Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3482/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 qarşı ilk, Cavabdeh1 “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi; hüquqdan sui-istifadə; ədalətli kompensasiya. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-210/2025 nömrəli, 15 iyul 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kas sasiya şikayətinə 2 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. ünvan 1 ünvanda yerləşən 1 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur.
2. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 25 nömrəli sərəncamı ilə, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində 10 ha sahədə pilot layihə çərçivəsində “X2” MTK-ya mövcud, istismar müddəti başa çatan və yaşayış üçün təhlükəli olan binaların, sosial infrastruktur nəzərə alınmaqla sökülüb sakinlərə mənzillərinin ümumi yaşayış sahəsindən 10-20% artıq sahə verilərək tam təmirli yeni binalara köçürülməklə çoxmənzilli yaşayış binası tikintisinin, ətraf ərazinin abadlaşdırılmasının lahiyələndirilməsinə icazə verilmişdir.
3. Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin “Azkommunlayihə” KLİ-nin xx.xx.2021-ci il tarixli “Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının mövcud vəziyyəti haqqında” texniki rəydən görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən Bina-100/104, Bina112/116, Bina-106/110, Bina-96/98, Bina-87/97, Bina-84/94, Bina-124/128, Bina-118/122, Bina-132/136, Bina-90/94, Bina102/106, Bina-96/98, Bina-110/114, Bina- 134/138, Bina140/144, Bina-126/128, Bina120/124, Bina-118/118, Bina-137/141, Bina- 131/135, Bina127/129, Bina-121/125, Bina117/119, Bina-105/115, Bina-161/165, Bina155/159, Bina171/175, Bina-158/162, Bina150/154 və Bina-165/169) nömrəli yaşayış binalarının mühəndis-müayinəsi nəticəsində aşağıdakılar müəyyən edilmişdir: “Yaşayış binal arı keçən əsrin 50-ci illərində inşa edildiyindən tikintidə istifadə olunmuş materiallar fiziki köhnəlməyə məruz qalmışdır. Elektrik naqilləri uzun müddət baxımsızlıqdan yararsız vəziyyətdə olduğundan hər an yanğın təhlükəsi yarada bilər. Yığma dəmir beton tirlərin mühafizə qatı dağılmış armaturları korroziyaya uğramışdır. Yaşayış binalarına sonradan xaotik şəkildə Tikinti Norma və Qaydalarına zidd olaraq əlavə tikililər inşa olunmuşdur. Əhəng daşından olan yükdaşıyan divarlarda keçici çat və aşınmalar yaranmışdır. Bəzi tikililərin dam örtükləri zədələndiyindən atmosfer yağıntıları otaqların daxilinə sızmışdır. Divarlarda rütubət izləri müşahidə olunur. Tikintilərin əksəriyyətində ağac konstruksiyalardan döşəmə, dam örtüyü, qapı və pəncərələr çürüyərək yararsız hala düşmüşdür. Binalardakı kommunikasiya xətləri uzun müddət təmirsiz istismar olunduğundan yararsız vəziyyətə düşmüşdür. Əksər pilləkən qəfəsindəki metal tirlər korroziyaya uğrayaraq möhkəmliyini itirmişdir. Yaşayış binalarının istismarı yol verilməzdir. Ümumiyyətlə binalar mövcud Tikinti Norma və Qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir”.
4. Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin Sumqayıt Bələdiyyəsinin 352 saylı, 03 fevral 2023-cü il tarixli müraciətinə əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan torpaq sahəsinin ayrılmasına dair xx.xx.2023-cü il tarixli 16 saylı rəyindən görünür ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 10-cu maddəsinin 5-ci hissəsinə əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yaşayış məntəqələri torpaqları katerqoriyasına aid olan çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsi ayrılması məsələsinə Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən baxılmışdır. Ayrılması nəzərdə tutulan torpaq sahəsində mühəndisi kommunikasiya xətlərinin olub-olmaması haqqında məlumat əldə etmək məqsədi ilə çizgidə göstərilən torpaq sahəsi, aiddiyyatı olan müvafiq təşkilatlarla razılaşdırılmışdır. Bütün bunlar nəzərə alınaraq, göstərilən şərtlər daxilində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin MİHO/2.12-2-2022-2411 nömrəli, 16 may 2022-ci il tarixli rəyinə, Sumqayıt Bələdiyyəsi tərəfindən təqdim olunmuş mövqe planına və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan yerquruluşu, təsərrüfat planına və baş plana uyğun olan 2,1542 hektar torpaq sahəsinin ayrılmasına etiraz etmirlər.
5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma mərkəzinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən, bələdiyyə mülkiyyətinə aid 2,99 hektar torpaq sahəs inin üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün ayrılmasına etiraz etmirlər.
6. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının “Sumqayıt şəhəri ərazisində çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə qaydasında ayrılması haqqında” xx.xx.2023-cü il tarixli, 202 nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikasının “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə “X2” Mənzil Tikinti Kooperativinə icarə qaydasında 5,58 (beş tam, yüzdə əlli səkkiz) ha torpaq sahəsi ayrı lmışdır.
7. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Çıxarışdan görünür ki, “X2” MMC “X2” Mənzil Tikinti Kooperativinin hüquqi varisidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı “X2” MTK (hazırda “X2” MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında mövcud söküləcək 16/19 nömrəli yaşayış binasında Cavabdeh1 məxsus 1 nömrəli mənzilin əvəzinə MA seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilmiş 60 kv metr sahəsinə 11 kv metr sahə əlavə edilib yeni tikilən binada sahəsi 71 kv metr olan 2 otaqlı, təmirli 1 mənzil verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 400 manat kirayə haqqı ödənilməklə, digər Cavabdeh2 isə ona məxsus 4 nömrəli mənzilin əvəzinə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilmiş 42 kv metr sahəsinə 9 kv metr əlavə edilib yeni tikilən binada sahəsi 51 kv metr olan 1 otaqlı, təmirli 1 mənzil verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 350 manat kirayə haqqı ödənilməklə köhnə binanın sökülüb, ərazinin təmizlənməsinin iddiaçı “X2” MTK-ya həvalə edilməsi, Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən 16/19 nömrəli binadan cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, binalarının sakinləri ilə fərdi qaydada söhbətlər aparılmış, xeyli sayda bina sakini ilə kompe nsasiya ödənilməsi və ya əvəzləşdirmə qaydasında mənzil verilməsi yolu ilə razılıqlar əldə olunmuşdur. Razılıq əldə olunan sakinlər qısa vaxt ərzində mənzillərini MTK-nın sərəncamına vermiş və mənzillər artıq sökülmüşdür. Lakin qeyd olunan ünvanda yerləşən 16/19 nömrəli binanın 1 nömrəli mənzilinin sahibi Cavabdeh1 və həmin binanın 4 nömrəli mənzilinin sahibi Cavabdeh2 adlı şəxslər “X2” MTK-nın bütün təkliflərindən imtina edərək mənzillərinin MTK-nın sərəncamına verilməsi müqavilində qatqat yüksək məbləğlərdə pul vəsaitlərinin onlara ödənilməsini tələb edirlər. Məsələn Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında yerləşən 1 nömrəli mənzilin mülkiyyətçisi olan Cavabdeh2 oğlu Nümayəndə2 MTK-nın rəhbərliyinə ərizə ünvanlayaraq paralimpiyaçı olmasını, idman ustası olmasını nəzərə alaraq o na ümumi sahəsi 42 kv metr olan mənzilinə görə 250000 manat (mənzilinin 1 kv metri üçün 5952 manat), digər Cavabdeh1 isə 60 kv metr sahəsi olan mənzilinə görə 240000 (mənzilin 1 kv metri üçün 4000 manat) manat vəsait ödənilməsini tələb etmişdir. Həmin şəxslərə tələb etdikləri vəsaitlərin real bazar qiymətlərinə uyğun olmaması və tələb olunan məbləğlərin ödənilməsinin mümkünsüzlüyü onlara izah olunsa da onlar təkidlə tələb olunan məbləğlər onlara ödənilmədiyi təqdirdə mənzillərini təhvil verməyəcəklərini bildirmişlər. Bir sözlə həmin şəxslərlə hər hansı razılığa gəlinməsi mümkün olmamışdır. Nəzərə alınsa ki, ilkin mərhələdə 2 binanın tikintisi üçün nəzərdə tutulmuş müddət binanın özül işlərinə başlanmasından etibarən 24 ay nəzərdə tutulmuşdur və artıq söküləcək binalarda kifayət qədər mül kiyyətçi ilə razılıqlar əldə olunmuşdur, qeyd olunan şəxslərin MTK ilə razılığa gəlməkdən imtina etməsi mənzillərini MTK-ya təhvil verən mülkiyyətçilərin hüquqlarını kobud şəkildə pozur. Yuxarıda qeyd edilən sənədlərin qəbul edilməsində məqsəd sözügedən ərazidə yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılmasına xidmət edir ki, bu da ilk növbədə onlar üçün həyatı vacib məsələdir. Belə ki, cavabdehlərin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır.
10. İddiaçı “X2” Mənzil Tikinti Kooperativi iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh1 MA seriyalı, ******* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, Cavabdeh1 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və iddiaçı “X2” Mənzil Tikinti Kooperativi tərəfindən sökülməsi, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzilin əvəzinə “X2” Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən Cavabdeh1 verilməsi, Cavabdeh1 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək iddiaçı “X2” Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh1 hər ay cəmi 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, cavabdeh “X2” Mənzil Tikinti Kooperativinin ona qarşı iddiasını rədd etməklə ona mülkiyyət hüquqlarına cavabdeh tərəfindən edilmiş qanunsuz müdaxilələrə son qoyulması, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı evin əvvəlki vəziyyətə qaytarılması, sökülmüş dam örtüyünün bərpası və həmin binaya giriş-çıxışa yaradılmış maneələrin aradan qaldırılması, cavabdeh tərəfindən çəkilmiş hasarın sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmı şdır ki, yaşadığı bina heç vaxt qəzalı vəziyyətdə olmamış, yalnız cavabdehlər bu binada yaşayan bütün sakinlərlə razılaşmadan burada söküntü işlərinə başladıqdan sonra binanı yaşayış üçün yararsız bir hala salmışlar. Halbuki bu binada onların da əmlakları vardır və cavabdehin onları mülkiyyətçi olaraq razı salmadan söküntü işlərinə başlaması onun və ailə üzvlərinin hüquqlarının pozulması deməkdir. Bundan başqa bütün şərtlərin cavabdeh tərəfindən onlara diktə edilməsi də müqavilə azadlığı prinsiplərinə ziddir, cavabdeh onun yeganə yaşayış yeri olan mənzilini sökür və əvəzində özünün tikdiyi binadan ona az bir artımla mənzil verir, halbuki bu razılaşma yalnız qarşılıqlı qaydada ola bilər ki, onlar da onun tikdiyi binadan mənzil almağa razılıq verməmişlər. Kompensasiya məbləğinə gəldikdə isə mənzilin yerləşdiyi yer və mənzilin vəziyyəti, aparılmış əlavə artırmalar bir mənzildə yaşayan ailələrin sayı da nəzərə alınmaqla tərəflərindən müəyyən bir kompensasiya məbləği təklif olunmuş, lakin cavabdeh bu təklifləri qəbul etməmiş və aralarında qarşılıqlı razılaşmanın əldə edilməməsinə baxmayaraq binada söküntü işləri aparmaqla həmin binanı və yaşadıqları otaqları qəzalı vəziyyətə gətirmiş və binanın dam örtüyü sökülmüşdür. Cavabdeh bu qanunsuz əməllərindən Sumqayıt şəhər İcra Hakimiyyətinə şikayət etmiş və verilmiş rəsmi cavab məktubunda icra başçısının müavini bildirmişdir ki, binanın sökülməsi işləri yalnız evlərdə yaşayan sakinlərlə qanunla nəzərdə tutulan qaydada razılıq əldə edildiyi halda aparıla bilər. Lakin belə bir razılığın onunla və ondan başqa bir çox sakinlərlə əldə edil məməsinə baxmayaraq cavabdeh söküntü işlərini aparmış və bu da onların öz evlərində rahatlıqlarını pozmuş, yaşadıqları binanın qəzalı və təhlükəli bir vəziyyətə düşməsinə səbəb olmuşdur. Əvvəlki vəziyyətlə hazırki görünüş arasında olan fərq də cavabdehin bu ərazidə törətdiyi qanunsuzluqlara sübutdur. Bu hərəkət nəinki mülkiyyət hüququna, bir vətəndaş olaraq onların və ailə üzvlərinin yaşayış hüququna müdaxilədir və bu müdaxiləyə son qoyularaq ev əvvəlki vəziyyətinə qaytarılmalı, dam örtüyü bərpa olunmalı və həmin binaya giriş-çıxışa qoyulmuş məhdudiyyət aradan qaldırılmalıdır.
13. Məhkəmədə Cavabdeh1 nümayəndəsi Vəkil1 ilkin iddia tələbini qəbul etməyərək qarşılıqlı iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddia ərizəsi tam əsassız və qanunsuzdur. Cavabdehin mülkiyyətinə yalnız kom pensasiya ödənilərək dövlət tərəfindən, dövlət əhəmiyyətli müstəsna hallarda xitam verilə bilər. Hazırda isə özəl bir şirkət cavabdehin mülkiyyət hüququna qəsd edir. Cavabdehin evi 91 kv.m olmasına baxmayaraq, iddiaçı ona 71 kv.m sahəsi olan ev təklif edir. Həmin mənzilə olan mülkiyyət hüququ dövlət tanınmasına baxmayaraq iddiaçı tərəf hazırda həmin mənzilin mülkiyyətçisi kimi çıxış edir. Qeyd olunanları nəzərə alaraq, ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir
14. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5899/2024 nömrəli qərardadı ilə iddiaçı “X2” Mənzil Tikinti Kooperativinin Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və m ənzilin boşaldılması” tələbinə dair mülki işin Cavabdeh2 qarşı ayrıca icraatda ayrılması qərara alınmışdır.
15. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5899/2024 nömrəli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, Cavabdeh1 MA seriyalı, ******* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, Cavabdeh1 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzildən çıxarılmaqla, həmin mənzilin boşaldılması və iddiaçı “X2” Mənzil Tikinti Kooperativi tərəfindən sökülməsi, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzilin əvəzinə “X2” Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni bin ada sahəsi 71 kv metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən Cavabdeh1 verilməsi, Cavabdeh1 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək iddiaçı “X2” Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh1 hər ay cəmi 400 (dörd yüz) manat məbləğində kirayə haqqının ödənilməsi, cavabdeh-iddiaçı Cavabdeh1 iddiaçı-cavabdeh “X2” Mənzil Tikinti Kooperativinə qarşı “mülkiyyət hüququna edilmiş müdaxiləyə son qoyulması, binanın dam örtüyünün əvvəlki vəziyyətdə bərpası və evə gediş-gəliş yolunun açılması tələbi” barədə qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun cavabdeh-iddiaçı Cavabdeh1 özünə aid edilməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə).
16. Biri nci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, digər mülkiyyətçilərdən fərqli olaraq hazırkı cavabdehin mübahisəli sahə ilə əlaqədar, faktiki olaraq özünə məxsus olan ümumi yaşayış sahəsindən 10-20% artıq sahəsi olan təmirli yaşayış sahəsi təklif edən “X2” ilə razılaşmaması onun hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə cavabdehin öz əmlakına görə MTK-dan əsassız olaraq real olmayan qiymət tələb etməsində və ya şərtlər irəli sürməsində və sair hərəkətlərdə ifadə olunur. Hazırkı halda cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir. Cavabdeh iddiaçı “X2” MTK tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından MTK-ya ziyan vuran şəkildə sui-istifadə edir.
17. Belə ki, ona mülkiyyətində olan mənzilin yaşayış sahəsindən 10-2 0% əlavə yaşayış təklif olunur. Həmçinin kirayə haqqının ödənilməsi, Konstitusiya Məhkəməsinin qərarlarında bəhs olunan mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsaslardan biri kimi çıxış edir. Buna baxmayaraq o, ədalətli hesab oluna biləcək bu təkliflə razılaşmayaraq daha çox yaşayış sahəsi tələb edir.
18. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29 və 43-cü, Mənzil Məcəlləsinin 3.1, 5.3 və 18-ci, Mülki Məcəllənin 5.3, 16.1, 152.1, 152.6, 560.1 və 560.2-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olu nması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, № 3-16-16/210/2879/2025 nömrəli ekspert və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəylərində Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında yerləşən binanın bir hissəsinin sökülməsi ilə əlaqədar həmin binanın qəzalı vəziyyətdə olması və sökülməyən hissənin istismara yararsız olması, sökülməyən hissədə olan mənzillərdə yaşayan sakinlərin həyat və sağlamlıqları üçün real təhlükənin olması göstərilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-210/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qə tnaməsi - Cavabdeh1 MA seriyalı, ******* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında olan 1 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi və Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzilin əvəzinə “X2” Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən Cavabdeh1 verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq, MA seriyalı, ******* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzilin əvəzinə “X2“ MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla sahəsi 10 2 kv metr olan 3 otaqlı, təmirli 1 ədəd mənzilin Cavabdeh1 verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər Fuad Məmmədov – sədrlik edən və məruzəçi, Lalə Rəhimli, Almaz Süleymanova).
22. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnun itirilməsinin növləri Mülki Məcəllənin 203-cü maddəsində nəzərdə tutulmuşdur ki, ilkin iddiaçının hazırkı iş üzrə tələbi cavabdehin yaşadığı binadakı mənzilə mülkiyyət hüququnun itirilməsi ilə bağlı deyil, cavabdehin yaşadığı binanın sökülərək yerində çoxmənzilli hündürmərtəbəli binanın inşa edilməsi ilə əlaqədar sökülən binada yerləşən cavabdehin mənzilinin inşa edilən yeni binada artırılmış sahəsi olan təmirli mənzillə əvəzləşdirilməsi olmuşdur.
23. Mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, ilkin iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 25 nömrəli sərəncamına və yuxarıda adları çəkilən digər hüquqmüəyyənedici sənədlərə əsasən cavabdehin yaşadığı Sumqayıt şəhəri, 4-cü məhəllə, 16/19 saylı üç mərtəbəli binanın çox hissəsini sökmüş və sökülən hissədə yeni bina inşa etməkdədir. Həmin binanın bir hissəsi sökülməmişdən əvvəl verilmiş Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin “Azkommunlayihə” KLİnin xx.xx.2021-ci il tarixli texniki rəyində binanın fiziki köhnəlməyə məruz qalması, əhəng daşından olan yükdaşıyan divarlarda keçici çat və aşınmaların yaranması, binalardakı kommunikasiya xətlərinin uzun müddət təmirsiz istismar olunduğundan yararsız vəziyyətə düşməsi, əksər pilləkən qəfəsindəki metal tirlərin korroziyaya uğrayaraq möhkəmliyi ni itirməsi, ümumiyyətlə yaşayış binasının istismarının yol verilməz olması qeyd olunmuşdur.
24. Məhkəmə tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini təmin etmişdir. Qəzalı binada yaşayan sakinlərin həyat və sağlamlığına dair təhlükə olması baxımından ilkin iddianın təmin edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmişdir.
25. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Eyni zamanda bu hüquq mütləq hüquq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmçinin, xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
26. Belə ki, ictimai maraqlar naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mülkiyyət hüququnun məhdudlaşdırılması mümkündür. Mülkiyyət hüququnun məhdudlaşdırılmasının yolverilən sayılması üçün şəxsin əşyaya mülkiyyət hüququnun olması, bu hüquqa müdaxilənin varlığı, müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması vacibdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı madd əsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin prinsiplərin mahiyyəti və məzmunu mülkiyyət hüququ ilə yanaşı digər əşya hüquqlarının elə tərzdə tarazlaşdırılmış və mütənasib müdafiəsini nəzərdə tutur ki, bu zaman ədalət prinsipinə uyğun olaraq nə mülkiyyətçinin, nə də üçüncü şəxslərin hüquqları və qanuni mənafelərinə xələl gəlməsin.
27. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında yaşayan sakinlərin çox hissəsi ilə razılaşma əldə edilmiş və həmin sakinlər öz mənzillərindən çıxmaqla, binanın həmin mənzillər olan hissəsi sökülmüş və onlar yeni binanın inşasını gözləməkdədirlər ki, cavabdehlərlə razılığın əldə olunmaması, əmlak hüquqlarından sui-istifadə etməklə, artıq sosial öhdəliklərə səbəb ol an mülkiyyətlərinə görə qeyri-mütənasib kompensasiya tələb etmələri, bununla əlaqədar olaraq da söküntü və tikinti işlərinin uzanması çoxluqda olan və artıq ictimai marağa çevrilmiş digər mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb olur. Nəzərə alınmalıdır ki, çoxmərtəbəli binada müəyyən intizam çərçivəsində məskunlaşma və ümumi istifadə obyektləri müəyyənləşməklə birgəyaşayış formasında ictimai maraq formalaşır ki, hazırkı mübahisə də fərdi maraqlarla ictimai maraq arasındakı ədalət tarazlıq baxımından qiymətləndirlmişdir.
28. Məhkəmə qeyd etmişdir ki, qeyd olunan əsaslara görə cavabdehin mülkiyyət hüququnun məhdudlaşdırılması onun bu hüququnun ədalətli şəkildə tam olaraq kompensasiya edilməsini zəruri etməkdədir. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdü yü bütün zərərlərin tam şəkildə qarşılanması başa düşülür.
60. Hazırkı iş üzrə cavabdeh əsasən iddiaçı tərəfindən mülkiyyət hüququnun məhdudlaşması ilə əlaqədar təklif edilən əvəzləşdirmə və kompensasiya məbləği ilə razılaşmayaraq, edilən təklifin ədalətli olmamasını iddia etmişdir
29. Məhkəmə ilk iddia üzrə cavabdehə məxsus mənzilin əvəzinə sahəsi artırılmış təmirli yeni mənzil verilməsini, o cümlədən həmin mənzil ona təhvil verilənədək kirayə haqlarının verilməsini mülkiyyət hüquqlarının məhdudlaşdırılması müqabilində ədalətli kompensasiya hesab etmişdir. Cavabdehin apellyasiya şikayəti qeyd olunan hissədə əsassızdır. Lakin cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən 1 nömrəli mənzil 3 yaşayış otağından ibarət olduğundan, ilkin iddiaçı tərəfindən ona sökülməsi tələb olunan mənzilin əvəzinə həmin ünvanda inşa ediləcək yeni binada 3 otaqlı mənzil verilməlidir.
30. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə 16/19 ünvanında yerləşən 1 nömrəli mənzilə “X2” MTK-nın nümayəndələri Ruslan Məmmədovun, Haqverdi Alıyevin, Firavan Bayramlının və mənzilin mülkiyyətçisi Cavabdeh1 iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilmiş və ölçü işləri aparılmışdır. Aparılmış ölçü işlərinə əsasən 1 nömrəli mənzilin faktiki ümumi sahəsinin 90 kv metr təşkil etməsi müəyyən olunmuşdur. Mənzil sahibi Cavabdeh1 mənzildə aparılmış ölçü işlərinə və ölçünün nəticəsinə dair heç bir etirazının olmadığı bildirmişdir.
31. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının nümayəndəsinin izahatı, o cümlədən digər sakinlərlə bağlanmış müqavilələrdə n müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında “X2” MMC tərəfindən inşa ediləcək yeni binada 3 otaqlı mənzilin sahəsi 102 kv metr təşkil edir.
32. Odur ki, məhkəmə Cavabdeh1 mülkiyyət hüququnun müvəqqəti məhdudlaşdırılması müqabilində ona mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında sahəsi 60 kv metr olan, 3 otaqlı 1 saylı mənzilin əvəzinə “X2“ MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 102 kv metr olan 3 otaqlı, təmirli 1 mənzilin verilməsini və mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək ona iddiaçı tərəfindən hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsini ədalətli hesab etmişdir.
33. Apellyasiya məhkəməsi mübahisəli mənzilin yerləşdiyi binanın qəzalı və istismara yararsız olduğunu nəz ərə alaraq, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
34. Məhkəmə mövqeyini Konstitusiyanın 12, 13, 19 və 43-cü, Mülki Məcəllənin 5, 6, 15, 16, 18, 152 və 560-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. Cavabdeh və qarşılıqlı iddiaçı (vəkil: Vəkil3) kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunması, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
36. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına mülkiyyət hüququ, qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) y enidən qurulması və (və ya) yenidən planlaşdırılması, mənzil-tikinti kooperativləri, mənzil-tikinti kooperativlərinə üzvlük, mənzil-tikinti kooperativi üzvünün yaşayış sahəsinə mülkiyyət hüququ, mülki qanunvericiliyin prinsipləri (müqavilə azadlığı), tikintisi başa çatmayan binanın tərkib hissələrinə sərəncam verilməsinin xüsusiyyətləri, torpaq sahəsi barədə təminat qeydi, mülkiyyət hüququnun itirilməsi növləri, torpaq sahəsinin alınması ilə əlaqədar orada olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi, hüquqdan sui-istifadənin qadağan edilməsi, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların özgəninkiləşdirilməsi zamanı yaranan podrat münasibətlərində alış qiymətinin (muzd) ödənilməsi, tikintisinə icazə tələb olunan tikinti obyektləri və s. hallar Mənzil Məcəlləsinin 28, 35 (35.2, 35.4, 35.6), 109, 110, 112-ci maddələrində, Mülki Məcəlləsinin 6.1, 144-1, 147, 770-1, 203 (203.3, 203.5), 207, 560-cı maddələrində, Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsində aydın və ətraflı şəkildə göstərilmişdir. Sadalan qanunvericilik normalarına baxmayaraq, yerli icra hakimiyyəti və tikinti şirkəti qeyd olunan qanunları kobud şəkildə pozaraq onları mülkiyyətdən məhrum etmişdir. Apellyasiya məhkəməsi isə müvafiq maddi hüquq normalarını mübahisə üzrə əsas götürməmiş, nəticədə onların konstitusion mülkiyyət hüquqları pozulmuşdur.
37. Kassasiya şikayətinin digər dəlilinə görə, binanın və orada yerləşən mənzilin yerləşdiyi yer, mənzilin əsas küçəyə baxması, 1-ci mərtəbəsində yerləşməsi, mənzildən sahibkarlıq fəaliyyəti ilə istifadə oluna bilməsi və digər hallar nəzərə alınmaqla MTK-ya qanuni olaraq müəyyən kompensasiya məbləği təklif edilsə də, şirkət bununla razılaşmayraq, öz şərtləri əsasında mənzil hüquqlarının məhkəmə tərəfindən məhdudlaşdırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bu tələblə məhkəməyə müraciət edərkən mənzillərin bazar dəyəri barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, iş materiallarından da göründüyü kimi bina sakinləri sübut olaraq məhkəməyə qiymətləndirmə aktı təqdim etmişlər. Qeyd edilməlidir ki, bir çox sakinlərlə heç bir razılıq əldə edilməmişdir. Lakin yaranan mübahisə üzrə görülən odur ki, bütün şərtlər iddiaçı tərəfdən biz də daxil olmaqla bina sakinlərinə diktə edilmiş, nəticədə müqavilə azadlığı prinsipi pozulmuşdur. Cavabdehin yeganə mülkiyyəti olan mənzil iddia çı tərəfindən yararsız vəziyyətə salınmış və əvəzində tikiləcək 15 mərtəbəli binanın bilinməyən mərtəbəsində ona birinci instansiya məhkəməsi tərəfindən 3 otaqlı mənzilin əvəzinə heç bir artım olmadan 2 otaqlı, apellyasiya məhkəməsi tərəfindən isə 12 kv.m artımla 3 otaqlı mənzil verilmişdir. Apellyasiya məhkəməsi isə mülkiyyətin məhdudlaşdırılması barədə nəticəyə gələrkən bəzi sakinlərə münasibətdə 2 otağın qarşılığında 1 otaqlı, 3 otaqlının qarşılığında 2 otaqlı, bəzilərinə münasibətdə eyni otaq saylı, bəzilərinə isə eyni otaq saylı mənzillə yanaşı əlavə olaraq həm də pul kompensasiyası verilməsinə göz yummuşdur.
38. Şikayətdə qeyd edilmişdir ki, müqavilələrdən də göründüyü kimi “müqavilə azadlığı” prinsipi rəhbər tutulduğundan digər mülkiyyətçilərə onlardan fərqli olaraq ən azı 1,5-2 d əfə artıq sahəli mənzil və ya mənzillər verilmişdir. Belə ki, digərlərinə 50-100 % artımla mənzillər verilməsinə baxmayaraq, onlara 15-20 % artımla mənzillər verilmişdir.
39. Şikayətin digər dəlili belə əsaslandırılmışdır ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinə əsasən tikinti obyektinin sökülməsinə yalnız sökülmə ilə bağlı ayrıca tikintiyə icazə alındıqda yol verilir. Apellyasiya məhkəməsi isə müvafiq qurumların – ekspertiza təşkilatının və FHN-in tikintiyə icazə verilməməsi ilə bağlı rəy və cavabına hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
41. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vic danla həyata keçirməyə borcludurlar.
42. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
43. Maddə
15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
44. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsəziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir;
45. Madd ə
18. Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.
46. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
47. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
48. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
49. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
50. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
51. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv t ədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərind ən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını ka ssasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
61. Cavabdeh və qarşılıqlı iddiaçı Xəmmədov Aydın Məbud oğlunun kassasiya şikayətinin dəlilləri qarşılıqlı iddia ərizəsində, ilk iddiaya etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məh kəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
62. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəz ifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
63. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hall arını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-210/2025 nömrəli iş üzrə 15 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.