Məhkəmə qərarları › İş №2(102)-3481/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3481/2023

05.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3481/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayonu Saray Bələdiyyəsinə qarşı “tikilmiş daş hasarın və qoyulmuş darvazanın sökülməsi, bağlanmış yolun açılması və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, qanunsuz tikilinin sökülməsi, yolun açılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2(105)-1783/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi 06 sentyabr 2017-ci il tarixdə İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

2. Qonşuluqda yerləşən 0,55 ha torpaq sahəsi Torpağa mülkiyyət hüququna dair JN-2289 saylı, 30800086 kodlu dövlət aktına əsasən Cavabdeh2 mülkiyyətinə verilmişdir.

3. İddiaçı və Cavabdeh2 torpaq sahələrinə gedən yolun başlanğıcında cavabdehlər tərəfindən hasar tikilməklə və darvaza qoyulmaqla, iddiaçının oradan istifadəsi məhdudlaşdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayonu Saray bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verdiyi RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinə gedən bağlanmış yolun açılması, onun üzərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikilmiş daş hasarın və qoyulmuş darvazanın cavabdehlərin öz hesabına sökülməsi, iddiaçının mülki yyət hüququna yaranmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia belə əsaslandırılmışdır ki, iddiaçının torpaq sahəsinə aparan yol Cavabdeh1 tərəfindən bağlanılmışdır. İddiaçı əvvəllər Saray Bələdiyyəsinə qarşı torpaq sahəsinə gedən yolun açılması, tikilmiş daş hasarın və qoyulmuş darvazanın sökülməsi, mülkiyyət hüququna yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, Sumqayıt İnzibati Məhkəməsində araşdırılması zamanı müəyyən edilmişdir ki, sözügedən daş hasar və darvaza torpaq sahəsinin mülkiyyətçisi Saray bələdiyyəsi tərəfindən deyil, hazırki iş üzrə cavabdehlər tərəfindən inşa edilmişdir. Tikinti yerləşən torpaq sahəsi Saray bələdiyyəsinin mülkiyyətindədir, bu hal inzibati məhkəmədə araşdı rma zamanı müəyyən edilmişdir. Cavabdehlər sözügedən torpaq sahəsinə - ümumi istifadədə olan yola hər hansı hüquq əldə etmədən onun üzərində mişar daşları ilə hasar çəkmiş və dəmir darvaza qoymuş, bununla da iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneə yaradaraq, istifadəni mümkünsüz vəziyyətə gətirmişlər.

6. Birinci instansiya məhkəməsinin qərardadına əsasən alınmış Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin 03 mart 2022-ci il tarixli mütəxəssis rəyinə və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 08 aprel 2022-ci il tarixli rəyinə əsasən ********** qeydiyyat nömrəli, 06 sentyabr 2017-ci il tarixli çıxarışla İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinə gedən ümumi istifadədə olan yolu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən girişdən əlavə ümumi istifadədə olan yolun dəmir darvaza ilə bağlayaraq, faktiki olaraq cavabdehlər tərəfindən istifadə olunur, iddiaçının öz mülkiyyətində olan torpaq sahəsinə faktiki olaraq başqa giriş-çıxış yolu mövcud deyildir.

7. Abşeron Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, e-2(012)-259/2022 nömrəli qətnaməsi ilə (hakim M.A.Abbasova) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sa həsinə gedən bağlanmış yolun açılması, həmin yolun üzərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qoyulmuş darvazanın və ona bitişik daş hasarın cavabdehlərin öz hesabına sökülməklə, iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüququna yaranmış maneələrin aradan qaldırılması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və cavabdehlərin həmin sahəyə dair hər hansı hüquqları dövlət qeydiyyatına alınmamışdır. Bu mübahisəli ərazinin tutulması isə iddiaçıya məxsus torpaq sahəsinə gedən zəruri yolun kəsilməsinə səbəb olur.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139.1, 152.1, 152.5, 157.4, 170.2, 180.1, 180.2, 239-cu, Torpaq Məcəlləsinin 18, 20, 47, 49, 111.1, 111.2, 111.3-cü, “Avtomobil yolları haqqında” Qanunun 7 və 13-cü, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 88 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, e-2(012)-259/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2(105)-1783/22 nömrəli qətnaməsi ilə (hakim Ş.R.Abasovun sədrliyi və məruzəsi ilə, hakimlər S.A.Qafarinin və İ.K.Dəmirovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, e-2(012)-259/2022 nömrəli qət naməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının torpaq sahəsi yaşayış məntəqəsi təyinatlı, cavabdehin torpaq sahəsi isə kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi olmaqla qonşuluqda yerləşən torpaq sahələridir. Mülki işdə olan mütəxəssis və ekspert rəylərindən müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinə gedən ümumi istifadədə olan yol cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən girişdən əlavə dəmir darvaza ilə bağlanmış, faktiki olaraq cavabdehlərin istifadəsindədir, həmçinin iddiaçının öz mülkiyyətində olan torpaq sahəsinə faktiki olaraq başqa giriş-çıxış yolu mövcud deyildir. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi (iddiaçıya məxsus olan evə gedən yol) üzərində cavabdehlərin hər hansı hüquqları dövlət qeydiyyatına alınmamış və həmin ərazinin faktiki olaraq cavabdehlər tərəfindən tutulması iddiaçıya məxsus torpaq sahəsinə gedən zəruri yolun kəsilməsinə səbəb olmuşdur. Mübahisəli daş hasar və darvaza hazırki iş üzrə cavabdehlər tərəfindən inşa edilmişdir. Bu tikinti və qurğunun isə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən zəruri yolu bağlaması işdə olan mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunur.

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 152.1, 152.5, 157.4, 170.2, 180.1, 180.3, 180.4-cü, Torpaq Məcəlləsinin 18, 20, 49, 111.1, 111.2, 111.3-cü, Mülki Prosessual Məcəllənin 77.1 və 385.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

14. Cavabdeh1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2(105)-1783/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 180.1, 180.3, 180.4-cü maddələrini düzgün tətbiq etməmiş, Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsini pozmuşdur. Belə ki, heç bir özbaşına tikintidən söhbət getmədiyi halda, məhkəmə özbaşına tikilinin anlayışını verən və belə tikintidən yaranan münasibətləri tənzimləyən normalara istinad etmişdir. Məhkəmə işin hallarını tam araşdırmamışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə girişi-çıxışı başqa yerdən olmuşdur. Lakin həmin yol başqa şəxsə satıldığına görə iddiaçı torpaq sahəsinə girişi-çıxışı cavabdehin qanuni istifadəsində olan torpaq sahəsi vasitəsi ilə təmin etmək istəyir.

16. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Etiraz apellyasiya məhkəməsinin qətnaməsinin məzmununa uyğun əsaslandırılmışdır. Kassasiya baxışının hədləri:

19. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbin ə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

20. Kassator apellyasiya məhkəməsinin qətnaməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mü lkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda s ahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları nı və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

23. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinin 3-cü hissəsinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, ş ahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: 2

5. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.

27. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli daş hasarın və darvazanın yerləşdiyi sahənin cav abdehin mülkiyyətində olmaması, həmin tikililərlə ümumi istifadədə olan yolun bağlanması məhkəmələr tərəfindən müəyyən olunmuşdur və cavabdeh bu halları mübahisələndirmir. Həmçinin məhkəmələr mübahisəsiz olaraq müəyyən etmişlər ki, bu darvaza və hasarla iddiaçının torpaq sahəsinə gedən yeganə yol kəsilmiş və son nəticədə onun mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneə yaranmışdır.

28. Belə olan halda, məhkəmələr əsaslı olaraq özbaşına tikintiyə aid mülki qanunvericiliyin normalarına istinad edərək, iddianı təmin etmişlər.

29. İşin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış v ə tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2(105)-1783/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar