın məzmunundan məlum olur ki, iddiaçı cinayət təqibi orqanına 2018-ci ildə müraciət etmiş və qərarla pulun iddiaçının cavabdehə verilməsi müəyyən edilmişdir. Cavabdehin dəlilləri isə 30000 manat məbləğində pul vəsaitinin onun tərəfindən iddiaçıdan özünə deyil, üçüncü şəxs üçün istənilməsi, sonuncu tərəfindən isə əksinə iddiaçını tanımaması və pul münasibətlərinin olmaması, o cümlədən bu münasibətlərin yalnız cavabdehlə olması, habelə birinci instansiya məhkəməsi zamanı cavabdehin təqdim etdiyi sübut kimi üçüncü şəxsin (Əliqulunun) oğlunun cavabdeh vasitəsi ilə iddiaçıya pulun qaytarılmasında iştirakı kimi verdiyi şahid ifadəsi, cavabdehin iddiaçı ilə borc münasibətlərində olmasın ı sübuta yetirir. Cavabdehin biləvasitə özü üçün deyil, tanıdığı şəxs üçün pul vəsaitlərinin alınması, iddiaçı ilə üçüncü şəxsin bir-birlərini tanımaması və iddiaçının etibar (tapşırıq) əsasında pulun verməsi vəkalət alanın (cavabdehin) tapşırığı qəbul etməsindən sonra mümkün olmuş, deməli borc müqaviləsi tapşırıq müqaviləsi əsasında baş tutaraq qüvvəyə minmişdir.

18. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilən zaman araşdırma predmeti olmuş iddia tələbinə dair sübutedici əsaslarına rəğmən apellyasiya şikayətinin dəlilləri üzrə fərqli hallar və iddianın rədd edilməsi (qətnamənin dəyişdirilməsi) üçün əsaslar müəyyən etmir.

19. Məhkəmə öz mövqeyini MM-nin 21, 324, 385-390, 739-745, 777-786 və MPM- nin 14.2, 48-49, 72, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil) kassasiya şikayəti verib, şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. Şikayətdə göstərilir ki, məhkəmə öz qətnaməsini 02 yanvar 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə əsaslandırmış və yalnız bu əsasla onun şikayəti təmin edilməmişdir. İddiaçı iddia olunan pul vəsaitinin cavabdeh Akif Mehdyev tərəfindən alınması ilə bağlı h ər hansı qəbz, sənəd, müqaviləni təqdim etməmişdir. Apellyasiya məhkəməsi tərəfindən qeyd etdiyi Mülki Məcəllənin 385.1, 442, 427.3-cü maddələrinin tələblərini pozmuş, qətnaməsini əsaslandırdığını qanunun tələblərini hazırkı mübahisəyə münasibətdə düzgün şərh və tətbiq etməmişdir. Tərəflər arasında hər hansı borc müqaviləsi bağlanmamış və bununla bağlı sübutlar təqdim olunmamışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri

22. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

26. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

28. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

29. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

30. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2-ci maddəsinə əsa sən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillə r üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş s übutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 4

0. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin iddiaçıdan borc alması işin araşdırlımış halları ilə təsdiq olunur, lakin həmin pul məbləğinin qalıq hissəsinin qaytarılması sübut edilməmişdir.

41. Kassator buna dair olan dəlilləri ilə bağlı hər hansı sübutu ümumiyyətlə apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

42. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

43. Cavabdeh göstərir ki, iddiaçıdan borc pul almamış, lakin digər şəxsə (Əliqulu Nəsibova) iddaçının pul verməsinə vasitəçilik etmiş, iddiaçı tərəfindən pul məbləği həmin şəxsə ödənilmiş, hətta Ə.Nəsibovun oğlunun iştirakı ilə alınmış pul məbləğinin 5.000 manat hissəsini iddiaçıya verilməsində iştirak etmişdir.

44. Göstərilən dəlillərlə bağlı apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının digər şəxs Ə.Nəsibova pul verməsi təsdiq olunmur. Həmin şəxsin məhkəmə iclaslarında verdiyi izahatla iddiaçını tanımadığı, ondan hər hansı məbləğdə pul almadığını və cavabdeh tərəfindən ona verilmiş pul məbləğinin mənbəyini bilmədiyini göstərmişdir.

45. Belə olan halda cavabdehin pul məbləğinin ona verilməməsinə dair dəlilinin əsasssız olması iddiaçının izahatı ilə yanaşı iş üzrə şahid qismində dindirilmiş Ə.Nəsibovun izahatı və baxılan iş üzrə tədqiq olunmuş cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarla (həmin qərarla müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə faizlə borc verilmişdir.) təsdiq olunmuşdur.

46. Şikayətdə göstərilən digər dəlillə bağlı isə qeyd edilməlidir ki, tərəflər mübahisələndirmirlər ki, onlar arasında borc münasibətləri 2015-ci ildə yaranmışdır. Belə olan halda həmin vaxt qüvvədə olan Mülk Məcəlləninin 740.2-ci maddəsinin tələbinə görə borc müqav iləsinin yazılı bağlanmalı olmasına dair məcburi şərt olmamışdır. 30 iyun 2016cı il tarixdən istinad olunan maddənin məzmununa görə borc müqaviləsi şifahi olaraq bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan istifadə edilə bilər. Bu halda iddaçının yazılı sübut təqdim etməməsi iddianın rədd olunması əsası kimi çıxış edə bilməz.

47. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir.

48. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında fo rmalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

49. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 fevral 2022-ci il tarixli, 2(103)-1156/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar